Yeni Yazarlar və Sənətçilər Qurumu


Download 3.88 Mb.
Pdf ko'rish
bet53/58
Sana21.02.2017
Hajmi3.88 Mb.
#897
1   ...   50   51   52   53   54   55   56   57   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

400 


Heyze kəskin və ciddi sosial problemlərə toxunmadan 19-cu əsrin ikinci yarısında alman 

bürgerinin şəxsi həyatının geniş və dərin mənzərəsini əks etdirir. Bu əsərlərdə forma 

maneraçılığı fonunda güclü hissiyyat da müşahidə olunur. Hərçənd ki, o, bu mənəvi güc 

və gözəlliyi yalnız ayrı-ayrı fərdi təzahürlərdə görür, sosial-istimai köklərlə bağlamır.  

Hələ gənclik çağlarından fasiləsiz olaraq poetik yaradıcılıqla da məşğul olan P. Heyzenin 

şeirlərinin iki daimi mövzusu vardı – incəsənət və İtaliya.  

Onun poeziyası real həyatın sosial gerçəkliyini yumşaldır, ürək sızıltıları ilə harmoniya 

təşkil edən sakit gözəllik rayihəsi yayırdı . P. Heyze nəsr və dram əsərlərində olduğu 

kimi, lirik poeziyasında da real gerçəkliyi, xüsusən də həyatın kölgəli cəhətlərini əks 

etdirməkdən qaçır, şeirlərinin forma gözəlliyi, cazibədar bədiyyatı ilə klassik poeziyanın 

gözəllik meyarlarını dirçəltməyə can atır, bu zaman bəzən epiqonçuluğa da yol verirdi. 

Şeirlərində klassik alman poeziyasının ən müxtəlif cərəyanlarına məxsus ənənələrdən 

bəhrələnmə, bəzən hətta yamsılama hiss olunur. Əsas diqqət forma kamilliyinə, üslub 

incəliyinə verilir, məzmun baxımından isə bu şeirlər daha çox  şairin öz iç dünyasını, 

fərdi duyğularını, intim yaşantılarını ifadə edirdi. Bununla belə, onların misilsiz üslubi 

gözəlliyi, müəllifin virtuoz ustalığı  oxucularda böyük heyranlıq doğurur, ona populyarlıq 

qazandırırdı. Görünür, onun hər cür siyasətdən uzaq qaçması, ― təmiz poeziya‖ yaratmaq 

cəhdi, yalnız radikal-inqilabi deyil, həm də liberal-burjua tendensiyalarından azad 

yaradıcılığı inqilabi çaxnaşmalardan usanmış alman oxucusunu cəlb edirdi.  

Orijinal bədii yaradıcılığı ilə yanaşı, ispan və italyan poeziyalarından etdiyi tərcümələr də 

ona böyük şöhrət gətirmişdi.  

Qeyd etmək lazımdır ki, ümumən ― Münhen dərnəyi‖ , o sırada da P. Heyzenin 

yaradıcılığı 19-cu əsrin 60-80 -ci illərində Almaniyanın ədəbi həyatına çox güclü təsir 

göstərmişdi. Lakin onun yorğun, pessimist, küskün həyat mövqeyi, digər dekadens 

əsəbiyyat nümayəndələri kimi, P. Heyzenin də sənətin ictimai və vətəndaşlıq 

konsepsiyasından imtina edərək  ― sənət sənət üçündür‖ prinsipinə üz tutmasına səbəb 

olmuşdu. Bu isə həyatın və zamanın tələblərinə zidd idi. 

19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində alman ədəbiyyatında naturalizm və sərt 

realizm üslubunda yazılan əsərlərin populyarlığı və nüfuzu güclənir, romantik 

dünyagörüşünə əsaslanan əsərlərə, o cümlədən də P. Heyzenin yaradıcılığına maraq 

kəskin şəkildə zəifləyir. O dövrün tənqidi yazırdı ki, ― P. Heyzenin əsərlərində hər şey 

uydurmadır və saxta ideallara xidmət edir.‖ Buna görə də 1910-cu ildə onun Nobel 

mükafatına layiq görülməsini Almaniya ədəbi dairələrində təəccüblə qarşıladılar. Çünki 

son iyirmi il ərzində onun əsərləri, demək olar ki, oxunmurdu. Onun dünyanın ən nüfuzlu 

ədəbi mükafatına layiq görülməsini Almaniya mətbuatı kinayə ilə ― Rudolf  Eykendən 

sonra Almaniyanın Nobel mükafatında ikinci ―uğursuz nailiyyəti‖ adlandırmışdı.  

Ömrünün mükafatdan sonrakı son illərində və ölümündən sonra P.Heyze, demək olar ki, 

unuduldu və indi onun adı yalnız ədəbiyyat tarixi mütəxəssislərinə tanışdır.P. Heyze 

1914- cü il aprelin 2-də Münhendə vəfat etmişdir. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

401 


― Sənət sənət üçündür‖ prinsipinə sədaqəti, danılmaz ədəbi istedadını bu ölü ideyaya həsr 

etməsi onu bir yazıçı kimi ölməzlik şansından məhrum etdi. 20- ci əsrin bütün dünyada 

sosial yönümlü ədəbiyyatın hegemonluğu şəraitində keçməsi onun yanlış mövqedə 

olduğunu  tarixi planda da isbat etdi. 

Hələ P. Heyzenin sağlığında, 1911-12 –ci illərdə onun iki cildlik ― Seçilmiş əsərləri‖ 

Rusiyada nəşr edilmişdi. Sonralar – sovet dövründə isə Sovet İttifaqında ( təbii ki, həm 

də Azərbaycanda) onun yaradıcılığından bir sətir də tərcümə və çap olunmadı. Görünür, 

bu məsələdə ― sənət sənət üçündür‖ prinsipinə düşməncəsinə yanaşan kommunist 

ideologiyasının həlledici təsiri olmuşdur. 

Paul Heyzenin əsərlərinin tərcüməsi və nəşri ilə bağlı boşluq Azərbaycan müstəqillik 

qazandıqdan sonra da aradan qaldırılmamışdır. 

 

Paul Heyzenin deyimlərindən 

 

 

-  Diletant bacarmadığı işi görməkdən həzz alan adamdır. 



- Məhəbbət, əslində, sadə bir şeydir. Onu biz öz əsassız ümidlərimizlə qəlizləşdiririk. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

402 


Nurullah Çətin 

 

ATATÜRK DÖVRÜ TÜRK ŞEİRİ 

 (1923-1940) 

 

 I dünya savaşı sonunda Osmanlı dövləti məğlub sayıldı və ölkəmiz 30 oktyabr 1918-ci 



ildə imzalanan Mondros sazişinə görə İngiltərə, Fransa, İtaliya, Amerika və Yunanistan 

tərəfindən işğal edildi. İşğalı, müstəmləkə olmağı, əzilməyi, köləliyi heç bir zaman qəbul 

etməyən türk milləti Mustafa Kamal Atatürkün öndərliyində təşkil etdiyi milli 

müqavimət hərəkatı olan Qüvveyi-milliyyə ilə dastani bir milli mücadiləyə girişdi. 23 

aprel 1920-ci ildə Ankarada Mustafa Kamal Paşanın başqanlığında Türkiyə Böyük Millət 

Məclisi açıldı və milli mücadilə bu məclis tərəfindən idarə edildi. Sonunda ölkəmiz 

Qərbin bütün işğalçı imperialist qüvvələrindən təmizləndi və 1923-cü ildə tam bağımsız 

və bağlantısız (-bloklara qoşulmayan, neytral - tərc.) milli bir dövlət quruldu. 29 oktyabr 

1923-cü ildə Məclisin qəbul etdiyi bir qərarla dövlət rəsmən cümhuriyyətlə idarə 

edilməyə başlandı. Bu tarixdən etibarən qurulan yeni cümhuriyyət dövləti demək olar ki, 

bütün sahələrdə və bütün qurumları ilə sürətlə milliləşmə və qərbliləşmə yönündə 

yenidən qurulma prosesinə girdi. 

Dövlətin rəsmi qurumları sosial, siyasi, iqtisadi və mədəni həyatı gerçəkləşdirilən 

inqilablarla yenidən düzənləndi. Bu arada türk milliyyətçiliyini əsas alan tarix, dil, sənət 

və ədəbiyyat çalışmaları da başladı. Bunun üçün türk tarixini doğru və dərin bir formada 

araşdırmaq, incələmək, öyrənmək üçün Türk Tarixi Tədqiq Cəmiyyəti (Türk Tarix 

Qurumu) və yenə eyni şəkildə türk dilini araşdırmaq, incələmək, öyrənmək, yaymaq, türk 

ədəbiyyatının, yazı və danışıq dilinin təməlinin işlənmiş, inkişaf etmiş türkcə olması üçün 

də Türk Dili Tədqiq Cəmiyyəti (Türk Dil Qurumu) quruldu. Dolayısı ilə, türk milli 

varlığı tarixi, kültürü, dili, sosial həyatı ilə yenidən dirçəldildi. Beləliklə, Türkiyə 

Cümhuriyyəti dövləti millət birliyinə, bu ölkədə yaşayan hər kəsin türk milli birliyi içində 

qaynaşmış bir millət olmasına çalışdı. Bir baxıma Osmanlı dövlətinin son dönəmlərində 

arxa plana atılan türklük, türk milləti, türk milli varlığı cümhuriyyətlə birlikdə ön plana 

çıxır və bütün ölkədə bir milli inkişaf həyəcanı başlayır. 

 

Atatürk 1938-ci ildə vəfat etdi. Buna görə də 1923-1940-cı illər arası dönəmə biz 



"Atatürk dövrü türk ədəbiyyatı", yaxud "inqilab ədəbiyyatı dövrü" adını veririk. 

Atatürkün liderliyi altında başlayan türk milliyyətçiliyi hərəkatı digər bütün sahələrdə 

olduğu kimi, ədəbiyyatda da öz inikasını tapdı və 1923-1940-cı illər arasında türk 

ədəbiyyatı böyük ölçüdə milliyyətçi duyğu və düşüncələrin hakim olduğu bir ədəbiyyat 

görünümü qazandı. Çünki ölkəmiz 1912-ci ildən 1923-cü ilə qədər ağır müharibələrdən 

keçib gəlmişdi. Məmləkətimiz yaxılıb yıxılmış, millətimiz pərişan olmuş və bütün bu 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

403 


fəlakətlərdən, yanğınlardan sonra yepyeni milli bir türk dövləti doğmuşdu. Türk 

ədəbiyyatçıları da bu mühitdə üzərlərinə düşən vəzifəni yerinə yetirərək türk millətinin 

acılarına, həsrət və gözləntilərinə tərcüman olmuşlar. Milləti yenidən ayağa qaldırmaq, 

ölkəni hər sahədə abadlaşdırmaq, türk uşaqlarında gələcəyə ümid aşılamaq, onlarda 

güvən duyğusu yaratmaq üçün milliyyətçi duyğular, ideallar önə plana çıxarılmışdı. 

İmkan daxilində Şərq və Qərb dillərinin təsirindən arınmış bir türkcə, türkün milli vəzni 

olan heca və yenə milli türk nəzm vahidi olan dördlük, türkün ana qucağı, vətəni 

Anadolu, türk millətinin dini və milli dəyərləri, imperializmdən qurtuluş mövzuları, 

öndərimiz və milli türk dövlətinin qurucusu Atatürk və onun milli mücadilə dastanı türk 

şeirində hakim ünsürlər olmuşdur. 

Bu dönəmdəki milliyyətçi türk şeiri birdən-birə ortaya çıxmamışdır. Milliyyətçi şeir 

yazma ənənəsi əsasən 1897-ci il türk-yunan savaşı zamanı Məhməd Əmin Yurdaqulun 

şeirlərilə başlayır. 1908-ci ildən sonrakı dövrdə meydana çıxan milli ədəbiyyat cərəyanı 

da bu anlayışın yayğınlaşdığını və bəlli bir sistemə qovuşduğunu göstərir. Dolayısı ilə, 

Atatürk dövrü milliyyətçi şeir damarının kökü Məhməd Əmin şeirinə və milli ədəbiyyat 

cərəyanına bağlıdır. Atatürk dövrü türk ədəbiyyatını yaradan şairlərin bir qismi 

cümhuriyyət öncəsindən gələn orta və yaşlı nəslə mənsubdur, böyük bir əksəriyyəti isə 

cümhuriyyətlə birlikdə ortaya çıxan şairlərdir. Atatürk dövrü türk şeirinin 

nümayəndələrini belə təsnif edə bilərik: 

A. Əski dönəmlərdən gələn şairlər 

Bunlar poeziyaya tənzimat, "Sərvəti-fünun", "Fəcri-ati", yaxud da milli ədəbiyyat 

cərəyanları dövründə gələn, bəzi əsərlərini o zamanlar yazan, amma cümhuriyyət 

dövründə də yaradıcılıqla məşğul olan şairlərdir. Onların bəziləri haqqında ayrıca 

danışmaq lazımdır. 

I. Cümhuriyyət dövrü türk poeziyasına təsir göstərən iki böyük şair - Yəhya Kamal və 

Əhməd Haşim. Yəhya Kamal və Əhməd Haşim II məşrutiyyət dönəmində şeir yazmağa 

başlamış və o dönəmdə məşhur olmuş iki böyük türk şairidir. Onlar cümhuriyyət 

qurulduqdan sonra da şeir yazmağa davam etdilər və bu dövrdə gənc şairlərə böyük təsir 

göstərdilər. Yəhya Kamal milli şüurun, milliyyətçi türk poeziyasının inkişafında və şeir 

texnikasında, Əhməd Haşim isə özəlliklə estetik planda, şeir texnikası və anlayışı 

sahəsində böyük təsirə sahib idi. Bu iki qabaqcıl şair cümhuriyyət dönəmi türk 

ədəbiyyatında modern şeirin, saf, xalis poeziyanın inkişafında cığır açan olmuş, 

yönləndirici rol oynamışdır. Bu iki böyük türk şairi haqqında aşağıdakı bilgiləri verə 

bilərik. 

Əhməd Haşim (1883-1933). Haşimin şeirləri onun iki kitabında toplanmışdır: "Göl 

saatları" (1921), "Piyalə" (1926). Daha sonralar bu iki kitabı və kitablarına daxil olmayan 

şeirləri birlikdə nəşr edildi (İnci Enginün-Zeynep Kerman. Ahmet Haşim. Bütün Şeirleri, 

İst., 1987, Dergah y.). Əhməd Haşim hələ on dörd-on beş yaşlarında Qalatasaray 

sultanisində oxuyarkən fransızca bir şeir antologiyasi sayəsində Qərb ədəbiyyatı ilə tanış 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

404 


olmuş, bu maraq onun ömrünün sonuna qədər davam etmişdir. Fransız simvolizminin 

poeziya anlayışını Henri de Regnenin, divan şeiri təcrübəsini və məzmunlar dünyasını isə 

Şeyx Qalibin şəxsində mənimsəmişdir. Haşim əsas etibarilə simvolistdir, lakin 

impressionizm onun üslubuna təsir etmişdir. O, romantik deyildir, ancaq yaradıcılığında 

romantizmə xas olan bəzi ünsürlərə yer vermişdir. Haşim öz daxili aləmini xarici 

dünyaya, təbiətə əks etdirməsi və ruhi vəziyyətinə uyğun olan təbiət təsviri ilə 

romantikdir. 

Haşim "Piyalə" kitabındakı "Müqəddimə"sində simvolizm anlayışına müəyyən qədər yer 

vermişdir. Bodlerdə kəskin olaraq görünən pessimizm və bədbinliklə yoğrulmuş 

simvolist anlayış Haşimdə də müşahidə edilir. O, simvolizmdən gələn bir təsirlə qadın, 

təbiət və poeziya mistiki olmuşdur. Xarici aləmdən və sosial reallıqdan bu üç ünsürə 

pənah aparmış və onlara sığınaraq xoşbəxt olamağa çalışmışdır. Onda islam imanı yerinə 

bunlar keçmişdir. Maddi dünyadan öz təxəyyülünün məhsulu olan mənəvi dünyaya 

qaçmışdır. Modern poeziyanın mücərrədlik anlayışı bu yanaşmaya əsaslanır. Onda qadın 

gerçək, konkret dünya qadını deyil, mücərrəd, xəyali, fövqəladə gözəllikdə ideal bir 

fiqurdur. Təbiət isə şən, nəşəli, aydın, gözəl, ruhu oxşayan, gündüz görünən hüdudları ilə 

deyil, qaranlıq, axşam alatoranında izlənən, qəmli, qüssəli, hüznlü, məhtablı təbiətdir. O, 

təbiətin göl, göy üzü, çöl, ay, qürub çağından ibarət olan ünsürlərinə üstünlük verir. Onun 

nəzərində şeir də musiqidən və duyğudan ibarət bir sənətdir. Şairin impressionizmini 

"Müqəddimə" başlıqlı bu bəndi ən gözəl şəkildə ifadə edir: 

 

Seyr eylədim əşkali-həyatı 



Mən hövzi-xəyalın sularında, 

Bir əksi-müləvvəndir onunçün 

Ərzin mənə əhcarü nəbatı. 

 

Bodler, Regne, Verlen, Samen, Remi de Qurmont, Anatol Frans, Alen kimi şairlərdən 



çox bəhrələnmişdir. Belçikalı şair Emil Verherendən qürub çağıının qızıllığı, ay işığı 

altında izlənən təbiətin görüntüləri, göllər və qamışlar, quşlar kimi motivləri almışdır. 

Fransız şair Anri de Regnedən də çox təsirlənmişdir. Özəlliklə gerçəklər dünyasından 

xəyala aləminə qaçma, musiqi, hovuz, bağça, budaqlardakı quş motivlərini Regnenin 

"Qitələr" (Sites, 1887) kitabından əxz etmişdir. 

Maddi varlıqları mücərrədləşdirmədə, onlara ruh vermədə böyük bir bacarığı var. Gerçək 

(real) dünyadan qaçıb sanal (irreal) dünyaya sığınmışdır. Gerçək dünya gündüzdür, hər 

şeyin əyan-bəyan olduğu zamandır. Sosial yaşantılar siyasi olaylardır. Konkret varlıq 

olay, fakt və durumlardır. Sanal dünya isə gecədir, fərdi həyatdır, simvollar, xəyallar, 

təəssüratlar, səs (ahəng) və rəngdir (rəsmdir). Varlıqları daha çox rəngləri ilə ön plana 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

405 


çıxarır. Onun şeirində rəng ünsürü çox açıq-aşkardır. Rənglərin dilinə vaqifdir, təzadlı 

rəngləri çox yaxşı işlədir.  

Haşimin şeirində musiqi ünsürü çox önəmli yer tutur. O, gurultuya dayanan bir musiqi 

deyil, sükunətdən, səssizlikdən qaynaqlanan bir musiqi istəyir və yaradır. Dışa dönən, 

maddi qaynaqlardan çıxan musiqi əvəzinə içə dönən, sakit bir mühitin mücərrəd 

musiqisini istəyir. Zamanın və ətraf mühitin diffuziyasından ibarət dingin təbiətə yayılan 

ilahi orkestrasyonun ritmini yaxalamağa çalışır.  

Haşim, əslində, çox çətin olan sərbəst nəzmin düşük qabiliyyətlər üçün nə qədər təhlükəli 

isə, usta əllərdə o qədər zəngin olduğunu söyləyir. Onun nəzərində sərbəst nəzm 

lüzumsuz qaydalardan qurtarılmış bir şeir söyləmə tərzidir. Haşim sərbəst nəzmi 

simvolistlərdən aldı. Qıvraq, fərqli və nizamsız uzunluqda misralar quraraq sərbəst 

müstəzad örnəkləri yazdı. "Yollar", "O bəldə" kimi şeirlərində bunu tətbiq etdiyini 

görmək mümkündür. O, sərbəst müstəzadı daha çox dəruni ahəngi təmin etmək üçün bir 

vasitə kimi işlətmişdir. 

O, şeirdə keçmişdən bəri alışdığımız yazı və danışıq dilindən fərqli olduğu dərhal sezilən 

özünəməxsus bir dil anlayışı yaratmışdır. Özəlliklə 1901-1915-ci illər arasında yazdığı 

şeirlərdə ərəb və fars mənşəli əski kəlmələri işlətdi, ancaq bunları yeni bir ruhla, yeni və 

təzə bir anlamda təqdim etdi. Onun şeirindəki əski sözlər işlənə-işlənə puçası çıxmış, 

yavanlaşmış, sıravi əski kəlmələr yığını təəssüratını yaratmır. Tam tərsinə, bu əski 

kəlmələrə yeni, maraqlı, xoş assosiasiya imkanları yükləmişdir. Şair əskini tərk etmədən 

yeniləşmə uğrunda mübarizə aparır. Onun dildə əskiyə yönəlməsini "Sərvəti-fünun" 

anlayışının davamı kimi düşünə bilərik. Haşimin dili həmin dönəmdəki şairlərin dilindən 

daha ağırdır. Çağdaşlarına görə o, ərəb-fars dil ünsürlərinə daha çox yer vermişdir. Bəzi 

şeirləri isə qismən sadədir. Özəlliklə son şeirləri öncəkilərə görə daha sadə və açıqdır. 

Bunda milli ədəbiyyat cərəyanının və dildə sadələşmə çalışmalarının təsiri ola bilər. 

Şeirlərində 2364 civarında kəlmə işlətmişdir. Yəni olduqca dar bir leksikona sahibdir. 

Onun şeirində ulantı (enjambement) tətbiq etməsi çox görülür. Uzun, silsilə epitetlərə yer 

verir. Haşim cümlə quruluşunda və ifadələrdə zaman-zaman qrammatik səhvlərə, 

yanlışlıqlara və əskikliklərə yol verir ki, bu da məna qapalılığına səbəb olur. Yenə də 

şeirləri zənn edildiyi qədər çox qapalı, mübhəm deyildir. Haşimin özünəməxsus xəyal 

sistemi çözülsə, şeirləri asanca anlaşıla bilər. Mütəəssir, mücərrəd, lirik təhkiyə 

üslublarına yer vermişdir. Haşim ahəng vasitəsi kimi əruz vəznini işlətmiş, qafiyə 

anlayışına ümumən bağlı qalmışdır. Dolayısı ilə, bu iki ünsürü ahəng qaynağı olaraq 

dəyərləndirmişdir. Ancaq həm əruzdan istifadə sahəsində, həm də qafiyə tapmaqda çox 

da uğur qazanmamışdır. Vəzn və qafiyə sahəsində dərin məlumat və şüurlu intizam sahibi 

deyildir. Modern Qərb şeirinin təsiri altında vəzndə və qafiyədə sərbəstliyə yol vermiş, 

bu iki tərənnüm vasitəsi üzərində oynamış, bir çox müxtəlif "icadlar" etmışdir. Heca 

vəznini kəndli vəzni saymış və əhəmiyyət verməmişdir. 

Əhməd Haşimin şeirləri mövzu baxımından çox zəngin deyildir. Zatən az olan şeirləri 

bəlli və məhdud mövzular ətrafında cəmləşmişdir. Bir bütöv olaraq dəyərləndirildiyində 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

406 


bunlar da əsasən fərdi mövzulardır. Sosial mövzu olaraq sadəcə II məşrutiyyətin elanı ilə 

gələn və hürriyyət havasını verən bir neçə şeiri ilə qarşılaşırıq. Ümumi mənada sosial və 

siyasi mövzulara yer verməməkdə, şeiri mütləq bir gözəllik sahəsi olaraq görməkdədir. 

Mövzuları arasında qadına, sevgiliyə və eşqə böyük yer verir. Haşim reallıqdan, yaşanan 

gerçəklərdən, maddi dünyadan, aktual olandan, cəmiyyətdən qaçan bir adamdır. 

Poeziyası böyük ölçüdə reallıqdan qaçmasının ifadə sahəsidir. Bəlli-başlı qaçış sahələri 

arasında axşam, gecə, xəyallar ölkəsi, xatirələri və uşaqlığı vardır. Bundan başqa, hüzn, 

qəm, kədər, ayrılıq, yalnızlıq, ölüm kimi mənfi və bədbin duyğulara da yer verir. 

Bunların xaricində çöl, ay, fəsillər, quşlar kimi təbiətin müxtəlif ünsürləri də onun 

şeirinin başlıca mövzuları arasındadır. 

Yəhya Kamal (1884-1958). Yəhya Kamal şeirlərini ən çox cümhuriyyət dövründə nəşr 

etdirmişdir. Onun şeirləri ölümündən sonra bu adlar altında kitablaşdırıldı: "Öz göy 

qübbəmiz" (1961), "Əski şeirin rüzgarıyla" (1962), "Rübailər və Xəyyam rübailərini 

türkcə söyləyiş" (1963), "Bitməmiş şeirlər" (1976). 

Yəhya Kamal 1903-cü ildə Parisə bir Qərb heyranı, alafranqalıq və jön türklük həvəskarı 

olaraq getdi. Lakin 1912-ci ildə türklüyünün fərqinə varmış, milli şüura çatmış bir türk 

olaraq döndü. Yəni təhsil aldığı, oxuduğu, öyrəndiyi məktəbdən xidmət edəcəyi, 

öyrəndiklərini tətbiq edəcəyi məmləkətinə qayıtdı. Qərb kültür, düşüncə, sənət və 

ədəbiyyatından alınması gərəkən dərsi və materialı almış, ancaq bunları öz orijinal 

sənətçi şəxsiyyətində əridərək və gərəkdiyi qədər işlədərək özünə aid milli bir ədəbiyyat 

yaratmış, orijinal bir milliyyətçilik düşüncəsi meydana gətirmişdir. O, Qərbin ağıllı bir 

tələbəsi olmuşdur. Qərbdən necə istifadə edilməsi gərəkdiyini başa düşmüş, nələri alıb, 

nələri almamaq lazım olduğunun şüuruna varmış bir türk ziyalısıdır. Qərbdən daha çox 

metod, texnika, anlayış, çıxış nöqtəsi, mentalitet kimi xüsuslarda yararlanmışdır. 

Gördüyü iş təqlid, tərcümə, adaptasiya deyil, orijinal, milli bir təlifdir. Yəni məktəbdən 

məmləkətə qayıtmağı bacarmışdır. Qərbin bəzi ədəbi cərəyanlarından, fikir adamı, şair və 

yazarlarından yararlanmışdır. Məsələn, parnasizmdən şeirdə forma mükəmməlliyini, 

misraları ölçülü-biçili bir halda düzməyi öyrənmişdir. Lakin parnasçılar şairin öz 

duyğularını və şəxsiyyətini bəlli etməsinə qarşıdırlar. Yəhya Kamal isə tam tərsinə, 

romantiklərə xas olan formada duyğularını, həssasiyyətini və şəxsiyyətini coşğu ilə əks 

etdirir. Bu yönüylə də parnasçı deyildir. Yəhya Kamal bir parnasçı olan Xose-Maria de 

Herediadan, Jan Morisdən və Malherbedən türk tarixini modern bir dastan halında 

yenidən yazmağı, şeirdə sadə, yalın, çılpaq, süssüz, işlək danışıq türkcəsini işlətməyi, 

Alber Sorel və Kamil Julliandan tarix və coğrafiya içində türklüyü, türk milliyyətini 

aramağı, Pol Valeridən və Mallarmedən ahəngli, mükəmməl misra qurmağı, Verlendən 

İstanbulun səmt və küçələrinin şeirini yazmağı öyrəndi. 

Yəhya Kamal xalqın problemlərinə, sosial və siyasi məsələlərinə demək olar ki, heç yer 

verməmişdir. Məsələn, xalqın yoxsulluğunu marksist şairlər kimi istismar etməmişdir. 

Onun şeirlərində ara-sıra xalqın kasıblığı kimi sosial və iqtisadi problemlər öz əksini 

tapır, ancaq bu, milli və sosial həyatımızın müxtəlif mənzərələri kimi və başqa 



Download 3.88 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   50   51   52   53   54   55   56   57   58




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling