Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Çevirdi: Namiq Hüseynli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 297
İnsansızlaşdırma
İnsansızlaşdırmaq üçün buraları tikdilər. İnsan ən çox insana möhtacdır. Necəsə bunu dərk edirlər. İnsan insanla yaşamaqdadır. Kaş bunu bilməyəydilər. Amma diktaturalar bir-birinə bulaşıqdır. Bir-birindən öyrənirlər. Diktaturanın məddahlarında insanlıq da qalmayıb. Bax elə burada Tuncay Özkan və Mustafa Balbayı (―Ergenekon‖ işi üzrə həbs olunan iki türk jurnalisti) düz 394 gün insansız qoydular. Və onlar insan olaraq qala bildilər. Onlara insanlıq medalı verməliyik. Hamımız üçün qaldılar.
İnsanlığından çıxanlar Ehey, insanlıqdan çıxanlar, heç qəlb qalmayıbmış sizdə. İslamçılar ağırlaşdırılmış həbs cəzasını uydurublar, insana və insanlığa kindir bu. İndi orda elə insancıqlarımız var ki, diri-diri qəbirdədilər. Mən onları yada saldıqca ağlayıram, ağlamamaq üçün yada salmıram. Yaxşı, ―bəs ey‖ məddahlar, necə oldu ki, siz insanlığınızdan çıxdınız, - deyib ağlayıram. Doğuşdan deyə bilmədim. Biz solçuyuq, insandan ötrü ölürük. Elə isə qəzetlər və televizorlar insanların qəlblərini çıxarmaqdadırlar. Söküb almaqdadırlar. Bunlar qəlbsizdilər. Qəlbsizliyi təbliğ edirlər.
Həbsxanada insan qalmaq Tuncay yazdı ki, iki paltaryuyan icad etdik, biri ―topuqmatik‖ və digəri ―qutumatik‖. Döşək ağını götürürsən, böyük bir ləyənə qoyursan, üstünə qaynar su, yuyucu toz, sonra topuqlayırsan. Afərin Çetin Paşa (Çetin Doğan – Türk Ordu generalı, ―Balyoz‖ adlı dövlət çevrilişi planında şübhəli bilinərək həbs olunub), daha sürətli, daha sürətli fırlanacaqsan. Amma işin bu hissəsi asandır, böyük döşəkağını sıxmaq və qurutmaq çətindir. Ancaq insan ən çox həbsxanada heyrətamiz ola bilir, heç bir çətinliyin qarşısında aciz qalmır. İcad arxasınca icad edirik. Heç kim dayanmır. İnsansızlığa qalib gəlmək üçün. Yeməklər də dadlı imiş, ―sizə də qismət olsun‖, can sıxıntısı qalmayıbmış, deməli artıq insansızlaşıblar.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 298
Kettle-də (elektrikli çaydan) də dadlı-dadlı yeməklər bişiririk. Çox gözəl olur, bundan sonrası Mehmetin işidir, Perinçeklə (Doğu Perinçek – Türk İşçi Partiyasının lideri, keçmiş millət vəkili, hal-hazırda həbsdədir) sarımsağı bölürük, bir az da üzərinə zeytun yağı tökürük, amma reseptini vermirəm. Fatih Hilimoğlu Hocam (Fatih Hilmioğlu – Tibb üzrə professor və İnönü Universitetinin keçmiş rektoru, ―Ergenekon‖ işi üzrə həbs olunub) pomidor, xiyar salatı düzəltməkdə ustadı. Budur artıq yemək hazırdır, nuş olsun deyirik. İnsansızlığa qalib gəlməyə çalışırıq.
İnsanla heyvan Biz insanıq. Amma bu dünyada heyvan da var. Mən bir leyləyəm. Və o müqəddəs Göylərə şükürlər olsun ki, bu ―super‖ həbsxanada ―straight‖ (şax, əyilməz) qala bildim. Çətin dövrlər, bizim qarşımızda çətinliklə tab gətirir. Qalib gələcəyik, qalib gəlirik.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 299
Zbiqnev Bjezinski Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası
Zbiqnev Bjezinski 1928-ci ildə Polşada anadan olmuş, Amerikan politoloqu, sosioloqu, dövlət xadimidir. Bjezinski uzun illər ABŞ-ın xarici siyasət ideoloqlarından biri olub. 1977-1981-ci illərarası o Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik üzrə prezident müşaviri vəzifəsində çalışıb. Klintonun hakimiyyəti dövründə isə o NATO-nun şərqə doğru genişləndirilməsi layihəsinin müəllifi olub. Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində başqa ölkəyə verilməsini mümkün hesab etmir. O, SSR-i, ya da Rusiyanı İkinci Dünya müharibəsi illərində olduğu kimi Almaniya, Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır. ―Əgər ruslar imperiyalarını yenidən bərpa etmək kimi bir axmaqlığa cəhd etsələr, özlərini elə münaqişələrə salacaqlar ki, Çeçenistan və Əfqanıstan onun yanında piknik istirahəti kimi gələcək‖. ―Biz Sovet İttifaqını dağıtdıq, Rusiyanı da dağıdacağıq. Başqa şansımız yoxdur‖. ―Rusiya ümumiyyətlə, artıq ölkədir‖. ―Pravoslaviya Amerikanın əsas düşmənidir‖. ―Məncə, Qərb Putindən qorxmamalıdır, hətta o heç bizə qarşı ən cəlbedici fiqur da deyil. O mahiyyətcə rusların milli özünüdərk ərəfəsində ortaya çıxmış tipik rus avtokratıdır. Qərb şəxsi maraqlarını dəqiq müəyyən etməli və onları müdafiə etməyi bacarmalıdır. Rus imperiyasının yenidən qurulması ilə bağlı istənilən cəhdin qarşısını Rusiya ilə ortaq maraqlarda əməkdaşlıq etməklə almalıdır‖. ―Rusiya – məğlub edilmiş səltənətdir. O nəhənglərin savaşında uduzub. İndi isə deyir ki, ―məğlub olan Rusiya deyil, Sovet İttifaqıydı‖ – deməli gerçəklikdən qaçır. Əslində isə bu Sovet İttifaqı adlanan Rusiya idi. O Rusiyaya meydan oxuyurdu. O məğlub olub. İndi Rusiyanın böyük səltənət olması illüziyasına aldanmaq olmaz. Belə düşüncədən qaçmaq lazımdır... Rusiya doğranacaq və ayrı-ayrı dövlətlərin vassallığı altına salınacaq. ―Rusiya ya imperiya, ya da demokratik dövlət olmalıdır, ancaq o eyni zamanda hər ikisindən ola bilməz. Əgər Rusiya Avrasiya dövləti kimi qalsa, Avrasiya məqsədlərinə xidmət etməlidir, bu halda o imperiya kimi qalacaq, imperiya ənənələrinə sadiq Rusiyanı isə dünyadan təcrid etmək lazımdır. Biz bu vəziyyətə seyirci qalmayacağıq. Bütün Avropa dövlətləri və Birləşmiş Ştatlar Rusiyaya qarşı münasibətdə vahid cəbhə halında birləşməlidir‖. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 300
―Rusiya kimi böyük miqyaslı, on saat qurşağını tutan bir ölkə əslində uğurla inkişaf edə bilər. Lakin bunun üçün o mərkəzləşdirilməməli, illərlə eyni vəzifəni tutan, get-gedə daha çox parazitləşən elita tərəfində idarə olunmamalıdır‖. ―Rusiyanı Avropa hissəsi, Sibir Respublikası və Uzaq şərq Respublikası kimi üç müstəqil konfederasiyaya bölsəydilər Avropa və Mərkəzi Asiyanın yeni yaranmış dövlətləri, həmçinin şərq dövlətləri ilə sıx iqtisadi münasibətlər qurub, bununla Rusiyanın inkişafını sürətləndirə bilərdilər‖. ―Rusiyanın beynəlxalq arenada mühüm rola sahib olması üçün bircə geostrateji seçimi var‖ – bu Avropa Birliyi və NATO tərəfində genişəndirilən transatlantik Avropaya daxil olmaqdır. ―Yeni Dünya Düzəni Rusiyaya qarşı, Rusiyanın xarabalıqları üzərində və Rusiyanın hesabına qurulacaq‖. ―Rusiyanın neçə çemodan nüvə silahı olursa olsun, ancaq neçə ki rus elitasının 500 milyard dollar pulu bizim banklarda yatır, onda bu elitanın kimə məxsus olduğunu müəyyən etmək lazımdır. Sizinmi, yoxsa artıq bizim?‖ ―Sovet İttifaqından öncə də mövcud olan bütün imperiyalar son nəticədə daxildən dağılıb hissələrə ayrılıb. Onlar daha çox birbaşa xarici hərbi məğlubiyyətlərin deyil, daxildən dezinteqrasiya (qapalı cəmiyyət), sürətlənən iqtisadi və sosial problemlərin qurbanı olub‖.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 301
―Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur‖
Tam adı Pol Bencamin Osterdir. 1947-ci ildə doğulub. Yaşayan ən görkəmli ABŞ yazarlarından biri hesab olunur. Romançı, ssenarist, esseçi, tərcüməçi və şair kimi tanınır. 1986-90-cı illərdə Prinston Universitetində yazarlıq sənəti barədə mühazirələr oxuyub. Postmodernist və eksperimental üslubda yazdığı 16 romandan nisbətən məşhurları aşağıdakılardır: ―Nyu-York trilogiyası‖ (―Şüşə şəhər‖, ―Kabuslar‖, ―Qapalı otaq‖ (1985- 86)), ―Qeybə qarışanlar ölkəsi‖(1987), ―Ay məbədi‖ (1989), ―Şans musiqisi‖ (1990), ―Leviafan‖ (1992), ―Mister Vertiqo‖ (1994), ―Timbuktu‖ (1999), ―Yanılmalar kitabı‖ (2002), ―Kəhanət gecəsi‖ (2003), ―Zülmətdəki kişi‖ (2008), ―Gözəgörünməz‖ (2009), ―Sanset park‖ (2010). İki şeir kitabının, iki esse toplusunun və avtobioqrafik məzmunlu üç kitabın müəllifidir. Bir neçə dəfə ədəbiyyat üzrə Nobel ödülünə nominant göstərilən P.Oster Fransanın sənət və ədəbiyyat kavaleri tituluna (1993), Mediçi ödülünə (1993), Asturiya şahzadəsinin Ədəbiyyat üzrə mükafatına (2006) və s. layiq görülüb. 1993-2007-ci illərdə Hoollivudda çəkilən altı filmin ssenari müəllifi olub. Bəzi filmlərdə rejissorluq da edib. Uzun müddət fransızcadan tərcümə ilə məşğul olub, J.Juber, J.Düpen, J.P.Sartr, M.Blanşo, S.Mallarme, A.de Buşe və X.Mironun əsərlərini amerikan ingiliscəsinə, ABŞ yazarlarının əsərlərini isə fransız dilinə çevirib. 1974-cü ildə evləndiyi ilk həyat yoldaşı yazar və çevirmən Lidiya Devis 2013-cü ildə Buker mükafatını qazanıb. 1981-ci ildə Siri Hastvedlə ailə qurub və hazırda Bruklin şəhərində yaşayır.
Səni bir kərə aldadan kəs yenə bu yolu tuta bilər. Çünki xəyanət – ruhi bir durum deyil, xasiyyətin özünü əməllərdə büruzə vermə şəklidir.
Əgər hər hansı insanın xətrinə öz mənəvi dəyərlərindən imtina edirsənsə, onda o insana bir daha və diqqətlə bax. O, artıq sənin ya hər şeyindir, ya da heç nəyin. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 302
Kimi isə sevməsi insanın xətası sayılmaz. Ən böyük yanlış – sevilməyə layiq olmayan birisindən səni sevməsini ummaqdır.
Adətən deyirlər ki: ―Hər kəsə ikinci imkan vermək lazımdır‖. Unutma ki, həqiqətən sevən birisi heç ilk imkanı da əldən verməz.
Əminəm ki, büdrəyib, yıxılan insan bunu özünə dərd eləməz. Özünü onun əlindən tutarmış kimi göstərib, əslində onu yıxanlardır insanı həyatdan küsdürənlər.
Özünün də nə vaxtsa tərk ediləcəyinə inanmayanlar adətən başqalarını atıb, gedirlər. Onlara heykəl qoymağa gərək yoxdur, çünki belələri onsuz da daşdandır.
Hər gün bir xəyal uydursan da, heç birisi gerçəkliyə dönməz. Ancaq bir gün elə bir gerçəkliklə rastlaşarsan ki, onun yanında bütün xəyalların ağ yalana bənzəyər.
Birisini hər nə qədər sevsən də, bunu əsla büruzə vermə. Çünki o halda həmin adam sevildiyi qədər də sənə iztirab verməyə can atacaqdır.
Atıldığını bildiyin birisindən heç vaxt: ―Canım-gözüm, həyatın yolunda gedirmi?‖ deyə soruşma. Çünki artıq onun yeganə problemi – həyatının sadəcə axıb, getməsidir.
Ürəyin istəyəndə sən keçmişi unuda bilərsən. Ancaq hər dəfə bunu seçərkən bir daha düşün, çünki gələcək sənə qarşı keçmişin qədər insaflı olmaya bilər.
Birisi bizi sevir, sevmir deyə fal açarkən çobanyastığının ləçəklərini bir-bir qoparırıq. Əslində həyat da bizi bu cür yolur və hər dəfə: ―Dayanacaq? Ya dayanmayacaq?‖ deyə sual verir.
Həyatı göz yaşlarınla mükafatlandırmaqdansa, gülüşünlə cəzalandır. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 303
Bunları unutma: Bir şeyi ciddi qəbul elə, ancaq ona aludə olma. Birisiylə məzələn, ancaq qəlbini qırma. Həyatda bir şeyə sahib ol, ancaq ona məxsus olma, yəni ağası ikən onun quluna çevrilmə.
Bu dünya beş qəpiyə də dəyməz. Özünün dünyalar qədər dəyərli olduğunu düşünənlər sadəcə özlərini mazata mindirməyə can atarlar. Dilimizə çevirdi – Azad Yaşar
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 304
Vaxt darlığında oxumaq üçün nə etməli?
“Kitablar ən yaxşı sirr saxlamağı bacaran və ən etibarlı dostlardır, onlar ən müdrik məsləhətlər verəndirlər, onlar ən səbirli müəllimlərdir”. Ç.U.Eliot
Yəqin ki, aramızda hər kəs nə vaxtsa öz-özünə "daha çox kitab oxumalıyam" demisiniz. Yaxşı valideyn, dost, əməkdaş, müdir, yazıçı, müəllim olmaq üçün çox kitab oxumalı olduğumuzun fərqinə varırıq. İşdən evə yorğun qayıdırsınız, yemək yeyirsiniz, sonra bir az dincəlmək üçün TV-ni açırsınız, sonra Facebooka girirsiniz və yatmaq zamanı gəldiyini anlayanda oxumaq üçün vaxt qalmadığını dərk edirsiniz. Müasir insanın həyatında oxumaq üçün vaxt çatışmazlığı özünü göstərir. Ancaq narahat olmayın. Siz tək deyilsiniz. Amerikada aparılmış son sorğulardan bəlli olur ki, yetkin insanların yarısı il ərzində 5, yaxud daha az kitab oxuyublar.
Daha çox kitab oxumaq üçün bir neçə məsləhəti təqdim edirik. - Həmişə özünüzlə kitab gəzdirin. Bu zaman hardasa başınızı qatmaq üçün telefonla oynamaq məcburiyyətində qalmayacaqsınız. Beləliklə, oxuduğunuz kitabların sayı artacaq.
- Yatmazdan qabaq kitab oxumaq üçün vaxt ayırın. Yuxuya getməmişdən 10-15 dəqiqə qabaq kitab oxumaq həm də rahat yatmağınıza səbəb olacaq.
- Yaxşı dincəlin. Sizə elə gələ bilər ki, bu məsləhətin bura dəxli yoxdur. Amma təsəvvür edin ki, metroda, avtobusda 5 dəqiqə yatmaq əvəzinə nəsə oxuya bilərsiniz. Ona görə evdə doyunca yatmaq lazımdır.
- Kitab oxumaq üçün elektron cihazlardan istifadə edin. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 305
Qiyməti elə də baha deyil. Burda şriftin ölçüsünü özünüz seçə bilərsiniz, mətnin müəyyən hissəsini seçərək göndərə bilərsniz, işarələyə bilərsiniz. Elektron kitabları hətta avtobusda ayaq üstə gedərkən də oxumaq olar. Çünki bir əllə tutmaq mümkündür.
- Paralel olaraq bir neçə kitab oxumayın. Eyni zamanda yalnız bir kitab oxumaqla siz onun ləzzətini daha çox çıxaracaqsınız, həmçinin diqqətinizi cəmləməkdə köməkçi olur.
- Tualetdə oxuyun. Adam var ki, unitazın üstündə 5-10 dəqiqə vaxt keçirir. Bu vaxtı səmərəli istifadə edin.
- Oxumaq istədiyiniz kitabların siyahısını yazın. Vaxtaşırı bu siyahıya baxmaqla almalı olduğunu kitabları da xatırlayacaqsınız.
Günel ƏSGƏRZADƏ
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 306
Alman yazıçı Erix Mariya Remarkın əsərlərindən sitatlar
Qadın sevgidən ağıllanır, kişi başını itirir.
Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz. İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.
İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...
Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.
İndi ancaq inəklər xoşbəxtdir. Bir insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan daha böyük nə ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma. Buraxsan həmişə yanında saxlamaq istəyəcəksən. Heç nəyi saxlamaqsa olmaz...
Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır. Xoşbəxtlik haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar.
Sevdiyi ilə görüşün xoşbəxtliyini ancaq bir dəfədən çox tərk edilmiş adam bilər. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 307
İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır.
Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa başlayırsan. Bu da sevginin paradokslarından biridir.
Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir. Təslim olmayana qədər insan taleyindən güclü olur.
Primitiv insan özü haqda daha yüksək fikirlərə düşür. Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır.
Kiminsə öz ağlını nümayiş etdirməyini seyr etmək çox yorucudur. Xüsusən də o ağıl yoxdursa.
Hamının eyni cür hissetmə qabiliyyətinin olmağını düşünmək yanlışdır. İnsan əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az izləyirsə, bir o qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir, yenə də gülmək olar. Əlimizdən başqa nə gəlir ki?
Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.
Başqasına məxsus olan qadın subaydan beş dəfə daha arzuolunandır – qəribə qaydadır. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu Download 3.88 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling