Referat Plan Atropatena dövlətinin yaranması. Atropatenanın adlandırılması. Atropatenanın paytaxtı


Download 42.59 Kb.
bet5/7
Sana28.12.2022
Hajmi42.59 Kb.
#1017085
TuriReferat
1   2   3   4   5   6   7
Bog'liq
Az t

İctimai münasibətləri.
Miandob şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən Qazaka (Qanzaka, madalıların qanza sözündəndir, “sərvət, xəzinə” deməkdir), ehtimal ki, artıq Atropatın zamanında dövlətin paytaxtı oldu.

Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az bələdik. Yazılı mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm bilavasitə qaynaqlardan alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr əsasında ümumən Atropatena haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, Atropatena kənd təsərrüfatının, sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf etdiyi, yüksək mədəniyyəti, əhalisinin Atropatena dili və yazı ənənələri olan bir ölkə idi.

Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar göstərir ki, Atropatenada məbəd torpaq sahibliyi inkişaf edibmiş. Antik müəlliflərin məlumatına görə, münbit torpaqlar maqlara məxsus imiş. Quldarlıq da inkişaf edibmiş.

Cənubi Azərbaycan tayfalarının və xalqlarının – kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı.

Atropatena fenomeninin ümumi xarakteristikasını verərkən qeyd etmək lazımdır ki, bu dövlət yeni şəraitdə köhnə Madanın etno-mədəni ənənəsini mahiyyətcə davam etdirsə də və ətraf aləm tərəfindən Mada kimi qavranılsa da, Azərbaycan məfhumunun özü, həmçinin onunla bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və vəziyyətlər məhz Atropatena dövründə təşəkkül tapmağa başlamışdı.

Atropatena tarixinə dair qaynaqlar
Atropatena tarixi haqqında Sasani hökmdarı I Şapur (240-270) tərəfindən Kəbeyi Zərdüştdə yazılmış kitabədən qədim yazılı mənbə aşkar edilməmişdir.Yunan və latın dilində olan antik dövr mənbələri Atropatena, onun əhalisi və sairə ilə bağlı nisbətən ətraflı məlumat vardır. O cümlədən Herodot, Miletli Hekatey, Strabon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində Atropatena haqqında məlumatlara təsadüf edilir.

Miletli Hekatey (e.ə. VI-V əsrlər) “Yerin təsviri” adlı əsərində Atropatena ərazisində yaşayan tayfalar (xüsusilə maqlar) haqqında maraqlı məlumatlar vermişdir. Skiflərin və kimmerlərin Əhəmənilər dövlətinin satraplıqlarına (Atropatena ərazisinə) yürüşləri haqqında olan məlumatlara Herodotun (e.ə.484-425) “Tarix” əsərində rast gəlinir. Atropatena haqqında ilk dəfə ətraflı məlumat verən Amasiyalı Strabon (e.ə. I əsr – b.e. I əsri) olmuşdur. Strabon Atropatenanın ərazisi, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qoşunları, adət və ənənələri barədə məlumat vermişdir.

İran tarixçilərindən Cəmaləddin Fəqih, Cavad Məşkur, Əli Sami, Əbülfəzl Nəbii, Rəhim Hüveyda, Seyid Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə, Səid Nəfisi, ədəbiyyatçılardan Purdavud İbrahim, Məhəmməd Müin, arxeoloqlardan Mahmud Rad, Əli Hakimi, Əliəkbər Sərəfraz və başqaları İran tarixi ilə yanaşı, Azərbaycanın da qədim dövr tarixi ilə bağlı müəyyən araşdırmalar aparmış və fikir bildirmişlər. Bu tədqiqatçılar öz əsərlərində Atropatenanın sərhədləri, faydalı qazıntıları, şəhərləri, tarixi coğrafiyası, sakinlərinin etnik tərkibi, dili, dini görüşü, maddi mədəniyyəti, habelə siyasi tarixi haqqında məlumat vermişlər.

XIX əsrin sonu, XX əsrin əvvəllərində A.Kristensen Sasanilər dövrü haqqında bütün mənbələri gözdən keçirib fundamental tədqiqat əsəri yazmışdır. A.Kristensen həmin əsərində Sasanilər imperiyası tərəfindən tabe edilərək kusta çevrilən Atropatena haqqında da bir sıra dəyərli məlumatlar vermişdir.

Görkəmli şərqşünaslardan N.V.Piqulevskaya, M.M.Dyakonov, İ.M.Dyakonov, V.Q.Lukonin, A.Q.Perixanyan, Z.İ.Yampolski, Ə.S.Sumbatzadə, F.M.Məmmədova, K.H.Əliyev, A.H.Fazili, T.M.Məmmədov, S.Y.Qasımova və başqaları Atropatena tarixinin bir sıra problemlərinə dair tədqiqat işləri aparmışlar.


Download 42.59 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling