Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- “Ödənilən məşğulluq” - “işdə olmuşlar”
- “Özü məşğulluq” - “işdə olmuşlar”
- MƏŞĞULLUQ STATĐSTĐKASI
- MƏZƏNNƏNĐN TƏNZĐMLƏNMƏSĐ
- MƏZUNĐYYƏT
- MHS VARĐANTLARI
- MĐKROFĐŞLƏMƏ
- Potensial miqrasiyanın ən ümumi göstəriciləri
- Faktiki miqrasiyanın (köçürülmələrin) göstəriciləri
- Miqrasiya əlaqələrinin intensivlik əmsalları
- Miqrasiyanın ümumi səmərəlilik əmsalı
- Miqrasiya əlaqələrinin səmərəlilik əmsalı
- Uyğunlaşma göstəriciləri
(II) – Avropa Milli Hesablar Sisteminə (AMHS) görə, məşğulluq hər hansı istehsal fəaliyyəti ilə məşğul olan həm muzdlu işçiləri, həm də özüməşğulları ifadə edən kateqoriyadır. 1). Muzdlu işçilər: Razılaşmaya əsasən digər institusional rezident- vahidlərə işləyən və öz əməyinə görə haqq alan bütün şəxslərdir. “Đş verən – muzdlu işçi” tipli 449
əlaqələr müəssisə ilə şəxs arasında razılaşma olduqda və həmin şəxs pul və ya natura formasında haqqın əvəzinə müəssisəyə işlədikdə mövcud olur. Bu növ razılaşmalar formal və qeyri-formal ola bilər və hər iki tərəfdən könüllü surətdə baş verir. 2) Özüməşğul şəxslər: Xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, kvazikorporasiyalar kimi təsnifləşdirilən qeyri- korporativ müəssisələr istisna olmaqla, qeyri- korporativ müəssisələrin təkbaşına mülkiyyətçisi və ya birgə mülkiyyətçisi hesab edilən şəxs kimi müəyyənləşdirilir. Özüməşğul şəxslər özlüyündə onların əsas fəaliyyətlərini təşkil edən, haqqı ödənilən muzdlu işçi kimi fəaliyyət göstərmir. Əks halda, onlar muzdlu kimi təsnifləşdirilərdilər. Özüməşğul şəxslər
aşağıdakı kateqoriyaları özündə birləşdirir: ailə müəssisələrinin haqqı ödənilməyən işçilərini, evdə işləyən işçiləri, özlərinin son (şəxsi) istehlakı və ya kapitalın şəxsi yığımı üçün bütövlükdə məhsul istehsalı ilə fərdi və ya kollektiv şəkildə məşğul olanları. Məşğul şəxslərə müəyyən kiçik dövr ərzində (bir həftə və ya bir gün) aşağıdakı kateqoriyalarda olmuş və müəyyən yaşdan yuxarı bütün şəxslər daxildir: I. “Ödənilən məşğulluq” - “işdə olmuşlar”: göstərilən dövr ərzində pul və ya natura formasında haqqı ödənilməklə bir sıra işlər yerinə yetirmişdir;
artıq özlərinin hazırkı işlərini işləmişlər, ancaq göstərilən dövr ərzində faktiki işdə olmamışlar (formal olaraq olmuşlar). Bu formal aidiyyət aşağıdakı meyarlardan bir və ya daha çoxuna uyğun olaraq, milli vəziyyət nəzərə alınmaqla müəyyən edilməlidir: - əmək haqqının alınmasının davam etməsi; - işdə müvəqqəti qaibliklə nəticələnmiş səbəb və ya qayıtma tarixi haqqında razılıq başa çatdıqdan sonra işə qayıtmaya zəmanət; - işdə olmama vaxtının başa çatması. Bu, işçilərin başqa iş qəbul edilərkən öhdəliksiz kompensasiya güzəşti ala bilmək vaxtına uyğun gələ bilər. II. “Özü məşğulluq”
ya natura formasında mənfəət və ya ailə gəliri əldə etmək üçün bir sıra işləri həyata keçirmiş şəxslər;
xidmət göstərən ferma və ya müəssisələri ola bilən, göstərilən dövr ərzində hər hansı xüsusi səbəbə görə işdə olmayan şəxslər. Müəssisələr statistikasında ailə sahibkarlığında çalışan, haqqı ödənilməyən işçilər özüməşğul şəxslər kateqoriyasına daxil edilmir.
görə məşğulluq xidməti və oxşar təşkilatlara ödəmələr bu göstəriciyə daxildir. Bura yalnız sənaye və ya qeyri-sənaye xarakterli xüsusi xidmətlərin təqdim edilməsi ilə əlaqədar olmayan işçi qüvvəsi ilə təmin edilməyə görə ödəmələr daxildir.
– rəsmi statistika orqanları tərəfindən toplanan və sistemləşdirilən əhali məşğulluğu haqqında məlumatların məcmusudur. Məşğulluq statistikasının beynəlxalq normaları informasiyanın demoqrafik parametrləri üzrə (cins, yaş, ailə vəziyyəti) ayrılmasını nəzərdə tutur. Xüsusi demoqrafik tədqiqatlarda məşğulluq statistikası məşğulluqla demoqrafik proseslərin qarşılıqlı əlaqəsinin təhlili üçün məlumat mənbəyi ola bilər. Ümumi məşğulluq məlumatlarından kadrların hərəkətini (işə qəbul, işdən çıxarma, o cümlədən ştatların ixtisarı üzrə), boş yerlərin dinamikasını, ikinci məşğulluğu (əvəzetmə və podrat müqaviləsi üzrə iş), rəhbərliyin təşəbbüsü ilə qismən məşğulluğu (natamam iş vaxtı, istehsal həcminin azalması ilə bağlı məcburi məzuniyyət) müşahidə etmək olur. Müasir məşğulluq statistikasında işsizlik haqqında məlumatların mənbəyi yerli məşğulluq xidmətləri orqanlarının hesabatları və statistika orqanları tərəfindən əhalinin iqtisadi fəallığına dair ev təsərrüfatlarında keçirilən müayinələrin məlumatlarıdır.
–
birjada valyuta məzənnəsinin və ya dövlətin və digər qiymətli kağızların məzənnələrinin enib- qalxmalarının məhdudlaşdırılmasına yönəldilmiş fəaliyyətdir. Mərkəzi Bank və ya emitentlərin özləri (öz səhmdarları vasitəsilə və ya bankların özləri) tərəfindən həyata keçirilir.
Zərurət
yarandıqda, bazar agentləri açıq bazarda fəal surətdə valyutanı alıb-satmaqla, tələb və təklifin nisbətini dəyişdirir və bununla da qiymətlərin səviyyəsinə təsir göstərirlər. Həmçinin depozit kassaları və sığorta şirkətləri, investisiya şirkətləri və pensiya fondları səhmləri aşağı qiymətlərlə əldə etməklə və onları yuxarı məzənnə ilə satmaqla tənzimləyici rol
oynayırlar. Bu
əməliyyatlar valyuta səviyyələrinin və portfel risklərinin yüksək peşəkarlıqlı təhlili ilə müşayiət olunmalıdır (“Bankların riski”nə bax).
– iş yerini (vəzifəsini) saxlamaqla muzdla işləyən işçilərə verilən qeyri-iş vaxtıdır (bazar və bayram günlərindən başqa).
450
Ödənişli, müəyyən hissəsi ödənilən və ödənişsiz məzuniyyətlər fərqləndirilir. Ölkə
Konstitusiyasına və əmək qanunvericiliyinə görə, əmək müqaviləsi üzrə işləyənlərə hər il müddəti qanunvericilikdə nəzərdə
tutulduğundan az
olmayan ödənişli məzuniyyətin verilməsinə zəmanət verilir. Statistikada illik məzuniyyət iş günləri və illik iş günlərinə uyğun gələn iş günləri (bazar günləri və bayram günləri – qeyri-iş günləri daxil olmadan) və beşgünlük iş həftəsinin ikinci istirahət günü
daxil olmaqla, adam-günlə hesablanır. Ödənişli məzuniyyətdə həm əsas, həm də qanunvericilikdə nəzərdə tutulmuş əlavə ödənişli (zərərli iş şəraitində məşğul olan işçilərə verilən məzuniyyət; bir təşkilatda, müəssisədə uzunmüddətli iş stajına görə müəyyən edilən məzuniyyət və s.) adam-günlər nəzərə alınır.
– MHS-in müxtəlif beynəlxalq təşkilatlar tərəfindən tövsiyə edilən və müxtəlif ölkələrdə istifadə olunan variantlarıdır. Milli hesablar sistemi, makroiqtisadi göstəricilərin məcmusu kimi, bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə Đkinci Dünya Müharibəsindən əvvəl tətbiq edilməyə başlanmışdır. Milli təcrübələrin ümumiləşdirilən və tətbiq edilmək üçün tövsiyə edilən BMT-nin MHS-in birinci variantı 1952-ci ildə meydana çıxmışdır. MHS-in 1968-ci il versiyası və Avropanın birləşmiş iqtisadi hesablar sistemi
(Avrostatın MHS-i)
daha geniş
yayılmışdır. Lakin bu sistemlər tövsiyə xarakteri daşıyır
və milli
statistika xidmətləri bu sistemlərdən tam istifadə etmirlər. Bir çox ölkələr, məsələn, Fransa özünün orijinal milli hesablar variantından istifadə edir (axmayaraq ki, bu variantların hamısı BMT və digər beynəlxalq təşkilatların variantlarındakı əsas anlayış və təyinatlara görə unifikasiya edilmişdir). MHS-nin sonuncu variantı 1993-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş və 2008-ci ildə
yenidən baxılmışdır. Bu sistemin hazırlanmasında BMT-nin
Statistika Komitəsindən başqa, Beynəlxalq Valyuta Fondunun (BVF), Beynəlxalq Đnkişaf və
Yenidənqurma Bankının (ĐYBB), Đqtisadi Əməkdaşlıq və Đnkişaf Təşkilatının (ĐƏĐT), Avropa Đqtisadi Birliyinin (AĐB) ekspertləri də iştirak etmişdir.
– EHM-in 4-cü nəslindən olan mikro elektron hesablama maşınıdır. Mikroprosessordan, böyük inteqral sxemlərdə yerinə yetirilən yaddaşdan və giriş-çıxış qurğuları ilə rabitə vasitələrindən ibarətdir. Həm terminal, həm də fərdi EHM kimi istifadə edilir. Mikro EHM əsasında istifadəçilərə istiqamətləndirilmiş hesablama kompleksləri yaradılır. MĐKROFĐŞLƏMƏ – mətnli informasiyaların kadrların matrisasında mikrofişlərə - nazik fotoplyonkalara məlumatların çıxarılmasıdır. MĐKROĐQTĐSADĐ MODEL – lokal iqtisadi obyektin və yaxud prosesin (müəssisələr, sahələr) hərəkətini (fəaliyyətini) xarakterizə edən modeldir. Bununla yanaşı,
belə hərəkətin (fəaliyyətin) makroiqtisadi vəziyyətdən asılılığını müəyyən edən parametrlər ekzogen formada verilir.
– iqtisadiyyat elminin bir hissəsidir, ayrı-ayrı iqtisadi vahidləri (sahələri, firmaları, ev təsərrüfatlarını) və ayrı- ayrı bazarları, müəyyən qiymətləri, mal və xidmətləri araşdırır. Məhdud iqtisadi ehtiyatlar şəraitində istehsal, bölgü və istehlakı, ayrı-ayrı iqtisadi subyektlər: istehlakçılar, işçilər, investisiyaçılar, ehtiyat sahibləri, ayrı-ayrı firmalar tərəfindən qərarların qəbul edilməsi mexanizmini öyrənir. Bazarları və iqtisadiyyatın ayrı-ayrı sahələrini formalaşdıran istehlakçıların və firmaların qarşılıqlı əlaqələrini tədqiq edir. Mikroiqtisadiyyat ayrı-ayrı iqtisadi subyektlərin bazardakı fəaliyyətini izah etməyə və gələcək üçün proqnozlaşdırmağa imkan verən riyazi modellər nəzəriyyəsindən istifadə edir. Modellər göndərilən və satılan mal və xidmətlərin həcmi (kəmiyyəti), əmək məhsuldarlığının artım sürəti, bank faizlərinin dərəcələri, işsizlik, inflyasiya və s. kimi ümumi iqtisadi göstəricilər əsasında işlənib hazırlanır. Đqtisadiyyatdakı mikroiqtisadi proseslər əmək statistikası, əmtəə bazarının statistikası, müəssisələr, qiymət, ev təsərrüfatları statistikaları; sahə statistikaları; vergi statistikası kimi statistika bölmələrində əks etdirilir. MĐKROPROSESSOR – inteqral mikrosxem bazasında yerinə
yetirilən, fiksasiya ilə
qurğudur. Mikroprosessor verilmiş komanda sistemlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Hesabi-məntiqi qurğudan, daxili yaddaşdan və idarəetmə qurğusundan ibarətdir. Fərdi EHM-də mərkəzi idarəetmə funksiyasını yerinə yetirir.
– bütün ölkə üçün təmsilçi (reprezentativ) əhalinin seçmə
müşahidəsidir, mikrosiyahıyaalmanın xüsusiyyəti ondan ibarətdir ki, müşahidə üçün adətən ərazi sahələri (əhalinin siyahıyaalmasının hesablama sahələri, yaşayış məhəllələri, evlər və hətta yaşayış otaqları) seçilir və bu ərazidə yaşayanların hamısından sorğu 451
aparılır, bunun sayəsində seçmədə bütün regionlar və əhalinin bütün qrupları təmsil olunur. Ölkə sakinlərinin sayından və ətraflı məlumatlara tələbatdan asılı olaraq, seçmənin payı müəyyən olunur. Əhalinin ümumi siyahıyaalınmasından fərqli olaraq, mikrosiyahıyaalma böyük məsrəflər tələb etmir və müşahidə proqramı nisbətən müfəssəl və hər hansı bir mövzuya aid olur. Mikrosiyahıyaalmanın Avropa ölkələrində XX əsrin ortalarından seçmə texnikası və məlumatları qiymətləndirmə metodları işləndiyi zaman
yayılmağa başlamış və əksəriyyətinin mövzusu doğuşun
və onun
amillərinin öyrənilməsi olmuşdur.
(lat.
migrans, yiyəlik
halda migrantis – köçən) – miqrasiya edən şəxs, yəni daimi yaşayış yerini həmişəlik, yaxud uzun müddətə dəyişdirməklə bu və ya digər ərazilərin sərhədlərini keçən şəxsdir. “Miqrant” terminini geniş şərh
etdikdə, mütərəddid (kəfkirli) miqrasiya edən şəxslər də ona daxil edilir. MĐQRANTLARIN STATĐSTĐK QEYDĐY- YAT VƏRƏQƏSĐNƏ QOŞULAN KƏSMƏ TALON - əhalinin miqrasiyasının (mexaniki hərəkətinin) cari uçotunu aparmaq üçün ilkin sənədlərdən biridir. Vətəndaşları yeni yaşayış yerlərində qeydiyyata almaq üçün daxili işlər və yerli idarəetmə orqanları tərəfindən tərtib edilir. Miqrantların (daimi yaşayış yerini dəyişənlərin) sayı və tərkibi, miqrasiya axınları, istiqamətləri barədə icmal məlumatları işləmək və əldə etmək məqsədilə statistika orqanlarına təqdim edilir. MĐQRASĐYA (demoqrafiya statistikasında) - bu və ya digər ərazinin sərhədlərini keçməklə, daimi, yaxud uzun müddətə yaşayış yerini dəyişməklə, əhalinin (miqrantların) hərəkətidir. Miqrasiya miqrantların axınından cəmləşdirildiyindən, “miqrasiya” termini həm də cəm halında istifadə edilir. Miqrasiya vaxtı hansı inzibati ərazinin - ölkənin və ya onun hissəsinin (ölkə, şəhər, rayon və s.) sərhədini keçməsindən asılı olaraq, beynəlxalq
əhalisinin miqrasiyası, şəhərlərarası miqrasiya, kənd yerlərindəki miqrasiya – “kənd-şəhər”, “şəhər-şəhər”, “şəhər-kənd”, “kənd-kənd” - miqrasiya axınları fərqləndirilir. Đri ərazi vahidləri hüdudunda miqrasiya axını (iqtisadi rayon, ölkə) rayondaxili miqrasiya, onlar arasındakı isə rayonlararası miqrasiya adlanır. Yaşayış yerinin dəyişməsi müddətindən asılı olaraq, daimi
və müvəqqəti (mövsümi), qayıtmamaqla və qayıtmaqla olan miqrasiya fərqləndirilir. Yaşayış yerini dəyişməklə əlaqədar olmayan, müntəzəm olaraq iş və ya təhsil yerlərinə gedişlər də həmçinin miqrasiya (hərəkətdə olan, rəqs edən) adlanır. Miqrasiyanın əsas məlumat mənbəyi miqrasiyanın
haqqında göstəricilər sisteminin köməyi ilə tədqiq edirlər ki, bu göstəricilər də hadisələrin ayrılıqda bu və ya digər tərəflərini öyrənir (miqrantların sayını, tərkibini, yerdəyişmənin istiqamətlərini, onların nəticələrini və s.). Miqrasiyanın müxtəlif növlərinə baxılması onun vahid bir proses kimi təhlil edilməsinə və ayrı-ayrı növləri arasındakı əlaqələrin aşkar olunmasına imkan verir. MĐQRASĐYA AXINI
– müəyyən vaxt
kəsiyində ümumi gəlmə və getmə rayonları olan miqrantların (yaxud miqrasiyanın) ümumi sayı; miqrasiya istiqamətləri göstəricilərindən biridir. Birbaşa və qayıdan miqrasiya axını ayrılır. Bir- birinə qarşı iki istiqamətləndirilmiş miqrasiya axınından ölçüsünə görə böyük olanı əsas (üstün) axın kimi, az intensivliyi – əks axın kimi ifadə edilir. Əsas axınla əks axın arasında fərq iki rayon arasında təmiz (xalis) axın adlanır, əsas axınla əks axının cəmi – iki rayon arasında əhali mübadiləsi adlanır. Müxtəlif əmsalların köməyi ilə aparılan miqrasiya axınının təhlili
(“Miqrasiya göstəriciləri”nə bax) miqrasiya əlaqələrinin səmərəliyini müəyyən etmək üçün vacibdir. MĐQRASĐYA AMĐLLƏRĐ
– miqrasiya prosesi nəzəriyyəsində miqrasiya haqda qərar qəbul etməyə təsir edən obyektiv və subyektiv səbəblərin məcmusudur. 1960-cı illərin sonunda miqrasiya amillərinin təsnifatı işlənib
hazırlanmışdır və bu təsnifata görə miqrasiya amilləri 3 qrupa bölünür: idarə olunmayan, daim təsir göstərən amillər; “müvəqqəti” adlanan amillər, onlar dolayı yolla tənzim oluna bilər; tənzim olunan dəyişən amillər. Birinci miqrasiya amilləri qrupuna ərazinin coğrafi yerləşməsi və onun təbiət komponentləri: meteoroloji, geoloji, fito- və zoocoğrafi və s. daxildir. Mövsümi temperaturlar arasında yüksək fərqlər, bataqlıqlar, zəlzələlər, daşqınlar, qan içən həşəratlar bütün başqa amillərə nisbətən əhalinin bu yerlərdən qaçmasına səbəb olur. Đkinci qrupa tədricən dəyişdirilə bilən amillər daxildir. Bu, ərazinin mənimsənilmə səviyyəsi, o cümlədən istehsal və sosial infrastrukturun yaradılması; əhalinin cins, yaş, etnik tərkibindən ibarətdir. Müvəqqəti amil əhalinin miqrasiya proseslərinə güclü təsir göstərir. 452
Üçüncü qrupa – cari tənzimləmə amillərinə – əmək haqqının artırılması, müəyyən güzəştlərin təyin, yaxud ləğv edilməsi; kadr siyasəti, milli siyasətdə dəyişikliklər və s. aiddir. Nisbətən stabil sosial-siyasi şəraitdə bu qrup amillər üçün əhalinin həyat şəraitinin və əməklə təmin olunmanın çox böyük əhəmiyyəti var.
– müəyyən dövrdə, adətən bir il ərzində verilmiş əraziyə gəlmiş və bu ərazidən getmiş insanların sayıdır. Miqrasiyanın ümumi həcminə dair məlumat verir. MĐQRASĐYA GÖSTƏRĐCĐLƏRĐ
– miqrasiya prosesinin müxtəlif mərhələlərində (potensial miqrasiya, köçürülmə, yeni köçənlərin uyğunlaşması) onun mütləq və nisbi rəqəmli xarakteristikalarıdır; ölkə, region, məskun yeri səviyyəsində miqrasiya situasiyasının təhlilində istifadə olunur. Miqrasiya göstəriciləri ərazi əhalisinin ümumi hərəkətlilik səviyyəsini, bu və ya digər dövrdə miqrasiya axınlarının miqyasını, strukturunu, istiqamətlərini və səmərəliliyini xarakterizə edə bilir. Əsasən, hesablanmış nisbi göstəricilərdir (miqrasiya əmsalı), mütləq
göstəricilərin (gəlmə, getmə, miqrasiya artımı; miqrasiya saldosu, miqrasiya dövriyyəsi və s.) müəyyən dövr üçün öyrənilən əhali cəminin orta sayı ilə tutuşdurulmasına əsaslanır. Təbii hərəkət göstəriciləri ilə müqayisə etmək məqsədilə, miqrasiya əmsalları müvafiq ərazinin, yaxud əhalinin sosial-demoqrafik qrupunun 1000 nəfərinə hesablanır. Miqrasiya nəzəriyyəsi və praktikasında potensial miqrasiya və
yeni köçənlərin uyğunlaşması göstəriciləri az işlənmişdir. Potensial miqrasiyanın ən ümumi göstəriciləri kimi, potensial miqrantların (həmin yaşayış məntəqəsindən çıxıb getməyi qərara almış, lakin onu realizə etməmiş şəxslər) və əhalinin bütün cəmində, həmçinin onu təşkil edən sosial- demoqrafik qrupların (cins, yaş, milliyyət, peşə, təhsil və ailə statusu, doğulduğu yer, əvvəlki yaşayış yeri və s. üzrə) tərkibində müvafiq stabil kontingentlərin payı
istifadə oluna
bilər. Miqrasiya hərəkətliliyi səviyyəsinin ən dəqiq göstəricisi müəyyən yaşda olan şəxslərin, yaxud bütövlükdə əhalinin bütün ömrü boyu köçmələrin sayıdır. Miqrasiya hərəkətlərində fərqləri uçota almaq üçün yaşama müddətindən asılı olaraq və göstəricilərin dinamikada müqayisəsini təmin etmək məqsədilə onları köçmə yerində 2 ilədək, 5 ilədək və 10 ilədək yaşayan yeni köçənlər üçün, həmçinin 10 və daha çox il əvvəl köçənlər (çoxdan
üçün
hesablamaq məqsədəuyğundur. Əhalidə yeni köçənlərin payı nə qədər çoxdursa, bir o qədər baş tutmuş və mümkün olan miqrasiyalar nöqteyi-nəzərindən əhali hərəkətlidir və həmin ərazinin əhalisinin formalaşmasında miqrasiyanın rolu böyükdür. Yuxarıda göstərilənlərdən başqa, əhalinin hərəkətliliyinin qiymətləndirilməsində ehtimal göstəriciləri də və ilk növbədə miqrasiyanın yaş ehtimalları (U
):
x x x S M U = tətbiq olunur. Burada M x – x-yaşda olan miqrantların sayı; S x – öyrənilən dövrün əvvəlinə x-yaşda olan əhalinin ümumi sayıdır. Birinci miqrasiyanın yaş ehtimalları əsasında əhalinin müxtəlif qruplarının miqrasiya prosesinə tədricən cəlb
olunması prosesi
bənzədilir. Bu prosesin sistematik təsviri ehtimal hərəkətlilik cədvəlinin qurulmasına imkan yaradır. Cədvəldə aşağıdakı qrafalar olur: heç vaxt miqrasiya etməmiş əhalinin sayı (R x ); x-yaşda miqrasiya etmək ehtimalının təsiri altında azalan əhalinin sayı; yaş miqrasiyası ehtimalları - U x ; miqrantların sayı M x – dir. Cədvəlin funksiyaları arasında aşağıdakı asılılıq mövcuddur: R
. Burada R 0 =1 və M x =R x U x olur. Təmiz və kombinasiya edilmiş
hərəkətlilik cədvəlləri fərqləndirilir. Sonuncuda ölüm nəticəsində əhalinin azalması nəzərə alınır. Eyni zamanda, edilən miqrasiya sırası üzrə diferensiallaşdırılmış hərəkətlilik cədvəlləri qurulur. Bütövlükdə belə ehtimal cədvəlləri hipotetik xarakter daşıyır və proqnozlaşdırmada onlardan istifadə məhduddur. Çünki onlar üçün ətraflı ilkin məlumatlar tələb olunur və əhalinin miqrasiya davranışının dəyişən stereotiplərini nəzərə almır. Faktiki miqrasiyanın (köçürülmələrin) göstəriciləri üç qrupa bölünə bilər: ərazi üçün toplu miqrasiya proseslərini xarakterizə edən ümumi; konkret sosial-demoqrafik qrupların miqrasiyasını xarakterizə edən xüsusi (struktur) göstəricilər və konkret miqrasiya mübadilə əraziləri arasında miqrasiya əlaqələrini xarakterizə edən rayonlararası (ərazilərarası) mübadilə göstəriciləri. Onlar öz tərkibinə miqrasiyanın gücü, intensivliyi və səmərəliliyi göstəricilərini daxil edir. Miqrasiyanın miqyası və gücü birincisi mütləq göstəriciləri – gəlmiş, tərk etmişlərin sayı, yaxud onların cəmini (miqrasiya dövriyyəsi), ikincisi, nisbi göstəriciləri – müxtəlif çıxış rayonlarından miqrantların köçmə rayonu
miqrantlarının ümumi sayında xüsusi çəkisini əks etdirir. Miqrasiyanın nisbi
gücünün xarakteristikası kimi, miqrasiyanın intensivlik əmsalları da çıxış edə bilər (MĐƏ). Miqrasiyanın intensivlik anlayışı müəyyən ərazi-demoqrafik qruplarında onun tezliyini xarakterizə edir və düz kəsirlə ifadə olunur, onun surəti – miqrantların sayı (gəlmiş və tərk etmişlərin, yaxud onların cəmi), məxrəcində – dövrdə əhalinin orta sayı. 453
MĐƏ həmin ərazidə həm bütün əhali üçün, həm də onun müxtəlif struktur elementləri – cins, yaş, milliyyət və s. üzrə hesablana bilər. Miqrasiyanın ümumi intensivlik göstəriciləri: gəlmə üzrə 1000
1 ⋅ = ∑ =
m i ij j gel S P I
getmə üzrə 1000 1 ⋅ = ∑ = j m i ij get j S B I
dövriyyə üzrə j m i m i ij ij dov j S B P J ∑ ∑ = = + = 1 1 yaxud get j gel j dov j I I I + = , burada
∑ =
i ij P 1 – j ərazisinə bütün ərazilərdən gələnlərin ümumi sayı; ∑ = m i ij B 1 – j ərazidən gedənlərin ümumi sayı; 1 = i j S – j ərazinin əhalisinin orta sayıdır. Ümumi MĐƏ
konkret ərazinin əhalisinin hərəkətlilik səviyyəsini (o cümlədən dinamikada) qiymətləndirməyə imkan
verir. Lakin
bu göstəricilərdən ərazilərarası təhlildə istifadəsi onunla məhdudlaşır ki, onların kəmiyyəti təkcə bu və ya digər ərazinin başqa ərazilərlə miqrasiya əlaqələrinin intensivliyindən, həmçinin yerləşdirilən ərazilərində miqrasiya tutumundan və çıxma ərazilərinin miqrasiya imkanlarından asılıdır. Miqrasiya əlaqələrinin intensivlik əmsalları (MƏĐƏ) ərazilərarası miqrasiyasının intensivliyinə çıxış və yerləşdirmə ərazilərinin əhalisinin sayının təsirini istisna etməyə imkan verir. Gəlmə üzrə MƏĐƏ 1000 :
1 ⋅ = ∑ ∑ = = m i t i m i ij ij gel ij S S P P K
getmə üzrə MƏĐƏ 1000 : 1 1 ⋅ = ∑ ∑ = = m i i i m i ij ij get ij S S B B K
burada P ij – Đ ərazisindən j rayonuna gələnlərin sayı; B
– j ərazisindən Đ ərazisinə gedənlərin sayı; i S – Đ ərazisinin dövr üçün əhalinin orta sayıdır; ∑ =
i i S 1 – j ərazisi ilə miqrasiya əlaqəsi saxlayan çıxış ərazilərinin əhalisinin ümumi sayıdır. MƏĐƏ-in orta qiyməti həmişə birə bərabərdir. Miqrasiya əlaqələri yüksək intensivlikdə olan ərazilərdə MƏĐƏ qiymətləri birdən çoxdur və əksinə. Əhali miqrasiyasının nəticələri bir sıra mütləq və nisbi göstəricilərlə xarakterizə olunur. Ümumi və təbii artımda, yaxud əhalinin sayında onun payı əhalinin formalaşmasında miqrasiyanın rolunu qiymətləndirməyə imkan verir.
Əhali miqrasiyasının səmərəliliyi həmçinin həmin əraziyə gələnlərin 1000 nəfərlə hesabında gedənlərin sayı ilə xarakterizə olunur. Bu göstərici həm ümumi, həm də rayonlararası kimi hesablana bilər.
Birinci halda
ərazinin miqrasiya mübadiləsinin ümumi nəticələri, ikinci halda – onun hər bir konkret ərazi ilə mübadiləsi qiymətləndirilir.
1000
1 1 ⋅ ∑ ∑ = = m i ij m i ji P B
1000 ⋅
ji P B
Səmərəli mübadilə halında əmsalın qiyməti 1000- dən az olmalıdır və əksinə. Uyğunlaşma göstəriciləri. Miqrasiya prosesinin son mərhələsini – təzə gələnlərin uyğunlaşmasını xarakterizə etmək üçün əhalinin hərəkətliliyi göstəricilərindən (həmin rayona köçən əhalinin sayı ilə yerli sakinlər, yeni köçənlərlə köhnə köçənlər arasında nisbətləri; köçmə vaxtından asılı olaraq, gələn əhalinin bölüşdürülməsi) istifadə edilir. Uyğunlaşma keçmiş yerlərində təzə köçənlərin yaşadığı illərin orta sayı ilə xarakterizə oluna bilər. Mövcud informasiyadan asılı olaraq, bu göstəricilər müəyyən cinsə, yaşa, milliyyətə və s. mənsub olan şəxslər üçün hesablana bilər. Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling