Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet28/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

so 
343

Konstitusiyaya  qadın  hüquqlarının  daxil  edilməsi  işi 
həvalə edilir.  22 yaşlı  ingilis-yapon  dilləri tərcüməçisi  olan 
xanım  Bit  Qordon  ən  müxtəlif  kitabxanalardan  ayrı-ayrı 
ölkələrin  Konstitusiya  nüsxələrini  toplayır.Bundan  sonra 
onun  tərtib  etdiyi  bəndlər  ilk  dəfə  olaraq  yapon  qadın­
larına  məhrum  edildikləri  hüquqları  verir.  Məsələn,  yeni 
Konstitusiyanın  14-cü  maddəsi  kişilərlə  bərabərlik,  24-cü 
maddə  isə  qadınların  mülkiyyət vərəsəlik,  həyat  yoldaşını 
seçmək,  boşanmağa  təşəbbüs  etmək  və  digər  hüquq­
larına  imkan verirdi.
Proses  tam  məxfi  olduğundan  Qordon  uzun  illər  öz 
rolundan  heç  yerdə  bir  kəlmə  belə  danışmır.  O,  yaxşı 
başa  düşürdüki  Yaponiya  ənənəçiləri  tərəfindən  qadın­
lara  verilmiş  hüquqlara  görə  həyatı  təhlükələrə  məruz 
qala  bilərdi.  Lakin  son  illərdə  Bit Qordonun  bu  prosesdəki 
rolu  yapon  ictimaiyyətinə  aşkar  olandan  sonra  Yapo­
niyada  onu  qəhrəman  kimi  qarşılayırlar.
ötən  ilin  30  dekabrında  89  yaşında  vəfat  edən  Bit 
Qordon  1923-cü  ildə  Vyanada  doğulmuşdu.  Ata  soyadı 
Sirota  kimi  qeyd  olunan  Bit,  Ukrayna  yəhudilərindən  olan 
tanınmış  pianoçu  Leo  Sirotanın  qızı  idi.  O,  beş  yaşında 
ikən  ailəsi  ilə  birlikdə  Yaponiyaya  köçmüşdü.  Atası 
imperatorun  Musiqi  Akademiyasında  dərs  deməsi  üçün 
Tokioya  dəvət  edilmişdi.  Bit  ilk  təhsilini  şəhərdəki  alman 
məktəbində  almağa  başlasa  da,  antisemitizm  onu 
Amerika  məktəbinə  keçməyə  məcbur  etmişdi.  Bit  burada 
yaponiyalı  uşaqlara  qarışıb  dili  öyrənmək  imkanı  əldə 
etmişdi.  Sonralarsa  Tokionu  tərk  edib  Kaliforniyada  Milli 
Kollecdə təhsil almağa  başlamışdı.
Xanım  Bit  Sirota  yapon  dilini  sərbəst  bildiyi  üçün 
ABŞ  hökumətində  iş  tapmış,  yapon  verilişlərinin  moni­
torinqini  aparırdı. 1945-ci  ildə  ABŞ  vətəndaşlığını  qəbul 
edən  Bit,  Yaponiyaya  general  Makarturun  heyətinin  üzvü
_______________
Reyhan Mirzəzadə
_________________
во 344
 oa
kimi  qayıtmışdı.  Valideynlərindən  uzun  müddət  xəbərsiz 
olan  xanım  Bit,  onları  xarici  vətəndaşların  saxlandığı 
həbsxanada tapmış və xilas  etmişdi.
Yaponiyada  yeni  Konstitusiya  elan  edildikdən  bir  il 
sonra,  1948-ci  ildə  Bit  ABŞ  hərbi  kəşfiyyatının  baş 
tərcüməçisi  Con  Qordonla  evlənmiş  və  Amerikaya  qayıt­
mışdı.
Yapon  Konstitusiyasına  görə,  imperator  yapon  xal­
qının  birliyinin  və  yapon  dövlətinin  simvoludur  Hegemon 
güc  xalqın  əlindədir.  Qeyd  edildiyi  kimi,  Yaponiya  qəti 
olaraq  müharibə  əleyhdarıdır.  Siyasi,  hərbi  gücü  digər 
millətlərlə  münaqişədə  istifadə  edilməsini  rədd  edir. 
Yapon  xalqı  daim  diktatura,  zülm  və  əsarətin  dünyada 
aradan  qaldırılması,  sülhün  qorunması  üçün  mübarizə 
apararaq,  beynəlxalq  aləmdə  şərəfli  yer  tutmaq  arzu­
sunda  olmuşdur,  ölkədə  əsas  insan  hüquqları  əbədi  və 
toxunulmaz  olaraq zəmanət altına alınmışdır.
Zəhmətkeş,  tərəqqipərvər,  alicənab,  dünyada  hər 
cür  yeniliyin,  modernliyin,  inkişafın  əsas  iştirakçılarından 
olan  yapon  xalqı  ən  səmimi  arzulara  layiqdir  Bu  xalqın, 
dövlətin  bütün  bayramlarında  dost  təbriklərinə  qoşulur, 
Gündoğan  ölkəsinin  taleyinə  həmişə  günəşin  doğmasını 
diləyirik.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Azad Azərbaycan” qəzeti, 
7 dekabr 2011-ci il.
во 
345
 оз

K EÇM İŞ  SSRİ-NİN  RƏHBƏRİ  M.QORBAÇOVUN 
A ZƏ R B A YC A N   XA LQ INA  QARŞI  BU XƏYANƏTKAR 
TƏ CA VÜ ZÜ   Ə S RLƏ R   BOYU  MİLLƏTİMİZİN 
Y A D D A ŞIN DA N   SİLİNMƏYƏCƏKDİR
Bakı,  20  yanvar  (AZƏRTAC).  20  Yanvar  tarixi 
xalqımızın  azadlıq  şücaəti,  mübarizliyi,  cəsarəti,  özünün 
milli  qürurunun  bütün  dünyəvi  dəyərləri  ilə  təcəssüm  et­
dirməsi  baxımından  bizim  üçün  çox  əhəmiyyətli,  gələcək 
nəsillərə yadigar qalan  günlərimizdən  biridir.
Bu  sözləri AZƏRTAC-a  müsahibəsində  Vətənimizin 
azadlığı  uğrunda  canlarını  fəda  etmiş  20  Yanvar  şəhid­
lərinin  xatirəsini  yad  etmək  üçün  Şəhidlər  Xiyabanına 
gələn  politoloq  Reyhan  Mirzəzadə demişdir.
R. 
Mirzəzadə  demişdir:“Qan  yaddaşımız  olan  bu 
tarixin  biz  canlı  şahidləriyik.  Keçmiş  SSRl-nin  rəhbəri  M. 
Qorbaçovun  Azərbaycan  xalqına  qarşı  bu  xəyanətkar 
təcavüzü  əsrlər  boyu  millətimizin  yaddaşından  silinmə­
yəcəkdir.  Bizim  mərd  oğullarımız,  qızlarımız  azadlıq  tə­
fəkkürümüz,  azadlıq  dəyərlərimiz  uğrunda  canlarını  fəda 
etdilər.  Bu,  həm  də  bizim  üçün  milli  qürur  ənənələrimizi 
yaşadan,  ucaldan,  qəhrəmanlıq  tariximizdə  bir simvolunu 
əbədi  məşəl  kimi  yandıran  bir  gündür.  Mən  bu  günlə 
qürur duyuram.
Bilirsiniz  ki,  Azərbaycan  uzun  illər  sovetlər  imperi­
yasının  tərkibində  olmuş,  heç zaman  yaşadığı  imperiyaya 
xəyanət  etməmiş,  ona  sədaqətlə  xidmət  etmişdir.  Böyük 
Vətən  müharibəsində  alman  faşizmi  üzərində  qələbə 
Azərbaycanın  nefti,  imperiyaya  daxil  olan  digər  respub­
likalardan  üstün  insan  potensialı  sayəsində  mümkün 
olmuşdur.  Bu  qələbənin  əldə  edilməsində  xalqımızın  xid­
mətləri  misilsiz  olmuşdur.  Ancaq  buna  baxmayaraq  1990- 
cı  illərdə  Azərbaycan  xalqının  haqq  səsini  keçmiş  SSRİ
_______________
Reyhan Mirzəzadə
________________
so 346 
ca
rəhbərliyi,  başda  Qorbaçov  olmaqla  eşitmək  istəmədi. 
Qəflətən,  fövqəladə  vəziyyət  barədə  heç  bir  xəbərdarlıq 
edilmədən  yanvarın  19-dan  20-nə  keçən  gecə  günahsız 
vətəndaşlara  təcavüz  edildi.  Həmin  dəhşətli  hadisələrdə 
bizim  Ümummilli  liderimiz  Heydər  Əliyevin  xidmətlərini 
xüsusi  qiymətləndirmək  lazımdır.  Həmin  çətin  zamanda 
Azərbaycanın  haqq  səsinə  səs  verən  yox  idi.  SSRİ 
rəhbərliyinin  əmri  ilə  respublikamızda  informasiya  bloka­
dası  yaradılmışdı  ki,  dünyanın  heç  bir  ölkəsi  Azərbay­
canda  baş  verən  hadisələrdən  xəbər  tutmasın.  Belə  bir 
vaxtda  xəstə  olmağına  baxmayaraq  Ulu  öndərimiz 
Heydər  Əliyev  Moskvadakı  daimi  nümayəndəliyimizə  gə­
lərək  kəskin  bəyanatla  çıxış  etdi  və  dünya  jurnalistlərinə 
bu  qanlı  hadisə  haqqında  məlumat  verdi.  Lakin  Ulu 
öndərimiz  bununla  kifayətlənmədi,  Ümummilli  liderimiz 
Heydər  Əliyev  xalqın  təkidli  tələbi  ilə  ikinci  dəfə  haki­
miyyətə  gəldikdən  sonra  da  qanlı  qırğına  siyasi-hüquqi 
qiymət  verilməsi  və  cinayətkarların  müəyyən  edilməsi 
istiqamətində məqsədyönlü  işlər gördü.
Bizə  istər Xocalıda,  istərsə  də  Qarabağda  dünyasını 
dəyişən  bütün  şəhidlərimizin  ruhu  əzizdir.  Bu  gün  biz 
onların  ruhu  qarşısında  baş  əyirik.  Biz  elə  bir  tarix 
yaratmalıyıq  ki,  gələcək  nəsillər  bundan  ibrət  götürsünlər 
və  bu  tarixi  yaşatsınlar.  Bizim  millətimizin  bütün  dünyada 
qüdrətli  xalq  kimi  ucalmasında  hər  bir  azərbaycanlı 
səylərini  birləşdirməlidir,  bu  bizim  vətəndaşlıq  borcu­
muzdur!
____
Azərbaycançılıq və vətənpərvərlik məffturəsi
____
20 yanvar 2013-cü  il
so 347 ел

QURTULUŞA GEDƏN YOL
Müsahibimiz  publisist - poiitoloq  Reyhan  Mirzəzadədir.
-  Reyhan  xanım,  qarşıdan  tarixi  bir  gün,  15  iyun  - 
Qurtuluş  Günü  gəlir.  Ümummilli  liderimiz  Heydər  Əliyevin 
Azərbaycanda 
yenidən 
hakimiyyətə 
dəvət  olunması 
gününü  bayram  kimi  qeyd  edəcəyik.  Siz  bu  böyük  şəx­
siyyətin  respublikamıza  rəhbərlik  etdiyi  30  illik  dövrün 
tədqiqatçısısınız.  Gəlin  Ulu  öndərimizin  Azərbaycanda 
gördüyü  böyük  işləri  bir  daha  xatırlatmaqla,  xatirəsini 
ehtiramla  yad edək.
-  Cismən  bizdən  ayrı,  mənən  isə  hər  zaman 
canından  artıq  sevdiyi  xalqı  ilə  bərabər  olan  Heydər 
Əliyevin  Azərbaycanın  inkişafı,  tərəqqisi  yolunda  çox 
böyük  xidmətləri  olub.  Respublikamızda  hakimiyyətdə 
olmuş  heç  bir  məmurun  Heydər  Əliyevin  xalqımızın 
yolunda  çəkdiyi  zəhməti  qədər  əməyi  olmayıb.  Onun 
şərəfli  missiyasını  yalnız  dünyaya  göz  açandan,  uşaq­
lıqdan  bəri  Heydər Əliyev təcrübəsinin  ən  yaxın  şahidi,  ən 
inanılmlş  nümayəndəsi,  Azərbaycan  bayrağını  beynəl­
xalq  aləmdə  dəfələrlə zirvələrə qaldıran  oğlu  İlham  Əliyev 
davam  etdirə  bilərdi.  Odur  ki,  qədirbilən  Azərbaycan 
vətəndaşları  ölkəmizə  rəhbər  seçimində  məhz  İlham 
Heydər oğluna  üstünlük verdi.
Heydər  Əliyevin  Azərbaycanda  o  qədər  böyük 
zəhməti  olmuşdur  ki,  qəzet  səhifələrində  bunların  hamı­
sından  bəhs  etmək  mümkün  deyil.  Mən  onun  ömrünün, 
böyük  fəaliyyətinin  yalnız  bəzi  məqamlarına  toxunmaq 
istəyirəm.
Dövlət  Təhlükəsizliyi  Komitəsində  (DTK)  sıravi 
operativ  işçi  kimi  əmək  fəaliyyətinə  davam  edən  Heydər 
Əliyev,  sonralar  həmin  orqanda  ən  böyük  vəzifəyə  kimi
_______________
Reyhan Mirzdzadə
________________
ю  348 ca
ucalmışdı.  DTK  generalı  rütbəsinə  qədər  yüksəlmişdi. 
Moskvada,  Leninqradda,  keçmiş  Sovet  İttifaqının  ən 
yüksək  ixtisaslı  kadrlarının  yetişdirildiyi  xüsusi  məktəb­
lərdə,  kurslarda  təhsil  almışdı.  Hələ  heç  bir  müsəlman, 
türk  oğlu  Sovet  İttifaqı  kimi  nəhəng  bir  ölkədə  belə 
yüksək  rütbələrə çatmamışdı.
Bir  gün  Moskvadan  gələn  bir  əmrdə  Əliyevdən 
tapşırığı  yerinə  yetirməyi  tələb  edirdilər.  O,  içində  xeyli 
vərəqələr  olan  çantanı  alıb  sənədlərlə  tanış  olanda, 
burada  5  min  nəfər  həmvətəninin  adının  yazıldığını  gör­
müşdü.  Gələn  gizli  əmrə  əlavə  olunan  siyahıda  adları 
göstərilən  şəxslərin  Qızıl  Ordudan  fərarilik  etdikləri, 
çoxunun  isə  cəbhədən  qaçaraq  Azərbaycanda  gizləndik­
ləri  qeyd  olunur,  onların  axtarılıb  tapılmaları  və  cəzalan­
dırılmaları tələb edilirdi.
Əliyev  xeyli  düşündü.  Azərbaycan  xalqının  övladı 
olduğu  halda,  öz  millətinin  övladlarını  bilə-bilə  necə 
ölümə  göndərə  bilərdi?  O,  siyahıda  dəyişikliklər 
etdi. 
Bəzi  adları  pozub  yerinə  başqa  adlar  yazdı.  Stalinin 
Böyük  Vətən müharibəsindən  sonrakı  qarışıqlıq  dövründə 
rəqiblərini  aradan  götürərək  təmizlik  əməliyyatlarına  baş­
laması  Əliyevə  yaxşı  məlum  idi.  O,  son  dərəcə  iti  ağlı, 
uzaqgörən  siyasəti,  bacarıqlı  təcrübəsi  ilə  çevik  addımlar 
ataraq  siyahıdakı  adların  bir  qismini  müharibə  itkinləri  və 
ölülər  siyahısına  salmağa  müvəffəq  oldu.  Yüzlərlə  həm­
vətənini  Stalinin  ölüm  əməliyyatı  caynağından  və  düşər­
gələrdən  xilas  edə  bildi.  Onun  xilas  etdikləri  arasında 
sonralar  Azərbaycanda  şan-şöhrət  sahibi  olan  sənət 
adamları,  rəssam,  şair,  bəstəkar və alim lərdə vardı.
SSRl-nin  o  zamankı  rəhbəri  Leonid  Brejnev  Heydər 
Əliyevi  dərin  ağlı,  zəkası,  savadı  və  təcrübəsinə  görə 
hələ  1967—ci  ildə  Azərbaycan  Respublikasının  başçısı 
təyin  etmək fikrindəydi.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 349 on

Bir  müddət  sonra  Moskvaya  dəvət  olunan  Heydər 
Əlirza  oğlu  Əliyev,  1969-cu  il  iyulun  14-də  respub­
likamızda  nazirlik  səviyyəsində  olan  Dövlət  Təhlükəsizlik 
Komitəsi  sədrliyindən  Azərbaycan  KP  MK-nın  Birinci 
katibi  vəzifəsinə  təyin  edilir.  Bu  vəzifədə  Əliyev  düz  14  il 
çalışır.  Azərbaycan  üçün  çox  böyük  işlər  görür.  Bu  illər 
ərzində  250  -  dən  çox  zavod,  fabrik,  digər  iri  sənaye  və 
istehsalat  müəssisələri  istifadəyə verilir.  Xalq  və  kənd  tə­
sərrüfatı,  neft  sənayesi,  meliorasiya,  enerji  və  qaz  sə­
nayesi,  ağır  və  yüngül  sənaye,  kimya  sənayesi,  səhiyyə, 
elm,  təhsil,  mədəniyyət,  rabitə  sahələrində  Əliyev respub­
likada  çoxsaylı  işlərin  həyata  keçirilməsinə  rəhbərlik edir.
Tikilən  böyük  müəssisələrdən  Bakı  Məişət  Kondi­
sionerləri Zavodu,  Bakı  Soyuducu Zavodu,  Ulduz,  Elekrtik 
Cihazları 
Zavodu, 
“Azon” 
Zavodu, 
Bakı 
Şampan 
Şərabları  Zavodu,  Bakı  Dərin  Dəniz  Özülləri  Zavodunu 
misal  göstərə  bilərəm.  Bu  müəssisələrin  tikilib  istifadəyə 
verilməsi  asanlıqla  başa  gəlməmişdi.  Məsələn,  Kon­
disioner  Zavodunun  tikintisi  İttifaqın  başqa  regionunda, 
Zaporojest  şəhərində,  Dərin  Dəniz  özülləri  Zavodunu  isə 
Həştərxan  şəhərində  istifadəyə  vermək  nəzərdə  tutul­
muşdu.  Lakin  Heydər  Əliyevin  gərgin  əməyi,  nüfuzu  sa­
yəsində  SSRİ  rəhbərləri  onunla  hesablaşaraq  hər  iki 
zavodun  Bakıda  tikilməsinə  qərar  verdilər.  Kondisioner 
Zavodu  plana  görə  dörd  ilə  tikilməli  idisə,  Əliyev  onu  iki 
ilə,  həm  də yüksək keyfiyyətlə tikdirdi.
Heydər  Əliyevin  diqqəti  sayəsində  Azərbaycanda 
üzümçülük,  meyvəçilik,  çayçılıq  və  heyvandarlıq  sahələ­
rinin  inkişaf etdirilməsi  üçün  kompleks  inkişaf proqramları 
hazırlandı.  Ən  başlıcası,  respublikamızın  ayrı-ayrı  regi­
onları  üzrə  əkinçiliyin  və  heyvandarlığın  ixtisaslaşdırılmış 
sahələrinin  yaradılmasının  əsası  qoyuldu.  Naxçıvan, 
Gəncə,  Qazax,  Qarabağ,  Mil,  Muğan,  Salyan  və  Şirvan
________Reyhan_Mirzəzadə__________________яо__350__o_a'>______  
Reyhan Mirzəzadə
________________
яо  
350
 o a
zonalarının  bir  çox  rayonlarında  350-dən  çox  ixti­
saslaşdırılmış  üzümçülük təsərrüfatları yaradıldı.
Heydər  Əliyevin  bilavasitə  iştirakı  ilə  Azərbaycanda 
nəhəng  və  mürəkkəb  hidrotexniki  qurğular,  suvarma 
sistemləri  tikilib  istifadəyə  verildi.  Abşeronda  da  bu  işə 
düşdü.  Şamaxıda  Zaqolovçay  Su  Anbarı,  Qusarda 
Cahar-cabi  suvarma  kanalı,  Lənkəranda  Yuxarı  Xan- 
bulançay  Su  Anbarı,  Tərtərçay  Su  Anbarı,  Naxçıvanda 
Arpaçay,  Sirab  Su  Anbarları,  Şəki  və  Qax  rayonları 
ərazisində  Əyriçay  Su  Anbarı,  Baş  Mil  Magistral  Kanalı, 
Viləşçay  Su  Anbarı,  Füzulidə  Aşağı  Göndələnçay  Su 
Anbarının  istifadəyə  verilməsi  əkin  sahələrinin  suvarıl­
masını təmin etdi.
-  Heydər  Əliyev  bu  günümüz  üçün  çox  əhəmiyyətli 
olan  Xəzər  Dəniz  Gəmiçiliyinin  inkişafında  hansı  işləri 
həyata  keçirmişdi?
- Bəli,  Heydər  Əliyev  bu  sahədə  də  çox  işlər  həyata 
keçirib.  Beləki,  keçmiş  SSRİ  -   də  ölkədaxili  yükdaşı- 
manın  90 faizdən  çoxu  Xəzər Dəniz Gəmiçiliyinin  payına 
düşürdü. Azərbaycanda  gəmiçiliyin təhcizat bazası  köhnə 
olduğundan  onu  dünya  standartları  səviyyəsində  inkişaf 
etdirmək mümkün  deyildi.  Əliyev qəti  addımlar atdı.  SSRİ 
rəhbərliyi  ilə  danışıqlar  aparıb  Azərbaycanda  gəmiçilik 
bazasını  təzələmək,  onu  yeni  mütəşəkkil  surətdə  inkişaf 
etdirmək  üçün  böyük  səylər  göstərdi.  Yeni  plan  və 
layihələr  quruldu.  Gəmiçilikdə  sürətli  dönüş  yarandı. 
Gəmiqayırma  zavodlarının  təhcizatı  gücləndirildi.  Volqo- 
qradda  və  Rumıniyada  Azərbaycan  üçün  neftdaşıyan 
yeni  tankerlər  sifariş  verildi.  Yuqoslaviyadan  eləniz 
nəqliyyatı  donanması  üçün  müasir tələblərə  cavab  verən 
8  yeni  gəmi-bərə  və  sifariş  verilən  15  tanker  respub­
likamıza  gətirildi.  Hazırda  işləyən  “Azərbaycan",  “Dağıs­
tan”,  “Naxçıvan",  “Akademik  Həsən  Əliyev”,  “Mustafa
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
___ _
so 3 5 /ea

Topçubaşov”,  “Professor  Gül"  və  digər  gəmi  -   bərələr 
istismara  başladı.  “İslam  Səfərli”,  “Qəhrəman  Hacıyev”, 
“Nigar  Rəfibəyli”,  “Qəhrəman  Xəlilbəyli”,  “General  Şıx­
linski",  “Qəhrəman  Həsənov”,  “Lənkəran”,  “Abşeron” və s. 
tankerlər  isə  Qara  Dəniz,  Aralıq  Dənizi  və  Xəzər  Dənizi 
hövzəsinə  aid  olan  ölkələrə  strateji  məhsullar  daşımaq­
dadır.  Dünyanın  məşhur  limanlarına  yan  alan,  nəhəng 
okean  sularında  üzən gəmilərimiz Azərbaycanı  bu  gün də 
yüksək səviyyədə təmsil  edir.
Heydər  Əliyevin  rəhbərliyi  altında  Bakıda  neçə-neçə 
qəsəbələr,  yaşayış  massivləri  salındı.  8-ci  km,  Musabə- 
yov,  indiki  Bakıxanov,  Əhmədli,  Günəşli,  Mərdəkan, 
Hövsan,  Xırdalan  kimi  iri  qəsəbələri  misal  göstərə 
bilərəm.
-   Milli  mədəniyyətimiz  Heydər  Əliyevin  qayğısı  ilə 
hansı  inkişaf  yolları  keçmişdir?Bu  barədə  sizi  dinləmək 
maraqlı  olardı.
-  Milli  mədəniyyətimizin  inkişafı  Heydər Əliyevin son 
dərəcə  diqqət  mərkəzində  olan  məsələlərdən  biri  idi. 
Onun  köməkliyi  sayəsində  Azərbaycanda  52  memarlıq 
abidəsində,  bir  sıra  mərkəzlərdə  bərpa  işləri  aparılmışdı. 
700-ə  qədər  tarixi  və  mədəniyyət  abidələrinin  vahid 
şəkildə  pasportu  hazırlanmışdı.  Qobustan Arxeoloji Qoru­
ğunda,  Atəşgah  məbədində,  Əmircan  məscidində  və 
Təzəpirdə  genişmiqyaslı  təmir  işləri  aparılmışdı.  Qədim 
Karvansara  və  digər  tikililər  torpağın  altindan  çıxarılıb 
bərpa  olunmuşdu.  Bakı  şəhərində  Qafqaz  Müsəlmanla­
rının  Ruhani  İdarəsi  yaradılmışdı.
Əliyev  miniatür  sənətini  xalqımızın  milli  ənənəvi 
incəsənət  nümunəsi  kimi  sevə-sevə  dəyərləndirirdi.  Milli 
nailiyyətimiz  olan  bu  təsviri  sənətin  Sultan  Məhəmməd, 
Sadiq  bəy  Əfşar,  Məhəmmədi,  Mirzə  Qədir  irəvani,  Mir 
Möhsün  Nəvvab,  Bəhruz  Kəngərli,  Əli  bəy  Hüseynzadə
_______________
Reyhan Mirzəzadə
________________
so 
352
 oa
kimi  ustadlarımızın adını  öyünc yeri hesab edirdi.  Odur ki, 
xalçaçılıq  simpoziumlarında  miniatür  bölmələri  də  işləyir­
di.  Yeri  gəlmişkən,  bir  qədər  də  xalçaçılıq  barədə  danış­
maq  istəyirəm.
Heydər  Əliyev  xalçaçılığı  bizim  milli,  mənəvi,  eyni 
zamanda maddi sərvətimiz hesab  edirdi.  Lakin  bu  sahəyə 
göz  dikən,  xalçaçılığı  özünküləşdirmək  istəyən  məkrli 
qüvvələr  var  idi.  Heydər  Əliyev  xalçaçılıq  problemləri  ilə 
dərindən  məşğul  olmağı  lazım  bildi.  Mütəxəssislərdən 
Lətif  Kərimov  və  Kamil  Əliyevin  köməkliyi  ilə  mühüm 
təşkilati  işlər  həyata  keçirildi.  İlk  növbədə  xalça  muzeyi 
yaradıldı.  Muzeyin  açılışına  keçmiş  İttifaqın  və  dünyanın 
müxtəlif ölkələrindən  gələn  qonaqlar xalqımızın  ilmələrdə 
yaşatdığı,  ilmələrdə yaratdığı  möcüzələrə heyran  qaldılar. 
Dünya  ictimaiyyətinin  nəzər-diqqəti  xalçalarımıza  və 
xalçaçılıq  sənətimizə  yönəldi.  Heydər  Əliyevin  əməyi  sa­
yəsində  ümumdünya  miqyaslı  xalçaçılıq  incəsənətinin 
simpoziumları  keçirildi,  Gəncə  şəhərində  xalçaçılıq  kom­
binatı tikildi.
Heydər  Əliyevin  tarix  və  mədəniyyətimizə  olan 
yüksək  ehtiramın  rəmzi  kimi  şəhərlərimizin  ən  görkəmli 
yerlərində  Məşədi Əzizbəyov,  Qəzənfər Musabəyov,  İma­
dəddin  Nəsimi,  Cəfər Cabbarlı,  Hüseyn  Cavid,  Mehdi  Hü­
seynzadə,  Səttar  Bəhlulzadə  və  başqalarının  əzəmətli 
heykəlləri  ucaldıldı.  Şuşada  Molla  Pənah  Vaqifin  yaraşıqlı 
məqbərəsi  tikildi.  Şuşa  şəhərinin  sosial-iqtisadi  inkişafı 
haqqında  qərar  verildi,  orada  müasir memarlıq  üslubunda 
mehmanxana,  sanatoriya  kompleksləri,  yaşayış  evlərinin 
inşası,  tarixi  abidələrin  bərpa  və  təmir  olunması  işləri  hə­
yata  keçirildi.  Natəvan  xanıma  heykəl  ucaldıldı.  Şairənin 
ev-  muzeyi yaradıldı.
Heydər  Əliyevin  təşəbbüsü  ilə  tarix  və  diyarşünaslıq 
muzeyləri  ilə  bərabər,  Üzeyir  Hacıbəyov,  Müslüm  Maqo­
_____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 353 ea

mayev,  Bülbül,  Səməd  Vurğun,  Cəfər Cabbarlı,  Məmməd 
Səid  Ordubadi,  Cəlil  Məmmədquluzadə,  37-ci  ilin  rep­
ressiya  qurbanları-  Mikayıl  Müşfiq  və  Hüseyn  Cavidin  ev- 
muzeyləri yaradılıb xalqın ziyarətgahına çevrildi.
Respublika  rəhbərinin  mənəvi  dəstəyi  ilə  səmərəli 
fəaliyyəti,  zəngin  yaradıcılıqları  olan  böyük  mədəniyyət 
və  elm  xadimlərimiz  Süleyman  Rəhimov,  Süleyman  Rüs­
təm,  Rəsul  Rza,  Mirzə  İbrahimov,  Fikrət  Əmirov,  Qara 
Qarayev,  Niyazi,  Rəşid  Behbudov,  Mustafa  Topçubaşov, 
Mikayıl  Hüseynov  dövrün  ən  ali  mükafatlarından  biri  -  
Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görüldülər.  Mehdi 
Məmmədov,  Müslüm  Maqomayev,  Sultan  Hacıbəyov, 
İsmayıl  Osmanlı,  İsmayıl  Dağıstanlı,  Rauf  Hacıyev, 
Zeynəb  Xanlarova,  Fidan  Qasımova,  Fərhad  Bədəlbəyli, 
Lütfiyar  İmanov,  Arif  Məlikov  kimi  sənət  ulduzlarımız 
SSRİ  Xalq Artisti,  Tahir Salahov SSRİ  Xalq  Rəssamı  fəxri 
adlarına  layiq  görüldü.
Bakıda  yaşayan  cənublu  şair  və  yazıçılarımızın  da 
yaradıcılığına  Heydər  Əliyev  qayğıkeşliklə  yanaşırdı. 
Onun  təklifi  ilə  Balaş  Azəroğlu  Yazıçılar  Birliyinə  katib 
seçilmiş,  Azərbaycanın  Xalq  Şairi  fəxri  adına  layiq  görül­
müşdü.  Mədinə  Gülgün,  Əli  Tudə,  Söhrab  Tahir,  Hökümə 
Billuri  kimi  ziyalıların  yaradıcılıqlarının  daha  geniş  təbliğ 
olunmaları  barədə tövsiyələr verilmişdi.
-  Bildiyimizə  görə,  Heydər  Əliyev  dövlət  və  mədə­
niyyət  xadimi  Nəriman  Nərimanovun  xatirəsinin  əbədi­
ləşdirilməsi  üçün  də xeyli işlər görüb.
-  Bəli,  haqlısınız.  N.Nərimanova  bədxah  qüvvələr 
"millətçi”  damğası  vurmalarına  baxmayaraq,  Heydər  Əli­
yev  bütün  maneələri  dəf  etmişdi.  Görkəmli  Azərbaycan 
oğlunun  mənəvi  hüquqlarının  qorunması  yolunda  çox 
işlər görmüşdü.
_______________
Reyhan Mirzəzadə
________________
so 
354 
ca
1972-ci  ildə  Heydər Əliyev  N.  Nərimanovun  100  illik 
yubileyinin  keçirilməsinə  nail  oldu.  Onun  Bakıda  nəhəng 
abidəsini  ucaltdı.  Abidənin  təntənəli  açılışında  Əliyev 
çıxış 
edərək 
Nərimanovun 
xidmətlərini 
belə 
qiy­
mətləndirdi:  “Nəriman  Nərimanov  bir ziyalı,  publisist  kimi, 
öz  istedadlı  qələmi  ilə  kütlələrin  mübarizəsinin təşkilatçısı 
və  başçısı  kimi,  öz  zəkası  və  iradəsi  ilə  xalqına  xidmət 
edirdi.  N.Nərimanov  bu  gün  də  bizimlədir.  O,  özünün 
nəhəng  qaməti  ilə  burada,  qocaman  Xəzərin  dalğaları 
üzərində  ucalmaqdadir”.
Bir  qədər  sonra  Heydər  Əliyevin  “Pravda"  qəze­
tində  Nərimanovun  həyatina  və  yubileyinə  həsr  olunmuş 
məqaləsi  dərc  olundu.  Xatırladım  ki,  Xalq  Yazıçısı  isa 
Hüseynovun  “Doktor  Nəriman”  adlı  əsəri  əsasında  çəkil­
miş  filmin  nümayişinə  Moskvada  məhdudiyyətlik  qoyul­
muşdu.  Heydər Əliyev  işə qarışandan  dərhal sonra həmin 
filmin efirə buraxılmasına icazə verildi.
Heydər  Əliyevin  səyi  ilə  Ulyanovsk  şəhərində  Nəri­
manovun abidəsi qoyuldu.  Moskvada Vorovski  küçəsində 
onun xatirə lövhəsinin açılışı oldu.
-  Reyhan  xanım,  söhbətimizdə filmdən  söz düşdüyü 
üçün  bu  mövzuda  daha  ətraflı  bilmək  istəyirik.  Ümu­
miyyətlə,  Azərbaycan  filminin  inkişafında  Heydər Əliyevin 
hansı xidmətləri olub?
-  Maraqlı  məsələyə  toxunursunuz.  Deyim  ki,  hələ 
Heydər  Əliyev  respublikamıza  başçılıq  etməzdən  əvvəl 
kinomatoqrafçılarımız  Rüstəm  ibrahimbəyov  və  Eldar 
Quliyev  “Bir  cənub  şəhərində"  adlı  film  çəkmişdilər.  Lakin 
bu  filmin  nümayiş  etdirilməsinə  nə  Moskvada,  nə  də 
Azərbaycanda  icazə  vermədilər.  Əliyev  filmə  baxdıqdan 
sonra  dedi  ki,  bu,  gözəl  filmdir  və  onu  efirə  buraxmaq 
lazımdır.  Həmin  film  bütün  SSRİ  -   də  nümayiş  etdirilərək 
böyük  nüfuz qazandı.  Mən  daha  iki filmi  də  misal  göstərə
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling