Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- MĐLLĐ GƏLĐR
- Đstifadə
- MĐLLĐ HESABLAR SĐSTEMĐ (MHS)
- MĐLLĐ HESABLAR SĐSTEMĐNDƏ XĐD- MƏTLƏR
- MĐLLĐ HESABLARIN TƏRTĐBĐ
- MĐLLĐ ĐSTEHLAK STRUKTURUNDA ƏHALĐNĐN YOXSUL KVĐNTĐL HĐSSƏSĐ (Minilliyin bəyannaməsində
- MĐLLĐ NƏQLĐYYAT VASĐTƏLƏRĐ
MĐQRASĐYA KOQORTASI – miqrantların məcmusudur, müəyyən yaşayış məntəqəsinə, yaxud rayona miqrasiyanın ümumi dövrü ilə birləşir. Miqrasiya koqortası əhalinin siyahıyaalmalarının nəticələri üzrə yaşama
müddəti haqda məlumatlar əsasında ayrılır. Miqrasiya koqortası haqda
məlumatlar miqrasiyanın tarixi, onun
ərazi və
vaxt qanunauyğunluqları nöqteyi-nəzərdən maraq
doğurur, lakin faktiki miqrasiya koqortasının sayını və həmin yerdə sağ qalanların sayını 454
fərqləndirmək lazımdır. Çünki, faktiki koqortalar miqrantların sonrakı miqrasiyası və ölümü ilə bağlı azalır; yaşama müddəti artdıqca, bu amillərin təsiri çoxalır. MĐQRASĐYALARIN ĐLLĐK SAYI – il
ərzində müəyyən ərazi üçün (ölkə, region, məskən)
miqrasiya yerdəyişmələrinin məcmusudur və
miqrasiyanın əsas
xarakteristikalarından biridir. Miqrasiyaların illik sayı həmişə miqrasiya edən əhalinin sayından çox olur, çünki miqrantların bir hissəsi ildə bir neçə dəfə yerini dəyişir. MĐQRASĐYANIN CARĐ UÇOTU – yaşayış yerinin dəyişməsi hallarının qeydiyyatıdır. Daxili işlər orqanları tərəfindən vətəndaşların yeni yaşayış yerlərindəki qeydiyyatları və axırıncı yaşayış
yerlərindən qeydiyyatdan çıxmaları haqqında sənədlər (miqrantın statistik uçot vərəqəsi və onlara aid talonlar) əsasında həyata keçirilir. Dövlət statistikasının apardığı statistik işləmələrə, bir kənd yaşayış məntəqəsindən bir inzibati rayon daxilində digər kənd yaşayış məntəqəsinə köçənlər, şəhər rayonlarına bölünməmiş bir şəhər daxilində yaşayış yerini dəyişənlər, həmçinin şəhər rayonları (vilayətləri) və ya qəsəbə daxilində yaşayış yerini dəyişənlər istisna olmaqla, yaşayış yerini dəyişən bütün şəxslərin statistik uçot vərəqələri aid olur. Vərəqələrin işlənməsi proqramları, miqrasiyanın istiqamətləri, miqrasiya edənlərin yaş və cins tərkibi, onların milli mənsubluğu, təhsil səviyyəsi, nikahda olmaları və s. haqqında məlumat almağa imkan verir. MĐQRASĐYANIN ĐNTENSĐVLĐYĐ – “Əhalinin miqrasiya əmsalları”na bax.
ÖYRƏNĐLMƏ ME- TODLARI – əhalinin miqrasiya hərəkəti və onun
sosial mexanizmləri amillərinin göstəricilərinin xüsusi öyrənilmə üsullarının məcmusudur. Əsas olan statistik miqrasiyanın öyrənilmə metodları hər bir ayrıca hərəkət etmə halının həm miqrasiyaların getmə yerinə, həm də onların gəlmə yerində bilavasitə qeydə alınmasıdır. Bu yolla konkret dövr üçün gələnlərin və gedənlərin sayı, miqrantların tərkibi və
miqrasiyanın istiqamətləri müəyyən edilir. Dolayı hesablama metodlarından da istifadə olunur. Məsələn, təbii hərəkət statistikasının köməyi ilə müəyyən dövr üçün ərazi vahidləri üzrə miqrasiya saldosunu əhalinin ümumi artımından təbii artımı çıxmaq yolu ilə hesablamaq olar. Digər metod əhalinin siyahıyaalınması zamanı hər bir şəxsin doğulduğu yerin qeydə alınmasına əsaslanır. Doğulduğu yer və yaşadığı yer haqda məlumatlar müqayisə edildikdə, yerli olmayan əhalinin sayı müəyyən edilir və bu da dolayı miqrasiya saldosunu xarakterizə edir. Kənd əhalisinin təsərrüfatlar üzrə uçot metodu kənd əhalisinin miqrasiya saldosunu hesablamağa imkan verir. Miqrasiya ölçüləri və istiqamətlərinin dolayı hesablama metodları əmək statistikası və
nəqliyyat statistikası materiallarından istifadəni nəzərdə tutur. Statistik miqrasiyanın öyrənilmə metodlarına həmçinin müəyyən yerdə yaşaması müddəti haqqında, əvvəlki yaşayış yeri haqqında məlumatlar üzrə miqrasiyanın ölçülməsi metodları, ömür əmsalının hesablanması və kənd yerlərindən şəhərlərə miqrasiyanın öyrənilməsi metodları aiddir.
Qaytarılmaz və xüsusən qaytarılan (mövsümi, mütərəddid) miqrasiyanın seçmə
statistik öyrənilməsi metodları tətbiq olunur. Miqrasiyanın dərindən öyrənilməsi üçün riyazi statistika (dispersiya və korrelyasiya təhlili, seçmə nəzəriyyəsi, dinamik
sıraların və
nisbi kəmiyyətlərin hesablanması və s.), oyunlar nəzəriyyəsi, modelləşdirmə, sistemli analiz və s. tətbiq olunur. Miqrasiya balansları və axınları haqda məlumatların verilməsi üçün qarışıq statistika və kartoqrafiya metodlarından istifadə olunur.
rolu
əhalinin miqrasiyası amillərini, onun
potensial ehtiyatlarını, mexanizmlərini və hərəkət qüvvəsini aşkar etməkdir. Bu və ya digər metodlar seçildiyi zaman ərazi xüsusiyyətləri, miqrasiya proseslərinin istiqaməti və formaları nəzərə alınmalıdır. Bu seçimlə tədqiqat proqramının vəzifə və məqsədi, əsas hipotezləri, bilavasitə öyrənilən vahidlərin xarakteri (miqrantlar, müəssisələr, yaşayış məntəqələri və s.) müəyyən edilir.
Əhali miqrasiyasının istənilən tədqiqatı müşahidə vahidlərinin müəyyən edilməsindən başlayır. Bu, başdan-başa və
seçmə ola
bilər. Đlkin
informasiyanın toplanması müşahidə, sənədlərin öyrənilməsi və sorğu vasitəsilə həyata keçirilir. Müşahidə metodu, yaxud hadisələrin şahid tərəfindən birbaşa qeydiyyatı miqrasiya proseslərinin ayrıca təşkilatı miqyasında (daxil olunmuş analiz) öyrənilməsi, mütərəddid (kəfkirli)
Sənədlərin öyrənilməsi metodu – müxtəlif statistik hesabat formalarından zəruri informasiyanın toplanmasıdır. Əhali miqrasiyası haqqında informasiyanın toplanması birdəfəlik xarakter daşıyır, miqrasiya isə – vaxta görə keçən bir prosesdir. Bu ziddiyyəti aradan götürmək üçün təkrar tədqiqatlar və ekspert qiymətləndirmə metodlarından istifadə edilir. Miqrasiya haqqında 455
ilkin informasiyanın emalı adekvat
riyazi metodların, texniki vasitələrin, alınmış nəticələrin qruplaşdırılması və təqdim olunması üsulunun seçilməsini nəzərdə tutur. MĐQRASĐYANIN UÇOTU – miqrantlar tərəfindən yaşadığı yerin dəyişdirilməsi hallarının qeydiyyatıdır. Cari qaydada, əhalinin siyahıyaalınmasında, xüsusi seçmə müşahidələr zamanı aparılır. XIX əsrin sonunda – XX əsrin 20-ci illərindən başlayaraq, cari miqrasiyanın uçotu aparılır. Cari miqrasiyanın uçotunu daxili işlər orqanları həyata keçirir. Bu zaman gəlmə vərəqəsinin və
istifadə olunur. Əhali miqrasiyası haqda məlumatın ilk uçot sənədləri dövlət statistika orqanları tərəfindən hər rüb qısa proqram, ildə 1 dəfə – tam proqram üzrə işlənilir. Qısa proqram rübün hər ayında gəlmiş və getmişlərin sayı haqda məlumatın alınmasını təmin edir, bu isə əhalinin miqrasiyasında mövsümiliyi müəyyən etmək üçün zəruridir. Tam proqram miqrasiyanın istiqamətləri, rayonlararası və rayondaxili miqrasiyanın sayı,
onların milliyyəti, təhsil səviyyəsi, nikahda olma
vəziyyəti haqda məlumat almağa imkan yaradır.
– xalq təsərrüfatı balansının göstəricilər sistemində maddi istehsal sferasında canlı əmək sərfini ifadə edən yeni yaradılmış dəyəri
səciyyələndirən göstərici olmuşdur; istehsal prosesində istehlak edilmiş istehsal vasitələrinin dəyərini çıxdıqdan sonra qalan ümumi ictimai məhsulun bir hissəsi olmaqla, cəmiyyətin qeyri-istehsal tələbatını ödəmək və istehsalı genişləndirmək üçün nəzərdə tutulurdu. Milli gəlir 3 metodla hesablanırdı: istehsal metodu ilə – sahələrin xalis məhsulunun cəmi kimi;
metodu
ilə - istehsal iştirakçılarının ilkin gəlirlərinin cəmlənməsi yolu ilə; son istifadə metodu üzrə - istehlak fondunun və yığım fondunun itkilər və idxal-ixrac saldosunun cəmi kimi. Balanslarda aşağıdakı göstəricilər fərqləndirilir: istehsal edilmiş milli gəlir və istifadə olunmuş milli gəlir. Đstifadə edilmiş milli gəlir istehsal olunmuş milli gəlirdən əvəzi milli gəlirdən ödənilən itkilər (təbii fəlakətdən, dayandırılmış tikintidən və s.) və idxal-ixrac saldosu qədər fərqlənirdi. MĐLLĐ GƏLĐRĐN FĐZĐKĐ HƏCM ĐN- DEKSĐ – baza dövrü ilə müqayisədə cari ildə son istehlaka, yığıma, ixraca və itkilərin yerinin doldurulmasına yönəldilmiş yenidən yaradılmış maddi nemətlərin kütləsinin dəyişməsini əks etdirən nisbi
göstəricidir. Xalq
təsərrüfatı balansında milli gəlirin (MG) natura-əşya kütləsinin dinamikasının təhlilində istifadə olunur, onun həcmində qiymətlərin dəyişməsi ilə əlaqədar olmayan dəyişiklikləri əks etdirirdi. Milli gəlirin fiziki həcm indeksi cari dövrdə müqayisəli milli gəlirin həcminin, həmin müqayisəli qiymətlərlə hesablanmış baza dövründəki milli gəlirin həcminə bölünməsini əks etdirir.
– milli gəlirin mənbəyini təşkil edən hesablardır; iqtisadiyyatın müxtəlif sektorlarında istehsal, gəlir mənbələri, ayrı-ayrı mal növlərinin qiymətləri, onların əldə edilməsi xərcləri haqqında məlumatlardır.
– beynəlxalq səviyyədə qəbul edilmiş anlayış və təriflər əsasında işlənmiş makroiqtisadi göstəricilərin ardıcıl, bir-biri ilə əlaqəli inteqrasiya olunmuş
hesablar, balanslar və cədvəllər sistemidir. Makroiqtisadi təhlil və iqtisadi siyasətin formalaşdırılması üçün
nəzərdə tutulmuşdur. MHS-nin əsasında istehsal prosesində iqtisadiyyatın bölmələri arasında gəlirlərin yaranması, bölüşdürülməsi və son istifadəsini, eyni zamanda yığım hesablarının və balans cədvəllərinin dəyər axınlarını əks etdirən hesabların ardıcıllığı durur. Sistemin hər hesabı ehtiyatlar və onların istifadəsi arasındakı fərq kimi müəyyən edilən balansedici maddələrlə bağlanır. MHS-də bir hesabın balansedici maddəsi o biri hesaba nəticə maddəsi kimi keçirilir və nəticədə bütöv vahid hesablar sistemini təşkil edən ikili qeydiyyat prinsipi tətbiq
edilir. Adətən,
balansedici maddə müvafiq hesabda nəzərə alınan fəaliyyətlərin nəticələrini əks etdirir və buna görə də, böyük marağı və təhlili əhəmiyyəti əks etdirən iqtisadi göstəricilər şəklində çıxış edir (məsələn, ÜDM, sərəncamda qalan gəlir və yığım). Milli hesablar iqtisadiyyat üzrə bütövlükdə hazırlanır (birləşdirilmiş hesablar adlandırılan). Hesabların tam dəsti iqtisadiyyatın hər bölməsi üçün qurulur (“Đqtisadiyyatın bölmələri”nə bax). Hər bir fəaliyyət sahəsi üçün istehsal və gəlirlərin yaranması hesabı tərtib edilir. MHS tədiyyə balansı və digər makroiqtisadi modellərlə bir çox parametrlər üzrə unifikasiya edilmişdir, 150-dən çox ölkədə, o cümlədən Azərbaycan Respublikasında müxtəlif səviyyələrdə tətbiq edilir.
– xidmətin istehsalı və onların son istehlakının (aralıq və son istehlak, ixrac və s.) göstəriciləri ilə xarakterizə olunur; bundan əlavə, MHS-də xidmət göstərən sahələrdə yaradılan
456
əlavə dəyər göstəricisi də nəzərdə tutulmuşdur. MHS-də
xidmət göstəriciləri xidmətlərin göstərilməsi ilə məşğul sahələrin iqtisadiyyatın inkişafında, xüsusən ÜDM-in həcmində payını qiymətləndirməyə imkan verir.
göstəricilərinin hesablanması istiqamətində həyata keçirilən böyük həcmli
statistik məlumatların yekunlaşdırılmasından, yoxlanmasından və balanslaşdırılmasından ibarət olan statistik işlər kompleksidir. Azərbaycan Respublikasında 1992-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsinin xüsusi bölməsi tərəfindən müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarında işlənib hazırlanan məlumatlar əsasında illik və rüblük MHS-nin tərtib olunması həyata keçirilir. Azərbaycanda MHS-nin əhəmiyyətli hesabı olan – “Đstehsal hesabı” aylıq qurulur və əldə edilən məlumatlar Dövlət Statistika Komitəsinin xüsusi nəşrlərində çap edilir,
ondan ölkədəki makroiqtisadi vəziyyətin təhlili və
proqnozlaşdırılması üçün geniş istifadə edilir. Milli hesablar sisteminin tərtibi prosesi mütəmadi olaraq inkişaf etdirilir, onun tərkibi genişləndirilir, məlumat bazası yaxşılaşdırılır, metodologiyası təkmilləşdirilir.
ƏHALĐNĐN YOXSUL KVĐNTĐL HĐSSƏSĐ (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - əhalinin 20 faiz ən yoxsul hissəsinə düşən gəlirdir. Ev təsərrüfatları arasında onların gəlirlərinin və onun
bölüşdürülməsi parametrlərinin qiymətləndirilməsi, bu
ev təsərrüfatlarının müayinə materialları əsasında aparılır. Adambaşına istehlakın məqsədləri üçün gəlirlər haqqında daha müqayisəli məlumat əldə edilməsi məqsədilə, ev təsərrüfatlarının gəlir göstəriciləri bu təsərrüfatların ölçülərinə görə təshih edilir. Adambaşına düşən gəlirlərin həcmini müəyyən etmək üçün, ev təsərrüfatının gəlirləri bu təsərrüfata aid olan üzvlərin sayına bölünür. Bundan sonra, gəlirlərin səviyyəsinə görə əhalinin stratifikasiyası aparılır. Əhalinin 20 faiz ən yoxsul hissəsinin gəlirləri ev təsərrüfatlarının gəlirlərinin birləşmiş (aqreqasiya olunmuş) göstəricilərindən faizlə ifadə olunur. Hesablamalar milli valyuta ilə aparılır və qiymətlər dəyişdikdə, təshih edilmir. Belə ki, bu ölkələrdə belə hesablamalar üçün mübadilə kursları və ya yaşayış dəyərindəki yerli fərqlər haqqında zəruri məlumatlar olmur.
nəqliyyat vasitələrinin milliliyi, onun qeydiyyatdan keçdiyi ölkə üzrə sayılır. MĐLLĐ PARLAMENTLƏRDƏ QADIN- LAR TƏRƏFĐNDƏN TUTULAN YER- LƏRĐN PAYI (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) - parlamentdə qadınların tutduğu yerlərin sayının ümumi yerlərin sayına faizlə nisbətidir. Bu göstərici parlamentdə qadınlar tərəfindən tutulan yerlərin sayının parlamentdəki yerlərin ümumi sayına bölünməsi ilə tapılır. Milli parlamentlər bir və yaxud iki palatadan ibarət olur. Bu göstəricinin müəyyən edilməsində beynəlxalq müqayisə məqsədləri üçün mövcud olan bir palatalı və ya iki palatalılardan aşağı palata nəzərə alınır.
insanların həyatının zəruri şəraitini təşkil edən ölkənin ehtiyatlarının məcmusudur. Vaxtın
müəyyən anına hesablanır. Xalq təsərrüfatı balansları sistemində milli sərvətə ancaq maddi ehtiyatlar, yəni əməyin təcəssüm olunduğu istehsal və qeyri-istehsal fondları – toplanmış maddi nemətlər, əhalinin yığdığı əmlak, həmçinin iqtisadi dövriyyəyə cəlb edilmiş təbii sərvətlər daxil edilirdi. MHS-də milli sərvəti xarakterizə etmək üçün “iqtisadi aktivlər” terminindən istifadə edilir ki, bunun
da çox
mühüm əlaməti
onların mülkiyyətçisinin həmin aktivlərin istifadəsindən iqtisadi fayda əldə etmə imkanı hesab edilir. Đqtisadi aktivlər istehsal olunan qeyri-maliyyə aktivlərindən (sahələrdə fəaliyyət göstərən, mal istehsal edən və xidmət göstərən əsas fondlar; maddi dövriyyə vəsaitləri və qiymətlilərinin ehtiyatları) və istehsal olunmayan qeyri-maliyyə aktivlərindən (torpaq, yeraltı sərvətlər və istehsal olunmayan digər maddi aktivlər, qeyri-maddi istehsal olunmayan aktivlər) və
maliyyə aktivlərindən ibarətdir. Ayrılıqda, həmçinin uzunmüddətli istifadə üçün istehlak malları, birbaşa xarici investisiyalar da nəzərə alınır. Milli sərvətin həcmi adətən dəyər ifadəsində müəyyənləşdirilir. Milli sərvətin və onun ayrı-ayrı elementlərinin fiziki həcminin dinamikasını öyrənmək üçün müqayisəli qiymətlərdən istifadə edilir; 2) ölkənin malik olduğu təbii sərvətlərin, yaradılmış istehsal vasitələrinin, maddi nemətlərin müəyyən tarixə qiymətlərinin məcmusudur.
istehlakdır. Özündə aşağıdakıları birləşdirir: - son istehlaka ev təsərrüfatlarının xərclərini; - son istehlaka dövlət idarələrinin (dövlət idarəetmə sektorunun) xərclərini; - ev təsərrüfatlarına xidmət göstərən qeyri- kommersiya təşkilatlarının xərclərini.
457
MĐLLĐ YIĞIM – son istehlaka istifadə olunmamış, ölkə iqtisadiyyatının sərəncamında qalan gəlirin bir hissəsidir. MHS-nin “Đstifadə hesabı”nın balanslaşdırıcı maddəsidir. Milli yığım kateqoriyasından yığımın hansı səviyyədə milli iqtisadiyyatın vəsaitindən və hansı səviyyədə xaricdən cəlb
edilən vəsait
hesabına maliyyələşdirildiyini aydınlaşdırmaq üçün
kapitalla əməliyyatlar hesabının təhlilində istifadə edilə bilər. MĐNĐ EHM – 3-cü nəsil, kiçik qabaritli stasionar hesablama maşınlarıdır. Problem-
istiqamətləndirmə maşınlar sinfinə daxil edilir, real vaxt sistemlərində işlər üçün idarəedici hesablama kompleksi kimi istifadə edilir.
-
BMT tərəfindən üzv ölkələrin birgə bəyannaməsi ilə müəyyənləşdirilmişdir. Burada 8 məqsədə çatmaq qarşıya qoyulmuşdur. Đfrat yoxsulluğu və aclığı aradan qaldırmaq, ümumi ibtidai təhsilə nail olmaq, gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək, uşaq ölümü hallarını azaltmaq, ana
sağlamlığını yaxşılaşdırmaq, HIV/AIDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq, ətraf mühitin davamlılığını təmin etmək, inkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirmək. MĐNĐ-MARKET - əsasən ərzaq mallarını satan və aşağıdakı ticarət sahələrinə malik olan özünəxidmət mağazasıdır: Belçika: 100-400 kv.m Almaniya: 100-400 kv.m Đspaniya: 120-400 kv.m Fransa: 120-400 kv.m Yunanıstan: 200 kv.metrdən az Portuqaliya: 200 kv.metrdən az Đngiltərə: 186 kv.m və ya daha çox.
ölkənin
mövcud sosial-iqtisadi inkişaf səviyyəsində insanın normal həyat fəaliyyətini təmin etmək üçün lazım olan minimal vəsaitdir. Minimum istehlak büdcəsi əhalinin müxtəlif qrupları üzrə (cinsindən, yaşından, əməyin intensivliyi və xüsusiyyətindən asılı olaraq) həm pəhriz məhdudiyyətlərini nəzərə alan və minimum zəruri kalori miqdarı olan ərzaqların natural dəstinin dəyəri kimi, həm də aşağı gəlirli ev
qeyri-ərzaq mallarına və xidmətlərə çəkilən xərclər, vergilər və vacib ödənişlərlə bağlı çəkilən xərclər kimi müəyyən edilir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling