169
lədiyi yerdən yuxarıda rezin turna ilə bərk bağlayırlar.
Sonra
yara yerinə qansoran banka ya da kürə qoymaqla (əgər sağlam
adamın ağzı və dodaqlarının selikli qişaları sağlamdırsa) zəhəri
sormaqla çıxartmaq olar.
İlan vurmuş yeri 1%-lik kalium-permanqanat məhlulu ilə yu-
yur, buraya soyuq şey qoyulur. Dərhal yaxındakı tibb məntəqə-
lərindən birinə çatdırılır. Ən təsirli profilaktika ilan zəhəri əley-
hinə serum vurmaqdır.
Zəhərli hörümçəklər
– dişləyərkən
onlar neyrotoksik, yəni
sinir sistemini zəhərləyən təsirli zəhər buraxır ki, belə zəhər tə-
nəffüs mərkəzini iflic edir və qıc olmağa səbəb olur (əqrəb, qa-
ra qurd). Bu zaman adama vaxtında yardım göstərilməsə, o
məhv ola bilər. Böyənin sancması nisbətən az təhlükəlidir, bu
çox ağrı törətsə də ölümə səbəb olmur. İlk yardım göstərərkən
bədəndən həşəratın neştərini çıxarmaq və oraya buz qoymaq la-
zımdır (şəkil 82).
Əqrəb Böyə
Şəkil 82. Zəhərli həşəratlar
Zəhərli bitkilərlə zəhərlənərkən ilk yardım. Orqanizmə zə-
hərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyətə
zəhər-
lənmə
deyilir. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli
170
bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi
maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zəhərlər or-
qanizmin müəyyən yerinə və ya bütün orqanizmə təsir edə bi-
lər. Bu, zəhərin xassəsindən və orqanizmə düşmə yolundan ası-
lıdır.
Zəhərli bitkilərin təsiri bitkinin yetişməsindən, tərkibində zə-
hərli maddələrin toplanmasından, miqdarından, növündən və
kimyəvi birləşmələrindən və s. asılıdır (şəkil 83). İki cürə zə-
hərli bitkilər vardır:
- Həmişə zəhərli bitkilər
- Müvəqqqəti zəhərli bitkilər
Zəhərli baldırğan Sarısüdləyən
Do'stlaringiz bilan baham: