Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet12/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   8   9   10   11   12   13   14   15   ...   183

BAĞLANMIŞ MÜƏSSĐSƏLƏRĐN SAYI

 -  

bu  göstəricinin  hesablanmasında  müəssisənin 

tamamilə 

bağlanması 

(fəaliyyətinin 

tam 


dayandırılması)  və  ya  müvəqqəti  bağlanması 

(fəaliyyətin 

dayandırılması, 

sonradan 

bərpa 

edilməsi) fərqləndirilir. 



 

BAĞLI  (ƏLAQƏLĐ)  MƏHSULLAR

  – 


sənayedə  və  ya  kənd  təsərrüfatında  bir  texnoloji 

prosesin  nəticəsi  olan  iki  və  ya  bir  neçə  əsas 

məhsuldur  (məsələn,  neft  emalında  müxtəlif 

yanacaq  növləri;  qoyunçuluqda  bala  artımı,  canlı 

kütlənin artımı, yun və süd və s.) Bağlı məhsullar 

əlavə məhsuldan fərqlidir.  

 

BAKI-TBĐLĐSĐ-CEYHAN  NEFT  ĐXRAC 

KƏMƏRĐ

  – 

Azərbaycan  neftinin  Xəzər 

dənizindən  Türkiyənin  Ceyhan  limanına,  oradan 

Aralıq  dənizi  vasitəsilə  Avropa  bazarlarına  nəqli 

kəməridir.  Heydər  Əliyev  adına  Bakı-Tbilisi-

Ceyhan  Əsas  Đxrac  Boru  Kəməri  "Əsrin 

müqaviləsi" 

çərçivəsində 

Xəzər 

dənizinin 



Azərbaycan sektorunda hasil olunacaq xam neftin 

dünya  bazarına  çıxışını  təmin  etmək  üçün  inşa 

edilmiş  boru  nəqliyyat  vasitəsidir.  Kəmərin 

uzunluğu  1767  kilometrdir,  onun  443  km-i 

Azərbaycanın,  248  km-i  Gürcüstanın,  1076  km-i 

isə  Türkiyənin  ərazisindən  keçir.  Kəmərin 

istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti 

ildə  10  milyon  barel  nəzərdə  tutulub.    BTC-nin 

tarixi: 20 sentyabr 1994-cü il - “Əsrin müqaviləsi” 

imzalanmış,  18  noyabr  1999-cu  ildə  Azərbaycan, 

Türkiyə  və  Gürcüstan  prezidentləri  tərəfindən 

xam  neftin  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru 

kəməri  vasitəsilə  nəql  edilməsinə  dair  saziş 

imzalanmış,  2002-ci  ildə  kəmərin  tikintisini  və 

gələcək istismarını aparmaq üçün BTC Ko şirkəti 

yaradılmış,  18  Sentyabr  2002-ci  ildə  Bakıda 

Azərbaycan, 

Gürcüstan 

və 

Türkiyə 


prezidentlərinin,  ABŞ-ın  energetika  nazirinin 

iştirakı  ilə  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru 

kəmərinin  təməli  qoyulmuşdur.  25  may  2005-ci 

ildə  kəmərin  Azərbaycan  ərazisindən  keçən 

hissəsinin 

istifadəyə 

verilməsi 

mərasimi 

keçirilmiş,  Xəzər  dənizi  sahilində  Səngəçal 

terminalından  boru  xəttinə  ilk  neft  vurulmuşdur. 

2005-ci  ilin  oktyabr  ayında  kəmərin  Gürcüstan 

hissəsi  istifadəyə  verilmiş,  28  may  2006-cı  ildə 

Azərbaycan nefti Ceyhan limanına çatmışdır. 

 

 



BAKI-TBĐLĐSĐ-ƏRZURUM  QAZ  ĐXRAC 

KƏMƏRĐ  (CƏNUBĐ  QAFQAZ  BORU 

KƏMƏRĐ)  –

 

nəqletmə  layihəsi  yeni  bir  qaz 



ixracı  sistemindən  ibarətdir  və    Gürcüstandan 

keçməklə Azərbaycandan Türkiyə sərhədinə qədər 

uzanır.  Uzunluğu  690  kilometrdən  artıq

 

olan 



(Azərbaycanda  442  kilometr  və  Gürcüstanda  248 

kilometr)  bir  boru  kəməridir,  ətraf  mühitə  və 

sosial  sahəyə  təsirlərin  minimuma  endirilməsi, 

eləcə  də  layihələrin  birləşdirilməsi  sayəsində 

əsaslı  və  əməliyyat  xərclərinə  qənaət  edilməsinə 

nail  olmaq  məqsədilə  bu  kəmər  BTC  neft  ixracı 

kəməri  ilə  birlikdə  və  eyni  tikinti  dəhlizində  inşa 

olunmuşdur. 

Boru 

kəmərinin 



diametri 

42 


düyümdür. Tikinti işlərinə 2004-cü ildə başlanmış 

və  2006-cı  ilin  iyun  ayında  sınaq  istismarına 

verilmişdir.

  

 



BAKI-TBĐLĐSĐ-QARS-AXALKALAKĐ 

DƏMĐR  YOLU  XƏTTĐ

  – 


planlaşdırılmış 

dəmiryolu  lahiyəsidir, 

Azərbaycan

ın  paytaxtı 

Bakı

 

şəhərindən 



Gürcüstanın 

Tbilisi


 

və 


Axalkalaki

 

şəhərindən 



Türkiyənin

 

Qars



 

şəhərinə  gedəcək.  Bu  dəmiryolu  Azərbaycanla 

Türkiyəni 

birləşdirəcək. 

Xətt 

vasitəsi 



ilə 

Azərbaycan  beynəlхalq  nəqliyyat  dəhlizlərinə 

çıxış əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və 

iki gün yarıma 

Đstanbula

 getmək mümkün olacaq 



 

BAL ĐSTEHSALI

 – arılar tərəfindən toplanmış, 

şanıdan  çəkilmiş  balın  miqdarı  ilə  müəyyən 

olunur. 

 

BALANS

  –  1)  statistik  tədqiqatlarda  istifadə 

edilən  metodlardan  biridir.  “Tərəzinin  iki  gözü” 

mənasını  daşıyır.  Tarazlıq  yaratmaq  deməkdir. 

Aktivlər  və  passivlər,  ehtiyatlar  və  istifadəçilər, 

gəlirlər  və  xərclər  arasında  tarazlıq  yaradan 

göstəriciləri  özündə  əks  etdirən  ikitərəfli  iqtisadi 

cədvəldir.  Enerji  məhsulları,  ərzaq  məhsulları, 

milli  hesablar  sisteminin  balanslarını  misal  

göstərmək  olar;  2)  statistik  məcmu  vahidləri 

(hüquqi  şəxslər)  tərəfindən  tərtib  edilən  hesabat 

formasıdır;  3)  müəyyən  vaxta  mövcud  olan 

aktivlər  və  passivlər  (xüsusi  kapitala  müvafiq 

olan)  üzrə  hesabatdır.  Balans  illik  mühasibat 

hesabatının  bir  hissəsini  təşkil  edən  maliyyə 

hesabatıdır.  Geniş  mənada,  aktivlərin  vəziyyətini 

müqayisə etmək üçün göstəricilər sistemidir. 

Hüquqi  şəxs  təsərrüfat  ilinin  sonunda  kapitalı  ilə 

öhdəlikləri  arasında  nisbəti  göstərən  balans 

gəlirlərin  və  xərclərin  müqayisəli  (mənfəətlə 

zərərin) hesabatını tərtib edir. Balans və mənfəətlə 

zərərin  hesabatı  illik  (yekun)  balansı  təşkil  edir. 

Đllik  balansda  bütün  əmlak,  borclar,  ardıcıl 

hesabat dövrləri arasında məxariclər ilə mədaxilin 

uçotu  maddələri,  habelə  xərclər  və  gəlirlər 

göstərilir. 

 

BALANS  DƏYƏRĐ

  -  əsas  fondların,  onların 

mühasibat  balansında  uçota  alındıqları  anda 

nəzərə  alınan  tam  ilkin  dəyəridir.  Balans  dəyəri, 



 

49

bir qayda olaraq, əsas fondların qiymətini göstərir. 



Đnventar 

obyektlərin 

bir 

hissəsi 


sonuncu 

qiymətləndirmə anına bərpa dəyəri üzrə balanslara 

salınır, növbəti dövrdə daxil olan əsas fondlar isə 

ilkin dəyər (alış dəyəri) üzrə nəzərə alınır. 



 

BALANS  METODU

  –  göstəricilər  sisteminin 

bir-biri  ilə  müqayisəsindən  ibarət  olan  statistik 

tədqiqat  metodudur  (məsələn,  ehtiyatlar  və 

onlardan  istifadə,  istehsal  və  istehlak,  əhalinin 

gəlirləri və xərcləri, aktivlər və passivlər, istehsal 

və 


bölüşdürülmə 

və 


s.). 

Balans 


metodu 

proporsiyaların  natura  və  dəyər  şəklində  tədqiqat 

üsuludur.  

 

BALANS 



MƏNFƏƏTĐ

 

– 



müəssisənin, 

firmanın 

əsas 

vasitələrinin 



(uzunmüddətli 

aktivlərinin), 

bütün 

obyektlərinin 



balans 

cədvəllərində  əks  etdirilən  və  onun  balansına 

daxil  edilən  dəyəridir.  Balans  dəyəri  köhnəlmə 

çıxılma  şərtilə,  əsas  vəsaitlərin  ilk  alınma, 

obyektlərin  isə  tikinti  dəyəri  əsasında  hesablanır. 

Şirkətin,  firmanın  balans  dəyəri  onun  xalis 

aktivləri 

və 


xüsusi 

aktivləri 

və 

xüsusi 


kapitalından,  daha  doğrusu,  məcmu  aktivlərindən 

məcmu  öhdəlik  və  borclarını  çıxmaq  yolu  ilə 

müəyyən edilir.    

 

BALANSIN  TƏRTĐB  OLUNMA  TARĐXĐ

 

–  maliyyə  ilinin  və  ya  hesabat  dövrünün  son 



günüdür. 

Balansın 

tərtib 

olunduğu 



tarix 

hesabatlarda göstərilir. 

 

BALANSLAŞDIRICI 

MADDƏ 

ÜZRƏ 

NƏZƏRƏ 

ALINAN 

YARDIMLAR

 

– 

yardım verilməsə baş verə biləcək ümumi itkilərin 

tam  və  ya  qismən  ödənilməsi  üçün  müəssisə 

tərəfindən alınmış yardımlardır. 

 

BALIQÇILIQ 

TƏSƏRRÜFATI 

MƏH-

SULLARININ  BURAXILIŞI

  –  bu  sahəyə 

daxil  olan  bütün  altsahələrdə  istehsal  olunan 

məhsulların dəyəridir. MHS-nin metodologiyasına 

görə, balıq təsərrüfatlarında balıqyetişdirmə, balıq  

ovu,  əhali  tərəfindən  satış  və  özünün  istehlakı 

üçün balıq tədarükü, balıqçılıq təsərrüfatında əsas 

proseslərə  xidmət  göstərilməsi  buraya  daxildir. 

Balıqyetişdirmənin  məhsul  buraxılışının  dəyəri, 

balığın süni su hovuzlarında çoxalmasının və çəki 

artımının  dəyəri  və  təbii  su  hövzələrində  balıq 

ehtiyatlarının  saxlanması  üzrə  işlərin  dəyərləri  ilə 

müəyyənləşdirilir.  Balıqçılıq  məhsullarına  balıq 

ovu,  dəniz  heyvanlarının  və  dəniz  məhsullarının 

hasilatı daxildir. Sahənin bazar məhsulları - satışın 

faktiki  qiymətlərinə  görə;  qeyri-bazar  məhsulları 

isə  (xidmət  istisna  olmaqla)  sərti  olaraq  orta 

qiymətlərə  görə  qiymətləndirilir.  “Balıqçılıq 

təsərrüfatlarında 

əsas 


proseslərə 

xidmət” 


altsahəsinin  məhsulu  bu  işlərə  çəkilən  xərclərin 

miqdarı ilə qiymətləndirilir. 



 

BANK

  –  fiziki  və  hüquqi  şəxslərin  pul  vəsaitini 

depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və 

faizlə  geri  qaytarmaq  şərti  ilə  öz  adından  və  öz 

hesabına  yerləşdirmək,  fiziki  və  hüquqi  şəxslərin 

hesablarını  açmaq  və  aparmaq  əməliyyatlarının 

məcmusunu  həyata  keçirmək  üçün  müstəsna 

hüquqa  malik  kredit  təşkilatıdır.  ”Banklar 

haqqında” 

Azərbaycan 

Respublikasının  

Qanununa  görə,  fiziki  və  hüquqi  şəxslərdən 

depozitlərin  və  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin 

verilməsini,  habelə  müştərilərin  tapşırığı  ilə 

köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını 

məcmu halda həyata keçirən hüquqi şəxsdir.  



 

BANK  AKTĐVLƏRĐ

  –  bankın  öhdəlikləri  və 

xüsusi  kapitalıdır.  Bank  kapitalı  –  mümkün 

itkilərin  ödənilməsi  üçün  zəmanət  fondudur. 

Bankın  aktivlərinə  aiddir:  banka  məxsus  tikililər, 

bankın  avadanlıqları,  onun  yaratdığı  ehtiyatlar, 

həmçinin  ona  müştərilərindən  çatmalı  olan 

məbləğlər  (müştərilərin  borc  öhdəlikləri)  və  ya 

onun  birbaşa  kassasında  olan,  yaxud  depozitdəki 

(başqa  bankda)  nağd  pul,  xarici  valyuta,  qiymətli 

metallar, qiymətli kağızlar və s. 

 

BANK  AUDĐTĐ

  -  bankların  (bank  filiallarının) 

dərc  etdirdiyi  (nəşr  etdirdiyi)  və  ya  yuxarı 

təşkilatlara  təqdim  etdiyi  maliyyə  hesabatlarının 

məlumatlarının  hüquqi,  iqtisadi  və  mühasibat 

cəhətdən  qiymətləndirilməsi  də  daxil  olmaqla, 

maliyyə-təsərrüfat 

fəaliyyəti 

nəticələrinin 

kompleks  yoxlanmasıdır  (ekspertizasıdır).  Bank 

strukturlarının 

auditinin 

məqsədi 


bank 


hesabatlarının 

dürüstlüyünün 

və 

onların 


apardıqları  maliyyə-təsərrüfat  əməliyyatlarının 

normativ aktlarla uyğunluğunun təyin edilməsidir. 

Bank auditi daxili və xarici auditdən ibarətdir.  

Xarici bank auditi səhmdar bankların rəsmi (illik) 

maliyyə 


hesabatlarının 

və 


digər 

rəsmi 


materiallarının  məlumatlarının  qanunvericiliklə 

nəzərdə  tutulmuş  qaydada  müstəqil  ekspert 

tərəfindən  yoxlanması  və  təsdiqini  özündə 

birləşdirir.  Daxili  bank  auditi  səhmdar  bankda 

idarəetmənin  cari  məsələlərini,  uçot  siyasətinin 

seçilməsini,  mənfəətliliyin  təhlilini,  mühasibat 

uçotunun 

konkret 


problemlərini 

özündə 


birləşdirir. 

Bank  auditinə  səbəb  -  illik  hesabatın  yoxlanması 

və 

təsdiqi, 



qiymətli 

kağız 


emissiyasının 

hesabatlarının  yoxlanması  və  layihəsinin  təsdiqi, 

bankın  uçot  və  hesabatlarının  yoxlanması,  xarici 


 

50 


valyuta 

ilə 


əməliyyatların 

aparılmasına 

lisenziyanın 

alınmasında 

bankın 

sifarişinin 



təsdiqi,  həmçinin  bank  təsisçilərindən  hər  hansı 

birinin  yuxarı  və  ya  istintaq  orqanlarına  tələbləri 

ola bilər. 

Bank  auditi  aşağıdakı  istiqamətlərdə  aparılır: 

bankın  nizamnamə  kapitalının,  fondlarının  və 

digər  pul  vəsaitlərinin  formalaşdırılması  və 

istifadəsi;  gəlirlərin,  xərclərin  bölüşdürülməsinin 

formalaşdırılması 

və 

istifadəsi, 



mənfəətin 

formalaşdırılması  və  istifadəsi  də  daxil  olmaqla, 

maliyyə  nəticələrinin  xarakteristikası;  bankın 

kredit 


ehtiyatları 

və 


onların 

istifadəsinin 

səmərəliliyi; 

bankın 


faiz 

siyasəti; 

bankın 

fəaliyyətinin iqtisadi normativləri; uçot siyasəti və 



mühasibat 

uçotunun 

vəziyyəti; 

hesablaşma 

əməliyyatlarının 

və 


xarici 

valyuta 


ilə 

əməliyyatların aparılması və s. 

Bank 

auditinin 



xüsusiyyətləri 

ümumilikdə 

kommersiya 

bankının 

müxbir 

hesablarının, 



valyuta 

ilə 


əməliyyatlarının, 

vaxtı 


keçmiş 

borclarının, gələcək dövrlərdə gəlirlərinin, gəlir və 

xərclərinin tərkibinin yoxlanması ilə bağlıdır. 

Bank  auditinin  keçirilməsi  və  yekunlarının 

rəsmiləşdirilməsi qaydası digər audit formalarında 

olduğu kimidir.  

 

BANK  BALANSI

  –  bankın  fəaliyyətini  əks 

etdirən  əsas  sənəddir.  Bank  əməliyyatlarının 

qruplaşdırılması  eynitipli  əlamətlər  üzrə  həyata 

keçirilir, 

yəni: 

aktivlərin 



satıla 

bilmə 


qabiliyyətinin  aşağı  düşmə  səviyyəsinə  və 

passivlərə  tələbat  səviyyəsinin  azalmasına  görə. 

Aktiv,  passiv  və  aktiv-passiv  kimi  balans 

hesabları 

bir-birindən 

fərqləndirilir. 



Passiv 

hesablara  daxil  edilir:  bankın  fondları,  fiziki  və 

hüquqi 


şəxslərin 

depozitləri, 

hesablardakı 

vəsaitlər,  mənfəət,  kreditor  borcları,  digər 

banklardan  alınan  maliyyələşmə  məbləğləri. 

Passiv  hesablardakı  vəsaitlər  bankın  ehtiyatları 

hesab  olunur.  Bank  balansının  aktiv  hesabları 

aşağıdakılardan  ibarətdir:  kassada  olan  pul 

vəsaitlərindən, qısa və uzun müddətli kreditlərdən, 

dövlət 


büdcəsinin 

xərclərindən, 

kapital 

qoyuluşuna  xərclərdən,  debitor  borclarından,  sair 

mücərrəd  vəsaitlərdən.  Bank  balanslarının  aktiv 

hissəsi  ehtiyatların  istifadəsini  əks  etdirir.  Aktiv-



passiv  hesablarda  nəzərə  alınır:  xarici  və  sair 

əməliyyatlar 

üzrə 

hesablaşmalar, 



ayrı-ayrı 

banklarının  hesabları,  sair  debitor  və  kreditorlar. 

Bundan  başqa,  bank  balansına  mühafizəyə 

verilmiş  malların  yolda  olmasını  və  qiymətli 

əşyaların  hərəkətini  özündə  əks  etdirən  bir  sıra 

balansdan  kənar  hesablar,  dövlət  mülkiyyətinin 

ödəniş  tapşırıqları  və  nişanları,  mühafizəyə 

verilmiş qiymətli kağızlar da daxildir.  

Bank  balanslarının  likvidliyi  müəyyən  edilmiş 

müddətlər  üzrə  bankın  balansının  aktiv  və 

passivlərinin  nisbətidir.  Aktiv  və  passivlər 

arasında  bərabərliyə  nail  olduqda,  balans  likvid 

hesab edilir. 

 

BANK 

BALANSININ 

SALDOSU

 

 

müəyyən  tarixə,  ya  da  müəyyən  dövr  üçün  bank 

balansının  aktiv  və  passiv  hissələrinin  qalıqları 

arasındakı  nisbətin  nəticəsidir.  Debet  qalıqları 

aktivdə,  kredit  qalıqları  isə  passivdə  göstərilir. 

Bank balansının saldosu hər gün balans  və qeyri-

balans  hesabları  üzrə  tərtib  edilə  bilər.  Onların 

bazasında 

dövr 

üçün 


bank 

balansı 


müəyyənləşdirilir.  Bank  və  bank  müəssisələrinin 

maliyyə  fəaliyyətinin  nəticələrinin  təhlilində 

istifadə  olunur.  Beynəlxalq  tədiyyə  münasibətləri 

mövcud  olduqda,  bank  balansının  saldosu  qeyri-

rezidentlərlə bağlı daxilolma və xərclər arasındakı 

fərq hesab edilir. 



 

“BANK  CƏNNƏTĐ”

  –  vergi  və  valyuta 

qanunvericiliyinin  bank  fəaliyyətinə  aid  olan  ya 

kifayət  qədər  çevik,  ya  da  praktiki  olaraq  hiss 

olunmayan 

(məsələn, 

Đsveçrədə, 

Kanadada, 

Lüksemburqda və s.) iqtisadi zonadır. 

 

BANK  KAPĐTALI

  –  fərdi  şəxslər  (bankirlər) 

və  ya  bankın  səhmdarları  tərəfindən  bank 

müəssisələrinə 

qoyulmuş 

kapitaldır. 

Bank 


passivinin  daha  etibarlı  maddəsidir.  Nizamnamə, 

abunə  edilmiş,  ödənilmiş  və  ehtiyat  bank 

kapitalları 

fərqləndirilir. 

Əgər 

səhmlərin 



yerləşdirilməsi  zamanı  abunəçilərdən  səhmin  tam 

dəyərinin  ödənilməsi  tələb  olunmursa,  onda 

ödənilmiş  (real  olaraq  ödənilmiş)  bank  kapitalı 

abunə edilmişlərdən az olur. Bankın gəlirlərindən 

ayırmalar  hesabına  yaradılmış  ehtiyat  bank 

kapitalından  gözlənilməyən  xərclər  və  ziyanların 

ödənməsi  üçün  istifadə  edilir.  Bank  kapitalı 

sahibinə  sənaye  və  ticarət  mənfəətinə  bərabər 

miqdarda  bank  mənfəəti  gətirir  və  sahibinin 

xüsusi kapitalıdır. 



 

BANK KONSORSĐUMU

 – kredit, zəmanət və 

digər  bank  əməliyyatlarının  birgə  aparılması, 

həmçinin borcu qaytara bilmədikləri halda hər bir 

üzvə  düşən  itkinin  azaldılması  üçün  hər  hansı 

konkret 

bir 


bank 

(konsorsiumun 

başçısı) 

tərəfindən müvəqqəti yaradılan banklar qrupudur. 

Bank  konsorsiumunun  başçısı  onun  bütün 

iştirakçılarının  adından  və  marağından  çıxış  edir. 

Bank  konsorsiumunun  başçısının  funksiyaları 

konsorsiumun  təşkilindən,  bir  tərəfdən  onun 

iştirakçıları 

və 


müəssisə-müştərilərlə, 

digər 


tərəfdən  isə  dövlət  kredit-maliyyə  müəssisələri 

arasında vasitəçilik etməkdən ibarətdir.  



 

51

BANK  KONSORSĐUMUNUN  KREDĐTĐ



  – 

bir  müştəriyə  bir  neçə  bank  tərəfindən  verilən 

qısamüddətli  və  ya  uzunmüddətli  kreditdir.  Bank 

vəsaitlərinin  belə  cəlb  edilmə  formasında  bank 

konsorsiumu  kreditinin  hər  bir  iştirakçısı  verilən 

kreditin  müəyyən  faizini  təmin  edir.  Kreditin 

strukturlaşdırılması  müştəri  ilə  danışıqlar  aparan 

və  banklararası  qarşılıqlı  əlaqələri  razılaşdıran 

əsas  funksiyanı  öz  üzərinə  götürən  bank 

tərəfindən təmin edilir.  



 

BANK  SĐSTEMĐ

  –  ölkənin  mərkəzi  (milli) 

bankı,  müxtəlif  növ  kommersiya  bankları,  həm-

çinin ayrı-ayrı bank əməliyyatlarını aparmaq üçün 

lisenziya  almış  digər  kredit  idarələrinin  daxil 

olduğu  bütün  bank  və  bank  idarələri  sistemidir. 

Beynəlxalq  Valyuta  Fondunun  (BVF)  yeni 

təsnifatına  uyğun  olaraq,  bank  sisteminə  iki  qrup 

daxildir:  həqiqi  banklar  (pul-kredit  müəssisələri) 

və  digər  kredit  təşkilatları  –  maliyyə,  sığorta, 

investisiya cəmiyyətləri, pensiya fondları. 



 

BANK 

STATĐSTĐKASI

 

– 

maliyyə 


statistikasının  sahələrindən  biri  olaraq,  kredit 

təşkilatlarının  nağd  pul  dövriyyəsi,  uzun  və 

qısamüddətli  kreditləşmə,  nağdsız  hesablaşmalar, 

kapital 


qoyuluşlarının 

maliyyələşdirilməsi, 

valyuta  əməliyyatları  sahəsində  fəaliyyətini  və 

bank  fəaliyyətinin  digər  istiqamətlərini  öyrənir. 

Pul  dövriyyəsi,  pul-kredit  sisteminin  idarə 

edilməsi, 

cümlədən 



kassa 

və 


kredit 

planlaşdırılması 

və 

nəzarəti 



üçün 

kredit 


münasibətlərinin  vəziyyəti  və  inkişafı  haqqında 

müxtəlif  məlumatların  və  analitik  materialların 

işlənib 

hazırlanmasını 

təmin 

edir. 


Bank 

statistikasında bankların pul-kredit əməliyyatlarını 

(verilmiş  və  qaytarılmış  kreditlərin  məbləği, 

ssudalar  üzrə  borcların  qalıqları,  qaytarılmamış 

borcların  orta  müddəti,  nağdsız  və  nağd  pul 

dövriyyəsi  və  s.)  əks  etdirən  göstəricilər  sistemi, 

indekslər  üzrə  təhlil  və  korrelyasiya-reqressiya 

təhlilindən istifadə olunur. 

 

BANKIN 

NĐZAMNAMƏ 

FONDU 

(KAPĐTALI)

 

– 



kapitalın 

təşkilati-hüquqi 

formasıdır,  məbləği  bankın  yaradılması  haqqında 

nizamnamə  və  ya  müqavilə  ilə  müəyyənləşdirilir. 

Bankın 

nizamnamə 



fondunun 

(kapitalının) 

minimum  miqdarı  Mərkəzi  Bank  tərəfindən 

müəyyənləşdirilir.  Bankın  nizamnamə  fondu 

(kapitalı)  balansın  passivində  əks  etdirilir. 

Kommersiya 

bankları 

üçün 


onun 

mütləq 


kəmiyyəti  və  quruluşu  Mərkəzi  Bank  tərəfindən 

tənzimlənir 

(bankın 

nizamnamə 

fondunun 

(kapitalının)  qeyri-pul  hissəsinin  son  həddi, 

yüksək  risk  aktivləri  üçün  yaradılan  ehtiyatların 

minimum 


miqdarı,  digər  hüquqi  şəxslərin 

səhmlərinin  (paylarının)  alınması  üçün  bankların 

az vəsaitlərinin istifadə edilməsi normativləri). 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling