Tərcüməçidən
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
Cəhmiyyə– “Bu kəlamın sahələrindən biridir ki,bu əqidə sahibləri özlərini müsəlman adlandırırlar. Lakin,onlar iman və Allahın isim-sifətləri mövzusunda bidət fikirlərə sahibdirlər.Bu firqə və fikirlərin banisi Əbu Muhriz adı ilə tanınan Cəhm ibn Səfvan olmuşdur.Onun fikirləri hicri 102-ci ilində alimləri özünə cəlb etdi.O,tamamilə insanın iradəsini inkar edir,Quranın xəlq olunması baradə fikirlər yayır və bütünlüklə Allahın isim-sifətlərini inkar edirdi.İbn Səfvan Xorasan,Tirmiz və Mərvdə murciyə,mötəzilə və digər qruplarla gərgin mübahisələr aparırdı.Tarixçilərin əksəriyyətinin rəyinə əsasən o hicri 128-ci ildə Mərvdə bidət fikirlərinə görə edam edilmişdir.Cəhmiyyənin ən təhlükəli bidətlərindən biri Allahın bütün isim-sifətlərinin inkar edilməsidir. Faktiki olaraq,onlar Allahın əsma sifətlərini də inkar edirlər.Çünki,onlar bunu məcazi mənada anlayırlar.İbn Teymiyyə “əl Fətava əl Həmaviyyə əl kubra” kitabında yazır: “İlk dəfə belə fikirləri Cudd ibn Dirhəm ortaya atdı.Ondan sonra bunu Cəhm ibn Səfvan davam etdirdi.O,bu fikirləri yaymağa başladı.Ona görə Cəhmilər məhz ona istinad edirlər.Nəql edirlər ki,Cudd bu fikirləri Əban ibn Səmandan,o Talutdan,o da öz növbəsində dayısı Lubeyd ibn əl Əsamdan əxz etmişdi.Bu şəxs isə Peyğəmbər (s.a.s)-i cadu edən yəhudi cadugər idi.”
Cəhmilər həmçinin, hesab edirlər ki,insan əməl etmədə,iradədə və istəklərində müstəqil deyildir.Onlar imanı etiqad,söz və əmələ ayırmaya etiraz edir,imanın Allahı tanımaq,küfrü isə Allahı tanımamaq olduğunu iddia edirdilər.Bununla yanaşı onlar deyirdilər ki,əgər insan Allahı tanısa,sonra sözləri ilə ondan uzaqlaşsa,o iman əhli olaraq qalır.Həmçinin,onlar hesab edirdilər ki,peyğəmbər və insanlar daxil olmaqla,bütün insanların imanı eynidir.Cəhmilər həmçinin, məhşərdə olacaq bir çox hadisələri də inkar edirlər. Onlar siratı (körpü),mizanı (əməl tərəzisi),axirətdə Allahı görməyi,qəbir əzabını inkar edir, cənnət və cəhənnəmin daha sonra yox olacağına etiqad edirlər.Onlar Allahın kəlamını qəbul etmir və Quranın məxluq (xəlq olunduğunu) hesab edirlər.Cəhmilər həmçinin,Allahın zatı ilə məxluqu ilə bərabər olduğunu iddia edirlər.Cəhmilərin fikirlərini görkəmli müsəlman alimləri qətiyyətlə rədd etmişlər.Onlardan Əhməd ibn Hənbəli,İbn Quteybəni,əd Darimini,İbn Teymiyyəni və s. qeyd etmək olar.” (Elmir Quliyevin məqaləsindən) Sonda bu çalışmanı tamamlamağı quluna müyəssər edən Allaha həmd olsun! Ümid edirəm ki,Uca Allah bu çalışmanı müsəlmanlar üçün faydalı edəcək və onları rafizi fitnəsindən qoruyacaqdır. Müəllif (Əbu Əli Abdullah) bu çalışmanı cumədə əl axir ayının 29-u,1431-ci ildə tamamlamışdır. Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling