Ixtiologiya balıqlar haqda elmdir (yunanca "ixtis"-balıq, "loqos" söz, ağıl deməkdir)


Download 0.92 Mb.
bet4/11
Sana20.09.2020
Hajmi0.92 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Duzluluq. Suların tərkibində müxtəlif elemenlər və mineral duzlar var. Suyun duzluluğu promillə (‰) göstərilir. Tərkibində olan duzların mıqdarına görə şirin (0,5‰-ə qədər), şortəhər (0,5-25‰), dəniz (25-40‰-dən yuxarı) su qrupları məlumdur.

Dənizlərin duzluluğu müxtəlifdir. Baltik dənizinin duzluluğu 4-16‰. Azov dənizinin -9-10‰ , Xəzərin -11-13‰, Qara dənizin 16-19‰, okean suyunun -35‰-dir.

Balıqlar müəyyən duzluluqda yaşamağa uyğunlaşıbar. Onların bir qismi həm duzlu, dəm də şirin sularda yaşaya bilir. Duzluluğa münasibətinə görə balıqları evriqal və steioqal qruplara ayırırlar. Evriqallara (müxtəlif duzluluqda yaşaya bilənlər) kefalları, kilkələri, Xəzər aterinini, iynə balığını, bəzi xulları və s. stenoqalinlərə (duzluluğun çox az dəyişilməsi şəraitində yaşayanlar) dərinlik balıqlarını və şirin su kürəkburunu misal göstərmək olar. Kürəkburun duzluluğun hətta 0,2-0,3‰ dəyişilməsinə dözmür, məhv olur. Bunun əksinə olaraq Xəzər kilkələri duzluluğun 0-13‰, iynə balıq, aterin, qumluq xulu, girdə xul 0-60‰, kefallar 0-83‰ dəyişilməsi şəraitində yaşaya bilir.

Əksər balıqlar, hətta eyni növün fərdləri şorluğu müəyyən promilə qədər olan duzlu sularda şirin sulara nisbətən sürətlə böyüyür. Məs.: karp duzluluğu 3-5‰ olan sularda daha yaxşı qidalanır və böyüyür.

Duzluluq artdıqca suyun sıxlığı da artır. Balıqlar müəyyən duzluluqda, deməli həm də müəyyən osmotik təzyiq şəraitində yaşamağa uyğunlaşıblar. Suda osmotik təzyiqin müxtəlifliyi balıqların bir şəraitdən başqa şəraitə getməsini məhdudlaşdırır. Güman ki, həm də bununla əlaqədar bəzi balıqlar osmotik təzyiqi nizamlamağa uyğunlaşıb.

Suyun duzluluğu həm də balıqların yaşayışını müəyyənləşdirən amildir. Yuxarıda qeyd olunduğu kimi bəzi balıqlar müəyyən qədər duzlu, digərləri şirin, üçüncüləri isə həm duzlu, həm də şirin sularda yaşayır. Buna görə də su kütləsinin hər hansı səbəbdən qarışması və ya yer dəyişməsi balıqların müvafiq yerdəyişməsinə - yayılmasına səbəb olur ki, bu da balıq ovuna asaslı təsir göstərir. Məs.: Havay adaları yaxınlığında duzluluğu müxtəlif olan iki axın var. Bunların biri Kaliforniya (duzluluğu 34,8-35,0‰), digər Sakit okeanın şimalında passat küləklər vasitəsi ilə olan (duzluluğu 35‰-dən çox) axındır. Küləyin istiqamətindən asılı olaraq bu axınların bəzən biri, bəzən də digəri Havay adalarına sıxılır, ona görə də burada suyun duzluluğu dəyişilir. Duzluluq 35‰-dən çox olduqda şorluğa daha həssas olan zolaqlı tunesin ovu təxminən iki dəfə azalır. İsveçin cənub-qərb sahillərində aparılan siyənək ovu duzluluq 32-33‰-dən yuxan qalxdıqda azalaraq, nəhayət tamam kəsilir. Cənub dənizlərində duzluluğun artması həm ixtifaunaya, həm də qida obyektlərinin inkişafına təsir edir. Azov dənizində duzluluğun artması meduzaların artmasına, zooplanktonun isə azalmasına səbəb olur.

Suyun tərkibində olan biogen elementlərin də (azot, fosfor, silisium turşularının duzları) balıqlara təsiri böyükdür. Bu elementlər ilk bioloji məhsul olan fıtoplanktonun, daha sonra heyvani planktonun və bentik orqanizmlərin inkişafını sürətləndirir.

Dəniz suyunda əsasən xlor, şirin sularda kalsium karbonat və kalsium sulfat duzları daha çoxdur. Ona görə də şirin sular cod və ya yumşaq olur. Tərkibində kalsiumun miqdarı 0,l%-dən çox olan sular cod, az olanlar isə yumşaq sudur. Əsasən dağ çaylarında yaşayan qızılxallı cod suya daha çox meyillidir.

Su hövzələrinə mineral gübrələrin verilməsi balıqların qida orqanizmlərinin inkişafını sürətləndirir, məhsuldarlığı artırır. İ.A.Şexanova, P.A.Moiseyev, N.A.Əzizova və b. (1981) məlumatına görə fosforlu gübrələr həm də orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyüməyə müsbət təsir edir. Suda dəmir duzları da var. Bu duzların miqdarı hər litr suda 0,1 mq olduqda maddələr mübadiləsinə müsbət, 0,1 mq-dən çox olduqda mənfi təsir göstərir: tənəffusü çətinləşdirir, böyüməni zəiflədir.

Suda həll olmuş qazlar. Suda əsasən oksigen, azot və az miqdarda karbon qazı olur. Balıqlar suda həll olmuş oksigen hesabına tənəffüs edirlər. Çox az qisim balıqlar hava tənəffüsünə də qismən uyğunlaşıb. Balıqların oksigenə olan tələbatı müxtəlif olub, yaşayış həyat tərzi ilə əlaqədardır. Bir qayda olaraq soyuq su balıqları, pelegial balıqlar və ya, balıqları dib həyatı keçirənlərə və göllərdə yaşayanlara (ümumiyyətlə isti sevənlərə) nisbətən daha çox oksigen tələb edir. Oksigenə olan tələbatına görə balıqları aşağıdakı qruplara bölmək olar: oksigen bolluğunda yaşayanlar (belə suların oksigen tutumu hər litrdə 7-11sm3-dir), məs.: qrzılbalıqlar, şəmayı; oksigen bolluğu və ya onun qismən azlığı şəraitində yaşayanlar (bir litr suda 5-7 sm3), məs.: xarius; oksigen azlığında yaşayanlar (4 sm3-qədər), məs.: xanı, karp, külmə, durnabalığı; oksigen qıtlığında yaşayanlar (0,5-2,0 sm3), məs.: lil balığı, karas, çəki və s.

Dəniz balıqları oksigenə daha çox tələbkar hesab edilir. Suyun oksigen tutumu optimaldan 60-70%-ə endikdə dəniz balıqları boğulurlar. Suda oksigenin miqdarı temperaturdan, duzluluqdan, buz örtüyündən, su bitkibrinin inkişafından, üzvi maddələrin parçalanma prosesindən asılı olaraq dəyişilir. Suyun temperaturu və duzluluğu "0" yaxın olduqda oksigen tutumu hər litr suda 10,29 sm3 olduğu halda, temperatur 30,0°-yə qalxdıqda oksigen tutumu təxminən yarıya qədər azalır. Qışda durğun suların donması nəticəsində hava ilə əlaqə kəsilir. Həm bu səbəbdən, həm də balıq çox olduqda suda oksigen çatışmazlığı baş verə bilir ki, bu hal bəzən balıq qırğınına səbəb olur.

Oksigenə olan ehtiyac balığın növündən, yaşından, hərəkətliliyindən, fizioloji vəziyyətindən, eləcə də (indicə olunduğu kimi) temperaturdan və duzluluqdan asılıdır. Su bitkilərinin xüsusilə ali bitkilərin yüksək inkişafı da bir tərəfdən su kütləsinin hərəkətini çətinləşdirir, digər tərəfdən bitki çürüntüsü hesabına suda üzvi maddələrin çoxalmasına və parçalanma prosesinin sürətlənməsinə səbəb olur. Нər iki amil suyun oksigen rejimini pisləşdirir və əgər oksigen qatılığı olarsa balıqların yenə də kütləvi qırğını baş verir. Belə qırğın adətən yayda gecə vaxtı bir hüceyrəli yosunlar çoxlu inkişaf etmiş durğun sularda müşahidə edilir.

Balıq körpələri yaşlılara nisbətən oksigenə daha “Kardır”. 8 günlük plotva sürfələri oksigen tutumu bir litr suda 3,45 sm3-dən az olduqda yaşaya bilmədiyi halda, 49 günlük körpələr (1 sm3) və yaşlı balıqlar (0,6 sm3) oksigen qıtlığı şəraitində belə öz həyatiliyini saxlayırlar.

Balıqların oksigenə olan ehtiyacı fərdlərin tək-tək və ya sürü halında yaşaması ilə də əlaqədardır. Sürü halında yaşama zamanı hər fərdin oksigen sərfi nisbətən azalır. Oksigenin belə azalması balıqlar çökəkliklərə qışlamaya yığılan zaman da müşahidə edilir.

Kürüləmə ərəfəsində hər bir fərdin oksigenə olan ehtiyacı optimuma nisbətən kifayət qədər artır. Kürüləmədən sonra intensiv qidalanma dövrü başlayır. Bu dövrdə oksigenin azalması hətta yem bolluğu şəraitində qidalanmanın zəifləməsinə səbəb olur. Oksigenin çoxluğu da bəzən zərərlidir, belə ki, onun kəskin surətdə artması balıqların oksigen bolluğundan hətta boğulması ilə nəticələnir. Həm hava oksigeni ilə zənginləşmə, həm də planktonun fəaliyyəti nəticəsində dənizin üst qatlarında oksigenin miqdarı daha yüksək olur. Suyun üfüqi qarışması üst qatlarda oksigenin nisbətən də olsa bərabər paylanması ilə nəticələnir.

Lakin dərin qatların bəzi hissələrində oksigen çatışmazlığı, bu səbəbdən də zamor hadisəsi müşahidə edilir. Bu isə öz növbəsində balıqların yayılmasına və say dinamikasına təsir göstərir. Oksigen qıtlığı Dünya okeanı şelfində və onun yuxarı hissəsində (0,6 milyon kvadrat km sahədə) qeyd edilib. Güman ki, elə bu səbəbdən buranın bioloji məhsuldarlığı aşağıdır, dib balıqlarının miqdarı isə məhduddur.

Karbon qazının da balıqların həyatında rolu böyükdür. Sularda karbon qazı bitkilərin və su heyvanlarının tənəffüsü və üzvü maddələrin parçalanması nəticəsində gəlir. Suda karbon, qazının ən az miqdarı belə qanın tutumunu azaldır, tənəffüsü çətinləşdirir, boğulmasına səbəb olur. Ədəbiyyat məlumatına görə satış balıqçılığı təsərrüfatları göllərində karbon qazının miqdarı hər litr suda yayda 10, qışda 20 sm3 olduqda balıqlara mənfi təsir göstərmir, 30 sm3-ə qədər qalxması da əsaslı zərər vermir. Qızılxallı göllərində karbon qazı hər litr suda 40 sm3 olduqda balıqlara öldürücü təsir göstərir.

Hidrogen sulfit (H2S) qazı sularda oksigen çatışmazlığından baş verir. Qara dənizin, qismən Ağ dənizin, eləcə də bəzi digər dənizlərin dərinliklərində suyun dərinliyə doğru qarışması olmadığından oksigen qıtlığı, əksər hallarda çatışmazlığı qeyd edilib. Buna görə də belə dərinlikdə anaerob bakteriyaların fəaliyyəti nəticəsində hidrogen sulfit qazı əmələ gəlir və heç bir canlı yaşaya bilmir. Hidrogen sulfit qazı durğun şirin sularda da əmələ gəlir. Lakin onun miqdarı az olduqda az hərəkətli lil balığı, karp, karas və başqa balıqlar həmin sularda yaşaya bilir.

Qələvilik (pH) suyun əsas xassələrindən biri olub balıqların həyatında mühüm rol oynayır. Suyun qələviliyi onda həll olmuş oksigenin və sərbəst karbon qazının nisbətindən asılıdır. Bu nisbəti fotosintez prosesinin sutkalıq və fəsil xarakteri müəyyənləşdirir.

Şirin sularda karbon qazının çoxalması suyun turşluğunu artırdığı halda dəniz suyunda bikarbonatların çoxluğu üzündən bu hal baş vermir, ona görə də qələvilik nisbətən sabit olur. Hər növ balıq suyun müəyyən qələviliyinə uyğunlaşıb. Belə qələvilik dəyişdikdə orqanizmin tənəffüsü pisləşir, maddələr mübadiləsi pozulur. pH-m 7-8-ə bərabər olması balıqlar üçün optimal hesab edilir.

Su kütləsinin hərəkəti. Su kütləsinin hərəkəti bir neçə cürdür: axın, dalğalanma, dərinlik sirkulyasiyası, qabarma-çəkilmə hadisəsi, su tufanı və s. Su kütləsinin bu hərəkət formalarının hamısı balıqların həyatına bu və ya digər dərəcədə təsir edir.

Axın, su hövzəsində baş verən fiziki, kimyəvi və bioloji proseslərə təsir edir. Soyuq su olan yerlərə isti su axınının gəlməsi balıqların qida obyektlərinin inkişafına müsbət təsir edir, bu isə balıq ehtiyatının artmasına səbəb olur. İsti və soyuq su axınlarının toqquşması nəticəsində frontal zona yaranır, bu zonada suyun qarışması baş verir, temperatur bərabərləşir, biogen elementlər suyun bütün qatlarında nisbətən bərabər paylanır, fıtoplonkton, zooplankton yaxşı inkişaf edir, bu da öz növbəsində balıq ehtiyatının bərpasını yaxşılaşdırır. Su axınının pelegial balıqların kürüsünün və sürfələrinin yayılmasında da böyük əhəmiyyəti vardır. Məs.: treskanın Arktika-Norveç sürüsünün kürüsü və sürfəsi holfstrim cərəyanı vasitəsilə çoxalma yerləri olan Lofoten adalarından Barens dənizinin yüksək qidalı dayazlıqlarına gətirilir. Burada onlar cinsiyyət yetkinliyinə çatana qədər yaşayır, sonra yenə Lofoten adaları rayonuna yollanır.

Suyun dairəvi hərəkətinin də pelagial kürü və sürfələrin inkişafında əhəmiyyəti az deyil. Bu balıqların sürfələri dairəvi axımda tam formalaşana qədər yaşayır. Körpələr özünü idarə edə biləcək mərhələyə çatana qədər belə axın hər hansı səbəbdən pozulduqda onlar düzünə axınla hara gəldi aparılır, bəzən də məhv olurlar.

Çay axınları balıqların bədən formasına təsir edir. Bəzilərinin bədəni uzunsov girdə olur (qızılxallı, şirbitlər) digərləri həm kiçik, həm də daha çox uzunsov olub (qumlaqça, çılpaqça) daşlar arasında yaşayır.

Dalğalanma da balıqların həyatına təsir edən abiotik amildir. Dalğalanma əsasən külək vasitəsilə baş verir və sahil balıqlarının kürü və sürfələrinin ehtiyatına əsaslı təsir göstərir, belə ki, kürü və sürfələri birbaşa məhv etməkdən başqa, həm də mexaniki zədələnməyə səbəb olur ki, bu sonradan ölüm faizini daha da artırır. Belə təsirə məruz qalan başqalardan siyənəkləri, treskanı, moyvanı, Xəzər şişqarını göstərmək olar. Bir çox sahil balıqlarında (xullarda) yapışma əmzikləri, digərlərində (sandıq balıq) sümük zireh və başqa uyğunlaşmalar əmələ gəlib. Belə uyğunlaşma dalğalanma zamanı qorunmanı nisbətən də olsa təmin edir.

Dərinlik sirkulyasiyasının da yuxarıda qeyd edildiyi kimi balıqlar üçün əhəmiyyəti var. Bu cür sirkulyasiya oksigenin, temperaturun, suyun fiziki-kimyəvi xüsusiyyətinin bütün qatlarda nisbətən sabitliyini təmin edir, su hövzəsinin məhsuldarlığını artırır.

Qabarma-çəkilmə hadisəsi Şimali Amerika sahillərində, Oxot dənizinin şimalında daha qüvvətlidir. Buralarda suyun səviyyəsinin bu səbəbdən dəyişilməsi bəzən 15 m-ə çatır. Bəzi balıqlar qabarma-çəkilmənin subasar hissəsində yaşamağa uyğunlaşıb, bunların bədəni uzunsov girdədir. Beldyuq, maslyuq belə balıqlardandır. Suların qabarma-çəkilmə sahəsində balıqların nəsil verməsi çətinləşdiyindən bəzi növlər belə yerləri tərk edir, digərləri diri doğur (beldyuq), bir başqaları su çəkiləndə kürü qurada qalarsa ağzı ilə su daşıyaraq kürünün üzərinə tökür, onun məhv olmasının qarşısını alır. Qabarma-çəkilmə zamanı da su qatlarının qarışması, buna görə də abiotik amillərin, о cümbdən biogen elementlərin qarışaraq sahil zonada bərabər yayılması baş verir ki, bu, balıqların qida orqanizmlərinin inkişafına müsbət təsir edir.

Tufan və ya qasırğa, su mühitinin dəhşəti olub əsasən güclü küləklər nəticəsində baş verir. Su tufanı zamanı su hövzəsi elə bil yatağından qalxır, suyun böyük kütləsi sahilə atılır, böyük subasar ərazi əmələ gəlir, su tufanı zamanı qasırğa yağışı müşahidə edilir.


Bu zaman külli miqdar baliqlar, onlanın kürüsü, körpəsi, qida obyektləri yeni sahələrə aparıla bilir, həm də kütləvi balıq qırğını baş verir. Su tufanı nəticəsində bəzən "balıq yağışı" (balıqların hündürdən yağış kimi səpələnməsi) müşahida edilir, bu zaman baliqlar başqa sulara da yayila bilir.

Suyun dibi və ya dib örtüyü da balıqların hayatında mühüm rol oynayır. Dib həyatı keçirən balıqlara bentik balıqlar da deyilir. Bu balıqların qidalanması, çoxalması, qışlaması su dibi ilə əlaqədardir. Pelegial balıqların da bəzilərinin, məs.: Atlantik siyənəyinin, qizil-balıqların çoxalması su dibi ilə bağlıdır.

Bir çox balıqlarda, mas.: xullarda, pinaqorda dib həyatına uyğunlaşma var. Bunlarda hər hansı su dibi substrata-əşyaya yapışmaq üçün xüsusi sormaclar əmələ gəlib, belə orqanlar vasitəsilə onlar hətta sürətlə axan sularda yaşaya bilir. Üçiynəlinin dəniz şeytanının, sürünən xanının döş üzgəcləri dibdə hərəkət etməyə uyğunlaşıb. Kambalalar, skatlar, vyun, ilişkənlər, dəniz drakonu tahlükə zamanı su dibində mühit rənginə uyğunlaşır, gizlənir və ya suyun dib örtüyü içərisinə girir. Su hövzəsi quruduqda karas da dib örtüyü içərisinə girərək uzun müddət həyatiliyini saxlaya bilir. İkicürtənəffüslü balıqlardan olan protopters su quruduqda dib torpağı içərisində başı ilə məxsusi yuva qazıyaraq həmin yuvaya girir, başını yuxarı çevirib boşnaq torpaqdan keçən hava ilə tənəffüs edərək 6 aya qədər yaşaya bilir (təcrübə zamanı 4 ilə qədər öz həyatiliyini saxlaya bilmişdir).

Dib balıqlarının yaşadıqları yerə bağlılığı qida obyektlərinin biokütləsindən və qida spektorundan (qidanın növ tərkibinin az-çoxluğu) asılıdır. Dib balıqları təkcə epifauna (dib torpağı üstündə yaşayan bentik orqanizmlər) obyektləri ilə deyil, həm də dib torpağı içərisində yaşayanlarla qidalanır. Karas qida axtardıqda başını 4,5 sm dərinliyə qədər dibə - torpağa soxur, təxminən 10 sm uzunluğunda olan lil balığı, çapaq, karp dib torpağının 8-12 sm-nə, qumlaqça, angvilla daha dərinə baş soxur.

Asılı hissəciklərin də balıqların hayatında rolu az deyil. Bəzi sularda bu hissəciklər о qədər çoxdur ki, suyun şəffaflığını aşağı salır, balıqların görməsini, qismən də tənəffüsünü çatinləşdirir. Bununla əlaqədar bəzi balıqların (kürəkburun) gözləri kiçik olur, dərisi asılı hissəciklərin çökməsini sürətləndirən xüsusi selik ifraz edir. Suda olan asılı hissəciklərin, kürünün və erkən sürfələrin inkişafında rolu daha çoxdur. Məlumdur ki, balıqlar kürülərini həm də suyun müəyyən şəffaflığı şaraitində tökür. Kürü töküləndən sonra suda asılı hissəciklərin çoxalması inkubasiya müddətində kürünün itki faizini artırır. Əksər çay balıqlarının, eləcə də keçici və yarımkeçici balıqların bəzilərinin erkən sürfələrinin lilli suda ölüm faizi artır. Güman etmək olar ki, bəzi balıqlarda nəsl qayğısına qalmanın müəyyən forması erkən inkişaf zamanı nisbətin yüksək olan ölüm faizi ilə əlaqədardır. Sıfın erkək fərdlərinin mayalanmış kürünün həm keşiyini çəkməsinə həm də kürü üzərində dayanaraq döş üzgəclərinin fasiləsiz hərəkət ilə suyun aerasiyasını yaxşılaşdırmağa, suda asılı hissəciklərin kürünün üzərinə çökməsi qarşısını almağa, kürüdən sürlfər çıxdıqdan sonra onlara müəyyən müddət himayəlik etməyə, bununla da inkişafın ilk vaxtlarında itki faizinin azalmasına uyğunlaşma kimi baxmaq olar.

İndiki dövrdə suda olan asılı hissəciklər təbii hissəciklər deyil və ya az olduğu kimi qalmır. Kənd təsərrüfatının indiki inkişaf səviyyəsində həmin hissəciklər həm də zərərli olur, onlann tərkibində müxtəlif zərərli birləşmələrin, məs.: kənd tasərrüfatı bitkilərinin zərərvericilərinə qarşı işlədilən pestisidlarin qalığı ola bilir, bu isə balıq ehtiyatını azaldır, keyfiyyətini pisləşdirir.

İşığın da balıq ehtiyatına təsiri var. Suyun əsas işıq mənbəyi günəşdir. Günəş işığının demək olar ki, hamısı suyun üst qatları torəfindən mənimsənilir. Əksər sularda işığın çox cüzi hissəsi 100 m-ə qədər dərinliyə çatır. Lakin dünya okeanının şəffaflığı yüksək olan hissələrdə işığın 1 km-ə qədər dərinliyə təsir göstərməsi ədəbiyyatda qeyd edilir. Bununla yanaşı suda günəşin müxtəlif şüaları suyun müxtəlif dərinliyində qurtarır. Günəşin istilik verən infraqırmızı şüaları suyun 1 m-ə qədər dərinliyinə çata bilir.

Qırmızı şüaların 10%-i 5 m-ə qədər, yaşıl şüalanın isə 10%-i 13 m-ə qədər dərinliyə çatdığı halda, 500 m-ə və ondan aşağıya yalnız bənövşəyi və ultrabənövşəyi şüalar keçə bilir. Bununla əlaqədar olaraq balıqların gölləri qırmızı şüalara qarşı çox həssas olmadığı halda, sarı, yaşıl, göy, bənövşəyi və ultrabənövşəyi şüalara qarşı həssaslıq yüksəkdir.

Balıqların çoxu gündüz həyatı keçirdiklərindən işıq bunlar üçün qida axtardıqda, düşməndən qorunmaqda, öz sürüsünü tapmaq da, miqrasiya zamanı və s.-də siqnal xarakteri daşıyır. Balıqlan işığa görə gündüz balıqlarına və ya işıqsevənlərə və toranlıq balıqlarına və ya işıqdan qaçanlara ayırırlar, hətta eyş növük fərdlərinin işığa münasibəti inkişafın müxtəlif mərhələlərində müxtəlif olur. Məs. kürüdən yenicə uzunburun körpəsi işığa daha çox meyl göstərir; qəlsəmə tənəffüsünə keçmə zamanı laqeyd olur, daha sonralar isə işıqdan qaçır.

Balıqların əksəriyyəti, eləcə də toranlıq növləri, akulalar və skatların çoxu müstəsna olmaqla qüvvəli işıqda rəngi seçə bilir. Rəngseçmə bioloji uyğunlaşma olub qorunma xarakteri daşıyır, həm də cinsiyyətarası (erkək-dişi) münasibətdə, sürü davranışında əhəmiyyət kəsb edir. Bir çox dərinlik balıqlarında işıqsaçan orqanlar var ki, onlar yırtıcını çaşdırır, şikarı isə cəlb edir. Balıqlarda bioloji işıqsaçma və işıq əmələgətirmə də vardır.

Bioloji işıqsaçma dəniz balıqları üçün səciyyəvidir. Bu xüsusiyyət həm qığırdaqlı (bunlar çox azdır) həm də sümüklü balıqlara xas xüsusiyyətdir. 3 cür bioloji işıqsaçma məlumdur: hüceyrəxarici, hüceyrədaxili və simbiotik işıqsaçma.

Hüceyrədaxili bioloji işıqsaçmaya çox az hallarda və tək-tək növlərdə təsadüf edilir. Belə işıqsaçma balığın rəngli selik ifraz etməsilə yerinə yetirilir; selik yaşıl-mavi rəngə çalır. Hüceyrədaxili işıqsaçma məxsusi orqanların - fotoforların fəaliyyəti nəticəsində baş verir. İşıqsaçan orqanlar bədən üzərində, bığların və digər müvafıq çıxıntıların ucunda və ağız boşluğunda tək-tək və ya yığın şəklində yerləşir. Simibiotik işıqsaçma bir çox dərinlik balıqlarında qeyd edilib. Məs.: tilovçu balıqlarda seliklə dolu olan xüsusi vəzilər var. Seliyin içərisində işıqsaçan bakteriyalar olur. Bu vəzifələrə çoxlu arteyziya kapillyarları gəlir və onları oksigenlə təmin edir. Balıqlar qan damarlarını sıxmaq və ya genişləndirməklə həmin vəzilərə gələn qan və oksigenin miqdarını tənzimləyir, bununla da işıqsaçan orqanların işi tənzimlənir.

Balıqlarda işıq əmələ gətirmə və onların işığa münasibəti sənaye və idman balıq ovunda istifadə edilir. Bu baxımdan balıqları aşağıdakı qruplara ayırırlar: işıqdan qaçanlar (angvilla), işığa cəlb edilənlər (Xəzər kilkələri, xəmsə, snetok və s.), işığa qidalanma məqsədilə gələnlər (sayra, siyənəkər, sarqan, skumbriya və s.), işığa laqeyd olanlar (nərə, sıf və s.).

Balıqların işığa cəlb edilərkən ovlanması Xəzər dənizində kilkə ovunda tətbiq edilib. İşığa cəlb edilməklə əsasən pelegial balıqlar ovlanır. Balıq ovunda onların rəngli işığa cəlb edilməsindən də istifadə edilir. Məs. Atlantik siyənəyi göy, kirdə sardinella qırmızı işığa daha meyllidir. Bəzi balıqlar rəngli işıqla adi işığın qarışığına daha çox cəmləşirlər. Müxtəlif balıqların işığa müxtəlif münasibəti onların ovlanması üsullarının işlənib hazırlanmasında istifadə edilir.

Təbii işığın su hövzələrində gecə-gündüz ərzində dəyişilməsi balıqların və onların qida obyektlərinin sutka ərzində dərinlik miqrasiyasına səbəb olur. İşığın çox böyük bioloji əhəmiyyəti ondadır ki, о bəzi balıqların (uzunburun, kambala, bəzi siyənəklər) cinsiyyət vəzilərinin inkişafının sürətləndirdiyi halda, digərlərində (qızılbalıqlar) inkişafı ləngidir. Günəş şüaları bəzi balıqların nəsil verməsinə müsbət təsir edir. Günəşdən məhrum olan qambuziya avitaminoz xəstəliyinə məruz qalır, belə balıq nəsil verə bilmir.

Səs də abiotik amildir. Əksər balıqlar səs çıxara bilir və səsi qəbul edir. Qidalanma və davranış zamanı bəzi orqanların, məs. üzmə qovuğunun, qəlsəmə qapaqlarının udlaq dişlərinin vasitəsilə çıxarılan səslər qeyri iradidir, həm də çox müxtəlifdir: cırıltı, xışıltı, xorultu, civili, ciyilti, təbil səsi və i.a.

Eyni növün fərdləri qidalanma, hərəkət, təhlükə, kürüləmə və başqa hallarda müxtəlif səslər çıxarır. Belə səslərin oriyentasiyada, öz növünün fərdlərini tapmaqda, sürü əmələ gətirmədə, yırtıcıdan qorunmaqda və başqa məsələlərdə əhəmiyyəti böyükdür. Balıqların çoxunda yalnız erkəklər səs çıxarır. Səs çıxarmanın davranışın öyrənilməsində və sürülərin axtarılmasında əhəmiyyət var. Məs.: hər hansı növün malum səsini yamsılamaqla onun ovlanması təşkil edilir. Xüsusi aparat vasitəsilə qızılbalıqların qidalandıqları həşəratların səsini çıxarmaqla həmin balıqlar cəlb edib tutmaq mümkün balıqların hərəkət zamanı çıxardıqları səsləri amaqla Uzaq Şərqdə tunes ovu aparılır. Naxanı quruldama səsinə cəlb etməklə ovlama üsulu çoxdan məlumdur. Delfin səsinə oxşar səslər skumbriya ovu zamanı kökəlir və i.a. və s.



Elektrik cərəyanı, xüsusilə qüvvəli cərəyan siri ilə balıqların davranışını öyrənməyin əhəmiyyəti vardır. Balıqların belə xüsusiyyəti ən əvvəl cərəyanın daimi, dəyişən və impulsvari olmasından asılıdır. Daimi cərəyan sahəsində cərəyan qüvvəsi tədricən artdıqca balıqların davramşında aşağıdakı mərhələlər müşahidə edilir:

1- ci mərhələ - ilk təsir reaksiyası; cərəyan qoşduqda və ayırdıqda balıq onu hiss edir, silkələnir;

2-ci mərhələ - vahiməlik reaksiyası; balıq təlaş keçirir, tənəffüsü tezləşir, cərəyan sahəsindən xilas olmağa can atır;

3- cü mərhələ - anod (cərəyanda müsbət elektrod), reaksiya: balıq başı ilə anod tərəfə dönür və о istiqamətdə üzür, belə reaksiya qüvvəli cərəyan təsiri ilə başlayır;

4- cü mərhələ - cərəyan narkozu (şok); balıq hərəkətdən qalır, xarici qıcıqlara reaksiya vermir, cərəyan daha da gücləndikdə ölür.

Balıqların cərəyan sahəsindəki davranışının ən maraqlı cəhəti suların anod tərəfə hərəkət etmələridir. Balıq ovunda cərəyan sahəsindən istifadə etmək də balıqların anod reaksiyasına əsaslanır.

Balıq sürüləri tərəfindən bioloji cərəyan sahəsi yaradılmasının öyrənilməsi onların hərəkət istiqamətini və yerini müəyyənləşdirməyə imkan verir ki, bu elektropelenqasiya üsulu adlanır və balıq kəşfiyyatı zamanı tətbiq edilir. Balıqların cərəyan sahəsinə reaksiya vermələrindən istifadə edərək ov ərazisində onların davranışını cərəyanla idarə edirlər.

Suvarma sisteminin inkişafı balıq ehtiyatına həm bilavasitə, həm də dolayısı ilə əsaslı zərər verir. Su qurğularının demək olar ki, hamısı balıqları da məhv edir. Buna görə də indi su qurğuları başlanğıcında elektrik cərəyanlı balıq qoruyucularının tətbiq edilməsinə xüsusi fikir verilir. Cərəyanlı balıq qoruyucularından balıq ovu ilə yanaşı həm də onları qorxulu yerdən uzaqlaşdırmaq, hidrotexniki qurğulardan qorumaq məqsədilə istifadə edilir.

Cərəyan qoruyucularına Azərbaycanda ehtiyac olduğu çoxdan məlumdur. Mingəçevir su anbarından iki böyük suvarma kanalı - Yuxarı Şirvan və Yuxan Qarabağ kanalları çəkilib. Təxmini hesablamalara görə bu kanallar hər il illik balıq ovunun təxminən yarısı qədər balığı su ilə apararaq məhv edir. Bunların qarşısında elektrik cərəyan qoruyucusunun qoyulması mühüm məsələdir.

Cərəyan vasitəsilə balıq tutma ov alətlərinə balıq cəlbedici elektrod qoşmaqla təmin edilir. Balıqların anoda müsbət reaksiyasından istifadə edərək alətsiz də ov aparmaq mümkündür. Bunun üçün balıqlan anoda cəlb edərək çoxsaylı sürü əmələ gətirmək, sonra cərəyan narkozu tətbiq etmək, daha sonra balıqlan domca ilə tutmaq və ya balıq nasosu vasitəsilə sormaq-çəkmək mümkündür.

Hazırda cərəyanla balıq ovu Rıbinski, Simlyanski su anbarlarında və bir sıra digər şirin sularda tətbiq edilir. Mingəçevir su anbarı dərinliklərində boyca iri balıqların (xüsusilə iri yırtıcıların) ovlanmasında, su bitkiləri yaxşı inkişaf etmiş sularda elektrik cərəyan ilə balıq ovunun tətbiq edilməsi diqqəti cəlb etməlidir.

Sayranın işığa cəlb edilərək cərəyanla tutulması və tora düşmüş balıqların geriyə qayıtmasının qarşısı cərəyanla alınmazsa dənizdə elektrik cərəyanı ilə balıq ovu demək olar ki, aparıla bilməz: bu barədə lazımi axtarış üsulları hər yerdə araşdırılır.



Çirklənmə balıqlara daha çox təsir edən amildir. Su hövzələrinin çirklənməsinin mənbəyi insan fəaliyyətidir. Belə fəaliyyət nəticəsində su hövzələrinə çirkab suları, sənaye tullantıları, zəhərli kimyəvi maddələr, neft və neft məhsulları, onların tullantıları və s. tökülür. Belə çirklənmələrin canlılara təsiri müxtəlif cür olur. Zəhərlilik dərəcəsindən asılı olaraq bunların bəziləri qısa müddət ərzində, digərləri tədricən, həm də xeyli vaxtdan sonra zərərli olur. Zəhərli maddələr çox "olduqda canlıların zəhərlənməsi, bəzən kütləvi qırğını baş verir. Suyun müxtəlif zərərli tullantılarla çirklənməsi balıqların kürüsünə, sürfələrinə və körpələrinə daha tez təsir edir.

Dünya okeanını çirkləndirən, eləcə də bioloji təhlükə doğuran neft və neft tullantıları, ağır metallar və radioaktiv maddələrdir. Bunları iki qrupa bölmək olar: qurudan birbaşa gələn tullantılar və hava çöküntüləri. Birincilərə neft, ağır metallar (qalay civə, kadmiy), nisbətən az miqdarda xlorlu hidrogenlər; ikincilərə adları çəkilənlərdən başqa neft mənşəli hidrogen və yüngül üzvi birləşmələr (dixloretan, freon) daxildir.

Adları çəkilmiş çirklənmə mənbələrindən hava çöküntüləri arasında təkcə neft yoxdur. Neftin əksinə olaraq qalay və civə çirklənməsi havadan, yer hesabına olduğundan, 2-3 dəfə artıqdır. Digər çirkləndiricilərin də hamısı demək olar ki, hava hesabına baş verir, özü də müqayisə edilməz dərəcədə çox. Məs. neft mənşəli karbohidrogen hava çöküntüsü hesabına 90 milyon tona çatır. Yüngül üzvü birləşmələrlə çirklənmə də hava hesabına yüksəkdir, ildə 500 min tona bərabərdir.

Neft mənşəli çirkləndiricilər canlıların, о cümlədən balıqların müxtəlif orqanlarında, əzələlərində toplanaraq, mərkəzi sinir sisteminin, qara ciyərin, qəlsəmə epitelsisinin fəaliyyətinə təsir edir, qidalanmanı zəiflədir, davranışı dəyişdirir, çoxalmanı pisləşdirir.

Hidrobiontlar, о cümlədən balıqların orqanizmində radioaktiv maddələr də ola bilər. Bu maddələr orqanizminə həm su, həm də onların qida obyektləri vasitəsi ilə gecə bildiyindən orqanizmdə onların miqdarı suda olduğundan çox olur. Radioaktiv maddələr balıqların ən çox sümüklərində və daxili orqanlarında toplanır.

Qeyd etmək lazımdır ki, müxtəlif tullantılarla çirklənmə üzündən baş verən balıq qırğını respublikamızın sularında da müşahidə edilmişdir. 1963-1967-ci illərdə Xəzər dənizi sahillərində, ən çox Kür rayonunda bir neçə dəfə balıq qırğını müşahidə edilmişdir. Ölmüş balıqlar arasında nərə, uzunburun, çəki, naxa, sıf, dəniz sıfı, kütüm, külmə, çapaq, şirbitlər, siyənəklər, kilkələr, xullar, iylə balıq, kefal və s. rast gəlirdi. Çəki, naxa, kütüm, gülmə daha çox idi; sıf və çapaq bunlardan təxminən 2,5 dəfə; nərə və şirbitlər axırıncıların yarısı qədər (say hesabı ilə); qalan növlərə isə daha az miqdarda təsadüf edilirdi. Ən çox məhv edilən 1-2 yaşlı çəkilər idi.

Xəzərin Azərbaycan hissəsinin neft tullantıları ilə daha çox çirklənməsi mümkünlüyü nəzərə alınarsa hidrobiontların bu baxımdan zərər çəkməsinin yalnız qeyd olunanlardan ibarət olmasına inanmaq çətindir.


Download 0.92 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2020
ma'muriyatiga murojaat qiling