Reyhan Mirzəzadə azərbaycançiliq və


Download 216 Kb.
Pdf ko'rish
bet47/55
Sana28.01.2018
Hajmi216 Kb.
#25476
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

_______________
Reyhan Mirzəzadə
________________
Bo 566
 ca
vəfat eləyən  bəzi  yazıçıları  o  qədər tərifləyirlər,  adam  lap 
peşman olur ki,  niyə  mən  indiyəcən sağ qalmışam” .
Nizamidən  tutmuş  keçən  əsrin  70-ci  illərinə  qədər 
Azərbaycan ədəbiyyatının  elə klassiki yoxdur ki,  Mir Cəlal 
onun  ədəbi  irsi  haqqında  sanballı  yazılar  yazmasın. 
Hüseyn  Cavid,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəriman 
Nərimanov,  Məmməd  Səid  Ordubadi,  Səməd  Vurğun, 
Mehdi  Hüseyn,  Sabit  Rəhman,  Süleyman  Rəhimov,  Rə­
sul  Rza  və  başqalarının  şəxsiyyəti,  yaradıcılığı,  hikmətli 
sözləri  haqqında  maraqlı  fikirlər  Mir  Cəlalın  söhbətlərini 
daha  da  şirinləşdirər,  yapışıqlı  edərdi.  Ədib  həmişə  öz 
müəllimi saydığı böyük şair və dramaturq  Hüseyn  Cavidlə 
yaxınlığını,  görüş  və  söhbətlərini  vaxtaşırı  yada  salar  və 
deyərdi:“Cavid  peyğəmbər  kimi  adam  idi”.  Sonra  sözünə 
davam  edərdi:“lçəri  şəhərdə  mənim  mənzilimə  tez-tez 
gələrdi.  Bir  dəfə  gəlib  mənim  yazı-pozu  ilə  məşğul 
oluğumu  görüb soruşdu:
-Komsomol,  nə yazırsan?
-Dissertasiya.
-Nədən?
-Azərbaycan qadın şairlərinin  yaradıcılığından.
-Komsomol,  heç  çernil-kağıza  heyfin  gəlmir?  Füzu­
lidən  yaz  ki,  sənin  də  adın  Füzuli  ilə  bərabər tarixdə  ya­
şasın.
Bu  söhbətdən  mən  ayıldım."Füzuli  poetikası”  kitabı 
belə yarandı”.
Azərbaycan  Dövlət  Universitetini  Mir  Cəlal  müəllim 
öz doğma  evindən,  ocağından  artıq  sevirdi.  Yeri  gəldikcə 
deyirdi  ki,  universitet  bizə  təhsil  verib,  elmi  dərəcə  verib, 
iş  verib,  ad-sana  çatdırıb,  indi  də  uşaqlarımızı,  nəvələ­
rimizi  qoynuna  alıb,  ona  görə  də  bizim  üçün  ən  müqəd­
dəs  yerdir.  Dövlət  Universiteti  abırlı  yerdir,  onun  qeyrətini 
biz  çəkməsək,  kim  çəkəcək?  Hər  yerindən  duranın
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 56
7 os

yaradıcılığından  diplom  işi,  dissertasiya  mövzusu  verib, 
universiteti  hörmətdən  salmayın,  özünüzü  həmişə,  hər 
yerdə  Dövlət Universitetinə layiq  adam  kimi  aparın.
Elmdə  heç  səriştəsi  olmayan,  bir  təsadüf  üzündən 
elm  yoluna  gəlib  düşən  başıboş,  təkəbbürlü  adamlara, 
əyilə-əyilə  qalxıb  ucalmaq  istəyənlərə,  bütün  uşaqlarını, 
qohum-əqrəbasını  “alimlik kürsüsü”nə qaldırmaq  niyyətin­
də  olanlara  qarşı  da  adamın yeddi qatından  keçən  kəskin 
sözləri vardı.  Ancaq  bu  sözlər şəkərə qatılmış acı  dərman 
kimi,  şirin,  dadlı-duzlu  gülüşlə  ifadə  olunardı,  özünü 
həddən  artıq  dartan,  elmi  yığıncaqlarda  yekə-yekə  danı­
şan  bir  adam  haqqında  necə  deyərlər,  yağlı  bir  sual 
verərdi:“Bu  kimin  kəmərbəstəsidir?”  Yaxud:  “Qardaş, 
uşaq  anadan  olanda,  şəhadətnaməsinə  yazsınlar  “kandi- 
dat-nauk”,  vəssəlam,  onsuz  da  gec-tez  hamısı  müdafiə 
edəcək”.  Bu  sözlər Mir  Cəlal  müəllimin  elmə yersiz  axına 
qarşı  etirazının  ifadəsi  idi.
Mir  Cəlal  Paşayev  mənəvi  cəhətdən  saf,  təmiz  bir 
insan  idi.  Tamah  hissindən  uzaq,  aza-çoxa  qane  olan, 
gözü-könlü  tox,  ləyaqətli  bir  ziyalı  idi.  Səməd  Vurğun  da 
onu  dost  kimi  sevirdi.  Onun  dərinliyini,  paklığını,  huma- 
nistliyini,  insanpərvərliyini  tərifləyəndən  sonra  zarafatla 
deyərdi:“Mir  Cəlal,  sənin  bir  böyük  eybin  var,  sən  “sliş- 
kom  poryadoçnı  adamsan”.
Səməd  Vurğun  haqlı  idi.  Məzarı  nurla  dolsun!  Mir 
Cəlal  həqiqətən  “slişkom  poryadoçnı  adam”  idi.  Elə  buna 
görə  də  onun  savadı  və  mənliyi,  qüruru  və  şəxsiyyəti, 
alimliyi  və ziyalılığı  xarici  ölkələrin  elm  adamlarına,  tələbə 
və  dissertantlarına  da  yaxşı  məlum  idi.  O  zamanlar  Çe- 
xoslavakiyadan  gəlmiş Tomaş  Lane yazırdı:
(“Ədəbiyyat və  incəsənət” qəzeti,  18  may  1968-ci  il.)
“Mən  30-cu  illər  Azərbaycan  romanının  inkişafını 
öyrənirəm.  Elmi  rəhbərim  professor  Mir Cəlal  Paşayevdir.
_______________
Reyhan Mirzəzadə
_______ _________
so .56# caa
Mir  Cəlal  mənim  üçün  həm  müəllim,  həm  alim,  həm  də 
yazıçıdır...  Mir  Cəlal  Paşayevin  bu  işdə  elmi  rəhbərim 
olması  mənim  üçün çox qiymətlidir.
Azərbaycanda  yaşadığım  müddətdə  bu  gözəl  öl­
kənin  həyatına  yaxından  bələd  olmağımda  da  Vətənini 
böyük  məhəbbətlə  sevən  və  sevdirən,  orijinal  yaradıcılıq 
simasına  malik  olan  Mir  Cəlal  müəllimin  məsləhətləri  mə­
nə həmişə kömək edir”.
Mir  Cəlal  müəllimin  məsləhətləri  vaxtilə  yüzlərlə 
adamlara  kömək  olub.  Bu  gün  də  onun  əziz  ruhu  pak 
mənəviyyat  sahiblərinə  dayaq  olur.  Belə  mənəviyyat 
sahibləri  nə  qədər  dürüst  əqidəli,  yüksək  əxlaqi,  böyük 
vicdani  keyfiyyətlər  yaşadırsa,  Allaha  bir  o  qədər  yaxm 
olurlar..  Mir  Cəlal  Allah  adamı  idi.  Allah  ona  rəhmət 
eləsin!
___
_Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Strategiya.az” 
27 sentyabr 2014-cü  il
so 569 oa

ÜRƏKLƏRDƏ ƏBƏDİ  MƏHƏBBƏT MƏŞƏLİ 
YANDIRAN  İNSAN
"Faydalı  vətəndaş  olmaq  üçün  əvvəlcə  insan  o lm a ğ ı 
öyrənməli".
Nikolay İvanoviç Piroqov 
Rus  alimi və  ictimai xadim i
"... 
Zərifə  xanım ı  xatırlamaq,  bəlkə  m ənim   ü ç ü n  
dah a  d a  təsirlidir.  Çünki Zərifə  xan ım   m ənim   h əy at y o ld a ­
şım   idi.  B əlkə  də  mənim   q əd ər  onu  tanıyan,  onu  m ə n im  
q ə d ə r  hiss  edən  adam   olmayıbdır.  H ətta  onun  valideyn­
ləri  də.  Təbiidir  ki,  valideynləri  onu  bəsləyiblər,  b öyüdüb­
lər,  təhsil  veriblər,ona  h əyat  veriblər.  A ncaq  m ən  o n u n la 
h əyat  qurandan  sonra  birgə  yaşad ığ ım ız  dövrdə,  təbiidir 
ki, m ənim   fikirlərim  onun  haqqında  bütün  deyilənlərdən 
daha  genişdir.Ancaq  təbii,  mən  burad a  h eç  b ir  şey  d e ­
m ək istəmirəm. B unlar ham ısı  insanın  qəlbində  y a ş a y ır və 
h ə r  bir  insanın,  dünyasını  dəyişmiş  insanı  tanıyanların 
qəlbində yaşayır.
S iz  isə  əziz  incəsənət  ustalarımız,  xadimlərimiz,  b u ­
nunla  Zərifə  xanım   haqqında  qəlbim də  yenidən  hisslər 
oyatdınız.  G üm an  edirəm  ki,  bu  xatirə  gecəsinə  zə h m ə t 
çəkib  gəlm iş  insanları  da  təsirləndirdiniz  və  Z ərifə  xan ı­
m ın  nə  q ə d ə r g ö zəl  insan  olduğunu  burada  bir daha  n ü ­
m ayiş  etdirdiniz.  Onun  haqqında  çox  sözlər  dediniz  və 
çox  s ö zlə r  də  dem ək  olar.  Ancaq  m ənim   üçün  o,  birinci 
n ö vbədə  böyük bir insan  idi.  Zərifə  xan ım   sədaqətli h əyat 
yoldaşı,  çox  mehriban,  sədaqətli Ana,  m ənim   ailəmi,  m ə­
nim  uşaqlarım ı,  mənim   nəvələrimi  yaşadan,  böyüdən  bir 
fə d a k a r insan  kimi qəlbim də yaşayır”.
Ulu  öndər Heydər Əliyevin 28 aprel 2001-ci ildə 
Zərifə xanımın xatirə gecəsinə  həsr olunmuş 
mərasimdəki  çıxışından.
__________________________ю__570_ea__“Bizim_lə_keçirdiyi_son_günlərdə_Z_ərifə_xan_ım_bilirdi'>________
Reyhan Mirzdzadd
________________________
ю  
570 ea
“Bizim lə  keçirdiyi  son  günlərdə  Z ərifə  xan ım   bilirdi 
ki,  ömrü  sona  çatır,  ö zü   də,  bütün  h əkim lər  də  tam   açıq 
danışırdılar,  üstüörtülü  dan ışıq lard an   uzaq   idilər.  Onun 
ürəyi  elə  işıqlı  qalırdı,  ö lü m   fikri  onu  qorxutmurdu.  O nu 
narahat edən  onsuz  q a la c a q   a d a m la r idi.  G ücdən,  qüvvə­
dən  düşmüşdü.  Bütün  öm rü  boyu  olduğu  kimi,  səssiz  bir 
məğrurluqla  əriyirdi,  ö lü m ü   d ə   on a  h ə y a tı  kim i  dərin 
hörm ət  gətirdi.  O,  çox  g ö z ə l  b a ş a   düşürdü  ki,  əb əd iyyət 
qarşısında  h ə r   şey  kiçikdir,  m üvəqqətidir,  qalan  an caq 
yaxşılıqdır.  O nu sakitləşdirən m ə h z  bu id i...”
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
İlham  Əliyev
Azərbaycan  Respublikasının  Prezidenti
istedadlı  alim.  Görkəmli  pedaqoq.  Parlaq zəka  sahi­
bi.  Bacarıqlı  həkim.  Tanınmış  ictimai  xadim.  Bu  titulları 
xalqı  verib ona.  Canından  artıq  sevdiyi Azərbaycan  xalqı. 
Lakin  onun  elmi  bioqrafiyasından  başqa,  daha  bir zəngin 
irsi  də  mövcuddur:  Böyük  insan.  Vətənpərvər  şəxsiyyət. 
Sədaqətli  ömür-gün  yoldaşı.Gözəl  Ana.  Bunlardan,  məhz 
bunlardan söhbət açmaq  istəyirəm.
Zərifə  xanım  Əliyevanın  tək  elm  və  peşə  sahəsində 
deyil,  mənəviyyatın  bir  nömrəli  meyarı  olan  insanlıq  tari­
xində  də  böyük  xidmətləri  olub.  Bu  xidmətlərin  sevinci 
yüzlərlə  adamın  ömür  səhifəsinə  yazılıb.  Bu  xidmətlər 
neçə-neçə  ailəyə  səadət  bəxş  edib,  insanlara  həyat  eşqi 
verib,  onların  qəlbində  işıqlı  sabaha  inam  yaradıb.  Zərifə 
xanım  zülmətə  qərq  olan  gözlərə  nur verib,  köməksizlərə 
həmdəm,  qəlbinisgillilərə  sirdaş  olub.  Təbii  ki,  onun  etdiyi 
bütün  yaxşılıqlardan  bəhs  etmək  qalın  kitablara  sığmaz. 
Elə  buna  görə  də  böyük  alim  olmaqla  bərabər,  böyük 
insan  kimi  də  hər zaman  sevilən  Zərifə  xanım  Əliyevanın
so 57/ ca

bu  günkü  ünvanı  on  minlərlə  azərbaycanlının,  m inlərlə 
dostun  ürəyi və ruhuna köçüb.
Atası  -  böyük  siyasi  və  elm  xadimi,  Azərbaycanın 
fəxri  olan  Əziz  Məmmədkərim oğlu  Əliyevin təbabət yolu­
nu  sevə-sevə  davam  edirdi  Zərifə  xanım.  Yiyələndiyi 
həkimlik  ixtisasının vurğunu  idi.  O,  deyirdi  ki,  həkim  hansı 
ölkədə  yaşayırsa,  yaşasın,  “Hippokrat  andı”na  sadiq  qal­
malıdır.  Qanunauyğun  olaraq,  bu  and  həkimlərin  hə­
yatında və  iş fəaliyyətində ali qanuna  çevrilməlidir.
Zərifə  xanım  Əliyeva  ömrü  boyu  səmərəli  və  zəh- 
mətsevər  fəaliyyətində  həkimlik  ixtisasının  parlaq  mənəvi 
dəyəri  olan  “Hippokrat andı’na  böyük  sədaqətini  nümayiş 
etdirdi.  Bütün  bilik  və  gücünü,  istedad  və  bacarığı­
nı  insanın  sağlamlığının  qorunmasına və yaxşılaşmasına 
sərf  etdi,  saysız-hesabsız  müalicələri  ilə  göz  xəstəlik­
lərinin  qarşısını  almağa  səy  göstərdi.  Harada  olursa-ol­
sun,  cəmiyyətin  xeyrinə  ləyaqətlə,  vicdanla  çalışdı.  Və­
təndaşlara  tibbi  yardım  göstərmək  üçün  hər zaman  hazır, 
sağlamlığını  itirmiş  insanlara  qarşı  diqqətli,  qayğıkeş 
oldu.  Daima  öz tibbi  biliklərini  təkmilləşdirdi.  Həkimlik mə­
harətini  genişləndirərək,  tibb  elmini  və  təcrübəsini  inkişaf 
etdirdi.  Xəstənin  mənafeyi  tələb  edəndə  sənət  yol­
daşlarına  məsləhət  üçün  müraciət  etdi,  özü  də  yoldaş­
larına  həmişə  tövsiyə  və  köməyini  əsirgəmədi.  Dünya 
təbabətinin  xeyirxah  ənənəsini  qoruyub  daha  da  zən­
ginləşdirdi.  Xalqının  qarşısında  məsuliyyət  daşıyaraq  hə­
kimin  yüksək  adını  həyatı  boyu  mətanətlə qorudu.
Zərifə  xanım  Əliyevanın  hər  bir  insana,  vətəndaşa, 
həkimə,  qadına,  anaya,  həyat  yoldaşına  nümunə  olan 
nəcib  mənəvi  keyfiyyətləri  silinməz  ülvi  meyarlar  kimi 
ürəklərdə  əbədi  məhəbbət  məşəli  yandırıb.Bu  məşəlin 
nuru,  şəfəqləri  olan sözlər də onundur:
_______________
Reyhan Mirzəzadə
_________________
so 
572
 c*
“Vicdan  bizim  əsas  hakimimizdir.  Çətin  dəqiqələrdə 
də,  xoşbəxt  saatlarda  da  onunla  baş-başa  qalanda,  o, 
soruşur:  Ağ  xalat geyinməyə  haqqın  varmı?  Sənin əllərin, 
xəstəlikdən  əziyyət  çəkənə  yalnız  biliyini  deyil,  həm  də 
qəlbinin  həyəcanını,  ürəyinin  yanğısını  çatdıra  bildimi? 
Düzünü  desək,  vicdanın  şəxsi  mühakiməsindən  şərəflə 
keçmək  böyük  xoşbəxtlikdir.  Yaxşı  həkim  həmişə  xəstə 
ilə  birlikdə  həyəcan  keçirir,  xəstənin  ağrısı  elə  həkimin 
şəxsi  ağrısıdır.  Əgər sağlamlığını  itirən  şəxs  yenidən  ona 
malik  olursa,  demək,  həkim  də  yenidən  həyata  qayıdır, 
doğulur.  Bizim  sənətimizin  mənəvi  təməli  də  elə  bun­
dadır.  N.A.Semaşko  “Həkimlikdən  gözəl  sənət  yoxdur: 
xəstə  bizə  yalnız  öz  sağlamlığını  yox,  bütün  həyatını 
etibar edir," - deyə yazırdı.
Qədim  kəlamları  tez-tez  xatırlayan  Zərifə  xanım 
deyərdi: ‘Sağlam  bədəndə sağlam  ruh olar”.  O,  söyləyərdi 
ki,  bizim  hər  birimiz  öz  həyatımızda  bu  və  ya  başqa 
şəkildə  səhiyyə  işçiləri  ilə  qarşılaşırıq.  Həkim  körpənin  - 
gələcək  vətəndaşın  dünyaya  gəlməsini  gözləyir,  ilk  ad­
dımlarını  atmaqda  ona  kömək  edir,  onun  baxışları  qarşı­
sında  dünyanı  bütün  rəngarəngliyi  ilə  açır,  qayğısı  və 
şəfqəti  ilə  onun  fiziki  və  mənəvi  sağlamlığını  möhkəm­
ləndirir.  Milyonlarla  adamın  səhhəti  və  fəaliyyətinin  məh­
suldarlığı  əhəmiyyətli  dərəcədə  tibbi  xidmətin  vəziyyə­
tindən  və  effektivliyindən  asılıdır.  O,  tez-tez  böyük  rus 
yazıçısı  və  həkimi  Anton  Pavloviç  Çexova  istinad  edər­
di.“Həkimin  peşəsi  -  mücahidlikdir.  O,  əsl  fədakarlıq, 
geniş  ürək  və  təmiz  niyyət  tələb  edir.  Heç  də  hamı  buna 
qadir deyil”.
Zərifə  Əziz  qızı  dəfələrlə  təkrar  edirdi:“Həkim  üçün 
xəstənin  mənafeyi  hər  şeydən  yüksəkdir”.  Mükəmməl 
psixoloq  olan  Zərifə  xanım  başa  düşürdü  ki,  xəstəylə 
etibarlı  ünsiyyət  həkimin  ən  yaxşı  köməkçisidir.  Həkimlə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Eo 
573 ся

xəstə  arasındakı  qarşılıqlı  ünsiyyət,  səmimi  dialoq 
xəstənin  orqanizminin  müqavimətinin  artmasına,  onun 
gizli  resurslarını  sağlamlıq  üçün  səfərbər  etməyə  təsir 
göstərir.  Əksinə,  ehtiyatsız  söz,  kəskin  jest,  yol  verilmiş 
nəzakətsizlik,  kobudluq,  ədəbsiz  rəftar  xəstənin  vəziy­
yətinin  pisləşməsinə gətirib çıxarır.
Müdrik  Hippokratın,  həkimin  mütləq  təmənnasiz 
xidmət  göstərməsi  haqqında  dediyi  sözləri  xatırlamaq 
yerinə  düşər.  Təəssüf  ki,  bəzi  təbiblər xəstəni  ancaq  qa­
zanc  mənbəyi  olaraq  görürlər.Rüşvətxor  həkimlə  həqiqi 
həkim  arasında  yerdən  göyə  qədər  fərq  var.  “Daha  çox 
qopartmaq  üçün  nə  etmək  lazımdır?”  düşüncəsi  əsl 
həkimə  yaddır.  Əsl  həkim  xəstəyə  qarşı  mərhəmətlidir, 
sağalmanın,  şəfatapmanın  sevincini xəstə  ilə bölüşür.  Əsl 
həkim  hər  şeydən  əvvəl  həyat  uğrunda  mübarizə  aparır, 
qazanc,  fayda  uğrunda  yox.  Bəli,  həkimin  əməyi  də  hər 
cür  əmək  fəaliyyəti  kimi  qiymətə,  o  cümlədən  maddi  qiy­
mətə də layiqdir.  İndi  pullu tibbi xidmət var.  Ola  bilər  yaşlı 
nəsil,  pulsuz tibbi  xidməti  görənlər buna  çətin  öyrəşsinlər. 
Sosial  dəyişikliklər bir tərəfə,  ancaq  həqiqət  köhnəlməyib: 
İnsanlar təkcə  çörəklə  yaşamırlar və  heç kim,  “İnsanın ən 
birinci  vəzifəsi  yaxşılıq  etməkdir”  kimi  əbədi  vəsiyyəti  ləğv 
etməyib.
Əlbəttə,  “Elm  ancaq  xoşniyyətli  insanların  əlində 
olanda  fayda  verir”  deyənlər  yanılmayıblar.  Akademik 
Zərifə  xanım  Əliyevanın  müəllifi  olduğu  “Yüksək  əqidə: 
həkimlik  etikası,  həkimin  ürəyinin  və  fikirlərinin  paklığı" 
kitabında  dərin  təfəkkürlü  düşüncə  və  tövsiyələri  nəinki 
həkimlər,  can  sahibi  olan  hər  bir  insan  üçün  həyat  dərs­
liyidir.  Zərifə  xanım  yazır:“Həkimin  fəaliyyətinin  əsasını 
xəstənin  həkimə  inamı,  onların  arasında  sıx  əlaqənin 
yaranması,  bir-birini  yaxşı  başa  düşməsi  təşkil  edir. 
Həkim  çox  səbirli  olmalıdır.  O,  xəstənin  daxili  aləminə
__________________во__574__ca'>__________ 
Reyhan Mirzəzadə
______________ _
во 
574 
ca
girib,  onu  başa  düşməsi  üçün  “Şəhrizadın  uzun-uzadı 
nağılını”  dinləməyi  bacarmalıdır.  Həkimin  ehtiyatsızlıqla 
söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir.
Zərifə  xanım  tövsiyə  edirdi  ki,  həkim  xəstə  ilə  hör­
mətlə,  ehtiyatla,  mehribanlıqla,  hər  sözü  fikirləşə-fikirləşə 
davranmalıdır.
Görkəmli  alim  N.Puçkovskaya  xatirələrində  yazır  ki, 
həmkarları  və  dostları  Zərifə  xanımın  insanlara  necə 
xeyirxahlıqla  yanaşdığının  dəfələrlə  şahidi  olmuşdular. 
Onlar  Zərifə  Əliyevanın  fəal  təşkilatçısı  olduğu  oftalmo­
loqların  qurultaylarının  birində  nümayəndələrdən  birinin 
ayağı  sındığını  və  onun  müalicəsinə  Zərifə  xanımın  necə 
can yandırdığını yaxşı  xatırlayırlar.  O,  hər gün  xəstəxana­
ya  gəlir,  xəstənin  halına  qəlbən  yanır,  hətta  lazım  olan 
şeyləri  öz  evindən  gətirirdi  ki,  müalicəyə  xeyri  dəysin. 
Zərifə  xanımın  xəstəyə  baş  çəkməsinin  bir,  iki  gün  deyil, 
bütün  müalicə  müddətində davam  etdiyini  görən  həmkar­
ları  indi də o hadisəni  kövrəkliklə xatırlayırlar.
Bu  cür  xeyirxahlığı  o,  digər  oftalmoloqun  ailə  üzvü­
nə də göstərmişdi.  Belə  ki,  yol  qəza  hadisəsi  baş  vermiş, 
maşınlar toqquşmuş  və  nəticədə  sərnişinlərdən  biri  beyin 
nahiyəsindən  zədə  almışdı.  Zərifə  xanım  o  zaman  da 
uzun  müddət xəstəni nəzarətsiz qoymamışdı.
Zərifə  xanımın  insanlara  xeyirxah  münasibətini  əks 
etdirən  bir  fakt  da  onu  tanıyanlara  yaxşı  məlumdur.  Belə 
ki,  Zərifə Əliyeva təsadüfən  kiçik  bir şəhərdən  gələn  qızla 
tanış  olur  və  aydınlaşır  ki,  o,  instituta  daxil  ola  bilməyib. 
Zərifə  xanım  onu  inandırır ki,  heç də  hər şey itirilməyib və 
imtahanlara  yaxşı  hazırlaşsa,  bir  il  sonra  o,  ali  məktəbə 
qəbul oluna  bilər.
Zərifə  xanım  həmin  qızı  yataqxanaya  düzəldir,  işlə 
təmin  edir,  imtahanlara  hazırlaşmasına  nəzarət  edir. 
Doğrudan  da,  bir il  sonra  Zərifə  xanımın  göstərdiyi  səylər
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
во 575 os

uğurla  nəticələnir.  Həyatda  ilk  addımlarını  atan  insanlara 
vaxtında  kömək  əli  uzatmaq  olduqca  qiymətli  və  unu­
dulmazdır.  Təmənnasız  xeyirxahlıq  Zərifə  xanımın  həyat 
tərzi  idi.  O,  insanlara inam,  nikbinlik təlqin  edir,  səmimi bir 
müdrikliklə  faydalı  məsləhətlər  verir,  böyük  nəzakət  və 
nəvazişlə  onları  yanlış  yoldan  çəkindirir,  pis  fikirlərdən 
daşındıra  bilirdi.  İşinin  həddindən  artıq  olmasına  bax­
mayaraq,  məsələləri  ən  xırda  təfərrüatlarına  qədər yadda 
saxlayır,  hadisələrin  gedişinə  düzgün  proqnoz  verməyi 
bacarırdı.  Zərifə xanım  həmişə  insanlara  təmənnasız ola­
raq kömək etməyə hazır idi.
Fransız  yazıçısı  Onore  de  Balzak  fəlsəfi  kəlamla­
rının  birində  dəyərli  sualına  özü  cavab  verir:“Ən  böyük 
zinət  nədir? Mən deyərdim  ki, gözəl  qəlbli  olmaq”.
Zərifə  xanımın  qəlbi  sözün  əsl  mənasında  gözəl­
liklər  kainatı  idi.  Uzun  illər  akademik  Mirqasımov  adına 
Respublika  Klinik  Xəstəxanasında  xadimə  işləmiş,  yeddi 
uşaqla  həyat  yoldaşını  itirib  taleyin  ağır  çətinliklərinə  tuş 
gəlmiş  Məleykə  Sadıqova  Zərifə  xanımla  bağlı  söhbə­
tində  bu  görkəmli  şəxsiyyət-xanımın  əsl  bacı  doğmalığı 
ilə  yanaşaraq  ona,  balalarına  etdiyi  yaxşılıqlardan,  ailə­
sinə  dəfələrlə  öz  əmək  haqları,  geyim,  məişət  tələbatları 
ilə  maddi  və  mənəvi  dəstəyindən,  ərə  getmiş  qızının 
mənzillə  təmin  olunmasından,  o  biri  övladlarının  problem­
lərinə  necə  köməkliklər  göstərməsindən  həsrət  və  sevgi 
ilə  bəhs edir.
Akademik  Mirqasımov  adına  Respublika  Klinik 
Xəstəxanasının  həkimi,  Zərifə  xanımın  uşaqlıq  rəfiqəsi 
Alimə  Əliyeva danışır:  "Sentyabr ayının  1-i  mənim  doğum 
günüm  olduğu  üçün  hər  il  həmin  tarixdə  evimiz  çox 
qonaqlı-qaralı  olardı.  Bütün  ziyafətlərdə  Zərifə  xanım  və 
bacıları  da  iştirak  edərdilər.  Hamımız  pianoda  çalıb- 
oxuyar,  rəqs  edərək  ailədə  şənlik  yaradardıq.  Biz  də
_______________
Reyhan Mirzəzadə
________________
so 576 oa
onların  mərasimlərində  iştirak  edərdik.  Ailəvi  o  qədər 
yaxın  və  mehriban  idik  ki,  məclis  gec  qurtaranda  bir- 
birimizin  evində  qalardıq.  İyul,  avqust  aylarında  dincəl­
mək  üçün  ailəvi  kurortlara  gedər  və  çox  maraqlı  yay  isti­
rahəti keçirərdik.
Zərifə  xanım  görüşlərimizin  birində  mənə  kiçik  bir 
qutu  verib  dedi:“Alimə,  mən  orta  məktəbi  bitirəndə  anam 
mənə qədim  bir qol  saatı  bağışlamışdı.  Gör səni  nə qədər 
çox istəyirəm  ki,  bu  saatı məndən yadigar saxlamaq  üçün 
sənə  verirəm”.  Mən  həmin  saatı  indi  də  əziz  bir  əmanət 
kimi saxlayır və qoruyuram.
O  vaxtlar  Zərifə  xanımı  sevənlər,  onunla  evlənmək 
istəyənlər  çox  idi.  Ancaq  o,  heç  kimə,  heç  nəyə  əhə­
miyyət vermirdi.  Gələcək taleyinə Heydər Əliyevi  seçdi  və 
yanılmadı.  Böyük  şəxsiyyət  olan  Heydər  Əliyev  Zərifə 
xanımla  evlənməyə  qadağa  qoyulan  bir  dövrdə  onun 
polad  iradəsi  hər  şeyə  qalib  gəldi.  Sözündən,  istəyindən 
dönmədi.  Onların  sevgisi  çox  saf,  qarşılıqlı  və  müqəddəs 
bir  sevgi  idi.  Zərifə  xanım  ömrünün  axırına  qədər  həyat 
yoldaşına  ləyaqətli  ömür-gün  yoldaşı,  arxa-dayaq  oldu. 
Bu  nəcib,  xanım-xatın  qadın  ailəsini,  balalarını  çox 
sevirdi.  Heydər  Əliyevin  adı  çəkiləndə,  həmişə  “Ona  qur­
ban  olum”  -  deyirdi.  Zərifə  və  Heydərin  ülvi,  pak  məhəb­
bətindən,  qarşılıqlı  hörmət  və  ehtiramından  yaranan  isti 
ailə  ocağı  əslində dünyanın bütün ailələrinə nümunə  idi.
1955-ci  ildə  Zərifə  xanımın  ilk  övladı  -  qızı  Sevil, 
1961-ci  ildə  oğlu  İlham  dünyaya gəldi.  Zərifə xanım  qeyri- 
adi  dərəcədə  qayğıkeş,  gözəl  Ana  idi.  övladlarını  qeyd 
etdiyim  kimi,  ilahi  bir  məhəbbətlə  sevir,  onlardan  ötrü  az 
qalırdı  canından  keçsin,  xüsusilə  də  uşaqlar  xəstələ­
nəndə,  özünə yer tapmırdı.
İlham  balacalıqda  çox  sakit,  mehriban,  saf,  adama 
tez  isinişən  uşaq  idi.  Çox  ağıllı  davranırdı.  Baxmayaraq
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
577 сл

ki,  evdə,  ailədə  ona  sərbəstlik  verilmişdi,  ancaq  o,  dəcəl­
liyi,  şitliyi  sevmirdi.  Oz  yaşıdlarından  ağıllı,  ölçülüb- 
biçilmiş  davranışı  ilə  çox  fərqlənirdi.  Uşaqlar  gözümüzün 
önündə  böyüyürdü.
Övladlarının  xeyir  işinə  çox  tələsirdi.  Sevilin  övladı, 
Zərifə  xanımın  ilk  nəvəsi  dünyaya  gələndə  sevinci  yerə- 
göyə  sığmırdı.  Körpəyə Zərifə xanımın  adını  verdilər.
Bir  gün  mənə  dedi  ki,  İlhamı  evləndirmək  istəyirik. 
Qız  bizim  Tibb  İnstitutunun  tələbəsidir.  Ağıllı,  tərbiyəli  bir 
qızdır,  dərs  əlaçısıdır.  Yazıçı  Mir  Cəlal  Paşayevin  nəvə­
sidir.  Ürəyimə yatıb.
Çox  sevindim.  Xeyir-dua  verib,  qurulan  yeni  ailəyə 
xoşbəxtlik,  səadət  dolu  arzularımı  bildirdim.  Zərifə  xanı­
mın  oğul  toyu  görməkdə  fərəhinin  həddi-hüdudu  yox  idi. 
Onun  mələk simasına sevinc hissi necə də yaraşırdı.
Sonralar Sevilin  iki  oğlu,  ilhamın  isə  iki  qızı dünyaya 
gəldi.  İlhamın  ilk  övladına  anasının  adını  verdi  -  Leyla.  O 
biri  qızının  adını  Arzu  qoydular.  Nəvələrini  çox  sevir,  on­
larla  fəxr  edirdi,  sözü-söhbəti  uşaqlardan  olardı  həmişə. 
Yeganə  arzusu  İlhamın  oğlu  olması  idi.  Çox  təəssüf  ki, 
fələk  ona  Heydər nəvəsini görməyə imkan vermədi.  Ley­
la  və  Arzunun  toy  günündə  süzmək,  onları  gəlin  palta­
rında  nənə sevinci  ilə qurduqları  ailə ocağına yola salmaq 
ona  nəsib olmadı.  Çox təəssüf...
Zərifə  xanım  həddindən  artıq  alicənab  insan  idi. 
Tərifli  sözləri  heç  xoşlamazdı,  şan-şöhrəti  özünə  yaxın 
qoymazdı.  O  qədər  mədəni  idi  ki,  bir dəfə də  olsun,  mən 
onun  kiməsə  səsini  ucaltdığını  görmədim.  Çox  şirindil, 
xoşrəftar,  açıqürəkli,  gülərüz,  çox  sadə  və  diqqətcildi.  Əl­
bəttə,  dahilər  deyib  ki,  hər  şeydə  -  xasiyyətdə  də,  dav­
ranışda  da,  üslubda  da  ən  böyük  gözəllik  sadəlikdir. 
Zərifə  xanım  bütün  bu  gözəlliklərə  malik  insan  idi.  Hətta 
xoşuna  gəlməyən  adam  olduqda  belə,  ona  hiss  etdirməz,
Download 216 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling