Tərcüməçidən


Əgər bu rəvayyətləri doğru saysaq, onda belə çıxacaq ki,ən əfzəl zəkat rukuda verilən zəkatdır.Bu isə heç bir fiqh kitabında yoxdur. 4


Download 0.98 Mb.
bet5/32
Sana18.12.2022
Hajmi0.98 Mb.
#1027993
1   2   3   4   5   6   7   8   9   ...   32
Bog'liq
muracic999t-kitabc4b1na-rc999dd

3 Əgər bu rəvayyətləri doğru saysaq, onda belə çıxacaq ki,ən əfzəl zəkat rukuda verilən zəkatdır.Bu isə heç bir fiqh kitabında yoxdur.
4. Zəkatı niyə rukuda vermək lazımdır?Məgər yaxşı olmazdımı ki,namazdan sonra zəkat fəqirə verilsin.
5. Həmçinin “vəli” sözü bir neçə məna ifadə edir: İdarə edən,rəhbər,köməkçi,dost və s.Bu konteksdə sözün hansı mənaya gəldiyi bəllidir.Bu ayədən əvvəlki və sonrakı ayələrə baxmaq kifayətdir.
“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” (Maidə 51)
“Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.” (Maidə 57)
Söhbət rəhbərlik və ümməti idarə etmə baradə deyil,Allah üçün dostluqdan gedir.Allah Təala açıq şəkildə bildirir ki,müsəlmanların dostları Xristian və Yəhudilər deyil,möminlərdir.
Misal olaraq həmçinin bu ayəni nümunə gətirmək olar.
“Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.” (Tövbə 71)
“Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.” (Nisa 89)
Göründüyü kimi bu ayələrdə “vəli” sözü əmir deyil,dostluq mənasında işlənmişdir.
6. Həmçinin,bu rəvayyət əslində Əli (r.a) üçün fəzilət sayıla bilməz.Çünki,Allah Təala Quranda buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar.o kəslər ki, namazlarında mütidirlər” (Muminun 1-2)
Şübhəsiz ki,Əli (r.a) bu şəkildə ibadət edənlərdən idi və biz onu dünyada yaşamış ən təqvalı adamlardan biri hesab edirik.Əgər biz ruku zamanı zəkatı həqiqət olaraq ələ alsaq, onda elə alınacaq ki,Əli (r.a) namaz vaxtı məscidə kimlərin girməsini,nə danışmalarını,nə istəmələrini eşidir və ruku zamanı o fəqirə üzüyünü Səddəqə verir?
7.İslamın digər sütünları kimi zəkatın da müəyyən şərtləri vardır.Əgər söhbət qızıldan gedirsə,onda bu 85 qr.olmalı və üzərindən bir il keçməlidir.Zəkat fəqirin istəməsi ilə verilməz,üstəlik üzük heç verilməz.Bunu Səddəqə adlandırmaq daha münasibdir.
8.Əgər ayədəki sözə fikir versək,görərik ki,söz çoxluq mənasında işlənmişdir. «وَالَّذِينَ»----onlar, «يُقِيمُونَ»-----namaz qılırlar, «وَيُؤْتُونَ»-----zəkat verirlər.Yəni,söhbət bir adam haqqında deyil,adamlar baradə gedir.
9.”Vilayə” sözü fəthə ilə yazıldıqda düşmənçilyin əksi,yəni dostluq mənası verir.Bu ayədə isə məhz bu şəkildə yazılıb.Əgər “vilayə” kəsrə ilə yazılsa onda bu rəhbərlik,idarə etmə anlamına gəlir.Məhz buna görə burada rəhbərlik deyil,bütün müsəlmanlar nəzərdə tutulur.
Qurtubi dedi: ”Uca Allah ayə nazil etdi. “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir...”
Cabir ibn Abdulla dedi ki,Abdullah ibn Salam (r.a) Peyğəmbər (s.a.s)-ə dedi: ”Bizim Kureyza və Nadirə qəbilələri iman gətirdiyimizə görə bizdən üz döndərdilər.Onlar and içdilər ki,bizlə oturmayacaqlar.Bizim evlər uzaqdadır və biz müsəlmanlarla əlaqə saxlaya bilmirik. ”Bunun üzərinə Allah Təala bu ayəni nazil etdi.İbn Salam dedi: ”Biz himayədarımızın Allah,Onun Elçisi və möminlər olmasından razıyıq.” (“Təfsir” məfatuhul qeyb” Fəxrəddin Razi,c.9,səh 118)
Əbu CəfərMuhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibə sual verdilər: “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir...” ayəsində Əli (r.a) nəzərdə tutulur?O,cavabında:”Əli ibn Əbu Talib də möminlərdəndir və bildirdi ki,burada qəsd olunan bütün möminlərdir.” (əl Camiul əhkamul Quran”c.6,səh 288)
Əbdulhüseynin sözlərinə qayıdaq.O deyir: “Bütün müfəssirlər bu ayənin Əli (r.a) baradə nazil olması məsələsində həmfikirdilər.”
Oxucuya aydın olduğu kimi rafizi müəllifin bu sözləri açıq-aydın yalandır. Bu ayənin Əli (r.a) haqqında nazil olduğunu kitablarında yazan alimlər zəif və uydurma rəvayyətlərə istinad etmişlər.
7) Əbdulhüseyn yazır (12/60-61): “Məgər Peyğəmbər (s.a.s) “Qədir” günü onun təbliğinə başlamadımı və uca səslə hamıya çatdırmadımı? Allah həmin gün (“Maidə”, 3-cü ayə) nazil etdi: “Bu gün dininizi kamil etdim və nemətimi sizin üçün tamamladım və İslamı (əbədi) dininiz kimi qəbul etdim.” Məgər bilmirsən ki, Allah onların vilayətini açıq şəkildə inkar edən və Peyğəmbər ilə müxalifət edən şəxslə necə rəftar etdi? O şəxs uca səslə dedi: “Əgər bu haqq olub Sənin tərəfindəndirsə, onda göydən üstümüzə daş yağdır və ya bir ağır əzab bizə nazil et.”

Download 0.98 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling