Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 272
Postmodernizm modernizm qaşqabaqlı, qaramat görkəminin yerinə, hər şeyi oyun materialı kimi görən, həyata və sənətə əyləncə pəncərəsindən baxan yanaşmanı dəstəkləyirlər.
Yumor Postmodern romançı ədəbiyyatı əyləncəli hala gətirmək üçün oyunlardan başqa, yumoristik cümlələrə də tez-tez müraciət edir. Bu yumoristik cümlələr modernist təhkiyəçinin ağırtaxtalı, hər şeyi bilən tanrıvari mövqeyinə də ironiyadır. Bir məsələni dəqiqləşdirək : modernist romanlarda da əlbəttə ki, bütün əsərlərdə olduğu kimi yumoristik elementlər olub, lakin modernist əsərlərdəki yumor qəhrəmanın vəziyyətinə uyğun işlədilirdi. Postmodernizmdə isə belə bir qayda yoxdur.
Kollaj Postmodern roman xronoloji ardıcıllıqla nəql edilmir, əksinə, tədriciliyin yerinə, parçalılıq, bölünmüşlük, fraqmentallıq təqdir edilir. Bu fraqmentallıq əsərlərin içində qəzet xəbərləri, şeir, broşura, gündəlik kimi ünsürlərin girməsinə imkan yaradır. Postmodern roman bir-birindən fərqli olan mətnlər kollajı formasında qurulur. Postmodern mətn konkret bir təhkiyə növündə israr etməyi sevmir, romançı istədiyi növə rahatlıqla keçə bilər. Əsərdən modernizm dövründə olduğu kimi "böyük sənət mahiyyəti" gözlənilmir. Modernist romandakı kollaj simmetriyaya can atırsa, postmoderndə əksinə fraqmentallığa meyllidir. Postmoder kollaj vasitəsilə mənt şərhə, yozuma açıq sonsuz sayda ziddiyətlərdən ibarət olur.
Detektiv Əvvəllər detektiv əsərlər ancaq yüngül əyləncə məqsədilə oxunardı. Lakin strukturalistlərin bədii mətnlərə yeni yanaşması sayəsində detektivə maraq artdı. Borxes, Grillet, Calvino, Muriel Spark, Eko kimi yazıçılar detektivi öz məqsədləri üçün istifadə etməyə başladılar. Detektivin postmodern romanda çox işlənməsinin əsas səbəblərindən biri də detektiv xəttin oxucunu istər-istəməz mətni yozmağa təhrik etməsidir ; bu vasitə ilə oxucunu oyuna cəlb olunur və yazıçının uydurduğu, mətnə səpələdiyi işarələrin içinə düşür. Postmodern mətnlərdə oxucu köhnə detektivlərdə olduğu kimi onu intizarda “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 273
saxlayan, həyəcanlandıran, beynini məşğul edən şeylərin cavabını yazıçıdan ala bilmir və məcbur olur özü bir cavab tapsın.
Realizm
Postmodernistlər modernistlər kimi "mütləq" həqiqətin arxasınca qaçmırlar, həqiqətin hər adama görə fərqli ola biləcəyini düşünürlər, beləcə, öz həqiqətlərinin yerinə mətnin həqiqətlərini təklif edirlər. Postmodernizmə görə dildən başqa reallıq yoxdur, buna görə də postmodernizm realla irrealın, qurama ilə həqiqinin iç-içə olduğu bir dünyadır. Postmodernin realizmə bu cür yanaşması fantastikanın, xəyaliyin, uydurmanın postmodern mətnlərdə geniş istifadəsinə gətirmişdir.
Tarix Postmodernizmin tarixə münasibəti, modernizmdən fərqli olaraq, hamı tərəfindən qəbul edilən, mütləq, dəyişməz deyil. Postmodernizm tarixi hadisələrin də subyektiv yozumlarla fərqli izahlarının ola biləcəyini deyir. Postmoderndə fərqli yozumlara açıq bütün tarixi hadisələr modernizmdə olduğu kimi səbəb-nəticə əlaqəsinə tabe deyil, əksinə, bölünmənin, fraqmentarlığın hökm sürdüyü yeni dünyada dəyişən vəziyyətləri, mühitləri, fakt və hadisələr özü öz içində yenidən yazan bir tarix anlayışı ilə yazılır. Postmodern roman tarixə baxışını tarixin əsas nöqtələrindəki qəhrəmanlardan alt səviyyədəki adi insanlara çevirir.Bununla postmodernizm tarixi ibrət alınası anlayışdan uzaqlaşdırıb, oyun materialına çevirmək məqsədi güdür. Orxan Pamukun dediyi kimi : "Tarixi romanları elmi-fantastika kimi oxuyun. Fantastika gələcək haqqında fantaziyalardır. Tarixi roman da keçmiş haqqında fantaziyalardır."
Qəhrəmandan subyektə Modernist əsərlərdəki qəhrəmanın yerini postmodern əsərlərdə kimliyi qeyri-müəyyən olan, Kafkanın "Məhkəmə"sindəki Cozef K. kimi bulanıq tutur. Bu tiplər mətnin obrazlar, təsvirlərlə toxunmuş strukturu içində çevrilməyə, dəyişməyə açıq subyektlərdir. Fərdiliyin yox edildiyi postmodern mətnlərdə, qəhrəmanlara sadəcə subyekt demək daha doğru olar. Subyektlə obyekt, daxili dünya ilə xarici aləm, reallıq ilə quramanın sərhədinin yox olduğu postmodern mətnlərdə subyektin varlığı da konkret deyil. Modernizmin humanizmin təsirilə ilahiləşdirdiyi insan, postmodernizmdə ilahilik mərtəbəsindən yerə endirilib, oyun cəlb edilir. Postmodern mətndə modernist mətnlərdəki
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 274
kimi ilahiləşdirilmiş insana ehtiyac yoxdur, çünki postmodern mətnlərin onun vasitəsilə demək istədiyi konkret mesaj yoxdur.
Obraz
Modernist romanda reallıqla əlaqəsi olan obrazlar, postmodern romanda gerçəkliklə əlaqəsini tamam kəsir. Türk ədəbiyyatşünası Yıldız Ecevit posmodern obrazın ilk rüşeymi kimi Kafkanın əsərlərinə müraciət edir: " Kafkanın "Məhkəmə" romanında məhkəmənin, "Qəsr" romanında qəsrin, ya da "Çevrilmə"də böcəyin konkret olaraq nəyin qarşılığı olduğu bəlli deyil, konkret bir şeyi simvolizə etmirlər, alleqoriya da deyillər. XX əsrin ilk yarısında Kafkanı araşdıran bir çox alman ədəbiyyatşünasları axırda çözə bilmədikləri bu obrazların adına müstəqil alleqoriya dedilər." Postmodern romanın təklif etdiyi bu individual obrazlar, məcazlar əsərin oxucu tərəfindən şərh edilməsinə, yəni romanın açıq mətn olmasına imkan yaradır.
Müəllifin ölümü Postmodern roman üzünü tamamilə oxucuya tutur. Bütün cəhdlər statik olmayan dil yaradıb oxucu üçün mümkün qədər yozuma,şərhə açıq mətn yaratmaqdır. Mətnin yozuma açıq olması mətnin hər oxucuda ayrı-ayrı mənalara gəlməsinə imkan yaradır ki, bu da əsəri birqatlı, bir mənalı olmaqdan çıxardır. Bu vəziyyət yaranması üçün müəllifin də mətnə oxucu kimi yanaşması vacibdir. Postmoderizmin nəzəriyyəçilərindən Rolan Bart yazır ki, onun görmək istədiyi mətnin arxasındakı müəllif (author) yox, mətni oxuya-oxuya yazan, "ehtimal olunan", çox vaxt elə Rolan Bart olan oxucudur. Başqa sözlə, əsas müəllif yox, mətnin oxucu ilə əlaqə yaratmaq formasıdır. Barta görə bu müxtəlif cür təzahür edir : "Gah yazı prosesinin suç ortağı olan oxucu, gah mətnə müxalif olan oxucu, gah mətndən narahat olan oxucu, gah da oxumaqdan həzz alan oxucu."
Təkrar Mənanı bulanıqlaşdırmaq, konkretlikdən, birqatlılıqdan çıxarmaq üçün postmodern əsərlərdə sözlər və hətta hadisələrin təkrarlanır. Bunu ən çox Alain Robbe Grilletin öz romanlarında istifadə edib. Təhkiyədə təkrarlardan istifadə həm təhkiyənin sürətini yavaşladır, həm düşüncəni asılılığa çevirir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 275
Formalizm
Kökü rus strukturalistlərinə gedən formalizm anlayışını qısaca belə izah edə bilərik : bir romandakı personaj, məkan, zaman, ya da əlavə ünsürlər romançının demək istədiyini deməkdən başqa bir işə yaramayan şeylərdi. Rus nəzəriyyəçi Viktor Şklovski bunu belə izah edir : "Don Kixot əslinə qalanda xarakter deyil, eləcə Servantesin ayrı-ayrı fikirləri, əhvalatları nəql etmək üçün istifadə etdiyi bir vasitədir." Modernist romandan posmodernist romana dəyişən roman yazma prosesini türk alim Mustafa Kutlu belə ümumiləşdirir : " Əvvəllər romançıların məqsədi "problemi nəql" etmək idi, indi isə "problem" yoxdur, indi yalnız "nəqletmə" var." Yıldız Ecevit isə belə yazır : "Türk oxucusu sosiallığı sevən oxucudur. Buna görə də romanı bir sənət nümunəsi kimi mənimsəmir, onu zövq üçün oxumur. Türk oxucusu yazıçını hələ də sosioloq, psixoloq, bələdçi, nə bilim, militan hesab edir. Oxucunun bu gözləntisini təmin etməyən usta yazıçılar isə - məsələn Oğuz Atay kimi - uzun müddət diqqətdən kənarda qalıb. Formalizm, üslubçuluq türk ədəbiyyatında az qala estetik cinayət hesab edilir"
Dil
Postmodernizm dilin konkret olmasına inanmır, dilin gerçəkliyi tam təmsil və təsvir edə biləcəyini inkar edir, buna görə də əsərlərdə dil oyunlarına gedərək oxucunun mətni başa düşmə cəhdlərini sındırır. Dil oyunları vasitəsilə postmodern əsərlərin vektoru real həyat yox, intertekstual dünyadır. Poststrukturalist Jak Derrida strukturalist Fernind De Sössürlə dilin, yəni göstərənin, göstəriləni təmsil etmədiyi fikri il razıdır, lakin onun göstərinin göstərənlə izahında alim kimi konkret qənaətlərə varmaq cəhdinə gülür. Derridaya görə məna həmişə özünü ertələyir, yəni məna davamlı deyil, o, hər oxucuda ayrı cür təzahür edir. Deməli "gerçək", "doğru", "konkret", "mütləq məna" kimi şeylər ola bilməz. Postmodern anlayışa görə yazıçının "mən burda bunu demək istəmişəm" deməsi absurddur.
Təhkiyəçi-oxucu münasibətləri Postmodern romanda ( təhkiyədə ) təhkiyəçi personajdır. Təhkiyəçinin oxucu ilə münasibəti romantik ədəbiyyatda rastımıza çıxan və "ey oxucu" deyən təhkiyəçi tipindən “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 276
fərqlidir. Postmodern romanda təhkiyəçi sadəcə hadisəni nəql edən deyil, o, artıq romanın əsas hissələrindən biridir. Və bu təhkiyəçinin nəqletmək başqa ona diqqətlə qulaq asan oxucu ilə zarafatlaşmaq, məzələnmək, onun zəkasını aşağılamaq, oxucunun oxuduğu mətni layiqincə qiymətləndirib-qiymətləndirmədiyini müəyyənləşdirmək və oxucunu aktiv olaraq mətndə iştirak etməyə dəvət etmək kimi vəzifələri var.
***
Postmodern kinonun ideoloqlarından sayılan Kventin Tarantinonun manifestal xarakterli bir ifadəsi var : "Bir növün içinə baş vurub, ordan əvvəllər xoşuma gələn şeyləri götürməyi və onları yeni formada təqdim etməyi sevirəm." Tarantino kult olmuş "Kriminal qiraət" ( Pulp fiction) filmini çəkəndə 31 yaşı vardı. Gənc olmasına baxmayaraq, öz epoxasının, dövrünün dilini ustalıqla mənimsəyən Tarantino, media erasının, ya da "simulyativ kainat"ın hər yerə dolduğu bir vaxtda öz reallığını yaradan və öz yaratdığı reallıqdan xarici reallığa baxan bir nəslin ən önəmli təmsilçilərindən oldu. Tarantino vasitəsilə postmodern kinoda intertekstuallıq anlayışı aktuallaşdı. İntertekstuallıq postmodernizmin kəşfi deyil ; bu fənd postmodernizmdən əvvəlki cərəyanlarda da olub. Lakin postmodernizmlə belə demək mümkünsə daha çox bütövləşib. İntertekstuallıq bir mətnin, yaxud filmin özündən əvvəlki əsərlərdən nəsə daşıdığını deyir və sənətçi bunu qabartmaqla, özündən əvvəlki mətnlərdən müəyyən hissələri açıqca öz əsərində istifadə etməklə, yaxud hansısa əsərə eyham vurmaqla orjinallıq, mütləqlik, müəllifin avtoritar mövqeyinə ironiya edir, yaratdığı əsərin sadəcə bir əsər olduğunu demək istəyir. Tarantino bu üsuldan ustalıqla istifadə edir. Müəyyən mənada demək olar ki, Tarantinonun söykəndiyi ənənə Ridli Skotun "Blade runner" filmiylə başlayan ənənədir. Tarantinodan sonra isə bu ənənəyə söykənən "Matriks" filmi növünün ən yaxşı nümunələrindən, postmodern kinonun şedevrlərindən hesab edilir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 277
Fitsceraldın yoldaşı: ―Onunla yaşamaq vulkan üstündə oturmaq kimidir‖
Ötən həftəsonu əslən avstraliyalı Baz Lurmanın―Böyük Qetsbi‖ (Great Gatsby) filmi bir sıra ciddi tənqidçilərin bədbin proqnozlarına baxmayaraq kassa rekordu vurdu. ABŞ-da nümayiş etdirildiyi iki həftə ərzində film kassaya 100 milyon dollar gətirib. Filmin baş qəhrəmanını məşhur aktyor Leanordo di Caprio oynayıb və bir çoxları filmin uğurunu məhz bu aktyorun istedadlı ifası ilə bağlayırlar. Lakin bu günlərdə yada düşməyən bir baş səbəbkar var. Bu, 1920-ci illərin məhəbbət əhvalatını roman kimi qələmə almış şəxs, ―Böyük Qetsbi‖nin müəllifi, görkəmli Amerika yazıçısı F Scott Fitzgerald-ın özüdür. Fitzgerald-ın yada düşməməsini isə, necə deyərlər, ―The İndependent‖ qəzetinin yazarı Rupert Cornwell yada salıb. Maraqlıdır ki, bu jurnalist xatirə və nekroloqların ustası kimi tanınır, amma əslində bundan daha böyük qiymətə layiqdir. Əvvəla, Rupert Cornwell qəzetin ilk Moskva müxbiri olub və Sovet İttifaqının çökməsini əks etdirən reportajlarına görə iki dəfə Britaniya Mətbuat Mükafatına (British Press Award) layiq görülüb. Əvvəllər ―Financial Times‖ və ―Reuters‖də çalışmış jurnalist bir neçə il bundan əvvəl Londonda Blekfrayers körpüsündən asılmış vəziyyətdə tapılmış Roberto Calvi haqqında ―Allahın bankiri‖ kitabının müəllifidir. Yenə də nekroloq. Amma nekroloqu da yazmağı bacarmaq lazımdır.
ONUN MƏZARINA XIRDA PUL VƏ VİSKİ QOYAN YOXDUR Qayıdaq Fitzgerald-a. ―Böyük Qetsbi‖ filmi kassalarda dollar fontanı vurduğu bir vaxtda Rupert Cornwell yazıçının məzarını ziyarət edib. O yazır ki, burada dəfn olunmaq belə yazıçıya yaraşmır. O da Hollivud təpəsinin ətəklərində dəfn oluna bilərdi. Və yaxud onu da Oscar Wilde və Jim Morrison kimi Parisin məşhur Per Laşez qəbiristanlığında dəfn edə bilərdilər. Amma əvəzində Fitzgerald-ın son mənzili Vaşinqton rayonunda anbarların və sənaye ofislərinin yanında, 6 xətli şosse yolu ilə dəmir yolu zolağının arasındakı balaca bir kilsənin məzarlığı olub.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 278
Jurnalist təəccüblənir ki, onun əsəri barədə məqalələr dünyanın qəzetlərini dolaşdığı bir vaxtda yazıçının məzarı üzərində bircə çiçək də yoxdur. ―Barı yazıçının pərəstişkarları məzar üstünə xırda pul və ―Seagram‖ viskisinin kiçik şüşəsini qoyaydılar, axı məhz bu iki şeyə 1940-cı ildə vəfat etməzdən əvvəl yazıçının daha çox ehtiyacı olub‖ – yazır jurnalist.
GATSBY FİTZGERALD-IN ÖZÜDÜR Bütün bunlardan əlavə bu günlərdə yazıçının təlatümlü evlilik həyatını əks etdirən üç romanı təkrar çap olunub. ―İki tərəfimdən qatarların və maşınların şütüdüyü bir yerdə, bu məzarı ziyarət edən yalnız mənəm‖, - yazır Rupert Cornwell – ―və bu tənhalıq məni ―Böyük Gatsby‖ni yenidən oxumağa həvəsləndirir‖. Cornwell yazır ki, ədəbiyyat tarixində çox az sayda roman bu qədər metafizik yükə malik olub.
Roman Jay Gatsby-nin özünü yeni dünyada – Amerikada yenidən realizə etmək arzusu, buna nail olması, lakin acınacaqlı sonluqla üzləşməsi üzərində qurulub. Lakin bu əsəri yazanda Fitzgerald ―Böyük Amerika arzusu‖nun ardınca ―Böyük Depressiya‖nın gələcəyini bilmirdi. O öz naşirinə 1924-cü ildə yazırdı ki, hazırda özündə böyük bir qüvvə hiss edir və belə bir qüvvə onun içində indiyədək heç vaxt olmayıb. ―180 səhifəlik ―Böyük Qetsbi‖, oxunması son dərəcə asan, unudulması son dərəcə çətin olan əsərdir‖ – yazır jurnalist. Bu il ABŞ-da əsərin daha 750 min nüsxəsi satılacaq. Ölkə kolleclərinin ədəbiyyat müntəxabatlarına bu roman oxunması icbari olan əsər kimi daxil edilib. Yazıçı 1940-cı ildə vəfat edəndə sınmış, içkiyə qurşanmış birisiydi və Hollivud üçün heç vaxt istifadə olunmayacaq ssenarilər yazırdı. O özünü uğursuz bir yazıçı hesab etməyə başlamışdı. VULKAN KİMİ GÖZƏL VƏ TƏHLÜKƏLİ
Onun ailə həyatı da darmadağın olmuşdu. Sevimli xanımı Zeldaya şizofreniya diaqnozu qoyulmuşdu. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 279
Zeldanı da dəli edən əri deyildimi? Zelda əri haqqında yazırdı: ―Fitzgerald-la yaşamaq vulkan üstündə oturmaq kimidir. Mənzərəlidir, lakin həm də təhlükəlidir‖… Lakin hətta indi uyuduğu tənha və unudulmuş yeri də Fitzgerald-lara asanlıqla verməmişdilər. Onların ailəsi Rokvildən olsa da, özü orada heç vaxt yaşamamışdı. Onu ailənin kiçik torpaq sahəsi olan Müqəddəs Meridə dəfn etmək istəyəndə, kilsə buna icazə verməmişdi. Çünki Fitzgerald mömin katolik deyildi. Əvəzində Fitzgerald-ı yaxınlıqdakı Rokvil qəbİristanlığında torpağa tapşırdılar. Dəfndə bir-iki adam iştirak edirdi. Protestant keşiş necə bir dahi üçün son duaları oxuduğunu bilmirdi. Bütün bunlar onun əsərindəki Gatsby-nin miskin dəfnini xatırladırdı. Gatsby-nin dəbdəbəli malikanəsində kef edən yüzlərlə ―dostundan‖ bir kimsə gəlməmişdi dəfninə. 8 il sonra xanımı Zelda da ərinin yanında dəfn olundu. Lakin yalnız 1975-ci ildə bu məzarlar Fitzgerald-ın halal ata-baba yurdu olan Müqəddəs Meri kilsəsinin həyətinə köçürüldü. Burada onların ortaq başdaşı var. Lakin ən mühümü bu başdaşının üstündə həkk olunan cümlədir. Cümlə onun ən məşhur romanından götürülüb: ―Bax belə… biz qayıqlarımızı axının əksinə sürürdük, nəticədə dalğalar bizi aramsız olaraq keçmişə gətirirdi‖…
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 280
Führer hipnozu. Nasional-sosializmin anatomiyası
Bu ağrılı mövzunu bu günlərdə qaldırdığı üçün Seymur Baycana təşəkkür edirəm. Doğrusu mən də uzun illər cəmiyyətimizdəki, Seymurun yazdığı kimi - orta statistik azərbaycanlının düşüncəsinə görə, hər bir almanın içində Hitlerə və faşizmə gizli rəğbəti, sevgisinin olduğu haqda ümumi rəyin haradan qaynaqlandığını düşünmüşdüm. Burada hansısa arqumentlər işləmir, rasional dəlillərin də əsla mənası yoxdur. Total savadsızlıq hökm sürən cəmiyyətdə ehkamlar və yalnız ehkamlar çalışır. Bizim cəmiyyət bir ucdan yaradılan ehkamlarla aşıb-daşır, budda yazısında bunu artıq demişdim. Yaxşı bəs nədən məhz Hitler? O haradan sanki bir arxetip kimi daxil olub bizim kifayət qədər qapalı cəmiyyətimizə? Nədən bu haqda yazmaq ehtiyacı yaransın ki? Uşaqlıqda ―dava-dava‖ oyununda həmişə ―bizimki‖ olmaq istəyimiz vardı, püşklə ―nemes‖ olmağa məcbur edilənlər öncədən ölümə məhkumluq səbəbindən həvəssiz oynayırdılar. Sonradan, böyüdükdə bu həvəssizlik nəsə gizli bir marağa çevrildi. Müharibə filmlərində və 30-cu illərin xronikasında seyr edə bildiyimiz paradlarda alman əsgərlərinin ifrat səliqəli qiyafədə nizamlı yerişi, pardaqlı və hətta seksual obrazı marağı gücləndirirdi – necə ola bilərdi ki, bütün bu möhtəşəm düzənli marşlar, hərbi paradlar, ekzaltasiyanın son həddində deyilən vətənpərvərlik haqdakı nitqlər, böyük ruh yüksəkliy və entuziazmla keçirilən təntənə kökündən yalan olsun? Necə ola bilərdi ki, milyonlarla insan bu yalana uysun? Necə ola bilərdi ki, almanlar kimi dünya kültürünü müstəsna nailiyyətlərlə zənginləşdirmiş toplum kitab yandıqmaqla məşğul olsun? Və bütün bu piramidanın başında duran, ―Heil Hitler‖ deyə salamlanan Führer – Hitler milyonların qibləsinə, o dövr üçün cinsi məsələlərdə kifayət qədər qapalı alman xanımlarının xülyasına çevrilsin? Müharibənin nəticəsində ərazisinə görə 3-4 Azərbaycanı keçəcək, bu ölkənin yaranmasının başlıca mərkəzi – Prussiyanın demək olar ki tamamilə yox olması, bundan başqa tarixi Sileziya ərazilərinin və Elzasın əbədilik itirilməsi. 12 milyon almanın 45-in yayında zorla deportasiya edildiyi Sudet. Bir zamanlar Sileziyanın paytaxtı olan – Breslau (indiki Vrotslav), Prussiyanın paytaxtı – indi Kalininqrad adlanan qədim Könisberg, bir zamanlar Danzig adlanan Qdansk, indi Klaypedaya çevrilmiş Memel, Şetsin olmuş Stettin, lap elə Avroparlamentin yerləşdiyi Strasbourg şəhərləri, saymaqla bitməz, hətta Nürnberq məhkəməsinin qərarı ilə bir zamanlar ―Deutschland, Deutschland über alles‖ (―Almaniya hər şeydən ucadır‖) adlanan Almaniya himninin ön iki bəndinin qadağanı, 45-in yayında milyonlarla alman xanımının kütləvi zorlanması... Sonuncu hadisə alman cəmiyyətində çox ağır bir iz qoymuş, bu haqda yalnız 60 ildən çox bir zaman keçdikdən sonra danışıldı və bu hadisə kinoya gətirildi. Bu alman rejissoru Max Färberböck tərəfindən lentə alınmış və 1945-in aprel-mayında Berlində sovet əsgərləri tərəfindən törədilmiş kütləvi zorlanma zamanı alman xanımlarının acı taleyindən bəhs edən ―Anonyma – Eine Frau in Berlin‖ (―Anonim – Berlində qadın‖, 2008) filmidir. |
ma'muriyatiga murojaat qiling