Tərcüməçidən


Download 0.98 Mb.
bet6/32
Sana18.12.2022
Hajmi0.98 Mb.
#1027993
1   2   3   4   5   6   7   8   9   ...   32
Bog'liq
muracic999t-kitabc4b1na-rc999dd

Allah da onu göydən endirdiyi daşla “fil səhabələri”ni məhv edən kimi, yox etdi və o vaxt bu ayə nazil oldu.O hacət istəyən kəs elə bir əzabın baş verməsini istəmişdir ki, kafirlər ondan müdafiə oluna bilməzlər.”
Kitabın ərəbcə olan variantında haşiyədə yazılır: “Hakim “Müstədrək” əsərində Məaric surəsinin təfsirində bunu nəql etmişdir.Bu kitabın 2-ci cildində 502-ci səhifəyə müraciət edin.” (orijinalda: واخرجها الحاكم في تفسير المعارج من المستدرك، فراجع صفحة 502 من جزئه الثاني.)
Bu yalandır.”Müstədrək” kitabında bu surənin təfsirində belə bir rəvayyət nəql olunmayıb.
8) Daha sonra dəccal Əbdulhüseyn yazır (34/202): “O həzrət deyərdi: “Allaha and olsun ki,mən Peyğəmbər (s.a.s)-in qardaşı,vəsisi,əmisioğlu və onun varisiyəm.Məndən daha çox ona kim yaxın ola bilər?”
Haşiyədə yazılır: ”Müstədrək” kitabının 3-cü cildində səhifə 126-a baxın.Zəhəbi “Təlxis” kitabında hədisi səhih hesab etmişdir.”
Biz bu misalda iki cahillik və yalan nümunəsi görürük.
1) Tərcüməçinin cahilliyi 2) Müəllifin yalanı
Tərcüməçinin cahilliyi ondan ibarətdir ki,o ifadəni səhv tərcümə etmişdir.Düzgün tərcümə belə olmalıdır: “Allaha and olsun ki,mən onun qardaşı,əmisioğlu və onun elminin varisiyəm.Məndən daha çox kimin buna haqqı çatır?”
Müstədrək” kitabının 3-cü cildində səhifə 126-a baxın.Zəhəbi “Təlxis” kitabında hədisi səhih hesab etmişdir.” ifadəsi isə yalandır.

  1. Hakim bunu 4645 nömrəli rəvayyət kimi nəql etmişdir və bu haqqda heç bir fikir bildirməmişdir.

  2. Zəhəbi də həmçinin, bu rəvayyətin doğruluğu haqqında “Təlxis” kitabında heç bir rəy bildirməmişdir.Bu rəvayyət Zəhəbiyə görə münkərdir. (“Mizanul itidal” 3/255/№6353)

Rəvayyətin özünə qayıdaq:
(حدثنا) محمد بن صالح بن هانئ ثنا أحمد بن نصر ثنا عمرو بن طلحة القناد ثنا أسباط ابن نصر عن سماك بن حرب عن عكرمة عن ابن عباس رضى الله عنهما قال كان علي يقول في حياة رسول الله صلى الله عليه وآله ان الله يقول افئن مات أو قتل انقلبتم على اعقابكم والله لاننقلب على اعقابنا بعد إذ هدانا الله والله لئن مات أو قتل لاقاتلن على ما قاتل عليه حتى اموت والله اني لاخوه ووليه وابن عمه ووارث علمه فمن احق به مني *
Rəvayyətin ravilər silsiləsi olduqca zəifdir.
Simak ibn Hərb adlı ravi mühəddislər arasında haqqında fikir ayrılığı olan ravidir.Saleh Cəzri,Şubə və Süfyan onu zəif hesab etmişlər.İbn Mədini onun İkrimədən (bu rəvayyətdə olduğu kimi) nəql etdiyi rəvayyətlərin dolaşıq olduğunu qeyd etmişdir.”Əsbat ibn Nəsri adlı ravini Əbu Nueym və Nəsai zəif hesab etmişlər.” (“Mizanul itidal” 1/175/№712)
Amr ibn Həmmad ibn Təlha adlı ravi isə rafizilərdən olan siqa ravidir.

9) Daha sonra dəccal Əbdulhüseyn yazır (48/235-236): “Peyğəmbər (s.a.s) Fatiməyə (r.a) buyurdu: “Bu peyvəndə və ona həyat yoldaşı olmağa razı deyilsənmi? Allah yer əhlinə nəzər saldı və iki nəfəri seçdi, biri atan, o birisi həyat yoldaşın.”
Haşiyədə yazır: “Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində bunu nəql etmiş, çoxlu “Sünən” müəlliflər onu nəql etmiş və düzgün hesab etmişlər.” (orijinalda: أخرجه الحاكم من صحيحه المستدرك، ورواه كثير من أصحاب السنن وصححوه)

Bu iblis yenədə yalan danışdı! Bu rəvayyət heç bir dörd “Sünən” kitabında yoxdur. “Müstədrək” kitabının məndə olan iki elektron versiyasını yoxladım.Onlardan biri Beyrutda “Darul mərifət” nəşriyyatı tərəfindən,ikincisi isə “Darul kutub əl ilmiyyə” nəşriyyatı tərəfindən Beyrutda nəşr edilmişdir.Onların heç birində Hakimin bu rəvayyəti səhih hesab etdiyi yazılmamışdır.Hakim bu rəvayyəti necə doğru hesab edə bilər ki,bu rəvayyəti nəql edən şeyxini yalanda ittiham etmişdir?


Bu onun kitabından olan rəvayyətin mətnidir:
(حدثنا) أبو بكر بن ابي دارم الحافظ ثنا أبو بكر محمد بن احمد بن سفيان الترمذي ثنا سريج بن يونس ثنا أبو حفص الابار ثنا الاعمش عن ابى صالح عن ابى هريرة رضي الله عنه قال قالت فاطمة رضى الله عنها يا رسول الله زوجتني من علي بن ابي طالب وهو فقير لامال له فقال يا فاطمة اما ترضين ان الله عزوجل اطلع إلى اهل الارض فاختار رجلين احدهما ابوك والآخر بعلك
Hakim bu rəvayyəti nəql edən şeyxi yalançı adlandırmışdır.Bu Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn əs Sara ibn Yəhya ibn Əbu Daramdır.Zəhəbi onu yalançı rafizi adlandırmışdır və Hakimin onun haqqında belə dediyini nəql etmişdir: “Siqa olmayan rafizidir.” (“Mizanul itidal” 1/139/№552)
Lakin,bu ravi sənəddə olan yeganə problem deyil.Muhəmməd ibn Əhməd Tirmizi adlı ravi də tərk olunmuşdur.”Zəhəbi bu ravinin Sirac ibn Yunusdan uydurma rəvayyətlər nəql etdiyini qeyd etmişdir.” (“Mizanul itidal” 3/457/№7140)

Əbdulhüseyn bu rəvayyətə №68-li məktubda qayıdaraq yazır: Xətib “Müttəfəq” kitabında İbn Abbasdan siqa ravilərin yolu ilə nəql etmişdir ki, Peyğəmbər (s.a.s) Fatiməni Əli ilə evləndirəndə Fatimə ərz etdi: “Ey Allahın rəsulu! Məni kasıb və mal-dövlətsiz bir kişiyəmi verdin?” Peyğəmbər (s.a.s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamları arasından iki nəfəri seçdi: “Biri atan, o birisi ərin.”


Birincisi,mən bu rəvayyəti nə qədər səy göstərdimsə,Xətib əl Bağdadinin kitabında tapa bilmədim.Xətib bu rəvayyəti “Tarix Bağdadi” kitabında (4/196) Əbu Salatə Əbdussəlam ibn Saleh əl Hərviyə istinad edən sənədlə nəql etmişdir.Bu ravi məşhur yalançı olmuşdur.Ukeyli onun haqqında yazır: “İfrat rafizidir”,İbn Adiy: “yalanda ittiham olunub”,Nəsai: “siqa deyil” (“Mizanul itidal” №5051)
Əbu Nueym İsfəhani yazır: “Əbdussəlam ibn Saleh ibn Süleyman əbu Salat hərvi.Həmmad ibn Zeyd,Əbu Müaviyyə,Abbad ibn əl Əvvam və digərlərindən münkər rəvayyətlər nəql edərdi.” (“Kitabu duafa” №140)
Heysəmi rəvayyəti “Məcmau zəvaid” (№14670)-də nəql edərək yazır: “Təbərani nəql etmişdir.Sənəddə zəif ravi olan Əbdussəlam ibn Saleh hərvi vardır.”


10) Əbdulhüseyn səh 245-də haşiyədə yazır: “və sənin üçün bircə bu kifayətdir ki, o (Əli (ə), Allahın rəsulunun özü kimidir. Fəxri Razinin “Mübahilə” ayəsinin təfsirində (“Məfatihul-Qeyb” təfsiri, 2-ci cild, səh. 488) göstərdiyi kimi.”
Rafizilərin yer üzündə məxluqatın ən yalançıları olması baradə deyilən sözlər haqqdır. Sanki,şeytan onları yalana və hiyləyə əl atmağa sövq edir.
Fəxr Razi “Məfatihul-Qeyb” kitabında mübahilə ayəsinin təfsirində tərəflərin bir sıra rəylərini qeyd etmişdir.Onların arasında da Əlinin digər peyğəmbərlərdən üstün olduğunu iddia edən Mahmud ibn Həsən əl Xumsinin sözü vardır.Fəxr Razi bu sözü gətirərkən yazır ki,bu adam Rey şəhərindən olan şiə isnaəşaridir.Həmçinin,eyni yerdə Razi Əlini Peyğəmbər (s.a.s)-ə bərabər hesab edən digər şiələrin sözlərini də gətirir.Daha sonra Razi yazır: “Buna belə cavab veririk: “Muhəmməd (s.a.s)-in Əli (r.a)-dən dah fəzilətli olması baradə icma olduğu kimi,yenə də icma vardır ki,Peyğəmbər (s.a.s) gəlməmişdən öncə digər peyğəmbərlər bütün insanlardan əfzəl idilər.Həmçinin müsəlmanlar icma ediblər ki,Əli (r.a) peyğəmbər deyil.”
Allah xətrinə! Razi haqqında necə belə demək olar? Halbuki,o yalnız bu sözü deyən rafizilərin sözlərini yazır,sonra isə onlara cavab verir.Bu Əbdulhüseynin növbəti hiyləsi deyildə,bəs nədir? Şiələrin alimləri belə aşkar yalan danışırlarsa,adi şiələrdən nə gözləmək olar?

11) Əbdulhüseyn yazır (56/264-265): “Həmçinin, onun təvatürünə dəlalət edən şahidlərdən Əbu İshaq Sələbinin “Məaric” surəsinin təfsirində iki mötəbər sənədlə verdiyi hədisdir: “Elə ki, Allahın rəsulu (s.a.s) Qədir-xum günü camaatı bir yerə yığdı, Əlinin əlindən tutub buyurdu: “Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Bu xəbər hər yerə yayıldı və Haris ibn Numan Fəhriyə çatdı. O, Allah rəsulunun yanına gəldi və dəvədən düşüb, onu bir yerə bağladı. Sonra üzünü Peyğəmbər (s.a.s)-ə tutub dedi: Ey Məhəmməd! Bizə əmr etdin ki, Allahın birliyinə şəhadət verək elədik, dedin, Allahın rəsulusan, qəbul etdik, əmr verdin gündə beş dəfə namaz qılaq, səndən qəbul etdik, zəkatı əmr etdin, qəbul etdik, ramazan ayının orucunu əmr etdin, qəbul etdik, həcc əmri verdin, eşitdik və itaət etdik. Yenə də bunların hamısına razı olmadın, axırda əminoğlunun əlindən tutub, onu bizim hamımızdan üstün etdin və dedin: «من كُنْتُ مَوْلاهُ فَعَليٌّ مَوْلاه» Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Bu əmr öz tərəfindən idi, ya Allah tərəfindən? Peyğəmbər (s.a.s) buyurdu: “And olsun o Allaha ki, bu fərman onun tərəfindəndir. Haris geri döndü və dəvəsinə tərəf hərəkət edərək dedi: Ey Pərvərdigar, Məhəmmədin dedikləri həqiqətdirsə, göyün daşlarını üstümüzə yağdır və ya bizə ağır əzab göndər. Hələ dəvəsinə çatmamışdı ki, Allah bir daş göndərdi və onun başına dəydi. Sonra Allah bu ayəni nazil etdi: “(Kafirlərdən) biri vaqe olacaq əzab barədə soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!” Tanınmış sünni alimlərindən bir çoxu bu hədisi mübahisəsiz qəbul etmişlər.
Haşiyədə yazır: “Bu hədis Hələbinin “Seyrat” kitabında cild 3,səhifə 214-də nəql olunmuşdur.
1. Məaric surəsinin ilk iki ayəsi Məkkədə nazil olmuşdur.Yəni,hicrətdən öncə nazil olmuşlar. İbn Cəuzi “Zadul meysir” kitabında (6/277) yazır: “Alimlərin yekdil rəyinə görə bu surə Məkkədə nazil olmuşdu.İbn Kəsir və Vahidi İbn Abbas (r.a)-a istinad edərək nəql edirlər ki,bu ayə Nədr ibn Haris ibn Kaladə haqqında nazil olmuşdu.O,Allaha dua edərək Muhəmməd (s.a.s)-in həqiqətən Allahdan haqqla gəldiyi təqdirdə özü üçün bəla istəmişdi.O,Bədr günü əsir düşdü və öldürüldü.” (“Əsbab ən nuzul” 2/906)
2. Bu hədisi qəbul edən çoxlu sünni alimləri də kimdir?Niyə dəccal bir adamın da adını qeyd etmədi?
3. Şeyx Abdullah ibn Əbaşan əl Qamidinin qeyd etdiyi kimi Əbdulhüseynin istinad etdiyi Hələbi bu hekayəni nəql edərək bunun yalan olduğunu söyləmişdir.

12) Daha sonra dəccal Əbdulhüseyn yazır (74/314-315): Aişə deyir: “Rəsulullah (s.a.s) xəstə ikən dərdi gücləndiyindən iki nəfər qoluna girmiş halda evdən bayıra çıxırdı və ayaqlarını da çəkirdi. Bu iki nəfərin biri Abbas ibn Əbdül-Müttəlib, biri də başqası idi.” Aişədən bu xəbəri nəql edən Ubeydullah ibn Abdullah ibn Ütbə ibn Məsud deyir: “Aişənin bu sözünü Abdullah İbn Abbasa dedim. İbn Abbas dedi: Heç bilirsənmi, Aişənin adını çəkmədiyi o başqa birisi kim idi? Dedim: Yox. Dedi: Əli ibn Əbu Talib idi. Sonra İbn Abbas əlavə etdi: Aişənin Əlidən xoşu gəlmirdi və heç vaxt istəmirdi ki, Əlinin adı yaxşılıqla xatırlansın.”
Haşiyədə yazır: “Bu xüsusi cümləni, yəni İbn Abbasın “Aişənin Əlidən xoşu gəlmirdi və istəməzdi ki, ondan yaxşılıqla danışılsın” – cümləsini Buxari ixtisar etmiş və onun əvvəlini vermişdir ki, adəti üzrə belə hallar onda vardı. Amma sünnilərdən çoxu düzgün sənədlərilə onu vermişlər. O cümlədən İbn Sədd “Təbəqat”ın 2-ci cildinin 2-ci hissəsinin 29-cu səhifəsində Əhməd ibn Həccacdan, o da Abdullah ibn Mübarəkdən, o da Yunisdən və Muammər onu Zuhridən, o da Abdullah ibn Utbə ibn Məsud İbn Abbasdan nəql etmişlər. Sənədin ravilərinin hamısı huccət və məqbuldur.



  1. Elm əhli kimsələr bilir ki,hədislərin müxtəlif versiyaları olur.Ayrı-ayrı ravi silsilələrindən eyni hadisənin müxtəlif versiyaları nəql olunur ki,burada mətnlər bir-birindən fərqlənir.Əgər hər dəfə mühəddislər belə ittiaham olunarsa dində alim qalmazdı.

  2. Bu rəvayyəti “Sünən” müəllifləri nəql etmişdir deyən Əbdulhüseyn yalan danışır.

  1. Əbdulhüseyn yazır: “Bütün bu şəxslər mötəbərdir.” Lakin,bu təkcə rəvayyətin mötəbər olması üçün kifayət etmir.

  2. Açıq dəlillər vardır ki,Aişə (r.a) Əli (r.a)-yə qarşı pis münasibət bəsləməmişdir.

Şureyh ibn Hani deyir: “Mən Aişənin yanına gəlib soruşdum: “Ey möminlərin anası! Xufa məsh etmək baradə nə düşünürsən?”
Aişə (r.a) dedi: “Əlinin yanına get.O,bu məsələdə məndən daha çox bilir.”O axı Peyğəmbər (s.a.s) ilə səfərlərdə olmuşdur...” (“Şərhul məanil əsər” 1/265/№482, 1/274/№512)

Bir adam elm öyrənmək üçün xoşu gəlməyən adamın yanına adam göndərərmi?


Aişə (r.a) həmçinin, onun yoldaşı Fatimə (r.a)-i tərif edərdi.İbn Hacər əl Əsqalani “Mətalibu aliyyə”(c.4,səh 453, №3986) kitabında Amr ibn Dinardan nəql edir ki,Aişə (r.a) dedi: “Onun atasından sonra mən sözlərində Fatimə qədər sadiq birini görmədim.”
İmam Busıri deyir: “Hakim bu hədisi nəql etmiş və bunun Əbu Yalə və Müslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.” (“Məcmau zəvaid” 9/102)
Heysəmi yazır: “Hədisi Əbu Yalə və Təbərani nəql etmişdir.Hər iki sənəddə olanlar “səhih”in raviləridir.”



Download 0.98 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling