Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MÜƏSSĐSƏLƏRĐN SAYI
- MÜƏSSĐSƏLƏRĐN VƏ RABĐTƏ MƏN- TƏQƏLƏRĐNĐN SIXLIĞI
- MÜƏSSĐSƏNĐN ASSOSĐASĐYADA ĐŞTĐ- RAKI VƏ YA DĐGƏR MÜƏSSĐSƏ- LƏRLƏ ƏMƏKDAŞLIĞI HAQQINDA SAZĐŞ
- - Dilerlər
- MÜƏSSĐSƏNĐN FƏALĐYYƏTĐNĐN DA- YANMASI
- MÜƏSSĐSƏNĐN GENĐŞLƏNDĐRĐLMƏSĐ
- MÜƏSSĐSƏNĐN ĐSTEHSAL ETDĐYĐ MALLARIN SATIŞI
- MÜƏSSĐSƏNĐN RENTABELLĐYĐ
- MÜƏSSĐSƏNĐN ÜMUMĐ MƏHSULU
- Cari satıla bilmə əmsalı
- Xüsusi dövriyyə vəsaitləri ilə təminat əmsalı
- Borc ödəmə qabiliyyətinin bərpa
- MÜHASĐBAT BALANSI
- Vaxta görə tərtib
- Mənbələrə görə tərtib edilən
yenidən təşkili; • müəssisənin yeni fəaliyyət sahəsinə keçməsi nəticəsində yeni müəssisənin yaranması. Yuxarıda göstərilən hadisələr nəticəsində yaranan müəssisələr haqqında geniş məlumatları müəssisələr statistikası üzrə əsasların tövsiyələrində tapmaq olar. Müəssislər registri üzrə
göstərişlərdə müəssisələrin (əgər onlar 1 il ərzində tam məşğulluğa hesablamada heç olmasa 6 ay ərzində bir adamın muzdlu əməyindən istifadə ediblərsə) statistik məqsədlər üçün registrə daxil olması tələbi mövcuddur.
müəssisələr registrində qeydiyyatdan keçmiş müəssisələrin uçotu
üçün istifadə edilir (fəaliyyətsiz müəssisələr istisna edilir). Bu göstəricinin hesablanması ani statistik müşahidə əsasında aparılır və müəyyən edilmiş dövrə vəziyyəti əks etdirir. Müəssisələrin registri üzrə tövsiyələrdə il ərzində tam iş vaxtı ilə işləyənlərin yenidən hesablanmasında yalnız sayı 0,5 adamdan az olmayan müəssisələrin statistik məqsədlər üçün onlara daxil edilməsi nəzərdə tutulmuşdur. Bu göstərici bazar və ya qeyri-bazar məhsulları istehsal edən bütün müəssisələrə aiddir. Bu göstərici müəssisələrin əsas demoqrafiya göstəricilərindən biri hesab edilir və müəyyən edilmiş vaxtda, xüsusilə də əsas iqtisadi fəaliyyət növlərinə əsasən bölündükdə, onların məcmusuna dair ümumi mənzərəni əldə etməyə imkan verir. Müəssisəni Đqtisadi Fəaliyyət Növləri
Təsnifatındakı qruplar üzrə də təsnifləşdirmək olar.
Müəssisələrin ölçü
siniflərinə görə
bölünməsi artım potensialını və müəssisənin məcmusunun adaptasiyasını müşahidə etməyə, həmçinin hansı müəssisəni, daha dəqiqi, mikro, kiçik, orta və ya iri müəssisələrə aid etməyə, hansının iqtisadiyyatda üstünlük təşkil etdiyini görməyə imkan verir. Müəssisələrin sayının artmasının təhlili bazarın dinamikasını, iqtisadi subyektlərin təmərküzləşməsini və
yeni müəssisələrin yaranmasını izləməyə imkan verir. Müəssisələri ölçülərinə görə fərqləndirməyə ehtiyac yoxdur. Kiçik müəssisələr, hətta heç bir
473
muzdlu işçisi olmayan müəssisələr belə nəzərə alınmalıdır. Müəssisə tam mühasibat uçotu sisteminə malikdir və o əlavə dəyərin və ümumi əməliyyat mənfəətinin müəyyən edilməsi üçün zəruri olan bütün məlumatları təqdim edə bilər. (II) – müəssisələrin demoqrafiyası statistikasının əsas göstəricilərindən biri hesab edilir. Bu göstərici ani statistik şəkil əsasında əldə edilə bilər və müəyyən vaxta vəziyyəti xarakterizə edir. Yalnız hesabat dövrü ərzində həqiqi iqtisadi fəaliyyət həyata keçirən vahidlər nəzərə alınır. Nəticə etibarı ilə, “yatmış” və ya hələlik fəaliyyətə başlamamış vahidlər istisna edilir (çıxılır). Müəssisələri ölçülərinə görə fərqləndirmək lazım gəlmir. Ən kiçik müəssisələr, hətta heç bir muzdlu işçisi olmayan
müəssisələr belə,
nəzərə alınmalıdır.
görə (rabitə müəssisələrinin xidmət göstərdikləri ərazinin orta sahəsi, xidmət göstərmənin orta radiusu) və əhalinin, fəhlə və qulluqçuların sayına nisbətinə görə (100 nəfərə düşən telefonların sayı, 1000 fəhlə və qulluqçulara düşən abonent teleqraf qurğularının sayı və s.) müəssisələrin və rabitə məntəqələrinin sıxlığı fərqləndirilir. Rabitə xidməti istehlakçılarına xidmət göstərilməsinin keyfiyyət göstəriciləri sisteminə daxildir.
“XALĐS” YARADIL- MASI - “boş yerdə” yeni statistik vahidin törənməsinə dair demoqrafik hadisədir.
Təsnifatının üçüncü versiyasının G seksiyasında əks etdirilən ticarət əlaqələri növlərini göstərir.
konsessiyaçılar, dilerlər və köməkçi şirkətlərin assosiasiyaları arasında aşağıdakı fərqləri aparmaq zəruridir:
müstəsna satış hüququ və ya satış səlahiyyətinə malikdirlər. Avtomobil istehsalı üzrə köməkçi müəssisələr də (avtomobil satışı ilə məşğul olan dilerlər kimi, lakin bu, nadir hallarda olur) konsessiyaçı ola bilər; - Dilerlər avtomobillərin satışı ilə məşğul olur, lakin konsessiyaçı hüququna malik olmur; - Avtomobil istehsal edən köməkçi şirkət şirkətlərin filiallarından (müstəqil sahibkarlara ümumi nəzarət) fərqlənir. Bu fərq ondan ibarətdir ki, onlar rezident və qeyri-rezidentlərin avtomobil istehsalı qruplarına aiddirlər, hansı ki, belə şirkətlərin köməyi ilə
öz kommersiya fəaliyyətlərinin hissəsini və ya
hamısını genişləndirirlər. Bu seksiyada müəssisələrin mümkün iki növ əməkdaşlıq forması nəzərdən keçirilir: - əhəmiyyətli dərəcədə bir mal göndərəndən asılı olan müəssisə. Əksər hallarda belə müəssisə imtiyazlara malik olur və güzəşt şərtləri ilə bu əmtəələrlə ticarət etmək hüququndan istifadə edir. Mal göndərən rəsmi olaraq topdansatış taciri qismində müəssisə ilə müqavilə bağlaya və bağlamaya bilər və əksər hallarda digər firmaya mənsub olan müəssisənin istismarı hüququna malik olan şirkət kimi imtiyazların hissələrinə malik olur; - Đmtiyazlı müqavilələrdə iştirak etmək və ya onlara üzv olmaq məqsədilə güzəştli şərtlərlə əmtəələrlə ticarət etmək və ya alıcı qrupunun üzvü hüququndan istifadə etməklə, müəssisələrə daşımaları həyata keçirən alıcı qrupları ilə, bir və ya bir neçə topdansatış tacirləri ilə müqavilələr bağlayan müəssisə. Bu seksiya üçün müəssisənin üç mənsub olma növünü fərqləndirmək lazımdır: - alıcı qrupuna mənsub olma; - françayzinq şəbəkəsi müəssisəsinə mənsub olma; - istehlakçı kooperativinə mənsub olma. Tədarükçü kooperativə mənsub olma əmtəələrin çatdırılması üçün əlverişli imkanların və şirkət korporativ aktivlərdən faiz əldə etdiyi şərtlərdə kooperativin qərarlarının qəbul
edilməsində iştirak hüququnun mövcudluğunu ehtimal edir. Alıcı qrupu bir və ya daha çox müəssisədən ibarətdir və əmtəələrin çatdırılmasında mal göndərəndən daha əlverişli imkanların əldə edilməsi (bir xüsusi müəssisənin etdiyindən daha çox) məqsədilə yaradılmışdır.
lakin
müqavilə (AĐ-nin
franşiz haqqında nizamnaməsinə uyğun olaraq, hansı ki, onlardan biri (imtiyazlara malik olan müəssisə) digərinə (məhsulların satışında güzəşt şərtlərindən istifadə edən müəssisə) müəyyən edilmiş şərtlər daxilində öz ticarət markası və ya simvolundan istifadə etmək hüququ verir) ilə əlaqəli olan iki müəssisənin əməkdaşlıq sistemini əks etdirir. Məqsədlərinə görə bir neçə növ imtiyazlar fərqlənir: məhsul
istehsalında imtiyazlar, məhsulların satışında imtiyazlar və xidmətlərin göstərilməsində imtiyazlar (belə müəyyənləşdirmə AĐ Komissiyasının 30 noyabr 1988-ci il, 4087/88/AĐB saylı Əsasnaməsində aparılır). Hər bir ölkədə əməkdaşlığın hüquqi statusunu müəyyən edən qanunlara uyğun olaraq yaradılan 474
təşkilatlar korporativ cəmiyyətlər hesab olunur. Onlara ümumi prinsiplərlə rəhbərlik edilir, məsələn, öz xidmətlərinin öz kooperativ üzvlərinə təqdim edilməsi, kooperativin fəaliyyətində iştirak etməsinə mütənasib olaraq onlar
arasında qazancın bölüşdürülməsi və s.
nəticəsində ola bilər: - müəssisənin bağlanması; - müəssisənin birləşməsi; - filialın udulması (başqası tərəfindən); - ayrılma; - mövcud yerli vahidin (və ya onun bir hissəsinin) yerinin dəyişdirilməsi ilə əlaqədar bağlanması. Yuxarıda qeyd edilən səbəblərdən, müəssisənin fəaliyyətinin dayandırmasına dair daha ətraflı məlumat Avrostatın biznes statistika haqqında təlimatında verilmişdir.
– fəaliyyət göstərən müəssisədə (tikilidə) əlavə istehsalın tikintisidir, həmçinin əlavə istehsal gücləri yaratmaq məqsədi ilə, müəssisənin fəaliyyət göstərdiyi ərazidə və ya bu əraziyə bitişik olan meydançalarda əsas, köməkçi və xidmət təyinatlı mövcud ayrı-ayrı sex və obyektlərin genişləndirilməsi və
yenilərinin tikintisidir. Fəaliyyət göstərən müəssisələrin genişləndirilməsinə həm də onların tərkibinə daxil olan və işə salındıqdan sonra sərbəst balansda olmayacaq filialların və istehsalatın tikintisi daxildir.
dövriyyə” maddəsinin alt bölməsidir. Müəssisələrin özləri tərəfindən istehsal olunmuş malların (məsələn, müəssisəyə aid olan
təsərrüfatdan daxil olmuş kənd təsərrüfatı məhsulları) və ya nəzərəçarpacaq dərəcədə emala məruz qalmış malların (məsələn, müəssisə tərəfindən istehsal olunmuş, hazırlanmış yeməklərin, qənnadı mallarının və s., müəssisəyə aid olan atelye tərəfindən tikilmiş paltarların və digər qarderob əşyalarının və s.) satışıdır.
– müəssisənin əsas
vəsaitlərinin, istehsal resurslarının istifadə edilməsi səmərəliliyi göstəricisidir. Müəssisənin ümumi rentabelliyi mənfəətin əsas və dövriyyə vəsaitlərinin orta dəyərinə olan nisbəti kimi müəyyən edilir.
çərçivəsində müəssisəyə və ya yerli vahidə rəhbərlik edir.
- əmlak dövriyyəsində müəssisənin hüquqi vəziyyətidir. Əgər bu vəziyyətə hüquqi şəxsin təşkilati-hüquqi formasının növlərindən biri kimi baxılırsa, bu halda müəssisənin hüquqi şəxsə verilmiş bütün hüquq və öhdəliklərə malik olur. Əgər müəssisəyə mülkiyyət kompleksi kimi baxılırsa, bu halda müəssisə statusu altında - sahibkarın əmlakı başa düşülür və o, əmlakdan öz istədiyi kimi istifadə edə bilər. MÜƏSSĐSƏNĐN ÜMUMĐ ENERJĐ GÜCÜ
– istehsal prosesində (G i.p .) istifadə olunan (“Đstehsal prosesinə xidmət göstərən enerji
bax)
və isitmə,
işıqlandırma və digər təsərrüfat ehtiyaclarına (G təs.eht. ) istifadə edilən enerji güclərini (yekun) xarakterizə edən ümumi göstəricidir (G ümumi ).
G ümumi = G i.p
. + G təs.eht.
hesabat
dövründə özünün
və sifarişçinin materiallarından hazırlanmış bütün hazır
məhsulların və yarımfabrikatların dəyəri, eləcə də daxili istehsalda istifadə edilən, özünün istehsalı olan hazır məmulatların və yarımfabrikatların dəyəri çıxılmaqla, yerinə yetirilmiş işlərin dəyəridir. Müəssisənin ümumi məhsulu
müəssisənin istehsal fəaliyyətinin son nəticələrini xarakterizə edir və müəssisə daxilində eyni məhsulların dəyərini təkrar hesaba daxil etmir.
daxil olan sexlərin, əsas, köməkçi və yardımçı təyinatlı obyektlərin yenidən qurulmasıdır. Bu zaman mövcud binaların və əsas istehsal avadanlıqlarının genişləndirilməsi həyata keçirilmir, onun yenidən qurulması əsas etibarilə istehsalın təkmilləşdirilməsi və onun texniki- iqtisadi səviyyəsinin yüksəldilməsi (innovasiyanın) hesabına aparılır. Yenidən təşkil olunmanın ümumi məqsədi, əsasən, müəyyən dövr ərzində işçilərin sayını artırmamaqla, əmək şərtlərinin və ətraf
mühitin mühafizəsinin yaxşılaşdırılması zəminində məhsul çeşidinin dəyişməsi və keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir.
475
MÜƏYYƏN ÖLÜM SƏBƏBĐNDƏN ÖL- MƏK EHTĐMALI (yeni doğulmuş uşaq üçün) – bütün ömrü boyu həmin ölüm səbəbindən nəsildəki ölənlərin payı; ölümün səbəbləri üzrə ölüm cədvəllərinin göstəricisidir. Bir qayda olaraq, təqvim dövrünün hipotetik nəsli üçün bu şərtlə hesablanır ki, bu nəslin ömrü boyu bütün səbəblərdən və həmin səbəbdən hər bir yaşda ölüm səviyyəsi öyrənilən dövrdəki kimi olacaqdır. Bunu, əhalidə ölənlərin ümumi sayında həmin səbəbdən ölənlərin payı ilə qarışdırmaq olmaz.
ödəyə bilməməsidir, yəni maliyyə müflisliyidir. Balans strukturunun qənaətbəxş olmaması və ya borc öhdəçiliyinin əmlakın dəyərini üstələməsi səbəbindən müəssisənin sahibkarlıq fəaliyyətini davam etdirməsi mümkün olmur. Müəssisənin borcunu ödəyə
bilməməsini (onun
müflisləşməsini) tanımaq
üçün aşağıdakı meyarlardan istifadə olunur: cari satıla bilmə qabiliyyəti əmsalı; xüsusi dövriyyə vəsaitləri ilə təminat əmsalı; borc ödəmə qabiliyyətinin bərpa (itirilmə) əmsalı. Cari satıla bilmə əmsalı müəssisə tərəfindən iqtisadi fəaliyyətin həyata keçirilməsi və təcili öhdəlikləri vaxtında ödəyə bilməsi üçün onda dövriyyə vəsaitlərinin mövcudluğunu xarakterizə edir. Müəssisənin istehsal ehtiyatları, hazır məhsul, pul vəsaitləri, debitor borcları və digər dövriyyə aktivləri şəklində olan mövcud dövriyyə vəsaitlərinin faktiki dəyərinin, onun bankların qısamüddətli kreditləri və istiqrazlarının, müxtəlif kredit borcları şəklində daha təcili öhdəçiliklərinin faktiki dəyərinə olan nisbəti kimi müəyyən edilir.
xüsusi vəsaitlərin və əsas fondların və digər dövriyyədən kənar aktivlərin faktiki dəyərlərinin müəssisədə istehsal ehtiyatları, bitməmiş istehsal, hazır məhsul, pul vəsaitləri, debitor borcları və digər dövriyyə aktivləri şəklində mövcud olan dövriyyə vəsaitlərinin faktiki dəyərinə nisbəti arasındakı fərq kimi müəyyən edilir. Borc ödəmə qabiliyyətinin bərpa (itirilmə) əmsalı hesablanmış cari satıla bilmə əmsalının, onun müəyyən edilmiş kəmiyyətinə nisbəti kimi müəyyən edilir. Balans strukturunun qeyri- qənaətbəxş olduğunu, müəssisənin isə borc ödəmə qabiliyyətini itirdiyini tanımaq üçün aşağıdakı şərtlərdən birinin yerinə yetirilməsi hesab edilir: hesabat ilinin sonuna cari satıla bilmə əmsalının kəmiyyəti 2-dən azdır; hesabat ilinin sonuna xüsusi vəsaitlərlə təminat əmsalının kəmiyyəti 0,1-dən azdır. Bununla yanaşı, müəssisənin maliyyə vəziyyətinin bərpa edilməsi imkanlarına da baxılır, yəni borc ödəmə qabiliyyətinin itirilməsi birmənalı olaraq müflisləşmə ilə əlaqələndirilmir. Müflisləşmə faktı, müəssisənin iqtisadiyyatının sağlamlaşdırılması işində yenidən qurulma yolu ilə onun saxlanması üçün yalnız arbitraj məhkəməsi tərəfindən son tədbir kimi müəyyənləşdirilir (sağlamlaşdırmadan, kreditorların tələblərinin vaxtının uzadılması və borc ödəmə qabiliyyətini bərpa etmək məqsədilə xaricdən idarəetmədən istifadə etməklə). Əgər müəssisənin borc ödəmə qabiliyyətinin bərpası üçün həyata keçirilən müxtəlif tədbirlər arzu olunan
nəticəni vermirsə, onda istehsal müsabiqəsi keçirilir və müəssisə rəhbərliyinin bütün səlahiyyət və vəzifələri satılma tədbirlərinin gedişinə rəhbərlik edən müsabiqədə qələbə çalmış idarə başçısına verilir.
vəsaitlərinin (əmlakının) növlərinə və yaranma mənbələrinə görə
(qruplaşdırılmış və
ümumiləşdirilmiş) manat və ya xarici valyuta ilə əks etdirmə metodudur. Mühasibat balansı müəyyən dövrün (ayın, rübün, ilin) sonuna və ya əvvəlinə vəsaitlərin vəziyyətini və onların yaranma mənbələrini əks etdirir. Bazar iqtisadiyyatında mühasibat balansı əsas informasiya mənbəyidir. Müəssisənin balansı sahibkarlara, menecerlərə və s. şəxslərə iqtisadi subyektin əmlakının vəziyyəti ilə tanış olmağa imkan verir. Mühasibat balansının məlumatları əsasında müəssisənin yaxın zamanda üçüncü şəxslər – səhmdarlar, investorlar, kreditorlar, alıcılar, tədarükçülər və s. qarşısında öz öhdəçiliyini yerinə yetirə biləcəyini və ya maliyyə çətinlikləri qarşısında olduğunu müəyyən etmək olur. Mühasibat balansında müəssisənin işinin son maliyyə nəticəsi, onun xalis mənfəəti və ya itkiləri müəyyən edilir. Balansın məlumatları əsasında ixtiyari müəssisənin maliyyə planı tərtib olunur, əldə olunmuş mənfəətə uyğun olaraq, pul dövriyyəsi üzərində nəzarət həyata keçirilir. Mühasibat balansının qurulması uçot obyektlərinin ikili qruplaşdırılması prinsipi üzrə təşkil edilir.
Mühasibat balansında bütün məlumatlar eyni pul vahidi ilə əks etdirilir. Mühasibat balansı iki bölmədən ibarət olur: birində vəsaitlərin tərkibi və yerləşdirilməsi, digərində isə onların əmələ gəlmə mənbələri əks olunur. Balansın birinci bölməsi aktiv, ikinci bölməsi isə passiv adlanır. Mühasibat balansının vacib prinsipi aktiv və passiv hissələrinin yekunlarının bir-birinə bərabər olmasıdır, çünki həm aktivdə, həm də passivdə müxtəlif nöqteyi- nəzərdən eyni şey – müəssisənin iqtisadi vəsaitləri əks olunur: aktivdə vəsaitlərin tərkibi, passivdə isə onların əmələ gəlmə mənbələri göstərilir. Əmlakın, öhdəliyin, əmlakın əmələ gəlmə mənbəyinin növünə uyğun gələn balans maddələri
476
mühasibat balansının əsas elementləri hesab edilir. Balans maddələri qruplar üzrə (balansın bölmələri üzrə) birləşdirilir. Balans maddələrinin qruplar və ya bölmələr üzrə birləşdirilməsi onların iqtisadi tərkibinə görə həyata keçirilir. Balansın hər bir sətrinin (maddəsinin) sıra nömrəsi olur ki, bu da onun tapılmasını və ayrı bir maddəyə istinadını asanlaşdırır. Balansda vəsaitlərin vəziyyətinin əks etdirilməsi üçün iki sütun nəzərdə tutulmuşdur: hesabat dövrünün əvvəlinə və hesabat dövrünün sonuna. Đkinci sütunda balansın tərtib edilmə tarixinə vəsaitlərin əmələ gəlmə mənbələri göstərilir. Balansın brutto-balans (xalis olmayan) və netto- balans (xalis) növləri fərqləndiririlir və ən çox ikincisi tətbiq edilir. Mühasibat balansının aktivində üç, passivində isə iki bölmə mövcuddur. Aktivdə: I. Əsas vəsaitlər və digər dövriyyədən kənar aktivlər; II. Ehtiyatlar və xərclər; III. Pul vəsaitləri, hesablar və digər aktivlər. Passivdə: I. Şəxsi vəsaitlərin mənbələri; II. Hesablaşmalar və digər passivlər. Balansın aktiv və passiv üzrə yekunu balansın valyutası adlanır. Balansın sadalanan hər bölməsinə müvafiq maddələr daxil edilir. Balansda bəzi maddələr geniş şəkildə əks etdirilir. Məsələn, “Qeyri-maddi aktivlər”, “Əsas
vəsaitlər”, “Azqiymətli və tez köhnələn əşyalar” maddələri üzrə ilkin dəyər, köhnəlmə və qalıq dəyəri göstərilir; “Əmtəə malları” maddəsində isə qalıq alınmış dəyərlə əks etdirilir; gəlir və ziyanlar üzrə keçən il və hesabat ilinin məbləği, həmçinin hesabat ilinin bölüşdürülməmiş gəliri passivdə göstərilir. Balans
maddəsinə qeyri-maddi aktivlərin, əsas vəsaitlərin, azqiymətli və tez köhnələn əşyaların yalnız qalıq dəyərləri daxil edilir, digər məlumatlar arayış şəklində verilir. Balans maddəsinə hesabat ilinin bölüşdürülməmiş gəliri daxil edilir. Lakin hesabat ilinin gəliri və istifadə olunmuş gəlirlər arayış şəklinə gətirilir. Bu maddələr üzrə məbləğlər balans valyutasında nəzərə alınmır. Đqtisadi fəaliyyəti nəticəsində müəssisənin vəsaitlərinin tərkibində və onların yaranma (formalaşma) mənbələrində fasiləsiz dəyişikliklər baş verir ki, bunlar da mühasibat balansında öz əksini tapır. Balans maddələrinin dəyişmələri yalnız mühasibat balansının aktivində (təsərrüfat vəsaitləri tərkibində) baş verirsə, onda eyni məbləğdə aktivin bir maddəsi artır, digəri isə azalır, balans maddəsi dəyişmir, balansın aktiv (A) və passivi (P) arasındakı bərabərlik dəyişməz qalır. Balans maddələrinin bu növ dəyişmələrini A + χ – χ = Π tənliyi ilə ifadə etmək olar. Əgər balans maddələrinin dəyişmələri birinci ilə oxşar olursa, lakin dəyişmələr vəsait mənbələri tərkibində baş verirsə, tənlik aşağıdakı şəklə düşür: A = Π + χ – χ Dəyişikliklər balans maddəsinin artmasına səbəb olursa, yəni balansın aktiv və passivi eyni zamanda və eyni səviyyədə artırsa, onda tənlik aşağıdakı şəklə düşür: A + χ = Π + χ . Əgər dəyişikliklər zamanı balans maddəsi azalırsa, onda tənlik belə yazılır: A - χ = Π - χ . Təsvir edilən əməliyyatların təsirinin ikili xüsusiyyəti müəssisəyə verilmiş vəsaitləri eyni məcmuda göstərən, balansın strukturunun ikili, ikitərəfli prinsiplərinin təbiəti ilə əvvəlcədən müəyyən edilir. Mühasibat balansının müxtəlif əlamətlərə görə təsnifləşdirilən növləri mövcuddur. Vaxta görə tərtib edilən mühasibat balansı – giriş, dövri və illik, ləğvedici, bölüşdürücü, birləşdirici ola bilər. Giriş mühasibat balansı müəssisənin yaranma anında tərtib edilir. Dövri (cari) balanslar müəssisənin bütün mövcud olma müddəti zamanı dövri olaraq tərtib edilir. Ləğvedici balans müəssisənin ləğv edilməsi zamanı formalaşdırılır. Bölüşdürücü mühasibat balansı iri bir müəssisənin bir neçə kiçik struktur vahidlərinə bölünməsi zamanı tərtib edilir. Birləşdirici balans bir neçə müəssisənin bir müəssisədə birləşdirilməsi zamanı tərtib edilir. Mənbələrə görə tərtib edilən mühasibat balansları – inventar, kitab və baş balanslara ayrılır. Đnventar balansları yalnız inventarlaşdırma əsasında tərtib edilir. Ona tələbat ya müəssisənin əvvəlcədən mövcud olan vəsaitləri əsasında yeni müəssisə yaradıldıqda, ya da təsərrüfatın özünün mülkiyyət növü dəyişdirildikdə yaranır. Kitab balansı inventarizasiya yolu ilə əvvəlcədən yoxlama keçirilmədən, yalnız kitab yazıları əsasında tərtib edilir.
Baş balans
uçot yazılarına və inventarizasiya məlumatlarına əsaslanır. Həlledici balansa uyğun
olaraq, vəsaitlərin qalığı dəqiqləşdirilir və bu da balansın reallığını artırır. Məlumatların həcminə görə balanslar vahid və toplu balanslara bölünürlər. Vahid balans yalnız bir müəssisənin fəaliyyətini əks etdirir. Onun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o cari uçotun məlumatları əsasında tərtib edilir. Toplu balanslar tək balansların maddələrinə aid
məbləğlərin mexaniki cəmlənməsi və aktiv və passivlərin ümumi yekunlarının hesablanması yolu ilə əldə edilir.
müəssisə, habelə ictimai təşkilatların balansları fərqləndirilir. Məsələn, dövlət müəssisələrinin xüsusi vəsaitlərinin yaranmasının əsas mənbəyi nizamnamə fondudur; kooperativlərinki isə əsas, pay və digər fondlardır və s. Obyektlər üzrə mühasibat balansları müstəqil və bölmə balanslarına bölünürlər. 477
Müstəqil balansa yalnız hüquqi şəxs olan müəssisələr (təsərrüfatlar) malik olurlar. Bölmə balansını müəssisənin struktur bölmələri tərtib edirlər. Mühasibat balansına aşağıdakı tələblər irəli sürülür: düzgünlük, reallıq, vahidlik, vərəsəlik, aydınlıq. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “1 №-li kommersiya təşkilatları üçün milli
mühasibat uçotu
standartı”nda mühasibat balansının yeni strukturu aşağıdakı kimi qəbul edilmişdir. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling