Tələbə: Həziyev Rəvan Müəllim: Taleh Ceferov


Download 80.88 Kb.
Sana05.12.2020
Hajmi80.88 Kb.
#159893
Bog'liq
tarix-kollekvium


AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ İDMAN AKADEMİYASI



Qrup:110A26

Kurs: 1

Tələbə: Həziyev Rəvan

Müəllim: Taleh Ceferov

Mövzu: Azərbaycanda Hülakü ağalığı

Azərbaycanda Hülakü ağalığı

Tarixi mənbələr XIII əsrdə Azərbaycanda Hülakular dövlətinin mövcudluğunu sübut edir. "Azərbaycan tarixi" kitabında göstərilir ki, Ön Asiyada, Qafqazda və Kiçik Asiyada hələ də müstəqil fəaliyyət göstərən iri feodal malikanələrinə qarşı Ali Monqol xaqanlığı tərəfindən mübarizəyə köndərilmiş monqol şahzadəsi Hülaku xan (1258-1265-.ci illər) 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı istila etdi və 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süquta uğradı. Beləliklə, yeni zəbt edilmiş ərazilər hesabına 5-ci monqol ulusu-Hülakular (Elxanilər) dövləti yarandı. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi, Təbriz Abaqa xanın zamanından başlayaraq dövlətin paytaxtı oldu.

Azərbaycanda köçəri monqol feodallarının hakimiyəti başlandı. Şahzadə Yuşumut Muğan, Şirvan və Dərbəndin hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə, onun şimal hissəsində monqolların güçlü hərbi hissələri məskən saldı. Hülaku xan oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində tezliklə iqtisadi cəhətdən qüvvətlənmiş və mərkəzləşdirilmiş dövlət təşkil edə bildi. Lakin belə vəziyyət çox davam etmədi. Hülaku xanın ölümündən sonra mərkəzi hakimiyyətə qarşı mübarizə başlandı. Bu, Abaqa xanın (1265-1282-ci illər) hakimiyyətinin sonlarında daha da kücləndi və açıq şəkil aldı. 1275-ci ildə Arranda Abaqa xana qarşı üsyan baş verdi və çətinliklə yatırıldı. Abaqa xandan sonra hakimiyyətə sahib duran Əhməd xan (1282-1284-cü illər) narazı feodalların səyi ilə taxt-tacdan salındı və Arqun xan (1284-1291-ci illər) səltənətə çıxdı. Onun dövründə feodal ara çəkişmələri artdı. Digər tərəfdən, ölkənin xarici vəziyyəti də sabit deyildi. Hülakular dövləti təsis edildiyi ilk vaxtlardan başlayaraq, Azərbaycan ərazisi uğrunda hülakularla digər monqol dövləti, Cuci nəslindən olan qızıl ordalılar (şimalda) arasında gedən müharibələr ölkənin vəziyyətini sarsıdırdı. Azərbaycanı tutmağa can atan Qızıl Orda xanları Hülaku xanın, Abaqa xanın və Arqun xanın zamanında dəfələrlə (1263, 1265, 1288, 1290-cı illərdə) cənuba yürüş etmiş və ölkədə dağıntı törədərək geri qayıtmışdılar. Elxanilər taxt-tacı uğrunda mübarizə də Arqun xanın ölümündən sonra şiddətləndi. Göyxatu xan (1291 - 1295-ci illər) elə ilk anlardan feodal qruplarının əlində oyuncağa çevrildi. Mərkəzi dövlət aparatı zəiflədi və qüvvələrə qarşı mübarizə aparmaq iqtidarını itirdi. 1295-ci ildə Azərbaycanda iki elxan dəyişildi. Baydu xan (1295-ci il) bir neçə ay hökmranlıq etdikdən sonra taxt-tacdan məhrum edildi. Qazan xan (1295-1304-cü illər) Hülakular səltənətinə sahib oldu.

Qazan xan öz siyasətində yerli feodallarla əlaqənin möhkəmləndirilməsi xəttini yeritdi. Bu məqsədlə o, islam dinini qəbul etdi və xüsusi islahatlar keçirdi. Köçəri feodallar Qazan xana qarşı kəskin mübarizəyə qalxdılar, iğtişaşlar, üsyanlar baş verdi, sui-qəsdlər təşkil olundu. Lakin Qazan xan yerli feodallara arxalanaraq baş vermiş bütün iğtişaşları yatıra bildi, mərkəzi dövləti möhkəmləndirdi. Köçəri feodalların əksəriyyəti Qazan xanın hakimiyyətinə tabe edildilər. Ölkədə nisbətən sabit vəziyyət yarandı və Sultan Məhəmməd Xudabəndənin (Ulcaytunun, 1304-1316-cı illər) hakimiyəti zamanında da mühüm təbəddülata uğramadı. Lakin 12 yaşlı Əbu Səidin (1316-1335-ci illər) hakimiyyətə çıxması ilə vəziyyət kökündən dəyişildi, feodal ara çəkişmələri yenidən başlandı və getdikcə gücləndi. Faktiki hakimiyətin Sulduzilər nəslindən olan baş əmir Çobanın əlində cəmləşməsi bir çox feodalların narazılığına və mərkəzi hakimiyyətə qarşı çıxmalarına səbəb oldu. 1318-ci ildə bir tərəfdən Xorasanda əmir Yasavur mərkəzi hakimiyyətə qarşı çıxdısa, digər tərəfdən ölkə ikitərəfli xarici hücumlara məruz qaldı: Misir qoşunları cənubdan, qızılordalılar isə şimaldan hücuma keçdilər. Şirvan ərazisi şimal hücumundan çox ziyan çəkdi. Əbu _Səid əsas qüvvələrini Azərbaycana göndərdi qızılordalıların hücumunu dəf edə bildi. Sonra isə digər istiqamətlərə qoşun hissələri göndərildi.

1319, 1320 və 1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Əbu Səid əmir Çobanın köməyilə həmin iğtişaşları yatıra bildi. Mərkəzi hakimiyyət nisbətən qüvvətləndi. 1325-ci ildə Qızıl Orda dövlətinə müzəffər yürüş təşkil edən əmir Çoban artıq dövlətin faktiki hakimi kimi fəaliyyət göstərməyə başladı. O, dövlətin mühüm vəzifələrini və vilayətlərin idarəsini öz oğlanlarına tapşırdı. Əbu Səid yaranmış vəziyyətdən çıxmaq üçün Çobandan narazı feodalların köməyindən istifadə etdi və 1328-ci ildə Çobanı və onun tərəfdarlarını dövlət idarəsindən uzaqlaşdırdı. Çoban və bəzi oğlanları öldürüldü, Onların əmlakı qarət olundu. Lakin Əbu Səidin müstəqilliyi uzun sürmədi. O, tezliklə vəzir Qiyasəddin Məhəmməd Rəşidinin başçılıq etdiyi feodal qrupunun təsirinə düşdü. Ölkədə yeni-yeni iğtişaşlar qalxdı, 1334-cü ildə Sultaniyədəki üsyan çətinlikla yatırıldı. 1335-ci ildə Qızıl Orda xanı Özbək yenidən Azərbaycana soxuldu. Əbu Səid dövlətin əsas qüvvələrini Özbəyə qarşı mübarizəyə səfərbər etdi və özü də Kür çayının sahilinə gəldi. Lakin o, feodal ara çəkişmələri nəticəsində öldürüldü. Onun vəfatı ilə hülakular dövləti getdikcə tənəzzülə uğradı və müxtəlif hissələrə parçalandı. Qısa müddət ərzində hakimiyətdə bir neçə şahzadə-Arpa xan (1335-1336-cı illər), Musa xan (1336-cı il), Məhəmməd xan (1336-1338-ci illər) bir-birini əvəz etdi. .Məhəmməd xanın dövründən başlayaraq, hakimiyyət uğrunda mübarizə yeni forma aldı. Feodal qrupları vahid Hülakular səltənətini ələ keçirmək məqsədilə deyil, dövlətin ayrı-ayrı vilayətlərində müstəqilləşmək uğrunda mübarizəyə girişdilər. Nəticədə, Hülakular dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı. Hülakular səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilərin, Cəlairilərin və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər. Hülaku xanın yürüşü dövründə Azərbaycana gəlib Urmiya gölü ətrafında məskunlaşmış türk-monqol mənşəli Sulduz qəbiləsinin davamçıları olan Çobanilər hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idilər. Əmir Çobani nəvəsi Şeyx Həsən Çobani (Kiçik Həsən) 1338-ci ildə öz rəqibi Şeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib gələrək, Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu (1338-1340-ci illər) padşah elan edib dövləti onun adından idarə etməyə başladı. Beləliklə, Azərbaycanda və ona qonşu ərazilərdə Çobani feodal qrupunun ağalığı başlandı. XIV-XV əsrlərdə Şirvanşah I İbrahimin fəaliyyətinə diqqəti cəlb edir. Teymurun ölümündən sonra (1405) onun zəif iqtisadi əlaqəsi olan böyük imiernyası tezliklə varisləri arasında hakimiyyət uğrunda mübarizə başlanır. Bir-biri ilə ədavət edən Miranşah və onun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək iddiasında idilər. Belə bir şəraitdə Gəncədə, Şəkidə, Qarabağda, Təbrizdə, Ərdəbildə və Marağada xalq ixtişaşları geniş vüsət alır.

Azərbaycanda İslam dininin yayılması

İslam dünyada ən çox yayılmış dinlərdən biridir. Bu din VII əsrdə Ərəbistanda meydana gəlmişdir. 1400 ildir ki, İslam Yer kürəsinin milyonlarla əhalisinin əxlaq kodeksi, həyat tərzi, Allah qarşısında hamının bərabərliyi deməkdir. İslamın bərqərar olması ilə çoxallahlığa və bütpərəstliyə qarşı mübarizə başlandı. Məlumdur ki, islamadək insanlar Günəşə, Aya, müxtəlif ruhlara, təbiət cismlərinə və əcdadlara sitayiş edirdilər. İslam, qismən də olsa, özündən əvvəlki dinlərdən - yəhudilik və xristianlıqdan bəhrələnsə də, onun bütün ehkamları və mərasimləri təkrarolunmazlığı ilə səciyyələnır. O dövrdə daşa sitayiş, xüsusilə, geniş Məkkədə məbəd olan Kəbə bütün ərəb tayfaları üçün müqəddəs yer olmuş, müsəlmanların ilahilik rəmzinə çevrilmişdi. Qısa bir müddət ərzində, Məhəmməd peyğəmbər, ərəbləri birləşdirərək mərkəzləşdirilmiş dövlət təşkil etdi, Məhəmməd peyğəmbər, rəsmi olaraq, islamın paytaxtı elan edildi. İslamın banisi Məhəmməd peyğəmbər 570-ci ildə Məkkədə kasıb, ancaq kübar ailədə doğulmuşdur. İdealı real həyata qovuşduran Məhəmməd peyğəmbər gözəl natiq və mahir siyasətçi idi. Onun ideya-siyasi fəaliyyəti haqqında təlimi öz həyatiliyini bu gün də saxlamaqdadır. İslamın əsasını aşağıdakıdar təşkil edir: təkallahlığı və peyğəmbəri tanıma; ibadət, oruc tutmaq, yoxsulların xeyrinə vergi, zəkat verilməsi və Həcc ziyarəti.

Azərbaycanın etnoqraf alimi Rəfiqə Quliyeva yazır: "Müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" hesab olunur. Müsəlmanların cəmiyyətdə davranışı, bir-biri ilə qarşılıqlı münasibətləri hüquqi normalarla - şəriətlə nizamlanır. Şəriət "Quran" və hədislər vasitəsilə müsəlmanlara çatdırılan qanunlarıdır. Şəriət insanların Allaha ibadətini və onların bir-birlərinə olan münasibətlərini tənzimləyir.

İslam tarixinin ilk mərhələlərində "Quran"ın başqa dillərə tərcüməsi qadağan olunduğundan müsəlmanlar bu müqəddəs kitabdan ərəb dilində bəhrələnirlər. Sonralar "Qurani-Kərim" bütün müsəlman xalqlarının dillərinə tərcümə olunmuşdur.

Müsəlman uçün "Quran"ın ehkamları əsasında yaşamaq Allahın iradəsini ifadə etmək deməkdir. Məhəmməd peyğəmbərin ölümündən 3 əsr keçdikdən sonra, hakimiyyət üstündə aparılan mübarizələr sonralar islamın daxili strukturuna təsir etdi. Artıq VIII əsrin ortalarında islamda azı 3 dini-siyasi qruplaşma - sünnilik, şiəlik və vəhhabilik mövcud idi. İslamda müxtəlif cərəyanların fəaliyyət göstərməsinə baxmayaraq, müsəlmanlar həmişə böyük təmkinlilik göstərmiş və səbirlə vahid din ətrafında birləşməyi hər şeydən üstün tutmuşlar".

İslamın ayrı-ayrı ölkələrdə yayılması, yerli şəraitdən asılı olaraq, özünəməxsus məhəlli xüsusiyyətlərin formalaşması, müxtəlif xalqlarda etno-mədəni proseslərinin intensivləşməsı şəraitində baş verirdi. Əsrlər boyu bu dini qəbul edən ölkələrin xalqları ilə islam arasında ideoloji baxımdan qarşılıqlı əlaqə və qarşılıqlı təsir olunmşdur. İslam, adətən, qarşılaşdığı ölkələrdəki yeni ideyaları, xalqların adət-ənələrini öz təliminə uyğunlaşdırmağa çalışırdı. Xilafətin uzun müddət hökmranlıq etməsində islam faktoru mühüm rol oynamışdır. Ərəblər istilaçılıq siyasətini islamın təbliği ilə birgə aparırdılar. VII əsrdə Ərəbistanda meydana çıxan islam, qısa bir müddət ərzində, Yer kürəsinin böyük bir qismini əhatə etdi.

Azərbaycanda islamın yayılması 639-cu ildə ərəblərin Azərbaycana yürüşü ilə bağlıdır. 643-cü ildə onlar, artıq Dərbəndi fəth etmişdilər. Xəlifə Osmanın dövründə ərəblərin Şimali Azərbaycana yürüşü daha da genişləndi. Yerli əhali yeni dinə bütün məhrumiyyətlərdən və əzablardan xilas olmaq vasitəsi kimi baxırdı. Qeyd etmək lazımdır ki, fəth etdikləri ölkələrdə ərəbləri, birinci növbədə, yeni dini təbliğ etməkdən daha çox əhalini özlərinə siyasi cəhətdən tabe etmək məsələsi maraqlandırırdı.

Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da islam bir sıra qədim dini etiqadlar və inamlarla üzə-üzə gəldi. İslamadək Azərbaycanda çox mürəkkəb konfessional durum hökm sürürdü. Burada müxtəlif heyvanlara və bitkilərə, təbiət cisimlərinə inamla yanaşı, zərdüştlük və xristianlıq çox geniş yayılmışdı. Təsadüfi deyil ki, ilk mərhələlərdə islam Azərbaycan ərazisində heç də eyni dərəcədə yayıla bilmirdi. İslam Arranda xristianlıq, cənub bölgələrində isə zərdüştiliklə qarşılaşmışdı. Qeyd etmək lazımdır ki, bu din ən çox zərdüştlük və çoxallahlığın müqavimətinə rast gəlirdi. İslam dini ilə bütpərəstlik - atəşpərəstlik arasında təsir və qarşılıqlı əlaqə prosesləri getməyə başladı.

R.Quliyevanın fikrincə, Əli Biruninin məlumatına görə, Cənubi Azərbaycan əhalisi, artıq xəlifə Əlinin dövründə islamı qəbul etmişdi. Əndəluslu Həmid əl-Qərnatinin məlumatına görə, Dərbəndin dağ kəndlərində hələ islamı qəbul etməyən atəşpərəstlər mövcud idi. Şimali Azərbaycanda islam-xristianlıq qarşıdurması özünü daha qabarıq göstərirdi. Ona görə də, burada müsəlmanlaşma prosesi daha uzun sürmüşdür. Əvvəlki dinlərə sitayiş əsas etibarilə Azərbaycanın müxtəlif bölgələrində davam etməkdə idi. "Xristianlıqdan fərqli olaraq, islam missionerlər vasitəsilə yox, ölkələri işğal etmək yolu ilə yayılırdı. Azərbaycanda islamın məcburi qaydada qəbul etdirilməsi halları olmamışdır. Ölkədə xristianlıq və zərdüştlük də təqib olunmamışdı".

Azərbaycanda islam iki təriqətin nümunəsində - sünnilik və şiəliklə təmsil olunmuşdur. Şiələr, əsasən, çoxluq təşkil edir.

İslam Azərbaycanda əvvəlki sosial-mədəni təsisatları transformasiyaya uğratdı. Hər bir ölkədə olduğu kimi, burada da islamın yerli şəraitə uyğunlaşdırılmış xüsusiyyətləri formalaşırdı. Məlumdur ki, orta əsrlərdə Şərqdə şiə və sünni məzhəblərinə ayrılmış türk dövlətləri arasında münaqişələr baş verirdi. Bunun əksinə olaraq, Azərbaycanda həmişə belə hallara və o cümlədən, separatçılığa qarşı mübarizə meyilləri güclü olmuşdur. Bu isə, ölkədə sabitlik və tərəqqi üçün zəmin yaratmış başqa dinlərə isə tolerant münasibət formalaşdırmışdır.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra buranın etnik tərkibi böyük dəyişikliyə uğradı. Köçürmə siyasəti nəticəsində, ölkənin dini həyatında dəyişiklik baş verdi və xristian əhalinin sayı artdı. Əhalinin əksəriyyətini müsəlmanların təşkil etmələrinə baxmayaraq, imperiyanın şovinizm siyasəti nəticəsində ictimai-siyasi həyatda xristianlıq amili mühüm rol oynamağa başladı.

Sovet hakimiyyəti illərində Azərbaycanda dini qurumların fəaliyyəti xeyli məhdudlaşdırıldı və dini mərkəzlər iqtisadi bazadan məhrum edildi.

ƏDƏBİYYAT SİYAHISI

1. Yunusov Arif. Azərbaycanda İslam. "Zaman" nəşriyyatı, Bakı, 2004

2. İslam: qısa məlumat kitabı, ASE-nın baş redaksiyası, Bakı – 1989



3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989

4. Piriyev V.Z. Azərbaycan Elxanilər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər). Bakı, 1978.
Download 80.88 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling