Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”
Download 1.02 Mb. Pdf ko'rish
|
Zeynalova-lk-r-lham-q-z-
rinqini, b) sosial-iqtisadi götəricilərin mümkün yol verilə bilən hüdud qiymətlərinin
müəyyən edilməsini (hüdud qiymətlərinə əməl edilməməsi qeyri stabilliyə gətirib çıxar və c) daxili və xarici təhlükələrin aşkar edilməsi və qarşısının alınması üzrə fəaliyyəti birləşdirir. Aşağıda bu elementlərin hər biri yığcam olaraq xarakterizə edilir. Monitorinq iqtisadi təhlükəsizlik göstəricilərinin dinamikasının müşahidə olunmasının informasiya-analitik sistemidir. Hüdud qiymətlərinin yol verilən səviyyəsinin keçilməsi kompensasiya resurslarının yaradılmasını nəzərdə tutur. Bu resurslardan gözlənilən ekstremal situasiyalarda istifadə edilə bilər. Burada resursların, toxunulmaz ehtiyatların, istehsal və qeyri-istehsal təyinatlı ehtiyatların və s. səviyyəsi ilə sosial-iqtisadi göstəricilər arasında əlaqə nəzərdə tutulur. İqtisadi təhlükəsizliyə daxili və xarici təhdidlərin aşkar edilməsi və qarşısının alınması üzrə əsas fəaliyyətə a) iqtisadi inkişafın faktiki və ya proqnozlaşdırılan qiymətlərinin iqtisadi təhlükəsizlik üçün müəyyən edilmiş hüdud qiymətlərindən kənarlaşmaların aşkar edilməsi və təhlükəli zonadan çıxma üzrə kompleks tədbirlərin hazırlanması; b) iqtisadi təhlükəsizliyi təmin edən tədbirlər və mexanizmləri (bu 13 tədbirlər və mexanizmlər sosial-iqtisadi inkişafın proqnozları ilə eyni zamanda hazırlanır və sosial-iqtisadi inkişaf proqramlar çərçivəsində reallaşdırılır); c) iqtisadi təhlükəsizlik üçün təhlükənin yaranmasına yol verməmək və ya bu təhlükənin aradan qaldırılması məqsədi ilə hazırlanmış tədbirlərin realizasiyası üzrə işlərin təşkili (hazırlanmış tədbirlərin realizasiyası üzrə işlərin təşkilinin gedişində Təhlükəsizlik Xidməti iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə büdcəni nəzərdən keçirir və zəruri tədbirlərin həyata keçirilməsi bölməsinin fəaliyyətini əlaqələndirir); d) iqtisadi təhlükəsizlik baxımından maliyyə və təsərrüfat məsələləri üzrə qəbul edilmiş qərarların ekspertizası aiddir. İqtisadi təhlükəsizliyə təhdidlərin aradan qaldırılması tədbirlərinin realizasiyası onların icra olunmasına nəzarət sisteminin yaradılmasını tələb edir. Qeyd etmək lazımdır ki, təsərrüfat subyektlərinin fəaliyyətinə direktiv, inzibati metodlarla müdaxilə edilməsi məhdudlaşdırıldığı çoxukladlı bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi, o cümlədən struktur dəyişikliklərinin və pul-maliyyə axınlarının məqsədyönlü tənzimlənməsinə zərurət yaranır. Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi mexanizminin nəzəri və praktiki məsələlərinin hazırlanması həmin ölkənin milli konsepsiyasına əsaslanır. İqtisadi təhlükəsizliyin və onun iqtisadi asılılıq və müstəqillik, stabillik və qeyri-stabillik, zəif və güclü tərəfləri və s. kateqoriyalarla əlaqəsinin sonrakı tədqiqi üçün hər şeydən əvvəl iqtisadi təhlükəsizlik subyektlərinin və bu subyektlər üçün təhlükə yaradan təhdidlərin təsnifləşdirilməsi lazımdır. Iqtisadi təhlükəsizlik subyektlərinin və onun fəaliyyətinə təhdidlər yaradan problemlərin tədqiqi göstərir ki, iqtisadi təhlükəsizliyə təhdidlərin təsnifləşdiril- məsinə “təhlükə” anlayışının məzmunun müəyyən edilməsindən başlanılmalıdır. Təhlükə dedikdə sosial obyekt və subyektə neqativ təsir edən və bu təsir nəticəsində həmin obyekt və subyektə ziyan vura bilən, onların vəziyyətini pisləşdirən və ya məhv edilməsinə səbəb olan obyektiv imkanlar başa düşülür [19]. Neqativ təsir etmə imkanları təhdid mənbəyinin, yəni destruktiv amillərlərin mövcudluğu ilə müəyyən 14 olunur. Təhlükələr, təhdidlər təbii mənşəli ola bilər. Təhlükə, təhdid baş vermə ehtimalına görə a) yalançı, b) potensial və c) real təhlükə və təhdidlər bölünürlər. Download 1.02 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling