Referat Plan Atropatena dövlətinin yaranması. Atropatenanın adlandırılması. Atropatenanın paytaxtı


Atropatena və Ermənistan əlaqələri


Download 42.59 Kb.
bet7/7
Sana28.12.2022
Hajmi42.59 Kb.
#1017085
TuriReferat
1   2   3   4   5   6   7
Bog'liq
Az t

Atropatena və Ermənistan əlaqələri
Bu ərəfədə Ermənistan yaylasında meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər.

Strabon yazır: “...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı böyütdü... Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər. Onlar midiyalılardan (atropatenalılardan) Kaspiananı, Favnitidanı və Basoropedanı, iberlərden Pariadr dağlarının ətəklərini, Xorzenanı və Qoqarenanı... xaliblərdən və mossiniklərdən Karenitidanı və Kseroksenanı..., kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan Taronitidanı... tutub aldılar”.

E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan, antik yunan müəllifi Polibinin təbiri ilə desək, “ən qüdrətli və ən müdrik hökmdarı”, “atropatilər və onlarla həmsərhəd xalqlar üzərində” hökmranlıq edən Artabazanı görürük.

Polibinin yazdığına görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı; beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, “...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən (Rionidən) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Xəzər) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır”.

Gürcü mənbələrinə görə, e.ə. III əsr Kartli (İber) çarlığı tarixində “fars” elementlərinin (bu adın altında Atropatena midiyalılarını nəzərdə tutulur) üstünlüyü dövrü olub. Məhz bu zaman Atropatena ilə Ermənistan arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni kübarları arasında nikah əlaqələri isə adi hal idi.

Ermənistanla münasibətlər heç də həmişə rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi.




Nəticə

Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də Parfiya hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər.




Ədəbiyyat siyahısı


  • Abdulla Fazili – Atropatena, Bakı, 1993

  • AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016

  • Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, II cild, Tehran, 1998.

Download 42.59 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling