129
Avtomobillərin, dəmiryol qatarlarının toqquşmasından, yanğın
və partlayışlardan yaranan qəzalardan əlavə, yerüstü nəqliyyat
kommunikasiyalarında, təbii fəlakətlər zamanı və yolların na-
sazlığı nəticəsində də qəzalar olur.
Enerji
sistemlərində qəzalar
–tufan, partlayış, yanğın
qurğunun dağılması nəticəsində, eləcədə sistemin özündəki zə-
dələnmələr zamanı baş verə bilər.
Radiaktiv maddələrin ətrafa sızması
–Atom elektrik stansiya-
larında, atom gəmilərində, mühəndis tədqiqatları mərkəzlərində
istehsalat qəzaları nəticəsində baş verir. Radiaktiv maddələrin
sızması, uran mədənlərindən havanı zəhərləyən radon qazının,
nüvə yanacağının və reaktorda yaranan radiaktiv maddələrin
eləcə də, radiaktiv tullantılar saxlanılan müəssisələrdən və
anbarlardan radio-nuklidlərin ətrafa sızması xüsusən qorxu-
ludur.
Yanğınlar
– insanların nəzarəti altından çıxmış odun kortəbii
yayılmasından ibarətdir. Yanğınların yayılmasına görə:
- Qismən yanğınlar 20%-ə qədər;
- Tam yanğın 90%-ə qədər.
Yanğın zamanı meşə ağacları məhv edir, torpağın,
suyun
digər faydalı xüsusiyyətləri zəiflədir, qiymətli fauna zərər çəkir.
Təbii xarakterli fövqəladə hallar. Fövqəladə xarakter daşı-
yan, bina və qurğuların zədələnməsinə, insan tələfatına və ya
tələfat təhlükəsi yaranmasına səbəb olan müxtəlif kortəbii
hadisələrə
Do'stlaringiz bilan baham: