Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet179/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   175   176   177   178   179   180   181   182   183

 

YAŞAYIŞ 

MĐNĐMUMUNDAN 

AŞAĞI 

GƏLĐRĐ  OLAN  ƏHALĐNĐN  SAYI

  -  gəliri 

ev  təsərrüfatının  hər  üzvünə  hesabı  ilə  yaşayış 

minimumundan  az  olan  şəxslərin  mütləq  ifadədə 

sayıdır.  Faiz  ifadəsi  ilə  -  adambaşına  gəlirin  və 

rəsmi  yoxsulluq  həddinin  (yoxsulluq  həddi) 

səviyyəsinə  görə  əhali  bölgüsü  məlumatları 

əsasında hesablanan yoxsulluğun nisbi göstəricisi, 

başqa 


sözlə, 

gəlirin 


səviyyəsi 

yaşayış 


minimumundan  aşağı  olanların  əhalinin  ümumi 

sayına nisbətinin faizlə ifadə olunmasıdır. 



 

YAŞAYIŞ  SAHƏSĐ

  –  mənzil  hüququnun 

obyektidir.  Yaşayış  sahəsi  dedikdə,  Azərbaycan 

Respublikasına  Mülki  Məcəlləyə  uyğun  olaraq, 

daşınmaz  əmlak  hesab  edilən  və  vətəndaşların 

daimi  yaşaması  üçün  yararlı  olan  (müəyyən 

edilmiş  sanitariya  və  texniki  norma  və  qaydalara, 

qanunvericiliyin  digər  tələblərinə  cavab  verən) 

ayrıca  sahə  başa  düşülür.  Yaşayış  sahəsinin 

ümumi  sahəsi  vətəndaşların  yaşayış  sahəsində 

yaşaması  ilə  əlaqədar  onların  məişət  və  digər 

ehtiyaclarının  ödənməsi  üçün  nəzərdə  tutulan 

yardımçı  sahələrin  (balkon  və  eyvanlar  istisna 

olmaqla)  sahəsi  daxil  olmaqla,  həmin  yaşayış 

sahəsinin 

bütün 

hissələrinin 



sahəsinin 

məcmusundan ibarətdir.  

Yaşayış  sahəsinə  aiddir:  yaşayış  evi,  yaşayış 

evinin  hissəsi;  mənzil,  mənzilin  hissəsi;  otaq. 

Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və 

digər  ehtiyacların  ödənməsi  üçün  nəzərdə 

tutulmuş 

yardımçı 

sahələrdən 

ibarət 


fərdi 

müəyyən edilmiş ev yaşayışı hesab edilir. 

Bir  və  ya  bir  neçə  otaqdan,  habelə  yaşama  ilə 

əlaqədar  məişət  və  digər  ehtiyacların  ödənməsi 

üçün  nəzərdə  tutulmuş  yardımçı  sahədən  ibarət, 

çoxmənzilli  binanın  ümumi  istifadədə  olan 

sahələrinə  birbaşa  daxil  olmaq  imkanını  təmin 

edən strukturca ayrıca hissəsi mənzil hesab edilir.  

Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq 

üçün  nəzərdə  tutulmuş  ayrıca  hissəsi  otaq  hesab 

edilir.  

Yaşayış  sahəsinin  əsas  təyinatı  həmin  sahədə 

insanların yaşamasıdır.  

Yaşayış sahəsində  qanuni əsaslarla  yaşayan fiziki 

şəxslərə  digər  şəxslərin  hüquqlarını  və  qanuni 

mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən 

edilmiş tələbləri pozmamaq şərtilə, həmin yaşayış 

sahəsindən  peşə  fəaliyyətini  və  ya  fərdi 

sahibkarlıq 

fəaliyyətini 

həyata 

keçirmək 



məqsədilə istifadəsinə yol verilir.    

 

YAŞAYIŞ  SAHƏSĐNƏ  GÖRƏ  HAQQIN 



MĐQDARI

  –  yaşayış  sahəsinin  saxlanması  və 

təmirinə  görə  çoxmənzilli  binanın  ümumi 

əmlakının  qanunvericiliyin  tələblərinə  müvafiq 

olaraq  saxlanmasını  təmin  edən  miqdarda 

müəyyən edilən haqdır.  

Dövlət  və  bələdiyyə  mənzil  fondunun  yaşayış 

sahələrinin sosial kirayə və ya kirayə müqavilələri 

üçün yaşayış sahələrinin kirayəçiləri üçün yaşayış 

sahəsindən 

istifadəyə 

görə 

haqqın 


(kirayə 

haqqının),  yaşayış  sahəsinin  saxlanması  və 

təmirinə  görə  haqqın  miqdarı  onların  tutduqları 

yaşayış 


sahəsinin 

ümumi 


sahəsindən 

(yataqxanaların ayrıca otaqlarında həmin otaqların 

sahəsindən), 

həmçinin 

yaşayış 

sahəsinin 

keyfiyyəti  və  abadlığından,  evin  (binanın) 

yerləşdiyi yerdən asılı olaraq, dövlət mənzil fondu 

barəsində  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən,  bələdiyyə  mənzil  fondu  barəsində  isə 

müvafiq bələdiyyələr tərəfindən müəyyən edilir. 

Sosial  xidmət  sistemi  evlərinin  (binalarının) 

yaşayış  sahələrində,  məcburi  köçkünlərin  və 

qaçqın  statusuna  malik  olan  şəxslərin  müvəqqəti 

yerləşdirilməsi  fondunun  yaşayış  sahələrində, 

habelə yataqxanaların yaşayış sahələrində yaşayan 

vətəndaşlar  üçün  yaşayış  sahəsinə  görə  haqqın 

miqdarı  dövlət  mülkiyyətində  olan  yaşayış 

sahələrinə  görə  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən,  bələdiyyə  mülkiyyətində  olan  yaşayış 

sahələri 

barəsində 

müvafiq 

bələdiyyələr 

tərəfindən, özəl mülkiyyətdə olan yaşayış sahələri 

barəsində  isə  onların  mülkiyyətçiləri  tərəfindən 

müəyyən edilir.  

Mənzil  mülkiyyətçiləri  müştərək  cəmiyyətinin  və 

ya  mənzil-tikinti  kooperativinin  və  ya  digər 

ixtisaslaşmış 

istehlak 

kooperativinin 

yaradılmadığı 

çoxmənzilli 

binanın 

yaşayış 


sahəsinin  saxlanması  və  təmirinə  görə  haqqın 

 

697


miqdarı  həmin  binanın  sahə  mülkiyyətçilərinin 

ümumi  yığıncağında  bir  ildən  az  olmayan 

müddətə müəyyən edilir. 

Çoxmənzilli 

binanın 

ümumi 


əmlakının 

saxlanmasına  və  təmirinə  görə  çəkilən  xərclərlə 

bağlı 

mənzil 


mülkiyyətçiləri 

müştərək 

cəmiyyətinin  və  ya  mənzil-tikinti  kooperativinin 

və  ya  digər  ixtisaslaşmış  istehlak  kooperativinin 

üzvlərinin  (iştirakçılarının)  mütləq  (məcburi) 

ödənişləri  və  (və  ya)  haqlarının  miqdarı  Mənzil 

Məcəlləsinə  və  mənzil  mülkiyyətçiləri  müştərək 

cəmiyyətinin 

nizamnaməsinə 

və 


ya 

digər 


ixtisaslaşmış 

istehlak 

kooperativinin 

nizamnaməsinə müvafiq olaraq müəyyənləşdirilir.  

 

YAŞAYIŞ  SAHƏSĐNƏ  VƏ  KOMMUNAL 

XĐDMƏTLƏRƏ  GÖRƏ  HAQQIN  TƏR-

KĐBĐ

  –  dövlət  və  ya  bələdiyyə  mənzil  fondunun 

yaşayış  sahələrində  sosial  kirayə  müqaviləsi  üzrə 

yaşayan 

kirayəçinin 

yaşayış 

sahəsinə 

və 

kommunal xidmətlərə görə ödədiyi haqq və onun 



tərkibi aşağıdakılardan ibarətdir: 

- yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 

-  çoxmənzilli  binanın  idarə  edilməsi,  ümumi 

əmlakının  saxlanması  və  cari  təmiri  üzrə  xidmət 

və  işlərə  görə  ödənilən  haqqın  daxil  olduğu 

yaşayış  sahəsinin  saxlanması  və  təmirinə  görə 

haqq.  Çoxmənzilli  binanın  ümumi  əmlakının 

əsaslı  təmiri  yaşayış  fondunun  mülkiyyətçisinin 

hesabına həyata keçirilir; 

- kommunal xidmətlərə görə haqq. 

Çoxmənzilli 

binanın 


yaşayış 

sahəsinin 

mülkiyyətçisinin  yaşayış  sahəsinə  və  kommunal 

xidmətlərə  görə  ödədiyi  haqq  aşağıdakılardan 

ibarətdir: 

-  çoxmənzilli  binanın  idarə  edilməsi,  ümumi 

əmlakının  saxlanması,  cari  və  əsaslı  təmiri  üzrə 

xidmət  və  işlərə  görə  ödənilən  haqqın  daxil 

olduğu  yaşayış  sahəsinin  saxlanması  və  təmirinə 

görə haqq; 

- kommunal xidmətlərə görə haqq. 

Yaşayış  binalarının  mülkiyyətçiləri  müvafiq 

fəaliyyət  növlərini  həyata  keçirən  şəxslərlə 

bağladıqları  müqavilələrə  uyğun  olaraq,  həmin 

binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, 

habelə kommunal xidmətlərə görə haqq ödəyir.  

Kommunal xidmətlərə görə haqqa soyuq və isti su 

təminatı,  kanalizasiya,  elektrik,  qaz  və  istilik 

təchizatına görə ödənilən haqlar daxildir.  

 

YAŞAYIŞ  YERĐ

  –  vətəndaşların  daimi  və  ya 

əsasən  (mülkiyyətçi  kimi,  icarə  müqaviləsi  və  ya 

icarəyə  götürmə  üzrə,  qanunvericilikdə  nəzərdə 

tutulmuş digər əsaslarla) yaşadığı yerdir – yaşayış 

evləri, 


mənzillər, 

xidməti 


yaşayış 

yerləri, 

ixtisaslaşdırılmış 

evlər 


(birgəyaşayış 

yeri, 


mehmanxana-sığınacaq,  müəyyən  fondun  evləri, 

kimsəsizlər  və  qocalar  üçün  evlər,  əlillər, 

veteranlar və digərləri üçün internat-evlər), habelə 

digər yaşayış yerləridir. 



 

YAŞIDLAR

 

– 



eyni 

yaşlı 


insanlardır. 

Demoqrafik  təhlildə  ya  eyni  dəqiq  yaşa  malik 

olan, ya da yaş intervalında (illik, yaxud beşillik) 

olan yaşıdlar məcmusu tətbiq olunur. Dəqiq yaşın 

ardıcıl rəqəmləri üçün yaşıdların sayı yaşayanların 

birinci 


məcmularının 

sayına 


müvafiqdir 

(“Demoqrafik  məcmular”a  bax).  Onlar  müəyyən 

ana 

aparılan 



əhalinin 

siyahıyaalınması 

(müşahidəsi) zamanı alına bilməz, hesablama yolu 

ilə  müəyyən  edilir.  Əhalinin  siyahıyaalınması 

(müşahidəsi)  zamanı  sorğu  aparılanların  yaşı 

(tamam  olmuş  illərin  sayı)  nəzərə  alındıqda,  yaş 

intervalları üçün “Yaşıdlar”ən sayı alınır. 

Uzununa  təhlil  zamanı  hər  hansı  real  bir  nəslə 

mənsub  olan  (məsələn,  nikah  koqortası,  yaxud 

doğulduğu  ilə  görə  koqortanın  qadınları)  yaşıdlar 

və  bu  nəsildə  bu  və  ya  digər  yaşda  baş  verən 

demoqrafik  hadisələrin  sayı  (məsələn,  onların 

doğduğu  uşaqların  sayı)  tədqiq  edilir.  Bu 

məlumatlar 

anamnestik 

müşahidələrin 

məlumatları  əsasında  retrospektiv  alınır. Müxtəlif 

nəsillərdəki  yaşıdlar  üçün  eyni  adlı  göstəricilərin 

müqayisəsi  (məsələn,  müxtəlif  nəsillərdə  olan 

qadınlar  tərəfindən  eyni  yaşda  doğulan  uşaqların 

orta  sayı)  müvafiq  demoqrafik  prosesin  bir 

nəsildən 

digər 


nəslə 

dəyişməsinin 

xarakteristikasını  verir.  “Yaşıdlar”ın  təhlili  bəzən 

təkcə eyni yaşda olan bütün şəxslərə deyil, həm də 

müəyyən  demoqrafik  vəziyyətdə  eyni  uzunluqda 

qalanlara da şamil edilir. 



 

YAŞIN  ĐNTERVALI

  –  yaşın  sonrakı  və 

əvvəlki kəmiyyətləri arasındakı fərqdir. Bir qayda 

olaraq,  dəqiq  yaşın  illik  kəmiyyətləri  nəzərdə 

tutulur. Yaş tamam olmuş illərin bütöv rəqəmi ilə 

ölçüldüyünə  görə,  yaşın  kəmiyyəti  həmişə  yaşın 

intervalıdır.  Adətən,  aşağı  həddi  onun  işarəsidir. 

Məsələn,  20  yaş  -  dəqiq  20  yaşdan  dəqiq  21 

yaşadək  interval  deməkdir.  Yaş  intervalı  1  ildən 

çox  dövrü  əhatə  edən  hallarda  düzgündür. 

Məsələn,  20–24  yaş  -  dəqiq  20  yaşdan  dəqiq  25 

yaşadək yaş intervalı deməkdir.  

Yaş  intervalı  insanların  həyatının  müxtəlif 

mərhələlərində  demoqrafik  və  sosial-iqtisadi 

proseslərin  keçmə  intensivliyini  qiymətləndirmək 

üçün  tətbiq  olunur.  Birillik  və  beşillik  yaş 

intervalı  daha  çox  yayılmışdır,  onların  ardıcıl 

bölüşdürülməsi  müxtəlif  demoqrafik  proseslərin 

əsas  yaş  qanunauyğunluqlarını  müəyyən  etməyə 

imkan verir. 

Bir 

qayda 


olaraq, 

demoqrafiyada 

interval 

variasiya  sırasından  istifadə  olunduğu  üçün,  yaş 



 

698 


intervalı  seçimi  bu  və  ya  digər  hadisənin  tətbiqi 

zamanı böyük əhəmiyyətə malikdir. 

Đqtisadi  tədqiqatlar  üçün  insanın  müəyyən 

vəziyyətlərini  müəyyən  edən  iriləşdirilmiş  yaş 

intervalı  tətbiq  olunur:  0–15  yaş  və  60  yaş  və 

yuxarı  –  istehlakçı;  16–59  yaş  –  istehlakçı  və 

istehsalçı.  Yaş  intervalı  nə  qədər  az  olsa,  bir  o 

qədər  öyrənilən  əlamətin  enib-qalxma  dərəcəsi 

çox  olur,  bu,  çox  vaxt  yaş  bölgüsünün  yığılma 

effekti ilə şərtlənir. 

Yaş  intervalı  bərabər  və  qeyri-bərabər  fasiləli  ola 

bilər.  Bu  demoqrafik  proseslərin  təhlilinin 

məqsədindən  və  yaş  xüsusiyyətlərindən  asılıdır; 

açıq  –  yuxarı  və  aşağı  sərhədinin  kəmiyyəti 

göstərilmədən;  bağlı  –  intervalın  hər  iki 

sərhədinin göstərilməsi. 

Bəzən  əhalinin  bu  və  ya  başqa  əlamətləri  üzrə 

bölüşdürülməsi 

haqda 

statistik 



məlumatlar 

iriləşdirilmiş yaş intervalında göstərildiyi üçün, bu 

intervalların  parçalanmasına  ehtiyac  yaranır. 

Məsələn, uşaq məsləhətxanalarının xüsusi nəzarəti 

altında  olan  və  uşaq evlərinin  xidmətində olan  0-

dan  2  yaşadək  (bu  yaş  daxil  olmaqla)  uşaqlar, 

uşaq  bağçalarının  xidmətində  olan  məktəbəqədər 

3–6  yaşda  uşaqlar;  məktəb  kontingentləri:  7–13 

yaş,  14–15  yaş  və  16–17  yaş  və  s.  10-illik 

intervallara  qruplaşdırılmış  məlumatları  5-illik 

intervallara 

parçalamaq 

üçün 

Nyutonun 



interpolyasiya düsturundan istifadə olunur:  









+

=

+



)

(



2

1

2



1

1

1



n

n

n

na

f

f

f

f

 

burada  f



na

  –  verilmiş  10-illik  qrupun  birinci 

yarısının  hesablanan  sayı;  f

n

  –  bütün  10-illik 

qrupun  sayı;  f

n-1

  və  f



n+1

  –  əvvəlki  və  sonrakı  10-

illik qrupların sayıdır. 

Demoqrafik  cədvəllərin  və  əhali  modellərinin 

hesablanması  zamanı  yaş  intervalının  orta 

kəmiyyətlərindən  istifadə  olunur.  Əgər  yaşı  x-lə, 

bu yaşda insanların sayını isə P(x) ilə ifadə etsək, 

onda  yaş  intervalında  bu  funksiyanın  dəyişikliyi 

xətti  xarakterdə  olduqda,  onun  bu  interval  üçün 

kəmiyyəti  onun  orta  riyazi  yuxarı  və  aşağı 

kəmiyyətlərinə bərabər olacaqdır. 

Demoqrafik 

cədvəllər 

hesablanarkən 

yaş 

intervalının  orta  kəmiyyəti  Bortkeviçin  düzəlişi 



nəzərə alınmaqla müəyyən edilir:  

)

(



24

1

1



2

x

,  yəni  

)

(

24



1

2

1



2

2

1



x

x

x

x

x

+



+

=



burada  x  –  intervalın  orta  kəmiyyəti;  x

1

  – 


intervalın  aşağı  sərhədi;  x

2

  –  intervalın  yuxarı 

sərhədidir. 

 

YAŞIN 

TƏSNĐFLƏŞDĐRĐLMƏSĐ

 

– 

insanların  yaşlarının  onların  hər  hansı  sosial, 



iqtisadi, 

yaxud 


demoqrafik 

funksiyalarının 

oxşarlığı  əsasında  birləşdirən  daha  böyük,  yaxud 

kiçik  qruplara  bölüşdürülməsidir.  Adətən,  bütün 

əhaliyə,  yaxud  insanların  böyük  məcmusuna 

tətbiq  edilir.  Yaşın  təsnifləşdirilməsinin  əsasında 

yaşın  dövrləşdirilməsi  haqqında  təsəvvür  durur. 

Yaşın  təsnifləşdirilməsi  bu  və  ya  digər  yaş 

kontingentlərini  ayırmağa  imkan  verir  və  onun 

meyarları 

tədqiqatın 

məqsədindən 

asılıdır. 

Demoqrafiyada 1-illik və 5-illik qruplar üstündür, 

sonuncu  halda  çox  vaxt  (məsələn,  qısa  ölüm 

cədvəlləri  hesablandıqda)  birinci  5-illik  qrup 

xüsusi əhəmiyyətinə görə 1-illik qruplara bölünür. 

Nikah  və  doğumun  öyrənilməsi  zamanı  nikah 

qabiliyyətli  yaşlar  və  qadınların  reproduktiv  yaşı 

seçilir.  Đqtisadi  demoqrafiyada  yaşlar  3  qrupa 

bölünür  –  əmək  qabiliyyətli  yaşa  qədərki  yaş, 

əmək qabiliyyətli yaş və əmək qabiliyyətli yaşdan 

sonrakı  yaş.  Onların  sərhədləri  müxtəlifdir:  3 

qrupun  hər  birində  bütöv  rəqəmli  5-illik  qruplar 

daha  çox  işlənir  (0–14,  15–59,  60  yaş  və  daha 

çox,  yaxud  0–14,  15–64,  65  yaş  və  daha  çox). 

Yaşın 


belə 

təsnifləşdirilməsi 

beynəlxalq 

praktikada  qəbul  olunmuşdur.  Azərbaycanda 

iqtisadi  praktikada  qrupa  bölünmə  belə  tətbiq 

edilir:  0–14,  15–64,  65  yaş  və  daha  çox  kişilər 

üçün;  0–14,  15–59,  60  yaş  və  daha  çox  qadınlar 

üçün.  Əmək  ehtiyatları  strukturunun  təhlili  üçün 

əhəmiyyəti 

olan 


yaşın 

təsnifləşdirilməsi 

S.Q.Strumilin  və  B.Urlanis  tərəfindən  işlənib 

hazırlanmışdı.  Bu  zaman  əhali  3  qrupa  bölünür: 

əmək  qabiliyyətli  yaşa  qədərki  –  15  yaşadək, 

əmək  qabiliyyətli  yaş  –  16–59  yaş  (o  cümlədən 

gənclik  16–24,  yetkinlik  –  25–44  və  gecikmiş 

yetkinlik  –  45–49),  əmək  qabiliyyətli  yaşdan 

sonra  –  60  yaş  və  ondan  yuxarı  (o  cümlədən  ahıl 

yaş – 60–69, erkən qocalıq – 70–79, dərin qocalıq 

– 80 yaş və yuxarı). Əmək qabiliyyətli yaşda olan 

əhalinin  2  yaş qrupuna ayrılması  –  16–39  və  40–

60  yaş  (böyük  və  kiçik  yaş  qruplarının  nisbəti) 

məşğul əhalinin qocalma dinamikasının, həmçinin 

pensiyaqabağı 

5-illik 


qrupun 

məşğulluq 

siyasətində  xüsusi  yer  tutduğu  üçün  və  əmək 

bazarında 

ən 


zəif 

təbəqə 


olduğu 

üçün, 


öyrənilməsi böyük əhəmiyyətə malikdir. 

Azərbaycanda insan həyatının ikinci yarısının yaş 

təsnifatından  istifadə  olunur.  45–49  yaş  orta  yaş 

kimi,  70–74  -  ahıl,  75  yaşdan  yuxarı  -  qocalıq 

kimi  müəyyən  edilir.  Burada  90  yaşdan  yuxarı 

olan insanlar uzunömürlülərdir

Universal 

yaşın 


təsnifləşdirilməsi 

təklifinə 

əvvəllər  də  cəhdlər  edilirdi.  Belə  ki,  XIX  əsrin 

birinci  yarısının  rus  statistiki  və  demoqrafı  A.P. 

Roslavski-Petrovski  aşağıdakı  qrupları  ayırırdı: 

böyüməkdə  olan  nəsil  –  15  yaşadək  (o  cümlədən 



 

699


kiçikyaşlı  –  5  yaşadək  və  5–15  yaşlı  uşaq), 

çiçəklənən  nəsil  –  16–60  yaş  (o  cümlədən 

cavanlar – 16–30, yaşa dolmuş nəsil – 30–45, ahıl 

–  45–60  yaş),  soluxan  nəsil  –  61–100  yaşdan 

yuxarı (o cümlədən qocalar – 61–75, uzunsürən – 

75–100  yaşdan  yuxarı).  1939-cu  ildə  Amerika 

Səhiyyə  Assosiasiyasının  demoqrafik  statistika 

seksiyasının  təklif  etdiyi  yaşın  təsnifləşdirilməsi 

müasir  beynəlxalq  müqayisələrdə  qəbul  edilmiş 

təsnifləşdirmələrə  uyğundur.  Bu,  8  dövrdən 

ibarətdir: körpəlik – 1 yaşadək, məktəbəqədər yaş 

– 1-dən 4 yaşadək, məktəb illəri – 5–14, cavanlıq 

illəri – 15–24, ən fəal illər – 15–44, orta yaş – 45–

64,  qocalığın  erkən  dövrü  –  65–74,  qocalıq  –  75 

yaşdan yuxarı.  

 

YAŞIN  YUVARLAQLAŞDIRILMASI

  – 

insanlar  tərəfindən  həqiqi  yaşın  illəri  əvəzinə  “0” 

və  ya  “5”  rəqəmi  ilə  qurtaran  sayadək 

yuvarlaqlaşdırılmış  sayının  göstərilməsi,  yaşın 



təhrif  edilməsinin  yayılmış  formasıdır.  Məsələn, 

69 (yaxud 71) yaşında olan insan neçə yaşı tamam 

olduğu  haqda  suala  cavab  verə  bilər  ki,  onun  70 

yaşı  var.  Bu  halda  dəqiq  olmayan,  təxmini, 

yuvarlaqlaşdırılmış  yaşını  göstərir.  Bununla 

yanaşı,  doğulduğu  ilin  yuvarlaqlaşdırılmasına  da 

rast gəlinir. Məsələn, 1899-cu, yaxud 1901-ci ildə 

anadan olmuş insan deyə bilər ki, o, 1900-cu ildə 

anadan  olmuşdur.  Yaşın  yuvarlaqlaşdırılmasına 

əhalinin  siyahıyaalınması,  vətəndaş  vəziyyəti 

akrlarının dövlət qeydiyyatı, müxtəlif müşahidələr 

zamanı  rast  gəlinir  və  bu,  yaş  akkumulyasiyasına 

gətirib  çıxarır.  Yaşın  yuvarlaqlaşdırılması  onunla 

bağlı  ola  bilər  ki,  insan  doğulduğu  ili  bilmir, 

yaxud  dəqiq  ili  yaddan  çıxarıb;  həm  də  onunla 

bağlı  ola  bilər  ki,  o,  öz  yaşı  haqda  məlumat 

vermək  zərurəti  ilə  nadir  hallarda  rastlaşır; 

nisbətən  tez-tez  yaşın  yuvarlaqlaşdırılması  o 

hallarda  baş  verir  ki,  müxtəlif  səbəblər  üzündən 

insanın yaşı haqda məlumatları o özü yox, əvəzinə 

kimsə başqası verir.  

 

YAŞLAR  ÜZRƏ  YERDƏYĐŞMƏ

  (yaşların 

yerdəyişmə metodu) – miqrasiyanın təsiri nəzərə 

alınmadan 

əhalinin 

yaş-cins 

strukturunun 

perspektivə hesablanması üsuludur. Əgər əhalinin 

siyahıyaalınması  məlumatları  üzrə  verilmiş  yaş-

cins  qrupunda  insanların  müəyyən  sayı  qeydə 

alınmışdırsa  (S

x

,

i

),  bir  ildən  sonra  bu  insanlar 

sonrakı  yaş  qrupuna  keçirlər.  Đnsanlar  növbəti 

yaşadək 


müəyyən 

ölüm 

cədvəllərindən 

götürülmüş  nisbətdə  ömür  əmsalı  şəkilində  (P



x

): 


x

x

x

L

L

P

1

+



=

olur. Burada L



x+1

 və L



x

 – ölüm cədvəli 

üzrə yaşayanların sayıdır. Siyahıyaalma üzrə yaş-

cins qrupunda (S



x

,

i

) əhalinin sayını müvafiq ömür 

əmsalına  (P

x

,

i

)  vurduqda,  onda  alınan  kəmiyyət 

bir  ildən  sonra  əhalinin  sayını  sonrakı  yaşda 

(S



x+1

,

i

xarakterizə 



edəcək. 

Yaşlar 


üzrə 

yerdəyişmə  metodu  ilə  əhalinin  perspektiv 

hesablanmasının ümumi sxemi:  

 

 



Yaş  

(x

Siyahıyaalma  

üzrə  əhalinin 

sayı (S

x

,

i

Ömür 



əmsalı  

(P



x

,

i

Siyahıyaalma-



dan 

bir 


il 

sonra  əhalinin 

sayı (S

x+1

,

i

 



 



 

 



 

 



S

0,t          

                 P

0,t  

=                                                            

                                                       S

1,t

 

S

1,t          

                 P

1,t  

=    

                                       S

2,t      

       S

2

, t,  

S

2,t          

                 P

2,t  

=              

                                     S

3,t

             S

3

, t   

S

3,t          

                 P

3,t  

=    

                                       S

4,t

           S

4

, t 

 

 



Belə hesablamalar beşillik yaş intervalları üzrə də 

aparıla  bilər.  Bu  halda  həm  P



x

,

i

,  həm  də  S



x

,

i 

eyni 


yaş intervalları kimi götürülməlidir. 

O yaşda uşaqların gələcək sayı (yaxud 0–4 yaşda, 

əgər  hesablama  beşillik  yaş  intervalları  üzrə 

aparılırsa) aşağıdakı sxem üzrə müəyyən edilir:  

 


Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   175   176   177   178   179   180   181   182   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling