Yeni Yazarlar və Sənətçilər Qurumu
Download 3.88 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Tərcümə etdi: Cavanşir Yusifli
- Hazırlayanı: Sabutay
- Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 368
daha mahirdir, bu kitabda nələrsə uğurlu, nələrsə uğursuz düşünülüb, heç nə, heç nə başa çatdırılmayıb. Servantesin uydurması və ya Servantesin yuxusunun obrazı olan bərbər də öz növbəsində Servantes haqqında mühakimə yürüdür… Doqquzuncu fəslin başlanğıcında verilən məlumat, yəni romanın bütünlüklə ərəb dilindən tərcümə olması və Servantesin Toledo bazarında əlyazmanı ələ keçirməsi, tərcümə etmək üçün kiməsə verməsi, bu adamın əlyazmanı ay yarımdan çox müddətdə, yəni roman başa çatana qədər evində saxlaması təəccüblüdür. Burada Karleyli xatırlayırıq, guya «Sartor Rezartus» Almaniyada doktor Diogen Teyfelsdrek tərəfindən çap edilən əsərin natamam tərcüməsidir; burada yadımıza «Zoqar və ya aydınlatma kitabını» yazan və bunu II əsrdə yaşamış hansısa Fələstin ravvinin adına çap etdirən Moisey Leonskiy düşür. Fantastik ikimənalılıqlarla oyun ikinci hissədə kulminasiyasına çatır; burada romanın personajları artıq birinci hissəni oxuyub qurtarmışlar, yəni «Don Kixot»un personajları elə «Don Kixotun oxucularıdır». Burada «Hamletin səhnəsinə başqa bir səhnəni qoşan Şekspiri necə xatırlamayasan, burada o, demək olar ki, «Hamlet»də olduğu kimi faciəni təqdim edir»; əsas və ikinci pyesin tam uyğun gəlməməsi bu tamaşanın effektini azaldır. Servantesin üsuluna oxşar üsul olsa da bir az daha parlaq şəkildə Valmikinin Ramanın qəhrəmanlıqları və onun şeytanlarla döyüşünü mədh edən «Ramayane» poemasında tətbiq edilmişdir. Sonuncu kitabda Ramanın atalarının kim olduğunu bilməyən oğulları meşədə – bir tərkidünyanın onlara oxumaq öyrətdiyi yerdə sığınacaq axtarırlar. Bu müəllim qəribə deyil ki, elə Valmikinin özüdür; onlara dərs öyrədilən kitab «Ramyana»dır. Rama atların qurban verilməsini tələb edir; Valmiki bayrama şagirdləri ilə gəlir. Onlar lut alətinin sədaları altında «Ramyananı» oxuyurlar. Rama öz əməllərinin tarixçəsini eşidir, beləliklə oğullarını tanıyır və şairə ənam verir… «Min bir gecə»də də belə bir vəziyyətlə rastlaşırıq. Bu fantastik əhvalatlar kompilyasiyasında ana nağıl bölünür və başgicəlləndirici dərəcədə köməkçi hissələrə ayrılır, ancaq burada onların reallıq səviyyələrini fərqləndirmə cəhdləri müşayiət edilmir və buna görə də effekt (gözlənilirdi ki, çox dərin olacaq) səthidir, şərq xalısındakı butalar kimi. Bütün dövrəni dolaşan əhvalatlar onlara məlumdur: hər gecəni bir bakirə qızla keçirən və səhər açılanda qızın başını vurmağı əmr edən şahın qəzəb içində içdiyi and və onu nağıllarla əyləndirən Şəhrizadın niyyəti hələ ki min bir gecə həddini ötüb keçməmişdir, və bu zaman o, şaha oğlunu göstərir. Min bir hissəni doldurmaq zərurəti nağılı qələmə alanları əllərindən gələn interpolyasiyanı etməyə məcbur edirdi. Onların heç biri bütün gecələr içində ən magik olan 1001-ci gecə kimi ürəyi həyəcana gətirmir. Bu gecə şah şahzadənin dilindən onun öz hekayətini dinləyir. Əvvəlcə o, bütün digər əhvalatları, ən əsası isə onun özünü də ehtiva edən hekayətin başlanğıcını dinləyir. Bu interpolyasiyanın sonsuz imkanları və həm də onunla bağlı təhlükə görəsən oxucuya tam aydındırmı. Birdən şahzadə nağılına son verməz və şah «Min bir gecənin» bir daha bitməyəck hekayətini fasiləsiz olaraq dinləmək məcburiyyətində qalar… Fəlsəfənin qadir olduğu uydurmalar incəsənətdə olduğundan az “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 369
fantastik deyildir: Cosaya Roys özünün ―The World and the Individual‖ (Dünya və Fərd) adlı əsərinin birinci cildində (1899) belə bir mülahizə söyləmişdi: «Təsəvvür edək ki, İngiltərədə yerin hər hansı bir hissəsi ideal şəkildə hamarlanıb və xəritəçi orada İngiltərənin xəritəsini çəkib. Onun əsəri qənirsizdir – ingilis torpağında elə bir künc- bucaq yoxdu ki, bu xəritədə əks olunmasın, burada hər şey təkrarlanıb. Bu halda sözü gedən xəritə xəritələr xəritəsini əhatə edən xəritələr xəritəsini… və beləcə sonsuza qədər xəritələr xəritəsini əhatə etməliydi». Nəyə görə xəritə içində xəritənin, min bir gecənin «Min bir gecə» haqqında kitaba daxil olması bizi həyəcanlandırır? Nəyə görə Don Kixotun «Don Kixot»un oxucusu olması, Hamletin isə «Hamletin» tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tipli işlər beynimizə belə bir fikri salır ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də bəlkə uydurmayıq. 1833-cü ildə Karleyl sezmişdi ki, ümumdünya tarixi bütün insanların oxuduğu və yazdığı, həm də anlamaq istədikləri sonsuz ilahi kitabdır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 370
Orxan Pamuk. ―Məsumiyyət muzeyi‖
Bu, həm romandır, həm muzey... İstanbullu zəngin ailənin övladı Kamal ilə uzaq və yoxsul qohumu Füsunun hekayəsini anladır bu roman. Sürətli, hərəkətli hadisələrin bir-birini əvəz etdiyi və insan ruhunun dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə, əlimizdən buraxa bilməyəcəyimiz və yenidən oxuyacağımız romandır ―Məsumiyyət muzeyi‖. Dünyada milyonlarla oxucunun sevgi və heyranlığını qazanan kitabları əlli səkkiz dilə çevrilən və hər yeni romanı böyük bir maraqla gözlənilən Pamuk oxucularına unudulmaz yuxular sayağı sarsıdıcı bir hekayət danışır. Bu, bir eşq romanıdır. Hələlik Azərbaycan oxucusunun bu romanla doğma dildə tanış ola bilmir. Lakin bizim də oxucular əsərin sehrindən xəbərdardır desək, yanılmarıq. Romana marağı nəzərə alıb, onun ən maraqlı məqamlarını oxuculara çatdırırıq.
* * * Orxan Pamuk ―Məsumiyyət muzeyi‖ romanını 2001-ci ildə - ―Qar‖ romanını nəşr etdirdikdən qısa müddət sonra yazmağa başlayıb. Əsər üzərində bir il işlədikdən sonra yarımçıq saxlayıb ―İstanbul‖ romanını yazır. 2003-cü ildə ―İstanbul‖u oxuculara təqdim edir və yenidən ―Məsumiyyət muzeyi‖ni yazmağa davam edir. Roman üzərində fasiləsiz 5 il işləyir. * * * Bu böyük eşq romanı bu sözlərlə başlayır: ―Məsumiyyət muzeyi‖ni oxuyarkən tək eşq haqqında deyil, evlilik, yoldaşlıq, cinsəllik, ehtiras, ailə və xoşbəxtlik haqqındakı bütün düşüncələrinizdən dərindən təsirlənəcək və kitabın rəngarəng dünyasından ayrılmaq istəməyəcəksiniz». * * * ―Məsumiyyət muzeyi‖ bir sevgi romanıdr. Necə ki, ―Qar‖ əsəri siyasətə, ―Mənim adım Qırmızı‖ rəsmə və sənətə həsr edildiyi kimi, bu roman da mövzusunu eşqdən götürür. Amma bütün romanları kimi, bu əsərində də Pamuk insan həyatının hər bir sahəsinə, gündəlik həyatın incəliklərinə və sənət, təklik, xoşbəxtlik, qəzetl və televiziya, ailə kimi - yazıçının sevdiyi bir çox məsələlərə toxunur. * * * ―Məsumiyyət muzeyi‖ sadəcə bir roman deyil. Pamukun illərdir qurmağa çalışdığı bir muzeyin də adı belədir. Bu muzeydə yazıçının aşiq qəhrəmanı olan Kamalın sevgilisi
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 371
Füsunun toxunduğu əşyaların kolleksiyası sərgilənəcək. Bu muzeyin qurulması məsələlərinə romanın özündə aydınlıq gətirilir. Bu romanı yazarkən o, dünyanın bir çox muzeylərində gündəlik həyat əşyalarının necə sərgiləndiyini dərindən araşdırıb. * * * Yazıçı roman üzərində çalışdığı 7 ildə - Nobel mükafatı qarışıq, 9 beynəlxalq ədəbi mükafata sahib olub. Bu yeddi ildə yazıçı, Türkiyədə Boğaziçi, Hollandiyada Tilburq, Almaniyada Berlin Frei, Amerikada Georgetovn, İspaniyada Madrid, Livanda Beyrut Amerika universitetləri tərəfindn fəxri doktor adına layiq görülüb. Bütün bu mükafatları almaq üçün çıxdığı səfərlər zamanı Pamuk hər bir yerdə - təyyarədə, hotel otaqlarında fasilə vermədən ―Məsumiyyət muzeyi‖ üzərində işini davam etdirib. * * * ―Məsumiyyət muzeyi‖ 592 səhifə, 140366 sözdən ibarətdir. ―Cövdət Bəy və oğulları‖ romanından sonra bu əsər yazıçının ən uzun romanı sayılır. ―Cövdət Bəy və oğulları‖, ―Qara kitab‖ əsərlərində olduğu kimi Pamukun doğulub böyüdüyü Nişantaşı bölgəsi bu romandakı hadisələrdə mərkəzi yerdədir. * * * Romanın bir çox səhnələri bir «Şevrolet» markalı 56 model maşında cərəyan edir.. * * * Pamukun digər əsərlərindən tanıdığımız bəzi obrazlar bu romanda da təsvir olunur. Məsələn, ―Qara kitab‖dan tanıdığımız köşə yazarı Cəlal Salik, ―Cövdət bəy və oğulları‖dan əsas obrazlar, o cümlədən Pamukun ailə üzvləri bu romanın iştirakçılarındandır. Romanın təqdimatı belədir: "Həyatımın ən xoşbəxt anıymış, bilmirdim" * * * Romanının əsas süjeti belədir. Fabrikant Basmacı ailəsinin yaxşı oxumuş 30 yaşındakı oğulları Kamal uzaq qohumları yoxsul İti ailəsinin 18 yaşındakı gözəl qızı Füsuna aşiq olur. Pamuk "kübar cəmiyyət" deyilən zümrəyə bu romanda dərin, detallı və əyləncəli bir baxışla baxır. * * * Romanda 1975-ci ildə «Hilton» hotelində qeyd edilən və bütün detallarıyla izah olunan 50 səhifəlik bir nişan səhnəsinin təsviri var. * * *
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 372
Bu əsəri Pamukun sıx izdihamlı romanı adlandırmaq olar. Oxucu 83 hissədə 150-yə qədər obraz və xarakterlə dəfələrlə qarşılaşır. * * * ―Məsumiyyət muzeyi‖ bir roman olmaqla bərabər, həm də yazıçının Çuxurçumada qurmaqda olduğu muzeyin adıdır. Bu muzeydə roman qəhrəmanı Kamalın və sevgilisi Füsunun toxunduğu əşyalar və romana bağlı bir şox şeylər nümayiş etdiriləcək.Yazıçı bu əşyaları toplamağa çoxdan başlayıb. Eksponatları xaricdə nümayiş etdirmək təklifinə isə yazıçı hələ də müsbət cavab verməyib. * * * Əsərdə eşq, əşyalara və insanlara bağlanma, kolleksiyaçılıq, muzeylər kimi mövzular, cinsəllik, bakirəlik haqqındakı ənənəvi baxışlar da mübahisə və müzakirə predmetinə çevrilir. * * * Pamukun romanları dünyada yeddi milyon nüsxədən çox satılıb və 58 dilə tərcümə edilib . ―Məsumiyyət muzeyi‖ hələ yazılıb başa çatmadan 30 ölkədən tərcümə sifarişi edilib. İlk sifarişçi isə bir Almaniya nəşriyyatı olub. * * * Pamuk romanıyla bağlı iki məqalə yazıb. İlk məqalə romanın ədəbi, fərdi və fəlsəfi qaynaqları barədədir. Digər məqaləsini isə böyük eşq romanlarının mövzularına həsr edib. Romanını oxucuya aydınlaşdırmaqdan daha çox, onu necə qurduğunu, necə xəyal etdiyini və digər eşq romanlarından fərqinə toxunulan bu məqalələr də xüsusi marağa səbəb olub.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 373
Al Paçino Sizə bir hekayə danışacam
Tarixin ən böyük aktyorlarından biri, bəlkə də birincisi Al Paçinonun təqdimata ehtiyacı varmı? Təbii ki, yox. Bu əsrarəngiz adamın həyatı hər zaman insanların diqqətini cəlb edib. Milyonlar onun istedadının, dahiliyinin sirrini anlamağa çalışıb. Bəs bu adam sizə öz həyat hekayəsini danışmaq istəsəydi necə? O zaman onu dinləmək fürsətini qaçırmayın...
Sizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur. Burda pis şey görmürəm - sadəcə insanlar belə yaradılıb. Amma bu dəfə bir əngəl çıxdı. Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin. Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə gedəcəyim qadın mənim kimi məşhur şəxsdi. Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: ―Sizin avtomobilinizin baqajında köhnə papaqdan-zaddan bir şey var?‖ O baxdı, papaqla eynəyi tapandan sonra dedi: ―Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!‖ Mən saqqalı taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı. Telekameralar mən tərəfə çevrildi. Stadionda kim var, mənə tərəf baxır. ―Bu nə zəhrimardı? - fikirləşdim - Axı məndə saqqal var‖. Əlbəttə ki, bütün bunlar məni müşayiət edən qadına görəydi. Əşi, nə isə... Amma birdən hiss elədim ki, saqqal çənəmdən sürüşür. ―Axmaq bir vəziyyət yarandı. İndi nə etməli? Saqqalı qoparıb düzəltdim-başqa nə edə bilərdim ki? Təbbi ki, bütün bunlar saat 11 xəbərlərində göstərildi: ―Maraqlıdır, niyə Al Paçino stadiona yalançı saqqal taxaraq gəlib?‖
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 374
Bu saqqalı sancaqlar muzeyinə vermək lazım idi. Xəbərlərdə özümü görüb xeyli güldüm, amma bəzi nəticələr də çıxardım. Bir də belə hadisə baş verməyəcək. Hara getməyimdən asılı olmayaraq, daha mən hər yerdə necəyəmsə - elə peyda oluram. * * * Balaca oğlan olduğum zaman, böyük nənəm (nənəmin anası-R.C) bəzən mənə gümüş dollar verirdi. O mənimlə həmişə çox mehriban rəftar edirdi. Nənəm mənə pulu verməyə hazırlaşan kimi bütün ailə xorla bağırmağa başlayırdı: ―Yox! Yox! Yoooox! Ona gümüş dollar vermə!‖ Bu sözlər ciddiyyətlə deyilirdi - axı biz dəhşətli dərəcədə kasıb idik. Pul mənim ovcumda peyda olan kimi hamı böyürməyə başlayırdı: ―Ver! Geri qaytar!‖ - buna görə də hədiyyəni aldığım üçün özümü narahat hiss eləyirdim. * * * Valideynlərim boşanmışdılar, mən hələ çox balacaydım. Ailənin yeganə uşağıydım, anam, nənəm və babamla birlikdə Cənubi Bronksun çoxmənzilli evlərindən birində yaşayırdım. Biz çox çətin dolanırdıq. Buna görə də əyrilmiş yulaf sarğısından kupon kəsməklə Tom Miksdən mahmız (şpor) əldə etmək mümkün olduğunu biləndə sevincimin həddi-hüdudu yoxuydu. Tom Miks qərblilərin kavboy qəhrəmanı idi. O çox məşhuruydu, çox! Kağız lentlə sarınıb poçtla göndərilmiş mahmızlar əsrarəngiz anlam daşıyırdı. Nə isə biz mahmızları sifariş etdik. Böyük nənəm öləndə mənim təxmini 6 yaşım olardı. Yadımdadır, biz dəfn mərasimindən evə gəldik və məlum oldu ki, Tom Miksin mahmızlar olan bağlaması gəlib. Sevincimin həddi - hüdudu yoxuydu. Amma birdən xatırladım ki, nənəm yenicə ölüb. Mən mahmızlara görə sevincimdən tullanıb düşmək istəyirdim, amma... Mən o gün insanın içində özü ilə ziddiyətin nə olduğunu anladım. * * * Anam işləməsinə baxmayaraq, hər dəfə yeni film çıxanda məni kinoteatra aparmaq üçün vaxt tapardı. O birisi gün mən evdə tək qalır, bütün rolları ifa etməklə filmi başdan - axıracan özüm üçün canlandırırdım. ―Kədərli uikkend‖ filminə mən hələ çox balaca olanda baxmışdım, amma o mənə çox ciddi təsir etmişdi. Mən ekranda baş verənləri anlamırdım, amma heyranlıqdan tüklərim biz-biz olmuşdu. Rey Millend boş yerə ―Oskar‖a layiq görülməmişdi, o bu filmdə rolunu əla oynamışdı. “Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 375
―Kədərli uikend‖də bir səhnə var, Millend viski butulkasını axtarır. Sərxoş olub o şüşəni mənzildə harasa qoyub, amma indi ayılıb və onu tapmaq istəyir. Bilir ki, şüşə hardasa buralardadı, amma dəqiq hardadı xatırlamır. Uzun müddət axtarır və sonda tapır. Mən tez - tez bu səhnəni oynayardım. Atam məni ziyarət eləməyə gələndə, bəzən məni də götürüb Qarledəki qohumlarının yanına aparardı və deyərdi: ―Onlara butulkayla olan səhnəni göstər‖. Mən səhnəni oynayardım və hamı gülərdi. Mənsə öz-özümə fikirləşərdim: ―Onlar nəyə gülür, axı bu ciddi səhnədi?‖ * * * Bir dəfə uşaqlıqda küçə tamaşasına getmişdim, topu götürüb atdım və bir neçə butulkanı yıxa bildim, amma mənə hədiyyə vermədilər. O gün mən heç cür özümə gələ bilmirdim: necə oldu ki, onlar belə hərəkət elədilər? Bu nə ədalətsizlikdir?! Evə getdim və babama hər şeyi danışdım. Amma o elə bir sifət aldı ki...o hələ də mənim gözümün qabağından getmir. Onun sifətində bu ifadə vardı: ―Səncə mən indi 6-cı mərtəbədən pilləkənlə aşağı düşməli, 5 kvartal piyada getməli və küçə tamaşasındakı hansısa avaraya sübut eləməliyəm ki, sən butulkaları yıxmısan və hədiyyəyə layiqsən?!‖ Mən bütün bunları onun sifətindən oxudum. Bununla belə o, mənə izah eləməyə çalışdı ki, həyatda belə şeylər də baş verir. O haqlı idi. Həqiqətən baş verir. * * * Anam mən hələ uğur qazanmamışdan qabaq öldü. Yadımdadır, mənim 10 yaşım olardı. Bizim mənzil yuxarı mərtəbədəydi. Dəhşət soyuğuydu. Aşağıda, döngədəki dostlarım məni küçəyə oynamağa çağırırdılar. Amma anam məni buraxmadı. Mən çox incidim və dayanmadan onun üstünə qışqırmağa başladım. O mənim acı məzəmmətlərimə dözdü. Və mənim həyatımı xilas elədi. Başa düşürsüz, məni o vaxt gəzməyə çağıran dostlarım indi həyatda yoxdular. Anam istəyirdi ki, mən gecə keçənədək küçədə veyllənməyim, dərslərimi oxuyum. Məhz buna görə mən indi burda oturmuşam və sizinlə söhbət edirəm. Hər şey çox sadədir, elə deyilmi? Amma biz çox unutqanıq... * * * Mən hələ balaca oğlan olduğum zamanlarda, avtobusdan düşüb başqa marşruta minəndə sarı, qırmızı, mavi rəngdə talon verirdilər. Biz, uşaqlarla istifadə edilmiş talonların hara tullandığını bilirdik, onları tapır və ciblərimizə doldururduq. Bu kağızcıqlar heç nəyə yaramırdı, amma onlar bizə çox dəyərli görsənirdi. Sən heç təsəvvür edə bilirsənmi ki, cibində çoxlu pulla veyllənmək nə deməkdir? * * * Aktyor kimi mən səhnədə ilk dəfə ibtidai məktəbdə oxuduğum zaman olmuşam. Biz tamaşa qoymuşduq, səhnənin ortasında böyük tiyan, bədnam ―hər şeyi əridən tiyan‖ varıydı, mən isə italiyalı nümayəndə kimi onu qaşıqla qarışdırırdım. İndi də xatırlayıram:
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
Yeni Yazarlar və Sənətçilər Qurumu – www.kitabxana.net – Milli Virtual Kitabxana 376
məktəbdəki uşaqlar məndən avtoqraf istəyirdilər, mən də ―Sonni Skott‖ imzasıyla avtoqraf paylayırdım. Özümə ahəngdar təxəllüs götürmüşdüm, başa düşürsüz də? * * * Həyatımın ən böyük sarsıntılarından birini Cənubi Bronskda, əvvəllər varyete (yüngül janrlı tamaşalar göstərən teatr - R.C), sonra isə kinoteatra çevrilmiş zalda yaşamışam. Tamaşanı ―gəzən‖ truppa təqdim edirdi. Çexovun ―Qağayı‖sını (Çayka) oynayırdılar. Tamaşa başladı...və birdən - birə də qurtardı. Zaman bir anda keçdi. Bu möcüzə idi. Yadımdadır, mən fikrə daldım: ―Necə olmalısan ki, belə bir şey yaza biləsən?‖ Mən dərhal Çexovun seçmə hekayələrini axtarıb tapmışdım. * * * Bir dəfə qəlyanaltı etmək üçün ―Hovard Consona‖ girdim və gördüm ki, həmin tamaşada parlayan aktyor piştaxtanın arxasında kofe süzür. Onda mən başa düşdüm ki, həyat nisbidir: əvvəlcə o məni öz oyunu ilə heyran etdi, indi isə ―Hovard Consonun‖ piştaxtasının arxasında dayanıb və mənə qulluq edir. * * * Vaxt vardı ki, mən köşklərə ―Şou-biznes‖ adlı qəzet paylayırdım. Heç vaxt yadımdan çıxmaz ki, mənə nə qədər maaş verirdilər - 12 dollar. Onluq və iki kağız dollar. Onluğu dərhal xırdalayardım ki, məndə on iki dənə bir dollarlıq olsun. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hamıya elə gəlir ki, səndə pul ağlasığmaz qədərdi. * * * İlk dəfə Bostonun repertuar teatrından normal qonorar alanda, təxmini mənim 25 yaşım olardı. Bara getdim, stulda oturub martini içdim. Hətta bundan sonra da məndə pul qalmışdı! * * * Filmdə oynamaqla, tamaşada oynamaq arasındakı fərq nədir bilirsizmi? Oynamaq onsuzda tarım çəkilmiş kəndirbaz üstündə oynamaqdır. Səhnədə ip çox yuxarıdandı. Yıxılsan şil-küt olacaqsan. Amma kinoda ip yerin üstündədi. * * * Bir dəfə işıqforun yanında durub küçənin o tərəfindəki qıza baxdım və gülümsədim. Amma o: ―O-oo, salam Maykl‖ - deyərək cavab verdi. Bilirsiz də Maykl ―Xaç atası‖ filminin qəhrəmanıdı. Məndə belə bir təəssürat yarandı ki, o bir anda məni yoldan ötən adi insan olmaq hüququndan məhrum elədi. O məni görmüşdü, amma o məndəki məni görməmişdi. |
ma'muriyatiga murojaat qiling