1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti

İnflyasiya mexanizmi və onun iki mərhələsi

Download 100 Kb.
bet3/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   2   3   4   5   6   7   8   9   ...   23
Bog'liq
DOC-20230403-WA0007.

3. İnflyasiya mexanizmi və onun iki mərhələsi
İnflyasiya mexanizmi iki mərhələdən ibarət olur. Birinci mərhələdə müxtəlif sahələrdə əmək məhsuldarlığının qeyri-müntəzəm artması nəticəsində texniki cəhətdən daha mütərəqqi sahələrdə əmək haqqının səviyyəsi texniki baxımdan geridə qalan sahələrlə müqayisədə daha sürətlə artır. İkinci mərhələdə əmək haqqının səviyyəsini bərabərləşdirməyə çalışırlar. Bu proses ən yüksək və ən aşağı maaşların orta həddə çatdırılması yolu ilə deyil, aşağı maaşların yuxarı həddə çatdırılması yolu ilə baş verir. Bu isə texniki tərəqqinin əmək haqqından geri qaldığı sahələrdə qiymətlərin artmasına səbəb olur. Guman etmək olar ki, heç də həmişə birbaşa həyata keçirilmir, yəni geridə qalan sahələrin bir qismində əmək haqqının səviyyəsi qabaqçıl sahələr səviyyəsinə çatdırıldığı halda, geridə qalan digər sahələrdə bu cür tədbirlər görülmür. Bəzi sahələrdə əmək haqqı artırılır, o biri sahələrin bir qismində isə işçilər qiymətlərin artmasının əvəzini çıxmaq üçün onların da əmək haqqının artırılmasını tələb etməyə məcbur olurlar.
Həmkarlar ittifaqları (məsələn, ABŞ-da avtomobilqayırma sənayesi həmkarlar ittifaqları) tərəfindən işəgötürənlərə təqdim olunan və kollektiv müqavilələrə daxil edilən bəzi tələblər (qiymətlərin artmasını və əmək məhsuldarlığının yüksəlməsini nəzərə alaraq əmək haqqının artırılması barədə tələblər) məhz bu fikrə əsaslanır.

4. “Məsuliyyətli siyasət” məsələsi

Müasir şəraitdə Avropada Həmkarlar İttifaqları Konfederasiyaları inflyasiyanın kompensasiya edilməsi üçün əmək haqqının artırılması tələbini ön plana çəkir və yalnız bundan sonra, əmək məhsuldarlığının artmasını nəzərə alaraq, əmək haqqının da imkan daxilində artırılması tələbini irəli sürür. Konfederasiya əmək məhsuldarlığı ilə hasablaşan bu cür siyasəti “məsuliyyətli siyasət” adlandırır. Lakin bu məsələdə bir ciddi qeyri-müəyyənlik var: əmək məhsuldarlığının artması bütövlükdə ölkə üzrə, yoxsa ayrı-ayrı sahələr üzrə nəzərə alınmalıdır? Yəqin ki, bu sualın cavabının birinci variantı daha düzgün sayılmalıdır, lakin problem ondan ibarətdir ki, ölkə üzrə əmək məhsuldarlığının orta hesabla artımının müəyyən edilməsi məsələsində statistikanın vəziyyəti ilə bağlı bir sıra çətinliklər qarşıya çıxır. Bundan əlavə həmin göstəricinin qiymətini hesablamaq üçün metodoloji bazanı təkmilləşdirmək lazimdır.

Praktikada həmkarlar ittifaqları əmək məhsuldarlığının “ölkə üzrə orta hesabla” artımını deyil, konkret şirkətlərdə və ya sahələrdə artımını əsas götürürlər. Lakin məsələyə bu cür yanaşmaqla inflyasiyaya qalib gəlmək olmaz. Buna görə də bir sıra dövlətlər əmək haqqının əsassız olaraq (onların fikrincə) artırılmasına yol verməmək üçün həmkarlar ittifaqları ilə işəgötürənlər arasındakı danışıqlar prosesinə müdaxilə edirlər.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   23

Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling