Redaktorlar: Y. X. Yusifov, E. E. Yaqublu, F.Ə.Əliyev, G. A. Ağamoğlanova
Download 17.41 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- DEBĐTOR
- DEFLYATORLAŞDIRMA (DEFLYASĐ- YALAŞDIRMA)
- DELĐSTĐNQ (QĐYMƏTLĐ KAĞIZLARIN SĐYAHIDAN ÇIXARILMASI)
- DEMOQRAFĐK AMORTĐZASĐYA
DEBET – müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.
fiziki (borclu) şəxslərdir.
- 1) debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən müəssisəyə çatacaq borcun məbləğidir. Debitor borcu iqtisadi fəaliyyətin normal prosesi və ya maliyyə, yaxud ödəmə intizamının pozulması ilə əlaqədar ola bilər. Debitor borcu xammal və materialların alınması üçün dövriyyə vəsaiti çatışmazlığında vaxtsız
ödəmə hallarında, müəssisə dayanarkən işçilərə əmək haqqının verilməsində müəssisənin dövriyyəsindən vəsaitin ayrılmasını əks etdirir. Debitor borclara daxil edilir: mal, iş və xidmətlərə görə debitorlarla hesablaşmalar üzrə; alınmış veksellər üzrə; törəmə müəssisələrlə, büdcə ilə,
heyətlə; digər
əməliyyatlar üzrə (müəssisənin vəsaiti və ya bank krediti hesabına müəssisənin işçilərinə verilmiş ssuda və istiqraz borcları daxil olmaqla), digər debitorlarla (gözlənilən (qarşıdan gələn)
99 hesablaşmalar üzrə digər müəssisələr tərəfindən ödənilmiş avansların cəmini uçota almaqla, hesabat verməli olan şəxsin (təhtəlhesab), mal göndərən və podratçılara verilən avanslar daxil edilməklə) olan borclar. Đqtisadi fəaliyyətdə normal (qanuni) və müddəti keçmiş debitor borcları fərqləndirilir. Qanunvericiliklə müəyyən olunmuş vaxt ərzində alınmamış debitor borcları kreditor müəssisənin zərərinə yazılır. Debitor borclarının təhlili üçün debitor borclarının ödənməsinin (dövriyyəsinin) orta müddəti: təhlil aparılan dövrdə
debitor borcunun orta kəmiyyətinin bu dövr ərzində göndərilmiş məhsulun həcminə olan nisbəti kimi hesablanır; 2) müəyyənləşdirilmiş vaxt (dövr) və şərtlər əsasında bankın qaytarmalı olduğu, bankın müştərisinin (kontragentinin) aktivində olan pulun miqdarıdır. (II) – şirkətin gəlirlərinin ümumi məbləğinin qeyri-müəyyənliyi nəticəsində, hələlik üçüncü şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış gəlirləridir.
olaraq, icazə verilə bilən yükün və gəminin yanacaq ehtiyatının, ekipajın və onun baqajının, içməli suyunun, azuqəsinin və s. birgə çəkisini əks etdirir.
inflyasiyanın aşağı salınması məqsədilə tədavüldə olan pul vəsaitlərinin bir hissəsinin çıxarılmasıdır.
iqtisadi göstəricilərin, o cümlədən ÜDM-un komponentlərinin müqayisəli qiymətlərdə hesablanması üçün və qiymət dinamikasının ümumiləşdirici məcmu
göstəricilərinin xarakteristikası üçün istifadə edilən müxtəlif indekslərin məcmusudur. Qiymət statistikasında deflyator indeksləri inflyasiyanın miqyasını qiymətləndirən geniş əhatəli göstərici hesab edilir. Deflyatorların tətbiq edilməsi təmsilçi-malların vahid
dəsti əsasında indeksin bilavasitə hesablanması yolu
ilə qiymətin məcmu dəyişməsini müəyyən etməyə imkan verməyən, müxtəlif mürəkkəb struktura malik olan, makro- səviyyəli göstəricilərin xüsusiyyətləri ilə şərtlənir. Deflyatorlar təhlil olunan göstəricinin faktiki qiymətlərdə kəmiyyətinin onun sabit qiymətlərdə olan kəmiyyətlərə nisbəti ilə xarakterizə olunur. Đndeks deflyatorların əsas xüsusiyyəti onların tərtib olunması üçün lazım olan məlumatların, adətən xüsusi olaraq toplanmaması hesab edilir. Bu, onların həm yaxşı cəhətləri, həm də nöqsanları hesab olunur. Belə ki, indeks deflyatorlar ÜDM-un komponentlərinin yenidən qiymətləndirilməsi üçün istifadə olunan məlumatların toplanması və
işlənməsində meydana çıxan bütün problemləri əks etdirir. Makro səviyyədə aqreqasiya olunmuş
göstəricilərin əldə edilməsi üçün göstəricinin komponentlərinin
faktikidən müqayisəli qiymətlərə keçirilməsi həyata keçirilir. Yenidən qiymətləndirilmənin bir neçə metodu mövcuddur: 1) hesabat dövrünün ayrı-ayrı məhsullarının baza dövrünün qiymətlərində qiymətləndirilməsinə imkan
verən, məhsulların bilavasitə qiymətləndirilməsi metodu. Kənd təsərrüfatı məhsullarının istehsalı və istifadə edilməsinin qiymətləndirilməsində tətbiq olunur; 2) qüvvədə olan qiymət və qiymət indekslərindən müvafiq göstəricilərin həcminin dəyəri haqqında məlumatlarda istifadə olunan qiymət indekslərinin deflyasiyalaşdırılması metodu; 3) fiziki həcm indeksləri vasitəsilə ekstrapolyasiya metodu; yenidən qiymətləndirmə baza dövrünün dəyər kəmiyyətləri və fiziki həcm indeksi əsasında yerinə yetirilir. Həcmi müqayisəli qiymətlərdə istehsalının və ya satışının fiziki həcminin dəyişdirilməsi ilə
komponentlərin müqayisəli qiymətlərdə hesablanmasında istifadə edilir.
olunmuş göstəricilərin daimi, müqayisə edilən qiymətlərə çevrilməsidir. ÜDM (əlavə dəyər) göstəricisinin daimi qiymətlərə çevrilməsi üçün iki üsuldan istifadə edilir – birbaşa və ikiqat deflyasiyalaşdırma üsullarından.
ümumi buraxılış göstəricisi, həm aralıq istehlak, həm də əlavə dəyər eyni qiymət indeksi (ümumi buraxılışın qiymət indeksi) vasitəsilə sabit qiymətlərə çevrilir. Bu üsuldan aralıq istehlak üçün ayrıca deflyatorların (qiymət indekslərinin) mövcud olmadığı və ya ümumi məhsul buraxılışı və
aralıq istehlaka dair etibarlı, dürüst məlumatların olmadığı hallarda istifadə olunur. Đkiqat deflyasiyalaşdırma üsulunda isə ÜDM (əlavə dəyər) müvafiq qiymət indeksləri vasitəsilə ayrılıqda deflyasiyalaşdırılmış ümumi buraxılış və aralıq istehlak göstəriciləri arasındakı fərq kimi müəyyən edilir.
gömrük rəsmiləşdirilməsi məqsədilə malları və nəqliyyat vasitələrini bəyan edən, təqdim edən, göstərən hüquqi şəxsdir (və ya malları və nəqliyyat vasitələrini sərhəddən keçirən şəxs, yaxud gömrük brokeridir). Azərbaycan Respublikasında deklarant, malları və nəqliyyat vasitələrini gömrük sərhədindən 100
keçirən
və ya gömrük
brokeri olub-
olmamasından asılı olmayaraq, bütün vəzifələri yerinə yetirən şəxsdir və o, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulan qaydada tam məsuliyyət daşıyır.
bir şirkətin fond birjasına təqdim olunmuş səhm və ya
istiqrazlarının birja dövriyyəsindən çıxarılmasıdır. Adətən, şirkət siyahının tələblərini pozduğu və ya fəaliyyətini dayandırdığı hallarda, birjanın qərarına əsasən
həyata keçirilir. Siyahıdan çıxarılma nəticəsində, çıxarılmış səhmlərlə birja
ticarəti və
onların birja qiymətlərinin dərc edilməsi dayandırılır.
(keç. lat. amortisatio – ödənmə, aşağı salma) - amortizasiya qaydası, əhalinin doğum, ölüm və təbii artımının ümumi əmsallarının dinamikasının empirik müəyyən edilmiş qanunauyğunluğudur. Onunla ifadə olunur ki, demoqrafik proseslərin yaş intensivliklərinin kəskin dəyişməsi vaxt keçdikcə yavaş-yavaş sönür
və sabitləşir. Demoqrafik amortizasiya ümumi əmsalların əhalinin yaş tərkibinə təsirindən və yaş tərkibinin ümumi əmsalların kəmiyyətinə əks təsirindən irəli gəlir. Məsələn, ümumi doğum əmsalının artması uşaqların sayının artmasına və müvafiq olaraq, reproduktiv yaşlarda olan şəxslərin payının aşağı düşməsinə gətirib çıxarır. Nəticədə ümumi doğum əmsalı aşağı düşür, bu da öz növbəsində uşaqların sayının azalması və reproduktiv yaşlarda olan şəxslərin payının müvafiq olaraq artması ilə nəticələnir. Real əhalidə demoqrafik amortizasiya hadisəsi, bir qayda olaraq, demoqrafik proseslərin gedişinin başqa dəyişiklikləri ilə mürəkkəbləşir.
– əhalinin ümumi sayında uşaqların (0–14 yaş), yaxud cavanların payının artmasıdır. Demoqrafik cavanlaşmanın əsas amilləri doğumun artması və körpələrin və uşaqların ölümünün azalması ola bilər. Demoqrafik keçid konsepsiya ilə təsvir olunan demoqrafik proseslərin müxtəlif ölkələrdə təkamülünü nəzərə alaraq,
demoqrafik cavanlaşma prosesi əsasən müvəqqəti xarakter daşıyır və sonra yaş strukturunun ümumi dəyişmə qanunauyğunluğu – demoqrafik qocalma ilə əvəz olunur. Ayrı-ayrı ərazilər üçün demoqrafik cavanlaşmaya cavan yaşda adamların intensiv immiqrasiyası da səbəb ola bilər.
–
şərti kəmiyyət; demoqrafik cədvəlin bəzi göstəricilərini hesablamaq üçün qəbul olunmuş miqyasdır. Adətən 10 minə, yaxud 100 minə bərabər qəbul olunur. Nadir hallarda demoqrafik cədvəlin kökü kimi 10-a bölünə bilən digər kəmiyyətlərdən də istifadə olunur. Demoqrafik cədvəlin kökü seçilərkən nəzərə alınır ki, demoqrafik cədvəlin göstəricilərinin dəqiqliyi ilə demoqrafik cədvəlin kökü arasında əks əlaqə mövcuddur. Belə ki, əgər cədvəlin çıxış göstəricisinin dəqiqliyi 0,0001 təşkil edirsə, onda demoqrafik cədvəlin kökü 10 mindən artıq olmamalıdır. Demoqrafik cədvəli hər hansı
qəbul etdikdə, koqortanın başlanğıc sayı (ölüm cədvəllərində doğulanların, boşanma cədvəllərində nikaha
daxil olanların sayı) demoqrafik cədvəlin kökünə bərabərləşdirilir. DEMOQRAFĐK CƏDVƏLLƏR – koqortada bir və ya bir neçə demoqrafik proseslər axınını xarakterizə edən, bir-biri ilə qarşılıqlı əlaqədə olan kəmiyyətlərin nizamlanmış sıralarıdır. Rəqəmli modellərdir, müvafiq demoqrafik prosesin koqortanın öz vaxtından asılı olaraq (məsələn, yaş, nikahın müddəti), intensivliyinin dəyişməsini və müvafiq prosesin təsiri altında koqortanın öz sayının dəyişməsini əks etdirir. Demoqrafik cədvəllər – demoqrafik prosesləri göstərmək üçün ən çox yayılmış cədvəl növlərindən biridir. Demoqrafik cədvəllərin qurulması nəzəriyyəsi daim inkişafdadır, onlar demoqrafik təhlilin ən effektiv alətidir və demoqrafik modellərin çoxunun əsasını təşkil edir. Demoqrafik cədvəllər demoqrafik prosesləri həm real, həm də hipotetik koqortada xarakterizə edə bilir. Cədvəl qarşılıqlı əlaqədə olan göstəricilər dəstindən ibarətdir. Eyni tipli göstəricilərin hər sırası cədvəlin vahid şkalası üzrə hesablanır. Koqortanın yaranmasından keçmiş vaxt cədvəlin şkalasıdır – yaşdır (doğulduğu andan keçmiş vaxt), nikahın müddəti (nikahın bağlanmasından keçmiş vaxt) və s. Cədvəlin şkalasındakı vaxt illərlə, həmçinin illər və günlərlə ölçülür. Şkalanın addımından asılı olaraq, cədvəllər tam – addımı 1 il, qısa – daha iri addım, adətən 5, yaxud 10 il, cədvəllərə bölünür. Cədvəlin şkalası sol sütunda yerləşir. Demoqrafik cədvəllərin bütün
göstəriciləri vahid miqyasda demoqrafik cədvəlin kökü adlanır və hər hansı bir bütöv rəqəmə, adətən 10 000, yaxud 100 000-ə bərabər qəbul olunur; bu rəqəm koqortanın şərti çıxış sayıdır. Demoqrafik cədvəllərin iki əsas tipi mövcuddur –
ilə, həm də onların interpretasiyaları ilə fərqlənir. Demoqrafik cədvəllərin tipi prosesin demoqrafik hadisəsinə insanın həyatında təkrar olunan, yaxud təkrar olunmayan hadisə kimi baxılmasından asılıdır. Prinsipcə, təkrar olunmayan hadisə 101
ölümdür, başqa hadisələr (nikah, boşanma) təkrar olunan hadisələrdir və bunlar üçün ümumi demoqrafik cədvəllər, təkrar olunmayanlar üçün – xüsusi cədvəllər qurulur. Demoqrafik cədvəllərin bütün göstəriciləri öz aralarında müəyyən nisbətlərlə qarşılıqlı bağlıdır. Bu nisbətlərin iki forması var: nəzəri (analitik), bunda rəqəm (cədvəl) formasında verilmiş kəmiyyətlərlə yalnız müəyyən dəqiqlik dərəcəsində yerinə yetirilən hərəkətlər ola bilər (loqarifmləşdirmə, inteqrasiya və s.); praktiki forma, burada bütün analitik nisbətlər elə sadələşdirilir ki, dəqiq hesablana bilər. Bütün göstəricilər bu nisbətlərin köməyi ilə istənilən göstəricidən alına bilər. Lakin bu nisbətlərdən yalnız biri çıxış göstəricisidir və ondan müəyyən qaydada qalanları alınır. Çıxış göstəricisi kimi sadə yolla və ən az ehtimallarla statistik məlumatlardan alınan göstərici seçilir. Bütün demoqrafik cədvəllərdə hesablanan ən universal göstəricilər cədvəl əmsallarıdır (ölüm əmsalları, nikah əmsalları, doğum əmsalları və s.). Onlar həm sadə, yəni koqortanın bir ömür intervalında verilmiş vaxt ərzində hadisələrin orta sayını, yaxud diferensial, yəni həmin növdən olan hadisələrin orta tezliliyini göstərir. Məsələn, verilmiş səbəbdən ölümlər, həmin yaşda olan partnyorlarla nikahlar və s.
göstəricidir. O, şkalanın addımından dəyişməyən və cədvəlin kökünə bərabər qalan koqortanın bütün sayına qarşı hesablanır. Xüsusi demoqrafik cədvəllər daha dərin və mürəkkəb göstəricilər sistemini təşkil edir. Burada interval əmsallarından başqa, şkalanın verilmiş intervalında hadisənin baş vermə ehtimalı əsas yeri tutur, əmsaldan fərqli olaraq, verilmiş interval üçün məcmunun ilk sayına nisbətlə hesablanır. Əmsallar kimi, ehtimallar da sadə və diferensial ola bilər. Hadisənin baş vermə ehtimalından başqa, cədvəldə çox vaxt
onun 1-dək
tamamlanması, yəni
koqortanın tərkibindən çıxmamaq ehtimalı verilir. Ehtimal və cədvəl əmsalları öz aralarında belə nisbətlərlə bağlıdır: a- dan a+1-dək hər intervalda k
ehtimalı aşağıdakılara bərabərdir: ∫ −
+ − + 1 ) ( 1 / 1 a a dx x a a e p γ , ∫ + − − + ∫ ∫ − = + 1 ) ( ) ( 1 / 1 1 a a dx x dx x a a dy e e k a a γ γ Göründüyü kimi, bu əlaqə düz yox, dolayıdır, hər iki nisbətə γ(x) kəmiyyət daxildir. Prosesin gücü adlanan bu kəmiyyətin özü hesaba gəlmir. Lakin riyazi demoqrafiyada mühüm əhəmiyyətə malikdir və demoqrafik cədvəllər nəzəriyyəsində mərkəzi yer tutur. Çünki ayrı-ayrı göstəriciləri öz aralarında bağlayır və onların interpretasiyasına kömək edir. Koqortanın formalaşması anından şkalanın verilmiş anınadək olan bütün vaxt kəsiyi ərzində koqortanın tərkibində
demoqrafik cədvəllərin mühüm göstəricisidir və koqortanın çıxış sayına nisbətən hesablanır. Demoqrafik cədvəllərin əsas göstəricilərinin sayına həmçinin şkalanın həmin intervalında koqortadan çıxma ehtimalı daxildir və bütün çıxmalar məcmuya nisbətən hesablanır. Xüsusi cədvəllərdə ehtimallılıq göstəricilərindən başqa, şkalanın verilmiş intervalında baxılan hadisənin baş vermədiyi şəxslərin yaşamış insan- illərin sayının göstəricisi var. Bu göstəricinin başqa göstəricilərlə əlaqəsi analitik ifadə ilə müəyyən edilir:
∫ + − + ∫ = 1 ) ( 1 / 0 λ
burada onun, əmsallar və ehtimallara nisbəti görünür. Sadəliyinə və informasiya daşıyıcısı olduğuna görə, demoqrafik cədvəllərdə verilmiş demoqrafik vəziyyətdə gözlənilən, yaxud orta yaşama müddəti (gözlənilən ömür uzunluğu, nikaha daxil olmanın orta yaş cədvəli və s.) xüsusi yer tutur. Xüsusi cədvəllər bir və ya bir neçə demoqrafik proseslərin eyni vaxtda hərəkətini (ölüm və miqrasiyanı, subayların ölümü, nikah vəziyyəti və s.) təsvir edə bilər. Bir cədvəldə bir neçə proseslərin eyni vaxtda təsviri o zaman tətbiq olunur ki, onların hərəkəti qarşılıqlı əlaqədədir və koqortanın sayının azalmasına müxtəlif növ hadisələr səbəb olur. Adətən, əsas təsvir olunan proses bu prosesin təsiri altında şəxslərin çıxmasına gətirib çıxaran digəri ilə kombinasiya edilir. Məsələn, heç vaxt nikahda olmayanlar üçün kombinasiya edilmiş nikah və ölüm cədvəlləri, nikahda olanlar üçün boşanma və dul qalma cədvəlləri və s. qurulur. Kombinasiya edilmiş cədvəllərdən fərqli olaraq, yalnız bir prosesi təsvir edən cədvəl xalis cədvəl adlanır. Xalis cədvəlin göstəricilərini almaq üçün nəzərdə tutulur ki, proseslər (i) müstəqildir və onların hərəkəti additivdir, bundan çıxış edərək proseslərin gücləri toplanır. Xalis cədvəldə ehtimalın nisbəti
(
(qeyri-asılı ehtimal) və kombinasiya edilmiş cədvəldəki ehtimalların
(asılı ehtimal) aşağıdakı düsturda ifadə olunur: 102
w i i a i a p p − − = ∑ 1 1 (
burada ∑ ∫
∫ + + = i a a i a a i dx x dx x w 1 1 ) ( ) ( γ γ . Adətən kombinasiya edilmiş demoqrafik cədvəllər və müvafiq xalis cədvəllər istifadə üçün rahatlığa görə yanaşı yerləşir. Çünki, onların müqayisə edilməsi təhlil üsullarından biridir. Çox vaxt demoqrafik cədvəllərin kompleksləri qurulur. Bu cədvəllər onunla bağlıdır ki, bir prosesin nəticəsində koqortadan çıxanlar eyni zamanda digər prosesə mail olan koqortaları formalaşdırır. Cədvəllər kompleksinin başqa tipi o vaxt alınır ki, eyni tipli şkalaları olan ardıcıl, yaxud paralel prosesləri təsvir edən cədvəllər vahid sistemə birləşir, bir koqortadan çıxmış şəxslər yenisini formalaşdırır, başqa cədvəldə təsvir olunan koqortanı doldurur. Multistatus
bütün
növləri demoqrafik proseslərin təhlili və proqnozu üçün işlənmiş multiregional cədvəllərin kompleksindən ibarətdir.
Download 17.41 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling