Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
(II) - məlumat toplamaq məqsədilə müşahidə aparılan vahiddir
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- “MÜŞAHĐDƏLƏR”ĐN MƏLUMAT BA- ZALARININ APARILMASI
- MÜVƏQQƏTĐ (MÖVSÜMĐ) MĐQRASĐ- YA
- MÜVƏQQƏTĐ ĐDXAL (ĐXRAC)
- MÜVƏQQƏTĐ ĐŞÇĐLƏR
- MÜVƏQQƏTĐ QAĐBLƏR
- MÜVƏQQƏTĐ YAŞAYANLAR
(II) - məlumat toplamaq məqsədilə müşahidə aparılan vahiddir. (III) – özündə məlumatları ola biləcək vahidlərin eyniləşdirilməsini əks etdirir. Belə məlumatların yığılması zamanı bu vahid haqqında məlumatlar qeyd edilir. Belə vahidlər hesabat vahidi kimi ola da bilər, olmaya da bilər.
statistika müşahidələrinin aparılmasında məlumatların qeydiyyata alındığı müəyyən vaxtdır (ayın, rübün, ilin əvvəlinə və ya sonuna tarix) və ya müddətdir (gün, bir neçə gün, ay, rüb, il). Məsələn, statistik hesabat müəyyən tarixə (ana) təqdim
edilir; maliyyə-iqtisadi fəaliyyəti xarakterizə edən kəmiyyət göstəriciləri müəyyən müddət üzrə hesablanır; müşahidə bir neçə gün ərzində aparılır.
- “müşahidələr”in məlumat bazalarının doğru vəziyyətdə saxlanmasıdır. “Müşahidələr”in məlumat bazasının aparılması obyektlər üzrə rəsmi statistika orqanlarına daxil olan və işlənən dövlət statistika hesabatlarının göstəriciləri, həmçinin mühasibat hesabatları və
digər mənbələrin məlumatları əsasında həyata keçirilir. MÜŞTƏRƏK (BĐRGƏ) MÜƏSSĐSƏLƏR (MM) – yaradılmasında və fəaliyyətində Azərbaycanın hüquqi şəxsləri ilə yanaşı, xarici firmaların, şirkətlərin, təşkilatların da iştirak etdiyi müəssisə, müəssisə və təşkilatlar birliyidir. Müştərək müəssisələrin fərqləndirici xüsusiyyətləri aşağıdakılar hesab edilir:
partnyorların mülkiyyətlərinin birləşdirilməsi, müəssisənin idarə edilməsində birgə iştirak; mənfəətin partnyorlar arasında bölüşdürülməsi; işin səmərəliliyinə görə kollektiv məsuliyyət. Müştərək müəssisələrə həmçinin, iştirakçıların əmlakında mülkiyyətin saxlanması, öz xərcini ödəmə və özünü maliyyələşdirmə prinsipləri əsasında ayrı-ayrı firma
və müəssisələrin təsərrüfat fəaliyyətlərinin əlaqələndirilməsi üçün yaradılan beynəlxalq müştərək istehsal birlikləri də aid edilir. Zəruri hallarda belə müəssisələrin iştirakçılarına ayrı-ayrı təsərrüfat əməliyyatlarının aparılması, ya
da uzun
müddət ərzində
fəaliyyətlərinin həyata keçirilməsi üçün öz əmlaklarını qismən birləşdirmə hüququ verilmişdir. MÜŞTƏRĐLƏRƏ BORCLAR – təyinatından asılı olmayaraq, kredit müəssisələri hesab edilməyən borc verənlərdən götürülmüş borcun ümumi məbləğidir. Yeganə istisna borcun borc qiymətli kağızları ilə və ya hər-hansı digər qiymətli kağızlarla verilməsi öhdəliyi ola bilər Yalnız milli qanunlarda baxılmış şərtləri təmin edən depozitlər əmanət depozitləri kimi şərh edilə bilər.
MÜTƏŞƏKKĐL CĐNAYƏTKARLIQ
– sabit təşkil edilmiş cinayətkar qruplar tərəfindən törədilmiş cinayətlərdir. Təşkil edilmiş cinayətkar qrup – cinayət məqsədlərinə nail olmaq, sabit fəaliyyət göstərmək, daxili iyerarxiyaya malik və öz fəaliyyətini planlaşdırılmış şəkildə həyata keçirmək üçün xüsusi
yaradılmış şəxslər
qrupudur. Cinayətkar qruplar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müəyyən struktura malik olur və fəaliyyət göstərirlər.
485
MÜTLƏQ XƏTA (SƏHV) - əlamətin (göstəricinin) statistika müşahidəsi əsasında müəyyən edilmiş kəmiyyəti ilə onun həqiqi kəmiyyəti arasındakı kənarlaşmanın mütləq
kəmiyyətidir. Mütləq xəta anlayışından əsasən seçmə müşahidələrdə istifadə olunur. MÜTLƏQ KOD - simvolla əsaslandırma tələb etməyən, mərkəzi prosessorda birbaşa icra edilən proqram kodudur (şərti ixtisarlar sistemidir).
iqtisadi, demoqrafik, sosial və ekoloji hadisələri səciyyələndirən əlamətləri ifadə edən
göstəricilərdir. Statistika göstəriciləri miqdar (və ya ölçü vahidi), uzunluq, sahə, kütlə (çəki məcmusunda), vaxt vahidi, pul vahidi ilə və ya elementlərin (vahidlərin) sayı şəklində, onların əlamətlərinin ölçülərini bilavasitə (mütləq) səciyyələndirən, statistika tərəfindən öyrənilən statistik məcmunun ilkin ifadə formasıdır. Mütləq göstəricilər fərdi və yekun göstəricilərə ayrılır.
müşahidələr əsasında alınır. Ayrı-ayrı kənd təsərrüfatı müəssisələrində (ailə (kəndli) təsərrüfatlarında) taxılın, kartofun, pambığın və s. kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı-ayrı sənaye müəssisələrində işləyənlərin sayı, əsas istehsal fondlarının dəyəri, ümumi məhsulun həcmi, mənfəətin məbləği və s. fərdi mütləq göstəricilərdir. Fərdi mütləq göstəricilər müşahidə obyektlərinin ayrı-ayrı vahidlərini xarakterizə edir. Yekun mütləq göstəricilər öyrənilən statistika məcmusunun bütün vahidlərini, yaxud da onun ayrı-ayrı qruplarını xarakterizə edir. Yekun mütləq göstəricilər əsasən müşahidə nəticəsində əldə
edilmiş fərdi
mütləq göstəricilərin cəmlənməsi yolu ilə müəyyən edilir. Mütləq göstəricilər həmişə adlı kəmiyyətlər olurlar və mütləq ölçü vahidlərində - natural (ton, kiloqram, kv.metr, kub metr, kilometr, litr, ədəd və s.), dəyər (manat və s.) və əmək (adam-saat, adam-gün və s.) ölçü vahidlərində ifadə olunurlar. Bəzən mütləq göstəricilər haqqında bir ölçü vahidi aydın təsəvvür yaratmır. Belə halda iki ölçü vahidindən istifadə edilir. Məsələn, elektrik generatorları və mühərriklər istehsal edən müəssisələrin işlərini xarakterizə etmək üçün iki ölçü vahidindən - ədəd və güc ölçü vahidlərindən istifadə olunur. Həmçinin bir çox kənd təsərrüfatı maşınları da ədəd və güc ölçü vahidlərində uçota alınırlar. Bir sıra hallarda sosial-iqtisadi hadisələrin həcmi iki ölçü vahidlərinin hasili şəklində ifadə olunur. Məsələn, nəqliyyatda yük və sərnişin daşınması ton-kilometrlə (ton/km) və sərnişin-kilometrlə (sərnişin/km), elektrik enerjisi istehsalı kilovatt- saatla (kVt/saat), işlənmiş vaxt adam-saat, adam- gün və s. ilə ifadə olunur. Statistik müşahidə məlumatlarının yekunlaşdırılması prosesində mütləq statistik göstəricinin iki altnövünü alırlar: a) məcmunun həcmi adlanan, məcmu vahidlərinin ümumi sayı - müəssisələrin, işçilərin, maşınların, mal-qaranın və s. sayı. Bu, bir qayda olaraq, müəyyən tarixə və ya ana (zaman kəsiyinə) qeydə alınan səviyyədir; b) məcmuda X i - dəyişən əlamətlərin ümumi miqdarı (hadisələrin miqdar əlamətlərinin cəmi şəklində ∑ =
i i X 1
və ya
hasili şəklində ∏ =
n i i i x x 1 ). Adətən göstəricilər müəyyən dövrü (ay, rüb, il) əhatə edir. Onların qiyməti fasilənin müddətindən asılıdır.
– yoxsulluğun ilk anlayışıdır. XIX əsrin sonlarında Đngiltərədə formalaşdırılmışdır. O həm elmi təfəkkürlərdə, həm də sosial siyasətdə XX əsrin birinci yarısında üstünlük təşkil etməyə başlamışdır. Mütləq yoxsulluq ailənin cari pul gəlirlərinin qidaya, paltara, mənzilə olan tələbatını ödəməyə imkan vermədikdə ortaya çıxır. Gəlirləri müəyyənləşdirilmiş yaşayış
minimumundan az olanlar mütləq yoxsul adamlar sayılırlar. Bu, minimum yoxsulluq həddi sayılır. Mütləq yoxsulluq konsepsiyası əsas tələbatın (yaşayış minimumunun) minimum tərkibinin və bu tələbatın ödənilməsi üçün tələb olunan resursların miqdarının müəyyənləşdirilməsinə əsaslanır. Mütləq
yoxsulluğun müəyyənləşdirilməsinin üç yanaşması mövcuddur. Birincidə yoxsulluq həddinin insanın baza tələbatının (ərzaq və qeyri-ərzaq) dəyəri səviyyəsində götürülməsi; ikincidə qida
məhsullarında insanın enerji tələbatının (istehlak üçün zəruri olan kalori, zülal, piy və karbohidratın fizioloji normaları) ölçülməsi; üçüncüdə bütün istehlak səbətinin dəyərində minimum ərzaq səbətinə sərf edilmiş xərclər göstərilir. Birinci yanaşmadan bazar iqtisadiyyatına keçən ölkələrdə yoxsulluğun həddinin müəyyən edilməsində, ikinci yanaşmadan hələ də təsərrüfatçılığın natural forması yayılmış üçüncü dünya ölkələrində, üçüncü yanaşmadan isə ABŞ-da istifadə edilir.
- müəyyən müddətə, adətən, ilin bu və ya digər mövsümündə əhalinin həm ölkə daxilində,
486
həm də onun sərhədlərindən kənara yaşayış yerini dəyişməsidir. Đqtisadi müvəqqəti (mövsümi) (kənd təsərrüfatı, tikinti, balıqçılıq, meşə təsərrüfatı və sənayenin digər sahələrində işlərin mövsümi artması ilə əlaqədar olaraq, müəyyən dövrdə əlavə işçilərin cəlb olunmasına zərurətin yaranması səbəbindən olan) miqrasiya və sosial-mədəni müvəqqəti (mövsümi) (təhsil almağa, müalicəyə, istirahətə, səyahətə və s. ilə əlaqədar olan) miqrasiya bir-birindən fərqləndirilir. Müvəqqəti mövsümi miqrasiya daimi yaşayış yerinin dəyişməsinə səbəb olmur, o bir çox ölkələrdə hesaba alınmır və onun haqqında məlumatlar dolayı yolla əldə edilir. Müasir mövsümi
miqrasiyanın sayca
qiymətləndirilməsi çətindir, çünki mövsümi miqrantlar xüsusən nəzərə alınmır, lakin ayrı-ayrı məlumatlar onun mürəkkəb strukturda olmasına dəlalət edir. Xaricdə mövsümi
miqrasiya (o
cümlədən dövlətlərarası) geniş inkişaf etmişdir, məsələn, Cənubi Avropada, ABŞ-da (Kaliforniya, Florida), Qərbi
Afrikada (Qana,
Seneqal), Rusiya
Federasiyasında və s. kənd təsərrüfatı işlərinə iqtisadi mövsümi miqrasiya.
istifadəni tam və
ya qismən
gömrük rüsumlarından, vergilərdən azad edən və iqtisadi siyasət tədbirləri tətbiq edilməyən gömrük
Əmtəələrin müvəqqəti idxalına (ixracına) icazə, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qayda da, etibarlı eyniləşdirmə ilə təminat mövcud olduqda gömrük orqanları tərəfindən verilir. Müvəqqəti idxal (ixrac) edilmiş əmtəələr dəyişməz vəziyyətdə (təbii köhnəlmə və ya normal şəraitdə daşınma və saxlanma nəticəsində baş verən dəyişikliklərdən başqa) geri qaytarılmalıdır. Gömrük orqanları tərəfindən müəyyən edilmiş hallarda, əmtəələrin müvəqqəti idxalına (ixracına) yalnız onların geriyə qaytarılması (gətirilməsi) haqqında öhdəçiliyin təqdim
edilməsi və
gömrük rüsumlarının ödənilməsinin təmin edilməsindən sonra yol verilir. Gömrük orqanlarının müvəqqəti idxalı
(ixracı) mümkün
olmayan əmtəə
kateqoriyalarını müəyyən etməyə ixtiyarı vardır. Əmtəələrin müvəqqəti idxalının (ixracının) müddəti, belə idxal və ya ixracın məqsədindən və şəraitindən asılı olaraq, Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir və iki ildən çox ola bilməz. Dövlət Gömrük Komitəsi əmtəələrin ayrı-ayrı kateqoriyaları üçün daha qısa və ya daha uzun müvəqqəti idxal (ixrac) müddəti qoya bilər. Təyin edilmiş
müddət qurtaran gün, qaytarılmayan müvəqqəti idxal (ixrac) olunmuş əmtəələr digər gömrük rejiminə bildirilməli, ya da ölkənin gömrük orqanlarının müvəqqəti saxlanma anbarlarına yerləşdirilməlidir.
– bağlanmış əmək müqaviləsinə (sazişinə) müvafiq olaraq, müəyyən müddətə işə götürülmüş şəxslərin siyahı sayıdır (“Đşçilərin siyahı sayı”na bax).
ayrılan
köməkçi kateqoriyadır; mövcud yaşayış məntəqəsində və ya ərazidə daimi yaşayan, lakin siyahıyaalmanın
istehsalat təcrübəsində, istirahətdə və s.) olan adamların məcmusudur. Daimi əhali kateqoriyasına daxildirlər. Əhalinin siyahıyaalınmasında müvəqqəti qaiblər 6 aydan az müddətdə daimi yaşayış yerindən çıxmışlar sayılır. Oxumağa, daimi iş yerlərinə, həqiqi hərbi xidmətə gedənlər, həmçinin siyahıyaalma anında 12 aydan çox olmayanlar mövcud yerdə yaşamayanlar hesab edilirlər.
ayrılan
köməkçi kateqoriyadır; siyahıyaalmanın kritik anında mövcud yaşayış məntəqəsində və ya ərazidə olan, lakin başqa yerdə daimi yaşayan (ezamiyyətə, müvəqqəti və ya mövsümi işə, istehsalat təcrübəsinə, tətilə, qonaqlığa və s. gələn) adamların məcmusudur, mövcud əhali kateqoriyasına daxildir. Əhali siyahıyaalmalarında müvəqqəti yaşayanlara 12 aydan çox olmayaraq daimi yaşayış yerlərində yaşamayanlar daxildir.
487
-N- Nağd hesablaşma........................................ 489 Nağd pul ..................................................... 489 Nağd pul dövriyyəsi ................................... 489 Nağd pulla (ümumi dəyərlə hesablanmış) alınmış müəssisələrin adlarına investisiya qoyuluşları .................................................. 489 Nağdsız dövriyyə ....................................... 489 Nağdsız hesablaşmaların formaları ............ 489 Nağdsız pul dövriyyəsi............................... 489 Natamam iş vaxtı ....................................... 489 Natamam iş vaxtı ilə işləyən muzdlu işçilərin sayı ............................................... 489 Natamam məşğulluq .................................. 490 Natura formasında olan sosial transferlərdən başqa, sosial müavinətlər ........................... 490 Natura formasında sosial transferlər .......... 490 Natura formasında transferlər .................... 491 Natural göstəricilər ..................................... 491 Naviqasiya dövrü ....................................... 491 Neft xammalının emalının səviyyəsi .......... 491 Neft kəmərlərinin uzunluğu ....................... 491 Neftin (neft məhsullarının və qazın) nəqli . 491 Neolokal nikah ........................................... 491 Neonatal ölüm ............................................ 491 Nettinq ........................................................ 492 Netto çəki ................................................... 492 Nəqliyyat balansı........................................ 492 Nəqliyyat daşimaları .................................. 492 Nəqliyyat xətləri ......................................... 492 Nəqliyyat xidmətləri .................................. 492 Nəqliyyat xidmətlərinin göstərilməsi ......... 492 Nəqliyyat məhsulu ..................................... 492 Nəqliyyat müəssisələrinin istismar xərcləri ....................................................... 492 Nəqliyyat müəssisəsi .................................. 493 Nəqliyyat statistikası .................................. 493 Nəqliyyat statistikası üçün yük təsnifatı .... 494 Nəqliyyat tarifləri ....................................... 494 Nəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti................................................... 494 Nəqliyyat vasitələrinin hərəkətinin müntəzəmliyi .............................................. 494 Nəqliyyat vasitələrinin qeydiyyatı ............. 495 Nəqliyyat yolları şəbəkələrinin sıxlığı ....... 495 Nəqliyyat yolları şəbəkəsinin uzunluğu ..... 495 Nəqliyyatda əmək məhsuldarlığı ............... 495 Nəqliyyatın daxili növü .............................. 495 Nəqliyyatın gətirilmiş məhsulu .................. 495 Nəqliyyatın sərnişin dövriyyəsi ................. 495 Nəqliyyatın yük dövriyyəsi ........................ 495 Nəsil ........................................................... 496 Nəsilvermə dövrü ....................................... 496 Nəsilvermə qabiliyyəti ............................... 496 Nəslin əmək potensialı ............................... 497 Nəslin kəsilməsi ardıcıllığı ........................ 497 Nəslin sürəkliliyi ........................................ 497 Nəslin uzunluğu ......................................... 497 Nəşriyyat .................................................... 498 Nəşriyyat məhsulu ..................................... 498 Nəticələr ..................................................... 498 Nəzarət ....................................................... 498 Nəzarət müşahidəsi .................................... 498 Nəzəri elastiklik əmsalı .............................. 498 Nikah .......................................................... 499 Nikah cədvəlləri ......................................... 499 Nikah dairəsi .............................................. 499 Nikah əmsalları .......................................... 499 Nikah indeksi ............................................. 500 Nikah indeksləri ......................................... 500 Nikah koqortası .......................................... 501 Nikah səviyyəsi .......................................... 501 Nikah təqvimi ............................................ 502 Nikah vəziyyəti .......................................... 502 Nikah yaşı .................................................. 502 Nikaha daxil olma yaşı .............................. 502 Nikahdan əvvəl döllənmə .......................... 503 Nikahdan kənar doğuş ............................... 504 Nikahın brutto-məhsuldarlığı..................... 504 Nikahın davamiyyəti .................................. 504 Nikahın məhsuldarlığı ............................... 504 Nikahın məhsuldarlıq dövrü ...................... 505 Nikahın netto-məhsuldarlığı ...................... 505 Nikahın pozulması ..................................... 505 Nikahın pozulması (boşanma) ................... 505 Nikahın pozulması cədvəlləri .................... 505 Nikahın strukturu ....................................... 506 Nikahların məhsuldarlıq cədvəlləri ............ 506 Nikahlıq ..................................................... 506 Nikahsız doğuş ........................................... 507 Nikahsızlıq ................................................. 507 Nisbət ......................................................... 507 Nisbi xəta ................................................... 508 Nisbi qiymət ............................................... 508 Nisbi statistika göstəricisi .......................... 508 Nizamnamə kapitalı ................................... 508 Nizamnamə kapitalında dotasiyaların payı 508 Nizamnamə kapitalında xüsusi vəsaitlərin payı ............................................................ 508 Nizamnamə kapitalinda istiqrazların payı . 508 Nomenklatura ............................................ 508 Nominal dəyər ........................................... 508 Nominal əmək haqqı .................................. 508
488
Normadan artıq eyniləşdirmə ..................... 509 Normal forma ............................................. 509 Normativ-təmiz axar sular ......................... 509 Normativ-təmizlənmiş axar sular ............... 509 Nou-hau ...................................................... 509 Nöqtəli qiymətləndirmə ............................. 509 Nöqtəli proqnoz.......................................... 509 Növbə ......................................................... 509 Növbəti yaşa qədər yaşama ehtimalı .......... 509 Nuklear ailə ................................................ 509 Nümayəndəlik ............................................ 510 Nümunəvi layihələşdirmə .......................... 510 Nümunəvi ölüm cədvəlləri ......................... 510
|
ma'muriyatiga murojaat qiling