Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet50/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

377 


   ―Oskar‖ı mən ancaq səkkizinci cəhddə əldə edə bildim. Ona qədər məni yeddi dəfə 

siyahıya salmışdılar, vəssalam. 

   Bilmirəm mən bu məsələyə adekvat münasibətimi bildirə bilərəmmi, heç olmasa 

qismən... İndi mən nominantlara baxıram və düşünürəm: ―Bəs birdən onlar neyroxirurq 

olsaydılar necə? Məcbur qalsaydın onlara öz beynini əməliyyat eləməyə etibar edərdin? 

―Oskar‖ı məhz o etibarlı şəxsə vermək lazımdı.  

   Amma əvvəllər hər şey mənim əhval-ruhiyyəmin necə olmasından asılı olardı. 

   * * * 

   Elə il olub ki, mən alkoqoldan və həblərdən hədsiz dərəcədə çox istifadə eləmişəm. Bu 

məsələləri mən çoxdan qapatmışam. Amma mərasimdə oturduğum zaman düşündüyüm 

vaxt olub: ―Birdən məni təltif eləsələr, səhnəyə qədər gedə biləcəyəmmi? Əmin 

deyiləm‖. 

   * * * 

   Atam beş dəfə evli olub, amma mən heç vaxt evlənməmişəm. Bundan hansı nəticəyə 

gəlirəm? Biz öz vərdişlərimizin köləsiyik. 

   * * * 

   Əgər aktyorun çoxlu pulu varsa, o adətən onu xərcləməyə yer tapır. Mən öz pullarımı 

şəxsi filmim olan ―The Local Stigmatic‖ə (―Mestnıy Stiqmatik‖) xərcləsəm də, sonradan 

onu prakata çıxarmadım. 

   * * * 

   Bir gün Mərkəzi parkda gəzişirdim, tanımadığım bir insan mənə yaxınlaşdı və dedi: 

―Qulaq as, sənə nə olub belə? Niyə biz səni görmürük?‖ Mən nə isə mızıldamağa 

başladım: ―Bilirsiz mən...heç...mən...‖ Amma o: ―Hə Al, mən səni zirvədə görmək 

istəyirəm!‖ Və mən anladım ki: mənim bəxtim gətirib, mənə istedad verilib və mən 

ondan istifadə etməliyəm. 

   * * * 

   Bir filmdə mən suda üzən tirin üzərində qəhrəman Robin Uilyamsı təqib etməli 

olmuşdum. Bu səhnəni ideal səviyyədə oynamaq lazım deyil. Bunun üçün lazım olan şey 

- spontanlıqdı. Bütün fokus spontanlıqdadı. 

   * * * 

   20 il bundan əvvəl Frenk Sinatranın konsertinə getmişdim. Çətin anlarda onun Baddi 

Riçi vardı. Beləliklə, səhnəyə Baddi Riç çıxdı və mən necə oldusa fikrə getdim: ―Axı 

Baddi Riçin 79 yaşı var, amma o baraban çalır‖. Mən bilirdim o yaxşı barabançıdır, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

378 


amma o zaman düşünmüşdüm: ― İndi Frenk Sinatra səhnəyə çıxana qədər otur, Baddi 

Riçin qımıldanmağına, yerində yırğalanmağına bax‖. 

   Baddi Riç başladı, necə başladı. Onun ifası mənim gözlədiyimdən on qat artıq idi. 

Riffin ortasında hamı yerindən sıçradı və heyranlıqla əl çalmağa başladı. Sonra isə 

Sinatra gəldi və sadə bir söz dedi: ―Görürsünüzmü, bu oğlan necə baraban çalır? Bəs 

bilirsizmi ki, bəzən seçilmiş yoldan çıxmamaq xeyirlidi‖. 

   Baddi Riç seçilmiş yoldan çıxmadı. O təkcə illər boyu barabanda ifa etmədi, həm də 

həmin gecə öz yoluyla getdi. O dəqiq belə dedi: ―Gör mən nə qədər yol gəlmişəm, gəlin 

yoxlayaq, mən davam edə biləcəyəmmi...‖ Qəflətən yol onu lazım olan yerə gətirdi.  

   Bax, biz bütün bunları ona görə edirik. Lazım olan yeri tapmaq istəyirik. Amma o yeri 

tapmaq hələ hər şey demək deyil. Lazım olan kifayətlənməməkdi. Bilirsizmi, belə bir 

atalar sözü var: ―Kim ki, öz dəliliyindən əl çəkmir, o hansısa gözəl bir gündə müdrik 

olacaq‖. 

    


   Ruscadan çevirdi:  Cavid Ramazanov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

379 


Telman Orucov 

 

Saray həyatının dəbdəbəsinin xiffəti və ya hələ uçmamış yeni ―hava qəsrləri‖ 



 

(Fərəh Pəhləvinin kitabı haqqında qeydlər) 

 

İstənilən memuarı panegirik ədəbiyyatın bir növü saymaq olar. Məddahlıq edənlər öz 



qəhrəmanını göylərə qaldırdığı kimi, ötən ömrün xatirəsini qələmə alanlar da adamlara 

xas olan zəifliyin nişanəsi kimi özlərinə vurğunluğu açıb ağardaraq, az qala keçmişini 

idealizə etməyə girişir, həqiqətin ən güclü atası sayılan Zamanın etdiyi düzəlişlərə məhəl 

qoymadan yaşadığı xoşbəxtlik dövrünü cazibədar naxışlarla bəzəməklə öz nostalji 

hisslərini başqalarına da təlqin etməyə səy göstərir. Ədalətlə demək lazımdır ki, kənardan 

bir qədər əlçatmaz görünən bu adamlar əslində qarşılarına qoyduğu məqsədə müəyyən 

ölçülərdə çatmağı da bacarırlar. Onların prizmasından öz həyatları, günəşin şüaları 

havadakı yağış damcılarını qövsi-qüzeh rənginə boyayan kimi al-əlvanlıq qazanır, 

ətrafdakı bədbəxtliklər və səfalət dənizi büsbütün unudularaq Yer üzərindəki mövcudluq 

az qala cənnət haləsinə bürünür, qələminin şişirtmə gücü və hadisələri birtərəfli təsvir 

etmək üslubu hesabına bu adamlar özlərini bir qədər ―göy sakinləri‖ kimi təqdim 

etməkdə rahatlıq tapırlar. 

Axırıncı İran şahının axırıncı xanımı Fərəh Pəhləvinin ―Xatirələr. Yıxılan rejimin və 

bitməyən eşqin hekayəti‖ kitabı bir qədər mütaliə təcrübəsi olan oxucuda da məhz belə 

hisslər yaradır. Rejimin mövcudluğu dövründəki tituluna görə ―Şahbanu‖ adlanan bu 

xanım İran şah rejiminin süqutuna qədər olan son iyirmi ili görünməmiş inkişaf, 

firavanlıq dövrü kimi qələmə verməyə cəhd etsə də, bəzən qeyri-iradi olaraq onun 

―anadangəlmə ləkələrini‖, qüsurlarını da bütünlüklə danmağı, inkar etməyi bacarmır. 

Gənc qızın saray mühitinə düşməsi, şahın üçüncü arvadı olması səadətinə qovuşması elə 

qeyri-adi cizgilərlə təsvir edilir ki, elə bil ki, ―Min bir gecə‖ nağılının səhnələri ilə 

yenidən tanışlıq başlayır və ya fransız imperessionist rəssamların fırçasından çıxmış 

gözəl təbiət mənzərəsini seyr edirsən. 

Müəllifin bu sahədəki cəhdlərinin həddi aşdığı da diqqətdən yayınmır. Bəlkə adi keçi 

dərisini də ―qızıl yun‖ kimi və ya istənilən iplik kələfini Ariadna sapı kimi təqdim etmək 

olar, lakin bundan azacıq baş çıxardanlar mifik hadisələrin yenidən təkrarlanması 

cəhdlərinə inanmayacaqlar. Mərhum şahın evlənmə tarixçələrini yaxşı bilən adamları 

şahın son xanımının qələmindən çıxan əhvalatlara inandırmaq o qədər də asan məsələ 

deyildir. Şah qvardiyasının rəhbəri və müəllifin, xəyanət edərək dini rejimə xidmətə 

keçməkdə ittiham etdiyi general Hüseyn Fərdostun ötən əsrin sonlarında ingiliscə çapdan 

çıxmış kitabında Fərəh xanımın şaha hansısa varlı adam tərəfindən nikah üçün real 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

380 


namizəd kimi irəli sürüldüyü bütün təfərrüatı ilə açılıb göstərilir. Məhz belə təqdimat 

gələcək Şahbanunun əvvəllər mütləq xoşbəxtlik rəngində olan, son iyirmi ildə isə 

bədbəxtlik dumanına bürünmüş həyata ilk dəfə qədəm qoymasından xəbər verir. Ona 

görə də ―bitməyən eşq hekayəti‖ bir o qədər də inandırıcı görünmür, burada gələcək ərə 

vurğunluqdan daha çox uşaqlıqdan qulağında səslənən ―Şahın arvadı‖ olmaq ifadəsinin 

yaratdığı arzuya ürəkdən bağlılıq, sarayda əslində ikinci adam olmaq istəyi daha çox gözə 

çarpır. Axı o, əslində qiyamla meydana gələn yeni sülalənin hələ yüzillər, minillər davam 

edəcəyinə ümid bəsləyirdi, şah kimi o da bu sülalənin ömrünün vur-tut yarım əsrdən bir 

qədər artıq davam edəcəyini ağlına belə gətirə bilməzdi. 

Kazak ruhunda tərbiyə almış general Rza xan 1921-ci ildə olcuqda zəif və səriştəsiz 

hökmdar olan Əhməd şahın dövründə dövlət çevrilişi etmiş, bu vaxt yeni hökumətə 

jurnalist Seyid Ziyəddin Tabatabai başçılıq etmiş, general Rza xan isə müdafiə naziri 

təyin edilmişdi. İki ildən sonra jurnalist də hökumət başçılığından uzaqlaşdırıldı, bu 

vəzifəni tutduqdan az sonra 1925-ci ildə Persiya parlamenti olan Məclis ölkədə olmayan 

Əhməd şahı devirdikdən sonra şahlıq rejimini qoruyub saxlamaq üçün, Rza şah adı 

altında onu taxt-taca qaldırdı və o, öz sülaləsini Persiya xanədanı dövründə dili və yazını 

ifadə edən simvolik ―Pəhləvi‖ sözünü özünün sülalə adı elan etdi. Rza xan respublika 

elan etməyi nəzərdə tuturdu. Lakin xalqın böyük çoxluğunun bu ideyaya güclü əks 

çıxması onu öz fikrindən dönməyə məcbur etdi. 

İlk şah 1941-ci ilin sentyabrında İran əraziləri cənubdan ingilis orduları, şimaldan isə 

sovet qoşunları tərəfindən işğal edildikdə öz oğlu Məhəmməd Rzanın naminə taxt-tacdan 

uzaqlaşdı, bir müddət qürbətdə yaşadıqdan sonra, vətənindən uzaqlarda da həyatla 

vidalaşdı.  

Şahbanu Fərəh Pəhləvi gənc və təcrübəsiz qız olmasına baxmayaraq saray həyatına 

qədəm qoyduqdan sonra buranın boğucu, intriqalarla dolu olan mühitindən baş çıxarmağı 

bacardı, qısa müddətdə ərinin məhəbbətini qazanmaqla mühüm nüfuz sahibinə çevrildi. 

Onun bir sıra sosial problemlərin həllində fəal iştirakı təqdirə layiqdir. O, cüzam 

xəstəliyindən dəhşətli əzab çəkən xəstələrə yardım əlini uzatmış, onlar üçün ayrıca 

yaşayış məntəqəsi saldırmışdı. Onun təhsil müəssisələrinə qayğısı da xüsusi qeyd 

olunmalıdır. 

 

Fərəh xanım ərinin həyata keçirdiyi ―Ağ inqilab‖ islahatlarının bəzilərinin həyata 



keçirilməsində təşkilatçılıq işi aparır, əsas diqqətini qadınların cəmiyyətdə, xüsusilə 

ailədə fəal rol oynaması problemlərinə yönəldirdi. 

Qadınlar seçmək, seçilmək hüququna yiyələnmişdilər, universitetlə daxil olur və 

qazandıqları ixtisaslara müvafiq işləyə bilirdilər. Kəndlərdə isə cəhalət hökm sürməkdə 

davam edirdi. Onu maraqlandıran məsələlərdən biri yetimlərin üzləşdiyi acınacaqlı 

vəziyyət idi. Bu şəraiti aradan qaldırmaq vacibliyi onu həmin uşaqlarla məşğul olan 

təşkilata başçılıq etməyə həvəsləndirmişdi. Ölkədə olan on minə yaxın yetim və kimsəsiz 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

381 


uşağı məskunlaşdırmaq üçün ölkənin ayrı-ayrı yerlərində yetimlər üçün olan evlərdən 

ötəri yeni binalar inşa edildi. Onların tərbiyəsi ilə təhsil almış qadınlar məşğul olurdu. Bu 

qayğı hesabına uşaqların qarnı doyuzduruldu, onlar müvafiq paltarlarla təmin edildilər, 

kimsəsizliyin acı xofundan uzaqlaşa bildilər. Fiziki cəhətdən qüsurlu olan uşaqlar, korlar 

üçün məktəblər açılmışdı, xüsusi istedada sahib olan uşaqların öz qabiliyyətlərini inkişaf 

etdirməsi üçün şərait yaradılmışdı. 

Bu Şahbanunun çoxtərəfli fəaliyyətinin bir sıra sahələridir. İctimai, siyasi fəaliyyəti ilə 

yanaşı o, öz ailə borcunu da uğurla ödəməyi yaddan çıxarmırdı. Şah uzun müddət idi ki, 

vəliəhd arzusunda idi, lakin ikinci arvadı Sürəyya da bu ümidləri doğrultmadığından 

nikaha xitam verilmişdi. Şahbanu Fərəh isə şahı ilk oğlunu doğması ilə sevindirdi, sonra 

onun ardıcıl olaraq qızı, ikinci oğlu və ikinci qızı dünyaya gəldi. Ərinin vəfatından iyirmi 

il sonra o, ailənin sonbeşiyi olan qızı Leylanı itirmək faciəsi ilə də üzləşməli oldu. 

Kitabda şah ailəsinin islam inqilabından sonra sığınacaq tapmaq üçün dünyanın çox 

yerlərinə müraciət etməsi, beynəlxalq münasibətlərdə problemlərin yaranacağını nəzərə 

alaraq vaxtilə dost sayılan bəzi ölkə başçılarının onları öz torpağında qəbul etməkdən 

imtina etməsi, bu vaxt ağır ―ağ qan‖ xərçənginə tutulmuş ərinin nəinki müalicəsinə, hətta 

öz ömrünü sakitcə başa vurmasına imkan verilməməsi dəhşətli səhnələrlə qələmə alınır. 

Müəllif bütün inqilabların qanla qidalandığı həqiqətini yaddan çıxardaraq, şah rejimi 

iflasa uğradıqdan sonra İranda baş verən edamlara, ailələrinin təqib olunmasına böyük 

yer ayırır. Lakin bu məsələlərdə ölçü hissinə riayət olunmur. Ən eybəcər siyasi polis kimi 

sayılan SAVAK-ın rəisi general Həsən Pakravanın vaxtilə ayətüllah Xomeynini 

mühakimədən azad olunması təklifi ilə çıxış etdiyi halda, inqilabdan sonra onun edam 

edildiyini böyük faciə kimi qələmə verməklə, müəllif əvvəllər SAVAK-ın zindanlarında 

həyatla vidalaşan minlərlə insanların xatirəsini əslində təhqir etmiş olur. SAVAK ölkədə 

əsl inkvizisiya qaydaları yaratmışdı, İranda elə bil ki, ikinci Torkvemada meydana 

gəlmişdi. Qərb jurnalistləri 1970-ci illərdə yazırdılar ki, azacıq narazılıq işartıları 

bildirənlər aradan götürülür, onların diri ya ölü olmasından bir daha xəbər tutmaq 

mümkün olmurdu. Bir jurnalist qeyd edirdi ki, isti, bürkülü havada saatlarla avtobus 

gözləyən fəhlə hətta qızmar istidən şikayətləndikdə, onu sakitcə oradan aparırdılar və 

ittihamı bu olurdu ki, sən havadan yox, şahdan şikayət edirsən. Beləliklə, ehtiyatsızlıq 

edib, iqlimdən gileylənən bir adam zindana atılır və onun gələcəyi qatı naməlumluq 

dumanında itib batırdı. Bəlkə də şahın heç də hər bir qəddarlıq hadisəsindən xəbəri yox 

idi, lakin bu sistemin belə quduzlaşmasına məhz o, rəvac vermişdi. Tehranın özünün daha 

mənfur şöhrət qazanmış Bastiliyası, hər cür vəhşiliklər səhnəsi olan zindanı var idi. Şah 

bunlardan yaxşı agah idi. 

Fərəh xanım isə SAVAK-ın törətdiyi faciələrdən deyil, yalnız onun ―agentlərinin 

qanqaraçılığa səbəb olduğunu‖ qeyd edir, adamların bu agentlərin kobud sərtlikləri ilə 

üz-üzə gəldiklərini vurğulayır. Əgər Şahbanunun diqqətini yalnız xırda xətalar cəlb 

edirdisə, əhalinin başına açılan fəlakətlər onu düşündürmürdümü? Onu yalnız şahın 

mənəvi nüfuzuna, həm də rejimə bu agentlərin ziyan vurmaları həyəcanlandırsa da, bu 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

382 


hərəkətlərə əslində haqq qazandıraraq onların bunu istəmədən etdiklərini qeyd edir. Və 

bir qədər qeyri-ciddi nəticəyə gəlir: ―Amma SAVAK-çıların çoxu ölkədə təhlükəsizliyin 

təmini üçün əməlli-başlı çalışdılar‖. Şahbanunun bu sözləri rejimi qoruyub saxlamaq 

xatirinə hər cür vəhşiliyə əl atan siyasi xəfiyyənin fəaliyyətinə haqq qazandırır və 

müəllifliyi Fransa kralı XVI Luiyə aid edilən ―Məndən sonra qoy lap hər şey daşqına 

qərq olsun‖ sözlərinin, yaxud Kaliqulanın ―Qoy nifrət etsinlər, ancaq qorxsunlar‖ 

prinsipini yada salır. Şah rejiminin zülmü özündən sonra dünyaya mələklər gətirə 

bilməzdi və SAVAK-ın mənfi təcrübəsinin nəhəng bünövrəsi üzərində sonrakı 

haqsızlıqların da heykəli qoyuldu. 

Kitabda kommunistyönlü Tudə partiyasının, ifrat solçuların, dini təməlçilərin adı xüsusi 

ikrahla çəkilir. Ölkədəki başqa cür düşüncələrin hamısı az qala düşmən qismində təsvir 

edilir və qədim Romanın eybəcər imperatorlarından birinin ―xalqın bircə boynu 

olmamasına‖ görə heyfislənməsi fikiri yada düşür. Guya ki, ölkədə doğulan hər bir körpə 

öz ilk qışqırtısı ilə şaha sədaqət andı içməli idi. Rejimə etiraz edənlərlə məşhur yazıçının 

SSRİ-dəki repressiyalara haqq qazandıran ―Əgər düşmən təslim olmursa, onu məhv 

edirlər‖ prinsipinə uyğun qaydada davranmaq lazım imiş. Böyük fransız mütəfəkkiri Şarl 

Montesiyə qədim Çində imperatora məhəbbət bəsləməyənlərin edam edilməsi barədə 

qanunun mövcud olduğunu xəbər verir. Bu edamlar xüsusi qəddarlıqla həyata keçirilirdi. 

İttiham da asan başa gəlirdi, çünki məhəbbət hissinin dəqiq meyarı yoxdur. 

Şahbanu üçün isə insan azadlıqları uğrunda mübarizə aparan hər bir kəs çoxbaşlı gidradır 

və onların başını nəinki kəsmək, hətta kəsilmiş yeri Heraklın təcrübəsindən istifadə 

edərək kösövlə yandırmaq lazımdır. Onlar ―idealist gəncləri ya da boşboğazları yanlarına 

çəkən və yalnız rejimi devirməyi düşünən adamlar‖ kimi təsvir edilir. Ona görə də 

Azərbaycan Demokratik Respublikasının lideri Seyid Cəfər Pişəvəri Stalinin siyasətini 

həyata keçirən şəxs kimi qələmə verilir. Cənubi Azərbaycanda yaradılmış milli dövlətin 

1946-cı ilin dekabrında ordu gücünə, qan axıtmaqla boğulmasını xüsusi pafosla ifadə 

edir. Şah bu vaxt Təbrizdə çoxlu qan axıtdırmışdı, Kürdüstanın paytaxtı Mehrabadda da 

eyni ssenari həyata keçirilmişdi. Bu hadisələrdən azacıq sonra Mehrabada gələn şahı heç 

kəs, heç öz təyin etdiyi qubernator da qarşılamamışdı. Təbrizdə isə adamlar bir az əvvəl 

qanla sulanmış küçələrdə şahı alqışlarla qarşılamışdılar. Əlbəttə ki, şah belə qəbuldan çox 

razı qalmışdı. 

Şah 1946-cı ilin 12 dekabr gününü ―Azərbaycanın xilas günü‖ kimi elan etməklə özünə 

xilaskar qiyafəsi geyindirməyə cəhd etsə də, bütövlükdə azərbaycanlılar onun törətdiyi bu 

qətliamı heç vaxt yaddan çıxarmayacaqlar. Əslində, şah xarici qüvvəyə arxalanmasa belə 

qan tökülməsinə cəsarət edə bilməzdi. Bu yalnız sovet ordusu hissələri İran ərazisini tərk 

etdikdən sonra mümkün olmuşdu. Hələ 1943-cü ilin noyabr-dekabrında keçirilən Tehran 

konfransında qərara alınmışdı ki, müharibə başa çatdıqdan sonra İranın ərazi bütövlüyü 

təmin edilsin və altı ay ərzində xarici dövlətlərin qoşunları İran torpaqlarından çıxarılsın. 

Stalin heç də Şimali İranı tərk etmək istəmirdi, axı burada mili Azərbaycan Demrokratik 

Respublikası yaranmışdı. Lakin 1946-cı ilin başlanğıcından ABŞ hökuməti öz 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

383 


narazılığını bildirməyə başladı və Sovet qoşunlarının dərhal çıxarılmasını tələb etdi. 

Hətta Trumen atom bombası ilə hədələməyə başladıqda, Stalin ölkəsinin ağır vəziyyətdə 

olduğunu nəzərə alaraq, yeni dünya müharibəsinin hansı fəlakətlər gətirəcəyini 

anladığından qoşunları çıxarmaq məcburiyyətində qaldı. Bəziləri o dövrün reallığına 

əhəmiyyət verməyərək, bunu Stalinin Azərbaycanın birləşməsi işinə göstərdiyi xəyanət 

kimi qələmə verirlər. Bu mülahizə hər cür məntiqi və tarixi səbəblərdən və köklərdən 

məhrumdur və Stalin öz imperiyasını genişləndirmək üçün hər cür risqə getməyə hazır 

idi. Lakin Stalin vəziyyəti düzgün qiymətləndirməyi bacarırdı və daim avantüradan uzaq 

qaçmağa çalışırdı. 

 

 



İran inqilabının, kitabda getdiyi kimi təsadüfən baş verməsi fikri də qeyri-ciddi görünür. 

İranda təşəkkül tapmış proletar sinfi yox idi, kəndlilər isə yalnız bunt qaldırmağa 

qadirdir, onu inqilaba çevirməyə qüdrətləri çatmır. İran inqilabı bu ölkənin malik olduğu 

ictimai mərkəzlərdən başlamalı idi və 1979-cu il ərəfəsində bu rolu tarixən İranda böyük 

nüfuzu olan din müəssisələri – məscidlər yerinə yetirdilər. Sovet şairi Aleksey Surkov 

1946-cı ildə İranda səfərdə olduğu barədəki xatirələrində yazır ki, İranda ictimai rəy iki 

mərkəzdə – məsciddə və bazarda formalaşır və yayılır. Həqiqətən də İranda rejim üçün 

təhlükə bu mənbələrin birində yaranmalı idi və yarandı da. Şah rejiminə etiraz edənlərin 

çıxışı zorakılıqla yatırılırdı. İnqilab ərəfəsində, 1978-ci ilin yanvarında Qumda altı nəfər 

ilahiyyat tələbəsi öldürülmüş, səkkiz ay sonra isə Tehranda Jalə meydanında yüzlərlə 

etiraz edən adamın qırğını törədilmişdi. Nəzarəti ələ keçirməyi bacarmayan şah 1979-cu 

ilin yanvarında sürgünə yollanmağa məcbur olmuşdu. Fevralın ilk günündə isə Xomeyni 

inqilaba rəhbərlik etmək üçün İrana döndü və İslam respublikasını qurdu.  

Ayətullah Xomeyni isə mübarizləri din bayrağı altında birləşdirməyi bacardı və onun 

başçılıq etdiyi hərəkat qalib gəldi. Şah rejimi içəridən çürüyürdü, çat verirdi, təəssüf ki, 

bunu nə şah özü, nə onun yaxın adamları, nə də özünü uzaqgörən kimi qələmə verən 

Şahbanu görürdü. 

İnqilabdan sonra İranda teokratik dövlət quruluşu meydana gəldi. Tarixə hələ orta 

əsrlərdən tanış olan bu quruluş cəmiyyəti təkcə öz sərhədləri çərçivəsində idarə etməklə 

kifayətlənməyib, adamların ruhuna da hakim kəsilmək iddiasına düşür. Adamların 

şüuruna ağalıq etmək istəyi belə dövlətə əlavə səlahiyyətlər verir. Dini ehkamları 

qorumaq vəzifəsi bu dövləti izahi idarəetmə imkanlarına yiyələndirir, adamların mənəvi 

dünyasına hakim kəsilmək üçün nəhayətsiz müdaxilə vasitələrindən istifadə etməklə o 

əslində Yer üzərindəki səltənətə hökmranlıq etmək kimi adəti qaydalardan kənara çıxır. 

Bu isə insan haqları sferasında yeni fəsadların meydana çıxması ilə nəticələnir. 

Kitabda yeni rejimə nifrət hədd tanımır, ona görə də bütün qüsurlar onun ünvanına 

yazılır. Hətta İraqla aparılan müharibənin təqsiri də əsassız olaraq inqilabi quruluşun 

üzərinə atılır. Körfəz müharibəsi adlanan bu münaqişənin kökündə isə başqa səbəblər 



Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling