1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Kursun məqsədi və sosial tətəfdaşlığın əhəmiyyəti


Download 100 Kb.
bet7/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   2   3   4   5   6   7   8   9   10   ...   23
Bog'liq
DOC-20230403-WA0007.

10.Kursun məqsədi və sosial tətəfdaşlığın əhəmiyyəti
Sosial tərəfdaşlıq işçilərin, işəgötürənlərin, sahibkarların, müxtəlif sosial qrupların, təbəqələrin, onların ictimai birliklərinin, dövlət hakimiyyəti və yerli özünidarəetmə orqanlarının müqavilə və sosial-iqtisadi və siyasi inkişafın mühüm istiqamətləri üzrə konsensus əldə edilməsi əsasında onların maraqlarının uzlaş¬dırılmasını və müdafiəsini təmin edən sivil ictimai münasibətlər sistemidir.
Sosial tərəfdaşlıqla yanaşı siyasi, korporativ, agentlik tərəfdaşlığı, sosial dialoq, sosial poliloq da geniş yayılmışdır. Bundan başqa təcrübədə sosial, xeyriyyəçilik, mədəni, təhsil, elm və idarəçilik məqsədilə vətəndaşların qeyri-maddi tələbatlarını, onların qanuni sosial-iqtisadi və mədəni maraqlarını, həmçinin hüquq müdafiəsini, mübahisələri, münaqişələri həll etmək, hüquqi yardım göstərmək üçün qeyri-kommersiya təşkilatlarının reallaşdırdığı, həyata keçirdiyi qeyri-kommersiya tərəfdaşlıq adlanan tərəfdaşlıq növünə də təsadüf olunur.
Sosial tərəfdaşlığın konstruktiv sivil münasibətləri müxtəlif sosial qrupların, təbəqələrin maraqlarını, onların uzlaşdırılmasının maksimal nəzərə alınmasını və tam reallaşmasını tələb edir. Əks halda onlar sabit sosial-iqtisadi inkişafın, siyasi sabitliyin formalaşmasına, cəmiyyətdə razılığın bərqərar olunmasına səmərəli yardım göstərə bilməz.
Sosial tərəfdaşlıq öz mahiyyəti etibarı ilə cəmiyyətdə konsensus, vətəndaş sülhünün formalaşmasına, müxtəlif qruplar və təbəqələr arasında qarşılıqlı münasibətlərdə gərginliyin azalmasına, bütün səviyyələrdə hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının siyasi birliyinə doğru yönələn istiqamət götürmüşdür.
Sosial tərəfdaşlıq siyasəti demokratiyanın inkişafına və dərinləşməsinə, müxtəlif qrup, təbəqə və siniflərin çoxtərəfli maraqlarının uzlaşmasının sivilizasiyalı formasının təsdiqinə, açıq demokratik vətəndaş cəmiyyətinin formalaşmasına səbəb olur.
Sosial tərəfdaşlıq özündə sosiumun (dövlət institutları, korporasiyalar, qeyri-kommersiya təşkilatları, sosial qruplar və s.) bir çox subyektlərinin qarşılıqlı təsir formasını əks etdirir. Bu forma onlara öz maraqlarını azad ifadə edir. Bununla əlaqədar olaraq, birincisi, sosial tərəfdaşlığın ictimai həyat fəaliy¬yətinin yalnız sosial-iqtisadi deyil, həm də siyasi, mənəvi sahələri kontekstində də xüsusi sosial təcrübəsinin təhlili tələb olunur. Belə yöndə həmin problemin həlli Azərbaycanın modernləşməsinin strateji mətninin tərkib hissəsi kimi çıxış edir.
İkincisi, bir çox sosial problemlərin həlli bəzən müqavilə əsasında həyata keçirilir. Gələcəkdə bu cür təcrübə nəzərdən keçirilən məsələlər dairəsini genişləndirərək, bu prosesin iştirakçılarının qarşılıqlı əlaqələrini mürəkkəbləşdirib dərinləşdirməklə sosial tərəfdaşlığın bütün səviyyələrdə iştirakçılarının qarşılıqlı məsuliyyətləri və qarşılıqlı təsiri haqqında həmin məsələni aktuallaşdıraraq inkişaf edəcəkdir.
Üçüncüsü, müasir Azərbaycan şəraitində dövlət və cəmiyyətin qarşılıqlı təsir modelinin daim yenilənməsi zərurəti meydana gəlir. Sosial tərəfdaşlıq nəzəriyyəsi bu modeli, həmçinin ölkədə baş verə biləcək böhranlı hadisələrin neqativ nəticələrinin qarşısını almağa səbəb olan tədbirlər sistemini işləyib hazırlamağa imkan verir.
Qeyd olunan şərait sayəsində sosial tərəfdaşlıq problemi sosial idarəetmənin nəzəriyyə və təcrübəsinin prioritet, əsas istiqaməti sırasına daxil edilir.
Sosial tərəfdaşlıq – sosial problemlərin həlli üçün resursların, ehtiyatların yalnız yenidən bölüşdürülməsi deyildir. Ümumi məsuliyyətin obyekti yalnız öz-özlüyündə sosial problemlər deyildir, həmçinin onların həlli üsullarıdır. Bu xalqın təşəbbüskarlığını əks etdirən vətəndaş fəaliyyətidir, vətəndaş cəmiyyəti çərçivəsində yerinə yetirilən hərəkətdir .
Sosial tərəfdaşlıq – sosial birlik əsasında, hakimiyyətin məqsəd və fəaliyyətinə ictimai yardımın genişləndirilməsi əsasında səmərəli dövlətə doğru yoldur. Sosial tərəfdaşlış ideyası geniş xalq kütlələrinə, təbəqələrinə doğmadır, daha yaxındır və onların maraqlarını ifadə edir. O, hakimiyyət-xalq birliyinin, sosial-ədalətli, yaradıcı cəmiyyətin, maddi və mənəvinin vəhdətinin zəruriliyindən doğur.
Dövləti, sahibkarları və xalqı birləşdirən, onların birgə gücünü səfərbər edən və gücləndirən sosial tərəfdaşlıq mexanizmi əsas məqsədə çatmaq baxımından aşağıdakı kimi görünür:
-cəmiyyətə münasibətdə dövlət hakimiyyət və ictimai yardımın legitimliyi əvəzinə əldə etdiyi sosial təminata görə öz üzərinə dərk olunmuş məsuliyyət götürür;

-sahibkarlığa münasibətdə dövlət mülkiyyət hüququna, əlverişli sahibkarlıq mühitinə təminat verir, yardıma əvəz olaraq xarici aləmdə milli biznesin inkişafına kömək edir, dövlətin norma və qaydalarına ciddi riayət olunmasını təmin edir.


-cəmiyyət və kapital arasında balans sahibkarların məqsədləri, maraqları və fəaliyyətlərinə ictimai yardım edərək onların sosial məsuliyyətli davranışların prinsipi əsasında qurulur .
Sosial tərəfdaşlığın uğurları bir çox şərtlərlə müəyyən edilir. Lakin elə şərtlər var ki, sosial tərəfdaşlıq onlar olmadan sadəcə olaraq fəaliyyət göstərmir. Sosial tərəfdaşlığın üç subyektinin mühüm iştirakçılarından biri könüllü ictimai birliklərin, xeyriyyəçi və digər təşkilatların məcmuusu olan vətəndaş cəmiyyəti təsisatıdır.
Sosial tərəfdaşlığın aşağıdakı əsas məqamlarını göstərmək olar:

  • Sosial problem;

  • Tərəfdaşların maraqları;

  • Tərəfdaşların hüquqi əsaslandırılması;

  • Tərəfdaşların imkanları və güclü tərəfləri;

  • Qarşılıqlı təsir və qarşılıqlı nəzarət qaydaları;

  • İnformasiya sahəsinin mövculuğu;

  • Tərəflərin birgə təşkili üsulu kimi layihənin mövcudluğu;

  • Sosial tərəfdaşlığın daimiliyi və stabilliyi;

  • Sosial problemlərin innovasion həlli yolları.

Sosial tərəfdaşlığın ətrafında formalaşdığı əsas məqam – sosial problemdir. Lakin onun təzahür etməsi və hamı tərəfindən dərk olunması sosial tərəfdaşlığın əmələ gəlməsi üçün kifayət deyildir – tərəflərin maraqlarının uyğunluğu zərurətdir:

  • Tərəflərdən hər biri üçün sosial problemlərin əhəmiyyəti;

  • Mümkün tərəfdaşlardan hər birinin maraqlarının bərqərar olması;

  • Fəaliyyətin vəzifə və məqsədlərinin birgə formulə edilməsi;

  • Problemlərin həlli üzrə öz imkanlarının qiymətləndirilməsi, cəmiyyətdə özünün statusunun, rolunun dərk edilməsi;

  • Əməkdaşlıq prosesində dəqiq hərəkət qaydalarının işlənməsi;

  • Tərəflər tərəfindən onların qüvvə və vasitələrinin birləşməsinin kumulyativ səmərə verməsinin dərk olunması.


Download 100 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling