Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Günel Mustafayeva
- Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net
- ―Başqa şeylərin hamısı iblisanə hisslərdi‖
- Hazırladı: Turanə Almuradova
- Emin Aslan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 239
getdikləri müxtəlif bölgələrdə bitirdi. İzmir Atatürk Litseyinin birinci sinifində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır. Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul Işık Litseyinə daxil olur. Litseyin son sinifində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür: gel haberi öteden verelim çikmiş daglara kendiliginden cebbar oglu mehemmed fransiz'a silah çekmiş hür yaşamak ugruna irz ugruna namus ugruna ana için baba ve kardeş için (Cebbar Oglu Mehemmed – ―Duvar‖) 1946-cı ildə məzun olur. Daha sonra o İstanbul Hüquq Fakültəsinə daxil olur və orada "Yığın" ve "Gün" kimi dərgilərdə ilk şerləri çap olunmağa başlayır. Beləliklə 1948-ci ildə şairin öz imkanları daxilində ―Duvar‖ adlı ilk şer kitabı yayımlanır. Şair həyatını bütünlüklə sənətə həsr edənlərdir. Hər kəs kimi, yəni düşünmədən, çarpışmadan, mübarizə aparmadan yaşamaq onluq deyildi. O vətəni sevirdi, yazmalıydı, yaratmalıydı…. elimi tutuyorlar ayağımı yetişemiyorum ardından hevesim olsa param olmuyor param olsa hevesim yaptıklarını affettim seninle gelemeyeceğim attilâ ilhan beni koyup koyup gitme ne olursun (Ağustos Çıkmazı – ―Ben Sana Mecburum‖ ) “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 240
O, 1949-cu il universitetin ikinci ilində oxuyarkən Nazim Hikməti qurtarmaq hərakatına qatılmaq üçün ilk dəfə Parisə gedir. Attila İlhan bu hərakatda aktiv rol oynayır. Fransız xalqı və oradakı müşahidələr onun daha sonrakı əsərlərində yer alan bir çox surətə və hadisələrə təsir edir və onların təməli olur. Türkiyəyə geri dönəndə isə onun polislə tez- tez problemləri baş verir. "Sansaryan Han" soruşturmaları onun ölüm, təhlükə mövzularında işlədiyi əsərlərdə əhəmiyyətli rol oynayır. O bir neçə dəfə də nəzarət altına alınır. Həyat olduqca çətindir, onun ağrı-acılarını yaşadıqca bilirsən. Bəzən elə hadisələr olur ki, insan həyata üz çevirir, o zaman yaşamırsan, sadəcə nəfəs alırsan…. an gelir paldır küldür yıkılır bulutlar gökyüzünde anlaşılmaz bir heybet o eski heyecan ölür an gelir biter muhabbet çalgılar susar heves kalmaz şatârâbân ölür
şarabın gazabından kork çünkü fena kırmızıdır kan tutar / tutan ölür sokaklar kuşatılmış karakollar taranır yağmurda bir militan ölür *** evvel zaman içinde kalbur saman ölür kubbelerde uğuldar bâkî çeşmelerden akar sinan an gelir -lâ ilâhe illallah-
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 241
kanunî süleyman ölür
(An Gelir - ―Elde Var Hüzün‖ ) 1951-ci ildə "Gerçek" qəzetindəki bir yazısı onun izlənilməsinə və yenidən Parisə üz tutmasına səbəb olur. O bu dövrdə Fransada həm fransız dilini və həm də Marksizmi öyrənir. 1950-ci illər Attila İlhanın öz həyatını İstanbul-İzmir-Paris üçgənində yaşadığı və Türkiyədə yavaş-yavaş tanınmağa başladığı dövr olur. Ö öz yurduna döndükdən sonra Hüquq fakültəsində təhsilini davam etdirməyə başlayır. Lakin sonuncu kursda jurnalistiyə başlamasıyla təhsilini yarımçıq qoyur. Kino ilə əlaqələri onun 1953-cü ildə "Vatan" qəzetindəki tənqidi yazıları ilə başlayır. 1957-ci ildə "Erzincanda" əsgərliyini, yəni vətənə xidməti borcunu yerinə yetirdikdən sonra Attila İlhan İstanbula gəlir və o, kino sənətinə yönəlik işlərinə böyük yer ayırır. On beşə yaxın kino işlərinə ―Ali Kaptanoğlu‖ adıyla imza atır. İstəklərini kinoda tapa bilməyən Atilla İlhan 1960-cı ildə Parisə geri dönür. Sosyalizmdə gəldiyi keçidləri və televiziya işçiliyi araşdırıldığı bu zamanlar atasının vəfatı ilə birlikdə onun İzmir dövrünə təkan verir. İzmirdə keçən 8 il ərzində o, ―Demokrat İzmir‖ qəzetində baş redaktor vəzifəsini həyata keçirir. Həmin illərdə onun "Yasak Sevişmek" ve "Aynanın İçindekiler" seriyasından "Bıçağın Ucu" kitabları işıq üzünü görür. Attila İlhan 1968-ci ildə evlənir və bu evlilik 15 il ömür sürür. Ayrılıqlar - bunu yalnız yaşayanlar bilər… Ayrılıq çox dəhşətli bir yuxudur, inanılmaz qorxuludur və elə bir yuxudur ki, ona heç zaman inanmaq istəmirsən: ay ışığına batmış karabiber ağaçları gümüş tozu gecenin ırmağında yüzüyor zambaklar yaseminler unutulmuş tedirgin gülümser çünkü ayrılmanın da vahşi bir tadı var çünkü ayrılık da sevdâya dahil çünkü ayrılanlar hâlâ sevgili hiç bir anı tek başına yaşayamazlar her an ötekisiyle birlikte herşey onunla ilgili “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 242
telâşlı karanlıkta yumuşak yarasalar gittikçe genişleyen yakılmış ot kokusu yıldızlar inanılmayacak bir irilikte yansımalar tutmuş bütün sâhili çünkü ayrılmanın da vahşi bir tadı var öyle vahşi bir tad ki dayanılır gibi değil çünkü ayrılık da sevdâya dahil çünkü ayrılanlar hâlâ sevgili
(Ayrılık Sevdaya Dahil – ―Ayrılık Sevdaya Dahil‖ ) 1973-cü ildə "Bilgi Yayınevinin" müşavirliyi vəzifəsini icra etmək üçün Ankara şəhərinə köçür. "Sırtlan Payı" və "Yaraya Tuz Basmak" əsərlərini həmin şəhərdə qələmə alır. 1981-ci ilə qədər Ankara şəhərində yaşayan şair "Fena Halde Leman" adlı romanını qələmə alır və beləliklə İstanbula köçür. Attila İlhan qazet jurnalistliyinə "Milliyet" və "Gelişim" yayınları ilə davam edir. Attila İlhan bir ara Güneş qəzetində və 1993-1996-cı illərdə ―Meydan‖ qəzetində yazmağa davam edir. 1996-cı ildən etibarən o, öz yazarlığına "Cumhuriyet" qəzetində davam etdirməyə başladı. 1970-ci illərdə Türkiyədə televiziya yayınlarının başlaması və geniş kütlələrə çatdırılması ilə bərabər Attila İlhan da senari yazmağa başlayır. Beləliklə "Sekiz Sütuna Manşet", "Kartallar Yüksek Uçar" və "Yarın Artık Bugündür" serialları xalq tərəfindən bəyənilərək izlənilir. Həyat hər gün insanlarla dolub boşalır. İtirdikcə kədərlənirik, ölüm qorxuludur, ölüm dözülməzdir. Xalq onu sevənləri heç zaman unutmur, xatırlayır və ömür boyu dəyər verir: Ölmek Zamanı dağılırdı saçlarınız yaz akşamı batan güneşe karşı / kumral susardınız ne de çok susardınız anlaşılması güç susmanızın anlamı “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 243
uzadıkça sersem eder adamı o zaman sevmek değil ölmek zamanı
(uzak bir kız sisli mavi susarsa acılarla yüklüdür suskunluğu akıl almaz tehlikeler içerir hele hayatında bir sürgün varsa kelepçe kuşlarının buz gibi uçuştuğu o siyah tren uğultularla gelir bütün üçüncü mevki cıgara dumanı)
bana susar bir hayalle konuşurdunuz hani fakülteden çıkarken vurmuşlardı kollarınızda ölen tıbbıyeli çocuk birbirinize nasıl da uymuştunuz sevginizde yüceltici birşeyler vardı korku bulaşığı garip bir mutluluk bir filmi hatırlatan belki bir romanı
(uzak mavi kız dalgasız bir su ah onun yalnızlığı benim yalnızlığım içimizde gemiler ansızın yol kesiyor ansızın beni de vururlar mı korkusu izlendiğini sanmak her gece adım adım şehrin karanlığında devriyeler geziyor telsizde cızırtılar / cinayet alarmı)
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 244
eflatun ve ıssız ağzınız bir muamma susardınız arkasında susmuşluğunuzun tekrar tekrar sizi duruşmaya çağırırlar geç vakte kalır sorgular bitmez ama hapislik nedir ki / unutulmak asıl sorun seyreldikçe seyrelir istanbul'dan mektuplar ne arayanı kalır gittikçe ne soranı
(baksa da beni görmüyor sanki yokum duymadığı açık anlattıklarımı sessizliği kalabalık giremiyorum ölüler kuşatılmış sağımı solumu geçmişte yaşıyor biliyorum bir anlatabilsem onsuz olamadığımı o zaman sevmek değil ölmek zamanı)
Atilla İlhan 10 oktyabr 2005-ci ildə ikinci dəfə keçirdiyi infarkt nəticəsində İstanbuldakı evində həyata vəda edir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 245
Aleksandr Blok ―Başqa şeylərin hamısı iblisanə hisslərdi‖
Rus şairi Aleksandr Blokun arvadı D. Bloka yazdığı məktub
30 may, 1911-ci il (Şaxmatovo) Lyuba, dünən çox gümrah və xoş əhval-ruhiyyədə idim, çoxlarına münasibətimdən, hər şeydən əvvəl sənə münasibətimdən çox şey başa düşdüm . Sənə böyük bir məktub yazmağa hazırlaşırdım, ancaq bu gün yaza bilməyəcəyəm, yenə tənbəllik məni basıb. Bura çox ucqar yerdi, xüsusən bayram günləri bilmirsən harda vaxtını keçirəsən. Hətta poçt da yoxdur burda, sənsizliyimi bu daha dözülməz eləyir. Mən sənə yazmaq istəyirdim ki, yeganə qiymətli nəyim vardısa, onu artıq sənə vermişəm və başqa heç kimə verə bilmərəm, hətta istəsəm belə. Başqaları üçün məndə ağıl və dostluq hissləri qalıb (dostluğun sevgidən ancaq bir fərqi var: dostluq telləri çox olur və bu çoxluqdan da heç nə itirmir); başqa şeylərin hamısı iblisanə hisslərdi, yaxud qeyri- müəyyən əyləncələrdi (onlar da getdikcə azalır), yaxud da alçaq əlaqələrdi. Bütün bunları dünən daha aydın deyə bilərdim, ancaq məncə sən elə bu yazdıqlarımdan da mənim nəyi daha dəqiq müəyyənləşdirmək istədiyimi başa düşəcəksən. Troitsa bayramı (xristian dini bayramlarından biri) ərəfəsində bir axşam öz kilsəmizə getmişdim, kilsə başdan-başa ağcaqayın budaqları ilə bəzədilmişdi, döşəməsinə ot döşənmişdi. Hər dəfə soruşursan ki, sənin məktubların xoşuma gəlirmi? Bəli, demək olar ki, hamısı xoşuma gəlir, bəzən isə xüsusilə xoşuma gəlirlər. Sənin öz bacarığın müqabilində aydın ifadə etdiyin fikirlərin hamısı maraqlıdır mənim üçün. Məktublarında sən buna nail olursan. Allah sənə yar olsun.
Saşa
Hazırladı: Turanə Almuradova “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 246
"Limonka"
Rus yazıçısı Eduard Limonovla ―tanışlığım‖ Azad Yaşarın tərcüməsində oxuduğum hekayə ilə başladı. Marağımın arxasınca düşüb, bığlı-qarınlı ―Böyük Polis‖ə çevrilmiş Bakının bapbalaca kitab mağazalarında Limonovun kitabların axtarmağa başladım. Məlum oldu ki, çoxları heç, belə bir yazıçının olduğunu da bilmir. Bir kitab mağazasının sahibi isə Limonovdan şəxsən zəhləsi getdiyini, onun kitablarının ―ayağı‖nın bizim gözəl-göyçək Bakıya dəyməyəcəyini dedi. Ən azından, o, özü Limonovun əlindən tutub bura gətirməyəcəkdi: - Səbəb? - Ondan zəhləm gedir. İnsanlarımızın onu oxumasını istəmirəm... - Bu adam müxalif düşüncə adamıdır, maraqlı həyat hekayəsi var. Ən azından bu ölkənin oxuyanları böyük qonşumuzda baş verənlərə rus intellektualının münasibətini bilməlidir, ya yox? - Mən insanlarımızın onu oxuyub, təsir altına düşməsini istəmirəm... Kiçik dialoqumuzun yersiz mübahisəyə çevrildiyini gördüyümdən mövzunu dəyişmək üçün kitab mağazasını təriflədim... Son günlərdə sıxılmış limona bənzədiyimi görən dostlarım əla-ayağa düşüb hər yerdə Limonovun kitabını axtarmağa başladılar. İlk səda elə, Limonovun doğulduğu, böyüdüyü həbsə atıldığı, dissidentli etdiyi, New Yorkda ―qulluqçu‖ya çevirdiyi, amma heç cür ―öldürə biləmədiyi‖ Rusiyadan gəldi. Bəzən fikirləşirəm, 9 milyonluq ölkədə niyə istədiyin kitabı tapmaq bu qədər çətindir?! İndi Limonovun bir kitabı əlimin altındadır. Kitabın üz qabığı... YOX! YOX! Gördüyünüz kimi, qalstuklu-pencəkli, bir ayağı üz üstə sərilmiş ağacda, bir əli çənəsinin altında, dərin düşüncələrə dalmış şəkil-filan yoxdu orda. Heç arxa fonda şəlalə-filan da yoxdur. Üz qabığında metro və avtobusdakə insanların üz büzüşdürmələrinə, heyrətlərinə, bəzən (qadınların və ola bilsin birdə homoseksualların) seksual marağına səbəb olan su içinə girmiş başsız və qurşaqsız lüt kişi şəkli var. Bu lütün bədəni bıçaqla çərtilib yazılmış cümlələrlə doludur. Deyə bilərsiniz ki, zatən şəkildən hər şeyi görürük, daha bu təffərrüat nəyə lazım?! İş ondadır ki, Azərbaycanda nəşr edilən bir çox kitabların üz qabıqlarındakı şəkillər öz primitivliyi, mənasız görünüşü ilə adamı kitabdan uzaqlaşdırır. Kitab bəlkə də dəyərlidir, amma üz qabığı bəs edir ki, minlərlə kitab içərisində o ya itib-batsın, ya da dərhal diqqət çəksin. Mövzudan uzaqlaşmayım, oxuyanlar nə demək istədiyimi anladı. Limonovun dediyi kimi ―kitabı hardan istəsəniz, ordan oxuya bilərsiz‖, çünki bu kitab Limonovun sularında üzdüyü dənizlər, okeanlar, çaylar, göllər, seyrindən bəzən feyziyyab olub bəzən nifrət etdiyi fontanlar, limnalar, sevişdiyi qadınlar, müharibələr, həbslər, mühacirətlər, siyasi fəaliyyətlər və daha nələrdən bəhs edən, hər biri ayrı
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 247
xatirələrdən hörülmüş kitabdır. Limonova da bir söz haqqı tanıyıb kitabı haqqında fikirlərini oxuyaq: ―Əlinizdə tutduğunuz bu kitabın adı ―Sular kitab‖ adlanır. Onu ―Zaman kitabı‖ da adlandırmaq olardı. Çünki o, zamandan bəhs edir. Ancaq mən suyu üstün tutdum. Su, axır, təmizləyir... Bir də siz, axı, eyni suya bir dəfədən artıq girə bilməzsiniz. Nəticədə qəribə bir əsər ortaya çıxdı: coğrafi və tale əhəmiyyətli təsadüflərlə dolu xatirələr kitabı. Hə, bax beləcə, mən 1982 –ci ilin bir günü çox qəribə insanlarla birgə, Adriatik dənizinin sahilində - Venesiyada idim. Bundan 11 il sonra isə Adriatik sahilinin əks tərəfində - çiynimdə avtomat, indi artıq rəhmətə getmiş Knin Respublikası hərbi polisinin tərkibində, balkanlarda gəzişirdim. 1974-cü ilin yayında isə bir fransızın idman maşınında gözəl qadınların müşayəti ilə Qaqradan keçib, Qudaut tərəfə üz tutmuşdum. 1992-ci ildə isə çəmənliklə örtülmüş Qudautun sahilində - Abxaziya Respublikasına köməyə gəlmiş avantürist idim. Həm də məlum oldu ki, mən zamanın okeanında ən ―essentiels‖ maddələr axtarıram. Necə? Bax beləcə: İlk dəfə əlyazmanın 40 səhifəsini oxudum, ancaq qadınlar və müharibədən başqa heç nə görmədim. Avtomatlar və sevimli dişilərimin deşiyinə tökülmüş sperma – müdriklikdən uzaq keçən həyatımın toplamı bu idi. Belə bir seçimin edilməsinin günahını kitabın yazıldığı yerin - dövlətin düşmənlərinin saxlanıldığı hərbi türmənin boynuna atmaq lazımdır. Bu kitabda özünə yer eləmiş bəzi epizodlar mənim digər kitablarımda da var, ancaq digər kontekst içində verildiklərindən, onlar dərinlikdən uzaq idilər və xüsusi olaraq seçilmirdilər. Onlar daha çox eskiz xarakterli idi. Bu kitabda isə onlar müstəqillik əldə ediblər. ―Sular Kitabı‖ həyatın suları haqqındadır. Elə buna görə də, oradakı epizodlar xatirələrin yaddaşı, yaxud suda üzən maddələr kimi qəsdən qatışdırılıb. Oxucu, sizin qarşınızdakı orijinal xatirələr kitabıdır. Həmişə mənim meyillənməm ikili xarakterli olub. Uşaqlıqdan mən özümü həm Don Juan, həm də Kazanov kimi göstərmişəm. Özümü eyni anda həm gələcək əsgər, həm də inqilabçı (Bakunin və Çe Qavara istiqamətli) kimi apardığımdan ikiləşdim: qarşınızda ―Bolivya gündəlikləri‖ ilə ―Kazanovun xatirələri‖nin qarışığı olan kitab durmaqdadır‖. P.S. Kitabın dili çox sadə və axıcıdır. Rus dilini yaxşı bilməyənlər də oxuya bilər.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 248
"Den Braunu qapalı bir bunkerdə çevirdim"
Bu ilin 14 may tarixində ABŞ-da "Da Vinçi Şifrəsi" əsərinin müəllifi, dünya miqyasında tanınmış amerikalı yazıçı Den Braunun "İnferno" (―Cəhənnəm‖) adlı yeni romanı işiq üzü gördü. Fransız dilinə çevirilmiş bu kitabın Fransadakı təqdimatı may ayının 23-də Parisdə keçirildi. Den Braunun bu yeni romanını ingilis dilindən fransızcaya çevirmiş Dominik Defer qeyri-adi şərtlərdə keçmiş çevirmə prosesini Fransanın həftəlik "Le nouvel Observateur" dərgisinin oxucularıyla bölüşür.
Dominik Defer "Cəhənnəm"-i çevirmək məqsədiylə xanım Karol Delportla birgə İtaliyaya gedirlər və burada digər beş ölkədən gəlmiş həmkarlarıyla birgə təqribən iki ay ərzində Milan yaxınlığında yerləşən bir bunkerdə yaşayırlar. Yanvar ayının sonunda mənə Den Braunun "Cəhənnəm" romanını fransız dilinə çevirməm üçün Londona gedəcəyimi dedilər. Mən dərhal bilgisayarımı və digər lazım olan əşyalarımı yığdım və hazırlıqlara başladım. Bundan başqa, "Harri Poter"-i fransızcaya çevirmiş tərcüməçi ilə də görüşərək, ondan bəzi məsləhətlər aldım. O, Joanna Roulinqın kitabını razılaşdırılmış kontrakta uyğun olaraq, Londonda yerləşən "Harri Poter" nəşriyyat evinin ofisində qapalı bir şəraitdə çevirməyə məcbur olmuşdu. Amma yola düşməyimə iki həftə qalmış, öyrəndim ki, səfərimiz Londona deyil, İtaliyaya olacaq, daha dəqiq desək, Milana. Gəldik çıxdıq itib-batmış bir yerə, məhşur braziliyalı arxitektorun inşa etdiyi Mondadori nəşriyyat evinin binasına. Hələ səfərimdən iki gün öncə mənə məxfilik haqda kontrakt imzalatdırmışdılar. Milandakı iş otağımız 200 kvadrat metirlik yeraltı bir bunker idi. Mən burada romanı çevirmək üçün fevralın 15-dən aprelin 5-nə qədər, bazar günü də daxil olmaqla, hər gün səhər saat 9-dan axşam saat 21- ədək işləyirdim. Bu bunkerdə altı çevirmən qrupu çalışırdı : Fransa, İtaliya, Almaniya, İspaniya, Kataloniya və Braziliya. Hər ölkənin təmsilçilərinə üzərində ölkələrinin bayrağı sancılmış üç masadan ibarət bir sahə ayrılmışdı. Fransa masasında əvvəl mən tək işləyirdim, daha sonra mənə həmkarım Karol Delporte və redaktor Anna Pidu qoşuldular. Ortalama olaraq, bunkerdə hardasa 10-15 nəfər çevirmən idik. Birinci gün Səhər saat 10:10-da xüsusi marşurut avtobusla gəldim iş yerinə. Mondadori şəhərciyinin girişində iki nəzarətçi durmuşdu. Giriş vəsiqəmi göstərməyim gərəkirdi. Bunkerin girişində isə bizim bütün giriş-çıxışlarımızı qeydə alan daha iki nəzarətçi var idi. Bunkerdəki ilk iş günümüzdə hətta iki əli silahlı gözətçi də görmüşdüm. İçəri girməmişdən öncə, bütün digər çevirmənlər kimi mən də mobil telefonumu nəzarətçilərə təhvil verdim, onlar isə onu xüsusi bir seyfə qoydular. Telefonlarımızı yalnız bayıra, misal üçün, siqaret çəkməyə çıxanda götürə bilirdik. Daha sonra isə, nəzarətçilərdən biri "Cəhənnəm"-in ingilis dilindəki mətnini mənə verdi. Mən öz şəxsi bilgisayarımda işləyirdim, amma o, belə deyək, "zərərsizləşdirilmişdi". Bəlkə də biraz ağır çıxdı, amma
|
ma'muriyatiga murojaat qiling