1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Əmək münasibətlərinin tənzimlənməsinin konseptual əsasları


Download 100 Kb.
bet6/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   2   3   4   5   6   7   8   9   ...   23
Bog'liq
DOC-20230403-WA0007.

8. Əmək münasibətlərinin tənzimlənməsinin konseptual əsasları
Əmək və kapital arasında münaqışələrin artması, real partlayış təhlükəsi bir çox praktik və nəzəriyəçiləri əmək münasibətlərinin həllinin güc tətbiq olunmadan, digər formaları axtarmağa məcbur etdi. Həmin dövrdə əmək münasibətlərini tənzimləmək sahəsində ziddiyyətlərin həllinin konseptual əsasları qoyuldu. Onlar əsasən aşağıdakıdan ibarət idi:

  1. İnsanların öz həmkarlar təşkilatları birliyinə bərabərhüquqlu tərəfdaş kimi əmək bazarına çıban zəhmətkeşlərin həmkarlar ittifaqları və sahibkarların birliyi – təbii hüququ hamı tərəfindən qəbul olunmalıdır;

  2. Sosial-əmək münasibətləri sistemində mühüm yer dövlətə məxsusdur;

  3. Sosial razılıq yalnız işçilərin həyat səviyyəsi kifayət qədər yüksək olduqda, yəni əmək haqqı və sosial zəmanət onların yaxşı yaşamasına və işləməsinə, ailəsinin sosial rifahını təmin etməyə imkan verdikdə mümkündür;

  4. Cəmiyyət insan əməyinə və əməyin özünə hörmət etməlidir;

  5. Əmək və kapital bir-birlərini tamamlayan elementlərdir, bunsuz cəmiyyətin normal inkişafı mümkün deyil.

Təbii ki, son yuzillikdə deyilənlər daha da inkişaf etdirilmişdir. Əmək münasibətlərinin tənzimlənməsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) çox böyük rolu var. 1919-cu ildə yaranmış bu təşkilat, fəaliyyət göstərdiyi onilliklər ərzində təkcə sosial tərəfdaşlığın tam konsepsiyasını yararmış, həm də əslində beynəlxalq əmək bazarında əmək münasibətlərini tənzimləyən ən yüksək tərəf olmuşdur.
9. Cəmiyyətdə ixtisaslaşmış əməyin rolu
Son onillikdə inkişaf etmiş sənaye olkələrində ixtisaslı əmək və bilik istehsalın həlledici amili olmuşdur. Hər şeydən əvvəl əmək ehtiyatlarını səmərəsiz istehsal edən müəssisə məhsul və xidmətin ən yüksək keyfiyyətinə nail ola bilməz, istehlakçının dəyişən sorğusuna tez cavab verə bilməz, buna görə də kəskinləşən rəqabət mübarizəsində sıxışdırılıb çıxar. Ancaq ixtisaslaşmış əmək, peşə biliyi həm çox ödəniş, həm də sosial təminat tələb edir. Təsadüfi deyil, əmək haqqının orta səviyyəsi ABŞ-da, Qərbi Avropa ölkələrində və Yaponiyada 90-cı illərin ortalarında hər saata 12-14 dollar müəyyən edilmiş, fəhlənin aylıq əmək haqqı isə 1600-2000 dollara qədər hüdudda dəyişir. Muzdlu işçi işlədiyi müəssisənin rentabelliyinə maraqlıdır: həm əmək haqqının səviyyəsi, həm də iş yerinin sabitliyi bundan asılıdır.
Beləliklə, ixtisaslaşmış əməyin artan rolu müasir şəraitdə işəgötürənlərin və muzdlu işçilərin iqtisadi maraqları üçün istehsalın başlıca amil kimi əsasıdır.
İnkişaf etmiş sənaye ölkələrinin artan iqtisadi potensialı cəmiyyətin sosial sistemi və onun strukturunu əsaslı şəkildə dəyişməyə imkan vermişdir. Bu üzvlərinin 2/3-si “orta təbəqəni” təşkil edən cəmiyyətdir: buraya kiçik və orta biznesi təmsil edən sahibkarların böyük bir hissəsi, müxtəlif səviyyəli menecerlər, mühəndis-texniki işçilər, azad peşə adamları və ixtisaslı fəhlələr daxildir.
“Orta təbəqə” cəmiyyətin sosial bünövrəsi, onun sosial sabitliyinin təminatçısı olmuşdur. Heç bir şübhə yoxdur ki, cəmiyyətin yeni sosial strukturu işəgötürənlər və muzdlu işçilər arasında sosial konsensus əldə olunması üçün daha əlverişli şərait yaratmışdır.

Download 100 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   23




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling