Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet131/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   127   128   129   130   131   132   133   134   ...   183

NĐKAHDAN  KƏNAR  DOĞUŞ

  –  nikahdan 



kənar  doğuşlarla  nəticələnən  doğuşun  bir 

hissəsidir.  Doğuşların  ümumi  sayında  nikahdan 

kənar  doğuşların  payı  ilə,  nikahdan  kənar  doğuş 

əmsalı  (“Doğum  əmsalları”na  bax),  yaxud 

indekslərlə 

(“Demoqrafik 



indekslər”ə 

bax) 


ölçülür.  Əgər  nikahdan  kənar  doğuş  haqqında 

məlumatlar  müxtəlif  mənbələrdən  alınırsa,  onda 

nikahda, 

yaxud 


nikahdan 

kənar 


doğuş 

anlayışlarının 

traktovkası 

nöqteyi-nəzərindən, 

onların tutuşdurula bilməsinin mühüm əhəmiyyəti 

var. Xüsusən doğuşların cari uçotu zamanı ananın 

nikahda 

olmasının 

hüquqi 

traktovkası 



(göstəricinin  surəti  üçün  informasiya)  adətən 

əhalinin  siyahıyaalınmasındakı  traktovkası  ilə 

(göstəricilərin məxrəci üçün informasiya) üst-üstə 

gəlmir. Bu isə nikahdan kənar doğuş əmsallarının 

onun  intensivliyinə  tam  uyğun  gəlmədiyini 

göstərir.  

Nikahdan 

kənar 

doğuş 


səviyyəsi 

əhalinin 

matrimonial 

və 


reproduktiv 

davranışından 

asılıdır.  Eyni  zamanda,  ona  ölkənin  qanunları  və 

milli  statistika  praktikası  təsir  göstərir.  Bir  qayda 

olaraq, nikahdan kənar doğuş səviyyəsi nikahdakı 

doğumdan xeyli aşağıdır.  

 

NĐKAHIN  BRUTTO-MƏHSULDARLIĞI 



(SƏMƏRƏLĐLĐYĐ) 

–  nikahlı  doğuşların  orta 

sayıdır,  reproduktiv  dövrün  sonunadək  nikahın 

dayandırılması  mümkünlüyünü  uçota  almadan 

hesablanır (“Nikahın məhsuldarlığı”na bax). 

 

NĐKAHIN 



DAVAMĐYYƏTĐ

 

– 



nikahın 

bağlanması  anından  bu  və  ya  digər  demoqrafik 

hadisənin  (nikahın  cari  davamiyyəti)  müşahidəsi, 

yaxud  başlanması  anınadək,  yaxud  nikahın 

dayandırılması 

(son 


nikahın 

davamiyyəti

anınadək  davamını  xarakterizə  edən  kəmiyyətdir. 

Adətən,  il  ilə  (nadir  aylarla)  real  və  ya  hipotetik 

nikah  koqortası  üçün  orta  nikahın  davamiyyəti 

kimi ölçülür. 

Hüquqi  və  faktiki  nikahın  davamiyyəti  fərqlənir, 

onlardan  birincisi  hüquqi  nikahın,  ikincisi  – 

faktiki  nikahın  xarakteristikasıdır  (nikahın  qeydə 

alınmasınadək  nikahlıq  həyatının  dövrü  daxil  ola 

bilər).  Nikahın  pozulması  zamanı  faktiki  nikahın 

davamiyyəti,  bir  qayda  olaraq,  hüquqi  nikahdan 

az  olur,  çünki  nikahın  faktiki  pozulması  onun 

hüquqi 

rəsmiləşdirilməsindən 



qabaq 

olur. 


Konsensual  nikaha  (hüquqi  rəsmiləşdirilməyən) 

yalnız  faktiki  nikahın  davamiyyəti  xasdır.  Hər 

hansı bir şəxsin bütün nikahlarının müddəti cəmdə 

onun nikahda olan ümumi müddətini təşkil edir. 

Demoqrafiyanı 

faktiki 


nikahın 

davamiyyəti 

maraqlandırır.  Lakin  nikahlıq  həyatının  faktiki 

başlanmasını  təyin  etmək  çətin  olduğu  üçün, 

adətən,  hüquqi  nikahın  davamiyyətinə  baxılır. 

Nikahın 


davamiyyəti 

haqda 


informasiya 

mənbələri  əhalinin  siyahıyaalınması  və  xüsusi 

müşahidələr,  həmçinin  demoqrafik  hadisələrin 

cari uçotu materiallarıdır. 

Bu  mənbələrin  məlumatlarına  əsasən,  nikahın 

davamiyyəti  siyahıyaalma,  yaxud  qeydiyyat 

zamanı  nəzərə  alınan  nikahın  bağlama  tarixi  və 

siyahıyaalma (müşahidə) tarixi arasında fərq kimi 

hesablanır. Nikahın davamiyyəti həmçinin nikahın 

dayandırılması  cədvəlləri,  dullaşma  cədvəlləri  və 

boşanma  cədvəlləri  əsasında  hesablana  bilər.  Son 

nikahın  davamiyyəti  kəmiyyətinin  dəyişməsi  ər-

arvadın  yaş  fərqindən  asılıdır.  Çünki  bu  fərq 

artdıqca ər-arvadın birinin ölümü, yaxud boşanma 

nəticəsində  nikahın  dayandırılması  ehtimalı  artır. 

Birinci  nikahların  orta  son  müddəti  təkrar 

nikahlara  nisbətən  çoxdur.  Boşanma  nəticəsində 

dayandırılan  nikahlar  üçün  o,  ər-arvadın  birinin 

ölümü  ilə  dayandırılan  nikahlara  nisbətən  azdır. 

Son nikahın davamiyyəti nikahın dayandırılmasını 

və 

onun 


əhalinin 

təkrar 


istehsalı 

üçün 


əhəmiyyətini xarakterizə edən əsas göstəricilərdən 

biridir. 

Demoqrafik  tarixin  xeyli  dövrü  ərzində  orta  son 

nikahın  davamiyyəti  kəmiyyəti  demək  olar  ki, 

sabit  olmuş,  demoqrafik  inqilabın  gedişində  isə 

orta ömür uzunluğunun artması ilə xeyli artmışdır. 

Lakin  boşanmaların  artması  bu  göstəricinin 

azalmasına  səbəb  olmuşdu.  Nəticədə,  müasir 

şəraitdə  nikahın  davamiyyəti  göstəricisi  təqribən 

100-150 il əvvəl olduğu səviyyədədir. 

 

NĐKAHIN  MƏHSULDARLIĞI

  –  ər-arvad 

cütlüyündə 

doğumların 

tamamlanmış 

sayı 

əsasında  doğumu  xarakterizə  edən  göstəricidir; 



nikah  koqortasında  (real  və  hipotetik)  bir  nikaha 

düşən doğulan uşaqların orta sayı kimi hesablanır. 

Nikahın  məhsuldarlığı  doğum  göstəricilərindən 

çıxış  edərək  müəyyən  edilir,  göstəricilər  nikahın 



 

505


müddət  şkalası  üzrə  həm  onun  dayandırılması 

uçota  alınmaqla  –  nikahın  brutto-məhsuldarlığı

həm də bu amil nəzərə alınmaqla – nikahın netto-

məhsuldarlığı kimi hesablanır. 

Brutto N.m.:  



=



ω

0

)



(

dz

z

F

F

 

burada F(z) – z-uzunluğunda olan nikahlarda uşaq 



doğuşunun tezliyidir.  

Netto N.m.:  





=

dz

z

P

z

F

F

)

(



)

(

0



 

burada 


P(z) 

– 

z-uzunluğunadək 

nikahın 

saxlanması ehtimalıdır. 

Nikahın  məhsuldarlığı  həm  koqortanın  bütün 

nikahları  üçün,  həm  də  onların  hər  hansı  bir 

hissəsi  üçün  hesablana  bilər.  Məsələn,  qadının, 

yaxud  kişinin  nikah  bağladığı  zaman  yaşından, 

həmçinin ər-arvadın yaşlarının kombinasiyasından 

asılı  olaraq.  Nikahın  məhsuldarlığı  birinci  və 

təkrar  nikahlar  üçün  ayrıca  hesablana  bilər.  Real 

nikah  koqortası  üçün  nikahın  məhsuldarlığı  həm 

cari  müşahidə  metodu  ilə,  həm  də  retrospektiv 

sorğu  yolu  ilə  anamnestik  metodla  müəyyən 

edilir.  Lakin  sonuncu  halda  müşahidə  anınadək 

ölənlər  (yaxud  getmişlər)  hesaba  düşmür.  Bu  da 

nəticəni  təhrif  edə  bilər,  əgər  ölüm  (yaxud 

miqrasiya) doğumla korrelyasion bağlıdırsa. Netto 

nikahın  məhsuldarlığına  ölüm  və  boşanma 

səviyyələri mühüm təsir göstərir. 

Nikahın 

məhsuldarlığının 

qiyməti 

erkən 


nikahlarda 

uşaq 


doğuşuna 

ailədaxili 

məhdudlaşdırma 

olmadıqda 

və 

sonsuzluq 



səviyyəsi aşağı olduqda, bir nikaha 11-12 doğum, 

gecikmiş 

nikahlar 

üçün 


isə 

çox 


aşağı 

kəmiyyətlərədək düşür. 

Nikahın  məhsuldarlığı  –  ərdə  olan  qadınlar  üçün 

hesablanmış 



doğum 

cədvəllərinin 

yekun 


göstəricilərindən  biridir;  doğumun  təhlili  zamanı 

geniş  tətbiq  olunur,  lakin  onun  hesablanma 

metodikasına həmişə ciddi riayət olunur. 

 

NĐKAHIN  MƏHSULDARLIQ  DÖVRÜ

  – 

nikah  bağlandığı  vaxtla  sonuncu  doğuş  arasında 



olan intervaldır. Doğum olmadıqda (infertil nikah) 

nikahın  məhsuldarlıq  dövrü  sıfıra  bərabər  sayılır. 

Real  nikah  koqortası  üçün  nikahın  məhsuldarlıq 

dövrü  son  uşağın  doğulması  anına  olan  nikahın 

orta 

müddətinə 



bərabərdir 

(“Nikahın 



məhsuldarlığı”na  bax). 

 

NĐKAHIN  NETTO-MƏHSULDARLIĞI

  – 

bir  nikaha  reproduktiv  dövrün  sonunadək  düşən 



nikah  doğumlarının  nikahın  pozulması  nəzərə 

alınmaqla hesablanmış orta sayıdır. 

 

NĐKAHIN  POZULMASI

 



ər-arvaddan 

birinin  ölməsinin  (dul  qalması)  və  ya  nikah 

birliyinin  dağılmasının  nəticəsidir.  Hüquqi  nikah 

üçün  nikahın  pozulması,  nikahın  qüvvədən 

düşməsi  təsdiq  olunduqdan  sonra  baş  verir. 

Demoqrafiya  statistikasında  nikahın  pozulmasını 

xarakterizə edən göstəricilər sistemi mövcuddur. 

 

NĐKAHIN  POZULMASI  (BOŞANMA)



  – 

ər-arvadın  arzusu  ilə,  ölkənin  qanunları  və  ya 

adətlərinə 

uyğun 


olaraq, 

nikahın 

dayandırılmasıdır.  Azərbaycan

 

Respublikasında 



nikahın  pozulması  qaydası  Ailə  Məcəlləsi  ilə 

tənzimlənir.  Nikahın  pozulması  ər-arvaddan  biri 

və  ya  hər  ikisi  tərəfindən  verilən  ərizə  üzrə 

ədliyyə orqanlarında məhkəmə qaydasında həyata 

keçirilir. Nikahın pozulması haqqında məlumatlar 

vətəndaşlıq 

vəziyyəti 

aktlarının 

qeydiyyatı 

kitabında 

qeydiyyatdan 

keçirildikdən 

sonra 


pozulmuş sayılır. Nikahın pozulması haqqında akt 

tərtib  edilir  ki,  bu  da  hüquqi  sənəd  və  eyni 

zamanda  statistik  uçotun  ilkin  sənədi  sayılır 

(“Vətəndaşlıq vəziyyəti aktları”na bax). 

 

NĐKAHIN  POZULMASI  CƏDVƏLLƏRĐ 

–  ər-arvadın  ölümü,  yaxud  boşanma  nəticəsində 

nikahların  hər  hansı  məcmusunda  vaxt  keçdikcə 

onların 


pozulmasını 

xarakterizə 

edən 

kəmiyyətlərin  nizamlanmış  ardıcıllığıdır.  Nikahın 



pozulması  prosesini  qarşılıqlı  əlaqədə  olan 

göstəricilər  sistemi  növündə  göstərən  bu  prosesin 

rəqəmli 

modelidir. 

Nikah 

koqortasının 



strukturundan 

və 


konkret 

əhalinin 

digər 

xüsusiyyətlərindən asılı olmayaraq, bu cədvəllərin 



əsas  təyinatı  nikahın  pozulması  prosesinin  və 

boşanma  və  dul  qalmanın  müqayisəli  təhlilidir. 

Onlar 


həmçinin 

əhalinin 

nikah 

və 


ailə 

strukturunun proqnozu üçün də tətbiq oluna bilər. 

Nikahın  pozulması  cədvəlləri  birinci  nikahlar 

üçün  çıxma  demoqrafik  cədvəldir;  koqortanın 

onun  üzvləri  tərəfindən  təkrar  nikah  bağlanması 

nəticəsində  dolması  nəzərə  alınmır.  Cədvəllər 

adətən  nikahın  müddəti  şkalası  üzrə  qurulur. 

Demoqrafik  cədvəlin  kökü  müəyyən  yaşda  olan 

nikah  bağlamış  kişi  və  qadınların  sayıdır.  Nikah 

bağlayanların yaşlarının müxtəlif olması mümkün 

olduğundan, 

nikahın 


pozulması 

cədvəlləri 

fərqlənir:  ümumi  –  nikah  bağlayanların  bütün 

yaşları  üçün  və  xüsusi  cədvəllər  sistemi  – 

müxtəlif  nikaha  daxil  olma  yaşları  üçün.  Birinci 

halda  nəzərdə  tutulur  ki,  bütün  bəy  və  gəlinlərin 

yaşları  çox  vaxt  eynidir,  onlar  müvafiq  nikaha 

daxil olan kişi və qadınların orta yaşına yaxındır; 

ikinci  halda  cədvəllər  yaş  qrupları  və  bəy  və 

gəlinlər  üçün  bu  qruplarda  yaş  şkalasına  görə  ən 

geniş  yayılmış  birləşmələr  üzrə  qurulur.  Adətən 


 

506 


nikah müddətinin intervalı 1 il olan tam cədvəllər 

qurulur. 

Nikahın pozulması cədvəllərinin çıxış göstəriciləri 

–  ərin  öldüyünə  görə  (q



m

y

)  nikahın  y-ildə 

pozulmasının 

müstəqil 

ehtimalları; 

arvadın 


ölməsinə  görə  (q

f

y

)  və  boşanmaya  görə  (q



d

y

).  Bu 


səbəblərin  heç  olmasa  birinin  nəticəsində  nikahın 

pozulmasının ümumi ehtimalı:  

)

1

)(



1

)(

1



(

1

d



y

f

y

m

y

y

q

q

q

q



=



Əsas funksiyaları aşağıdakılardır: nikahın verilmiş 

ilində ərin ölmək ehtimalı; nikahın verilmiş ilində 

arvadın  ölmək  ehtimalı;  nikahın  verilmiş  ilində 

boşanma ehtimalı; nikahın verilmiş ilində nikahın 

pozulmasının  ümumi  ehtimalı;  nikahın  verilmiş 

ilində  qalmaqda  olan  nikahların  sayı  U

y+1

=U

y

(1–

q

y

);  verilmiş  nikah  ilində  pozulmuş  nikahların 

ümumi  sayı  d



y

=U

y+1

–U

y

;  nikahın  verilmiş  ilində 

pozulmuş  nikahların  sayı  aşağıdakılara  görə:  ərin 

ölməsinə 



y

m

y

y

m

y

q

q

d

d

=



arvadın 

ölməsinə 



y

f

y

y

f

y

q

q

d

d

=

;  boşanmaya 



y

d

y

y

d

y

q

q

d

d

=

;  nikahın 



gözlənilən müddəti:  



=



=



=









+



=

1

0



1

0

1



0

0

:



5

,

0



ω

ω

ω



y

y

y

y

y

y

u

d

y

d

d

e

 

burada 



ω

 - nikahın son müddətidir və bu müddətə 

koqortada bütün nikahlar mövcud olmur. 

Bəzən  digər  göstəricilər  də  hesablanır,  məsələn, 

hər  bir  səbəbdən,  yaxud  bütün  səbəblərdən 

birlikdə  pozulanadək  nikahda  yaşamış  insan-ilin 

sayı;  hər  bir  səbəbə  görə  verilmiş  ilə  pozulmuş 

nikahların payı və s. 

Nikahın pozulması cədvəllərini qurmaq üçün çıxış 

məlumatlar  kimi  ölüm  cədvəllərindən  müvafiq 

göstəricilər götürülür, nikahların pozulması nəzərə 

alınırsa,  onda  boşanma  cədvəllərindən  də  istifadə 

olunur. Lakin bütün məlumatlar lazımi həcmdə və 

qruplaşmada  bütün  ölkələrdə  olmadığı  üçün,  bu 

cədvəllər nisbətən nadir hallarda tutulur. 

 

NĐKAHIN STRUKTURU



 – nikahın vəziyyəti 

üzrə  əhalinin  bölgüsünü  göstərir.  Nikahın 

strukturu 

üzrə 


məlumat 

mənbəyi 


əhalinin 

siyahıyaalmaları  hesab  edilir.  Nikah  strukturuna 

aşağıdakı  kateqoriyalar  daxildir:  nikahda  olanlar, 

o  cümlədən  faktiki  nikahda  olanlar;  nikahda  heç 

vaxt olmayanlar; dullar; boşanmışlar; ayrılmışlar. 

 

NĐKAHLARIN  MƏHSULDARLIQ  CƏD-

VƏLLƏRĐ 

–  ərdə  olan  qadınlar  üçün  tərtib 

olunmuş doğum cədvəlləridir

 

NĐKAHLIQ

 

– 



əhalidə 

nikah 


(ər-arvad) 

cütlüyünün  yaranması  prosesidir;  ona  birinci  və 

təkrar  nikahlar  daxildir.  Dul  qalma  və  boşanma 

prosesləri  ilə  əhalinin  nikah  strukturunda  təkrar 

istehsalını  müəyyən  edir.  “Nikah  bazarında” 

vəziyyətdən,  nikah  dairəsinin  formalaşmasından, 



nikah  seçiminin  olmasından  asılıdır.  Nikahlıq 

sosial-demoqrafik  proses  olmaqla,  sosial-mədəni 

normalarla  şərtlənir  və  tənzimlənir.  Hüquqi, 

sosial, iqtisadi  və  digər  aspektləri  var.  Nikahlığın 

demoqrafik  əhəmiyyəti  onun  əhalinin  təkrar 

istehsalı ilə sıx əlaqəsindədir. Nikahlıq doğumun, 

ailənin formalaşması və əhalinin ailə strukturunun 

dəyişməsinin 

mühüm 

demoqrafik 



amilidir. 

Demoqrafiyada nikahlıq əsasən reproduktiv yaşlar 

çərçivəsində  öyrənilir  və  bu  zaman  kişilərin 

nikahlığından  daha  çox  qadınların  nikahlığı 

götürülür.  

Nikahlıq 

prosesinin 

əsas 


kəmiyyət 

xarakteristikaları:  hər  nəsildən  nikah  bağlayan 

şəxslərin payı və nikah bağlamayan şəxslərin payı 

(nikahsızlıq);  birinci  nikah  bağlayanların  yaşı; 

boşanmadan  sonra  və  dul  qaldıqdan  sonra  təkrar 

nikah  bağlayan  şəxslərin  payı  (boşanma  və  dul 

qalma  dərəcəsi);  boşanma  (dul  qalma)  ilə  təkrar 

nikah  arasındakı  interval.  Nikah  üstünlüyü  və 

“nikah  bazarında”  vəziyyət  nikahlıq  indeksi  və 

digər  göstəricilərlə  verilir.  Nikahlıq  prosesinin 

ölçüləri  sırasında  nikah  əmsalları  daha  çox 

yayılmışdır, bütün əhali arasında (ümumi nikahlıq 

əmsalları)  və  nikah  qabiliyyətli  əhalinin  ayrı-ayrı 

qrupları arasında (xüsusi nikahlıq əmsalları) nikah 

bağlamanın  intensivliyini,  həmçinin  müəyyən 

vaxt 


anında 

əhalinin 

nikah 

strukturunun 



xarakteristikalarını 

göstərir. 

Bu 

göstəricilər 



nikahlığı  dolayı  yolla  təsvir  edir;  düzgün  ölçü 

nikah  cədvəllərinin  köməyi  ilə  mümkündür. 

Nikahların  formalaşması  və  dayandırılması  üzrə 

bütün proseslər kompleks  şəklində əhalinin nikah 

strukturunun təkrar istehsalında əks olunur. Nikah 



səviyyəsinə  həmin  cəmiyyətdə  hakim  olan 

dəyərlər,  hüquqi  amillər,  xüsusən  də  hüquqi 

normalarda  həmin  cəmiyyətdə  müəyyən  edilmiş 

minimum  nikah  yaşı  təsbit  edilməsi  –  müxtəlif 

ölkələrin  qanunvericiliyində  12-14  yaşından  21-

22  yaşadəkdir;  boşanmalara  yol  verilməsi  və 

onların  prosessual  cəhətdən  mürəkkəbliyi  təsir 

edir. Nikahlıq səviyyəsinə həmçinin dini normalar 

da təsir göstərir.  

Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydlərinin 

statistik emalı nəticələri, əhalinin siyahıyaalınması 

və  xüsusi  yoxlamaların  nəticələri  nikahlıq 

haqqında 

informasiya 

mənbəyidir. 

Siyahıyaalmalarda və yoxlamalarda insanın həmin 

ana  nikah  vəziyyəti  və  bütün  nikah  bioqrafiyası 

haqqında  informasiya  özünün  müəyyən  etmə 

prinsipi  əsasında  alınır  və  bu  hadisələrin  hüquqi 


 

507


sənədlərdə  əks  olunduğu  kimi,  üst-üstə  gəlməyə 

bilər.  Bu  uyğunsuzluq  nə  qədər  çox  olarsa,  bir  o 

qədər  siyahıyaalma  və  yoxlama  nəticələrini  bir 

tərəfdən və cari uçot məlumatlarını digər tərəfdən 

müqayisə  etmək  çətinləşir.  Əvvəllər  nikahlıq 

göstəriciləri  sistemi  xeyli  dərəcədə  müxtəlif 

statistik  mənbələrdən  birgə  istifadəyə  əsaslanırdı. 

Başqa  sosial  və  mədəni  normaları  olan  ölkələrdə 

nikahlıq  haqqında  informasiya  genişləndikcə, 

nikahlığın  təhlili  bir  mənbədən  siyahıyaalma  və 

yoxlama 

zamanı 


alınan 

məlumatlara 

istiqamətlənir. Ölkələr arasında, bəzən isə bir ölkə 

içərisində  əhali  qrupları  arasında  sosial-mədəni 

fərqlər  müqayisəni  çətinləşdirir.  Bu,  bir  çox 

inkişaf edən ölkələrdə nikahlığın zəif öyrənilməsi 

ilə daha da ağırlaşır.  

Nikahlığın  məskunlaşma  əlaməti  (şəhər,  kənd), 

təhsil  səviyyəsi,  əməyin  xarakteri  üzrə  fərqlənmə 

qeyd  olunur.  Bu  fərqlər  cüzi  olur  və  təhsilin 

müddəti  və  sosial  yetkinlik  yaşının  digər  amilləri 

ilə bağlıdır. 

Sənaye  cəhətdən  inkişaf  etmiş  və  inkişaf  edən 

ölkələrdə  nikahlıq  böhranlar  müddətlərində  aşağı 

düşməklə,  iqtisadi  konyunkturadan  asılılığını 

göstərir.  Həmçinin  nikah  bağlama  intensivliyinin 

mövsümi  enib-qalxması  da  mövcuddur.  Bu  da 

kənd 


təsərrüfatı 

işləri 


və 

dini 


təqvimin 

xüsusiyyətləri ilə bağlıdır.  



 

NĐKAHSIZ  DOĞUŞ

  –  doğuşun  bir  növüdür. 

Azərbaycan  Respublikasında  doğuşlar  o  vaxt 

nikahsız  sayılır  ki,  uşağı  doğulan  şəxslər  öz 

aralarında  nikah  qeydiyyatında  olmasınlar.  Belə 

hallarda  uşaqlarının  doğum  haqqında  qeydiyyat 

aktında uşağın atası valideynlərin birgə verdikləri 

ərizəyə,  atanın    ərizəsinə  və  ya  məhkəmənin 

çıxartdığı qərara görə göstərilir. Nikahsız doğuşlar 

doğuşun  ümumi  sayında  bir  hissə  kimi,  nikahsız 

doğuş  əmsalı  və  ya  indeksi  ilə  ölçülür.  Əgər 

nikahsız  doğuşlar  haqqında  məlumatlar  müxtəlif 

mənbələrdən  alınırsa,  onda  nikah  anlayışının  və 

nikahlı  və  ya  nikahsız  doğuşun  şərhi  nöqteyi-

nəzərindən  onların  müqayisəsi  vacib  olur. Xüsusi 

hallarda,  əgər  ananın  nikah  vəziyyətinin  hüquqi 

şərhi,  doğuşun  cari  uçotu  zamanı,  məsələn, 

əhalinin  siyahıyaalınmasındakı  şərhi  ilə  nikah 

vəziyyətində  olma  faktı  üst-üstə  düşmürsə,  onda 

bu,  nikahsız  doğuş  əmsalının,  onun  həqiqi 

səmərəliliyinin qeyri-adekvatlığına gətirib çıxarır. 

Bir  qayda  olaraq,  nikahsız  doğuşların  səviyyəsi 

nikahlı doğuşların səviyyəsindən xeyli aşağı olur. 

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   127   128   129   130   131   132   133   134   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling