11. Mülki müdafiə qərargahları dinc dövrlərdə və fövqəladə hadisələr zamanı vəzifələri.
Mülki müdafiə qərargahların əsas vəzifələri aşağıdakılardır:
I. Dinc dövrlərdə:
Mülki Müdafiə planlarını hazırlamaq və onu təhlil etmək;
Mülki Müdafiə üzrə əhalinin hazırlığını təşkil etmək;
İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz işləməsini təmin etmək.
II. Fövqəladə hadisə zamanı:
Rəhbər heyəti, Mülki Müdafiə qüvvələrini və bütün əhalini yaranmış vəziyyət haqqında xəbərdar etmək;
Xilasetmə işlərini görmək üçün Mülki Müdafiə qüvvə və vasitələrinin qruplaşmalarını təşkil etmək;
Mülki Müdafiə kəşfiyyatını və dozimetrik-kimya nəzarətini təşkil etmək; Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və obyektləri xəbərdar etmək;
Hərtərəfli təchizatı təşkil etmək;
Məxfilik rejiminin saxlanması və xidməti sirrin qorunmasıtədbirlərini həyata keçirmək.
12. Mülki müdafiə qərargahlarında hazırlanan sənədlər və onlara qoyulan tələblər.
Mülki Müdafiə qərargahlarında aşağıdakı əsas sənədlər işlənib hazırlanır:
1. Mülki Müdafiənin təşkili və aparılması barədə sərəncam və ya əmr. 2. Mülki Müdafiə planı. 3. İllik planlaşdırma sənədləri. 4. Föqəladə Hallar Komissiyasının sənədləri. 5. Mülki Müdafiə qüvvələrinin sənədləri. 6. Təlim və məşqlərin sənədləri. 7. Təcili məlumatlar cədvəli üzrə hesabat sənədləri. 8. Arayış sənədləri bu sənədlərə hesabatlar, sxemlər, arayışlar, aktlar, məlumatlar və s. aiddir.
Sənədlərdə olan əsas tələblər bunlardır:
Sənədlər, düzgün, qısa və aydın tərtib olunmalı və icraçılara vaxtında çatdırılmalıdır. Sənədlərin tərtibatında qərargah mədəniyyətinə əməl olunmalıdır. Sənədlərin məxfilik dərəcəsi (“xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” və ya “xidməti istifadə üçün”) sənədin sağ yuxarı hissəsində qeyd olunmalıdır. Məxfilik dərəcəsinin aşağı hissəsində sənədin nüsxəsi və tərtib olunma tarixi yazılmalı, sənəd bir neçə ünvana göndərilirsə, ümumi ünvan göstərilməlidir. Sənədlər yazılı, qrafik formada, səs lentinə yazılmış,fotoşəkilli ola bilər və bir neçə nüsxədə hazırlana bilər. Bir neçə ünvana göndərilən sənədlərin nüsxələrinin sayı qərargahda qalan nüsxədə göstərilir. Açıq üsulla göndərilən sənədlərdə, ünvanın əvəzinə idarəetmə məntəqələrinin şərti adları yazılır. Sənədlərdə olan bütün düzəlişlər, sənədi təsdiqləyən və onu hazırlayan şəxslərlə razılaşdırılır. Sənədin əks tərəfində, yaxud başqa jurnalda göndərilən nüsxələrin hesabatı, onların göndərilmə və alınma vaxtı qeyd olunur. Bu qeydləri sənədi göndərən şəxs təsdiqləyir. Sənədin alınma tarixi və vaxtı onu alan, yaxud açan şəxs tərəfindən hökmən qeyd olunur.
Do'stlaringiz bilan baham: |