Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 225
Fransanın məşhur şərqşünası Qustav Löbonun yazdığına görə, Qortobada (Kordova) Əməvi xəlifə olan İkinci Əlhakimin kitabxanasında altı yüz min kitab var idi. Halbuki, 400 il ondan sonra Fransa padşahı olan beşinci Şarlın kitabxanasında ancaq 900 kitab vardı. Qustav Löbonun dediyinə görə, islam kağızı dünya mədəniyyət tarixində yeni bir dövr açıb. Əgər kağız, barıt və qütbnamə kimi islam mirasları olmasaydı, Renessans nəhzəti (hərəkatı) necə yarana bilərdi? Əgər müsəlmanlar olmasaydı, Qərbdə elmi renessans əsrlər boyu gecikəcəkdi. Kitab çapının və mətbuatın da kökü islamidir. Professor Risler bu barədə belə yazır: ―Səlib əhli (xaçpərəstlər) qumaş (parça) üzərinə vurulan taxta qəliblərlə basma çap texnikasını Misirdə müsəlmanlardan öyrəndilər, bu texnika Avropada çap texnikasının əsasını təşkil edib, onun inkişafına səbəb oldu. O zaman basma çap Əndəlüsdə də inkişaf etmişdi. Qortobada Əbdülrəhman Münşi rəsmi sənədləri bizə hələ də məchul qalan vasitələrlə hazırlayırdı. 19-cu əsrdən bəri Qərb alimləri bu tarixi həqiqəti etiraf etmişlər ki, bugünkü sivilizasiya əski yunan və roma mədəniyyətinə bağlı olmayıb, parlaq islam mədəniyyətindən öz kökünü alıb. (Professor Gotiyer, ―Müsəlmanların əxlaq və ədabı‖ kitabı, Əlcəzair Universiteti). İndi bir az da elmin müxtəlif sahələrindən bəhs edək, sözümüzə tibb elmi ilə başlayaq. Professor Risler bu barədə belə yazır: ―Müsəlmanlar tibdə ən yüksək mövqe və məqamı əldə edib, 500 il dünya tibbinin zirvəsində dayandılar. Bu sahədə peyğəmbərə istinad edilən 300 hədis var. Bu hədislərin çoxu yeməkdə etidal və imsaq etmək, sağlıq, sıhhi (sanitar-gigiyenik) üsullara riayət etməyə aiddir. Məsələn, ―Taunun olduğu yerə girməyin, orda olsanız, oradan çıxmayın‖ tapşırığı bugünkü karantin anlayışının əsasını təşkil etməkdədir. Rislerin dediyinə görə, müsəlmanlar Hippokrat və Calinusun tibbini tərcümə edib öyrəndikdən sonra kifayətlənməyib, şəxsi müşahidə və klinik təcrübələrini təşxis (diaqnoz) və dərman (müalicə) üçün əsas qərar verdilər. O zamandan bəri tibb təcrübi elm mahiyyətini qazandı və böyük islam həkimi Ali İbn Abbasın yazdığına görə onun tədqiq və təhqiqləri xəstəxanalardan toplanıb, o zamandan bəri islam mədrəsələrində tibb, mühəndislik fakültələri və laboratoriya qurulub. Vil Durantın yazdığına görə, ilk islami xəstəxana miladi 704-cü ildə ―bimaristan‖ adı ilə Şamda qurulub və 978-ci ildə bu xəstəxananın 24 həkimi var idi. Tibb dərsləri xəstəxanada verilirdi. İmtahan vermədən və diplom almadan həkimlik etmək qadağan idi. Harun ər Rəşid zamanında Bağdadda ilk xəstəxana quruldu, 10-cu əsrdə orada daha 5 xəstəxana yaradıldı. Belə nəzərə gəlir ki, bu xəstəxanaların bərpa edilməyində Condi Şapurdakı universitet xəstəxanasından faydalanıblar. Professor Jorj Rivar ―İslamın siması‖ adlı kitabında deyir ki, müsəlman həkimləri ən çox cərrahlıqda məharət qazandılar. İslam cərrahları 11-ci əsrdə katarakt, məsanə daşı, kotrizasyon (dağlamaq) əməliyyatlarını bilir, uyutmaq (anesteziya) və uyuşdurmaq (lokal anesteziya) üçün ―İvraie təlxə‖, buğda və xaşxaş işlədirdilər. Qurtubəli Abbas oğlu
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 226
Əbülqasım xələf bir çox cərrahi alətlər düzəltmiş və cərrahlıqla işlətmişdir. Farmokoloji və tibbdə işlənən maddələrin elmi tədqiqi də islamda başlanıb. V.Duranta görə, İbn Sina ən böyük müəllim, Razi ən böyük həkim, Cabir (İmam Cəfər Sadiqin (a) şagirdi) əski zamanın ən böyük şimisti (kimyaçısı) sayılır. İbn Sina və Razinin əsərləri bugünkü tibbin əsasını təşkil edib, əsrlər boyu qərb tibb məktəblərində oxunub. Gotiyerin ―Müsəlmanların əxlaq və ədabı‖ adlı kitabında yazılıb ki, orta əsrlər və renessans dövründə Avropa Boqrat və Calinusdan çox islam həkimlərini təqib edib. Razi (850-932) əlli il Bağdadda həkimlik edib, onun əsərləri 16-18-ci əsrlərdə dəfələrlə latın dilinə tərcümə edilib. İbn Sina tibb sultanı hesab olunur və dəyəri Razidən də artıqdır. Onun ―Qanun‖ adlı tibb kitabı Avropanın bir çox dillərinə tərcümə edilib. Bu iki həkimin kitabları 17-ci əsrə qədər tibb tədrisatının əsasını təşkil edib. ―Qanun‖ əsrlər boyu Avropanın dərslik kitabı və həkimliyin müqəddəs kitabı olub. Razinin çiçək və qızılca haqqında kitabları xəstələrin klinik müşahidəsi və təhlili ilə yazılıb. Bu kitablar yoluxucu xəstəliklər haqqında yazılan ilk elmi əsərlərdir. Bu iki əsərin ingiliscə tərcümələri 15-19-cu əsrlərdə 40 dəfə nəşr edilib. Tibb elmi və həkimlik islam məktəblərindən İtaliyada Salerin və Fransada Montpelier tibb məktəblərinə keçdi. Salerin məktəbi 9-cu əsrdə Şarl Mayn tərəfindən quruldu və 3 əsr Avropanın tibb mərkəzi oldu. Riyaziyyatın da tibb kimi islami kökü vardır. Riyaziyyat və hesab elminin əsasları əşari rəqəmlər və sıfır üzərində qoyulub. Avropada 13-cü əsrin ortasına qədər riyazi ədədlərin yerinə latın hərflərindən istifadə edilirdi. 1 yerinə I, 2 yerinə II, 3 yerinə III, 5 yerinə V, on yerinə X və 100 yerinə C işlənirdi. Risler, Sedilot (Sedillot) və Vil Durantın düşüncələrinə görə, əşari rəqəmlər və sıfır müsəlmanların kəşfidir. İlk dəfə 9-cu əsrdə işlənib, yanlış olaraq hindi rəqəmlər adlanıb. İbn Əhmədin 976-da ―Məfatihu`l ulum‖ kitabında təklif etdiyinə görə, əşarat (onluqlar) cədvəlində (xanə) bir ədəd olmasa, tərtibi qorumaq üçün kiçik bir dairə qoyulmalıdır. Bu dairəyə ərəbcə sıfır (boş) deyildi, latınca, italyanca tərcümələrində zero (zero) adlandı. Ədəd mənasına gələn şifrə (shiffre) sözü də buradan çıxdı. Gotiyerə görə, Uqlidüsün adı böyük görünür, lakin qərblilərin riyaziyyat müəllimi müsəlmanlar olublar. 19-cu əsrdə müqayisəli riyaziyyat tarixi mütəxəssisi olan professor Sedillot öz kitabında yazır ki, müsəlmanlar heyət (astronomiya) elmində işlədikləri üçün onların riyaziyyata əlaqələri çox təbii olub, bu sahədə çox çalışıblar, belə ki, onları öz müəllimlərimiz saya bilərik. Onlar yalnız hesab, həndəsə və cəbrdə yox, optika və mexanikada mühüm nailiyyətlər əldə etdilər. Müstəmiəratı elmlər akademiyası üzvü Artur İlqren ―Dünyada islam‖ adlı kitabında belə yazır: orta əsrlərdəki Məsihi (xristian) alimlər riyaziyyat müsəlmanlardan öyrəndilər, amma çox keçmədən öz müəllimlərindən qabağa keçdilər. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 227
Ən mühüm müsəlman riyaziyyatçıları bunlardır: Əl-Xarəzmi (Muhəmməd bin Musa, miladi 780-850-də yaşayıb) üsturlabı ixtira edib. Muhəmməd əd-Bətani (miladi 972-də ölüb), Günəş və Ayın hərəkətlərini hesablayıb və qeyd edib. Abbas ibn Fiynas bülluru düzəltmiş, ayrıca bir təyyarə düzəldərək, havada bir qədər məsafədə uçmuşdur. Heyətşünaslardan Əbu Yunus və Əbülabbas Fərqanidən də bəhs olunur. Vil Durant Xarəzmi haqqında deyir ki, onun beş elm sahəsinin inkişafında böyük xidmətləri olub. Əvvəldən ərəb və hind rəqəmlərini tədqiq edib, kosmoqrafiya cədvəli hazırlayıb. Ən əski triqonometri (məsəlləsat) cədvəlləri onun əsəridir. 69 alimin həmkarlığı ilə coğrafiya ensiklopediyasını Məmun xəlifə üçün yazıb. İkinci dərəcə maddələrin (tənlik) təhlil və həndəsi həll etmə yollarını öz cəbr və müqabilə kitablarında göstərib. Bu kitabın ərəbcə mətninin itməyinə baxmayaraq, onun latınca tərcüməsi miladi 12-16-cı əsrlərdə Avropa universitetlərində dərslik kitabı və mənbə sayılırdı. Beləliklə, cəbr kəlməsi aljebr şəklində Avropa kitablarına girib. Cəbrin həndəsəyə tətbiqi də 9-10-cu əsrdə Qaraoğlu Sabit tərəfindən aparılıb. Professor Gotiyer deyir ki, islam mədəniyyətinin inkişafı durandan sonra biz avropalılar islam mədəniyyətinin verdiyi məlumat və gətirdiyi vasitələrdən faydalanaraq yeni mədəniyyəti qurmağa başladıq. Bu da bizə əski yunanda (olimpiya yarışı) müqəddəs məşəlin əldən-ələ keçməyini yada salır. Vil Durant triqonometri (məsəlləsat) haqqında yazır ki, Bətani Batlimiusun mürəbbe həll yolu yerinə məsəlləsi həll yolunu təklif etdi və vətən (hipark) yerinə cieybi (sinus zaviyəsi) qoydu və bu gün raic olan nisbətləri təqdim etdi. Heyət (astronomiya) elmində də müsəlmanlar tədqiqatlarında tərəssüd müşahidə və təcrübəni əsas qəbul etdilər, böyük nailiyyətlər qazandılar. Heyət elmi müsəlman alimlərinin diqqətini cəlb edən ilk elm sahəsi olub. Bağdad və Əndəlüs xəlifələri, Səlcuqlu padşahları, Moğol Elxaniləri və Teymurilər heyət və astronomiyaya xüsusi əlaqə göstəriblər: böyük şəhərlərin çoxunda rəsədxanalar (observatoriya) qurublar. Bunların ən məşhuru Bağdad, Qahirə, Qortoba, Tolido, Səmərqənd və Marağa rəsədxanaları olub. Vil Durant bu barədə deyir ki, Məmun xəlifə bir heyəti rəsədxana tikməyə və tərəssud etməyə məmur etdi ki, Batliəmiusun kəşflərini və Günəşdəki ləkələri tədqiq etsinlər. Bu alimlər yerin yuvarlaq (kürə) olduğuna inanırdılar. Onlar Günəşin vəziyyətini Palmir (Suriyada) və Sənccar (Əlcəzairdə) da eyni zamanda qeyd edib, ərz zaviyəsini ölçdülər. Ələ gələn məsahət 56 2/3 mail, yəni yarım mail bugünkü mühasibədən artıq idi. Əldə etdikləri nəticəyə görə yerin mühiti 35 min kilometr oldu. Bu alimlər tamamilə elmi çalışırdılar və təcrübəylə sübut olmayan şeyi qəbul etmirdilər. 860- cı ildə Əbülfərqani tərəfindən tərif edilən heyət kitabı Avropa və Qərbi Asiyada 700 il elmi məxəz olub. Vil Durant Əbu Reyhan Biruni haqqında belə yazır: ―Bu alim Yerin yuvarlaq olduğuna inanırdı, Yerin cazibəsini kəşf və sübut etdi. Onun fikrinə görə, heyətin əsasını Yer
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 228
kürəsinin vəzi və dövranı hərəkəti, yəni Günəşin dövrəsinə dolaşmağına əsaslanmaqla və ya əksinə izah və tərcih etmək olar. Rislerə görə, üsturlab müsəlmanlar tərəfindən ixtira edilib və düzəldilib, 10-cu əsrdə Avropaya gətirilib, 17-ci əsrdə qədər dənizçilər tərəfindən işlədilib. İslam alimlərinin kitabları İspaniyada ərəbcədən latın dilinə tərcümə edilərək əsrlərcə avropalıların dərslik kitabları oldu. Musiqi dəxi İslamın altun dövründə inkişaf etdi və riyaziyyatın bir şöbəsi kimi tədqiq edildi. Avropa müəlliflərinin çoxları İslam musiqisinin qaynağını qədim Türküstan musiqisi və qaraçıların musiqisi bilirlər. 5-ci əsrdə Beşinci Bəhramın dəvəti ilə bir çox qaraçılar Hindistandan İrana gəldilər, bu şəkildə qaraçı musiqisi İrana gəldi, 9-cu əsrdə əsli Musul kürdlərindən olan məşhur müsəlman musiqişünası Zəryab bu musiqini Qurtubaya apardı. 10-cu əsrdə əsli türk (oğuz) olan böyük islam filosofu və musiqişünası Fərabi (Əbunəsir Muhəmməd bin Tarxan bin Özluq) bu məqamları elmi şəkildə tədvin etdi. Fərabi ―Əl-musiqi‖ kitabında Fisağorisin yanlış olan musiqinin asimanı (cosmotic) mənşəyini (ulduzlar və göy kürələrinin ahəng məqamati) rədd edir və musiqi səslərinin icadını havanın titrəməyinə və bu titrəmələrin dalğa uzunluğuna bağlayır. Təcrübəyə əsaslanan bu kəşfin nəticəsində musiqi alətlərinin qayırılmağında ehtiyac olan qaydaların sübutuna müvəffəq olur. Bu nailiyyətlərin nəticəsində müsəlman İspaniya və Portuqalda musiqi inkişaf etdi. Vil Durantın yazdığına görə, müsəlmanlar 7-ci əsrdən sonra qaydaya dayanan musiqi əsərləri yazmağa başladılar, səslərin ucalıq və uzunluğunu da sübut etdilər. Belə əsərlər 12-ci əsrin sonuna qədər Avropada tanınmamışdır. Ona görə də Avropa musiqisi 12-ci əsrdən sonra islam musiqi təsiri altında yaranıb. Ədəbiyyat barədə vəziyyət eynidir. İngilis müəllifi Şarl Miller ―Muhəmməd (s.səlləm)in tarixi‖ kitabında belə yazır: ―Ədəbiyyat İtaliya və İspaniya yoluyla Avropada yayıldı. İspaniyada əski romanlar tamamilə islami fikirlər təsirilə yazılıb. Fransız xalq şeirindəki eşq cazibəsi, düşüncə və duyğunun həmahənglik, adət və ənənələrin əfsanəvi incəliyi və qadınların səciyyəvi xüsusiyyətləri şərq şeirindəkinin eynidir. Qafiyə daxi islami şeirlərlə Qərbə gəlib. Şovalye dastanlarında daxi islam qəhrəmanlarından ilham alınıb‖. J.Barru 1842-də çıxan ―Müsəlman millətlərin tarixi‖ adlı kitabında yazır ki, islam mərdlik ruhunu din ilə birləşdirdi, bu mərdlik ruhu bütün müsəlman millətlərin ədəbiyyatında təcəlli etdi, onların vasitəsilə avropalılara aşılandı. Risler bu barədə deyir ki, Əndəlüsdə şeir ümumi bir adət kimi yayılmışdı, hətta hakim və əmirlər də şeir söyləyirdilər. 8-ci əsrdən sonra platonik eşq və duyğu ərəb şeirinin əsas temalarını təşkil edib. 11-ci əsrin sonlarından bu temalar Fransanın cənubundan Avropaya gəldi. Fransız xalq şairləri qurtubalı və zəccacəli müğənnilərini təqlid edirdilər.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 229
İspaniya həmasi romanları və Don Kixot dastanının mənşəyi də islami imiş. Servantesin fikrinə görə, dastanın əsli ərəbcə yazılıb. Dante daxi ―İlahi komediya‖sındakı bir çox gözəl səhnələri yazıb-yaradarkən ilhamını islam filosof və mütəsəvvifi İbn Ərəbidən alıb. Bu ədəbi mənzumədə calib və əfsanəvi behişt və cəhənnəm parçaları islami ədəbi obrazlarla doludur. Memarlıqda daxi qərb islama borcludur. Məscid ilk islami sənətin nümunəsidir. Məscidin ilk nümunəsini Peyğəmbər (s) Mədinədə verib. Səadət məscidi peyğəmbərin nəzarəti ilə 50 metr mürəbbəlik (kvadrat) bir yerdə tikildi. Memarlıq sənəti məscid və başqa binaların islam ölkə və şəhərlərində tikilməyilə inkişaf etdi. Professor J.P.Ru (Raux) ―Qərbdə islam‖ adlı kitabında islam memarisinin böyük kilsələrdə izləri barədə belə yazır: ―İspaniyada Toledu şəhərində tikilən Santa-Mariya Blanka kilsəsinin binasında islam memari şəkilləri işlənib. Bu ölkə də islam memarisini təqlid edərkən kilsə və tarixi binaların tikilməyində müsəlman əsirlərdən də istifadə edilib. Məscidlərin minarələrindən kilsələrin zəng bürclərini yapmaq üçün faydalanılıb. Belə nəzərə gəlir ki, Avropanın əsgəri memarisi daxi islami əsgəri memarisi təsiri ilə vücudə gəlib. Səlib müharibələrin bu işdə böyük rolu olub. Məsələn, Oqumurt istehkamatı Misirdə tikilən Dimat istehkamatından ilham alınaraq tikilib. Şəhər memarisində də avropalılar müsəlmanlardan çox şeylər öyrəniblər, məsələn, apartman və çoxmərtəbəli binaların tikilməyində, evlərdə sərin hava və sulama sistemini qurmaq işlərində müsəlmanlar önayaq olublar. Geyim və zahiri qiyafət işində də qərblilər Şərqdən təqlid edib bir çox şeylər alıblar. Əski yunanlılar və romalıların geyimi Quzey Afrikada olduğu kimi uzun köynək (ihram) imiş. Kot. şalvar, çəkmə, botun, börk Orta Asiyadan Avropaya gedib. Bu tarixi həqiqət 19-cu əsrdə Türküstanda qazıntı işləri görən ingilis, fransız və alman mühəqqiqlər heyəti tərəfindən kəşf edilib. Türküstandakı əski məbədlərin divarlarındakı şəkillər (nəqqaşlıq) bu gün Avropada qadın və kişilərin geyimlərinin bütün xüsusiyyətlərini göstərməkdədir. Professor Fon Lecoke (Lökok) bu şəkillərin nümunələrindən rəngli atlas düzəldərək 1925-ci Berlində nəşr edib. Davamlı təmas və mədəni münasibətlər nəticəsində Qərb dillərinə islami dillərdən bir çox sözlər və terimlər keçmişdir ki, alkol, əlcəbr və digərləri onlardan nümunələrdir. Biz məqaləmizi uzatmamaq üçün verdiyimiz nümunə və misallara qənaət edirik. Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlirik ki, bugünkü Qərb mədəniyyəti əski yunan və roma mədəniyyətinin ihyası (oyanışı) və ya tamamilə şəxsi təşəbbüsləri olmayıb, bəlkə daha çox islam mədəniyyətinin davamı olub. Bizim ulu babalarımızın Quran və İslamdan ilham alaraq qurduğu mədəniyyət Avropaya gedib, orada işlənib, inkişaf edib, bugünkü mərtəbəyə yüksəlib.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 230
Əlif Şəfəqin ―Ata və bic‖ romanının psixoloji alt qatları
Türkiyənin tanınmış gənc qadın yazıçı-publisistlərindən Əlif Şəfəq (Elif Şafak) əsərlərinin yeni ideya məzmunu və mündəricəsi, hadisə və əhvalatlara təzə baxış bucağı, süjet və kompozisiya qurma ustalığı, tip və xarakter yaratma məharəti, zəngin dili və özünəməxsus üslub xüsusiyyəti (yeri gəlmişkən, qeyd edək ki, yazıçı ikidillidir və əsərlərini ingiliscə də yazır) ilə seçilən nasirlərdən biridir. 1971-ci ildə Strasburqda doğulan yazıçı Ankaradakı Orta Doğu Texniki Universitetinin məzunudur. Uzun illər Avropa və Amerikada yaşamış və universitetlərdə işləmişdir. Siyasi elmlər sahəsində yazdığı doktorluq işi mükafata layiq görülüb. 1994-cü ildə ilk hekayələr kitabını nəşr etdirib. Sonrakı illərdə ona bir sıra mükafatlar qazandıran əsərlər yazıb. ABŞ və Avropanın ayrı-ayrı mətbuat orqanlarında yazıları dərc olunur. Kitabları müxtəlif dillərə tərcümə edilib. Onun son illərdə bir-birinin ardınca qələmə aldığı yeddi romanında Türkiyə sərhədlərindən kənarda cərəyan edən hadisə və əhvalatların, bir sıra xarici ölkə və şəhərlərin təsvir və təhkiyəsinin, personajlarının yerli və xarici ictimai- siyasi mühit və fərqli məişət müstəvisində təhlilinin bu dərəcədə təbii alınmasında, görünür, xarici ölkələrdə yaşama amilinin də rolu az deyildir. Bunu xüsusi olaraq vurğulayaq ki, hal-hazırda ―Zaman‖ qəzetinin köşə yazarı olaraq aktiv publisistik fəaliyyətini davam etdirən Əlif Şəfəqə çox az sənətkara nəsib olan ədəbi tale qismət olmuşdur. Belə ki, o, işıq üzü görən ilk romanı ―Pinhan‖la tanınmış və geniş oxucu kütləsinin rəğbətini qazanmış, ədəbi ictimaiyyət tərəfindən qəbul edilmişdir. ―Şəhərin aynaları‖, ―Bit Palas‖, ‖Əraf‖ və ―Mədd-cəzir‖ romanları ilə də ədəbiyyatsevərləri xəyal qırıqlığına düçar etməyən istedadlı yazıçı ingilscə yazdığı və müəllifin iştirakı ilə türkcəyə çevrilən haqqında danışacağımız ―Ata və bic‖ (―Baba ve Piç‖) romanından sonra daha da məşhurlaşmışdır. Yeri gəlmişkən, Türkiyənin televiziya kanallarından birinin ən sevilən seriallarından olan ―Xəlil və Bənövşə‖ (―Halil və Menekşe‖) filminin ssenari müəllifi də Əlif Şəfəqdir. Romanın təhlilinə keçmədən əvvəl xatırladaq ki, yazıçının qələmə aldığı sonuncu əsəri onun yenicə çapdan çıxmış avtobioqrafik səciyyəli ―Siyah süd‖ romanıdır (2008). Əsərdə yeni uşaq dünyaya gətirən qadınların keçirdiyi psixoloji böhranları, şəxsi problemlərlə məişət qayğıları arasında çırpınan ananın depresiyaları əks etdirilməyə çalışılır. Əlif Şəfəqin ―Ata və bic‖ romanını Azərbaycan oxucusuna ilk dəfə təqdim edən və əsər haqqında son dərəcə maraqlı məqalə yazan tanınmış yazıçı-publisist Rəşad Məciddir (―Yazıçının bicliyi‖, ―525-ci qəzet‖, 26 oktyabr 2006-cı il). Romanının alt qatı dərin ictimai-siyasi və tarixi hadisələrdən hörülüdür. 1915-ci ildən başlayaraq (məlum 1915-ci il hadisələrinin əsərdə bəhs edilən iki ailənin taleyinə təsiri romanın bütün süjeti boyu müzakirə olunur) bugünlərə qədər uzanan zaman dilimini əhatə edən əsər tarixi ekskurslar şəklində nəql edilən hadisə və əhvalatlarla xeyli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 231
zəngindir və zəncir halqaları kimi iç-içədir. Təhkiyəçinin nəqli anında iki müxtəlif məkanda yaşayan iki müxtəlif ailənin tarixin eyni zaman kəsiyində cərəyan edən hadisələrlərə münasibəti, o dönəmdə və hal-hazırda yolları-nın kəsişməsi romanda son dərəcə inandırıcı şəkildə və ustalıqla qurğulanmışdır. Əsərdə San-Fransisko və İstanbulda yaşayan insanların həyat tərzinin, məişətinin, mənəvi-psixoloji dünyasının müqayisəli- qarşılaşdırmalı bədii təhlili, bu ölkələr, hətta qitələr arasında (Amerika – Avrasiya) yaşanan oxşar tarixi hadisələrin təsviri romanın əsas qayəsinin, yazıçı məramının açılmasına xidmət edən ədəbi fon, bədii kolliziya olaraq seçilmişdir. Əlbəttə, bütün dünyada geniş rezonansa, zaman-zaman siyasi mübahisə, hətta münaqişələrə yol açan hadisələrin bədii ədəbiyyata gətirilməsi böyük cəsarət tələb edir. Geniş erudisiyalı, necə deyərlər, Şərqi də, Qərbi də sadəcə mütaliə ilə deyil, həm də şəxsən yaşayaraq təcrübədən keçirən Əlif Şəfəq bunun fərqindəydi və onun bütün ―gözlənilən və gözlənilməyən‖ hücumlara hazırlıqlı olduğu əsər işıq üzü gördükdən sonrakı dönəm içərisində yaşadıqları (məşhur 301-ci maddə ilə məhkəməyə verilməsi qarşısında mətanətlə duruşu, demokratiya oyunları ilə ikili standartlardan əl çəkməyən ―demokratların‖ hay-küyünə aldanmaması, onu vətənə xəyanətdə, türklüyü aşağılamaqda ittiham edənlərə layiqli cavabları, fürsətdən istifadə edib onu öz qondarma ―soyqırım‖ təbliğatına qoşmaq istəyən erməni diasporasını əlinin tərsi ilə kənarlaşdırması və s.) sübut elədi. Türkiyə mətbuatının bir-birinə zidd, tamam fərqli qiymətləndirmələrinə baxmayaraq, sağçı, solçu, islamçı, yaxud millətçi mətbuatın nə deməsindən asılı olmayaraq, türk və dünya ədəbiyyatına yeni, çox istedadlı bir yazıçının gəldiyi artıq ədəbi fakt olaraq ortada idi. Roman əleyhdarlarının dediyi kimi, heç də ―bəsit söz yığını‖ deyil. Bir tərəfdən həddən artıq canlı, diri söhbətlər, bir tərəfdən əsərin maraqlı, gözlənilməzliklərlə zəngin süjet xətti göstərir ki, Əlif Şəfəq ən yeni türk nəsrində öz sözü və çəkisi olan peşəkar bir nasir, istedadlı bir yazıçıdır. R.Məcidin yuxarıda adı çəkilən məqaləsində qeyd etdiyi kimi, ―reklama, yoxsa antireklama xidmət etməsindən asılı olmayaraq, məhkəmə prosesi həqiqətən romanı diqqət mərkəzinə çəkmişdi… Çünki romanda ermənilərin dilindən səslənən, türklərin guya ermənilərə qarşı soyqırım törətmələrilə bağlı cümlələrdən daha qəliz, daha mübahisəli məqamlar əsərin alt qatlarındadır və əslində həmin məqamlar qabardılmaq, müzakirəyə çıxarılmaq üçün ―gəl-gəl‖ deyir‖. Həqiqətən də romanda qarışıq və eyhamlarla dolu alt qatlarda gizlənən xeyli məqamlar var ki, onlar yazıçının ―erməni soyqırımı‖ barədə işlətdiyi cümlələrdən daha artıq dərəcədə ―türklüyü aşağılayan fikirlər‖ şəklində yozula və yaxud da əksinə, ermənilərin bir millət halında təhqir olunması kimi qiymətləndirilə bilər. R.Məcidin aşağıdakı mülahizələri də dəqiq və sərrastdır: ―Əsərdə bu iki xalqın bir-biriylə yanaşı yaşamasının yalnız fəlakət gətirəcəyi mənasında yozula biləcək məqamlar olduğu kimi, bu birgəyaşayışın qazandıracağı üstünlüklərə işarə vuran notlar da tapmaq mümkündür‖. ―Ata və bic‖ romanı erməni əsilli Çakmakçıyanlarla türk əsilli Qazançıların ailə-məişət məsələlərinin, bu ailələrin bir-biri ilə olan şaquli və üfüqi əlaqələrinin bədii təhlilinə həsr |
ma'muriyatiga murojaat qiling