Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Tərcümə: Qismət
- Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net
- Nazim Hikmətin ölümündən üç gün sonra yazılmış dost sözü
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 359
zamanlardakı bir partiya iclasında dediklərinə baxaq (iyun 1957-cı il) Belə deyib :‖Ədəbiyyat və sənət sahəsindəki yaradıcı işlər, komunizm üçün aparılan mübarizənin ruhuyla çulğaşmalı, sosialist şüuru və qrup intizamını inkişaf etdirməlidir.‖ Bu tayfa üslubuna, təntənəli dilə, didaktik cümlələrə, qəzetə müsahibə verirmişcəsinə edilən çıxışların çoxalmasından ləzzət alıram. Yazıçının fantaziyasına və azad iradəsinə konkret sərhəd qoyulduğu üçün, bütün proletar əsərlər xoşbəxt sonluqla, sovetlərin zəfəriylə bitməlidir, deməli yazıçı, kitabının necə bitəcəyi oxucu tərəfindən bilindiyini üçün, maraqlı bir süjet yaratmağa çalışarkən, it zülmü çəkməlidir. Həyəcanlı Anqlasakson romanlarında pis adam adətən cəzasını çəkər, güclü sakit oğlan adətən gücsüz boşboğaz qızın saqqızını oğurlayar; lakin qərb ölkələrində axmaq ənənəyə uyğun olmayan hekayələri yasaqlayan qanun yoxdur; buna görə də həmişə pis, amma romantik adamın cəzadan yaxasını qurtaracağını və yaxşı, amma darıxdırıcı adamın da kaprizli qadın qəhrəman tərəfindən aşağılanacağına ümid edirik.
Amma sovet yazıçısının belə bir azadlığı yoxdur. Onun sonsözü qanun tərəfindən müəyyənləşib və sadəcə yazıçı yox, oxucu da bunun fərqindədir. Bu halda yazıçı oxucunun marağını diri saxlamaq üçün nə etməlidir ? Bunu etməyin bir neçə metodu kəşf edilib. Əvvəla, xoşbəxt sonluq fikri xarakterlərə yox, polis dövlətinə işarə olduğu üçün və hər sovet romanının gerçək qəhrəmanının sovet dövləti olduğu üçün, nəticədə Mükəmməl Dövlətin qalib gəlməsi şərtiylə, bir neçə kiçik xarakterə - əslində yaxşı Bolşeviklər olsalar da – ağrılı ölüm bəxş etmək olar. Hətta bəzi gözü açıq yazıçılar işlərini elə tuturlar ki, kommunist qəhrəmanın son səhifədəki ölümü, xoşbəxt kommunist düşüncənin zəfəri mənası gəlir: Sovetlər birliyi yaşasın deyə ölürəm mən. Metodlardan biri budur, fəqət təhlükəli metoddur, çünki yazıçı, qəhrəmanla bir yerdə simvolu da öldürməklə, od tutmuş göyərtədəki gənclə bir yerdə, dəniz donanmasının hamısını yandırıb kül etməkdə ittiham oluna bilər. Amma yazıçı diqqətli və hiyləgərdirsə, aqibəti pis olan kommunistə kiçik bir zəiflik, azca – ahh, azca ! – siyasi sapqınlıq, ya da bir parça burjua eklektizmi bəxş edər. Bu da onun fərdi faciəsini qanuna uyğun şəkildə haqlı göstərəcək, fəaliyyətindən və ölümündən ötrü hiss etdiyimiz acıma duyğusuna da təsir etməyəcək. Yetkin bir sovet yazıçısı fabrik, ya da zəmilərdəki personajları toplayarkən, eynilə sirli hekayələrin, cinayət baş verəcək bir kottec, ya da qatar stansiyasında bir qrup insanı toplayan yazıçılar kimi hərəkət edər. Sovet hekayələrində suç fikri, bir sovet insanının işini, planlarını əngəlləməyə çalışan gizli düşmən biçimində olur. Sıradan sirli bir hekayədəki kimi xarakterlər elə göstərilir ki, sərt və hüznlü adam həqiqətən pisdirmi, və ya şirin dilli, nəşəli tip göründüyü kimidirmi, əmin olmuruq. Burada detektivi, Rus İç Savaşında bir gözünü itirmiş yaşlı fəhlə, ya da filan malın istehsalının niyə düşdüyünü araşdırmaq üçün mərkəzi bürodan göndərilmiş, mükəmməl dərəcə sağlam gənc qadın təmsil edər. Xarakterlər – məsələn, fabrik işçiləri – dövlət şüuruna sahib olmağın bütün tonlarını göstərəcək biçimdə seçilmişdir; bəziləri güvənilir və dürüst realistlərdi, bəziləri inqilabın ilk illərinə dair romantik xatirələrin daşıyıcısıdır, digər xarakterlər isə bilgiləri və təcrübələri olmasa da, sağlam Bolşevik intuisiyaya sahibdirlər. Oxucu, aktları və
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 360
dialoqları izləyər, ip uclarına baxar, bunlardan hansının səmimi olduğunu, hansının qaranlıq bir sirri gizlətdiyini anlamağa çalışar. Süjet xətti inkişaf edər və kulminasiyaya çatanda, güclü səssiz qız, pis adamın maskasını yırtanda, onsuz da şübhələndiyimiz şeyi kəşf edərik – fabriki xaraba qoyan adam, Marksist terminləri yanlış tələffüz edən çirkin sifətli, tösmərək yaşlı fəhlə deyilmiş sən demə, bu yaxşı adam salamat yaşasın. Günahkar marksist irfanı sağlam, mülayim, hiyləgər adam imiş; gizlətdiyi qaranlıq sirr isə ögey anasının xalası uşağının gizli bir kapitalist olmasıymış. Nasist romanlarının eyni şeyi irqçi xətdə təkrarladığını gördüm. Ən boyat detektiv romanlara xas olan struktur bənzərliyindən başqa, burda ―yalançı-dini‖ örtüyü aşkarlamaq lazımdır. Göründüyündən daha yaxşı olduğu ortaya çıxan nərmənazik yaşlı adam, ağıllı riyakarlar cəhənnəmə vasil olanda, tanrının cənnətinə düşməyə haqq qazanmış, ağlı az, amma ruhu və inancı sağlam adamların, ürəkbulandırıcı parodiyasıdır. Bu şərtlər içində ən əyləndirici şey sovet romanlarındakı romantizm temasıdır. Başdansovdu seçdiyim iki nümunəni təqdim edirəm. Əvvəlcə Antonovun 1957-ci ildə çap olunmuş ―Böyük ürək‖ romanında bir hissə: ―Olqa səssiz idi. ―Ah,‖ deyə çığırdı Vladimir, ―niyə mən səni necə sevirəmsə, sən də məni elə sevmirsən ?‖
―Mən ölkəmi sevirəm,‖ - dedi Olqa. Vladimir, ―Mən də,‖ - deyə hayqırdı. Olqa özünü gənc oğlanın qollarından qurtarıb, ―Daha çox sevdiyim bir şey də var,‖ – dedi.
―Nədir o ?‖ – deyə soruşdu Vladimir. Olqa təmiz mavi gözlərini Vladimirə dikib, tezcə cavab verdi : Partiyamız.‖ Başqa bir nümunəyə baxaq, Qladkovun ―Enerji‖ romanından bir parça : ―Gənc fəhlə dəzgahı tutdu. Metalı hiss eləyən kimi həyəcana qapıldı, canından üşütmə keçdi. Dəzgahın adamı kar edən səsi ucbatından Sonya uzağa çəkildi. Sonra əlini İvanın çiyninə qoyub, qulaqlarının üstünü örtən saçlarını tumarladı... Ardınca ona baxdı, lülə-lülə saçlarına keçirtdiyi balaca kepka İvana qəribə gəlirdi, onu coşdururdu. Eyni anda iki gəncin gövdəsindən sanki elektrik enerjisi keçdi. İvan dərin- dərin köks ötürərək, cihazdan daha möhkəm yapışdı.‖ XIX əsrdə sənətçinin ruhu üçün döyüşən gücləri və nəhayət sovet polis dövlətində sənətə tətbiq edilən təzyiqləri, kədərli şəkildə yox xoruldaya-xoruldaya təsvir etdiyimi düşünürəm. XIX əsrdə düha, təkcə yaşamamışdı, həm də inkişaf etmişdi, çünki ictimai rəy çarların hamısından güclü idi və yaxşı oxucular da proqresdən yana olan tənqidçilərin təmənnalı fikirlərinin təsirindən çıxa bilirdilər. Rusiyada ictimaiyyətin hökumət əliylə “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 361
tamamən əzildiyi bu dönəmdə, hələ də Tomskda, ya da Atomskda yaxşı oxucular mövcuddur bəlkə də, amma səsləri gəlmir, qidalanma rejimləri nəzarət altındadır, zehinləri xaricdə yaşayan qardaşlarının zehnindən qoparılıb. İşin açar nöqtəsi budur: necə ki, istedadlı yazıçıların universal ailəsi milli baryerlər tanımır, eləcə də istedadlı oxucu da zaman və məkan qanunlarında azad, bəşəri bir fiqurdur. Sənətçini təkrar-təkrar imperatorlar, diktatorlar, rahiblər, puritanlar, qara cahillər, siyasi əxlaqçılar, polislər, poçtxana müdirləri və çoxbilmişlər əliylə yox edilməkdən xilas edənlər, oxucu qardaşlarımızdır. Bu təqdirəlayiq oxucunu siz üçün təsvir edim. Heç bir vicdan nəzarətçisi, heç bir kitab klubu onun ruhuna nəzarət edə bilməz. Onun bir ədəbiyyat əsərinə yanaşması, primitiv oxucunun özünü bu və ya digər personajla identifikasiya etməsindən, ―təsvirlərin üstündən keçmək‖ kimi gənclik həyəcanlarından azaddır. Bu yaxşı, təqdirəlayiq oxucu, kitabdakı qız, ya da oğlanla yox, kitabı yaradan zehinlə eyniləşir. Yaxşı oxucu bir rus romanında Rusiya ilə əlaqədar bilgilər axtarmaz, çünki Tolstoy və ya Çexovun Rusiyasının tarixdəki Rusiyadan çox, individual dühanın xəyal qurub yaratdığı özəl bir dünya olduğunu bilər. Yaxşı oxucu ümumi fikirlərlə maraqlanmaz, özəl bir obraz, təxəyyül onun üçün maraqlıdır. Onun bir kitaba sevgisi, kitabın ona qrup arasında ünsiyyət qurmağı öyrətdiyi üçün olmaz (proqressivlərin şeytani klişesi); kitabı sevər, çünki mətnin hər detalını içindən keçirdib başa düşmüş, yazarın vermək istədiyi həzzi hiss etmiş, içi başdan-başa işıqla dolmuş, emalatxanasında xəyallara çəkic vuran usta dəmirçinin, sehrbazın, sənətçinin sirli-sehrli təsvirlərinə baxıb həyəcanlanmışdır. Keçmişə hissi yanaşanda, necə ki, rus yazıçıları başqa dillərdə yazanlar üçün nümunə olublar, eləcə də köhnə rus oxucuları da başqa oxuculara örnək olub. Bu oxucu öz oxucu karyerasına çox erkən yaşda başlayar, hələ uşaq otağındaykən qəlbini Tolstoya və ya Çexova verər, dayəsi ―Anna Karenina‖nı əlindən almaq istəyəndə belə deyər : Ah, yaxşısı bunu öz sözlərimlə deyim. Yaxşı oxucu ixtisar edilmiş şedevrlərdən, Karenin qardaşlar haqqındakı axmaq filmlərdən, tənbəllərə yarınmaq üçün möhtəşəm əsərləri kəsib-doğramağın bütün yollarından uzaq gəzməyi öyrənər. Fikrimi cəmləyərkən, yenidən vurğulamaq istəyirəm: rus romanında Rusiyanı axtarmayaq; individual dühanı axtaraq. Şedevrə baxaq, çərçivəsinə yox; çərçivəyə baxan digər insanların üzlərinə də baxmayaq. Qədim, mədəni Rusiyadakı oxucu, əlbəttə Puşkinlə, Qoqolla fəxr edirdi, fəqət eynilə Şekspirlə də, Danteylə də, Bodlerlə də, Edqar Po ilə də, Floberlə də, Homerlə də qürur duyurdu; rus oxucusunun gücüydü bu. Haqqında danışdığım məsələyə xüsusi marağım var, çünki əcdadlarım yaxşı oxucular olmasaydı, bu gün burda olmaz, belə danışmazdım. Yaxşı yazıçılıq və yaxşı oxuculuq qədər önəmli olan başqa şeylərin də olduğunun fərqindəyəm, fəqət hər şeydə birbaşa olaraq əsas olana, mətnə, mənbəyə, mahiyyətə getmək daha ağıllı işdir – ancaq bu yolla filosofu, ya da tarixçini razı salacaq, yaxud bu günün ruhunu məmnun edəcək nəzəriyyələr yaratmaq mümkündür. Oxucular azad
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 362
doğulur və azad da qalmalıdır, mühazirəmin sonunda oxuyacağım Puşkinin şeiri, sadəcə şairlərə yox, şairləri sevən hamıya aiddir.
Ali, uca qaydalar kimə verir-versin həzz, Məndən ötrü o şeylər qara qəpiyə dəyməz. Vergilərə etiraz eləmək səadəti - qismətimdə yox imiş, incimirəm mən qəti. Çarların saçyoldusu məni etmir narahat, Vecimə də deyil heç azaddımı mətbuat. Axmaqlar aldanırlar, senzuramız həssasdı- Nə vecimə senzorlar jurnala nəyi basdı. Bütün bunlar, bilirsiz, sözdü, sözdü, təkcə söz. Başqa şeylər gözümdə daha doğma, daha düz; İstəyir çara əyil, istəyir xalqa sığın Mənim üçün əzizdir mənim öz azadlığım. Fərqi varmı mənimçün ? Qoy canları sağ olsun. Şairin üzü gərək öz yanında ağ olsun, Əyilməsin heç kimə - nə hakim, nə əyana, Şair gərək özünün vicdanına inana. Təbiətdən ruhlanmaq, onu heyrətlə süzmək- Gəzmək öz kefin üçün, min cür diyarı gəzmək. Titrəyib coşmalıdır insanın ruhu ancaq, Sənətin və ilhamın həzzini anlayaraq. Bax budur xoşbəxtlik ! Budur qanun-haqq...*
Şeirin tərcüməsi sərbəst tərcümədir.* Tərcümə: Qismət “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 363
Lui Araqon "Nazim Hikmət üçün"
Xeyr, yaza bilmərəm, indi olmaz, xahiş edirəm. Buraxın, mənim üçün tamamilə ölsün, yoxsa, daha əvvəl, altmış yaşındakı bu dəliqanlı, bu sarışın, nə həbsxananın, nə xətəliyin, nə yaşın təsir edə bildiyi bu insan içimdə yaşadıqca heç bir şey yaza bilmərəm. İndi olmaz. Daha sonra. Söz verirəm sizə, yazacağam, hətta bu jurnalda, daha başqa bir mövzu üzərində: Ölümündən deyil, həyatından bəhs edəcəyəm. Şənbə səhəri satın aldığım «Znamya» jurnalının son sayını evdən çıxarkən özümlə götürmüşdüm. Jurnalda Nazimin «Les Romantiques» (―Romantiklər‖) adlı romanının son hissəsi vardı. O zamanlar hər kəs onun deyil, Papa XXIII Jeanın ölümünü gözləyirdi. Hər saat radioların başında. Və bazar ertəsi səhəri Papa hələ yaşayırdı ... Nazimə gəlincə, bizi heç xəbərdar etməmişdi, can vermədi, belə ayaqda, bir nərdivanı çıxarkən, qəflətən öldü. Yaşayarkən öldü. Bir ağac kimi aşdı. İcazə verin, mənim üçün tamamilə ölsün. O zaman yazaram jurnalınıza, uzun- uzun, mənim üçün, başqaları üçün nə məna daşıdığını, burada yazaram, bəlkə, gələcək ay, yaza qədər icazə verin mənə, iyula qədər, ona çox yaraşan iyul ayına qədər icazə verin. Bundan on səkkiz il əvvəl həbsxanada böyük türk mistik ədibi Mövlana Cəlaləddin, ya da iranlı Ömər Xəyyam kimi rübai formasında yazdığı bu dörd misranı anlayacaq qədər buraxın mənə:
«Fasilə...» - deyəcək bizə bir gün təbiət anamız, - «gülmək, ağlamaq bitdi, uşağım...» «Və təkrar ucsuz-bucaqsız başlayacaq: «görməyən, danışmayan, düşünməyən həyat ... »
Yurdunun bazar ertəsi günü, səhər, onun enişindən dərhal bir-iki saat sonra telefon. Nazim. Ey ölüm, günümüzdə nə də sürətli gedirsən! İki saat belə keçmədən bütün Avropanı keçmiş, məni axtarmış, ürəyimə işləmişdin, ey ölüm, telefonla gələn, görünməyən, düşünülməyən, daha bir sözdən, bir addan başqa, bir şey olmayan ölüm və xeyr deyirəm, Nazim ola bilməz. Bəli, O, Nazim ... Ta özü, başqası deyil. Bütün insanlar kimi o da. Və şeirindəki bir uşağı xatırladım:
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 364
«Rəcəb, damdan düşər kimi qarışdı sözə:» «Hərbə girdiyin zaman, bir gavur öldürüb» ……«bir qurtum ehtiva etsənsə qanını» ……«qorxu qalmazmış.»
Mən onun qanından bir damla içməyəcəyəm. Danışmayan ... ucsuz-bucaqsız həyat ... Nazim, səndən mənə ilk dəfə 1934 - də danışdılar, sən həbsdə idin, o zaman bir şeylər yaza bildim. Dostluğumuz otuz il davam etməyəcəkdi. Nə qədər az, otuz il. 1950-də, bizlər: yəni türk xalqı, dünyanın hər guşəsindəki şairlər səni həbsdən qurtardığımız zaman, bir on dörd iyul günü dhsdoğru həyatın içinə daldın. Amma bu il, səbirsizliyindən, iyulu gözləyə bilmədin ... Həbsanə xaricində on üç il, ya da buna yaxın bir şey, qırx səkkizindən altmış birə qədər, gözəl bir yaşam bu. On üç il, çox şey. Həbsanə xaricində öldün, bu da çox şey. Çünki öldün. Bu fikrə alışdıracağıq özümüzü. İnsan mənzərələrini sənsiz xəyal etməyə çalışacağıq... Sənin deyiminlə, mənzərəni bu ağac olmadan xəyal etməyə çalışacağıq. Ucsuz-bucaqsız həyatı ...
6 iyun 1963
Türkcədən uyğunlaşdırdı: Turan
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 365
Mişel Monten Esselər
1533-cü ilin 23 fevralında Fransada anadan olan Monten dünya ədəbiyyatına esseist kimi daxil olmuşdur və o, bu janrın yaradıcısı sayılır. O Fransada şəhər parlamentində çalışıb, bu illərdə Monten ən yaxın dostunu itirir, ömrünün sonuna qədər onu ağrı ilə xatırlayır. 1565-ci ildə evlənir. Altı uşağından ancaq biri yaşayır. 1568-ci ildə atası ölür və ailənin bütün maddi və mənəvi məsuliyyəti onun üzərinə düşür. Fransada davam edən katoliklər və provoslavlar arasındakı dini düşmənçilik münasibətlərində vasitəçilik edir. Böyrək xəstəliyinə tutularaq 1580-ci ildə tutduğu vəzifədən uzaqlaşır, Avropaya səyahətə çıxır. Səyahət vaxtı ―Yol qeydləri‖ni yazır. Romada olarkən onu şəhər bələdiyyəsinin başçısı seçirlər və o məcburən geri qayıdıb işləmək məcburiyyətində qalır. IV Henri hakimiyyətə gələndən sonra onu məsləhətçi olmağa dəvət edir, Monten isə bu dəvəti kübarcasına rədd edir. Bundan sonra 1592-ci ilə qədər, yəni ölümünədək bütün ömrünü esselərə bağlayır. Montenə görə insanın ən vacib vəzifəsi birinci insan olmağı öyrənməkdir.
Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər. Ancaq fəzilət özünü rahatca ağlın yolu ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır. İlk halda xeyirxah iş görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, ―xeyirxahlıq‖, ikincisi isə ―fəzilətdir‖. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 366
Niyyətimiz hərəkətimizi aydınlaşdırır
Deyirlər ki, ölüm bizi bütün çətinliklərdən xilas edir. Amma mən başqa cür insanlar da görmüşəm. Öz imkanlarımızın və gücümüzün xaricində olan şeylər üçün and içməməliyik. Çünki hadisələr həmişə bizimlə bağlı deyil və həqiqi mənada əlimizdə olan yeganə şey istəməkdir: İnsanın vəzifələri ilə əlaqəli bütün qaydalar mütləq istəklə reallaşır. Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu nə qədər cansıxıcı və narahatlıq yaradan bir şey olsa da, bir o qədər də yüksək qiymətləndirilərək tərifə layiq olurlar. Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını heç düşünmədiklərini açıqca göstərirlər. Pis mühakimələrini özləri ilə birlikdə öldürmək əvəzinə, kinlərini özlərindən sonraya saxlayaraq ölümə hörmətsizlik edirlər. Əgər edə bilsəydim, həyatımın açıq şəkildə demədiyi bir şeyi ölümümün də deməməyini istəyərdim.
Tərcümə edən: Fərid
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 367
Xorxe Luis Borxes «Don Kixot»da gizli magiya
Ola bilər ki, bu tipli qeydlər artıq söylənilib, özü də dəfələrlə; məni onların orijinallığından çox həqiqiliyi maraqlandırırdı. Digər klassik əsərlərlə müqayisədə («İlliada», «Eneida», «Farsaliey», Dantenin «Komediyaları», Şekspirin faciə və komediyaları) ―Don Kixot‖ realist kitabdır; bununla belə bu realizm XIX əsr realizmindən fərqlənir. Cozef Konrad yaza bilərdi ki, bütün qeyri-təbii şeyləri yaradıcılığından silib çıxarır, çünki bunun varlığına imkan yaratmaq gündəlik həyatda möcüzəni inkar etmək demək olardı; bilmirəm, Migel de Servantes bu fikirlə razılaşardımı, ancaq mən əminəm ki, «Don Kixot»un öz forması etibarilə prozaik və real dünyanı poetik və uydurma dünyaya qarşı qoymağa məcbur edərdi. Konrad və Henri Ceyms gerçəkliyə roman paltarı geyindirmişdilər, çünki onlar bunu poetik hesab edirdilər; Servantes üçün reallıq və poetiklik – antonimlərdir. O, «Amadisin» geniş və naməlum coğrafiyasını Kastiliyanın tozlu yollarına və çirkli sarayına qarşı qoyurdu; Yanacaqdodurma stansiyasının xidmətini parodiya ruhunda təsvir edən günümüzün romançısını təsəvvürümüzə gətirməyə çalışaq. Servantes bizim üçün XVII əsr İspaniyasının poeziyasını yaradardı, ancaq onun üçün nə bu əsr, nə də həmin İspaniya poetik olmayacaqdı; Lamançı xatırlayanda kövrələn Unamuno və ya Asoripa, yaxud Antonio Maçado tipli adamları anlamayacaqdı. Onun əsərinin mənası sehrli, möcüzəli bir şeyin bura salınmasını qadağan edirdi; ancaq o, bu strukturda iştirak etməliydi, heç olmazsa müəyyən şəkildə, bilavasitə, detektiv romanı parodiya edən cəza və sirr kimi. Servantes talisman və sehrbazlığa qatıla bilməzdi, ancaq o, fövqəltəbii şeyləri çox incə və səmərəli üsulla aça bilirdi. Ürəyinin dərinliyində Servantes fövqəltəbii şeylərə inanırdı. 1924-cü ildə Pol Qrussak yazırdı: «Servantesin topladığı ədəbi məhsul latın və italyan təsirinin bəzi hələ naməlum çalarları ilə əsasən pastoral və cəngavər romanları, Əlcəzair əsirləri üçün söylənən təsəlliverici sehrli nağılların bazasında boy atmışdı. «Don Kixot» bu uydurmalara qarşı nəinki anti zəhər kimi bir şey idi, daha çox onlarla vidalaşmanın tam gizli nostalgiyası idi‖. Gerçəkliklə müqayisədə hər hansı roman müvafiq ideal planı xatırladır; Obyektivlə subyektivi, oxucunun dünyasıyla kitab dünyasını qarışdırmaq Servantesin xoşuna gəlirdi. Üz qırxmaq üçün ləyənin dəbilqə olub-olmaması müzakirə edilən hissələrdə bu problem açıq şərh edilir; nəzərə çarpdırdığım kimi, digər yerlərdə müəllif bunu saman altdan yeridir. Birinci fəslin altıncı hissəsində ruhani və bərbər Don Kixotun kitabxanasını nəzərdən keçirirlər; təəccüblüdür ki, kitablardan biri Servantesin «Qalateya» kitabıdır və bəlli olur ki, bərbər onun dostuymuş, – bu kitablardan o qədər də xoşu gəlməyən bərbər deyir ki, müəllif şerlərə baxanda bu cazibəli əhvalatları qoşmaqda
|
ma'muriyatiga murojaat qiling