Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MÜƏSSĐSƏLƏR TƏRƏFĐNDƏN HƏ- YATA KEÇĐRĐLƏN TĐCARƏT FOR- MALARI
- MÜƏSSĐSƏLƏR ÜÇÜN STATĐSTĐK YÜK
- Xalis yük = müəssisələrin statistik məlumatlarının toplamasına
- Hiss edilən yük = hiss edilən yüklənmə - hiss edilən gəlirlər.
- MÜƏSSĐSƏLƏRĐN (ĐŞ VERƏNĐN) ĐŞÇĐ QÜVVƏSĐNƏ ÇƏKDĐKLƏRĐ XƏRCLƏR – (I)
- MÜƏSSĐSƏLƏRĐN (VƏ YA YERLĐ VAHĐDLƏRĐN) ƏLAVƏ DƏYƏR VƏ YA DÖVRĐYYƏ ÜZRƏ BÖLÜŞDÜRÜLMƏSĐ
- MÜƏSSĐSƏLƏRĐN (VƏ YA YERLĐ VAHĐDLƏRĐN) MƏŞĞUL ĐŞÇĐLƏRĐN SAYI VƏ YA ĐŞLƏNMĐŞ SAATLARIN
- MÜƏSSĐSƏLƏRĐN (VƏ YA YERLĐ VAHĐDLƏRĐN) SƏCĐYYƏVĐ XÜSUSĐY- YƏTLƏRĐ VƏ SAYI ÜZRƏ GÖSTƏRĐCĐ
- MÜƏSSĐSƏLƏRĐN BĐRLĐKLƏRĐ VƏ KOOPERASĐYALARI
- MÜƏSSĐSƏLƏRĐN DAXĐLĐ TƏSNĐFATI
- MÜƏSSĐSƏLƏRĐN DEMOQRAFĐYASI – (I)
- MÜƏSSĐSƏLƏRĐN MALĐYYƏ SA- BĐTLĐYĐ ƏMSALLARI
- Maliyyə dayanıqlığı əmsalı
- Dövriyyə kapitalının manevrlilik əmsalı
- MÜƏSSĐSƏLƏRĐN MEYDANA GƏL- MƏSĐ
MÜƏSSĐSƏLƏR STATĐSTĐKASININ ĐQTĐSADĐ STATĐSTĐKADA YERĐ – iqtisadi statistikaya daxil olan sahibkarlıq statistikası ilə bağlıdır. Məlum olduğu kimi, iqtisadi statistika rəsmi statistika orqanlarının mühüm fəaliyyət sahəsi olmaqla, iqtisadiyyatda baş verən kütləvi hadisə və proseslərin kəmiyyət və keyfiyyət tərəfini öyrənir. Đqtisadi statistikanın strukturunu və müəssisələr statistikasının yerini şərti olaraq aşağıdakı kimi göstərmək olar.
M il li H es ab la r S is te m i
S ah ib k ar lı q st at is ti k as ı
Q iy m ət s ta ti st ik as ı (i s- te h sa lç ıl ar ın q iy m ət st at is ti k as ı is ti sn a o lm aq la )
X ar ic i ti ca rə t st at is ti k as ı
Keyfiyyət göstəriciləri Kəmiyyət göstəriciləri
Struktur (illik) statistikası
Konyunktur müayinələr
Qısamüddətli (cari) statistika
Sxemdən göründüyü kimi, qiymət statistikasının bir hissəsi – istehsalçıların qiymət statistikası müəssisələr statistikasına aid
edilmişdir. Đstehsalçıların qiymət indeksi (ĐQĐ) məhsul (və ya xidmət) istehsalçıları üzrə qiymətlərin dəyişmə dinamikasını xarakterizə edir.
TƏRƏFĐNDƏN HƏ- YATA KEÇĐRĐLƏN TĐCARƏT FOR- MALARI - təklif edilmiş bir və ya bir neçə növ (dükan, şəhər bazarında səyyar köşk və ya sifariş poçtu üzrə satış) üzrə təsnifləşdirilə bilir.
həvalə edilən, onların rəqabət qabiliyyətinə maneçilik kimi baxılan inzibati yükdür. Đnzibati tələbata aşağıdakılar aiddir: milli statistika orqanlarından və milli və statistik məlumatların toplanmasına cavabdeh olan digər inzibati idarələrdən göndərilən (çıxan) tələblər. Müəssisə üçün statistik yükə baxılması vaxtı iki terminin fərqləndirilməsi faydalıdır: “yüklənmə” və “yük”. “Xalis
yük” müayinəsi aşağıdakı kimi
müəyyənləşdirilə bilər: Xalis yük = müəssisələrin statistik məlumatlarının toplamasına çəkilən xərc (yüklənmə) – müəssisələrin statistik məlumatların istifadəsindən əldə etdikləri mənfəət (gəlir). Lakin
təcrübədə bu
suala cavab
olaraq, müəssisələr müşahidəni yük kimi qəbul edirmi, ya yox sualı faktiki xərclərlə və gəlirlərlə əlaqəli olmaya bilər. Beləliklə: Hiss edilən yük = hiss edilən yüklənmə - hiss edilən gəlirlər. Respondentlərə düşən informasiya yükünün nəzərə alınması BMT-nin “Rəsmi statistikanın əsas prinsipləri”ndə (5-ci prinsip), Avropa Đttifaqına üzv ölkələrin və ittifaqın statistika orqanları üçün Avropa statistikasının Normalar Məcəlləsində və digər beynəlxalq təşkilatların rəsmi sənədlərində öz əksini tapmışdır. Burada məlumatların təqdim olunması üzrə yükün istifadəçilərin tələbatlarına proporsional olması və yükün müəyyənləşdirilməsi üçün monitorinqlərin həyata keçirilməsi qeyd olunur. Đnformasiya yükünün müəyyənləşdirilməsində sorğu edilən məlumatların respondentin mühasibat sənədlərində mövcudluğu, inzibati mənbələrdən daha
çox istifadə, məlumat sorğularının təkrarlanması və s. kimi məsələlərin öyrənilməsi qarşıya qoyulur.
tərəfindən yerinə yetirilmiş işlərə görə işçilərə verilmiş haqq və əlavə xərclərin məbləğidir. Müəssisənin (iş verənin) işçi qüvvəsinin saxlanma xərcləri, işlənmiş və işlənməmiş vaxta görə ödəmələri; həvəsləndirici ödəmə və hədiyyələri; həm qanunvericilikdə müəyyən olunmuş məcburi (icbari) xərcləri, həm də işçilərə verilən yaşayış, yemək ödəmələri, nəqliyyat, sağlamlıq və mədəni- maarif tədbirləri ilə əlaqədar könüllü xərcləri; formalı və xüsusi geyim və ayaqqabı xərclərini; ezamiyyət xərclərini özündə birləşdirir.
Kənd təsərrüfatı statistikası
Müəssisələr statisti-kası (istehsalçıların qiymət statistikası daxil olmaqla)
470
Müəssisənin (iş verənin) işçi qüvvəsinə çəkdiyi xərclərə həm müəssisənin sosial fondlara sığorta ödəmələri, həm də muzdlu işçi qüvvəsindən istifadə etməklə bağlı vergi xərcləri də aiddir. Müəssisənin (iş verənin) işçi qüvvəsinə çəkdiyi xərclər orta hesabla bir işçiyə və işlənmiş bir adam-saata görə hesablanır. Müəssisənin (iş verənin) işçi qüvvəsinə çəkdiyi xərclər statistika orqanları tərəfindən müəssisə və təşkilatların seçmə müayinəsi əsasında da öyrənilə bilər. Əldə edilən məlumatlar müəssisənin (iş verənin) işçi qüvvəsinə çəkdiyi xərcləri iqtisadiyyatın sahələri, fəaliyyət növləri, ərazilər, mülkiyyət formaları üzrə səviyyə və strukturunu tutuşdurmağa, beynəlxalq müqayisələr aparmağa imkan verir.
ödədiyi əmək haqqı xərclərindən böyükdür. Birbaşa müəssisənin hesabından götürülməsi mümkün olan qədər, müəssisədən alınması nisbətən asan olan, onların heyətə ödədiyi əmək haqqına xərclər haqqında məlumatlara əlavə olaraq, bu məcmu kəmiyyəti özündə digər xərc maddələrinin bir sıra miqdarını birləşdirir. Məsələn, peşəkar təhsilə xərclər, işçilərin cəlb edilməsinə, yeməkxanaya, nahar talonuna xərclər, sosial sığortaya, həmçinin vergi və subsidiyalarla bağlı digər xərclər. Bu xərclərə həmçinin məşğulluq xidmətlərinin işçi qüvvəsinin göndərilməsinə (daimi və ya müvəqqəti əsasda) xərcləri də daxil edilir.
təmərküzləşmənin müəyyənləşdirilməsinə imkan verir. Đqtisadiyyatın bölmələri üçün əlavə dəyərin həcminə görə bölüşdürülməsindən istifadə etmək olar. Altbölmələr üçün isə daha yüksək səviyyədə aqreqasiya olunmuş bölüşdürmələrindən istifadə olunur. Dövriyyənin həcminə görə
bölüşdürmə zamanı
qruplaşdırmanın meyar göstəriciləri ikiqat artırılmalıdır. Əlavə dəyər və ya dövriyyə valyuta vahidi ilə ifadə olunmalıdır. Yerli vahidlərin mühüm rol oynadığı sahələrdə (sənaye, pərakəndə satış, mehmanxanalar, restoranlar, kafelər və s.) dövriyyə üzrə bu göstəricilər həm də yerli vahidlərə görə yığıla bilər. Müəssisələrin əlavə dəyər və ya dövriyyə üzrə bölüşdürmə növünün seçilməsi bölmələrdən asılı olur. Đqtisadiyyatın oxşar dövriyyəli bölmələrində (məsələn, pərakəndə ticarət) dövriyyə üzrə bölüşdürmə seçilə bilər, digər hallarda isə əlavə dəyərin həcminə görə bölüşdürmə məqsədəuyğun sayılır.
bir
sıra göstəricilərin bölüşdürülməsi işçilərin sayı və ya işlənmiş saatların miqdarına görə müəyyənləşdirilmiş müəssisələrin ölçüsü üzrə həyata keçirilə bilər. Bu kateqoriyalı ölçüdə olan müəssisələrin təhlilinin aparılması üçün
oxşar ölçülərin 10 kateqoriyasından istifadə etmək kifayətdir. Dərc üçün daha aqreqasiya olunmuş bölüşdürməni həyata keçirmək lazımdır. Müəssisələrin muzdla işləyən işçilərin sayına görə bölüşdürülməsi təmərküzləşmənin müəyyən edilməsinə və qiymətləndirilməsinə imkan verir. Əgər işləyən heyətin sayı tam komplektləşdirilməmişdirsə, onda müəssisə əmək haqqı alan işçilərin sayına uyğun olaraq bölüşdürülə bilər. Yerli vahidlərin kifayət qədər böyük olduğu və əsas rol oynadığı (pərakəndə ticarət, mehmanxanalar, kafe və s.) bir sıra iqtisadiyyat sahələrində (bölmələrində) bu göstərici həmçinin yerli vahidlər üçün də yığıla bilər. Əgər tam yüklənməmə ilə işləyən işçilərin sayı kifayət qədər çoxdursa, onda işçi heyətinin sayına görə vahidlərin bölüşdürülməsi səhv ola bilər. Bu halda vahidlərin bölüşdürülməsini, “Đşləyən heyət tərəfindən işlənmiş saatların miqdarı” maddəsində olduğu kimi, işlənmiş saatların miqdarına görə hesablamaq lazımdır. Bu tip bölüşdürmədən mövsümi xarakterli fəaliyyət növləri üçün də istifadə etmək olar.
və sayını izah edən amillərdir. Müəssisələrin sayını işgüzar fəallıq üzrə vahidlərin sayının dəyişməsi üzərində müşahidə yolu ilə
müəyyənləşdirmək olar. Bu, yaradılmış və bağlanmış müəssisələrin saldosunu almağa imkan verir, lakin
vahidlərin sürətlə
inkişaf demoqrafiyasının amillərinin izahını vermir. Buna görə də, aşağıdakı dəyişkən kəmiyyətlər maraq doğura bilər: - yaradılmış və bağlanmış yararlı müəssisələrin tarixi və sayı; - müəssisəyə aid olan yerli vahidlərin sayı; - monoregional dəyişkən kəmiyyətlər; - istismarın əsas regionu; - müəssisənin müəssisələr qrupuna birləşməsi. Bu göstəricilər yalnız məlumat üçün sayılır. Hətta registr mövcud olsa da, vahidlərin sayının dəyişməsini izləmək həddən artıq çətindir. Bu məlumatlar çox önəmli sayılan bir sıra bölmələr 471
üçün (sənaye, pərakəndə ticarət, mehmanxana, restoranlar, kafelər və s.) həmçinin yerli vahidlər üçün də toplana bilər.
BĐRLĐKLƏRĐ VƏ KOOPERASĐYALARI – tədarükçü qruplara, istehlak kooperativlərinə, franşayzinq qrupuna aid olan, müəssisələrin birliklərində və ya digər müəssisələrlə əməkdaşlıq haqqında sazişlərdə iştirak edən vahidlərdir.
– müəssisələr və ya müəssisələr birliyi tərəfindən qəbul edilmiş və yalnız bu təsərrüfat subyektləri tərəfindən tətbiq
edilən təsnifatlardır. Müəssisələrin daxili təsnifatı milli və sahə təsnifatlarında olmayan sənədlərin vahid şəklə salınmış sahə formalarını saxlayan və yaxud onlarda çatışmayan obyektlərin və (və ya) təsnifat əlamətlərinin davam etməsinə imkan verən milli təsnifatlardan seçmələri özündə
birləşdirən məlumatları daxil etdikdə işlənilir (hazırlanır). Müəssisələr təsnifatının işlənməsi, qəbulu, uçotu, aparılması, nəşri
və tətbiqi
qaydaları müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir.
yenidən
təşkil olunması
(birləşdirilməsi, qatılması, bölünməsi, ayrılması, yenidən
yaradılması) da daxil edilməklə, vəziyyəti haqqında məlumatların dəyişdirilməsi; bağlanması; rəsmi bağlanma olmadan təsərrüfat fəaliyyətinin dayandırılması; ayrı-ayrı rekvizitlərinin dəyişdirilməsi və s. haqqında olan məlumatlardır. Müəssisənin vəziyyətinin və strukturunun dəyişməsinin təhlilində aşağıdakılara: işləyənlərin sayı, istehsal olunmuş məhsulun həcmi, əmtəə dövriyyəsi və ya əlavə dəyər vasitəsilə ifadə olunmuş müəssisənin struktur ölçülərinə; fəaliyyət növləri strukturuna, həmçinin müəssisənin öz strukturuna baxılır. Müəssisələrin demoqrafiyası müəyyən dərəcədə əhali demoqrafiyasında hesablanan əmsallara oxşar əmsalların (doğulması, yaranma tarixi nəzərə alınmaqla müəssisənin məhvi və ləğv edilməsi) hesablanmasını nəzərdə tutur.
Müəssisələrin demoqrafiyasının öyrənilməsi müəssisələrin müntəzəm olaraq xüsusi sorğusu və müəssisələrin registrində müvafiq informasiya bazalarının formalaşdırılması əsasında həyata keçirilir.
dəyişməsidir. Bu göstərici açılmış və bağlanmış müəssisələrin təmiz
balansını versə
də, demoqrafiyada iqtisadi vahidlərin tez-tez dəyişməsinin səbəbini göstərən amilləri izah etmir. Aşağıdakı dəyişənlər bu halın daha ətraflı tədqiqini verə bilər: • həqiqi açılan və həqiqi açılmayan (mövcud müəssisələrin fəaliyyətinin bərpası) müəssisələr arasındakı fərqlə açılmış müəssisələrin sayı; • həqiqi bağlanan (fəaliyyətini həmişəlik dayandıran) və həqiqi bağlanmayan (fəaliyyətini dayandıran və sonradan bərpa edən) müəssisələr arasındakı fərqlə bağlanmış müəssisələrin sayı; • müəssisələrin açılış tarixi; • müəssisənin hüquqi statusu
(hüquqi kateqoriyası): bir fərdin mülkiyyəti, şərik olmaq (xüsusi, məhdud məsuliyyətli və s.), mülki qanunla yaranan şirkət, səhmdar kapitala malik şirkət, cəmiyyət və s. • müəssisəyə mənsub olan yerli vahidlərin sayı; • mono-regional göstəricilərlə: müəssisə o vaxt mono-regional sayılır ki, onun işçilərinin 80%-i bir regionda yerləşmiş olsun; • yerli vahidlərin sayı vasitəsilə hesablanan əsas fəaliyyət regionu; • müəssisənin müəssisələr qrupuna mənsub olması. Yerli
vahidlərin (pərakəndə ticarət, mehmanxanalar, restoranlar, kafelər və s.) olması çox vacib olan bəzi fəaliyyət növləri üçün də bu dəyişənlər alınmalıdır.
müəyyən dövr ərzində (statistik müşahidələrin dövriliyindən asılı olaraq, 1 il, yaxud 3-5 il)
bütövlükdə və ya onun ayrı-ayrı növləri üzrə
həyata keçirilməsində müəssisənin
iştirak səviyyəsini əks etdirən nisbi göstəricilərdir. Müəssisələrin innovasiya fəallığının səviyyəsi, adətən,
müəssisənin innovasiya-fəallığının, yəni hər-hansı bir innovasiya fəaliyyəti növü ilə məşğul olmasının sayının müəyyən dövr ərzində ölkədə, regionda, sahədə və s. müayinə olunan müəssisələrin ümumi sayına nisbəti kimi müəyyən edilir. Analitik təcrübədə, müəssisələrin innovasiya fəaliyyətinin baxılan dövr ərzində bütün növlərini əhatə edən, innovasiya fəallığı səviyyəsinin inteqral qiymətləndirilməsindən; innovasiya fəaliyyətinin yalnız hər-hansı bir növü ilə məşğul olan müəssisənin innovasiya fəallığının keyfiyyətini nəzərə alan, həmçinin innovasiya fəaliyyətinin nəticələrinin ölçülməsinə əsaslanan qiymətindən istifadə olunur.
(“Đnnovasiya fəaliyyəti nəticələrinin göstəriciləri”nə bax).
MALĐYYƏ SA- BĐTLĐYĐ ƏMSALLARI – istehsal prosesi və fəaliyyətlərinin maliyyə ehtiyatları ilə təmin olunması nöqteyi-nəzərindən, müəssisələrin
472
maliyyə ehtiyatlarının vəziyyətini və dinamikasını xarakterizə edir. Maliyyə sabitliyinin təhlili üçün 4 əsas göstəricidən - müstəqillik, maliyyə dayanıqlığı, borc, əsas kapitalın manevrliliyi əmsallarından istifadə edilir.
investorlar üçün iqtisadi subyektlərin maliyyə sabitliyinin ən
vacib göstəricisidir. O, mülkiyyətçilər tərəfindən əmlaka qoyulmuş vəsait payını xarakterizə edir, kreditorlardan asılı olmama səviyyəsini müəyyənləşdirir: M.ə = Şəxsi vəsaitin mənbələri / balans aktivinin yekunu
Dünya təcrübəsində belə hesab edilir ki, əmsalın qiyməti 0.5-dən artıq olduqda, kreditorun riski minimaldır. Ən
əlverişli qiymət
0.5-0.7 intervalında yerləşir. Lakin iqtisadi subyekt əmsal 0.5-dən az qiymətdə olduqda da maliyyə müstəqilliyini saxlaya bilər. Bu aktivlərin yüksək dövriyyəliliyi, məhsula sabit tələbat və daimi xərclərin aşağı səviyyəsi ilə şərtlənir. Maliyyə dayanıqlığı əmsalı (M.d.ə) (sabitliyi) iqtisadi subyektin uzun müddət öz fəaliyyətində istifadə edə biləcəyi maliyyə mənbələrinin xüsusi çəkisini göstərir: M.d.ə = Şəxsi vasitələrin mənbələri + uzun müddətli kreditlər və istiqrazlar / Balans aktivinin yekunu Verilmiş əmsal üçün tövsiyə edilən standart kimi 0.5 – 0.7 intervalının qiymətlərindən istifadə edilir.
Borc əmsalı (B.ə) (maliyyə riskinin) iqtisadi obyektlərin borc və şəxsi vəsaitləri arasındakı nisbət kimi müəyyənləşdirilir. Bu göstərici subyektin borc vəsaiti təqdim edən kreditorlardan maliyyə asılılığı olmaması xarakteristikasını tamamlayır. B.ə = Borc vəsaitləri / şəxsi vəsaitlərin mənbələri Dünya təcrübəsinə uyğun olaraq tövsiyə olunan standart əmsalın 0.5–1 qiyməti hesab edilir.
(D.k.m.ə) şəxsi vəsaitlərin daha mobil (çevik) aktivlərə qoyulmasını xarakterizə edir: D.k.m.ə = Cari aktivlər – Qısamüddətli öhdəliklər / Şəxsi vəsaitlərin mənbələri Cari aktivlərin qısamüddətli öhdəliklərdən çox olması
mövcudluğunu, təsərrüfat subyektinin satıla bilinməsini, cari
satmaqla, onun qısamüddətli öhdəliklərini yerinə yetirmək qabiliyyətini təsdiq edir. Manevrlilik əmsalının yüksəlməsi maliyyə sabitliyinin artmasını bildirir. Müəssisənin maliyyə sabitliyinin əmsallarının hesablanması statistika və mühasibat hesabatlarına əsaslanır.
- aşağıdakı halların biri nəticəsində baş verə bilir: • müəssisənin yaradılması; • müəssisələrin birləşməsi; • müəssisələrin ayrılması; • mövcud yerli vahid (və ya onun bir hissəsi) əsasında yeni müəssisənin yaradılması; • müəssisələr qrupu daxilində strukturun
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling