Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet15/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   11   12   13   14   15   16   17   18   ...   183

BAZARIN  SOSĐAL  FƏALĐYYƏTĐNĐN 

SƏMƏRƏLĐLĐYĐ

  -  aşağıdakıları  əks  etdirən 

göstəricilər  sistemidir:  1)  istehlak  bazarında 

alıcılıq 

tələbatının 

ödənilmə 

səviyyəsi; 

2) 


alıcıların əmtəələrin əldə olunmasına sərf etdikləri 

vaxt;  3)  ticarətdə  xidmət  səviyyəsi  (alıcılara 

göstərilən ticarət xidmətinin keyfiyyəti). 

 

BAZARIN  TUTUMU



  –  hər  hansı  dövrdə  və 

müəyyən  şəraitdə  bazarın  qəbul  edə  biləcəyi 

əmtəələrin  miqdarıdır.  Fərz  edək  ki,  bazarın 

tutumu özündə tələbatın yuxarı həddini əks etdirir. 

Bu göstərici aşağıdakı düsturla hesablanır:  


 

59

I



K

K

B

d

n

N

T

м

ф

d

р

n

i

i

i





=



=

)

(



)

(

.



1

 

burada:  T  -  bazarın  tutumu;  N



i

  -  eyni  qruplu 

istehlakçıların  sayını;  n

–  i  qrupuna  (normativ-



hesabat  və  ya  əsas)  daxil  olan  bir  istehlak 

vahidinin  tələbatının  orta  səviyyəsini;  d

рd.

– 

tələbatın  (qiymət,  gəlir  və  s.  tələbatın  elastiklik 



əmsalı)  əsas  amillərindəki  dəyişikliklərə  düzəlişi; 

B  –  bazarın  dolğunluğunu;  K

ф

  –  fiziki 



köhnəlməni;  K

м

  –  mənəvi  köhnəlməni;  Đ  – 



istehlakın  (natural  istehlak,  maddi  yardım  və  s.) 

alternativ, 

qeyri-əmtəə 

mənbəyini; 

– 

istehlakçıların i qrupunun sayını göstərir. 



 

BAZĐS

  –  ticarət  əşyası  olan  birja  məzənnəsinə 

edilən əlavə və yaxud  ona edilən güzəştdir. 

 

BAZĐS 

GÖSTƏRĐCĐLƏR

 

– 



digər 

göstəricilərlə  müqayisə  etmək  üçün  əsas  kimi 

qəbul  edilən  göstəricilər  və  iqtisadi  kəmiyyətdir. 

Bazis  göstəriciləri  təhlillərin  aparılması,  iqtisadi 

göstəricilərin 

nisbi, 


mütləq 

dinamikasının 

müəyyən 

edilməsi 

və 

iqtisadi 



tədqiqatlar 

aparılması üçün istifadə edilir.   

 

BAZĐS  QĐYMƏTĐ

 

qiymət  indeksinin 

hesablanması  üçün  istifadə  edilən  baza  dövrünün 

qiymətləridir. 

 

BBYÖ  (BÖYÜK  MƏBLƏĞDƏ  BORCU 

OLAN 

YOXSUL 

ÖLKƏLƏR 

ÜÇÜN 

TƏŞƏBBÜS)  HAQQINDA  TƏŞƏBBÜS 

ÇƏRÇĐVƏSĐNDƏ 

QƏRARIN 

QƏBUL 

EDĐLMƏ  ANINA  VƏ  PROSESĐN  BAŞA 

ÇATMASI 

ANINA 

NAĐL 

OLMUŞ

 

ÖLKƏLƏRĐN  ÜMUMĐ  SAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  böyük  məbləğdə  borcu  olan 

bu və ya digər yoxsul ölkələrdə islahatların davam 

etdirilməsini və həmçinin yoxsulluğun miqyasının 

azaldılması  strategiyasının  işlənməsi  və  həyata 

keçirilməsini  öhdəsinə  götürən,  BVF  və  Dünya 

Bankı tərəfindən yardım  göstərilən təshih edilmiş 

proqramların  müvəffəqiyyətlə  yerinə  yetirdiyini 

dəfələrlə təsdiq edən vaxtı göstərir.  



BBYÖ  haqqında  prosesin  başa  çatması  anı  - 

ölkədə  yoxsulluğun  miqyasının  azaldılması  üzrə 

öz proqramının işlənməsi və həyata keçirilməsi də 

daxil  olmaqla,  qərarın  qəbul  edilməsi  anında 

razılaşdırılmış 

əsas 


struktur 

islahatlarının 

müvəffəqiyyətlə  başa  çatdırılması  vaxtını  bildirir. 

Bu  zaman  BBYÖ  haqqında  təşəbbüsə  müvafiq 

olaraq, bu ölkənin borcu hər-hansı bir əlavə siyasi 

şərtlər olmadan yüngülləşir. 



 

BBYÖ 

HAQQINDA 

TƏŞƏBBÜS 

ÇƏRÇĐVƏSĐNDƏ 

BORC 

YÜKÜNÜN 

YÜNGÜLLƏŞDĐRĐLMƏSĐ 

ÜZRƏ 

ÖHDƏLĐKLƏR 

-  (Minilliyin  bəyannamə-

sində  əks  olunmuş  inkişaf  göstəricilərin-dən)  - 

inkişaf  məqsədilə  rəsmi  yardımın  tərkib  hissəsi 

kimi  müxtəlif  vaxtlarda  müxtəlif  cür  qeyd 

edilmişdir. 1992-ci ilədək inkişaf məqsədilə rəsmi 

yardım 

meyarlarına 



uyğun 

gələn 


inkişaf 

məqsədilə, 

qeyri-rəsmi 

yardım 


çərçivəsində 

borcların  silinməsi  üzrə  belə  tədbirlər  ĐRY 

(Đnkişaf  məqsədilə  rəsmi  yardım)  kimi  nəzərə 

alınırdı.  1990-1992-ci  illərdə  belə  tədbirlər 

haqqında  məlumatlar  əvvəlki  kimi  ĐRY  hissəsi 

kimi  verilirdi.  Lakin  yekun  nəticədə  Đnkişafa 

Yardım  Komitəsinin  məlumatlarında  onlar  daha 

nəzərə  alınmırdı.  1993-cü  ildən  etibarən  hərbi 

məqsədlər  üçün  götürülmüş  borclar  “digər  rəsmi 

axın”  kimi  əks  olunurdu.  Bu  zaman  digər 

istiqrazların  silinməsi  üzrə  fəaliyyətlər  ĐRY 

(əsasən  ixrac  kreditləri)  xətti  üzrə  deyil,  ĐRY 

çərçivəsində  tədbirlər  kimi,  həm  ölkələr  üzrə 

məlumatlarda, həm də yuxarıda göstərilən Komitə 

tərəfindən tərtib olunan (1989-cu ilədək) ĐRY üzrə 

yekun məlumatlarda qeyd olunurdu. 



 

BEKUS-NAUR  NORMAL  FORMASI

  - 

1950-ci 


ildə 

proqramçı 

qismində 

ĐBM 


korporasiyasına 

işə 


düzələn 

Соn 


Bekus 

“Fortran”dan  sonra  proqramlaşdırma  dillərinin 

sintaksisinin  formal  təsvir  sistemini  yaratdı  və 

sonralar danimarkalı alim Piter Naur tərəfindən bu 

iş  başa  çatdırılaraq  “Bekus-Naur”  forması  adını 

aldı.  “Fortran”ı  hazırladığına  görə  C.Bekus  bir 

sıra  mükafatlara,  o  cümlədən  elm  sahəsində 

xidmətlərinə  görə  ABŞ-ın  milli  medalına  və 

Tyurinq mükafatına layiq görülmüşdür. 

 

BEŞ  YAŞADƏK  UŞAQLAR  ARASINDA 

AŞAĞI  ÇƏKĐLĐLƏRĐN  PAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən) -  5  yaşınadək  uşaqlar arasında 

yaşlarına  görə  çəkiləri  59  ayadək  olan  əhalinin 

beynəlxalq 

müqayisə 

kontingenti 

üçün 


standartdan  iki  dəfə  aşağı  olan  aşağı  çəkili 

uşaqların  faizlə  miqdarını  əks  etdirir.  Beynəlxalq 

müqayisə  kontingentinin  meyarları  Birləşmiş 

Ştatlar  üçün  müqayisə  meyarları  kimi  Səhiyyə 

Statistikası üzrə Milli Mərkəz (SSMM) tərəfindən 

hazırlanmışdır, sonradan isə beynəlxalq səviyyədə 

tətbiq  edilməsi  üçün  Ümumdünya  Səhiyyə 

Təşkilatı  tərəfindən  (ÜST)  qəbul  edilmişdir 

(hazırda 

daha 


çox 

SSMM/ÜST 

müqayisə 

kontingentinin meyarları adlandırılır).  

Bu  və  ya  digər  ölkələrdə  5  yaşadək  uşaqlar 

arasında 

çəkiyə 

dair 


nəzarət 

məlumatları 



 

60 


SSMM/DST-nin  cədvəlində  verilmiş  hər  bir  yaş 

qrupu  üzrə  uşaqların  çəkisi  haqqındakı  nəzarət 

məlumatları ilə müqayisə edilir. Sonra hər bir yaş 

qrupu  üzrə  çəkiləri  verilmiş  qrup  üzrə  təyin 

edilmiş  orta  çəkidən  iki  dəfə  az  olan  uşaqlar 

haqqında  faiz  məlumatlarının  orta  qiymətləri 

tapılır  və  5  yaşadək  uşaqlar  arasında  aşağı  çəkili 

uşaqların ümumi faizi çıxarılır.  



 

BEŞ  YAŞADƏK  UŞAQLAR  ARASINDA 

ÖLÜM  ƏMSALI

  (Minilliyin  bəyannamə-

sində  əks  olunmuş  inkişaf  göstəricilərin-dən)  - 

əgər  verilmiş  əmsal  yaş  qruplarına  görə  cinslər 

üzrə  bölünməklə  cari  ölüm  əmsalı  ilə  sıx  əlaqədə 

hesablanırsa,  hər  hansı  bir  konkret  ildə  uşağın 

doğum  anından  5  yaşadək  olan  dövrdə  ölüm 

ehtimalı 

(hər 

1000 


diri 

doğulan 


uşağa 

hesablanmaqla) göstəricisidir. 

Đnkişaf  etməkdə  olan  ölkələrdə  ölüm  əmsalı 

ədliyyə 


orqanlarının 

qeydiyyat 

şöbələrində, 

əhalinin  siyahıyaalınması  və  ev  təsərrüfatlarının 

müayinələri  materiallarında  mövcud  olan  doğum 

və ölüm haqqında məlumatlar əsasında hesablanır. 

Ev 

təsərrüfatlarının 



müayinəsi 

materialları 

əsasında  əldə  edilən  qiymətləndirici  məlumatlar 

həm  bilavasitə  (doğum  tarixi  məlumatlarından 

istifadə  etməklə,  məsələn,  bu,  demoqrafik  və 

tibbi-sanitar  müayinələrin  aparılmasında  edilir), 

həm də dolayısı ilə (Brass metodunun tətbiqi ilə - 

klaster  seçməsi  tətbiq  edilməklə,  bir  çox 

göstəricilər 

üzrə 


müayinələrin 

keçirilməsi 

əsasında) 

hesablanır. 

Sonra 

əldə 


edilmiş 

məlumatlar  5  yaşadək  uşaq  kontingentinə  tətbiq 

edilməklə  yekunlaşdırılır  və  əldə  edilmiş  nəticə 

1000 diri doğulma əmsalı şəklində əks etdirilir.  



 

BEŞĐNCĐ 

SĐNFƏDƏK 

OXUYACAQ 

BĐRĐNCĐ  SĐNĐF  ŞAGĐRDLƏRĐNĐN  SAYI

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf  göstəricilərindən)  -  başqa  sözlə,  beşinci 

sinif  səviyyəsinə  çatma  əmsalı  adlanan  beşinci 



sinfədək oxuyacaq birinci sinif şagirdlərinin sayı, 

özündə  müvafiq  tədris  ilində  ibtidai  məktəbin 

birinci  sinfinə  qəbul  olunmuş  və  beşinci  sinfədək 

oxuma ehtimalı olan şagirdlərin faizini əks etdirir.  

Adətən,  bu  göstərici  məktəbə  daxil  olan  və 

müvafiq  siniflərdə  iki  il  dalbadal  qalmış 

şagirdlərin  sayı  haqqında  məlumatlar  əsasında 

çıxarılır  ki,  bu  da  yaş  kontingentinin  bərpası 

metodu  adlanan  proses  çərçivəsində  həyata 

keçirilir. Verilmiş metod çərçivəsində üç ehtimala 

yol verilir: güman edilir ki, kənarlaşdırılan uşaqlar 

heç  vaxt  məktəbə  qayıtmayacaq;  növbəti  sinfə 

keçənlərin, 

növbəti 


ilə 

qalanların 

və 

kənarlaşdırılan  uşaqların  əmsalı  müvafiq  yaş 



kontingenti  üzrə  bütün  təhsil  dövründə  dəyişməz 

qalır,  müvafiq  səviyyəli  siniflərdə  təhsil  alan 

bütün şagirdlərin sayında isə bu şagirdlərin ikinci 

ilə  qalıb-qalmamasından  asılı  olmayaraq,  eyni 

əmsallar tətbiq edilir. 

Hesablama  təhsilin  müəyyən  edilmiş  dərəcələri 

üzrə  sinifdən-sinfə  uğurla  keçən,  bu  və  ya  digər 

yaş qrupuna daxil olan şagirdlərin ümumi sayının 

verilmiş  yaş  qrupunu  (burada  söhbət  ilk  dəfə 

ibtidai  sinfin  birinci  sinfinə  gedən  uşaqlardan 

gedir)  təşkil  edən  şagirdlərin  ümumi  sayına 

bölünməsi yolu ilə aparılır. Bundan sonra, alınmış 

nəticə 100-ə vurulur. 

Ev 


təsərrüfatlarının 

müayinəsi 

məlumatları 

əsasında 

qiymətləndirilmənin 

aparılmasında 

yuxarıda  göstərilən  kontingentin  sayı  şagirdlərin 

sayının hətta beşinci sinfədək sinifdən-sinfə keçən 

şagirdlərin  sayına  vurulması  ilə  tapılır.  Belə 

qiymətləndirmələr  BMT-nin  təhsil,  elm  və 

mədəniyyət 

məsələləri 

üzrə 

təşkilatının 



(YUNESKO)  nəzərdə  tutduğu  metodikaya  uyğun 

gəlir. 


 

BEŞLƏR  QRUPU

  –  bazarda  birgə  tədbirlər 

həyata 


keçirməklə 

öz 


valyuta 

kurslarını 

sabitləşdirmək 

qərarına 

gəlmiş 

dövlətlərdir: 



Fransa,  Yaponiya,  Böyük  Britaniya,  ABŞ  və 

Almaniya. 

 

“BETA”  ƏMSALI

  –  konkret  səhmlərin 

gəlirlərinin  dəyişməsi  ilə  bazar  indeksi  üzrə  

gəlirlərin    dəyişməsi  arasındakı  korrelyasiyanı 

xarakterizə  edən göstəricidir. 

 

BEYĐN 



HƏMLƏSĐ

 



ekspert 

qiymətləndirməsinin 

metodlarından 

biridir. 

Đxtisaslı 

ekspertlər 

(mütəxəssislər) 

qrupu 

tərəfindən  problemlərin  şifahi  müzakirəsindən 



ibarətdir.  Sərbəst  fikir  mübadiləsi  və  qeyri-

ənənəvi 


fikirlərin 

(nəzərlərin) 

bildirilməsi 

əsasında  əksəriyyətin  tərəfdar  çıxdığı  nöqteyi-

nəzərlərdən biri seçilir. 

 

BEYNƏLXALQ 

ƏMƏK 

TƏŞKĐLATI 

(BƏT)

 



BMT-nin 

əmək 


qanunvericiliyi 

məsələlərinə  dair  konvensiya  və  tövsiyələrin 

hazırlanması  üzrə  ixtisaslaşmış  təşkilatlarından 

biridir.  1919-cu  ildə  Millətlər  Liqasının  nəzdində 

yaradılmışdır. BƏT-in ali orqanı Baş Konfransdır. 

BƏT-in  statistika  fəaliyyəti  sahəsində  işçi  orqanı 

Əmək  statistikası  üzrə  Beynəlxalq  Konfransdır. 

Onun  vəzifəsi  əmək  statistikasına  dair  tövsiyə  və 

qətnamə 

layihələrini 

işləyib 

hazırlamaqdan 

ibarətdir.  Hazırlanmış  materiallar  BƏT-in  Baş 

Konfransı  tərəfindən  təsdiq  edilir.  Konfransın 

icraçı  orqanı  olan  Beynəlxalq  Əmək  Bürosunun 

(BƏB)  statistika  şöbəsi,  əmək  statistikasına  dair 

Konvensiyada  nəzərdə  tutulmuş  bölmələr  üzrə 

məlumatların toplanması və nəşri ilə məşğul olur.  



 

61

BEYNƏLXALQ 



HESABLAŞMALAR 

BANKI  (BHB)

  –  ilk  yaradılan  beynəlxalq 

maliyyə  institutlarından  biridir.  1930-cu  ildə 

beynəlxalq  xarakterli  maliyyə  əməliyyatlarının 

birgə 


aparılması, 

həmçinin 

valyuta-maliyyə 

məsələləri  üzrə  məsləhətləşmələr  üçün  Amerika 

Bank  Konsorsiumunun  iştirakı  ilə  Belçika, 

Almaniya, 

Fransa, 

Đngiltərə, 

Đtaliya 

və 


Yaponiyanın  mərkəzi  bankları  tərəfindən  alınan 

təzminatlar 

haqqında 

Haaqa 


sazişi 

üzrə 


yaradılmışdır. 1931-1932-ci illərdə ona Avropanın 

19  mərkəzi  bankı  birləşmişdir.  BHB  –  kapitalı 

iştirakçı  ölkələrin  mərkəzi  bankları  arasında  və 

açıq bazarda səhmlərin satılması yolu ilə yaranan 

səhmdar  cəmiyyətdir.  BHB-nin  əsas  məqsədi, 

nizamnaməsinə  uyğun  olaraq,  mərkəzi  bankların 

əməkdaşlığına  imkan  yaratmaq  və  beynəlxalq 

maliyyə  əməliyyatları  üçün  əlavə  əlverişli  şəraiti 

təmin  etmək,  həmçinin  inanılmış  tərəf  və  ya 

beynəlxalq  maliyyə  bazarlarında  agent  kimi 

fəaliyyət göstərməkdən ibarətdir. 

 

BHB  aşağıdakı  əməliyyatları  həyata  keçirir:  öz 



hesabına  və  ya  mərkəzi  bankların  hesabına  qızılı 

alır,  satır  və  saxlayır;  mərkəzi  banklara  ssudalar 

verir;  asan  reallaşdırılan  qısamüddətli  istiqrazları 

satır və hesaba alır; valyuta və dövr edən qiymətli 

kağızları  alır  və  satır;  cari  və  müddətli  hesablara 

mərkəzi  banklardan  əmanətləri  qəbul  edir. 

Bunlardan  əlavə,  BHB  iqtisadiyyat  sahəsi  və 

valyuta  problemləri üzrə  məsləhətlər  verir,  dünya 

iqtisadiyyatı  və  maliyyəsinin  vəziyyəti  haqqında 

məlumatları 

öyrənir. 

Beynəlxalq 

Valyuta 

Fondunun  və  digər  maliyyə  qurumlarının  agenti 

rolunda çıxış edir.  

 

BHB-nin  yuxarı  təşkilatı  onun  ümumi  illik 



iclasıdır.  Cari  işlərə  BHB-nin  prezidentini, 

Şuranın  sədrini  və  sədr  müavinini  3  il  müddətinə 

seçən  Direktorlar  Şurası  rəhbərlik  edir.  Bankın 

baş idarəsi Bazel şəhərində yerləşir. 



 

BEYNƏLXALQ ĐNKĐŞAF BĐRLĐYĐ  (BĐB)

 

–  Dünya  Bankına  daxil  olan  dörd  təşkilatdan 



biridir.  Đnkişaf  etməkdə  olan  ölkələrə  Dünya 

Bankına  nisbətən  daha  güzəştli  şərtlərlə  kreditlər 

vermək üçün yaradılmışdır. BĐB-dən kredit almaq 

üçün  ölkə  dörd  meyara  cavab  verməlidir:  ölkə 

yoxsulluğun  yüksək  son  həddini  ötməməlidir; 

kifayət qədər iqtisadi, maliyyə və siyasi stabilliyə 

malik  olmalıdır;  tədiyyə  balansında  həddindən 

çox gərginlik olmamalı və xarici valyutada kifayət 

qədər  vəsait  almaq  imkanına  malik  olmamalıdır; 

milli  iqtisadiyyatını  inkişaf  etdirilməsinə  səy 

göstərilməlidir.  BĐB  krediti  50  il  müddətinə 

faizsiz  verilir,  yalnız  inzibati  xərcləri  ödəyə 

biləcək  kiçik  ödəniş  nəzərdə  tutulur.  Müəyyən 

edilmiş 10 illik güzəşt dövrü başa çatdıqdan sonra 

borcun ödənişinə (qaytarılmasına) başlanılır. 

 

BEYNƏLXALQ  ĐNVESTĐSĐYALAR  BA-



LANSI

  -    xarici  aktivlərin  ehtiyatlarının 

yığılması  və  ölkənin  öhdəlikləri,  yəni  bu  ölkənin 

rezidentlərinin 

qeyri-rezidentlərə, 

həmçinin 

monetar qızıla  və xüsusi borcalma hüquqları üzrə 

maliyyə  tələbi  və  öhdəliklərinə  dair  statistik 

hesabatdır.  Qeyri-rezidentlərin  torpağa  və  digər 

daşınmaz 

qeyri-maliyyə 

aktivlərinə 

olan 


mülkiyyətinə  şərti  rezidentlərin  maliyyə  tələbi 

kimi  baxılır.  Belə  ki,  torpağın  və  digər  daşınmaz 

maddi 

qiymətlilərinin 



sahibi 

həmişə 


bu 

qiymətlilərin yerləşdiyi ölkənin rezidentləri hesab 

edilir. 

 

BEYNƏLXALQ  MĐQRASĐYA  (XARĐCĐ 

MĐQRASĐYA, 

DÖVLƏTLƏRARASI 

MĐQRASĐYA)

  –  yaşayış  yerinin  dəyişməsi 

səbəbindən  asılı  olmayaraq,  adamların  dövlət 

sərhədindən  keçərək  başqa  dövlətlərə  hərəkətini 

əks etdirir (“Miqrasiya”ya bax). 

 

BEYNƏLXALQ  MÜQAYĐSƏ  ETMƏ  -

  

beynəlxalq  statistikanın  istiqamətlərindən  biridir. 

Onun  predmeti  müxtəlif  ölkələr  üzrə  oxşar 

statistik 

göstəricilərin 

birləşdirilməsindən 

ibarətdir.  

 

BEYNƏLXALQ 

MÜQAYĐSƏLƏR

 

– 



ölkələrin  sosial-iqtisadi  inkişafının  səviyyəsi  və 

dinamikasının 

nisbətini 

öyrənən 


statistik 

metoddur.  Đqtisadiyyatın  müxtəlif  göstəricilərinin 

müqayisə  oluna  bilən  hala  salınması  üçün  tətbiq 

edilir.  Mürəkkəbliyi  ilə  fərqlənən  makroiqtisadi 

dəyər  müqayisələri  qiymətli  məlumatlar  verir. 

Ölkələri  daha  tam  əhatə  etməsinə  görə,  BMT-nin 

Beynəlxalq  Müqayisələr  Proqramı  (BMP)  daha 

dolğun hesab edilir. Valyuta məzənnələri əsasında 

MHS  göstəricilərinin  və  həcminin  müqayisəli 

valyutada  hesablanması  ilə  müqayisədə  daha 

düzgün  məlumatlar  əldə  etmək  məqsədilə,  XX 

əsrin 60-cı illərinin sonlarından BMT-nin Đqtisadi 

və  Sosial  Şurasının  (Komissiyasının)  qərarına 

əsasən  işlənib  hazırlanmışdır.  BMT-nin  BMP 

geniş  tədqiqat  proqramına  bənzəyir  və  onun 

yerinə  yetirilməsinə  beynəlxalq  təşkilatların 

statistika 

orqanlarının, 

milli 

statistika 



təşkilatlarının,  elmi  təşkilatların,  müxtəlif  bilik 

sahələrinin 

mütəxəssisləri 

cəlb 


edilmişdir. 

Müqayisələrin əsas obyektləri son istifadə metodu 

ilə  hesablanan  ümumi  daxili  məhsul  (ÜDM)  və 

onun 


əsas 

komponentləri 

hesab 

edilir. 


Müqayisənin  məqsədi  üçün  ÜDM  verilmiş 

təsnifatlar  üzrə  çoxsaylı  eyni tipli  detallaşdırılmış 



 

62 


ilkin  qruplara  bölünür  ki,  bunlardan  da  zəruri 

sayda  təmsilçi-mallar  (reprezentativlər)  seçilir. 

Hər  bir  ilkin  qrup  üçün,  milli  orta  illik 

qiymətlərlə,  ən  azı  3  təmsilçi-mal  (reprezentativ) 

seçilir.  Beləliklə,  ən azı  600-900  istehlak  malları, 

120-300  investisiya  malları  və  6-20  tikinti 

təmsilçi-obyektinin 

seçilməsi 

lazımdır. 

Bu, 


mütəxəssis-əmtəəşünasların, 

mühəndislərin, 

smetaçıların,  konstruktorların  və  yalnız  statistika 

sahəsində  deyil,  digər  bilik  sahələrində  çalışan 

digər  mütəxəssislərin  cəlb  edilməsi  ilə  qiymətlər 

üzərində xüsusi müşahidələrin təşkilini tələb edir. 

Beynəlxalq  müqayisələr  üzrə  işlərin  həyata 

keçirilməsi  prosesində  iki  vəzifə  həll  edilir: 

birincisi, qiymətlərin səviyyəsindəki müxtəlifliyin 

təsirini kənarlaşdırmaq üçün alıcılıq qabiliyyətinin 



paritetliyi (AQP) müəyyənləşdirilir; ikincisi, “real 

həcm” müəyyənləşdirilir. 

BMP-nın  nəticələrindən  aşağıdakı  sahələrdə 

istifadə  edilir:  ölkənin  ümumi  iqtisadi  inkişafının 

və 

əhalinin 



həyat 

səviyyəsinin 

qiymətləndirilməsində, 

milli 


iqtisadiyyatın 

səmərəliliyinin 

müəyyənləşdirilməsində 

və 


müqayisə 

edilməsində, 

iqtisadi 

və 


hərbi 

potensialın  müqayisəsində,  ölkənin  maliyyə 

imkanlarının  (beynəlxalq  təşkilatların  və  s. 

büdcəsinə 

üzvlük 

haqqının 



ödənilməsi 

imkanlarının)  təhlilində,  inkişaf  etmiş  ölkələrin 

inkişaf  etməkdə  olan  ölkələrə  yardım  siyasətinin 

və 


həcminin 

hazırlanmasında, 

bazarın 

konyunkturasının  (bazarın  tutumunun)  təhlilində, 

qiymətlərin 

səviyyəsinin 

beynəlxalq 

müqayisəsində,  beynəlxalq  iqtisadi  inteqrasiyanın 

öyrənilməsində,  iqtisadi  nəzəriyyənin  (inkişaf 

modelləri və s.) işlənib hazırlanmasında. BMP-nin 

nəticələrindən  Dünya  Bankı  və  BVF  tərəfindən 

həm  təhlil,  həm  də  praktiki  işlərdə  kifayət  qədər 

geniş  istifadə  edilir.  Đqtisadi  təhlilin  bir  çox 

məsələlərində 

AQP 

əsasında 



real 

ÜDM 


göstəricisinə  (yaxud  onun  komponentlərinə) 

valyutaların 

dəyişmə 

kursları 

əsasında 

hesablanmış  məlumatlarla  müqayisədə  üstünlük 

verilir.  Məsələn,  BMT-nin  Đnkişaf  Proqramında 

(BMT  ĐP)  ölkənin  ümumi  inkişaf  indeksini 

hesablamaq 

üçün 


qəbul 

edilən 


üç 

əsas 


göstəricidən biri olan adambaşına real gəlir ÜDM 

göstəricisidir və insan inkişafı indeksi adlandırılan 

bu  göstərici  BMT-nin  BMP  tədqiqatlarının 

nəticələrinə əsasən hesablanır.  

Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatı (ĐƏĐT) və 

Avropa 


Đttifaqı 

(AĐ) 


öz 

milli 


hesabları 

çərçivəsində  BMP-nın  nəticələrini  müntəzəm 

olaraq  dərc  etdirirlər.  Bu  məlumatlardan  AĐ-də 

həm  də  inzibati  məqsədlər  üçün  istifadə  edilir. 

Məsələn, bəzi sosial ödənişlər adambaşına ÜDM-

un real həcmindən asılı olaraq müəyyənləşdirilir. 

BMP  BMT-də    fazalarla  həyata  keçirilir.  Đlk  3 

faza  1970,  1973  və  1975-ci  ilin  məlumatları 

əsasında  həyata  keçirilmişdir,  və  burda  çox  az 

sayda  dövlətlər  iştirak  etmişdir  (müvafiq  olaraq 

10,  16  və  34).  4-cü  fazadan  başlayaraq  1980-ci 

ildə  iştirakçı  dövlətlərin  sayının  artması  ilə 

əlaqədar  (60)  müqayisənin  regional  qaydada 

aparılmasına  dair  qərar  qəbul  edilir.  Belə  ki, 

əvvəlcə 

müqayisə 

dünyanın 

müxtəlif 

regionlarında aparılır, sonra regional müqayisənin 

nəticələri  daha  qlobal  nəticələrin  alınması  üçün 

xüsusi  metod  və  düsturlar  vasitəsilə  birləşdirilir. 

Bu  da  ÜDM-in  həcminə  və  ÜDM-in  adambaşına 

düşən  səviyyəsinə  görə  bütün  ölkələri  sıralamağa 

imkan verir. 

Bu  prinsip  əsasında  1985  və  1993-cü  illərdə 

uyğun  olaraq  müqayisənin  5-ci  və  6-cı  fazası 

keçirilmişdir. 

2005-ci  ilin  göstəriciləri  əsasında  ÜDM-in  qlobal 

müqayisəsi  regional  əsasda  aparılmışdır  (burda 

MDB  dövlətləri  ilə  yanaşı,  4  region  Asiya-Sakit 

okean  regionu,  Qərbi  Asiya,  Afrika,  Latın 

Amerikası  ölkələri,  eləcə  də  Đqtisadi  Đnkişaf  və 

Əməkdaşlıq  Təşkilatı  və  AĐ-nin  Statistika 

Bürosunun)  müqayisəyə  daxil  etdiyi  dövlətlər  də 

iştirak edirdi).  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling