1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Azərbaycanda sosial tərəfdaşlıq ideyası
Download 100 Kb.
|
DOC-20230403-WA0007.
22.Azərbaycanda sosial tərəfdaşlıq ideyası
Sosial tərəfdaşlıq ideyası və onun Azərbaycanda inkişafı müxtəlif ictimai təbəqələrin nümayəndələrinin diqqətini daha çox cəlb edir. Bu barədə dövlət xadimləri, sahibkarlar, həmkarlar ittifaqı rəhbərləri, siyasi birliklərin liderləri tez-tez danışır. İş ondadır ki, sosial tərəfdaşlığın əsasını təkcə işçilərin nümayəndələri, işəgötürənlər və hökumət arasında qəbul olunan qərarların nəticələrinə görə məsuliyyətin bölünməsi ideyası yox, həm də dövlət idarəetmə orqanlarının iqtisadiyyatın idarə olunmasında inhisarçılığı və onların cəmiyyətin bütün təbəqələrinin üzərində qəyyumçuluğunun zəifləməsi mexanizmi təşkil edir. Bununla əlaqədar olaraq, keçid dövrü ölkələri üçün sosial tərəfdaşlıq bazar iqtisadiyyatının təşəkkülünün çox əhəmiyyətli və lazımlı komponentidir. Azərbaycanda islahatların birinci birinci mərhələsində bu mexanizmə sosial tənzimləyici rolu ayrılmışdır. Bir sıra təşkilati və huquqi nöqsanlara görə tərəfdaşlıq onun tam anlayışında alınmamışdır. İqtisadi islahatların doğurduğu uzunçəkən iqtisadi böhran şəraitində sosial tərəfdaşlıq prinsiplərinin tam reallaşdırılmasını demək çətindir. Məcburi natamam iş rejiminin tətbiqi, müdriyyətin təşəbbüsü ilə məzuniyyətlər çox yerdə kütləvi xarakter almışdır. Bir sıra müəssisə və təşkilatlar müflislik həddinə çatmışdır. İstehlak qiymətlərinin artması əhalinin əksəriyyətinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olmuşdu. Praktiki olaraq bütün sahələrdə zəhmətkeşlərin “əməyə görə haqq” konstitusiya huququ pozulur- əmək haqqının verilməsi gecikdirilirdi. Zəhmətkeşlərin həmkarlar ittifaqları üzvlərinin əsas kütləsini öz sıralarında saxlaya bilmişdir. Ən əsası- həmkarlar ittifaqları “ötürücü qayış” rolunu oynamaqdan əl çəkmişdir və müdafiə funksiyasını öz fəaliyyətini müəyyən edən əsas amil hesab edir. Hər halda sosial-əmək münasibətlərinin yeni sisteminin formalaşmasının daha mürəkkəb vəzifələrindən biri bu munasibətlərin subyektlərinin – işçilər, fərd və (və ya) müəyyən qrupların üzvləri kimi və nəhayət, dövlət özünün yeni rolunda təşəküllü və özünü təsdiq etməsidir. Download 100 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling