Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Şəkil 55. Fəlakət törədici güclü küləklər


Download 2.81 Kb.
Pdf ko'rish
bet66/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   62   63   64   65   66   67   68   69   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Şəkil 55. Fəlakət törədici güclü küləklər
Qar uçqunları
dağlıq zonalarda baş verir. Bu adətən yazda 
qar əriməyə başlayarkən enişlər boyu uçqun halında hərəkət 
edən qar yığınlarından ibarətdir (şəkil 56) 
Şəkil 56. Təbii fəlakət növü, Qar uçqunu 


132 
Qar uçqunları və marxallar nəqliyyatın, rabitənin işini pozur, 
yaxud təmamilə dayandırır, insanların normal həyat fəaliyyətini 
iflic edir, istehsala maneçilik törədir, əhalinin ərzaq malları ilə, 
tibb ləvazimatları ilə təchizatını çətinləşdirir.
Subasma və daşqınlar
su hövzələrində suyun səviyyəsinin 
kəskin yüksəlməsi nəticəsində baş verən təbii fəlakətdir. 
Subasma və daşqınların əsas səbəbləri qarın sürətlə ərimə- 
sindən və uzunmüddətli leysan yağışlarından, çay yataqlarında 
tıxac yaranmasından, qəzalar nəticəsində hidrotexniki qurğu- 
ların, bəndinin dağılmasından ibarətdir ki, bu da ərazilərin bir 
qisminin su altında qalmasıdır (şəkil 57). 
 
Şəkil 57. Təbii fəlakət növü, Daşqın
Sellər
 dağlardan sürətlə axıb gələn və qarşısındakı hər şeyi 
dağıdıb məhv edən çınqıl-palçıq qarışığından ibarət olur. Sel 
dağlarda qarın əriməsi və uzun sürən leysan yağışları


133 
nəticəsində çoxlu miqdarda su toplanarkən baş verir. Su dağ- 
ların döşündən sürətlə axaraq özü ilə daş-torpağı yuyub aparır, 
bütün bunlar suya qarışaraq daşlı-palçıqlı sel əmələ gətirir 
(şəkil 58) 
Şəkil 58. Təbii fəlakət növü, Sel 
 
Zəlzələ
yerin təkindəki potensial enerjinin qəflətən meydana 
çıxması, zərbə dalğası və qüvvətli təkanlar–seysmik dalğa 
şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. 
Zəlzələ yeraltı təkanlar şəklində olur. Güclü zəlzələ nəticəsində 
şəhərlər, kəndlər yerlə yeksan olur, binalar dağılır, adamlar 
müxtəlif xəsarətlər alır (şəkil 59). 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling