Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 331
tarixdənsonrakı dövrdə də tükənməyəcəkdir. Fələstinlilər və kürdlər, siqhlər və tamillər, irland katolikləri və vallilər, ermənilər və azərbaycanlılar öz incikliklərini yığacaq və saxlayacaqlar. Buradan belə çıxır ki, terrorizm də, milli azadlıq müharibələri də gündəlikdə qalacaqdır. Lakin ciddi münaqişələr üçün hələ də tarixin çərçivəsində qalan iri dövlətlər lazımdır, onlar isə lap vaxtında tarix səhnəsini tərk edirlər. Tarixin sonu kədərlidir. Tanınmaq uğrunda mübarizə, adi mücərrəd məqsəd naminə həyatınla risk etməyə hazır olmaq, cəsarət, təxəyyül və idealizm tələb edən ideoloji mübarizə bütün bunların əvəzinə iqtisadi fayda, sonsuz texniki problemlər, ekologiya barəsində qayğılar və istehlakçıların hədsiz tələblərinin ödənilməsi. Tarixdənsonrakı dövrdə nə incəsənət, nə fəlsəfə var — yalnız bəşər tarixinin səliqə ilə qorunan muzeyi vardır. Mən özümdə və ətrafımdakılarda o dövr, tarixin mövcud olduğu dövr üçün nostalgiya hiss edirəm. Bir müddət bu nostalgiya rəqabət və münaqişələri qidalandıracaqdır. Tarixdənsonrakı dünyanın labüdlüyünü qəbul etməklə mən Avropada 1945-ci ildən sonra özünün Şimali Atlantika və Asiya qolları ilə birlikdə yaradılmış sivi- lizasiyadan ötrü ən ziddiyyətli hisslər keçirirəm. Bəlkə də bu çoxəsrlik üzüntü, süstlük tarixi daha bir start götürməyə məcbur edəcəkdir?
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 332
Bertran Rassel DİNİN MAHİYYƏTİ
Ənənəvi dinin iflası, kilisə müdafiəçilərinin göz yaşlarına, köhnə fikirlərdə isə yalnız xurafat və mövhumat görənlərin sevincinə səbəb olan şəksiz bir hadisə kimi ortaya çıxdı. Lakin doqmaların ortadan qaldırılması dinin həyatdaki yerini hələ müəyyən etmir. Hesab olunduğu kimi, doqmalar özü-özluyundə deyil, düşüncələri istiqamətləndirdiklərinə, dünyaya müəyyən münasibət formalaşdırdıqlarına, həmçinin sonlu «mən»in bəsitliyindən, istəklərin və gündəlik qayğıların buxovundan azad olan bütöv həyatın yönləndirilməsinə imkan yaratdıqlarına görə lazım idilər. Lakin belə həyat ehkamlarsız (doqmalarsız) da mümkündür və bunu keçmiş dinlərə inamını itirənlərin laqeydliyi də ləğv edə bilməz. Dindən ilham alan əməllər böyük məqsədlərə yönəlibdir, lakin bu əməllərin zəruriliyi açıq-aydın dərk edilməməkdə idi. Əməllərin arxasında dayanan məsləklər çox dərin və instinktivdir, lakin həyatlarını bunların üzərində quranlar bu məsləklər haqqında əksər hallarda heç nə bilmir. Ola bilsin ki, din—məslək yox, hisslər üzərində qurulur. Bu hisslər inam sahəsinə daxil olarkən, xeyir və şər barədə mülahizələr yarada bilər; axı hiss, intellektin köməyinə gəlmədən də fəaliyyətdə həlledici rol oynamağa qadirdir. Demək olar ki, dinin mahiyyəti—məhdudiyyətlərdən azad olmaq, insanları fani arzu və cılız düşüncələr məhbəsindən xilas edən bütöv həyata can atmaqdadır. Lakin əsil azadlıq gətirən din, yalnız ehkam (doqma) buxovlarından imtina edən dindir. Çünki insan təbiətinə zidd olan ehkamlar son nəticədə qandala çevrilir. İnsan qəlbi allah və heyvanın özünəməxsus qatışığı olmaqla, iki başlanğıcın mübarizə arenasıdır: biri qismən, bəsit, xudbin olan, digəri isə ümumi, sonsuz və təmənnasız, qərəzsiz olandır. İnsan və heyvanda eynilik təşkil edən sonlu həyat cismə bağlıdır və dünyaya «burada» və «indi» mövqeyindən baxır. Öz «mən»inə xidmətə əsaslanan sevgi və nifrət sonlu həyata məxsusdur. Kişi və qadın, valideyin və övlad sevgisi instinkt çərçivəsinə tabe olmaqdan əl çəkəndə sonsuz olur. Düşmənlərə nifrət, müttəfiqlərə rəğbət hisslərini adamlar digər sürü heyvanlarla paylaşmaqdadır; onlar Kainatın yerləşdiyini bir mərkəzin, bir mübarizə aparan «mən»in ətrafında zənn edirlər. Bizi digərlərindən və Kainatdan ayıran nə varsa sonlu həyatda da var; başqalarında ola bilməyən fikir və arzuları, bütün yanlışlıqları və səhvləri, düşmənçiliyə gətirib çıxaran bütün ambisiyaları o (sonlu həyat) yaradır. Həyatımızın sonsuz hissəsi dünyaya xüsusi nəzərlə baxmır: onun işığı, tutqun səmadakı günəş şəfəqinə bənzəyir. Onun üçün keçmiş əsrlər və uzaq məkanlar yanımızda bu gün mövcud olan bir əşya kimi realdır. Fikir sahəsində o, duyğu həyatından yüksəyə qalxır, bütün insanlar üçün ümumi və aydın olanın axtarışındadır. Arzu və iradə sahəsində o, «mənim» və ya «sənin» xeyrinə yox, ümumi səadətə yönəlibdir; hisslər sahəsində məhəbbəti yalnız özünə arzulayanlara deyil, hər kəsə verir. Sonlu həyatdan fərqli olaraq “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 333
o, təmənnasızdır (qərəzsizdir); və bu təmənnasızlıq (qərəzsizlik) təfəkkürdə həqiqətə, əməldə ədalətə və hissdə isə ümumi sevgiyə gətirib çıxarır. Insan və heyvanda eynilik təşkil edən təbiətdən fərqli olaraq, sonsuz həyat bütün mövcudat və mahiyyət universumunu bütövlükdə maneəsiz əhatə edir. Sonsuz həyatda heç bir şəxsi məqam yoxdur, onun fikir və istəkləri hamıya ümumi ola bilər; çünki onlar «burada», «indi» və «mən»in müstəsnalığından asılı deyillər. Beləliklə, sonsuz başlanğıc dünyanın birlik prinsipidir, sonlu başlanğıc isə onu bölən prinsipdir. Bir adamın sonsuz təbiəti və digər adamın sonsuz təbiəti arasında ciddi münaqişə yarana bilməz: onların təcəssümü qeyri- kamil olsa da, onlar bir-birini tamamlayır. Başqa-başqa adamların sonsuz təbiətlərinin müxtəlifliyi təsadüfidir və bütün insanlardaki sonsuz olan, ümumi təbiəti təşkil edər. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, müxtəlif adamlara məxsus olan bütün sonsuz təbiətlərin ittifaqı mövcuddur, sonlu təbiətlərin ittifaqı isə yoxdur. Içimizdəki sonsuz olan artdıqca, biz də bütöv ümumi, hər birimizdəki sonsuzu çulğalayan təbiətin həyatıyla daha dolğun yaşamağa başlayırıq. Özünü müdafiə istəyi ilə hərəkət edən sonlu «mən», təbiətimizin sonsuz hissəsi ətrafında məhbəs divarları ucaldar və onu sonsuzun varlığını təşkil edən azad bütöv həyatdan qorumağa çalışar. Sonlu «mən» hakimliyə yönəlib: o, dünyanı, «burada» və «indi»dən gələn ümumi mərkəzli çevrələr kimi, özünü isə arzu olunan cənnətin allahı kimi görür. Ümumi ruh bu baxışa gülər, lakin sonlu «mən» öz arzusunu həyata keçirmək və zəhlətökən tənqidçidən yaxa qurtarmaq ümidini itirmir. Əksər adamlar üçün sonlu «mən» əbədi olaraq ümumi ruhun məhbəs gözətçisi olaraq qalır; başqaları özü üçün buradan hərdən və qısa müddətli olaraq qaçma imkanı yaradır. Məhbəs divarlarını tamamilə uçurmağa və ümumi ruhu daima azad etməyə çox az adam nail olar. Məhbəsdən qaçış, həyatın ayrı-ayrı məqamlarına və fikirlərinə bambaşqa, ali dünyadan işıq kimi özünə yol tapıb gələn bir sonsuzluq gətirər. Düşmənçilik arasında gözlənilməz gözəllik, düşünməyən sevgi və ya yarpaqlar arasında gecə küləyinin səsi, bunların hamısı bizə münaqişə və gərəksiz fani qayğılardan azad, qorxusuz, rahat həyatın mümkünlüyündən xəbər verə bilər. Sonsuz olanlar haqda bilgilər, sözsüz ki, adi həyatın ən ətraflı biliklərindən də daha dərinə kök salır. Bu görüntüylə aşıb-daşan həyat mübarizədən azaddır, bu — bütöv olanla harmonik bir həyatdır, yəni sonlu «mən»in instinktiv istəklərindən ucaldılan məhbəs divarlarından kənara çıxan həyatdır. Dində o mühüm olanın mənbəyi məhz qəfil müdriklik hissidir. Mistisizm bu hissi adi inanclarımızdan daha dərin, həqiqi və bütöv dünya ilə görüş kimi izah edir. O, nazik pərdə arxasından ilahi əzəməti görür, bir qayda olaraq tutqun, lakin hərdən son dərəcə heyrətamiz parlaq görür. Mistisizm, gündəlik həyatımızdaki hər cür şəri kölgə, illüziya, boşluq sayır. Şərin arxasında parlaq dünya görənlərin nəzərində isə bu illüziya, kölgə və boşluq yox olur. Lakin bununla da mistisizm güvəndiyi öz təcrübələrinin dəyərini azaltmış olur. Duyduğumuz sonsuzluğu, adətən sonlu görünənlərdən fərqli olan yeni obyektləri qavramaqla izah edə bilmərik. Çox ehtimal ki, bu, həmin obyektlərə qeyri- şəxsi,sevgi dolu, geniş baxışla izah edilir. Kor təbii məqsədlərimizə çatmaq üçün hər şeyə ve hadisəyə vasitə kimi baxmaqla sonsuzluq izah ediməz. Gözəllik və sükünət
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 334
hansısa bir axirətdə deyil, gerçək, gündəlik həyatda, hadisə və fəaliyyətlərin lap içindədir. Lakin bu, ümumi ruhun gözünü dikdiyi gündəlik həyatdır, bu, ümumi ruhla ilhamlanan fəaliyyət və hadisələrdir. Şər və ötərilik illüziya deyil, sadəcə ümumi ruh, qeyri-kamilliyi özündə maneə saymayan bir sevgi aşkarlayır və dünyanı özünə məxsus olan seyrin birliyi ilə sülhə, yekdilliyə çağırır. Sonlu «mən»in həyatından sonsuz bütöv həyata keçid, mütləq özünü həsretmə tələb edir. Bu zaman şəxsi iradə qeybə çəkilir və ürək özünü Kainatın tam tabeliyində hiss edir. Hərdən elə olur ki, hansısa bir şəxsi səadət naminə aparılan qızğın mübarizədən sonra gizli və ya zahiri ehtiyac duyulur, bütün istəklərimizi özünə hopduran bu mübarizədən imtina hissi ortaya çıxır. Heç bir başqa istək olmayan yerdə iradədən çəkinmə ehtimalı bir hal kimi meydana gəlir. O zaman ruh artıq özünü dünyaya zorla qəbul etdirmək istəmir və eyni zaman da hər hansı bir təsirə açıq olur. Məhz belə məqamda ilk dəfə olaraq özü ilə bərabər ümumi sevgi və səcdə gətirən seyredici baxış yaranır. Ümumi səcdədən fərəh yaranır, ümumi sevgidən isə yeni istək. Bu zaman bizim sonsuz təbiətimizdən yoğrulan iradənin yönəldiyi ümumi səadət axtarışı doğulur. Beləliklə, sonlu «mən»in ölümünə bənzər özünüinkar yolu ilə yeni səadət və böyük ümidlərlə dolu daha geniş baxışlı yeni həyat yaranır. Sonsuz həyat inancını və halını yaradan özünüinkar əməlinə qərar vermək bəzi adamlar üçün o qədər də çətin deyil. Çünki onlar hər şeyi bilən Tanrıya inanır və Ona itaəti bir borc, görəv olaraq düşündüklərinə görə o mütləq varlığa tapınırlar. Lakin mahiyyət etibarı ilə özünüinkar Tanrıya olan bu inamla bağlı deyil. Düzdür, bütün keçmiş dinlər bu və ya digər dərəcədə bir növ varlığın təbiətini və məqsədlərini şərh edən ehkamlardan (doqmalardan) asılı olmuşlar. Bu doqmalar isə o zamanlar bir növ nəzəriyyə kimi qəbul olunurdu. Ənənəvi dinin dağılması hər bütün doqmatik dinlərə şübhəylə yanaşma baxışını yaratmışdır. Bu dağılma, təbiətləri etibarilə dindar və mənəvi baxımdan sağlıqlı olan bir çoxları üçün dini gözdən saldı. Buna görə də keçmişin inanclarını qəbul etməyənlər və bununla da dini dünyagörüşünün ehkamsız mümkün olmadığını sananlar həyatda sonsuz olanı itirir, düşüncələri isə yalnız gündəlik həyatın qayğıları ilə məhdudlaşır. Onlar həyat bütövlüyü hissini itirir, izahi mümkünsüz olan mərhəmət və bəşəriyyətə yararlı olma duyğusundan məhrum qalırlar. Onlar bütüncül (hər şeyi ehtiva edən) baxışın görüb seçdiyi əzəmətli gözəlliyi görmürlər. Onlar görmürlər ki, məhəbbət, insanla kainatin vəhdətdə olduğu fərqli bir dünyaya yol açır. Bu səbəbdən də onların dünyagörüşləri kasad, həyatları isə cılız olur. Düzgün hərəkət etmək amacı ilə onlar təmiz əxlaq qaydalarına üz tutur, lakin sonsuzluğa susamışlar üçün təmiz əxlaqın motivləri, amilləri şübhəsiz ki, kifayət etmir. Buna görə də intellektual səmimiyyətin qəbul etmədiyi ehkamlardan asılı olmayan dinin qorunub-saxlanılması ümdə məsələdir. Xristianlığın bəzi prinsiplərinin mühafizəsi arzu olunandır: bunlar, səcdə, itaət və sevgidir. Bu dində səcdə Tanrıya edilir. İtaət, qaçılnılmaz olan Tanrı iradəsinin qarşısında təslim olmaqdır. Sevgi isə öz yaxınlarına, düşmənlərinə və ümumiyyətlə hər kəsə insani münasibət göstərməkdir. Xristianlığın təbliğ etdiyi ümumi və eyni zamanda “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 335
əsil olmaq istəyən hər bir sevgi yəqin ki, qeyri-müəyyən bir şəkildə itaət və səcdədən asılıdır. Bunlar isə xristianlıqda aldıqları formaya görə öz növbələrində Tanrıya inamdan irəli gəlir. Ona görə də bu inam bəzilərini qane etmədiyi üçün qəbuledilməz olar. Yəqin ki, ali səadət və ali qüvvənin birlikdə olmasına inamımız itəndə səcdədə də nələr isə itirilir. Lakin bir çox elementləri qorumaq mümkündür və əsl dini-mənəvi həyat üçün bu, görünür ki, yetərlidir. Tanrıya inam olmayanda itaət də çətinləşir. Çünki dünyada açıq- aydın şər olaraq görünən bir hadisənin əslində xeyirdən ibarət olmasına əminlik əsassızdır, lakin bu mümkündür. Buna nail olanda isə böyük əziyyətləri ötüb keçərək, dərk edilən itaət hər hansı bir xristian itaətindən daha nəcib, dərin və təsiredici olur. Ona görə də ehkamların (doqmaların) buxovlarından azad edilmiş din bir çox vəziyyətlərdə ideallarımızın gec-tez gerçəkləşəcəyini inandıran doqmatik və ənənəvi dinlə müqayisədə daha möhtəşəm və mənəvi ola bilər... Səcdəni təyin etmək asan deyil, çünki insanın dəyişməsi və inkişafı ilə səcdə də daha inkişaf etmiş və dəyişmişdir. İnkişaf etməmiş dinlərdə səcdənin səbəbi yalnız qorxu ilə izah edilə bilər. Güclü olan hər şeyə səcdə edirdilər. Bu element (gücə səcdə) əksər hallarda güc qarşısında yaranan qorxu və ehtiramdan törəyən Tanrıya səcdədə də mövcuddur. Ancaq sonralar qorxunun yerini tədricən artan məhəbbət tutur və gəlişmiş ibadətdə qorxu tamamilə yoxa çıxır. Qorxuya üstün gəldikdə, seyretmə sevinci ortaya çıxır. Lakin səcdə yalnız sevinc deyil, bunun yanında həmçinin çətin müəyyənləşdirilən ehtiram və sirr duyğusu da olmalıdır. Bu üç amil, güman ki, səcdənin istənilən ali formaları üçün mühümdür. İki tür səcdə mövcuddur: 1- Obyektinin (səcdə edilənin) xeyirxah olmasını tələb edən seçici səcdə, 2- xeyir və ya şərdən asılı olmayan hər bir mövcud reallığa təmənnasız (qərəzsiz) səcdə. Bunları fərqləndirmək lazımdır. Eyni zamanda bu aşağıdaki qavramları da ayırmaq və aydınlatmaq lazımdır: yalnız gerçək obyektlərə səcdə bir də ideallar aləminə məxsus olanlara səcdə. Bunları gerçəkliyə və ideala səcdə adlandırmaq mümkündür. Bunlar Tanrıya səcdədə birləşir, çünki Tanrı gerçəklikdə mövcuddur və ideal olanı tam olaraq təcəssüm edir. Tanrıya səcdə seçicidir, çünki nəzərdə Tanrı mərhəməti tutulur. Böyük insanlara və ya böyük əməllərə, ümumiyyətlə müəyyən müstəsnaslığa sahib olan və bizdə heyrət doğuran hər şeyə də səcdə bu şəkildə seçicidir. Bu tür səcdə əksər gerçəklikdə olana aid ola bilsə də bütöv kainata qarşı dini münasibət yaratmır. Yalnız qadir yaradıcı Tanrıya və hər şeyə təsir buraxan panteistik birliyə iman gətirənlərdə Varlığa dini münasibət yaranır. Belə inama sahib olmayanlar üçün isə seçici səcdə öz əsil obyektini yalnız seyretmədə yaradılan ideal səadətdə tapır. Dini həyat üçün ideal səadət ümumiyyətlə vacibdir, çünki o əməlləri əsaslandırır və ümumi sevginin duyduğu ümumi səadət cəhdinə məzmun verir. İdeal səadəti tanımadan və ona səcdə etmədən insan sevgisi kor olur; o, sevdikləri adamlar üçün xoşbəxtliyin harada axtarılmasını bilmir. Gerçək dünyada xeyirin hər tür təcəssümü, ən azından qısalığına görə, qeyri-kamildir. Kamilliyə olan ehtiyacımızı yalnız ideal səadət tamamilə təmin edə bilər. Yalnız bu, hakimiyyətə tabe olma və istəyin “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 336
imkana qurban verilməsini tələb etmir; yalnız bu, təfəkkürü faktlar qarşısında qul kimi əyilməyə məcbur etmir. İdeal səadətin obrazı, dünyanın bizə verdiyi yaratmaq imkanı qədər səadət fraqmentlərinin fəal axtarışına sonsuz perspektivlər açır. Lakin ideal səadətə səcdə, kamilliyin seyrindən doğan fərəh gətirərkən, gerçək aləmin qeyri-kamilliyi səbəbindən özü ilə ağrı-acılar da gətirir. Ancaq ideal səadətə səcdə edilərsə, insanda sanki düşmən qüvvələrin arasında yaşanan tənhalıq hissi baş qaldırar. Ona görə də dini əmələ ehtiyac olmasına rəğmən bu növ səcdə özü-özlüyündə kifayət etmir. Bu səcdə seyr aləmindən əl çəkməyə və — uğura ümid az olsa da — xeyiri burada, gerçək dünyada, yer üzündə yaratmağa məcbur edən birlik hissini yaratmır. Bunun üçün mövcud olana səcdə etmək lazımdır. Tanrıya inam varsa bu tür səcdə seçici ola bilər, çünki Tanrı mövcuddur və büsbütün xeyirdir. Tanrıya inam yoxdursa, belə səcdəni böyük insanlara və böyük nailiyyətlərə etmək olar, lakin bu hər zaman çətindir. Ona görə ki, bu obyektlər qeyri-kamil və nadirdir. Hər mövcud olana səcdə seçici olmamalı və səcdə olunanın xeyirxah xasiyyətli olması haqda fikir daşımamalı; o təbii və qərəzsiz hiss olmalidir. Mövcud olanlarda sirr, sevinc və bunlarla birgə hər canlıya qarşı sevgi arayıb tapan seyretmə qabiliyyəti bu cür səcdəyə imkan yaradır. Hər zaman hesab edilirdi ki, qərəzsiz (təmənnasız) səcdə Tanrıya inama əsaslanır, çünki bu tür səcdə bütün mövcud olanın xeyir xasiyyətli olması fikrini özündə cəmləşdiribdir. Əslində isə o ümumiyyətlə heç bir fikiri nəzərdə tutmur və buna görə də ehkamlardan asılı və yanlış ola bilməz. Bu səcdənin ideal səadətlə ilişkisi bizə gerçək dünya haqqında rəylərdən asılı olmayan inam verir. Sonuç etibarı ilə bu da ənənəvi dinin prinsiplərini şübhə altına alan möhkəm və tutarlı dəlillər ortaya qoyur. Beləliklə, din iki müxtəlif səcdə növlərinin birləşməsi nəticəsidir: səadətə yönələn seçici səcdə (çünki o xeyirdir) və bütün mövcudluğa yönələn təmənnasız (qərəzsiz) səcdə. Bunlardan birincisi teizmin, ikincisi isə panteizmin mənbəyidir, lakin nə birincidə, nə də ikincidə inam onu törədən səcdənin labüd nəticəsi deyil. Seçici inamın obyekti ümumdünyaya məxsus olan ideal xeyirdir. İnsanlar ümumini unudub belə güman etdilər ki, ideal səadət varlığı yoxdur, O, gerçək dünyaya məxsus deyil və buna görə də səcdə obyekti kimi xidmət edə bilməz. Onlar Tanrıya inam olmayan yerdə səcdənin də olmadığını düşündülər. Ancaq dünyanın ümumi tədqiqi göstərir ki, bu, belə deyil: səcdə obyektinin mövcudluğu mütləq şərt deyil; eyni zamanda səcdə obyektinin daha mükəmməlliyini arzu etmək də çox vacibdir. Təmənnasız səcdənin obyekti bütün mövcud olandır; belə halda obyektin mövcudluğunu bilsək də, onun xeyir və ya şər olmağı naməlumdur. Lakin arzu səcdə üçün olduqca vacibdir ki, o, mümkün qədər daha da yaxşı olsun. Panteizm, təmənnasız səcdənin seyredici fərəhindən və sonuncunun Kainata baxışlarının vəhdətindən irəli gələrək yanlış hesab edirdi ki, bu cür səcdə xeyirxahlığa inamı və Kainatın birliyini güman edir. Təmənnasız səcdə üçün bu inam Tanrıya olan seçici səcdə qədər lazımdır. Hər iki səcdə yan-yana mövcuddur və ehkamlara ehtiyac duymurlar: birinə obyektin olması yox, mərhəmət gərəkdir; digərinə isə mərhəmət yox, obyektin mövcudluğu lazımdır . “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 337
İtaət. Şərin və qeyri-kamil xeyirin çox olduğu dünyada heç bir gerçək din ruha arzulanan rahatlığı vermir və onu hərəkət etmək zərurətindən azad etmir, lakin o (din), dəf etməyə gücümüz çatmayan şər qarşısında itaət ruhi sakitlik verə bilər. Xristianlıq inanır ki, mövcud olan şər Tanrının iradəsinə uyğun olduğundan, əslində şər ola bilməz. Amma bu nöqteyi nəzər xeyir və şər kriteriyalarımızı dəyişməyi tələb edir, axı yanlış rəylərə əsaslanmayan hər bir baxışa görə mövcud olanın əksəriyyəti şərdir. Bundan əlavə, məntiqi surətdə sona çatdırılan belə inam əməli səbəbsiz qoyur, çünki itaət üçün təklif edilən özül (yəni «həyatda baş verənlərin hamısı yaxşılığa doğrudur» fikri) yaxşılığa atılan cəhdlərimizi mənasız, artıq edir. Lakin bu nəticədən qaçmaq istərkən Tanrı qüdrətini və iltifatını məhdudlaşdırırıq, itaət öz bünövrəsini itirir, çünki baş verənlər Tanrının razılığı ilə olmaya da bilər, o, hətta, Tanrı iradəsinin əksinə xeyir olmaya da bilər. Bu səbəbdən xristianlıq çox zaman itaətə uğurlu imkan yaratsa da və fəaliyyətə dini səbəb, əsas versə də, onun bu «uğurları» əslində düşüncələrdə qatma-qarışığın nəticəsidsr; insanlar aydın görməyə başlayarkən, bu dolaşıqlıq açılır. Həll edəcəyimiz problem xristianlıq qarşısında duran problemlərdən xeyli çətindir. Qaçılmaz olanın xeyir və ya şər olmasının mühakiməsindən çəkinərək, qarşısında təvazö etməyi, itaəti öyrənməliyik: xristianların ―allah deyən olsun‖ kəlməsini söyləməyə vadar edən hissdən özümüzü saxlamalı və eyni zamanda hadisənin şər də ola biləcəyini etiraf etməliyik. Hansı dinə qulluq edib-etməməyimizdən asılı olmayaraq itaət daim yüksək əxlaqi intizam tələb edir. Lakin din, bu nizama riayətə kömək göstərir və onun tərəfindən törədilən ağrıya haqq qazandırır. İki müxtəlif, lakin bir biri ilə əlaqədə olan itaət növləri var: biri şəxsi iztirablarımızın qarşısında, digəri dünyada mövcud olan fundamental şər qarşısında. Şəxsi iztirablar qarşısındaki itaət təmənnasız (qərəzsiz) iradənin yaranmasına gətirib çıxardan tabeçilik məqamında baş verir. Şəxsi həyat bütün düşüncə və istəklərimizi özünə çəkəndə əzabçəkən üçün çıxışsız məhbəsə çevrildiyindən insan tabeolma məcburriyətində qalır. İtaətkarlıq, fikirləri azad edir və iradəni əvvəllər gündəlik istənilən şəxsi mənfəətlər arxasında gizli qalmış yeni məqsədlərə yönəldir. Onda yüksək seyretmə və ümumi sevgi bizi həyatımızdan utanmağa vadar edir, iradə isə qaçınılmaz olan hadisəyə qarşı qəti etirazdan geri çəkilir və göründüyü kimi bir qədər müyəssər, daha ümumi xeyirə yönəlir. Beləliklə şəxsi iztirablar qarşısında itaət, ümumi sevgi və qərəzsiz iradə üçün vacib amillərdəndir. İtaət pis olanı yaxşı saymaq deyil: itaət, əzabdan, hiddətdən və əbədi peşmançılıqdan azad olmaqdadır. Ümumi sevgimiz güclü olsa, kimlərinsə tərəfindən zərbə dəyəndə, qəzəb və hiddət hisslərini yaşamarıq. Seyredici azadlığa çıxmaq arzusu olan yerdə əbədi peşmançılığa yer yoxdur. Seyretmə hissinə adət edən şəxs həyatda ona azadlıq verən fikirlərdən uzun müddətə yayılmasına imkan verməz. Çünki belə fikirlərin olmadığı zaman o, sonsuzu sonluya bağlayan bir cılızlıq və nalayiqlik hiss edəcək. Belə seyretmə və ümumi sevgi, şəxsi fəlakətlər qarşısında itaət yaradır.
|
ma'muriyatiga murojaat qiling