Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet38/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

281 


 Almaniyanın heç bir zaman bu qədər qorxunc yuxusu olmamışdı. I Dünya 

Müharibəsinin acı nəticələri səbəbində müstəsna alçaldılma hissi keçirən cəmiyyət çıxış 

yolunu Hitler və onun tərəfdarlarına səs verməkdə tapdı. Hitlerin Stalindən əsas fərqi bu 

idi – o kommunistbaşıdan fərqli olaraq hakimiyyətə legitim seçkilər nəticəsində gəlmişdi. 

Bu da alman cəmiyyətinin məsuliyyətini yüzqat artırır... 

 Əslində II Dünya Müharibədən sonra Almaniya ümumiyyətlə dünya siyasi xəritəsindən 

silinməli idi, yalnız müttəfiqlərin arasındakı böyük çatlar siyasi intriqaya çevrildi. 

Potsdam konfransında Churchill‘in söylədiyi: ―Cənablar, mən burada dəfələrlə Almaniya 

sözü eşitdim, bu adda ərazi mövcud olmamalıdır, sadəcə bölgünü ədalətli aparmaq 

gərəkdir‖ sözlərinə cavab olaraq Stalinin bığaltı gülümsəyərək ―Almaniya olacaqdır‖ 

cavabı bu intriqaları reallığa çevirdi. 

 İstənilən halda Nürnberg məhkəməsi Almaniyanın siyasi kastrasiyasını rəsminləşdirdi. 

1949-cu ildə yaradılmış BDR sonradan bir çox iqtisadi möcuzələrə, böyük kültür 

dominasiyasına, hətta 1990-da iki yerə bölünmüş Almaniyanın birləşməsinə nail olsa da, 

indiyə kimi bu məziyyətləri dünya siyasi sferasına transformasiya edə bilmir, yəqin ki 

edə bilməyəcəkdir də. Almaniyanın istənilən halda dünyada danışma haqqı yoxdur, 

Berlin indiyə kimi sözünü Parisin, ya da Brüsselin ağzı ilə dilə gətirir. Əks halda çox 

banal tərzdə „yenə Hitler gəldi?― - kimi səslər ucalacaq. Bunu son dəfə Angela Merkelə 

Berlusconi (kimə kim!) Avropa Parlamentində demişdi. Hipnozun çox acı nəticələri 

budur.  


 Nasional-sosializm – almanların icadımı? Hipnozmu, günahmı? 

 Nasional-sosializmi əslində sırf alman ixtirası adlandırmaq olmazdı. (İrqi-)sosial 

mühəndislik ideyaları Avropada çoxdan dolaşmaqda idi, buna istinad axtarsaq Tomas 

Morun ―Utopiya‖sından əvvəlki zamana da gedib çıxa bilərik. XIX əsrdə bu ideyalar 

püxtələşdi, bəşər təkamülü, təbiət qüvvələrinin ram edilməsi ideyaları, texniki tərəqqi 

cəmiyyət üvzlərinin total mobilizasiyasını tələb edirdi. XX əsrdə bu ideyalar artıq işdə 

reallaşmağa başladı, I Dünya Müharibəsi isə bunun katalizatoru rolunu oynadı. Hələ 

1922-ci ildə ―Roma İmperiyasının bərpaçısı‖ Mussolini artıq İtaliyada hakimiyyətə gəldi 

və orada faşizm rəsmi quruluş kimi intişar tapdı. Buradan sonra bu model demək olar ki, 

bütün Avropaya yayıldı. 

Şübhəsiz ki, kvinessensiyası alman nasional-sosializmi olan bu quruluş Fransa, İsveçrə 

və bəzi başqa istisnalar olmaqla bütün kontinental Avropa ölkələrində - məsələn Polşada 

Pilsudski, Rumıniyada Antonescu, Macarıstanda Horti, Finlandiyada Mannerheim, 

İspaniyada Franco, Portuqaliyada Salazar, Yunanıstanda Metaksis, Albaniyada Zogu 

diktaturası və s.şəklində bərqərar oldu. Əvvəl İtaliya, sonra isə ən yüksək mərhələ kimi 

Almaniyanın örnək olduğu bu ölkələrdəki diktaturaların – bəzi milli aspektlər nəzərə 

almaqla sosial aşağılara, xalqa appelyasiya millətçiliklə sintez olunurdu  - nasional-

sosializmə adekvat modelləri yaranmışdı, hətta diktatorların da führerə adekvat öz 

isimləri vardı, məsələn Antonescu Rumıniyada Conducator (konduktorla səhv 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

282 


salınmasın)) adlanır, hətta Norveçin də öz Vidkun Quisling isimli Føreri vardı – Führerin 

surəti kimi.  

 Bu modelin həmin dövrdə nəinki kontinental Avropa, həmçinin Latın Amerikası 

ölkələrinə də dərindən nüfuz etməsini əminliklə söyləmək olar. Hətta müharibədən sonra 

kolonializmdən azad olan ərəb ölkələrində 50-ci illərdə yaradılan quruluşları da buna 

misal kimi gətirmək olardı. Yeri gəlmişkən, müharibə zamanı bu təsirin hətta sovetlərə 

nüfuz etdiyini də söyləmək olardı. İki fərqli doktrinaya mailik totalitar quruluşların 

qarşılıqlı təsiri haqda çox yazılıb. Sovet-alman müharibəsinin yalnız birinci ilini ideoloji 

adlandırmaq olar, ideoloji təbliğatın Hitlər uğrunda can-başla vuruşan ―alman 

proletariatına‖ əsla təsir etmədiyini görən sovet rəhbərliyi 1942-ci ildən millətçilik ruhlu 

təbliğata keçir. Bu zaman bütün təbliğati materiallar forma və məzmunca faktiki 

nasistlərin bənzətməsinə çevrilir, hətta ―Pravda‖ qəzetində aparıcı sovet yazıçısı və 

ictiami xadimi İlya Erenburqun ―Almanı öldür!‖ (Убей немца!) adlı məşhur məaqləsi 

çıxır və hətta bu proseslərin məntiqi yekunu kimi 1943-cü ildə Komintern buraxılır.  

   Demək ki, nasional-sosializm öz zirvəsini III Reich qismində reallaşdırsa da, sırf alman 

ixtirası deyildir, bu əsasən kontinental Avropada 30-cu illərdə müxtəlif variasiyalarda 

təkrarlanan dövlət modeli prinsipidir. Almanların sırf pedantik və keyfiyyətli iş görmə 

xüsusiyyətləri bu damğanın məhz almanlar üzərinə vurulmasında öz müstəsna rolunu 

oynadı.  

 Nasional-sosializm quruluşunun cəmi 12 il sürən hakimiyyəti bəşər tarixində silinməz-

qorxunc bir iz buraxdı. Məsələ problemin kültür fenomenologiyasındadır – adətən 

holokostu tutalım Afrikada xutxu tayfalarının tutsiləri kütləvi məhv etməsi, yaxud elə lap 

bizdə ermənilərlə azərbaycanlıların bir-birini qırması ilə müqaisə cəhdləri tam 

yanlışlıqdır. Əgər sonuncu hadisələr vəhşiliyin təzahürü idisə, nasional-sosializm əksinə, 

sivilliyin məhsulu idi, burada Afrikada ya Qafqazdakı qırğınlar kimi kortəbii heç bir şey 

yox idi – hər şey kültür-fəlsəfi doqmatlarla əsaslandırılaraq soyuq şüur və sistemli şəkildə 

həyata keçirilirdi. 

  

Nitşe 



  

Çox yayılmış ehkamlardan biri də düşüncə tərzi və ideyaları ilə bütün XX əsrə böyük 

təsiri olmuş və çox faciəvi bir həyat yaşamış filosof Fredrix Nitşenin alman faşizminin 

sələf olması haqdakı fikirdir. Əslində bu məsələni araşdırmaq istəyən istənilən tədqiqatçı 

qarşısında qeyri-almanları – irqçi filosof və sosioloqlar, fransız Artur de Qobineau və 

ingilis Hoyuston S. Çamberlaini görəcəkdir. 

 Nitşeni bu məsələdə həyatı boyu çəkindiyi populyarlığa gətirən onun əsas iki tezisi: 

―Allahın ölümü‖ və ―Fövqəlinsanın (Übermensch) gəlişi‖ idi. Onun ―Der Antichrist. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

283 


Fluch auf das Christenthum‖ (Antixrist. Xristianlığın lənəti) və ―Zərdüşt belə deyirdi‖ 

əsərlərində bəyan etdiyi ehkam - ―Allahın ölümü‖ tezisi, əslində Avropa sivilizasiyasının, 

fəlsəfi diskursunun XIX əsrdə gəlib çıxdığı yekun mərhələ idi. Bu tezislə Avropa fəlsəfi 

diskursundan insandankənar mütləq obyektivizm aradan qalxır, bəşər və bəşər kültürü 

fenomeni mütləq dominanta kimi dünyanın mərkəzinə gəlirdi. ―Allahın ölümü‖  ilə 

fundamental orientasiya itir və meydanda (kosmosda) tək qalan insan ekzistensial 

mənada özü özünü müəyyənləşdirməli idi. Elə təxmini bu zamanlarda Darvinin təkamül 

nəzəriyyəsinin faktiki qəbulu əslində insanın ilahi təbiətinin inkarı idi: əgər meymundan 

əmələ gəlmişiksə, o zaman heyvani təbiətimiz və ehtiraslarımız pozitiv anlama gəlir, 

ibrahimi dinlərin onları məhdudlaşdırma tələbi, faktiki zorlaması da sağlamlığın deyil, 

xəstəliyin ifadəsi olurdu. Xristianlığın Nitşe tərəfindən rəddi ilə onun bütün ehkamları 

aradan qalxırsa, ortaya naturfəlsəfəyə meylli təmayül gəlir və heyvanlar aləmindəki təbii 

seçmə qanunu dirçəlir. Burada şüurun mütlər dominasiyası legitimliyini itirmir, əksinə 

şüur bizim ən qüdrətli silahımızdır və bu qüdrətli silahlanma ilə ―ölmüş Allahın‖ boş 

qalmış yerini yeni insan – insanmərkəzçi təfəkkürün ən yüksək mərhələsi olan 

Fövqəlinsan (Übermensch) tutmalıdır.  

 Beləcə XX əsr onun sekulyar və qatı insanmərkəzçi postulatları ilə Nitşe əsrinə çevrildi. 

Nasistlər və konkret Hitler Nitşenin bir çox ideyalarından şübhəsiz ki, ilham almışdılar, 

bu ideologiyanın, siyasi sistemin əsas xətti faktiki panteizm idi. Xristianlıqdan imtina 

birbaşa ola bilməzdi, çünki xalq hələ buna mənən hazır deyildi, lakin SS üzvü mütləq bu 

dindən rəsmi olaraq imtina etməli və qədim german allahlarına, Votana sığınmalı, ―Blut 

und boden‖ (Qan və torpaq) fəlsəfəsini qəbul etməli idi. Naturfəlsəfənin doğurduğu təbii 

seçim qanunun ―Yıxılanı itələ‖ prinsipinin nəhayətdə nasizim tərəfindən getto və ölüm 

düşərgələri kimi vulqarcasına təfsiri bu cinayətkar ideologiyanın özünə bəraəti idi.   

 Lakin faciəvi bir tale yaşayıb, faktiki öz həyati ekzistensiyasını fəlsəfəyə çevirmiş xəstə 

bir filosofun Übermensch fonemenini bayağılaşdıraraq nasizmlə eyniləşdirmək əsla 

doğru olmazdı. Əslində həyatı boyu insan mövcudluğunun ontoloji problemləri ilə 

məşğul olmuş bu filosofun almanları donuz adlandırması (―Der Antichrist‖ əsəri) da onun 

bayağı millətçilikdən ümumiyyətlə çox-çox uzaqlarda durduğunu göstərir.    

  

Viktor Klemperer 



  

Neçə il əvvəl nasional sosializm haqda yazılmış çox dolğun bir traktata rastladım. Viktor 

Klempererin gündəlik formasında yazılmış ―Lingua Tertii Imperii: Sprache des Dritten 

Reiches‖ (Lingua Tertii Imperii: III Reich dili) əsəri idi. Nasional-sosializmin 

mahiyyətini anlamaq üçün bu əsərlə müfəssəl surətdə tanış olmağına dəyər.  

  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

284 


Viktor Klemperer yəhudi əsilli alman professoru idi, bütün Avropada ədəbiyyatçı və dilçi 

kimi böyük nüfuza malik olan bu adam, nasistlərin zamanında hətta evində kitab 

saxlamağın da qadağan edilməsi şərti ilə zavodda ağır işlərdə çalışmağa məhkum 

edilmişdi. Onun deportasiyadan yan keçməsi yalnız xanımının alman olması səbəbi idi. 

Əri yəhudi olan xanımların həyat yoldaşlarını onlardan ayırmırdılar - o zaman belə bir 

qayda varmış  (əksinə olan halda isə bu qayda işləmirmiş). Nəticədə bütün həyatını elmə 

həsr etmiş professor yaşlı vaxtında kafedradan, elmindən və hətta kitabxanasından 

məhrum edilir, qara fəhlə qismində ağır fiziki işlərə məhkum edilərək zavodda çalışır. Və 

hətta bu qisimdə də öz alim simasını itirmir, hər gün 12-15 saatlıq ağır əməkdən sonra 

piyada (yəhudilərə ictimai nəqliyyatdan istifadə faktiki qadağan idi) evə dönən yaşlı 

professor yaşadığı ilginc zamanı bacardığı kimi təhlil edərək tarixə həkk edir. Nə 

yorğunluğunda olsa da alman pedantlığı və ziyalı inadı ilə hər gün öz  gündəliyində 

müşahidələrini yazır və öz ixtisası – dil nöqteyi-nəzərindən nasizmi, onun köklərini 

dərindən təhlil edir. Kitabxanalara daxil olma hüququnu yəhudi kimi itirmiş bu yaşlı 

insanın elmi işi yazarkən (bu da evdə gizlincə edilirdi) müxtəlif iqtibaslar üçün artıq 

zəifləmiş yaddaşını zora salması, fərz edilən oxucu üçün ―mən indiki vəziyyətimdə sizə 

bunu dəqiq iqtibas edə bilmərəm, lakin siz filan kitabın filan hissəsini açıb buna əmin ola 

bilərsiniz‖ kimi qeydləri çox təsirlidir. Şəxsən məni öz cəlladlarını, zülmkarlarını sanki 

xəstəlik yayan mikroblar kimi mikroskop altında, həqiqi alman pedantlığı və elmi 

neytrallıqla tədqiq edən bu insanın alim mətanəti və bu zaman onun alman mədəniyyətinə 

həqiqi sevgisi və bağlılığı riqqətə gətirdi.   

 Professor bu əsərdə nasional-sosializm fenomeni üzərində çox düşünür, xüsusən dilçi 

kimi ətrafda səslənən dilin transformasiyasını elmi dəqiqliklə qeydə alır - burada əsasən 

radiodakı təbliğat məqsədli çıxışlar, yeniliklərin hansı tərzdə və intonasiya ilə oxunması, 

alman dilinin nəinki rəsmi nitqlərdə, hətta zavodda fəhlələr arasındakı söhbətlərin hansı 

tərzdə dəyişməsini, xüsusən ona gəlib çatan qəzetlərdəki məqalə və elanların yazı üslubu, 

leksikası incəliklə araşdırılır. Xristianlıqdan imtina meyllərini bütün cəmiyyətdən təcrid 

olunmuş professor da sezir, belə ki, qəzetlərdə ―ari‖lərin (yəni nasist dili ilə almanların) 

ölüm xəbərlərində ənənəvi olaraq artıq xaç deyil, ölüm runaları qeyd edilirmiş, bunun 

müqabilində doğum günlərində günəş qoyulurmuş. Faktiki Hitler tərəfindən başladılmış 

və bütün dünyanın II Cahan Savaşı adlandırdığı bu müharibəni Goebbels təbliğatı 

―yəhudi müharibəsi‖ adlandırırmış. Bu təbliğata görə ariləri məhv etmək istəyən məkrli 

yəhudilər sağlam ali irqi hər tərəfdən mühasirəyə alıb məhv etmək istəyirmişlər 

(xatirinizə heç nəyi salmır ki?).  

 Bu məqsədə çatmaq üçün onların (yəni yəhudilərin) qulluğunda durmuş, həm başqa ali 

irqin aldadılıb istifadə edilən nümayəndələri (ingilislər), həm geri qalmış irqlərdən (ruslar 

və başqa SSRİ xalqları) istifadə edilirdi. Bu ideyalar öz bədii təcəssümünü hələ 1938-ci 

ildə Goebbels‘in göstərişi ilə, elə özünün rəhbəri olduğu Təbliğat və Xalq Maarifi 

Nazirliyi tərəfindən lentə alınmış ―Der evige Jude‖ (―Əbədi cuhud‖) filmində tapmışdı. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

285 


 Klemperer öz gündəliyində totalitar dil mexanizmini açır, bu ətraflı təhlil nəticəsində 

meydana çıxmış dil fenomenini latınca - Lingua Tertii Imperii adlandırır. Bu totalitar 

cəmiyyətin çarxları arasında döyülüb-didilib lazımi formata gətirilən, faktiki ictimai 

formasiyanın yaratdığı dil fenomeni idi. Nasizm başqa totalitar modellər kimi yumora və 

komizmə tamamilə qapalı olduğu üçün cəmiyyətdə bir çox zaman gülməli və paradoksal 

hallarla rastlaşılır, bu halı Klemperer nasistlərin ―subyektiv günahsızlığı‖ adlandırır.  

 Nasional-sosializmin daxili anatomiyasını təhlil edən professor onun süni surətdə bu 

cəmiyyətə gətirilmədiyini, əksinə nasizmin sələfinin XIX əsr alman romantizmi olduğu 

qənaətinə gəlir. Klemperer‘in fikrincə romantik alman insanı üçün ―Entgrenzung‖ 

(sərhədsizləşmə) anlayışı burada açar rolunu oynayır. Bu anlayış sərhədbilməzlik 

anlamında romantik alman insanın mahiyyətini açır, onun bütün romantik axtarışlarında - 

istər bədii yaradıcılıq, istər həyati aktivlik, istər mənəvi sfera, istərsə də ehtiras və 

cinayətlərdə bütün sərhəddlərin aşılmasını konstatasiya edir. Son nəticədə porfessorun 

qənaətincə bu romantik ―Entgrenzung‖ böyük gözəlliklər kimi, bütün fəlakətlərin də 

başlanğıc nöqtəsi idi.  

  

Riçard Vaqner 



  

Bu dahi bəstəkarın ismi üzərində də nasizmi tutqun kölgəsi qalmaqdadır. ―Hitlerin və 

nasistlərin ən sevimli bəstəkarı‖ ittihamı nə qədər abstrakt olsa da (bunda çox rahatca 

Beethoveni də ittiham etmək olar), ölüm düşərgələrində güya ki, əsirlərə mənəvi ruh 

verilməsi məqsədi ilə ―Nürnberger meistersinger‖ operasının üvertürasının 

səsləndirilməsi və ―Musiqidə yəhudilik‖ (―Judentum in Musik‖) məqaləsi çətin yaxın 

zamanlarda unudula bilər. Əslində son məqalədə heç bir elmilikdən söhbət gedə bilməz, 

bir çox bioqraflar bu essenin spekulyativ və populist məqsədlərlə edildiyini qeyd edirlər. 

Sonuncu məziyyətlər doğrudan da bəstəkara xas idi. Uzun illər onunla dostluq əlaqəsində 

olmuş, özünü onun şagirdi adlandıran Nitşe müəlliminin məhz bu xüsusiyyətinə görə 

ondan kənara çəkilmiş, daha doğrusu ―birgə ideallardan imtinası səbəbindən müəllimdən 

ayrılmışdı‖.  Turin şəhərinin mərkəzində faytonçunun atı qəddarcasına döyməsinin şahidi 

olan Nietzsche, gördüyü mənzərədən sarsılmış, yaxınlaşıb atı qucaqlamış və bu 

sarsıntıdan əbədilik susmuş, həyatının son 11 ilini ruhi xəstəxanada keçirmiş, sadəcə 

Vaqnerin fotosunu görcək nələrisə xatırlayaraq ağlayırmış. 

 Vaqner isə öz ideyalarının reallaşması uğrunda bütün səddləri keçəcək dəmir iradəli 

birisi idi, hətta bu sərhəddlər mənəvi cəhətdən keçilməz olsa da. Onun bütün həyatı boyu 

yaradıcılığında keçirdiyi ziddiyyət də buradan doğur. Özünü dahi hesab edən hər bir kəs 

Raskolnikovun dilemmasından keçməlidir – ―Тварь я дрожащая иль право имею?‖   

  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

286 


Bizim cəmiyyət bu obraza da əsla hazır deyildir – öz yaradıcılığı, musiqisi, əsərləri 

uğrunda özünü qurban verən sənətkar sadəcə maymaq hesab edilir. Qarayevin daxili 

yaradıcı sarsıntılar keçirməsi səbəbindən beyninə qan sızması və ya Əşrəf Muradovun 

faktiki ruhi xəstəliyə tutulması çoxluğun gözündə bəlkə də axmaqlığın göstəricisidir. 

Bizim cəmiyyətdə ən dərin insan şübhəsiz ki, böyük maddi uğura sahib olan birisidir.  

 Vaqnerin 30-larda yaşamasını fərz etsək onun nasistlərə qoşulacağı heç bir şübhə 

doğurmur, burada  məsələ ideologiyada deyil, sadəcə uğur hər zaman onun yanında 

olmalı idi və onun nəvəsi Vinifred Vaqnerin nasist elitasında ən ali məqamda təmsili də 

bunu təsdiqləyir. Dünya tarixində təkrarsız dahi olan Vaqner Hesse və ya Furtvenqler 

vicdanına malik deyildisə, bu onun amoral deyil, immorallığından doğurdu. Həyatı boyu 

yalnız musiqisinin əbədiləşməsinə çalışan bəstəkar bu yolda çox ―meyidlərdən nərdivan‖ 

düzəltmişdisə, tale ölümündən sonra onunla belə bir oyun oynadı – bu dəfə onun dühası 

nasistlər tərəfindən lazımınca istifadə və ideologiyaya uyğun təfsir edildi. Dahi bəstəkarın 

musiqisi, tetralogiyaısnda yaradılmış mərkəzi personaj – qara qüvvələrlə, Fafnerlə 

mübarizə aparan cəngavər Siegfried nasistlərə artıq hazır romantik qəhrəman obrazı bəxş 

edirdi, bir çoxları bu Siegfreid kimi özlərini görürdülər. Onlar bu hesablarında yalnız 

bircə şeydə yanılmışdılar – dahi sənət əsərlərində öncəgörmə fenomenini. Vaqnerin 

tetralogiyasının sonu baş qəhrəmanın qəhrəmanın ölümü və Tanrıların qürubu ilə bitir, bu 

həm də bu əsərin yaradıcısının ölümü olmalı idi...  

 Lakin ontonluq bombardımançı təyyarələrin min illər boyunca tikilib-qurulmuş səliqəli 

alman şəhərləri ilə edə bildiyini heç bir kimsə Vaqnerin musiqisi ilə edə bilmədi. 

Müharibədən sonrakı dövrdə bəstəkarın isminə vurulmuş damğa, bir çox ölkələrdəki 

onun musiqisinə qoyulmuş qadağalar sonda  heç bir təsirini göstərmədi. Məlum oldu ki, 

bəşər Vaqnerin musiqi olmadan keçinə bilməz. Hətta bəstəkara qatı nifrət edilən İsraildə 

fitə basılmış və boykot edilmiş bir necə cəhddən (buna yalnız yəhudi dirijorların iradəsi 

çata bilərdi) sonra, 2009-da nəhayət bəstəkarın irsini hazırda idarə edən Katharina 

Vaqner ilə İsrail musiqi cəmiyyətlərinin danışığı başladı. Nasizmin ağır nəticələri lap 

indilərdə dəf olmaqdadır.    

  

Vasili Qrossman 



  

Vasili Qrossman ―Həyat və tale‖ romanını 50-ci ildə yazmağa balasa da, sonradan əsər 

qadağan edilmiş, SSRİ-də yalnız 1988-ci ildə, yazıçının ölümündən uzun illər sonra çap 

olunmuşdu, və hələ o zamanlar bir çox tənqidçilər bu əsəri Tolstoyun ―Hərb və sülh‖ünə 

XX əsrdə bərabər bir şedevr hesab edirdi. Şübhəsiz ki, iki totalitar sistemin, Avropadakı 

ölüm düşərgələri və GULAGın müqaisə olunduğu əsər sovetlərdə rəsmi təbliğata xoş 

gələ bilməzdi. Bu mənada almanlara əsir düşərək ölüm düşərgəsinə aparılmış baş 

qəhrəmanlardan biri, gocaman kommunist Mostovskoy ilə düşərgənin komendantı, SS 

Stumbahnführeri Liss‘in dialogu xarakterikdir. Komendant həmən söhbət əsnasında iki 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

287 


totalitar sistemin  biri-birinin güzgüsü olması haqda fikirlərini kommunistə deyir: ―Biz 

sizinlə eyni yolları gedirik və çirkli işdən iyrənmirik... Müəllim, siz hər zaman bizi 

öyrədəcək və bizdən öyrənəcəksiniz. Bərabər düşünəcəyik.‖ 

 Bu əsərdə Hitleri xarakterizə edəcək formula, nasional-sosialist cəmiyyətinin sosial-

mental nərdivanı kimi həmin Sturmbahnführer Liss‘in fikirləri şəklində məharətlə 

verilmişdir: 

 Onun fikrincə, cəmiyyətin ilk təbəqəsi: birincilər, sosial aşağılar, ―əsgərlər‖ idi – bunlar 

nasional-sosializmə, losunqlara, Hitler və Goebbelsin, qəzetlərdən oxuduqları və 

radiodan eşitdikıəri sitatlarına sədaqətli köpək təkin inanır və bu idealları uğrunda ölümə 

getməyə can-başla hazır olanlar idi. 

 İkincilər, xırda burjuaziya, ―unter-zabitlər‖ - bunlar da nasizmə inanır, onun bərgərar 

olmasını, dünya ağalığı da arzulayır, lakin... bunun yolunda ölümə getməyə çox da 

tələsmirdirlər... qınamayın, şirin şeydi axı. 

 Üçüncülər – elita, ali təbəqə, ―generalitet‖ – bunlar ən ali və kübar təbəqə olaraq, təbii 

ki, heç bir şeyə inanmır, dünyaya sinik nəzərlərlə baxır, heç bir şeyin umurunda 

olmayaraq nəyinsə uğrunda ölüm haqda ümumiyyətlə düşünmürdülər. Sadəcə 

konyukturaya, ali siyasi rəhbərliyin əmrlərinə tabe olaraq ümumi xəttdən çox da kənara 

çıxmırdılar, çox zaman bu onların xoşuna gəlməsə də.  

 Dördüncü mərtəbəyə isə yalnız Hitler daxil idi – o da öz elitası kimi çox sinik, 

ideologiyadan, xüsusilə irqçilik və antisemitizmdən sırf siyasi alət kimi istifadə edirdi. 

Lakin onun bu gedonistik elitadan fərqi onda idi ki, o dərin bir məkr içərisində olmasına 

rəğmən , həmin bu ideyaların uğrunda fanatikcəsinə ölümə nəinki özü gedər, hətta bütöv 

bir xalqı da buna rahatca sürüklərdi. Ən təhlükəli və anlaşılmaz da əvvəlki qrupların 

aydın motivasiyasından bununla fərqlənməsində idi. Bu cür fanatik inama Liss 

cəmiyyətin ən aşağı təbəqəsində, belə sinizm və məkrə isə yalnız lap üst elitalarda 

rastlamışdı. Milyonları asanca ram edə biləcək sehrli çubuğun ixtiraçısı olan bu maq, ali 

kahin, führer ən sadə doqmalara özü də fanatikcəsinə inanırdı. 

 Beləcə Hitler irrasional qüvvələrin canlı təcəssümü kimi çıxış edir və kabus təkin 

totalitar cəmiyyətin qalan bütün təbəqələrini hipnoz və ram edirdi.   

  

* * * 



  

2010-cu ilin dekabrında alman ordusu Fransanın icazəsi ilə birgə hərbi təlimlər üçün 

Elzasa daxil oldu. Bununla da 1945-ci il faciəsinə, üstündən düz 65 il keçəndən sonra 

məntiqi nöqtə qoymaq mümkün oldu. Uğrunda və ərazisində min ilə yaxın rəqabət 

aparılan (lənətli) torpaqda keçmiş rəqiblər Avropa Birliyi çərçivəsində birgə təlimlər 


Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling