Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- NƏSĐLVERMƏ QABĐLĐYYƏTĐ
- NƏSLĐN ƏMƏK POTENSĐALI
- NƏSLĐN KƏSĐLMƏSĐ ARDICILLIĞI
- NƏSLĐN UZUNLUĞU
- NƏŞRĐYYAT – 1)
- NƏTĐCƏLƏR (MALĐYYƏ ĐLĐNDƏ)
- NƏZARƏT
- NƏZARƏT MÜŞAHĐDƏSĐ
- NƏZƏRĐ ELASTĐKLĐK ƏMSALI
NƏSĐL – (I) - 1) müəyyən dövrdə (əksər hallarda təqvim ilində), o cümlədən eyni bir ildə doğulan insanların məcmusudur. Real nəsli təşkil edən yaşıdların məcmusu və hipotetik nəsli təşkil edən müxtəlif yaşda olub, eyni dövrdə yaşayanların məcmusu bir-birindən fərqləndirilir; 2) ər-arvad cütlüyündən törəyən nəsil və ya qohumluq dərəcəsinə görə ər-arvad cütlüyünün məcmusudur. Nəzərə almaq lazımdır ki, bu cütlüyün özü (valideynlər) sıfır dərəcəli nəsil, onların uşaqları - birinci nəsil, nəvələri – ikinci nəsil və sair hesab edilirlər; 3) nəsil budağı - düz xətt üzrə iki qohum, yəni ümumi kökdən törəyənlər (ana-qız və ya ata- oğul) arasında qohumluq əlaqəsinin müəyyən mərhələsidir. Doğuşlar arasındakı vaxt fasilə ilə ölçülür. Demoqrafiya statistikasında ayrı-ayrı adamlar və ya ailələr deyil, bütövlükdə insanların məcmusu əsas götürüldüyündən, bu mənada nəsil yalnız orta göstərici ola bilər və valideynlərin müəyyən məcmusunun doğulması ilə bütün uşaqların doğulması arasındakı orta müddət kimi müəyyən edilir. Bu zaman kişi və qadın nəslinin orta uzunluğu fərqləndirilir.
ata-babadan) törəmiş insanların məcmusudur. Adətən, demoqrafiyada bir koqortaya məxsus anaların, yaxud ər-arvad cütlüyünün məcmusunun nəsli öyrənilir. Doğumun öyrənilməsi zamanı “nəsil” termini bəzən həmin koqortadan olan qadında, yaxud ər-arvadın reproduktiv dövrünün sonuna doğulan uşaqları ifadə etmək üçün istifadə olunur.
– qadın həyatının faktiki uşaq doğma dövrüdür. Reproduktiv yaşdan çıxmış, yəni 50 və yuxarı yaşlı qadınlar üçün müəyyən edilmir. Kəmiyyətcə nəsilvermə dövrü son uşağı doğduğu zaman qadının yaşı ilə birinci uşağı doğduğu yaş arasındakı fərqdir. Qadınlar koqortası üçün nəsilvermə dövrü yalnız orta hesabla müəyyən edilə bilər.
kişinin, nikah cütlüyünün döllənməyə və diri uşaq doğmağa bioloji qabiliyyətidir. Uşaq doğma qabiliyyəti ilə faktiki uşaq doğma fərqləndirilir və uşaq doğma doğulan uşaqların sayı ilə xarakterizə olunur. Nəsilvermə qabiliyyəti ər və arvadın genetik xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən, nikahda ər-arvadın xasiyyətlərinin tutmasından asılıdır. Qadının
nəsilvermə qabiliyyəti döllənmə, dölün saxlanması və diri uşağın doğulması ilə, kişinin
nəsilvermə qabiliyyəti – mayalanma ilə xarakterizə olunur. Ayrılıqda normal nəsilvermə qabiliyyəti olan bəzi ər-arvadda müntəzəm cinsi əlaqələr olduqda, kontrasepsiya tədbirləri görülmədən bioloji
uyuşmazlıq səbəbindən döllənmə baş vermir. Fərdi nəsilvermə qabiliyyəti genişdir, lakin o, nadir hallarda tam reallaşır. Bioloji növ kimi, insanın orta nəsilvermə qabiliyyəti ömrü ərzində 10–12 diri doğuş, yaxud 12–15 hamiləlik (ölü doğuşlar və qeyri-ixtiyari abortlar nəzərə
alınmaqla) təşkil edir. Faktiki isə nikahın məhsuldarlıq göstəricisi 15 yaşdan 50 yaşadək nikahda olan ömür ərzində 8 diri doğuşdan çox olmur.
Demoqrafik tədqiqatlarda nəsilvermə qabiliyyəti doğumun və reproduktiv əxlaqın amillərindən biri 497
kimi öyrənilir. O, uşaq
doğumunu məhdudlaşdırmayan əhali qruplarında doğum göstəriciləri və sonsuzluğun yayılma göstəriciləri üzrə qiymətləndirilir. Hər bir faktiki doğum göstəricilərinə əsaslanan qiymət
nəsilvermə qabiliyyətinin həqiqi səviyyəsini azaldır. Birincisi, bütün xalqlarda cinsi və nikah əxlaqını tənzimləyən qanun və ənənələr var. Đkincisi, bəzi xəstəliklər (vərəm, malyariya, zöhrəvi xəstəliklər və s.) nəsilvermə qabiliyyətini aşağı salır. Üçüncüsü, bütün xalqlar az dərəcədə olsa da, kontrasepsiya metodlarından, yaxud süni abortlardan istifadə edir. Uşaq doğumuna qabiliyyət gənclərdə nikah bağlamaq və ailə qurmaq üçün tam iqtisadi müstəqilliyə çatdıqdan əvvəl yaranır. Buradan da, nikaha qədər cinsi əlaqələrlə və nikahsız hamiləliklərin qabağını almaqla bağlı mürəkkəb problemlər yaranır. Digər tərəfdən, qadınlarda nəsilvermə qabiliyyəti 50 yaşa yaxın qurtarır və bu da faktiki uşaq doğumunun bitməsinə nisbətən gec baş verir. Demoqrafların nəsilvermə qabiliyyətinə marağı reproduktiv göstərişlərin, onların reallaşması motivləri və planlarının sosial-demoqrafik tədqiqatlarının inkişafı ilə
bağlı artmışdı. Nəsilvermə qabiliyyəti haqda məlumatlar sorğu yolu ilə, anketlərə müvafiq sualları daxil etməklə alınır.
– əhalinin əmək fəallığının ümumi iqtisadi-demoqrafik xarakteristikasıdır. Verilmiş ölüm səviyyəsi və əmək fəallığı səviyyəsində iqtisadi fəal əhali tərkibində həmin nəslin yaşamalı olan əmək həyatının orta insan-il sayı ilə ifadə olunur. Gələcək əmək həyatının maksimal, hipotetik, potensial və real
uzunluğu fərqləndirilir. Maksimal uzunluq dedikdə, iş dövrünün yuxarı və aşağı hüdudları arasındakı illərin sayında olan fərq başa düşülür. Hipotetik uzunluq isə əmək fəallığının cins-yaş səviyyələri nəzərə alınmaqla, həmin fərqdir. Gələcək əmək həyatının potensial uzunluğu – iş dövrünün yuxarı və aşağı hüdudları arasında illərin sayıdır (həmin əhalinin yaş ölümü səviyyəsinə düzəliş edilməklə). Gələcək əmək həyatının real uzunluğu – həmin əhalinin həm əmək fəallığının yaş səviyyələri, həm də ölüm yaş səviyyələri uçota alınmaqla, iş dövrünün yuxarı və aşağı hüdudlarındakı illərin sayıdır. Gələcək əmək həyatının maksimal və real uzunluğu arasındakı fərq əmək potensialının ümumi itkilərinin səviyyəsini verir, onların bir hissəsi verilmiş əhali ölümünün yaş səviyyələri ilə (əmək potensialının mütləq itkiləri), bir hissəsi – əmək fəaliyyətinin yaş səviyyələri ilə (əmək potensialı ehtiyatı) şərtlənir. Əmək potensialı itkilərinin strukturundan asılı olaraq, onun təkrar istehsalının bir neçə mərhələləri seçilir. Birinci mərhələyə əmək qabiliyyətli kontingentin vaxtından əvvəl ölümü hesabına itkilər üstünlük təşkil edir, son mərhələdə isə əmək potensialı ehtiyatı (təhsil müddətinin uzadılması, daha tez pensiyaya çıxmaqla əlaqədar məhsuldar əmək fəaliyyətinin dayandırılması).
–
doğulanların müəyyən çıxış cəminin ömür uzunluğu üzrə, yəni
ölüm yaşı
üzrə bölüşdürülməsidir. Nəslin kəsilməsi ardıcıllığı ya verilmiş yaş intervalında
(“Ölüm cədvəlləri”nə bax), ya da sağ qalanların say sırası l
, yəni doğulanların əvvəlki cəmindən x yaşadək sağ qalmış şəxslərin payı ilə təsvir olunur. Göstərilənlərin hər ikisi ekvivalentdir, çünki
. Nəslin kəsilməsi ardıcıllığı göstəriciləri əsasında doğulanların verilmiş cəminin (nəslin) istənilən digər ölüm göstəriciləri hesablana bilər. Müasir demoqrafiya ədəbiyyatlarında nəslin kəsilməsi ardıcıllığı daha
geniş, ölüm
intensivliyinin yaşdan asılılıq kimi, az istifadə olunan “ölüm qanunu”, yaxud “ölüm rejimi” terminlərinin sinonimi kimi, ingilis mortality
(və
başqa dillərdə onların analoqlarının) ekvivalenti kimi başa düşülür.
vaxt anaların (qadın nəslinin uzunluğu) və ya oğulları doğulduğu vaxt ataların (kişi nəslinin uzunluğu) orta yaşıdır. Əhalinin artım tempi və nəsillərin əvəz edilməsi səviyyəsi arasında asılılığı xarakterizə edən, əhalinin təkrar istehsalı göstəricilərdən biridir. Nəslin sürəkliliyi nisbətən sabit kəmiyyətdir və aşağıdakılardan ibarətdir: qadın nəslinin sürəkliliyi – təxminən 27-28 yaş, kişi nəslinin sürəkliliyi 31-33 yaş.
onların uşaqlarının nəsillərini ayıran orta vaxt intervalıdır. Nəslin uzunluğunun düz (birbaşa) və dolayı hesablama metodları fərqləndirilir. D ü z metod real
nəsil sxeminə
əsaslanır və
valideynlərin orta yaşı ilə uşaqlarının orta yaşı arasında fərqi müəyyən edir. Alim Y.S.Ulitski bu metodun aşağıdakı modifikasiyalarını ayırıb: valideynlərlə bütün uşaqları arasında; valideynlərlə ortancıl uşaq arasında; valideynlərlə böyük, yaxud kiçik uşaq arasında; ata ilə nəsli davam etdirən oğulları arasında (kişi xətti); ata ilə ortancıl uşaq arasında (kişi xətti); ata ilə böyük, yaxud kiçik qızı arasında (qadın xətti). Təhlilin 498
konkret məqsədlərindən asılı olaraq, nəslin uzunluğu düz metod üzrə bu və ya digər hesablamanın nəticələri kişi və qadın xətləri üzrə mühüm dərəcədə fərqlənə bilər. Demoqrafik təhlil praktikasında real nəsillərin demoqrafik tarixini bərpa etmək mürəkkəb olduğu üçün, dolayı metod daha geniş yayılmışdır və hipotetik (şərti) nəsil sxeminə əsaslanır. Nəslin uzunluğunun hesablanmasının dolayı metodunu 1920-ci ildə stabil əhali nəzəriyyəsini işləmiş A.Lotka təklif etmişdi. Stabil əhalinin modelinin vacib xüsusiyyəti təkrar istehsalın netto əmsalı R 0 ,
uzunluğu (T) arasında funksional asılılıqdır: R 0 = e Rt , burada e – natural loqarifmlərin oturacağıdır. Buradan nəslin uzunluğu bərabərdir:
0 1 = . Lotka göstərdiyi kimi, nəslin uzunluğu həmçinin hipotetik nəsildən olan anaların və onların uşaqlarının doğulması arasındakı intervalda yaşların orta sayına bərabərdir: ∫ ∫
w w dx x f x l dx x f x xl T 0 0 ) ( ) ( ) ( ) (
burada l(x) – x yaşında sağ qalanların sayı, f(x) – yaş üzrə doğum funksiyasıdır. Stabil əhali modelində real əhalinin yaş strukturunun təsiri kənar edildiyi üçün, real və model əhalidə nəslin uzunluğu əhalinin artım potensialı kəmiyyəti qədər fərqlənir. Nəslin uzunluğunu müəyyən etmək üçün başqa cəhdlər də edilmişdi. Belə ki, ingilis statistiki L.Konnor 1926-cı ildə nəslin uzunluğunu orta nikah yaşı üstəgəl orta atalıq yaşı kimi hesablamağı təklif etmişdi; son kəmiyyət orta ailədə uşaqların orta sayıdır. Ailədə uşaqların sayı və nəslin uzunluğu ilə əhalinin orta artım tempi arasındakı asılılıq aşağıdakı kimi müəyyən edilir: 0
burada B və B 0 – cari və bazis dövrlərində ailədə uşaqların sayıdır.
– 1) əsas fəaliyyət sahəsi müəllifə sifariş verilməklə və ya müəllifin sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımından ibarət olan ixtisaslaşmış fəaliyyət sahəsidir; 2) çap məhsullarının hazırlanması və buraxılmasını həyata keçirən müxtəlif mülkiyyət formalı müəssisələrdir. Öyrənilən nəşriyyat aşağıdakı növlərə bölünür: buraxılan nəşriyyat
(kitabçaları) buraxan kitab nəşriyyatları; kitablarla (broşüralarla) yanaşı, jurnal buraxan kitab-jurnal nəşriyyatları; bütün məsələlər və bütün qrup oxucular üçün buraxılan ədəbiyyatın tərkibinə və təyinatına görə - universal nəşriyyatlar; müəyyən oxucu qrupu və ya müəyyən elm sahəsi üçün ədəbiyyat buraxan ixtisaslaşdırılmış nəşriyyatlar. Statistik hesabatlarda aşağıdakı göstəricilər öyrənilir: adların sayı, nüsxəsi, vərəq-şəkillərin çap sayı, vərəqlərdə həcmi və s.
– çap üsulundan və formasından asılı olmayaraq, nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, risalə, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusudur.
–
gəlirlər və xərclər arasındakı fərqdir. Maliyyə ilinə görə nəticələr, həmçinin ilin əvvəlinə və sonuna öz
xüsusi kapitalının dəyişməsi kəmiyyətinə bərabərdir. Çox vaxt bu kəmiyyətin miqdarını ilkin təhlilsiz müəyyən etmək mümkün deyildir, xüsusən də əgər öz xüsusi kapitalının miqdarına birbaşa təsir göstərən əməliyyatlar nəticələrdə öz əksini tapmırsa.
– (I) – dövlət orqanlarının qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi üzrə fəaliyyətinin formalarından biridir. Məhkəmə, konstitusiya nəzarəti və inzibati nəzarət növləri bir-birindən fərqləndirilir. Müəllif nəzarəti nəzarətin xüsusi formasıdır.
asılılıqdır. Aşağıdakı hallarda bir hüquqi vahid digər hüquqi vahidə birbaşa və ya dolayısı ilə nəzarət etmək hüququna malikdir: a) şirkətin abunə üzrə buraxdığı səhmdar kapitalının böyük hissəsinə malikdir; b) müəssisənin buraxdığı səhmlər üzrə böyük səs çoxluğuna malikdir; c) müəssisənin müdiriyyətinin, idarə heyətinin və ya işinə nəzarət orqanının üzvlərinin yarıdan çoxunu təyin edə bilir.
– başa çatdırılmış müşahidənin yoxlanması məqsədi ilə aparılan statistik müşahidədir. Bu müşahidə, bir qayda olaraq,
başdan-başa deyil,
seçmə və
ya monoqrafik olur.
amillərin təsirindən azad olmuş, hər bir ayrıca faktorun dəyişməsinə istehlakçıların reaksiyasının ölçüsüdür. Empirik elastiklik əmsalı hesablamalarının bütün sadəliyində və
499
interpretasiyasında (izahında) ciddi çatışmazlıqlara malikdir. Belə ki, bütün digər amillərin təsirindən təcrid edilir. Bu çatışmazlıq nəzəri adlanan Allen-Bouli elastiklik əmsalı düsturu ilə həll edilmişdir. O reqressiyanın çoxamilli bərabərliyinə əsaslanır:
′ =
burada E i - x
i amilindən tələbin elastiklik əmsalını; y ′ - birinci törəmə funksiyası (xətti reqressiya üçün o reqressiya əmsalına bərabərdir); −
i amilinin orta qiyməti; x y nəticə əlamətinin bərabərləşdirilmiş qiymətinin orta qiymətdir (təcrübədə y y x ≅
bərabərliyi hesablamanı sadələşdirir).
NĐKAH (demoqrafiya statistikasında) – ərlə arvadın hüquq və vəzifələrini ifadə edən kişi və qadının ailə qurmaq, nəsil davam etdirmək məqsədilə bağlanan könüllü və bərabərhüquqlu ittifaqıdır. Çox vaxt bu ittifaq təsərrüfat-məişətə uyğun olur və ər-arvad eyni ailənin və ya ev təsərrüfatının tərkibinə daxil olurlar. Azərbaycan Respublikasında ədliyyə orqanları tərəfindən qeydə alınmış nikah, demoqrafik hadisənin cari uçotunun statistik müşahidə obyekti kimi xidmət edir. Ədliyyə orqanları tərəfindən nikahın bağlanması, nikahın pozulması, doğum və ölüm haqqında yazılan aktlar ilkin uçot sənədləri sayılır (“Vətəndaşlıq vəziyyəti aktları”na bax). Əhalinin siyahıyaalınmasında və xüsusi müayinələrdə nikah vəziyyəti, onun bağlanma və pozulma tarixlərinə dair suallara verilən cavablar sənəd tələb etmədən, sorğu edilir: uçot obyekti kimi, qeydiyyat faktından asılı olmayaraq, hər hansı bir davamlı ittifaq qəbul edilir. Yəni nikahlara dair müxtəlif mənbələrdən alınan məlumatların müqayisəliliyi, qeydə
alınmamış ittifaqların yayılmasından asılı olur.
– bir sıra məcmuya mənsub olan insanların nikah bağlamaq vaxtlarını xarakterizə edən kəmiyyətlərin qaydaya salınmış ardıcıllığıdır. Nikah cədvəlləri, əhalinin yaranmış yaş strukturundan asılı olmayaraq, yaranmış nikah prosesinin təsvirini verməyə, əhalinin müxtəlif qruplarında müqayisə aparmağa, proseslərin daxili qanunauyğunluqlarını təhlil etməyə və onun xarakterik xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Đnsanların əvvəlki nikah vəziyyətində olmalarının və yalnız müəyyən bir nikah sıraları və ya bütün nikahlar və nikah vəziyyətlərinin ayrı-ayrı kateqoriyalarının uçotu nikah
cədvəllərinin ümumi və xüsusi cədvəllərə ayrılmasına əsas verir. Hər bir yaş səviyyəsinin nikahlarına vahid məcmu kimi baxılırsa və ya cütlərin müəyyən bir əlamətinə (xüsusiyyətinə) görə bir neçə məcmuya ayrılırsa, onda nikah
cədvəlləri sadə
və təbəqələşdirilmiş cədvəllərə bölünür; ancaq nikah və ya nikah və ölüm təsiri baxımından asılı olaraq – təmiz və kombinə edilmiş; yaş intervalının kəmiyyətindən asılı olaraq – tam (birillik) və qısa cədvəllərə bölünür. NĐKAH DAĐRƏSĐ – mümkün olan nikah partnyorlarının məcmusudur. Nikah dairəsi
(cəmiyyəti) qanunvericilik və mənəvi-etik normalar sistemi ilə, həmçinin partnyorların sosial-iqtisadi vəziyyəti, onların
şəxsi keyfiyyətlərinin xüsusiyyətləri ilə müəyyən edilir. Nikah dairəsini müəyyən edən ünsiyyət sisteminə fərdi
şəxsiyyətlərarası əlaqələrdən başqa, həmçinin nikah cütlüyünün seçimi də daxil ola bilər. Monoqam nikah şəraitində nikah dairəsinə formal olaraq nikahda olan şəxslər daxil deyil. Lakin boşanma
azad olduqda, ər-arvad cütlüyünün bəzi hissəsi həmin nikah vəziyyəti kateqoriyasından olan şəxslər arasında seçilir. Qanunla, yaxud adətlərlə nikahı qadağan edilmiş şəxslərə potensial nikah partnyoru kimi baxmaq olmaz. Bəzi cəmiyyətlərdə nikah dairəsi sosial, milli, dini maneələrlə məhdudlaşır; onların aradan qaldırılması nikah dairəsinin genişlənməsinə səbəb olur. Nikah dairəsinin hüdudları və tərkibinin dəyişməsinə həmin şəxsin yaşı çox təsir göstərir.
– nisbi kəmiyyətlərdir, nikah bağlamanın tezliyini əks etdirir; müəyyən dövr ərzində bağlanmış nikahların sayının, yaxud nikah bağlayan kişilərin (qadınların) sayının nikaha daxil ola bilən müvafiq əhali sayına, yaxud insanların məcmusuna nisbəti kimi hesablanır. Nikahların sayının, yaxud nikah edənlərin sayının hansı məcmu ilə müqayisə edilməsindən asılı olaraq, fərqləndirilir. Ü m u m i nikah əmsalları – müəyyən ərazidə və müəyyən dövr üçün nikahların sayının bu ərazinin orta əhali sayına nisbətidir. Nikah əmsalları dinamikası nikaha müxtəlif amillərin, həmçinin əhalinin yaş strukturunun təsirini əks etdirir. Ümumi nikah əmsalları beynəlxalq müqayisələr üçün
yararlı deyil,
çünki əhalinin yaş strukturundan və nikahlıq vəziyyətindən (ölkələr üzrə nikahların bağlanma tezliyi eyni olduqda, nikah əmsalları xeyli fərqlənir – əhali tərkibində uşaqların payı çox olan ölkələrdə ümumi nikah əmsalları əhali tərkibində uşaqların payı kiçik olan ölkələrə nisbətən aşağı olur); nikahların
500
bağlanma və pozulma şərtlərini müəyyən edən qanunlardan; hər ölkədə
statistik uçotun
xüsusiyyətlərindən (statistika həmin ölkənin qanunvericiliyinə müvafiq bağlanmış nikahları uçota alır və adətlərə, yaxud dini qanunlar üzrə bağlanmış nikahları nəzərə
almır, nəzərə
alınmayan faktiki nikahların payı müxtəlif ölkələrdə fərqlidir) asılıdır. Uşaqların payında olan fərqlərin nikah əmsalları kəmiyyətinə təsirini aradan qaldırmaq üçün nikahların sayını bütün əhali ilə deyil, nikah qabiliyyətli yaşda olan əhali ilə müqayisə etmək düzgün olardı. Bu, xüsusi nikah əmsalıdır: + = 16 P B k
burada B – il ərzində nikahların ümumi sayı; P 16+
– nikah qabiliyyətli yaşda olan əhalinin sayıdır. Bu göstəricinin sonrakı dəqiqləşdirilməsi: nikah qabiliyyətli yaşda olan əhalinin sayından nikah qabiliyyətli əhalinin ayrılmasıdır (kişi və qadınlar üçün ayrı-ayrı müəyyən edilir): b P B k + = 16
burada B – il ərzində nikahların ümumi sayıdır; b P + 16 – subay, dul və boşananların sayı. Bu göstərici beynəlxalq müqayisələr üçün, həmçinin həmin ölkədə
nikahın dəyişməsinin xarakteristikası üçün yararlıdır, lakin ölkələr üzrə nikah qabiliyyətli əhalinin yaş tərkibində olan fərqləri nəzərə almır.
bağlamış şəxslərin sayının həmin yaşda nikah qabiliyyətli əhalinin sayına nisbətidir. Bütün nikahlıq vəziyyətində olan şəxslər üçün, həm də hər bir nikahlıq vəziyyəti üçün: subay, dul, boşananlar üçün hesablana bilər. Bu növ əmsallar nikah cədvəllərinin hesablanması üçün əsasdır. Çox vaxt xüsusi yaş nikah əmsalları heç vaxt nikahda olmayanlar üçün (birinci nikahların yaş əmsalları) və dul və boşananlara ayırmadan nikahda olanlar üçün (təkrar nikahların yaş əmsalları) hesablanır. Əhalinin strukturu haqqında informasiya siyahıyaalmada əldə edildiyindən, bu əmsalların qurulması yalnız
əhalinin siyahıyaalınmasına yaxın olan
illər üçün
mümkündür. 70-ci illərin sonunda nikahın təhlili üçün yaş nikah əmsallarından istifadə olunmağa başladı və müəyyən yaşda nikah saylarının (bütün və birinci) həmin yaşda əhalinin ümumi sayına nisbəti kimi hesablanırdı. Bütün sadalanmış yaş nikah
əmsalları, adətən, hipotetik əhali üçün qurulur; real əhali üçün lazımi informasiya olmadığı üçün, bu göstərici daha az hesablanır.
insanların ömür boyu ölümün və nəslin sayını dəyişdirən başqa səbəblərin olmadığı şəraitdə bağlanan nikahların şərti orta sayıdır. Yaş nikah əmsallarının cəmi müəyyən cins üçün 16 yaşdan 69 yaşadək hesablanır. 70 yaşdan sonra bağlanan nikahlar əvvəlki yaş qrupuna aid edilir. Yekun nikah əmsalları 1 nəfər hesabında müəyyən edilir. O, hamısı üçün ümumi əmsal kimi, həm də birinci, ikinci, yaxud bütün təkrar nikahlar üçün ayrıca hesablana bilər. Real nəsil üçün yekun nikah əmsalları verilmiş nəsildə nikahların bağlanması tezliyini ümumən xarakterizə edir. Onun kəmiyyətinə həm nikahsızlığın, həm də təkrar nikahların yayılması təsir edir; nikaha daxil olma yaşı onun kəmiyyətində özünü göstərmir. Nikahın təhlili zamanı yekun əmsal “nikaha daxil olmanın orta yaşı” göstəricisi ilə yaxşı uyğunlaşır. Sonuncu göstərici yekun əmsal əsasında mütləq rəqəmlərə nisbətən daha dəqiq müəyyən edilir, çünki əhalinin yaş strukturunun təsiri kənar edilir. Birinci nikahların yekun əmsalı birinci nikaha daxil olan nəslin payını xarakterizə edir. Onun birədək tamamlanması nikahsızlıq səviyyəsini göstərir. Təkrar nikahların yekun əmsalı həmin nəsildə təkrar nikahların yayılma tezliyini xarakterizə edir. Hipotetik əhali üçün yekun əmsal həmin təqvim dövründə nikahların bağlanması tezliyini xarakterizə edir. Onun kəmiyyətinə nikah
strukturu və real əhalinin nikah təqvimi təsir göstərir. Bu amillərin hipotetik əhalinin yekun nikah əmsallarına təsiri ona gətirib çıxarır ki, birinci nikahların yekun əmsalı təklikdən yuxarı olur (əgər həmin anda nikahlar artmış, yaxud cavan yaşlı tərəf irəliləmiş olarsa). Hipotetik nəsil üçün birinci nikahların yekun əmsallarının çox aşağı səviyyəsi nikahın azalmasından xəbər verir. Bu proseslərin təhlili real və hipotetik nəsillərin xarakteristikalarına kompleks yanaşıldıqda mümkündür.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling