Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 202
7) Konfutsian və İslam ölkələri arasındakı fərqlərdən, konfliktlərldən istifadə edilməlidir; 8) başqa sivilizasiyalarda Qərbin dəyərlərinə və maraqlarına rəğbət göstərən qruplara yardım etməlidir; 9) Qərbin maraqlarını, dəyərlərini legitimləşdirən beynəlxalq institutlar gücləndirilməlidir, həmin institutlara qeyri-Qərb ölkələrinin qoşulması artırılmalıdır.
Uzun zaman üçün isə başqa ölçülərdən çıxış etmək gərəkdir. Qərb sivilizasiyası həm Qərb, həm də moderndir. Qərbdən qıraq sivilizasiyalarsa istəyirlər ki, Qərbə çevrilmədən modernləşsinlər. Bu məsələdə hələ ki, yalnız Yaponiya tam uğur qazanıb. Qərbdən qıraq sivilizasiyalar modernliyin bir hissəsi olan zənginliyi, texnologiyanı, səriştəni, maşınları, silahları əldə etmək üçün çalışmalarını davam etdirəcəklər. Onlar həm də çalışacaqlar ki, bu modernliyi ənənəvi mədəniyyətləri, dəyərləri ilə barışdıra bilsinlər. Onların iqtisadi və hərbi gücləri də artacaq. Beləliklə, Qərb gücünə görə ona çatan, amma maraqlarına, dəyərlərinə görə ondan kəskin ayrılan bu qeyri-Qərb ölkələrinə davamlı olaraq uyğunlaşmalı olacaq. Bu, Qərbi məcbur edir ki, həmin vəziyyətdə maraqlarını qoruya biləcək iqtisadi və hərbi gücünü saxlasın. Bu həm də Qərbi məcbur edir ki, başqa sivilizasiyaların təməlində duran dini və fəlsəfi ideyaları daha dərindən anlasın. Qərb başqa sivilizasiyadan olan insanların öz maraqlarını nədə görməsini də yüksək səviyyədə başa düşməlidir. Eyni zamanda Qərb və başqa sivilizasiyalar arasındakı ortaq ünsürləri tapmaq işini də gücləndirmək lazım olacaq. Real gələcəkdə universal sivilizasiya yarana bilməyəcək, ancaq əvəzində bir-birini yola verməyi öyrənən fərqli sivilizasiyaların olması lazım olacaq.
1. Weidenbaum M. Greater China: The Next Economic Superpower? — Washington University Center for the Study of American Business. Contemporary Issues. Series 57, Feb. 1993, p.2-3. 2. Lewis B. The Roots of Muslim Rage. — «Atlantic Monthly». Vol.266, Sept. 1990; p.60; «Time», June 15,1992, p. 24-28. 3. Roosevelt A. For Lust of Knowing. Boston, 1988, p.332-333. 4. Qərb liderləri həmişə ona istinad edirlər ki, ―Dünya Birliyi» adından iş görürlər. Ancaq 1990-cı ilin dekabrında ―Sabahın xeyir, Amerika» gproqramına müsahibə verəndə Britaniyanın keçmiş Baş Naziri C. Meycorun ağzından çıxan söz ilgincdir. Səddam Hüseynə qarşı hərəkətlərdən danışanda Meycor ―Qərb» demişdi. Hərçənd tezcə də özünü düzəldib ―Dünya Birliyi» sözlərini işlətməyə başlamışdi, ancaq düzünü çaşanda demişdi., “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 203
5. «New York Times», Dec.25, 1990, p. 41; Cross-Cultural Studies of Individualism and Collectivism. — Nebraska Symposium on Motivation. 1989, vol. 37, p. 41-133. 6. Mahbubani K. The West and the Rest. — «National Interest', Summer 1992, p. 3-13. 7. Stankevich S. Russia in Search of Itself. — «National Interest', Summer 1992, p. 47- 51; Schneider D.A. Russian Movement Rejects Western Tilt. — «Christian Science Monitor», Febr.5, 1993, p. 5-7. 8. O. Horris göstərir ki, Avstraliya da içəridən ikitirələşən ölkə olmağa çalışır. Bu ölkə Qərbinn tamhüquqlu üzvü olsa da indiki rəhbərliyi Qərbdən qopmağı təklif edir ki, Asiya ölkəsi olduqları üçün yeni identifikasiyanı götürsünlər və beləcə, qonşuları ilə sıx ilişgilər qura bilsinlər. Bu rəhbərlik sübut etməyə çalışır ki, Avstraliyanın gələcəyi Şərq Asiyanın dinamik iqtisadi gəlişməsindədir. Ancaq mən dedim ki, sıx iqtisadi ilişgi üçün, adətən, eyni mədəniyyət kökü gərəkir. Bundan başqa Avstraliya situasiyasında, deyəsən, ikitirəliyi olan ölkənin başqa sivilizasiyaya qoşulmasına lazım olan üç şərtin üçü də yoxdur.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 204
Semuel Xantinqton "İyirmi il sonra: uçüncü dalğanin gələcəyi"
Semuel Xantinqton III AIbert C. Vezerherd Universitetinin professoru və Havarddakı Con M.OIin adına Strateji Araşdırmalar İnstitutunun direktorudur. O, çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: iyirminci əsrin sonunda demokratikləşmə" (1991) və "Sivilizasiyaların toqquşması və dünya nizamının hüdudlan" (1996) adlı əsərlərin müəllifidir. Bu məqalə isə onun bir sıra mühazirələrindən sonra Mario Soareş Fondunun yardımı ilə 1996-cı Hin oktyabnnda Lissabonda etdiyi proqram məzmunlu çıxışı əsasında hazırlanıb. Uç iyun1997-ci il tarixdə o, bu çıxışını ABŞ Konqresində təkrartayıb.
Təqribən 500 il öncə Portuqaliyanın dövlət adamları və mütəfəkkirlərindən ibarət bir qrup, o cümlədən kral II Juan, şahzadə Henrix Dəniz Səyyahı, Bartolomey Dias və Vasko da Qama qətiyyət, inam və qeyri-standart iradə nümayiş etdirərək, bəşər tarixində yeni eranın - coğrafi kəşflər erasının təməlini qoydular. Bu hadisə İspaniya, Fransa və Hollandiya üçün nümunə rolunu oynadı. XX əsrdə, təxminən iyirmi il bundan öncə isə Mario Soareş və onun həmkarları cəsarət və qətiyyət nümayişində əjdadlarından geri qalmayaraq bəşər tarixində daha bir eranın - demokratiya erasının təməlçilərinə çevrildilər. Onlar da öz növbələrində İspaniya, Yunanıstan, Braziliya və bir çox digər ölkələr üçün nümunə və istinad obyektinə çevrildilər. Ancaq, bu dəfə tamam başqa bir nəticə üzə çıxa bilərdi. 1974-cü ili aprel ayında Portuqaliyadakı diktatura silahlı qüwələr tərəfindən devrildikdən sonra burada bir neçə ay ərzində özbaşınalıq və xaos hökm sürdü. O zaman bu ölkədə demokratiyanın bərqərar olacağına ümidlər tamamilə puça çıxmaq üzrə idi. Çoxları belə hesab edirdi ki, Portuqaliyada stalinçi kommunist partiyası hakimiyyətə gələcək. Belə bir pessimizm ABŞ-ın dövlət katibi Henri Kissencerin mövqeyində də özünü biruzə vermişdi. Henri Kissencer o zaman ABŞ-da sığınacaq tapan müvəqqəti hökumətin xarici işlər naziri Mario Soareşi və onun hökumətini kommunistlərlə liberal davranmaqda ittiham etmişdi. Kissencer demişdi: "Siz Kerenskisiniz, mən sizin səmimiyyətinizə inanıram, amma siz çox sadəlövhsünüz". Soareşin cavabı isə belə olmuşdu: "Mən heç də Kerenski olmaq istəmirəm", "Kerenski də istəmirdi" - deyə Kissencer onun sözünü kəsmişdi. Buna rəğmən Mario Soareş və onun həmkarları Kissencerin haqlı olmadığını sübut etdilər. Portuqaliyada "kerenskilər" qalib gəldi, demokratiya möhkəmləndi, Mario Soareş isə əwəlcə baş nazir, sonra isə prezident kürsüsünə yiyələndi. Əsası Portuqaliyada
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 205
qoyulmuş üçüncü demokratikləşmə dalğası faktiki olaraq demokratiya erasının başlanğıcını qoydu. İndi tarixdə ilk dəfə olaraq dünya ölkələrinin yarıdan çoxunda bu və ya digər formada demokratik idarəetmə mövcuddur. Gəlin hadisələrin ardıcıllığına nəzər salaq. On doqquzuncu əsrin əwəllərində başlamış birinci demokratiya dalğası 1920 ci ildə 30 ölkədə demokratiyanın qələbəsi ilə başa çatdı. İyirminci və otuzuncu illərdə yeni avtoritarizm və faşizmin yaranması nəticəsində 1942- ci ildə demokratik dövlətlərin sayı 10-a endi. Demokratiyanın ikinci qısa dalğası İkinci Dünya müharibəsindən sonra baş qaldırdı və demokratik ölkələrin sayı 30-u keçdi, lakin əvvəl olduğu kimi bu ölkələrin bəzilərində demokratik idarəçilik forması süquta uğradı. Demokratikləşmənin Portuqaliyadan başlayan üçüncü dalğası isə öz qüdrətinə və inkişaf sürətinə görə əwəlki iki dalğanı xeyli üstələdi. İyirmi il bundan öncə dünya ölkələrinin yalnız 30 faizi demokratik idisə, indii onların altmış faizindən artığında bu və ya digər formada açıq, ədalətli və rəqabətli seçkilər vasitəsiylə hakimiyyətə gəlmiş hökumətlər qurulub. İyirmi beş il öncə kommunist siyasi bürosu, hərbi xunta, yaxud şəxsi diktatura kimi avtoritar rejimlər adi hal sayılırdı. Bu gün isə tiraniya əsarətini dadmış yüz milyonlarla insan azad yaşayır. Bundan başqa demokratik rejimlərin bir-birilə savaşması xarakterik hal olmadığından Yer kürrəsində sülh zonası xeyli genişlənib və dövlətlərarası münaqişələrin yaranması təhlükəsi əhəmiyyətli dərəcədə azalıb. Dünyada demokratik sektorun qısa müddət ərzində bu qədər inkişaf etməsi, şübhəsiz ki, dünya tarixində ən möhtəşəm və vacib irəliləyişlərdən biridir. Bəs, gələcəkdə bizi nə gözləyir? Demokratiya, yenicə qədəm qoyduğu ölkələrdə möhkəmlənə biləcəkmi? Demokratik dövlətlərin sayı artacaqmı? Doğrudanmı biz elə bir yeni dünyanın astanasındayıq ki, bundan sonra demokratiya, nəinki əsas, həm də ümumbəşəri idarəçilik sisteminə çevriləcək?
İqtisadiyyat və mədəniyyət Bu sualların cavabı əhəmiyyətli dərəcədə iki amildən asılıdır: iqtisadi inkişaf və qeyri- qərb mədəniyyətlərinin demokratiyanı həzmetmə qabiliyyəti. Birincisi, məlumdur ki, demokratikləşmə ilə iqtisadi inkişaf səviyyəsi bir-biri ilə sıx əlaqədə olan məsələlərdir. Neft sərvətləri ilə zəngin olan bəzi ölkələrdəki durumu nəzərə almasaq, qeyd edə bilərik ki, Sinqapur istisna olmaqla, dünyanın ən zəngin ölkələri demokratik idarəçilik formasına malikdirlər; dünyanın kasıb ölkələrinin, demək olar ki, hamısında isə, -Hindistan və iki-üç digər dövlətin müsbət təcrubəsi istisna olmaqla, - demokratik rejim qurulmayıb. Orta inkişaf səviyyəsində olan ölkələrin bir qismində demokratik idarəçilik qurulsa da, digərləri üçün bu, problem olaraq qalmaqdadır. Lakin, “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 206
məlum olduğu kimi, demokratikləşmə iqtisadi inkişafla sıx əlaqəli məsələ olsa da, burada birbaşa asılılıqdan söhbət gedə bilməz. Beləliklə, bir sıra yeni suallar ortaya çıxır: iqtisadi inkişaf demokratik dəyişikliklərə təkan verə bilirmi? Demokratikləşmə iqtisadi inkişafa təkan verə bilirmi? Bəlkə həm iqtisadi inkişaf, həm də demokratikləşmə hansısa digər hadisənin, dəyişikliyin məhsuludur? Seymur Martin Lipsetin hələ çox illər bundan öncə dediyi kimi, bir sıra təkzibedilməz faktlar iqtisadi inkişafın demokratikləşmə proseslərinə ciddi müsbət təsir göstərdiyinə dəlalət edir. Sadə dildə desək, əgər sizə demokratiya lazımdırsa, iqtisadi inkişafı təmin edin. Bu bağlılığı bir sıra amillər şərtləndirir. İqtisadi inkişaf urbanizasiya səviyyəsinin artmasına, təhsil və savad səviyyəsinin yüksəlişinə səbəb olur. Digər tərəfdən, məşğulluğun strukturunda irəliləyişlər baş verir, kəndlilərin sayı və rolu azalır, orta təbəqə və şəhərdə yaşayan fəhlə təbəqəsi formalaşır. Sonuncu iki təbəqə öz maraqları çərçivəsində siyasətə müdaxilə və təsir göstərmək imkanlarını artırmaq üçün getdikcə daha çox səy göstərir. Daha yüksək təhsil səviyyəsinə malik olan bu təbəqələrin, öz maraqlarının müdafiəsi üçün həmkarlar ittifaqı təşkilatları, siyasi partiyalar və vətəndaş assosasiyaları yaratmaq qabiliyyətində olduqları üzə çıxır. İkincisi, iqtisadi inkişaf cəmiyyətin müxtəlif qrupları arasında bölüşdürülə biləsi dövlət və özəl mülkiyyət resurslarının artımını təmin edir. Beləliklə, sərvətləri bölüşdürmək səlahiyyəti uğrunda mübarizədə siyasətdən vasitə kimi istifadə etmək imkanları məhdudlaşır, bu isə kompromislərə və dözümlüyə meyli artırır. Üçüncüsü, iqtisadi inkişaf iqtisadi strukturun mürəkkəbləşməsinə gətirib çıxarır, onun dövlət tərəfindən idarə olunması çətinləşir - iqtisadiyyatda inzibati idarəçilik nümunələrindən gördüyümüz kimi, dövlət nəzarətinin qurulması yalnız iqtisadi staqnasiya bahasına başa gəlir. Dördüncüsü, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəifləməsi kapital, texnoloqiyalar və kommunikasiyalar üzərində özəl mülkiyyət hüququna malik olan müstəqil hakimiyyət mərkəzlərinin yaranmasına və inkişafına səbəb olur. Deyilənlərə malik olan burjuaziya özünün təsir imkanlarının artırılmasına imkan verən siyasi sistemin bərqərar olmasına can atır, bu elə bir sistemdir ki, onda nə hərbi xuntaya, nə kommunist politbürosuna, nə də diktaturaya, yaxud onun partizan hərəkatına yer var. Və nəhayət, sürətli iqtisadi inkişaf özünün ilkin mərhələsində cəmiyyətdə maddi təbəqələşməyə səbəb olsa da, son nəticədə bu, gəlirlərin bölgüsündə daha çox bərabərliyə nail olunmasına imkan verir. Demokratiya avtoritar üsullarla məcburən əldə edilən iqtisadi bərabərlliyi məqbul saymadığı kimi, gəlirlərin bölüşdürülməsi və rifah səviyyəsində böyük fərqlər olmasını da rədd edir. İqtisadi inkişaf son nəticədə bu fərqlərin aradan qaldırılmasına gətirib çıxarır və bunun məntiqi davamı olaraq demokratik institutların yaradılmasına təkan verir. Nəticədə, iqtisadi inkişafın demokratikləşmə prosesinə bu müsbət təsirinə istinadən "keçid zonasını" (mən bu anlayışı "Üçüncü dalğa"da işlətmişəm) müəyyənləşdirmək mümkün olur. Dövlətlərin iqtisadi inkişafı və iqtisadi dirçəliş mərhələsinə qədəm qoymaları onlarda aşkarlıq və siyasi sistemin demokratikləşməsi uğrunda hərəkatın baş qaldırması ilə müşayiət olunur. Son onilliklər ərzində müşahidə olunan qırxdan artıq demokratiyaya keçidlər məhz bu keçid zonasında olan dövlətlərdə baş verib. Deməli,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 207
bundan sonrakı mərhələdə də demokratiyaya keçid nümunələrini sürətli iqtisadi inkişafa malik regionlarda, məsələn Şərqi və Cənubi-Şərqi Asiyada gözləmək lazımdır. Biz öz mülahizələrimizdə mədəniyyət anlayışını da diqqətdən qaçırmamalıyıq. Müasir demokratiya Qərb sivilizasiyasının məhsuludur. Onun dayaqları sosial plüralizm, sinfi sistem, vətəndaş cəmiyyəti, hüquqi dövlət, seçkili orqanlar təcrübəsi, dinin hakimiyyətdən ayrı olması və fərdiçiliyin prioritet sayılmasıdır - bütün bu xüsusiyyətlər hələ min il bundan öncə məhz Qərbi Avropada inkişaf etməyə başlamışdı. Bu tarixi irs on yeddinci və on səkkizinci əsrlərdə aristokratiyanın və inkişaf etməkdə olan orta sinfin siyasi iştirak uğrunda mübarizəsini şərtləndirdi və nəticədə on doqquzuncu əsrdə siyasi institutların inkişafına rəvac verdi. Təbii ki, sadalanan xüsusiyyətləri ayrı-ayrılıqda başqa sivilizasiyalarda da tapmaq mümkündür, lakin cəm halında bütün bunlar yalnız Qərbdə mövcud olub və olmaqdadır. Müasir demokratiyanın Qərb sivilizasiyasının məhsulu sayılması da məhz bununla izah edilməlidir. Kiçik Artur Şlesincerin dediyi kimi, Avropa "şəxsiyyət azadlığı, siyasi demokratiya, hüquqi dövlət və mədəni azadlıq ideyalarının əsas, özü də ünikal mənbəyidir... Bu Avropanın ideyalarıdır, onlar Asiyanın, Afrikanın, yaxud yaxın Şərqin ideyalarına da çevrilə bilər, lakin bu, yalnız həmin ideyaların həzm edilməsi yolu ilə mümkündür". Üçüncü dalğanın ən böyük nailiyyəti demokratiyanın bütünlüklə Qərb aləmində kök salmasında və onun elementlərinin digər sivilizasiyalara da sirayət etməsindədir. Əgər üçüncü dalğanın gələcəyi varsa, bu, demokratiyanın bütün qeyri-qərb sivilizasiyalarında da yayılmasında öz təsdiqini tapacaq. Bu məsələ ilə əlaqədar əsas sualı aşağıdakı şəkildə ifadə etmək olar: Qərb sivilizasiyasının məhsulu olan müasir demokratiya qeyri-qərb cəmiyyətlərində möhkəmlənə biləcəkmi?
Seçkilər və demokratiya Bundan doğan daha bir sual müxtəlif mədəniyyətlərə mənsub olan insanlar üçün demokratiyanın hansı əhəmiyyət kəsb etməsidir. İkinci Dünya müharibəsinin başa çatdığı dövrdən bəri müşahidə olunan əsas təmayül ondan ibarət olub ki, demokratiyanın tərifi, bir qayda olaraq seçki kontekstində verilib. Demokratiya hakimiyyət orqanlarının yaradılması və onların səlahiyyətlərinin bölüşdürülməsi üçün vasitə kimi nəzərdən keçirilib. Digər siyasi sistemlərdə hökmdarlar müəyyən imtahanlardan və sınaqlardan keçirilsələr də, varidatı və qüwəsi nəzərə alınmaqla, vərəsəlik hüququna görə təyin edilirlər. Demokratik cəmiyyətdə isə əksinə, rəhbərlər və idarə olunanlar ya bir sifətdə üst-üstə düşür, ya da idarə edənlər idarə olunanlar tərəfindən seçilirlər. Müasir milli dövlətdə siyasi sistemin demokratiklik səviyyəsi, burada əsas başçıların nə dərəcədə ədalətli, düzgiin seçkilər vasitəsilə müəyyən edilməsi, seçkilərin mütəmadiliyi, seçkilərdə namizədlərin seçici səsləri uğrunda bərabər mübarizə aparmaq imkanları və yaşlı nəslin əksəriyyətinin səsvermədə iştirak etmək hüququnun olması kimi amilləllə ölçülür. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 208
Demokratiyanın bu tərifi hələ 50 ildən artıq bundan öncə Şumpeterin "Kapitalizm, sosializm və demokratiya" adlı əsərində verilib və bü sahədə çalışan bütün tədqiqatçılar tərəfindən qəbul olunub. Bu tərifə əsasən, demokratiyanın məğzi seçkilərdir. Demokratik sitstemlərin digər xüsusiyyətləri də məhz bu mahiyyətdən doğan hadisələr kimi səciyyələndirilir. Azad, ədalətli və rəqabətli seçkilər yalnız söz, mətbuat və sərbəst dolaşmaq azadlığı, müxalifətçi namizədlərin və partiyaların represiyalardan çəkinməyərək hakimiyyəti tənqid etmək imkanının olduğu şəraitdə mümkündür. Belə olan halda, seçkilər demokratiyanın yeganə əlaməti kimi qiymətləndirilə bilərmi? Lerri Daymond keçən il "Journal of Democracy"də dərc etdirdiyi dəyərli məqaləsində liberal demokratiya ilə seçkili demokratiya arasında əsas fərqi ustalıqla üzə çıxarıb. Liberal demokratiyalar seçki sistemi ilə məhdudlaşmır. Burada həmçinin demokratiyanın digər vacib şərtləri mövcuddur: icra hakimiyyəti səlahiyyətinin məhdudlaşdırılması; qanunun aliliyini təmin edən müstəqil məhkəmə hakimiyyəti; şəxsiyyət və vicdan azadlığının, söz, sərbəst toplaşmaq, seçmək və seçilmək hüquqlarının müdafiəsi; azlıqların hüquqlarının müdafiəsi; hakim partiyanın seçki prosesinə təsir imkanlarının məhdudlaşdırılması; polis və məhkəmə özbaşınalıqlarına qarşı effektiv təminatlar; senzuranın olmaması; hakimiyyətin kütləvi informasiya vasitələri üzərində nəzarətinin minimuma endirilməsi. Seçkili demokratiya şəraitində qismən azad və ədalətli seçkilər vasitəsiylə formalaşmış hakimiyyət və idarəetmə sistemi mövcud olsa da, burada liberal demokratiyalarda olan bir çox digər insan hüquqları və azadlıqları təmin edilmir. Daymondun qeyd etdiyi kimi, son illər ərzində seçkili demokratiyaların sayı sürətlə artsa da, liberal demokratiyaların sayı demək olar ki, dəyişməz qalıb. "Freedom House"un keçirdiyi son tədqiqata əsasən, 118 ölkədə seçkili demokratiya qurulub. Lakin "Freedom House" onlardan yalnız 79-nu "azad", yəni liberal demokratiya kimi dəyərləndirir. Seçkili orqanları mövcud olan 39 dövlət "qismən azad" adlandırılıb, onların arasında Rusiya, Hindistan, Ukraina, Türkiyə, Braziliya, Pakistan və Kolumbiya kimi ciddi dövlətlərin adları var. Qeyd edilən fərqin mövcudluğunun dərk edilməsi ona gətirib çıxardı ki, bəzi tədqiqatçılar demokratiyanın seçkilərlə eyniləşdirilməsinin düzgünlüyünü şübhə altına aldılar. "Seçki amilinin etibarsızlığı" və "azad seçki tələsi" haqda mülahizələr meydana çıxdı. Amerikanın nüfuzlu alimlərindən biri demokratik rejimlərdə seçkinin hətta, lüzumsuz olması haqda fikir yürütdü: əgər insanlar sərbəst şəkildə etiraz bildirə, tənqid edə, təşkilatlar yarada, nümayişlərdə iştirak edə və öz hökumətlərinə təsir göstərə bilirlərsə, seçkilərə ehtiyac qalmır. Başqa bir tənqidçi isə bəyan etdi ki, "demokratik cəmiyyət quran ölkələr üçün azad mətbuat azad seçkilərdən daha vacibdir". Seçkilərə münasibətdə belə məyyusluğun bir neçə mənbəyi var. Lakin bu məyusluq xeyli dərəcədə qeyri-qərb və qərb ölkələrində keçirilən seçkilərdə ən fərqli nəticələrin ortaya çıxması ilə izah edilir.
|
ma'muriyatiga murojaat qiling