Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
BƏRPA EDĐLMĐŞ TORPAQLAR – təyinatı üzrə (kənd, meşə, su təsərrüfatlarında və s.) istifadə edilmək üçün yenidən yararlı vəziyyətə gətirilmiş torpaqlardır. Torpaq qatının korlanması ilə nəticələnən faydalı qazıntı yataqlarının işlənməsi ilə məşğul olan, geoloji-kəşfiyyat, axtarış, tikinti və digər işləri yerinə yetirən müəssisə və təşkilatlar tərəfindən bərpa edilmiş torpaqlar qüvvədə olan qaydalara uyğun olaraq aktla torpaq istifadəçilərinə verilir. Statistikada bərpa edilmiş torpaqların uçotu
oxşardır.
aktivlərin mühasibat və statistik uçotda ifadə olunan qiymətlərlə dəyəri haqqında məlumatların, bu aktivlərin yığılmış aşınması nəzərə alınmaqla, fond yaradan məhsulların qiymət indeksindən istifadə etməklə müasir qiymətlərə çevrilməsidir.
ehtiyatları, heyvanat və bitki aləmi, atmosfer havası və enerji, bunlarla bağlı ehtiyatlar bərpa olunmaya və təkrar
istehsala tabe
olan ehtiyatlardır. Uzun illər ərzində bərpa olunmaya və təkrar istehsala tabe olmayanlara torpaq və faydalı qazıntılar aiddir.
rəyin,
zövqün, əxlaqın, istehlakçıların üstünlük vermələrinin formalaşmasının qanunauyğunluqlarını öyrənən elm sahəsidir.
– məlumat mənbəyi
təqdim olunmuş
sənədlər deyil,
bilavasitə sorğular, hesablar, ölçmələr və ya ölçülmələr olan müşahidələrdir. Məsələn, əhalinin siyahıyaalınması, inventarizasiya.
ĐQTĐSADĐYYATI – “Bilik iqtisadiyyatı” termini ilk dəfə 1962-ci ildə Amerika tədqiqatçısı F.Maxluk tərəfindən tətbiq olunmuşdur. Đndi ictimai sərvətin yaradılmasında biliyin həlledici rol oynadığı iqtisadiyyatın xarakteristikası üçün istifadə edilir və iqtisadi artımın və rəqabət qabiliyyətinin ən vacib amilidir. Belə iqtisadiyyat tipinin daha dəqiq xarakteristikası müxtəlif müəlliflərdə müxtəlifdir. Məsələn, Q.Kleynerə görə: “Bilik iqtisadiyyatı” bu və ya digər ölkənin iqtisadiyyatının elə vəziyyəti sayılır ki, bu zaman: a) bilik tam əmtəəyə çevrilir; b) istənilən yeni əmtəə özündə nadir bilik daşıyır; c) bilik istehsalın vacib amillərindən birinə çevrilir. L.M.Qohberqə görə: “Bilik iqtisadiyyatı” - biliyin intensiv və effektiv istifadəsinə əsaslanan iqtisadiyyatdır.
– ətraf mühitin əşyaları tərəfindən buraxılan görmə, səs və digər siqnal və məlumatlar axınının insanın qavrama, dərk etmə, informasiyanı sistemləşdirmək və şərh etmək məqsədi olan düşünmə fəaliyyətidir. Đnformasiya – insanın düşünmə fəaliyyəti üçün bilik yaradan bir növ xammaldır. Đnformasiyanın elektron daşıyıcıları əsrində - əsasən bu, tərkibi məlumatlar, faktların təsviri, hadisələr, xüsusiyyətlər və digər məlumatlardan ibarət olan iri məlumat bazalarıdır. Bu informasiyaya ehtiyac olduqda yeni biliklərin əldə edilməsi məqsədilə istifadə olunmaq üçün insandan ayrı qalan və ondan ayrı olaraq daşıyıcılara köçürülən bilik şəklini alır.
– iki metala – qızıl və gümüşə əsaslanan pul sistemi olmuşdur. Burada hər iki metal qanuni ödəniş vasitəsidir və onlardan kəsilmiş sikkələr bərabər əsasda dövr edirdilər. Pul vahidində qızıl və gümüşün çəki kəmiyyətləri arasında nisbət qanunvericiliklə təsbit edilirdi və bu da metalların təsbit edilmiş dəyəri ilə bazar dəyəri arasında uyğunsuzluğa gətirib çıxarırdı ki, bunun nəticəsində də dəyəri
azaldılmış metallardan olan sikkələr dövriyyədən yox olurdu və dövriyyədə daha ucuz metallardan olan sikkələr qalırdı. Bimetallizm orta əsrlərdə Avropada daha geniş yayılmışdı, lakin qızılın pul materialı kimi rolunun
getdikcə artması
67 nəticəsində bimetallizm tədricən monometalizmlə əvəz olundu. Bimetallizm sistemi 1933-cü ildə tamam ləğv edildi.
birləşdirilmiş konstruksiyalardan (daşıyıcı və mühafizəedici) ibarət olan, yerüstü örtülü həcmi əmələ gətirən, funksional təyinatından asılı olaraq, adamların yaşaması və ya qalması və müxtəlif növ istehsal proseslərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş tikili sistemləridir. Təyinatı əhalinin əmək, yaşayış, sosial-mədəni xidmət və material qiymətlilərinin saxlanması üçün şəraitin (atmosfer hadisələrindən müdafiə
və s.)
yaradılmasından ibarət olan, memarlıq-tikinti obyektləri də daxil olmaqla, əsas fondların bir növüdür. Binalar əsas konstruksiya elementləri kimi divar və dam örtüyünə (açıq havada olan elektrik stansiyalarının kürsülük hissəsi binalara aid edilir) malik olur. Köçürülə bilən evciklər (emalatxanalar, dəmirçixanalar, qazanxanalar, mətbəxlər, avtomatlaşdırılmış telefon stansiyaları, yaşayış, məişət, inzibati və s.) binalara, onlarda quraşdırılan avadanlıq və digər əsas fondlar maşın və avadanlıqlara və ya əsas fondların digər növlərinə aid edilir. Đstifadəyə verilmiş binaların ümumiləşdirici xarakteristikası üçün sahə
və həcm
göstəricilərindən istifadə edilir. Binaların ümumi həcmi tikintilərin yeraltı və yerüstü həcmlərinin cəmi kimi müəyyən edilir. Binaların ümumi sahəsi
binanın bütün
mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir.
(II) – xarici təsirdən insanların, heyvanların, mal və ya avadanlıqların qorunması (müdafiəsi) üçün istifadəsindən asılı olmayaraq, damla örtülmüş, daimi əsasda tikilmiş tikilidir. Binaların iki tipini fərqləndirmək olar: Yaşayış binaları: bu binalar yalnız və ya əsas etibarı ilə yaşayış məqsədləri üçün nəzərdə tutulmuşdur; sonuncu halda o zaman yaşayış binası sayılır ki, onun yararlı sahəsinin və ya yaşayış məqsədləri üçün tikilmiş həcminin 50%- dən çoxu yaşayış üçün əlverişli olsun. Qeyri-yaşayış binaları: bu binalar yalnız və ya əsas etibarı ilə yaşayışdan fərqli olaraq, başqa məqsədlər üçün nəzərdə tutulmuşdur; sonuncu halda o zaman qeyri-yaşayış binası sayılır ki, onun döşəməsinin yararlı sahəsinin və ya tikilmiş həcminin 50%-dən çoxu yaşayışdan fərqlənən məqsədlər üçün istifadə edilsin.
ixtisaslaşdırılmış əsas fondlardır. Bunlara binalar, avadanlıqlar və digər obyektlər daxil edilə bilər. Bunlar ayrı-ayrı komponentlər olmaqla, iş üçün texniki qarşılıqlı əlaqəlidirlər və daimi qarşılıqlı əlaqələrinə görə amortizasiyanın eyni bir norması tətbiq edilir.
MAR XƏRCLƏRĐ - istismar xərclərinin funksional bölüşdürülməsidir. Daşınmaz əmlakla (icarə və ya maliyyə lizinqi) əlaqədar olan binalara xərclər, istilik və elektrik enerjisinin alınması, texniki xidmət və binanın təmiri, digər avadanlıqlara çəkilən xərclər, icarə və maşın avadanlığı xərcləri, bütün maşınlara (kompüterlər də daxil olmaqla) texniki xidmət və təmir xərcləri bura daxil edilir.
MARI ĐLƏ ƏLAQƏDAR ĐSTEHSAL XƏRCLƏRĐ - aşağıdakılardan ibarətdir: Bina xərclərinə aşağıdakılar daxildir: - icarə, qızdırma, elektrik, texniki xidmət üzrə enerji və binanın təmiri xərcləri; - əməliyyat lizinqlərinə görə ödəmələri; Avadanlıq xərclərinə aşağıdakılar daxildir: - texniki xidmət və bütün maşınların (kompüterlər də daxil olmaqla) təmiri və icarəsinə görə ödəmələr; - maşınların lizinq əməliyyatlarına görə ödəmələr. Bu göstərici “Əmtəə və xidmətlərin alınması” göstəricisinin bir hissəsi hesab edilir.
RĐYYƏ – iqtisadi fəaliyyət növləri təsnifatının müvafiq bölməsində təsnif olunan, tikililərə aid olan və tikinti obyektlərinin növləri təsnifatında bina kimi
təsnifləşdirilən obyektlərin istismarından əldə olunan dövriyyənin bir hissəsidir. Bu göstəriciyə subpodrat münasibətlər obyekti olan əmtəə və xidmətlərin satışından alınan dövriyyə daxildir. Alınmış vəziyyətdə, emal edilmədən təkrar satılmaq üçün alınan əmtəə və xidmətlər dövriyyəsi istisna edilir. Binaların istismarından dövriyyə şirkətin hesablarında ayrıca verilə bilməz. Bu göstərici “Xalis dövriyyə”nin və “Đstehsal fəaliyyətindən digər gəlirlər”in bir hissəsidir.
– hesabat dövrü ərzində yeni binaların tikilməsinə, yenidən qurulmasına və genişləndirilməsinə sərf olunan məsrəfləri xarakterizə edən göstəricidir. Mövcud kapital (tikinti) mallarının xidmət müddətini və ya istehsal gücünü artıran dəyişikliklərə, əlavələrə,
68
yaxşılaşdırmalara və yeniləşdirmələrə çəkilən xərcləri özündə birləşdirir. Đnvestisiyalara daxildir: su təchizatı, mərkəzi istilik, havanın kondisiyalaşdırılması, işıqlandırma və s. kimi daimi əsasda fəaliyyət göstərən qurğulara sərf edilmiş investisiyalar, həmçinin neft quyularının qazılması, şaxtaların istismarı, boru kəmərlərinin, enerji ötürücü xətlərinin, qaz borularının və dəmir yollarının çəkilməsi, liman tikililərinin, şosse yollarının, körpülərin, kəsişən yolların üstündən keçən körpülərin, drenaj sistemlərinin və digər obyektlərin tikintisi ilə bağlı məsrəflər. Texniki
xidmətə çəkilən
cari xərclər
investisiyalara daxil edilmir. Binaların tikilməsinə və yenidən qurulmasına qoyulan ümumi investisiyalar “Maddi mallara
hissəsidir.
“Daşınmaz əmlakın alışı” maddəsinin altbölməsidir. Bu maddə hesabat ilinə aid olan binaların tikinti və yenidən qurulması xərclərini, həmçinin mövcud daşınmaz mülkün genişləndirilməsi, konversiyası, modernləşdirilməsi və təmiri, faydalı xidmət müddətinin uzadılması üzrə işlərə çəkilən xərcləri birləşdirir.
– təbii, becərilməyən bitki ehtiyatlarıdır (meşə, kolluqlar və s.), heyvan aləmi ehtiyatlarıdır (vəhşi heyvanlar, vəhşi quşlar, balıqlar və s.). Bunlara bir dəfə və dəfələrlə məhsul verən bitkilər və heyvanlar aiddir. Đnsanlar onların məhsulundan istifadə edirlər, lakin onların təbii artımı və bərpa olunması insanların birbaşa nəzarəti, idarəçiliyi olmadan baş verir. Yalnız iqtisadi məqsədlər üçün istifadə olunan və yaxın gələcəkdə istifadə olunacaq təbii bioloji ehtiyatların uçotu aparılır.
(uşaq ölümünün) – kiçik uşaq yaşlarında, başlıca olaraq ömrünün birinci ilində ölümün təhlili metodudur, bütün ölüm hallarını endogen, yəni uşaq orqanizminin quruluşundakı xüsusiyyətlərə, anadangəlmə və irqi xəstəliklərlə və s. bağlı və ekzogen – orqanizmə xarici təsirlərlə bağlı növlərə bölməyə imkan verir. Biometrik təhlil ölümün səbəbləri haqqında məlumatlardan istifadə etmir, ölüm hadisələrinin ömrün birinci ilinin ayları üzrə bölünməsinə əsaslanır. Nəzərdə tutulur ki, endogen ölüm birinci ayda təmərküzləşir, ekzogen isə yaş artdıqca, uşaq orqanizmi inkişaf etdikcə elə aşağı düşür ki, doğulanların ilkin məcmusunda x gün yaşında ölənlərin cəmləşdirilmiş sayı empirik düsturla (D
yaş üçün: D x =a+bln 3 366 olur. Burada a kəmiyyəti 1 illik yaşa görə endogen səbəblər üzündən ölənlərin sayına bərabərdir. Doğulanların sayı praktikada hər hansı bir sabitə bərabər götürülür. Məsələn, 1000, yaxud 100 000, onda a və bln 3 366 endogen, ekzogen səbəblərdən ömrünün birinci yaşında ölüm ehtimalı müvafiq vahidlərlə ölçülür, a+bln 3 366 –
ölüm əmsalıdır. Parametrlərin a və b seçilməsi, yaxud qrafik çəkilməklə (ölüm əyrilərinin çəkilməsi yolu ilə), yaxud hər hansı bir statistik meyara əsasən, məsələn, ən kiçik kvadratlar metodu ilə aparılır. Komponent a körpələrin ölüm əmsalına nisbətən kiçik olan əhali üzrə 1000 doğulanların 7-dən 20- dək, bln
3 366 kəmiyyəti – 0-dan 50-dək olur. BĐRDƏFƏLĐK MÜŞAHĐDƏ – yalnız bir dəfə üçün təşkil olunan və ya dövriliyinə ciddi əməl edilmədən müəyyən vaxtdan bir aparılan və keçirilməsi üçün xüsusi proqram hazırlanan statistik müşahidədir.
QABĐLĐYYƏTĐ PARĐTETĐ ÜZRƏ) ENERJĐ SƏRFĐ (NEFT EKVĐVALENTĐ ÜZRƏ KĐLOQRAMLA) (Minilliyin bəyan- naməsində əks olunmuş inkişaf göstəricilə- rindən) - kommersiya məqsədləri üçün sərf edilən enerjini əks etdirir və neft ekvivalenti vahidində 1 dollar ÜDM ilə ölçülür ki, bu da öz növbəsində alıcılıq qabiliyyətinin pariteti amilinin tətbiq edilməsi ilə onun milli valyuta səviyyəsində konsertasiyası yolu ilə əldə edilir. Kommersiya məqsədi ilə sərf edilən enerjinin ümumi həcmi 1 ton neft ekvivalentinə uyğun olan standart cədvəllər üzrə hesablanır. Dəyişməz qiymətlərlə istehsalın həcminin sərf edilən enerjinin real həcmi ilə müqayisə edilməsi məqsədi üçün, ÜDM-ə dair məlumatlar AQP (alıcılıq qabiliyyətinin pariteti) cədvəllərinə uyğun olaraq
hesablanmalıdır. ÜDM
haqqında ümummilli rəqəmlər beynəlxalq müqayisələr Layihəsi materialları əsasında hesablanan AQP cədvəllərinə (hazırda AQP-nin səviyyəsi 1995-ci ilin ABŞ dollarının kursu ilə götürülür) uyğun olaraq təshih edilir. Əmsal enerji xərclərinin ÜDM-ə bölünməsi ilə hesablanır.
(“Təqvim günü fondu”na bax).
69
ELEKTRĐK ENERJĐSĐNĐN HƏCMĐ – enerji
qurğuları sistemlərinin, elektrik stansiyalarının, onların qruplarının və yaxud ümumilikdə elektroenergetikanın enerji gücündən istifadəsini xarakterizə edən göstəricidir. Adətən il üzrə istehsal olunmuş elektrik enerjisinin miqdarını elektrik stansiyalarının müəyyən edilmiş orta illik gücünə bölməklə hesablanır və müəyyən edilmiş orta illik gücdən istifadə edilmiş saatların sayını əks etdirir. Bir kvt. saat ELEKTRĐK ENERJĐSĐNƏ SƏRF OLUNAN YANACAĞIN XÜSUSĐ ÇƏKĐSĐ – bütün istilik elektrik stansiyalarında şərti yanacağın qramla müəyyən olunan və elektrik enerjisinin texnoloji sxemi ilə qəbul olunmuş faydalılığını səciyyələndirən göstəricidir. Bu göstərici, istilik-elektrik stansiyasının 1 kvt. saat elektrik enerjisinin istilik ekvivalentinin şərti yanacaq vahidinin istilik tutumuna nisbəti kimi faydalılıq güc əmsalının (FGƏ) tam faydalılığını müəyyən etməyə imkan verir.
– istehsal binalarının və onlarda qurulan avadanlığın istifadə edilmə
səviyyəsini xarakterizə edən ümumiləşdirici göstəricidir. Məhsulun verilən dövr üçün natura və ya pul ifadəsində həcminin, sexin və ya bütövlükdə müəssisənin istehsal sahəsinə bölünməsi ilə hesablanır. Bu səviyyələrin statistikada və ya
dinamikada qarşılıqlı müqayisəsi ilə
ayrı-ayrı sexlərin və ya
müəssisələrin istehsal sahələrinin istifadə dərəcəsi müəyyən edilir. BĐR MANATLIQ TĐKĐNTĐ VƏ QURAŞ- DIRMA ĐŞLƏRĐNƏ ÇƏKĐLƏN XƏRCLƏR – tikinti məhsullarının maya dəyərinin və tikinti istehsalının səmərəliliyinin öyrənilməsində tətbiq edilən göstəricidir. Bu xərclərin səviyyəsi müəssisənin öz gücü hesabına yerinə yetirdiyi tikinti və quraşdırma işlərinin maya dəyərinin müqavilə qiyməti
üzrə müəyyənləşdirilmiş dəyərinə bölünməsi ilə hesablanır.
sayı və ya bir adama düşən orta yaşayış sahəsi sakinlərin sıxlığını qiymətləndirən göstəricilərdən biridir. Bir mənzildə yaşayanların sayı – ev təsərrüfatının hər
bir üzvünə
düşən bu
təsərrüfatdakı otaqların sayıdır. Hər bir nəfərə düşən orta yaşayış sahəsi (kvadrat metrlə) – bu, orta hesabla hər bir sakinə düşən yararlı sahədir. Otaqların sayına mətbəx, vanna otağı, ayaqyolu, eyvan, iş və təsərrüfat otaqları və kirayə verilən otaqlar daxil edilmir.
daxili dəhlizlər və kiçik anbarlar da daxildir. Buraya həmçinin dəhlizlər, daxili həyətciklər və ya şüşəbəndlər kimi ümumi istifadə üçün nəzərdə tutulmuş yerlər (əgər onlar yeməyin hazırlanması və ya qəbul edilməsi, yatmaq və digər ev məşğuliyyətləri üçün istifadə olunursa) də daxildir. Bir mənzildə yaşayanların sayı ev təsərrüfatında yaşayanların sayının onlar tərəfindən tutulan otaqların ümumi sayına bölünməklə hesablanır. Bu göstərici aşağı olduqda, sıxlıq da aşağı olur. Adambaşına düşən orta yaşayış sahəsi ümumi sahənin
(kvadrat metrlə)
ev təsərrüfatının tərkibinə daxil olan şəxslərin sayına bölünməklə hesablanır. Bu göstərici aşağı olduqda, sıxlıq da yuxarı olur.
NEÇƏ MALĐYYƏ ĐLĐ ÜZRƏ BÖLÜŞDÜRÜLƏN XƏRCLƏRĐN NƏ- ZƏRDƏ TUTULMASI – onların istehsal olunduğu maliyyə ili ərzində tam ödənilməsi mümkün olmaya biləcək, gözlənilən xərclərin nəzərdə tutulmasıdır. Məsələn, əsaslı
təmirə xərclərin nəzərdə tutulması. Bununla yanaşı, aşağıdakı xərclərə əməl olunmalıdır: - nəzərdə tutulmuş vəsait bir neçə il üzrə bölüşdürülmüş əsas xərcləri ödəməlidir, həmçinin texniki xidmətlərə və cari təmirə cari xərclər kimi də baxmaq olar; - vəsaitlərin xərclənməsi, aktivlərin ehtimal edilən faydalı xidmət müddətindən və əsaslı təmir üzrə planlaşdırılan əsas işlərdən asılı olaraq, onların şirkət tərəfindən alınmasından sonra dərhal nəzərdə tutulmalıdır. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling