Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova


Download 17.41 Mb.
Pdf ko'rish
bet183/183
Sana06.03.2017
Hajmi17.41 Mb.
#1858
1   ...   175   176   177   178   179   180   181   182   183

YÜKLƏRĐN  GÖNDƏRĐLMƏSĐ

  –  dəmir 

yolu  şəbəkəsinin  müəyyən  məntəqələri  arasında, 

bir  yük  göndərən  və  bir  yük  qəbul  edən 

göstərilməklə,  ayrı-ayrı  yükdaşıma  sənədləri  üzrə 

daşımaya 

qəbul 


edilmiş 

yük 


partiyasıdır. 

Müşahidə  vahidi  hesab  edilir,  yükün  qəbul 

edilməsi  anından  yükü  qəbul  edənə  vermə  anına 

qədər bütün proseslərin əks olunmasını təmin edir 

(“Göndərmə kateqoriyası”na bax).  

 

YÜKLƏRĐN 

TƏSNĐFATI 

– 

daşınan 


məhsulların 

həm 


istehsal 

xüsusiyyətləri 

(mənşəyini,  emalının  başa  çatma  dərəcəsini, 

təyinatını),  həm  də  daşınma  xüsusiyyətlərini 

(dəmir  yol  nəqliyyatı  vasitələrinin  növlərini, 

həcmliliyini,  iriliyini  və  s.)  üzrə  əlamətlərin 

qruplaşdırılmasıdır.  Yüklərin  təsnifatı  iqtisadi-

nəqliyyat  əlaqələrinin  öyrənilməsinə,  ayrı-ayrı 

nəqliyyat  növlərində  və  ümumilikdə  tariflərin  və 

daşımaların 

müəyyənləşdirilməsi 

məqsədinə 

xidmət  edir.  Yüklərin  təsnifatı  nomenklatura 

adlanan, 

yüklərin 

sistemləşdirilmiş 

siyahısı 

şəklində  tərtib  olunur.  Dəmir  yolu  və  su 

nəqliyyatının  vahid  statistik-tarif  nomenklaturası 

11  bölmə,  69  qrup,  250  mövqe,  4000-dən  çox 

adda  yük  növlərinə  bölünür.  Nəqliyyatın  digər 

növlərində  qrupların  sayı  kəskin  ixtisar  edilmiş 

daha yığcam nomenklaturadan istifadə edilir. 

Azərbaycanda  Nəqliyyat  Statistikası  üçün  Yük 

Təsnifatı  (NSYT)  2005—ci  ildən  tətbiq  edilir. 

“Nəqliyyat 

statistikası 

üçün 


yük 

təsnifatı 

(siyahısı)” 

nəqliyyat 

statistikası 

sahəsində 

məlumatların  mübadiləsini  təmin  etməyə  imkan 

verir  və  Azərbaycanda  milli  versiyaları  olan 

beynəlxalq  təsnifatlarla  -  “Fəaliyyət  növü  üzrə 

Məhsul  Növləri  Təsnifatı”nın  (Milli  versiyası: 

Məhsul  Növləri  Təsnifatı)  və  “Bütün  Đqtisadi 

Fəaliyyət  Növlərinin  Beynəlxalq  Standart  Sahə 

Təsnifatı”  (Milli  versiyası:  Đqtisadi  Fəaliyyət 

Növləri Təsnifatı) ilə uzlaşdırılmışdır.  

 

 


 

711


YÜKLƏRĐN  VƏ  SƏRNĐŞĐNLƏRĐN  DA-

ŞINMASI

  –  nəqliyyatın  fəaliyyətinin  faydalı 

nəticəsidir. O, yüklərin və sərnişinlərin daşınması, 

sərnişin  dövriyyəsi  və  yük  dövriyyəsi  (yəni 

uzaqlıq  nəzərə  alınmaqla,  daşımanın  həcmi) 

göstəriciləri ilə xarakterizə olunur. Bu göstəricilər 

üzrə  məlumatlar  nəqliyyatın  növləri,  əlaqənin 

növləri  (beynəlxalq,  şəhərlərarası,  şəhərətrafı, 

şəhərdaxili), yükün növləri üzrə verilir 

 

YÜKSƏK  EYNĐLƏŞDĐRMƏ  TƏNLĐYĐ 

 

əgər  k–m>s–1  olarsa,  ekonometrik  modelin 



struktur tənliyi yüksək eyniləşdiricidir, burada k – 

modelin 


əvvəlcədən 

müəyyən 


edilmiş 

dəyişənlərinin  sayı;  m  –  modelin  verilən  struktur 

tənliyinə 

daxil 


olan 

əvvəlcədən 

müəyyənləşdirilmiş 

dəyişənlərinin 

sayı; 

s

modelin  verilən  struktur  tənliyinə  daxil  olan 

endogen  dəyişənlərinin  sayıdır.  Əgər  k-m  =  s-1 

olarsa,  onda  tənlik  eyniləşdirilmiş  və  ya  dəqiq 

eyniləşdirilmiş adlanır.  

 

YÜKSƏK RĐSKLƏ MÜŞAYĐƏT EDĐLƏN, 



SONUNCU  CĐNSĐ  ƏLAQƏDƏ  QORU-

YUCU  VASĐTƏLƏRDƏN  ĐSTĐFADƏ  ET-

MĐŞLƏRĐN  PAYI

 

(Minilliyin 

bəyanna-

məsində əks olunmuş inkişaf göstəricilərindən) 

-  son  12  ay  ərzində  daimi  olmayan  cinsiyyət 

tərəfdaşları  ilə  cinsi  əlaqə  zamanı  qoruyucu 

vasitələrdən  istifadə  haqqında  məlumat  verən  15-

24 yaşlı gənc insanların sayıdır.  

Son  12  ay  ərzində  daimi  olmayan  cinsi 

tərəfdaşlarla (yəni həyat yoldaşı və yaxud məşuqu 

olmayanlar) 

cinsiyyət 

əlaqəsində 

olduqları 

haqqında  və  bu  və  ya  digər  tərəfdaşlarla  axırıncı 

cinsi  əlaqədə  olarkən  qoruyucu  vasitələrdən 

istifadə  etmələri  haqqında  məlumat  verən  15-24 

yaşlı  respondentlərin  sayı,  son  12  ayda  daimi 

olmayan cinsi əlaqədə olmaları haqqında məlumat 

vermiş  15-24  yaşlı  respondentlərin  ümumi 

sayında payı kimi hesablanır.  

 

YÜKÜN  BOŞALDILIB  YÜKLƏNMƏSĐ  



(ĐŞLƏNMƏSĐ)

  –  yükün  limanın  anbarları 

vasitəsilə  bir  nəqliyyat  növündən  digərinə  və  ya 

bilavasitə  bir  nəqliyyat  vasitəsindən  digərinə 

(dəmir 

yolu 


vaqonlarından, 

avtomobil 

nəqliyyatından  su 

nəqliyyatına 

və 

əksinə) 


verilməsidir. Yükün boşaldılıb yüklənməsi birbaşa 

variantla  (bir  nəqliyyat  vasitəsindən  digərinə) 

daha  əlverişli  hesab  edilir.  Belə  ki,  bu  zaman 

yükün  limanın  anbarlarına  daşınması  və  onun 

başqa  nəqliyyat  vasitəsinə  yüklənməsinə  qədər 

orada saxlanması zəruriliyi aradan qaldırılır. 

 

YÜKÜN  ÇATDIRILMASININ  DAVAM-

LILIĞI

  –  göndərilmə  məntəqəsindən  təyinat 

məntəqəsinə,  yük  alıcısının  ünvanına  yükün 

çatdırılmasının  günlərlə  vaxtıdır.  Göndərmə  üzrə 

və  göndərmələrin  məcmusu  üçün  orta  hesabla  1 

göndərmə 

üzrə 


göndərmə 

günlərdə, 

göndərmələrin  çatdırma  vaxtını  göndərmələrin 

sayına  bölməklə,  göndərmələrin  kütləsinin  1 

tonuna  ton-günlərdə  göndərmələrin  çatdırma 

vaxtını  göndərmələrin  tonla  çəkisinə  bölməklə 

müəyyən olunur. 

 


 

712 


-Z-

Zaman laqı.................................................. 713 

Zaman sırası ............................................... 713 

Zavoddaxili dövriyyə ................................. 713 

Zəmanət ...................................................... 713 

Zəncirvari qiymət indeksi .......................... 713 

Zərərli maddələrin atmosferə  atılması ...... 713 

Zəvvar turları.............................................. 713 



 

713


ZAMAN LAQI

“Gecikmək” sözünə bax. 

 

ZAMAN SIRASI

 - bərabər vaxt intervallarında 

həyata  keçirilmiş,  t  -  müşahidə  anlarında 

(t=1,2,...T)  hər  hansı  X



t

  göstəricisinin  müşahidə 

edildiyi  vaxtda  nizamlanmış  sırasıdır.  Zaman 

sırası  bəzən  dinamika  sırası  da  adlandırılır 

(“Dinamika sırası”na bax). 

Sıranın  “uzunluğu”  dedikdə,  adətən,  əvvəlki 

müşahidədən  sonrakı  müşahidəyədək  keçən  vaxt 

və  ya    T  müşahidəsinin  sayı  -  seçmənin  həcmi 

başa düşülür.  

 

ZAVODDAXĐLĐ  DÖVRĐYYƏ

  –  müəyyən 

dövrdə  istehsalçı-müəssisə  tərəfindən  özünün 

sənaye-istehsal  ehtiyacları  üçün  istehsal  olunmuş 

və müəssisə daxilində məhsul istehsalı prosesində 

istehlak edilmiş sənaye məhsullarının dəyəridir. 

 

ZƏMANƏT



  –  (I)  –

  müəyyən  şəxs  tərəfindən 

pul, 

yaxud 


əşya 

öhdəliklərinin 

yerinə 

yetirilməsinə  zəmanət,  qəbul  edilmiş  öhdəliklərin 



yerinə yetirilməsinə məsuliyyət formasıdır; 

(II) 

-    borclunun  özü  tərəfindən  kreditin 

ödənilməsi  qabiliyyəti  olmadıqda,  üçüncü  tərəfin 

bu borcu ödəməsi üçün onun razılığıdır. Zəmanət 

şərtli  və  şərtsiz  ola  bilər,  kreditin  bir  hissəsini  və 

ya    bütün  məbləğini  ödəyə  bilər,  müqavilə  ilə  və 

ya    təslim  yazısı  ilə  rəsmiləşdirilə  bilər.  Zəmanət 

əməliyyatlarında  iştirak  edən  bankların  sayından 

asılı  olaraq,  birbaşa,  dolayısı  və  vasitəçilik 

zəmanətlərini fərqləndirirlər. 



 

ZƏNCĐRVARĐ  QĐYMƏT  ĐNDEKSĐ

 

 

dövrün  qiymətlərinin  keçən  dövrün  qiymətlərinə 



aid  edilməsi  metodu  əsasında  qurulur.  Statistik 

təcrübədə  uzunmüddətli  vaxt  ərzində  qiymət 

indeksinin  hesablanmasında  istifadə  olunur. 

Zəncirvari  metodun  seçilməsi  keçid  dövründə 

istehsalın    və  istehlakın  qeyri-sabit  vəziyyəti  ilə 

şərtlənmişdir. Belə ki, bu zaman əmtəə dəstlərində 

daimi  dəyişikliklər  baş  verir  və  praktiki  olaraq 

yalnız  nəticələrin  qarışıq  müqayisəliliyi  təmin 

edilir  (yəni  bilavasitə  bir-birinin  ardınca  gələn  2 

ay  çərçivəsində  müqayisəlilik).  Bu  şəraitdə 

zəncirvari qiymət indeksi konkret dövr üçün daha 

dəqiq  və  daha  elastik  hesab  edilir.  Belə  ki,  qeyd 

edilmiş 

bazada 


qiymət 

indekslərinin 

hesablanmasında  qaçılmaz  olan  əlavə  hesabat 

tələb  edilmədən  əmtəələrin  dəyişməsi  həyata 

keçirilir.  

 

ZƏRƏRLĐ  MADDƏLƏRĐN  ATMOSFE-

RƏ    ATILMASI

  –  (I) 

bütün  antropogen 

(insanın  cari  təsərrüfat  fəaliyyəti  ilə  birbaşa  bağlı 

olan)  mənbələrdən  insan  və  ətraf    mühit    üçün 

təhlükəli  olan  zərərli  maddələrin  atmosferə  daxil 

olmasıdır.  

Stasionar  mənbələr  tərəfindən  atmosferə  atılan 

zərərli  maddələrin  tərkibinə  daxildir:  mütəşəkkil 

çirklənmə mənbələrindən, yəni toz-qaztəmizləyici 

qurğulardan 

keçdikdən 

sonra 


(natamam 

təmizləmə nəticəsində) hava hövzəsinə daxil olan 

çirkləndiricilər  və  təmizləmədən  keçmədən  hava 

hövzəsinə  daxil  olan  çirkləndiricilər  (qeyri-

mütəşəkkil  mənbələrdən).  Ev  təsərrüfatlarında 

olan  tullantıların  hesablanması  xüsusi  qaydada 

aparılır. 

Qeyri-stasionar  (hərəkətdə    olan)  mənbələrdən 

atmosferə  daxil  olan  tullantıların  hesablanması 

avtomobil,  dəmir  yolu,  dəniz,  çay,  hava 

nəqliyyatları üzrə aparılır. Atmosferə çirkləndirici 

maddələrin  daxil  olmaları  statistikası  bütövlükdə 

bütün  tərkiblər  (kiloqram  və  tonla),  onların  ayrı-

ayrı  növləri,  həm  də  konkret  bir  maddənin  (onun 

son dərəcə yol verilə bilən qatılığında) miqdarının 

statistik  ölçülməsindən  sonra  şərti  hesablamalarla 

uçota alınır.  

Məlumatların 

işlənməsi 

(ümumiləşdirilməsi), 

nisbətən  iri  şəhərlər  və  ekoloji  vəziyyətin  gərgin 

olduğu  təsərrüfat  mərkəzləri  ayrılmaqla,  sahə 

(fəaliyyət  növü),  idarə  və  inzibati  bölmələr  üzrə  

həyata keçirilir.  



(II) 

- ətraf mühitin qorunmasına çəkilən xərclərin 

ölçülməsində  tez-tez  müraciət  olunan,  ətraf 

mühitin  öyrənilməsinin  bir  bölməsidir.  Bu  bölmə 

atmosferə  atılan  zərərli  qazların,  mayelərin  və 

tozların  qarşısının  alınmasını,  azalmasını  və 

onların monitorinqini əhatə edir. 

 

ZƏVVAR  TURLARI



  - 

mömin  və  dindarların 

müqəddəs  yerlərə,  müxtəlif  sitayiş  obyektlərinə 

təşkil  olunmuş  səfərlərdir,  çox  zaman  dini 

qurumlar 

tərəfindən 

dini 

bayramlarla 



(mərasimlərlə) əlaqədar olaraq təşkil olunur.  

 


 

714 


Đstifadə olunan ədəbiyyatların siyahısı 

 

 



Azərbaycan Respublikasının Konstitusiyası – 12.11.1995, № 00. 

Sahibkarlıq  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  –  15.12.1992, 

№ 405. 

Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu – 18.02.1994, № 789 



Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunu – 18.02.1997, № 250-

QD. 


Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu – 21.07.2000, № 926-

IQ. 


Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  registri  haqqında

  A


zərbaycan 

Respublikasının Qanunu – 12.12.2003, № 560-IIQ 

Dövlət  borcu  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  –  29.12.1992,  №42 

(qüvvədən düşüb) 22.05.2007, № 334-IIIQ 

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu – 16.01.2004, № 590-IIQ. 

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu – 10.12.2004, № 802-

IIQ. 

Mühasibat  uçotu  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  –  29.06.2004,  № 



716-IIQ. 

Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu – 14.06.2005, 

№ 926-IIQ.  

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu – 19.06.2009, № 833-IIIQ. 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 10.06.1997, № 311-IQ. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsi – 01.02.1999, № 618-IQ.  

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi – 25.06.1999, № 695-IQ. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi – 28.12.1999, 779-IQ. 

Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 28.12.1999, № 781-IQ. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi – 30.12.1999, № 787-IQ. 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi – 11.07.2000,  905-IQ. 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi – 30.06.2009, № 845-IIIQ. 

Azərbaycan  Respublikasında  kiçik  sahibkarlıq  subyektlərinin  meyarlarının 

müəyyənləşdirilməsi  və  “Kiçik  sahibkarlığa  dövlət  köməyi  haqqında”  Azərbaycan 

Respublikası  Qanunundan  irəli  gələn  vəzifələrin  icrasını  təmin  etmək  məqsədilə 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  18  dekabr  192  nömrəli 

qərarı. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume  I,  Business registers  -  Luxembourg:  Office  for  Official  Publications of  the 

European Communities, 1994. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume  II,  Structural  business  statistics  -  Luxembourg:  Office  for  Official 

Publications of the European Communities, 1995. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume III, Business accounting - Luxembourg: Office for Official Publications of 

the European Communities, 1994. 



 

715


English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume  IV,  Foreign  trade  -  Luxembourg:  Office  for  Official  Publications  of  the 

European Communities, 1994. 

English/Russian glossary of statistical terms with multilingual entries (first edition), 

Volume V, National Accounts - Luxembourg: Office for Official Publications of the 

European Communities, 1994. 

Methodology  for  business  statistics,  Glossary  of  Business  statistics  (Eurostat,  1998 

edition)  –  Методология  статистики  предпритий  Глоссарий  по  статистике 

предприятий  -  Luxembourg:  Office  for  Official  Publications  of  the  European 

Communities, 1999. 

Glossary of statistical terms (OECD), 2007. 

SNA-93 (Commission of European Communities, IMF, OECD, UN, Word Bank). 

ESA-95. 

Glossary  of  terms  for  the  Standardization  of  Geographical  names,  United  Nations, 

New York, 2002.   

Methodology for business statistics, Glossary of business statistics (EC, Eurostat). 

English-Polish Statistical Dictionary.  

«Инкотермс – 2000. Официальный перевод» изд. Эакон и Бизнес, Спб, 2001. 

«Курс социально-экономической статистики», Москва, Финстатинформ – 2002.  

“Minilliyin  bəyannaməsində  əks  olunmuş  inkişaf  (tərəqqi)  məqsədlərinə  nail 

olunmanın monitorinqi üçün göstəricilər” BMT, Nyu-York, 2006-cı il. 

Человеческое развитие: новое измерение социально-экономического прогресса, 

Учебное пособие, Москва, Издательство «Права человека», 2008. 

Система  национальных  счетов,  1993,  том  –  1  (Подготовлено  под  эгидой 

Межсекретариатской  рабочей  группы  по  национальным  счетам,  Комиссия 

Европейских  сообществ  –  Евростат,  Международный  валютный  фонд, 

Организация  экономического  сотрудничества  и  развития,  Организация 

Объединенных  Наций,  Всемирный  банк,  Брюссель/Люксембург,  Вашингтон, 

О.К., Нью-Йорк, Париж – 1998 год. 

Система  национальных  счетов,  1993,  том  –  2  (Подготовлено  под  эгидой 

Межсекретариатской  рабочей  группы  по  национальным  счетам,  Комиссия 

Европейских  сообществ  –  Евростат,  Международный  валютный  фонд, 

Организация  экономического  сотрудничества  и  развития,  Организация 

Объединенных  Наций,  Всемирный  банк,  Брюссель/Люксембург,  Вашингтон, 

О.К., Нью-Йорк, Париж – 1998 год. 

«Статистический  словарь»,  Государственный  комитет  Российской  Федерации 

по статистике, 1996, Финстатинформ, 1996. 

Əhali məsələləri üzrə ensiklopedik lüğət, Bakı-2008. 

Đzahlı iqtisadi terminlər lüğəti, I və II cildlər, Bakı-Nurlan-2005. 

Hüquq ensiklopediyası, Bakı-Qanun-2007.  



 

716 


M Ü N D Ə R Đ C A T 

 

 

Müqəddimə....................................... 



L.....................................................  399 

Lüğətdən istifadəyə dair tövsiyələr.. 

M....................................................  407 



A....................................................... 

N.....................................................  487 



B....................................................... 

45  O.....................................................  511 

C....................................................... 

81  Ö.....................................................  517 

Ç....................................................... 

86  P..................................................... 

527 

D....................................................... 



93  R.....................................................  545 

E.......................................................  143  S..................................................... 

559 

Ə.......................................................  173  Ş..................................................... 



614 

F........................................................  217  T.....................................................  620 

G.......................................................  228  U.....................................................  662 

H.......................................................  241  Ü.....................................................  671 

X.......................................................  262  V.....................................................  677 

Đ.........................................................  277  Y.....................................................  687 

J.........................................................  342  Z ....................................................  712 

K.......................................................  344  Đstifadə olunan ədəbiyyatların  

 

Q.......................................................  379 



 

siyahısı 



Download 17.41 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   175   176   177   178   179   180   181   182   183




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling