Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Rus və türk dilləri əsasında tərcümə etdi: Qismət.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 352
olmayacağı kimi, ictimai və əxlaq dini də onun üçün eyni dərəcədə səthi qalmaqdadır. Mükafatlandıran və cəzalandıran bir tanrı onun üçün məntiqli deyil, çünki bir insanın hərəkətlərini tənzimləyən onun daxili və xarici ehtiyaclarıdır. Buna görə də, insan tanrının gözündə yaşadıqlarına görə cansız bir varlıqdan daha məsul ola bilməz. Beləliklə, elm etikanın dəyərini düşürməklə ittiham olunur; amma bu haqsız bir ittihamdır. Bir insanın etik əlaqələri mütləq bir formada simpatiya, təhsil və ictimai əlaqələri üzərinə qurulmalıdır. Bunun üçün heç bir dini təmələ ehtiyac yoxdur. İnsan ölümdən sonra cəzalandırılma və ya mükafatlandırılma qorxusu ilə məhdudlaşdırılarsa, həqiqətən yoxsul bir yolda ilərləyər. Bu səbəbdən, kilsələrin niyə həmişə elmlə mübarizə apardığını və elmin arxasından gedənlərə təzyiq göstərdiyini başa düşmək sadədir. Digər tərəfdən, kosmik dini duyğunun elmi araşdırmalar üçün ən güclü və ən nəcib hiss olduğu fikrindəyəm. Yalnız ―çox böyük səyləri‖ və hər şeydən əvvəl nəzəri elmdə olmadığı halda qabaqcıl səylərin həyata keçirilə bilməyəcəyi ―özünü həsr etmə halını‖ hiss edənlər belə bir iş ilə belə bəhs etdiyimiz duyğunu əldə edə bilərlər, çünki bu hal içində həyatın reallıqlarından uzaqlaşmaq bu nəticəni verəcəkdir. Keplerin və Nyutonun kosmos mexanikasının prinsiplərini öyrənmək üçün illər boyu tək işləmələri üçün kainatın rasionallığı üzərinə nə qədər dərin bir inanca sahib olmaları, öyrənməyə qarşı nə böyük bir sevgi duymaları lazım idi və dünyada bu ruh halı nə qədər zəif bir əksini tapmışdır! Elmi tədqiqatlar haqqındakı düşüncələrini onun nəticələrinə görə mühakimə edənlər üçün, ətrafları skeptik yanaşan bir dünya ilə əhatə olunmuş, bütün ölkə və ərazilərə yayılmış ardıcıllarına yol göstərməyə müvəffəq olmuş insanların mənəvi dünyası haqqında tamamilə səhv fikir formalaşdırmaq çətin deyil. Yalnız öz həyatını anoloji məqsədlərə həsr etmiş insanlar, bu cür insanları ruhlandıran və onlara, bütün müvəffəqiyyətsizliklərə baxmayaraq, qarşılarına qoyduqları məqsədlərə sadiq olmağa güc verənin nə olduğunu başa düşə bilərlər. Bu cür insanlar öz güclərini kosmik dini hisslərindən alırlar. Bizim müasirlərimizdən biri demişdir ki: ―içində yaşadığımız bu materialist çağda həqiqi böyük dindarlar elmlə məşğul olanlardır‖.
New York Times, 9 Noyabr 1930
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 353
Vladimir Nabokov Rus yazıçıları, senzorlar və oxucular
Məşhur yazıçı Vladimir Nabokovun ―Rus ədəbiyyatı haqqında mühazirələr‖i. Rus və türk dilləri əsasında tərcümə etdi: Qismət.
―Rus ədəbiyyatı‖ – bu anlayış rus olmayanların beynində, ümumən, XIX əsrin ortasıyla XX əsrin ilk on ili arasında, Rusiyanın beş-altı böyük nəsr ustası yetişdirdiyi düşüncəsiylə məhdudlaşır. Rus oxucularının beynində isə bu anlayış daha geniş mənalara sahibdir, çünki romançılardan başqa tərcüməsi mümkün olmayan şairlər də bura aiddir; lakin onların da zehni parlaq XIX əsrə fokuslanıb. Başqa cür desək, ―Rus ədəbiyyatı‖ dünənin-srağagünün hadisəsidir. Eyni zamanda, məhdud hadisədir; əcnəbilərin zehni onu bitkin, nəticələnmiş bir şey kimi dərk etməyə meyllidir. Bu, bir az da sovet iqtidarı altında keçən son 40 ildə istehsal edilmiş regional xarakterli ədəbiyyata görədir. Bir ara hesabladığıma görə, keçən əsrin başından bu yana rus nəsr-şeir nümunələri arasında ən yaxşı qəbul edilənlər, təxminən 23 min kitab səhifəsidir. Fransız ədəbiyyatını da, ingilis ədəbiyyatını da bu qədərcik mətn içində ümumiləşdirmək qeyri-mümkündür. Bu ədəbiyyatlar neçə əsrə yayılıblar, şedevrlərinin sayı adamın gözünü qorxudur. Orta əsrlərdəki şah əsərləri kənara qoysaq, deyə bilərik ki, rus nəsrinin könül oxşayan gözəlliyi, yuvarlaq bir əsrin amforasının sıxlığındadır, həmçinin, o vaxtdan bu yana yığılanlar balaca bir krem qabına yerləşər. Bircə əsr – XIX əsr özünə aid heç bir ədəbi ənənəsi olmayan bir ölkə üçün, sənət dəyəri bir yana, həcm baxımından da İngiltərənin, Fransanın bütün şanlı əsərləri ilə bərabər dayanan, böyük təsir gücünə malik bir ədəbiyyat yaratmasına bəs eləyib – adları çəkilən ölkələr şedevr yaratmağa daha tez başlasalar da. XIX əsrdə Rusiyanın mənəvi böyüməsi ədəbiyyatdan başqa sahələrdə də ağlasığmaz bir sürətlə baş verməsəydi, qədim qərb ölkələrinin mədəni səviyyəsiylə ayaqlaşmasaydı, bu qədər gənc bir mədəniyyətdə bu cür möcüzəvi şəkildə estetik dəyərlər axını meydana gələ bilməzdi. Fərqindəyəm ki, Rusiyanın bu keçmiş mədəniyyətinin tanınması, əcnəbilər üçün rus tarixi anlayışının ayrılmaz hissəsi deyil. İnqilabdan əvvəlki Rusiyada liberal düşüncənin təkamülü məsələsi, bu əsrin 20-30-cu illərində kommunist propaqandanın hiyləgərliyi nəticəsində, xaricdə tamamilə qaralanıb, təhrif edilib. Rusiyanı mədəniləşdirmə şərəfinə onlar sahib olmaq istəyirdilər. Lakin Puşkinin, Qoqolun dövründə rus xalqının böyük əksəriyyətinin kəhrəba rəngli parlaq pəncərələrdən çöldə, qarın-çovğunun yorğanı altında tək başına buraxıldıqları doğrudur; bu da bəxtsizliyi ilə, aşağı təbəqədən olan insanların çəkdiyi əzab-əziyyətlə məşhurlaşmış
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 354
bir ölkənin, oturuşmuş Avropa mədəniyyətinə çox sürətlə girməsinin nəticəsidir – bu başqa söhbətin mövzusudur. Bəlkə də belə deyil. Əgər şansım varsa, yaxın dönəm rus ədəbiyyatının tarixini ümumiləşdirmək cəhdlərimdə, daha dəqiq desəm, sənətçilərin ruhunu ələ keçirməyə çalışan qüvvələri təyinetmə prosesində, əzəli və əbədi dəyərlərlə qarmaqarışıq dünya arasındakı yarılma ucbatından, həqiqi sənətin həmişə insanda oyandırdığı o dərin acımaq hissinə nüfuz edə biləcəm – yeni, aktual bir bələdçi-kitab olmasa, ədəbiyyata bir lyuks, ya da oyuncaq gözüylə baxan bu dünyanı suçlamaq nəyə lazım. Sənətçinin təsəllisi, azad bir ölkədə heç kimin onu bələdçi kitablar yazmağa məcbur etməməyidir. İndi, sırf bu rakursdan baxanda, XIX əsr Rusiyası qəribə şəkildə azad bir ölkəydi : düzdür kitablar və yazıçılar yasaqlanır, sürgün edilirdi; senzorlar fırıldaqçı və axmaq tiplər idi, uzun bakenbardlı çarlar guruldayırdı, amma sovetlərin o möhtəşəm kəşfi, yəni əli qələm tutan hamının dövlət nəyi məsləhət bilirdisə onu yazması – bax, bu metod Rusiyada XIX əsrdə yox idi, şübhəsiz ki, bir çox köhnəpərəst dövlət adamı belə bir metodu kəşf etməyi çox istəyərdi. Sağlam düşüncəli bir determinist belə bir müqayisə apara bilər: demokratik ölkələrdə oxucular deyilən kəsimin istəklərini qarşılamaq üçün dərgilər müəlliflərinə maddi təzyiqlər göstərir, polis dövlətlərində isə münasib siyasi mesajlar versinlər deyə yazıçılara daha dolayı yolla təzyiqlər edilir. Bu iki təzyiq arasında sadəcə səviyyə fərqi olduğunu iddia etmək olar, lakin belə deyil, çünki azad ölkələrdə bir çox davamlı nəşr və bir çox fəlsəfə var, amma diktaturada, sadəcə hökumət var. Bu, xüsusiyyət fərqidir. Deyək ki, bir amerikan yazıçısı oturuşmuş qəliblərdən kənar bir kitab yazmaq qərarına gəlsin. Kitab xoşbəxt bir ateistdən, öz əli öz başı olan bir Bostonludan bəhs etsin; bu adam özü kimi ateist olan gözəl bir zənci qızla evlənsin, şirin, balaca-balaca aqnostik uşaqları olsun; 106 yaşına qədər məsud, gözəl və xoşbəxt həyat sürən bu adam, bəxtiyarlıq içində yuxuda ölsün. Cənab Nabokov, sizin böyük istedadınıza bələd olsaq da, heç bir amerikan naşirinin belə bir kitabı çap etməyəcəyini, çünki heç bir kitab satıcısının bu kitabı əlinə almaq istəməyəcəyini hiss edirik.(belə vəziyyətlərdə düşünmərik, həmişə hiss edərik.) Naşirin fikri belədir, hamının haqqı var ki, öz fikri olsun. Etibarsız, eksperimentləri sevən bir şirkət xoşbəxt ateistimin hekayəsini çap edəndən sonra, heç kim məni Alyaskanın vəhşi torpaqlarına sürgün etməz, üstəlik, hökumət Amerikada yazıçıları heç vaxt sərbəst təşəbbüs və ya səhər duasının gözəlliyi haqqında möhtəşəm romanlara yazmağa məcbur etməz. Sovet iqtidarından əvvəl Rusiyada məhdudiyyətlə vardı, lakin heç kim sənətçilərə əmr verməzdi. Onlar – XIX əsrin yazıçıları, bəstəkarları və rəssamları – basqı, təzyiq və köləlik diyarında yaşadıqlarını çox yaxşı bilirdilər, amma dəyəri yalnız indi bilinən müdhiş bir avantajları var idi; modern Rusiyadakı nəvələrindən fərqli olaraq, basqının və köləliyin olmadığını deməyə məcbur deyildilər. Sənətçinin ruhunu ələ keçirmək üçün eyni vaxtda əlləşən iki qüvvədən, onun əsərləri haqqında hökm verən iki hakimdən birincisi, hökumət idi. Ötən əsrdə hökumət, fərqli və orjinal düşüncə örnəklərinin, qulağı cırmaqlayan xaric not və inqilab yolundakı ilk “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 355
addımlar olduğunun fərqindəydi. Dövlətin ehtiyatlı yanaşması, ən açıq şəkildə 30-40-cı illərdə Çar Birinci Nikolay tərəfindən ifadə edilmişdi. Çarın soyuq təbiəti, özündən sonra gələn hökmdarların cahilliyindən daha çox hiss edilirdi; ədəbiyyata olan marağı ürəkdən olsaydı, adama çox təsirli gələ bilərdi. Böyük fədakarlıqla o dövrün rus yazıçıları üçün hər şey olmağa çalışdı – ata, baba, dayə, həbsxana müdiri və tənqidçi ; eyni vaxtda bunların hamısı birdən. Hökmdarlıq keyfiyyətləri nə olur-olsun, rus ilham pərisiylə münasibətlərdə, qaba, yumşaq desək, təlxəyin biriydi. Onun yaratdığı senzura sistemi 1860-cı illərə qədər davam elədi, 60-cı illərdəki böyük reformalarla yumşaldı, əsrin son illərində yenə qatılaşdı, bizim əsrin ilk on ilində qısamüddətli səngidi, inqilab sonrası sovet iqtidarında ağlasığmaz və qarşısıalınmaz dərəcədə geri qayıtdı. Ötən əsrin ilk yarısında, işgüzar məmurlar, Bayronu italyan inqilabçısı hesab edən polis şefləri, özündənrazı senzorlar, maaşını hökumətdən alan qəzetçilər, səssiz, amma küsəyən və ehtiyatlı kilsə; monarxiyanın, fanatik və yaltaq idarəetmənin bu birləşməsi, yazıçıları çox əngəlləyirdi, amma bunlar həm də yazıçılara imkan verirdi ki, onlar hökuməti min yolla iynələsinlər, barmaqlarına dolasınlar. Axmaqca idarə olunan hökumət onlarla bacarmırdı. Bir idiot təhlükəli bir müştəri ola bilər, amma mexanizmin bu qədər kövrək olması, təhlükəni birinci klas idmana çevirir; bütün qüsurlarına baxmayaraq, qəbul etmək lazımdır ki, Rusiyadakı köhnə idarəetmənin üstün tərəfi vardı : ağılsızlıq. Bir açıq- saçıqlıq görən kimi o saat üstünə cuman senzorlar, siyasi eyhamları çözməkdə aciz idilər. Çar Birinci Nikolayın vaxtında rus şairləri doğurdan da diqqətli olmalıydı, Puşkinin yaramaz fransızlar Parni və Volterdən təsirlənərək yazdığı şeirlər, senzorlar tərəfindən asanca ifşa olunurdu. Fəqət proza çox fəzilətli idi. Rus ədəbiyyatı başqa ədəbiyyatlar kimi İntibah ənənəsindən gələn birbaşalığa sahib deyildi; Rus romanı ümumən, günümüzə qədər gəlib çatmış romanların ən tərbiyəlisidir. Əlbəttə ki, sovet dönəmindəki rus ədəbiyyatı da, aydan arı, sudan durudur. Məsələn, ―Ledi Çatterleyin sevgilisi‖ (Devid Lourensin romanı – tərcüməçidən) kimi bir rus romanı təsəvvür edilməzdi.
Yəni ki, hökumət, sənətçiylə mübarizə aparan əsas qüvvəydi. XIX əsr rus yazıçısının öhdəsindən gəlmək istəyən ikinci qüvvə isə siyasi, şəhərli, radikal zəmanə düşünürlərindən gələn hökumətə müxalif, faydaçı sosialist tənqid idi. Bu adamların ümumi mədəni səviyyələri, dürüstlükləri, əməlləri, zehni fəaliyyətləri və insani keyfiyyətləri baxımından, maaşını hökumətdən alan fırıldaqçılardan da, qorxu içindəki hökmdarın ətrafında toplaşmış dolaşıq fikirli köhnəpərəstlərdən də müqayisəgəlməz dərəcə yuxarı idi. Radikal tənqidçilər, xüsusilə xalqın rifahını önəmsəyər və hər şeyə - ədəbiyyata, elmə, fəlsəfəyə - məzlumların iqtisadi vəziyyətini düzəltməyin, ölkənin siyasi strukturunu dəyişdirməyin vasitələri kimi baxardı. Həqiqətpərəst, qəhrəman radikal tənqidçilər, sürgündəki yoxsulluqlarını vecə almazdılar; amma sənətin incəliklərinə də fikir verməzdilər. Despotluqla mübarizə aparan bu adamların hamısını – 40-cı illərin atəşli Belinskisi, 50-60-cı illərin inadçı Çernişevski və Dobrolyubovu, xoşməramlı, amma darıxdırıcı Mixaylovskisi və bir çox başqa dikbaş, dürüst adamı – bir başlıq altında “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 356
toplamaq olar: köhnə fransız sosialist fikir adamlarına və alman materialistlərinə aid edilən, son illərin inqilabi sosializminin və gönüqalın kommunizminin xəbərçisi olan siyasi radikalizm. Bunu Qərbi Avropa və Amerikanın oturuşmuş demokratiyasıyla tamam eyni şey olan rus liberalizmi ilə qarışdırmaq olmaz. 60-70-ci illərin nəşrlərinə baxanda, hakimi-mütləq bir hökmdarın idarə etdiyi bir ölkədə bu adamların bu şeyləri necə yazdığına şaşırırsan. Fəqət bütün üstün keyfiyyətlərinə baxmayaraq, bu radikal tənqidçilər də hökumət kimi sənətin başına bəlaydılar. Həm hökumət və inqilab, həm də çar və radikallar, sənət məsələsində cahil idilər. Radikal tənqidçilər despotizmlə mübarizə apararkən, öz despotizmlərini yaratmışdılar. İddiaları, səbəb göstərdikləri, yeritməyə çalışdıqları nəzəriyyələr, sistemin sənətə qarşı basmaqəlib yanaşmasıyla eyni idi. Yazıçılardan əndrabadi şeylər yerinə, ictimai mesaj verməyi tələb edirdilər; onların baxış bucağına görə bir kitab ancaq insanların rifahına xeyir verirsə dəyərli idi. Onların bu coşğunluğunda dəhşətli bir problem vardı. Səmimiyyətlə, cəsarətlə azadlıq və bərabərliyin tərəfindəydilər, amma sənəti güncəl siyasətin boyunduruğu altına vermək istəyib, özləriylə paradoksa düşürdülər. Çarların gözündə yazıçılar dövlətin xidmətçisiydisə, radikal tənqidçilərin gözündə də kütlələrin xidmətçisi idi. Nəhayət bizim zamanımızda yeni növ bir rejim, kütlə fikriylə dövlət fikrini Hegelçi bir sintez içində birləşdirəndə, bu iki düşüncə xəttinin qovuşub güclərini birləşdirməsi qaçılmaz oldu. XIX əsrin 20-30-cu illərində sənətçilərlə tənqidçilər arasında baş verən toqquşmanın ən yaxşı örnəklərindən biri Rusiyanın ilk böyük şairi Puşkinin başına gələnlərdi. Başda Çar Nikolay olmaqla, hökumət adamları böyük həyasız, özbaşına və bədniyyət şeirlər yazan Puşkinə dəlicə əsəbiləşirdilər; onların fikrincə, o, illah yazmalıdırsa, heç olmasa dövlətin yaxşı bir qulluqçusu kimi davranıb, basmaqəlib şeylərə difirambalar yazmalıydı. Puşkinin misralarındakı orjinallıqda, cismani fantaziyalarındakı cürətkarlıqda və irili-xırdalı bütün tiranlarla məzələnmək meylində, təhlükəli bir düşüncə azadlığı sezilirdi. Kilsə onun ciddiyətsizliyinə təəssüf edirdi. Polislər, yüksək rütbəli dövlət məmurları, hökumətdən maaş alan tənqidçilər onun səthi bir şair olduğunu deyirdilər. Dövrünün ən təhsilli adamların biri olan Puşkin, qələmini dövlət idarələrindəki darıxdırıcı sənədləri kopyalamağa sərf etmədiyi üçün Qraf Fışqırıq tərəfindən cahil, General Nəsihət tərəfindən başıboş kimi damğalanmışdı. Dövlət Puşkinin dühasını boğmaq üçün onu sürgünə göndərmiş, yazdıqlarını vəhşicə qayçılamış, onu dayanmadan sıxma-boğmaya salmış, ata kimi qulağını dartmış, nəhayət şairi kralpərəst Fransadan gəlmiş bir macəraçıyla ölümünə duelə təhrik edən cındırların saçına tumar çəkmişdi. Eyni zamanda, mütləq monarxiyaya baxmayaraq, çox oxunan nəşrlərdə inqilabi fikirlərini, ümidlərini dilə gətirməyi bacaran və Puşkinin son illərində əməllicə özünü tutmuş təsir gücü böyük olan radikal tənqidçilər, xalqın və ictimai işlərin qulluğunda durmaq əvəzinə, dünyadakı hər şey haqqında son dərəcədə avara və xəyalpərəst şeirlər yazan, maraq dairəsinin müxtəlifliyi ilə, irili-xırdalı tiranlara atdığı gəlişi gözəl, həddən ziyadə gəlişi gözəl atmacalarla onların qiymətini aşağı salan bu adama dəli kimi qəzəblənirdilər. Misralarındakı cürəti aristokratik bəzək kimi görürdülər, məsafəli sənətçi mövqeyini ictimai günah sayırdılar; yazıçılığı biabırçı, amma siyasi fəaliyyətləri yaxşı
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 357
olan bu adamların fikrincə, Puşkin dayaz şair idi. 60-70-ci illərdə məşhur tənqidçilər, ictimaiyyətin kumirləri, Puşkinə zırrama dedilər; məxsusi təkrar edə-edə dedilər ki, rus xalqı üçün bir cüt çəkmənin əhəmiyyəti dünyadakı bütün Puşkinlərdən, Şekspirlərdən önəmlidir. Rusiyanın bütün şairləri haqqında ifrat radikallarla ifrat monarxistlərin dediyi fikirləri tutuşdursanız, dəhşətli bənzərliyi görəcəksiniz. 30-40-cı illərdə Qoqolun başına gələnlər bir az fərqliydi. Əvvəla deyim ki, ―Müfəttiş‖ pyesiylə ―Ölü canlar‖ romanı Qoqolun öz fantaziyasının məhsuludur; onun bənzərsiz xortdanlarla dolu şəxsi kabuslarıdır. Bu əsərlər Qoqolun zamanındakı Rusiyanın rəsmləri deyil və ola bilməz də, çünki hər şey bir tərəfə, Qoqol Rusiyanı yaxşı tanımırdı. Zatən ―Ölü canlar‖ın davamını yazandakı uğursuzluğun səbəbi, əlində kifayət qədər faktın olmamağı və kiçik insanları, məmləkətin əxlaqını düzəltmək istəyən realist bir əsərdə, fantaziyadan istifadənin qeyri-mümkünlüyü idi. Fəqət radikal tənqidçilər həm pyesdə, həm də romanda rüşvətxorluğa, bayağılığa, ədalətsizliyə, köləliyə yönəlmiş ittihamlar tapdılar. Qoqolun əsərlərinə inqilabi məzmun geyindirildi və mühafizəkar partiyada çoxlu dostu olan, qanunlara sayğılı, ürkək vətəndaş Qoqol o qədər qorxdu ki, sonrakı əsərlərində pyesin və romanın inqilabiliyi bir tərəfə dursun, əslində, dini ənənəyə və gələcəkdə inkişaf etdirəcəyi mistisizmə uyğun olduğunu isbat etməyə girişdi. Dostoyevski cavanlığında uşaqca bəzi siyasi işlərə girişdiyi üçün sürgünə göndərilmiş, edamın ucundan qayıtmışdı, fəqət sonradan yazılarında təvazökarlığın, təslimçiliyin və çiləkeşliyin fəzilətlərini öyməyə başlayanda, radikal tənqidçilər tərəfindən kağız üzərində qətlə yetirilmişdi. Həmin tənqidçilər ―kübar xanımların sevgi macəralarını yazır‖ – dedikləri Tolstoya da vəhşicə hücum etdilər, kilsə özünəməxsus bir inanc yaratdığı üçün onu aforoz etdi. Bu örnəklər, elə bilirəm, kifayətdir. XIX əsrdə yaşamış bütün böyük rus yazıçıları, təxminən bu qəribə ―iki daşın arasında qalma‖ halında olublar. Sonra möhtəşəm XIX əsr bitdi. Çexov 1904-cu ildə öldü, Tolstoy 1910-cu ildə. Ardınca yeni yazarlar nəsli, sonuncu günəş partlaması, istedad fırtınası ortaya çıxdı. İnqilabdan əvvəlki bu iyirmi ildə, nəsrdə, şeirdə və rəsmdə modernizm böyük irəliləyiş yaşadı. Ceyms Coysun müjdəçisi olan Andrey Belıy, simvolist Aleksandr Blok və bir neçə avanqard şair üzə çıxdı. Liberal inqilabdan heç 20 il keçməmişdi ki, Bolşevik liderlər Kerenskinin demokratik rejimini yıxıb, rəsmən öz rejimlərini başladanda, bir çox rus yazarı xaricə getdi, bəziləri, məsələn futurist şair Mayakovski getmədi. Xarici müşahidəçilər inkişaf etmiş ədəbiyyatla inkişaf etmiş siyasəti bir-birinə qarışdırmış, xaricdəki sovet propaqandası da bu qarışıqlığa həvəslə girişmiş, onu dəstəkləyib canlı tutmuşdu. Əslində Lenin sənət məsələlərində son dərəcə cahil bir burjuaydı və sovet hökuməti lap əvvəldən ibtidai, regional, siyasi, polis kontrolunda, açıq-aşkar mühafizəkar və basmaqəlib bir ədəbiyyat mühiti yaratmışdı. Köhnə idarəçiliyin pərt, istəksiz, şaşqın davranışlarının əksinə, sovet hökuməti heyranedici dürüstlüklə, ədəbiyyatın dövlətin xidmətindəki bir vasitə olduğunu elan etdi; son qırx ildə şairlərlə polislər arasındakı bu “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 358
məsud razılaşma çox ustalıqla davam etdirildi. Nəticə etibarilə sovet ədəbiyyatı deyilən şey ortaya çıxdı, bu ədəbiyyat klişe bir burjua ədəbiyyatı üslubuna sahibdir və hökumətin bu və ya digər fikrini sözəbaxanlıqla şərh edərkən, ümidsiz monotonluğa düçar olmuşdur. Qərb faşistlərinin ədəbiyyatdan istədikləri ilə bolşeviklərin ədəbiyyatdan istədikləri arasında çox da ciddi fərqin olmaması maraqlıdır. Bir sitat gətirəcəm: ―Sənətçinin şəxsiyyəti azad, məhdudiyyətlər olmadan inkişaf etməlidir. Lakin istədiyimiz bircə şey var: İnancımızın qəbul edilməsi.‖ - Böyük Nasistlərdən biri olan, Hitler Almaniyasının Mədəniyyət naziri Dr.Rosenberg belə demişdi. Başqa bir sitat : ―Hər sənətçinin azad yaradıcılıqla məşğul olmaq haqqı var, fəqət kommunistlər, onu planlarımız çərçivəsində idarə etməyə məcburdur.‖ Bu da Leninin sözləridir. Bunların hər ikisi konkret mətnlərdən götürdüyüm sitatlardı, vəziyyət bu qədər kədərli olmasaydı, aradakı oxşarlığa baxıb qəhqəhə çəkə bilərdik. ―Qələmlərimizi biz yönləndiririk‖ – deməli, Kommunist Partiyasının əsas qanunu bu idi; bu yolla ―həyati olan‖ ədəbiyyatın istehsal edilməsini istəyirdilər. Qanunun karuselvari gövdəsində həssas dialektik nöqtələr vardı: növbəti addım, yazarın əsərlərini ölkənin iqtisadi sistemi kimi başdan ayağa planlamaq idi, kommunist idarəçilər saxta təbəssümlə bunun yazıçıya ―sonsuz mövzu çeşidliliyi‖ vəd etdiyini, çünki hər ekonomik və siyasi proqresin ədəbiyyatda da yerini tapacağını deyirdilər. Bir gün dərsin mövzusu ―fabriklər‖ olacaqdı, sonra ―tarlalar‖, sonra ―sabotaj‖, nəhayət ―Qızıl ordu‖ və s. (necə gözəl çeşidlilikdi !) Sovet romançısı nümunəvi xəstəxanalardan nümunəvi mədənlərə, bəndlərə qədərə hər şey haqqında təmtəraqalı sözlər deyərkən, təriflər yağdırdığı bir sovet qəhrəmanı tam kitab nəşr olunan yerlə-bir edilsə, hər saniyəsini can qorxusunu içində yaşamağa başlayırdı. Qırx illik mütləq hakimiyyət dönəmi boyunca Sovet hökuməti sənətin kontrolunu heç əldən vermədi. Arabir nə olacağını görmək üçün vintləri bir az boşaldırdılar, xaricdəki optimistlər də bu yeni kitabı ictimai protest kimi alqışlayırdılar. ―Don çayında yeni heç nə yoxdu‖, ―Şeytanlar yalnız çörəklə yaşayar‖, ―Zedin daxması‖ kimi bestsellerlər arasına girmiş düşük kitabları hamımız yaxşı tanıyırıq.(Nabokov burda özünəməxsus ironiya ilə ―Sakit Don‖, ―Yalnız çörəklə yaşamaq olmaz‖ kimi sovet romanları ilə ―Qərb cəbhəsində yenilik yoxdur‖, ―Şeytanlar‖, ―Tom dayının koması‖ kimi məşhur kitabların adlarını qarışdırır – tərcüməçidən) Əcnəbi tənqidçilərin ―güclü‖ və ―diqqətçəkici‖ kimi qiymətləndirdikləri bu romanlar, dağ boyda klişelərlə, intəhasız səthiliklə doluydular əslində. Fəqət, əfsus ki, bir sovet yazıçısı ədəbiyyat sənətində müəyyən səviyyəyə, məsələn, hər hansı bir ad çəkməmək üçün deyək ki, tutalım, Upton Lewis səviyyəsinə çatsa belə, dünyanın ən cahil qruplaşması olan Sovet hökumətinin fərdi axtarışlara, yaradıcı cəsarətə, yeni, orijinal, çətin, qəribə şeylərə yaşamaq şansı verməyəcəyi həqiqəti dəyişməz olaraq qalır. Yaşlı diktatorların dünyadan köçüb getməklərinə aldanmayın, Leninin yerinə Stalin keçəndə, dövlətin fəlsəfəsində zərrə qədər dəyişiklik olmadı; Xruşovun ya da adı hər nədirsə, onun iqtidarında da heç nə dəyişmədi. Xruşov yaxın |
ma'muriyatiga murojaat qiling