1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Əmək haqqı və işsizlik problemi
Download 100 Kb.
|
DOC-20230403-WA0007.
5. Əmək haqqı və işsizlik problemi
Həmkarlar ittifaqlarının şəxsində işçilərin əmək haqqı uğrunda mübarizədə qazandıqları mütəşəkkil qüvvə işsizlık probleminə heç də birmənalı şəkildə təsir etmir. Həmkarlar ittifaqları tezliklə anladılar ki, əmək haqqının səviyyəsi işsizlik səviyyəsinə təsir edir. Ümumi şəkildə bu asılılıq ondan ibarətdir ki, əmək haqqı nə qədər yüksək olsa, işsizlik səviyyəsi də bir o qədər yüksək olur və əksinə. Buna görə də həmkarlar ittifaqlarının bir qismi əmək haqqının artırılması barədə tələblərini işsizlıyin artması təhlükəsi ilə uyğunlaşdırmağa çalışırlar.Bəzən onlar əmək haqqının artırılması imkanını qurban verməyə hazırdılar, bu şərtlə ki, müvafiq vəsait işsizlərə yardım göstərilməsinə, onlara peşə öyrədilməsinə, yeni iş yerləri yaradılmasına sərf edilsin. Bundan əlavə, əgər əmək haqqının artırılması nəticəsində istehsal edilən məhsulun qiyməti də artarsa, onda həmkarlar ittifaqları nəzərə almağa məcburdur ki, bu vəziyyət müvafiq müəssisələrin satış bazarının məhdudlaşmasına, istehsal edilmiş məhsulların yığılıb qalmasına səbəb ola bilər. 1990-cı illərin əvvəllərində Azərbaycanda iqtisadi sərbəstlik şəraitinə düşmüş bir sıra əmək kollektivləri öz üzvlərinin həyat səviyyəsini yüksəltmək üçün əmək haqqının artırılması üsulunu həyata keçirdilər. Bu sınaqlar müxtəlif kollektivlərdə fərqli nəticələr verdi, lakin ümumiyyətlə, demək olar ki, bu halda inflyasiya üçün şərait yaranırdı. Bəzi istehsal sahələrində isə məhsulların qiymətinin artırılması bazar üçün qeyri-məqbul oldu, yəni həmin məhsullar satılmadı,nəticədə bəzi müəssisələr müflisləşmə dərəcəsinə çatdı. Tələbin kifayət qədər çevik olmadığı əmtəə və xidmətlərin qiymətinin artırılması “imkanları” hələ tükənməmişdir. Xüsusən, inhisarçı xarakterli bəzi sahələrdə öz işçilərinin əmək haqqını artırmaq imkanı qazanmaq üçün mal və xidmətlərin qiymətinin artırılması onların lap ürəyindəndir. Əmək haqqı siyasəti sahəsində Azərbaycanın bazar münasibətlərinə keçid təcrübəsi sənaye cəyətdən inkişaf etmiş digər ölkələrin təcrübəsinə zidd deyil. Həmin ölkələrdə də təxminən elə bu cür problemlər qarşıya çıxır. Cəmiyyətin sənayeləşməsindən əvvəlki dövrlə müqayisədə müasir dövlətlər əmək haqqının tənzimləməsi məsələsində əvvəlkindən daha mürəkkəb vəziyyətə düşmüşdülər. Əvvələr dövlətlərin əsas marağı işçilərlə işəgötürənlər arasında razılığa nail olmaqdan və sosial sülhü təmin etməkdən ibarət idisə, indi bəzi sahələrdə həmkarlar ittıfaqlarının və işəgötürənlərin birgə təzyiqinə dözmək qayğısı da əlavə olunmuşdur, çünki bu cür təzyiq ayrı-ayrı sahələrin birtərəfli üstünlüklər əldə etməsi məqsədi güdür. Buna görə də, bəzi dövlətlər işəgötürənlərlə həmkarlar ittifaqları arasında sazişlərə müdaxilə edərək çalışırlar ki, əmək haqqı ya heç artırılmasın, ya da bu artım elə məhdudlaşdırılsın ki, nəticədə inflyasiya göstəricisi daha da artmasın. Sosial sistemdə iqtisadi fəaliyyətdə iştirak edən müxtəlif sosial qrupların qarşılıqlı əlaqəsi xüsusi yer tutur. Ümumi planda iki əsas qrupu fərqləndirmək olar: “işəgötürənlər” və “işçilər”. Məlumdur ki, onların maraqları eyni ola bilməz. Download 100 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling