130
3.
Meteoroloji və aqrometeoroloji fövqəladə hallar
(fırtına,
qasırğa, tufan, quraqlıq);
4.
Hidroloji fövqəladə hallar
(siklon, qabarma, sunami);
5.
Təbii yanğınlar
(meşə, çöl, zəmi yanğınları);
6.
İnfeksion xəstəliklər
(vəba, donuz qripi, quş qripi, qarın
yatalağı, vərəm, mədə-bağırsağın iltibatı, dabaq);
Təbii fəlakətlərin qısa xarakteristikası. Fövqəladə
xarakter
daşıyan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və
ya tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii
hadisələrə
təbii fəlakət
deyilir.
Zəlzələ, daşqın, qar uçqunları, sellər, sürüşmə və fırtına təbii
fəlakətdir. Respublikamızın ərazisində tez-tez baş verən təbii
fəlakətlərin qısa xarakteristikası aşağıdakı kimidir:
Qasırğa və burağanlar
atmosferdə baş verən
siklon hadi-
sələri nəticəsində yaranır. Belə hallarda qısa müddət ərzində
çoxlu yağıntı düşür, küləyin sürəti kəskin artır, bu isə daşqın-
lara, binaların dağılıb-tökülməsinə, adamların zədələnməsinə,
ölümünə səbəb olur (şəkil 54).
Şəkil 54. Təbii fəlakət növü, Qasırğa və burağan
131
Fəlakət törədici güclü küləklər
sürəti saniyədə 29 m-dən artıq
olan respublikanın müxtəlif rayonlarında, demək olar ki, hər il
qeyd olunur (şəkil 55).
Do'stlaringiz bilan baham: