Tərcüməçidən
Download 0.98 Mb.
|
muracic999t-kitabc4b1na-rc999dd
- Bu sahifa navigatsiya:
- “Haqqa üz tutun.Siz buna görə həlak olacağınızı görsəz belə,bilin ki,qurtuluş doğruluqdadır.”
- “Doğruluqdan ayrılmayın,o xeyirdəndir.Bunların hər ikisi cənnətdədir.Yalandan çəkinin,o günahlardandır.Bunlarda cəhənnəmdədir.”
- “Mömində yalan və xainlikdən başqa istənilən xüsusiyyət ola bilər.”
Ön söz Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun. Oxucuya təqdim olunan bu çalışma möhtərəm qardaşımız Əbu Əli Abdullahın (Əfəndi) rus dilində qələmə aldığı “Ясные доводы в ответ на ложъ книги Мураджиат” kitabından Azərbaycan dilinə çevrilmiş tərcümə işidir. Müəllif şiələrin Əhli Sünnəyə qarşı fəxrlə istifadə etdiyi bu kitaba tutarlı dəlillərlə cavablar vermişdir. Haqqı araşdıran müsəlmanlara faydalı olması ümidi ilə. Tərcüməçidən. Müəllifin ön sözüMərhəmətli və rəhmli Allahın adı ilə! Aləmlərin Rəbbi olan Allaha həmd olsun.Sonuncu peyğəmbər Muhəmmədə və əhlinə salam və xeyir dua olsun.Allah Təala onun səhabələrindən və onlara xetir işdə tabe olanlardan razı olsun. Ömər ibn Xəttab (r.a) rəvayyət edir ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Həqiqətən əməllər niyyətlərə görə dəyərləndirilir və hər bir insana da onun niyyətinə görə əcr verilər.Ona görə də Allah və Elçisi üçün hicrət edən ona yetişmiş olar.Dünya malı və qadın üçün hicrət edən də ancaq istədiyinə çatmış olar.” (Səhih Buxari №1) İmam Nəvəvi nəql edir ki,Əbu Səid Əbdurrahmən ibn Mehdi dedi: “Kitab yazmaq istəyən hər kəs qoy bu hədislə başlasın” (“əl Əzhər muntəhaba əl əbrar” səh 24) Bu kiçik çalışma Əbdulhüseyn Şərəfutddin Musəvinin “Müraciət” və ya “Məktublarda İmam Əlinin vilayəti” kitabında gətirilən iddiaların təhlilinə həsr olunacaqdır.Bu kitab 1998-ci ildə beynəlxalq “Əhli Beyt” cəmiyyəti tərəfindən rus dilində nəşr olunmuşdu.“Müraciət” kitabı haqqında bir neçə kəlmə fikir söyləmək yerinə düşərdi.Bu məlumatsız müsəlmanları şübhəyə salmaq üçün şiələrin istifadə etdikləri ən sevimli əsərlərdəndir.Adətən bu kitabı “mənim səndən daha dəyərli yoldaşım yoxdur,mən yalnız səni fikirləşirəm” görüntüsü ilə ilə oxumağa verirlər.Əgər müsəlmanlar bu kitabda nə qədər yalan,faktların təhrifi və s.uydurmaların olduğunu bilsəydilər,onlar heyrətə gələrdilər.Kitabın təhlilinə keçməmişdən öncə yalan haqqında bir neçə açıqlama gətirmək istərdim. Uca Allah buyurur: “Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.” (Qaf 18) İbn Məsudun (r.a) rəvayyətinə görə Peyğəmbər (s.ə.s) demişdir: “Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır,əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar” (Buxari, 6094-cü hədis; Müslim, 6579-cu hədis) Buxari və Müslim “Səhih” əsərlərində Abdullah ibn Amr ibn əl As (r.a)-dən rəvayyət edirlər ki,Peyğəmbər (s.a.s) buyurdu: “Kimdə bu dörd şey olsa, o, əsl münafiqdir. Kimdə bu dörd şeydən əlamət varsa,onu tərk edənə kimi onda nifaqın əlamətləri qalar: Ona bir şey əmanət ediləndə, əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd edərkən vədini yerinə yetirməz, münaqişə etdikdə çirkin əmələ əl atar”. (“Riyadus salihin” №1543) Buxaridə keçən uzun bir hədisdə mələklər Peyğəmbər (s.a.s)-ə qəbirdə olan bəzi əzabların səbəblərini izah edərkən dedilər: “Sonra ağzı, burnunun deşiyi və gözü ənsəsinə kimi yırtılan adam səhərlər evdən çıxaraq yalanlar danışardı və onlar yer üzündə yayılardı.” (“Riyadus salihin” №1546) Yalan İblisin silahıdır ki,o bunun vasitəsi ilə ilk insanlar olan Adəm və Həvvanı Cənnətdən çıxartmağa nail olmuşdu.Bidət və hava əhli kimsələr müsəlmanları haqq yoldan azdırmaq üçün bu silahdan da istifadə edirlər.İstənilən məsələdə,mübahiSəddə müsəlman öz fikrini əsaslandırmağa çalışarkən yalnız doğruluğa əməl etməli və düz danışmalıdır. Mənsur ibn Mutəmmirdən rəvayyət olunur ki,Peyğəmbər (s.a.s) buyurdu: “Haqqa üz tutun.Siz buna görə həlak olacağınızı görsəz belə,bilin ki,qurtuluş doğruluqdadır.” (Munziri “Tərqib” 5/494) Yalanla kimisə aldatmaq,dünyalıq nəsə əldə etmək,kiminsə hörmətini qazanmaq olar.Lakin,yalan sonunda sahibini od sakinlərindən edəcəkdir.Peyğəmbər (s.a.s) buyurdu: “Doğruluqdan ayrılmayın,o xeyirdəndir.Bunların hər ikisi cənnətdədir.Yalandan çəkinin,o günahlardandır.Bunlarda cəhənnəmdədir.” (Munziri “Tərqib” 5/495) İmam Əhməd Əbu Umamə əl Bəhlidən və Sad ibn Əbu Vəqqasdan rəvayyət edir ki,Peyğəmbər (s.a.s) buyurmuşdur: “Mömində yalan və xainlikdən başqa istənilən xüsusiyyət ola bilər.” (Munziri “Tərqib” 5/499) Munziri Beyhəqiyə istinad edərək Peyğəmbər (s.a.s)-in belə buyurduğunu yazır: “Yalan sahibini imandan uzaqlaşdırır.” (Munziri “Tərqib” 5/499) İnsan zəifdir və o istəklərə uyur.Müsəlman şəxs istənilən pis xüsusiyyətə sahib ola bilər.Lakin,o yalançı olmamalıdır.Malik Səfvan ibn Suleymdən nəql edir ki,o Peyğəmbər (s.a.s)-dən soruşdu: Download 0.98 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling