Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet125/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   121   122   123   124   125   126   127   128   ...   183

MÜHASĐBAT  UÇOTUNUN  QAYDA  VƏ 

PRĐNSĐPLƏRĐ

  –  mühasibat  uçotunun  əsas 

prinsipləri aşağıdakı qaydada qruplaşdırıla bilər:  

-  ilkin  çıxış  nöqtəsi:  fəaliyyətin  fasiləsizliyi  və 

maliyyə illərinin bölüşdürülməsi (ayrılması); 

-  baza  vəziyyəti:  ehtiyatlılıq  prinsipi,  metodların 

daimiliyi, tarixi dəyər, hər bir il üçün giriş balansı 

keçən  ilin  yekun  balansına  uyğun  olmalıdır, 

əhəmiyyətlilik 

konsepsiyası 

və 


ödəmənin 

olmaması. 

 

MÜHƏRRĐKĐN 

GÜCÜ

 

– 



mühərrikin 

məhsuldarlığını  (vaxt  vahidində  faydalı  işini) 

xarakterizə  edən  göstəricidir.  Mühərrikin  enerji 

itkisinin  tam  uçota  alınması  nöqteyi-nəzərindən, 



konstruktiv  mühərrik  gücü  müəyyənləşdirilir  və 

bununla  yanaşı,  nəzəri  (mühərrikdə  enerji  itkisi 

nəzərə  alınmadan),  indikator  (yalnız  istilik  itkisi 

nəzərə  alınmaqla),  səmərəli  gücləri  və  yaxud 

mühərrikin  işlək  valındakı  gücü  (istilik  və 

mexaniki  itkilər  nəzərə  alınmaqla)  bir-birindən 

fərqləndirilir. Yüklənmə imkanına görə yüklənmiş 

mühərrik  gücü  ayrılır.  Yüklənmiş  mühərrik  gücü 



normal  güclə  (normal  güc  sayılır  və  mühərrik 

maksimum 

səviyyədə 

işləyir), 



maksimum 

qısamüddətli  güclə  (yalnız  qısa  müddətdə  qəza 

təhlükəsizliyi  olan  inkişaf  edən  mühərriklərlə)  və 



maksimum  uzunmüddətli  güclə  (uzun  müddətdə 

qəza 


təhlükəsizliyi 

olan 


inkişaf 

edən 


 

481


mühərriklərlə) xarakterizə olunur. Həm də pasport 

adlanan 


səmərəli 

uzunmüddətli 

maksimal 

mühərrik 

gücündən 

mühərrikin 

tətbiqini 

xarakterizə etmək üçün istifadə edilir. 

Mühərrikdən faktiki istifadə onun istismar gücünü 

xarakterizə 

edir. 

Buraya 


aiddir: 

güc 


stansiyalarında 

(qovşaqlarında) 

quraşdırılmış, 

bütün  mühərriklərin  hesablanmış  uzunmüddətli 

maksimal  güclərinin  cəmindən  ibarət  olan 

quraşdırılmış güc; ehtiyatda olan və planlı təmirə 

dayanan  aqreqatların  gücü  çıxıldıqdan  sonra, 

qalan  quraşdırılmış  gücə  bərabər    sərəncamda 

olan güc; öyrənilən dövr ərzində mühərriklə artan 

ən  yüksək  güc,  pik  (zirvə)  gücü;  mühərrikin 

müəyyən  dövrdə  işlədiyini  göstərən,    gücün  orta 

kəmiyyətini  xarakterizə  edən  (istehsal  edilən 

enerjinin  mühərrikin  faktiki  işlədiyi  müddətə 

bölünməsi ilə  hesablanır), faktiki  orta  güc;  enerji 

istehlakçılarının 

mühərriklərinə 

və 


yaxud 

mühərriklər 

sisteminə 

(güc 


stansiyalarına, 

şəbəkələrinə)  qoşulmuş  güclərin  cəmini  göstərən 



qoşulmuş  güc;  bu  dövrdə  istifadə  edilmədən 

qalmış ehtiyat güc. 



 

MÜXTƏLĐF  QORUYUCU  VASĐTƏLƏR-

DƏN ĐSTĐFADƏ EDƏN ƏHALĐNĐN SAYI 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf  göstəricilərindən)  -  müxtəlif  qoruyucu 

vasitələrdən  istifadə  edənlərin  sayı  –  hamiləliyə 

qarşı bu və ya digər qoruyucu vasitələrdən istifadə 

edən  (özü  və  ya  cinsiyyət  tərəfdaşı)  qadınların 

sayıdır.  Adətən,  belə  məlumatlar  rəsmi  və  yaxud 

mülki nikahda olan 15-49 yaşlı qadınlar barəsində 

toplanır. 

Rəsmi  və  yaxud  mülki  nikahda  olan  və 

müayinənin  gedişində  özlərinin  (və  yaxud  cinsi 

tərəfdaşlarının)  qoruyucu  vasitələrdən  istifadə 

etmələri  haqqında  məlumat  verən  15-49  yaşlı 

qadınların  sayı  müayinə  ilə  əhatə  edilmiş  bu  yaş 

qrupunda  olan  bütün  qadınların  sayına  bölünür 

(bunun  tətbiqi  mümkün  olduqda,  eynilə  ailə 

vəziyyətinə). 



 

MÜXTƏLĐF  QORUYUCU  VASĐTƏLƏRĐ 

TƏTBĐQ  EDƏNLƏR  ARASINDA  PRE-

ZERVATĐVLƏRDƏN  ĐSTĐFADƏ  EDƏN-

LƏRĐN SAYI

 (Minilliyin bəyannaməsində əks 

olunmuş  inkişaf  göstəricilərindən)  -  15-49 

yaşlarında rəsmi və yaxud  mülki nikahda olan və 

qoruyucu  vasitə  kimi  prezervativlərdən  istifadə 

edən  qadınların  sayının  özləri  və  yaxud 

partnyorları  tərəfindən  hamiləliyin  qarşısını  alan 

bu və ya digər vasitələrdən istifadə edən, müvafiq 

yaş  qrupları  üzrə bu  və  ya  digər  kəbin  ittifaqında 

olan qadınların sayına nisbətini əks etdirir. 

Rəsmi  və  yaxud  mülki  nikahda  olan  və 

hamiləliyin  qarşısını  almaq  üçün  qoruyucu 

vasitələrdən  (onların  digər  qoruyucu  vasitələrdən 

istifadə  edib-etməmələrindən  asılı  olmayaraq) 

istifadə  etmələri  haqqında  məlumat  verən  15-49 

yaşlı  qadınların  sayı  bu  və  ya  digər  nikah 

formasında  olanların  özləri  və  yaxud  cinsiyyət 

tərəfdaşları  tərəfindən  hər  hansı  bir  qoruyucu 

vasitədən  istifadə  edən  15-49  yaşlı  qadınların 

ümumi sayına bölünür. 

Bu göstərici rəsmi və ya mülki nikahda olan və ya 

özləri,  ya  da  onların  cinsiyyət  tərəfdaşları 

tərəfindən qoruyucu vasitələrdən istifadə edən 15-

49  yaşlı  qadınların  sayının,  müvafiq  müayinələrə 

məruz  qalan  bu  yaş  qrupunun  (və  nə  vaxt  ki  bu, 

oxşar  nikah  statusuna  tətbiq  edilə  bilər) 

qadınlarının  ümumi  sayına  nisbəti  üzrə  faiz 

payında  ifadə  olunan  qoruyuculardan  istifadənin 

yayılma  göstəricisi  ilə  eyni  qiymətə  malik 

deyildir.

 

Əhalinin  hansı  hissəsinin  qoruyucu 



vasitələrdən  istifadə  etməsindən  asılı  olmayaraq, 

əgər  onlardan  10%-i  prezervativdən  istifadə 

edirsə, bu göstərici 10%-ə bərabər olacaqdır. 

Əgər  baxılan  göstəricidən  yalnız  qoruyucu 

vasitələrdən  istifadənin  monitorinqi  üçün  istifadə 

edilirsə, o, bu zaman başqa cür müəyyən edilir və 

hesablanır.  Belə  hallarda  rəsmi  və  yaxud  mülki 

nikahda  olan  və  hamiləliyin  qarşısını  almaq  üçün 

əsas  qoruyucu  vasitə  kimi  prezervativdən  istifadə 

etmələri  haqqında  məlumat  verən  15-49  yaşlı 

qadınların sayı göstərilir.  

 

MÜQAVĐLƏ

  –  1)  sövdələşmənin  məqsədini  və 

razılaşan 

tərəflərin 

qarşılıqlı 

öhdəliklərini, 

həmçinin 

müqavilənin 

pozulmasına 

görə 

sanksiyaları  özündə  əhatə  edən  müqavilədir, 



razılaşmadır  (çox  vaxt  yazılı);  2)  mülki  hüquqda 

iki və daha çox şəxs (fiziki və ya hüquqi) arasında 

mülki  hüquq  və  vəzifələrin  (istiqraz,  alqı-satqı, 

podrat və s.) müəyyən edilməsi, dəyişdirilməsi və 

dayandırılmasına  dair  razılıqdır.  Müqavilə  yazılı 

və  notarius  tərəfindən  təsdiq  edilmiş  formada  ola 

bilər. 

Đştirakçıların  sayından  asılı  olaraq,  ikitərəfli  və 



çoxtərəfli  olur.  Müqaviləyə  görə,  bir  tərəf  üçün 

yalnız  hüquq,  digər  tərəf  üçün  isə  yalnız  vəzifə 

öhdəliyi  yarandıqda,  müqavilə  birtərəfli,  hər  iki 

tərəf  üçün  həm  hüquq,  həm  də  öhdəlik  yarandığı 

hallarda müqavilə ikitərəfli adlanır.  

Müqavilənin  bəzi  növləri  (məsələn,  yaşayış 

evlərinin 

alqı-satqı 

müqaviləsi) 

dövlət 


orqanlarında qeydiyyata məxsusdur. Təsərrüfat və 

digər  müqavilələrin  nümunəvi    formalarının 

məcmuələri  mövcuddur  ki,  iş  prosesində  onlara 

əsaslanmaq  lazım  gəlir.  Lakin  iqtisadi  sahədə 

konkret 

müqavilənin 

tərtib 

edilməsində 



mütəxəssislərin  -  yalnız  hüquqi  qanunları  deyil, 

həm 


də 

vergi 


qanunvericiliyini 

 

bilən 



 

482 


hüquqşünasların, 

auditorların 

 

köməyindən 



istifadə etmək daha məqsədəuyğundur. 

 

MÜQAVĐLƏ  QĐYMƏTĐ 



–  ixrac  və  ya  idxal 

olunan  məhsulların  (xidmətlərin)  müqavilədə 

müəyyən edilmiş qiymətinin valyuta ilə ifadəsidir. 

 

MÜQAVĐLƏ 



ÜZRƏ 

SĐFARĐŞÇĐNĐN 

XAMMALININ  EMALI

  –  üçüncü  tərəfin 

hesabına, gömrük idarəsinin nəzarəti altında və ya 

nəzarətsiz  həyata  keçirilən  malların  emalı  üzrə 

əməliyyatdır. 

 

MÜQAVĐLƏÇĐ

  –  investorla  münasibət  quran 

və  müqavilə  şərtlərinə  uyğun  olaraq  istehsal 

obyektlərinin  yaradılması,  istifadəyə  verilməsi  və 

mənimsənilməsi  üzrə  öz  üzərinə  vəzifələr  və 

cavabdehlik 

götürən 


investisiya 

aktının 


iştirakçısıdır.  Müqaviləçi  həmçinin  investisiya 

aktının  digər  tərəfləri  ilə  də  (son  məhsul 

istehlakçısından  əlavə)  əlaqələrdə  iştirak  edir. 

Đnvestisiya  proqramının  yerinə  yetirilməsi  üçün 

müqaviləçi müvafiq istehsal obyekt-istiqamətli və 

təşkilati-məqsədli  struktur  yaradır.  Müqaviləçi  – 

investisiya layihəsinin yerinə yetirilməsi prosesinə 

məqsədli-proqram 

idarə 

edilməsini 



həyata 

keçirən,  hazır  tikinti  məhsullarının  vahid  əmtəə 

istehsalçısıdır.  

 

MÜQAYĐSƏ  EDĐLƏN



  –  eyni  bir  ticarət 

(xidmət  sahəsi)  müəssisəsində  və  ya  onunla 

müqayisə  oluna bilən ticarət tipi,  mülkiyyət  növü 

üzrə  eyni  və  ya  keyfiyyəti  üzrə  ona  oxşar 

əmtəənin  qeyd  olunmuş  qiymətidir.  Qiymət 

məlumatının  müqayisəliliyini  təmin  etmək  üçün, 

məsələn,  konkret  ticarət  müəssisəsində  və  bütün 

regionda  satışda  həmin  əmtəə  olmadıqda,  əmtəə 

və  xidmətin  əvəz  edilməsi  metodundan  istifadə 

edilir. 


 

MÜQAYĐSƏ  OLUNAN  MƏHSULLAR

  – 


bazis  və  hesabat  dövrlərində,  konstruksiyasında 

standartların  və  ya  texnoloji  şərtlərin  yenidən 

baxılmasını  tələb  edən  əhəmiyyətli  dəyişikliklər 

aparılmamaq  şərti  ilə,  sənaye  müəssisələrinin 

istehsal  etdiyi  məmulatdır.  Bazis  ilində  təcrübə 

nümunələri, quraşdırma və birinci sənaye seriyası 

kimi  buraxılmış  məmulatlar  müqayisə  olunan 

məhsulların  tərkibinə  daxil  edilmir  (“Təcrübə 



istehsalı”na  bax).  “Müqayisə  olunan  məhsullar” 

anlayışından 

qiymət 

indeksinin 



və 

digər 


göstəricilərin hesablanmasında istifadə olunur. 

 

MÜLKĐ  TĐKĐNTĐDƏN  DÖVRĐYYƏ

  – 

fəaliyyət növü təsnifatında tikinti obyektlərinin bir 



növü  olan,  mülki  tikinti  kimi  təsnifləşdirilən 

fəaliyyətdən alınan dövriyyənin bir hissəsidir. 

Subpodrat  münasibətlərin  obyekti  olan  əmtəə  və 

xidmətlərin  satışından  dövriyyəni  birləşdirir. 

Alındığı  vəziyyətdə  təkrar  satılmaq  üçün  alınan 

əmtəə və xidmətlərin dövriyyəsi istisna olunur. 

Mülki  tikintidən  dövriyyə  şirkətin  hesablarında 

ayrıca  göstərilə  bilməz.  Bu  göstərici  “Xalis 

dövriyyə”nin  və  “Đstehsal  fəaliyyətindən  digər 

gəlirlər”in bir hissəsidir. 

 

MÜLKĐYYƏT

  –  subyektin  mülkündə  olan 

daşınan və daşınmaz əmlakdır (“Daşınar əmlak”a 



və  “Daşınmaz  əmlak”a  bax).  O,  bu  əmlak 

haqqında  istədiyi  kimi  sərəncam  verə  bilər: 

onlardan  istehsal,  istehlak  və  yığım  üçün  istifadə 

edə bilər, sata bilər, icarəyə verə bilər, digər şəxsə 

verə bilər və hətta məhv edə bilər. Hüquqi mənada 

“mülkiyyətə hüquq”  ifadəsindən istifadə edilir. 

Azərbaycan  Respublikasında  mülkiyyət  hüququ 

qanunvericilikdə  (Mülki  Məcəllədə)  nəzərdə 

tutulmuş  qaydada  və  şərtlərlə  yaranan  hüquqdur. 

Mülkiyyət  hüququna  görə,  mülkiyyətçi  özünə 

məxsus  əmlaka  öz  mülahizəsi  əsasında  sahiblik, 

ondan  istifadə  etmək  və  onun  üzərində  sərəncam 

vermək  hüququna  malikdir.  Mülkiyyətçi  bu 

hüquqları  başqa  şəxsə  verə  bilər,  əmlakdan  girov 

kimi və ya əməli idarəçilik kimi başqa şəxsə verə 

bilər,  habelə  öz  əmlakı  barəsində  qanunazidd 

olmayan  istənilən  hərəkətləri  etməyə  haqqı  var. 

Mülkiyyətçi  əmlakdan  hər  hansı  sahibkarlıq 

fəaliyyəti  üçün  istifadə  edə  bilər  və  qanunla 

qadağan  olunmamış  digər  fəaliyyətlə  məşğul 

olmaq  məqsədləri  üçün  istifadə  edə  bilər. 

Azərbaycan  Respublikasında  mülkiyyət  dövlət 

mülkiyyətindən, bələdiyyələrin mülkiyyətindən və 

xüsusi  (şəxsi)  mülkiyyətdən  ibarətdir.  Statistik 

məqsədlər  üçün  müştərək,  xarici  investisiyalı  və 

beynəlxalq və beynəlxalq təşkilatlar mülkiyyəti də 

ayrılır.       

 

MÜLKĐYYƏTDƏN  (ƏMLAKDAN)  GƏ-



LĐR

  -  (I)  –  istehsal  olunmayan  və  ya  maliyyə 

aktivlərinin  sahibinin  onları    digər  şəxsin 

sərəncamına  verməklə  əldə  etdiyi  gəlirdir.  Belə 

gəlirin  aşağıdakı  formaları  mövcuddur:  faiz; 

korporasiyaların 

bölüşdürülən 

gəliri 


(kvazikorporasiyaların  gəlirlərindən  götürülmüş 

dividentlər); birbaşa xarici maliyyə qoyuluşundan 

reinvestisiya  olunmuş,    sığorta  polislərinin 

sahiblərinə  aid  olan  mülkiyyətdən  gəlir;  renta. 

Mülkiyyətdən  gəlirlər  ilkin  gəlirlərin  bir  hissəsi 

hesab edilir.  



(II)  -  maliyyə  aktivinin  və  ya  maddi  istehsal 

olunmayan  aktivi  sahibinin  vəsaitlərini  və  ya 

maddi qeyri-istehsal aktivlərini digər institusional 


 

483


vahidin    sərəncamına  verdiyinə  görə  əldə  etdiyi 

gəlirdir. 



 

MÜMKÜN YADDAŞ

 – qismən sürətlə işləyən 

yaddaşa  malik  olan    qurğuların  işçi  sahəsidir.  Bu 

yaddaşın 

həcmi 


operativ 

yaddaşın 

fiziki 

tutumundan çox olduğundan, istifadəçiyə proqram 



və 

məlumatların 

yerləşdirilməsi 

üçün  


ünvanlanmış (müraciət olunmuş) yaddaşın ümumi 

sahəsindən  istifadə etməyə imkan  verir. Bununla 

yanaşı,  hesablama  texnikasından  istifadənin 

səmərəliliyi  artır  və  proqramlaşdırma  prosesi 

sadələşir.  

 

MÜMKÜNLÜK ƏMSALI

 – müəyyən plan və 

profillə  faktiki  sahə  üzrə  qatarın  hərəkətində 

lokomotivin  işi  və  həmin  uzunluqda  birbaşa 

horizontal  sahə  üzrə  bu  qatarın  hərəkətində  işi 

arasındakı  nisbətdir.  Konkret  istiqamətdə  sahə 

üzrə  müəyyən  seriyalı  lokomotivlərin  hərəkət 

sürəti  və  vaxt  sərfi  göstəriciləri  üzrə  dartı 

hesablamalarının gedişində müəyyən edilir. 



 

MÜRƏKKƏB  AĐLƏ

  –  bir  neçə  qohumluq 

münasibətləri  ilə  birləşmiş  nuklear  ailələrdən 

ibarət  olan  ailədir.  Onlardan  hər  biri  tam  və 

natamam  ola  bilər  və  həmçinin  düz,  yaxud  yan 

xətlər üzrə ər-arvadın qohumları da bura daxil ola 

bilər. Məsələn, ər-arvad cütlüyü oğlu və gəlini ilə, 

yaxud  ər-arvad  cütlüyü  baldızı  və  arvadın  anası 

mürəkkəb ailə yaradır. Əhalinin siyahıyaalınması, 

yaxud  müşahidəsi  zamanı  ailə  başçısı  ayrıldığı 

halda mürəkkəb ailə iki, yaxud bir neçə ailə özəyi 

olan  ailə  kimi  müəyyən  edilir  və  onların  birində 

ailə başçısı olmur. 

 

MÜRƏKKƏB  QĐYMƏTLƏNDĐRMƏ

  – 

məlumatdan,  qiymətləndirilənlə  korrelyasiyalı 



əlaqəli  əlamətə  görə  əlavə  istifadəyə  əsaslanan 

qiymətləndirmədir.  Mürəkkəb  qiymətləndirməyə 

nisbət üsulu ilə qiymətləndirmə və tənəzzül (yəni 

tənəzzül  üsulu  ilə)  qiymətləndirmə  aiddir.  Nisbət 



üsulu 

üzrə 


ilkin 

çoxluq 


üçün 

seçmənin 

məlumatlarına 

görə, 




x



y

 

nisbəti 



qiymətləndirilir; alınan qiymət 

)



(x

x

 vurulur - 

ilkin  çoxluq  üçün  dəyişənin  qiymətlərinin  cəmi 

(orta  qiyməti) 

)

(x



x

 

və  çoxluq  üçün 



dəyişənin  cəmi  (orta),  yəni 



)

(x



x

  -  qiyməti  

alınır.  Reqressiya  üsulu  ilə  x-in  qiymətinin 

dəyişməsinə  uyğun  olaraq,  y-in  qiymətinin 

hesablanmasıdır. 

Bu 


kəmiyyət 

reqressiya 

funksiyasının  əmsalıdır,    seçmədə  və  ilkin 

çoxluqda  orta  qiymətləri  arasındakı  fərqlərin 

olduğu  zaman  seçmə  məlumatlarının  düzəlişləri 

üçün  istifadə  olunur.  Reqressiya  üsulu  nisbət 

üsulundan onunla fərqlənir ki, birincidə seçmənin 

qiymətlərini bərabərləşdirən düz xətt, ikincidə isə 

koordinat mərkəzindən keçən düz xətt götürülür. 

 

MÜSABĐQƏ  YOLU  ĐLƏ  SATINALMA 



(SÖVDƏLƏŞMƏ)

 

– 



Azərbaycan 

Respublikasında  dövlət  müəssisə  və  təşkilatları 

(idarələri), nizamnamə fondunda dövlətin payı 30 

faiz  və  daha  çox  olan  müəssisə  və  təşkilatlar 

tərəfindən malların (işlərin və xidmətlərin) dövlət 

vəsaitləri,  dövlətin  aldığı  və  dövlət  zəmanəti  ilə 

alınmış  kreditlər  və  qrantlar  hesabına  satın 

alınmasına  şamil  edilir.  Alış-verişin  müsabiqə 

üsuludur,  bu  zaman  alıcı  satıcılar  üçün  müəyyən 

texniki-iqtisadi  xarakterli  əmtəəyə  görə  müsabiqə 

elan edir. Müsabiqə yolu ilə satınalma açıq tender, 

ikimərhələli  tender,  məhdud  iştiraklı  və  qapalı 

tender,  təkliflər  sorğusu  və  kotirovka  sorğusu 

metodları ilə həyata keçirilir. Satınalmaların təşkil 

olunması 

üçün 


satınalan 

təşkilat 

tender 

komissiyasını  formalaşdırır,  tenderin  əsas  şərtlər 



toplusunu hazırlayır, tender elanını dərc etdirir və 

ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak 

üçün  fərdi  dəvət  göndərir.  Tender  prosedurası 

tender  komissiyası  tərəfindən  müəyyən  olunmuş 

yerdə  və  vaxtda  tenderin  əsas  şərtlər  toplusunda 

nəzərdə  tutulmuş  proseduralara  müvafiq  olaraq 

aparılır  və  tender  təklifləri  daxil  olduqları 

ardıcıllıqla açılır. Gecikmiş tender təklifləri tender 

komissiyası 

tərəfindən 

qəbul 

olunmur 


və 

açılmadan  geri  qaytarılır.  Tender  prosedurasının 

açılışında  iştirak  edən  şəxslərə  hər  bir  iddiaçının 

adı,  ünvanı,  tender  təklifinin  qiyməti,  tender 

təklifinin təminatı elan olunur. Đddiaçı və ya onun 

notarial 

qaydasında 

təsdiqlənmiş 

sənədlə 

müvəkkil  etdiyi  şəxs  tender  proseduralarının 

açılışında  iştirak  edir  və  tender  təkliflərinə  dair 

elan 


olunan 

məlumatı 

təsdiqləyir. 

Tender 


Komissiyasının  üzvləri  əvvəlcədən  elan  olunmuş 

meyarlar  əsasında  təklifləri  qiymətləndirir  və 

müvafiq  olaraq  birinci,  ikinci  və  üçüncü  yerləri 

müəyyənləşdirir. 

Satın 

alan 


təşkilat 

qalib 


malgöndərən  (podratçı)  ilə  müqavilə  imzalayır. 

Tenderin 

nəticəsində 

bağlanmış 

satınalma 

müqaviləsi  barədə  məlumat  5  bank  günü  ərzində 

tender 

haqqında 



elanın 

verildiyi 

mətbuat 

orqanında dərc etdirilir.  



 

MÜSTƏQĐL  DƏYĐŞƏN

  –  iqtisadi  obyektin 

fəaliyyətinin 

şərtlərini 

təsvir 


edən 

“giriş” 


dəyişənidir.  Müstəqil  dəyişən  tənzimlənməyə  və 

qismən  idarəetməyə  məruz  qalır.  Riyazi-statistik 

modellərə  uyğun  olaraq  müstəqil  dəyişən  eyni 

zamanda səbəb-nəticə, ekzogen dəyişəni, prediktor 

və ya izahedici adlandırılır. 


 

484 


MÜSTƏSNA  MALĐYYƏLƏŞDĐRMƏ 

tədiyyə  balansının  mənfi  saldosunun  ehtiyat 



aktivlər,  BVF-dən  alınmış  kreditlər  və  borclar 

kimi  mənbələrlə  yanaşı,  əlavə  və  ya  alternativ 

mənbələrlə  bağlıdır.  O,  tədiyyə  balansının 

kəsirinin  bağlanması  məqsədi  ilə,  ölkənin  rəsmi 

orqanları 

tərəfindən 

müəyyən 

olunan, 


maliyyələşdirmənin 

istənilən 

alternativ 

metodlarını özündə birləşdirir. 

 

MÜŞAHĐDƏ 

PROQRAMI

 

– 



statistika 

müşahidəsinin  aparılması  prosesində  qeydiyyata 

aid  olan  müşahidə  vahidlərinin  əlamətlərinin 

siyahısıdır və ya statistik müayinə blankında olan 

sualların 

siyahısıdır. 

Müşahidə 

proqramının 

tərkibi  statistika  müşahidəsinin  məqsədi  və 

konkret  vəzifələri  ilə  müəyyən  edilir.  Elmi 

işlənmiş  və  əsaslandırılmış  müşahidə  proqramı 

bütün  statistika  tədqiqatları  üçün  həlledici 

əhəmiyyət  kəsb  edir.  Müşahidə  proqramına  əsas 

əlamətlər  daxil  edilməlidir,  o,  qarşıya  qoyulmuş 

məsələləri  həll  etmək  üçün  kifayət  qədər  tam 

olmalı,  lakin  ikinci  dərəcəli,  az  əhəmiyyətli  və 

“ehtiyat” 

adlanan 


sualları 

özündə 


əks 

etdirməməlidir. 



 

MÜŞAHĐDƏ  VAHĐDĐ 

–  (I)  əlamətləri 

müayinə  zamanı  ölçülməli  və  qiymətləndirilməli 

olan  müşahidə  obyektlərinin    tərkib  elementidir 

(xarici 


ədəbiyyatlarda   

elementar 



vahid” 

terminindən 

də 

istifadə 



edilir). 

Məsələn, 

demoqrafiya  müayinələrində  qarşıda  qoyulmuş 

məqsəddən  asılı  olaraq,  müşahidə  vahidi  həm 

adam,  həm  də  ev  təsərrüfatı  ola  bilər. 

Müəssisələrin 

maliyyə-iqtisadi 

fəaliyyətinin 

öyrənilməsində  isə  müşahidə  vahidi  müəssisə 

hesab edilir. 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   121   122   123   124   125   126   127   128   ...   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling