1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Sosial əmək münasibətlərinin yeni sistemi
Download 100 Kb.
|
DOC-20230403-WA0007.
23.Sosial əmək münasibətlərinin yeni sistemi
Sosial-əmək münasibətlərinin yeni sisteminin təşəkkül tapması şübhəsiz ki, uzunmüddətli xarakter daşıyacaq və öz inkşafında dövlət paternalizminin nəticəsi kimi işçilərin əmək tərzinin kifayət qədər eyni formalı modellərindən işçinin və cəmiyyətin, işçinin və işəgötürənin, cəmiyyətin və işəgötürənin qarşılıqlı əmək fəaliyyətinin müxtəlif formalarına qədər bir sıra mərhələləri keçəcək. Sosial-əmək münasibətlərinin yeni sistemi kortəbii, düşünülmüş, məqsədyonlu tənzimləmənin təsiri elementi olmadan formalaşa bilər. Ehtimal ki, bu halda yeni xüsusiyyətli sosial-əmək münasibətlərinin formalaşdırılması çətin proqnozlaşdırılacaq, gözlənilməz sosial iqtisadi hadisələrə, hətta sosial partlayışa qədər müxtəlif münaqişələrə səbəb olacaqdır. Belə halda prosesin müvəqqəti çərçivəsini də qabaqcadan demək çətindir. Bununla əlaqədar olaraq yəqin ki, sosial-əmək münasibətlərinin formalaşdırılması prosesində dərk edilən ictimai tənzimlənmənin elementləri əlavə edilməlidir ki, bu da belə qəbildən olan çox ciddi ictimai dəyişikliklər vaxtı qaçılmaz olan xərcləri azaltmağa imkan verər. Yeni xüsusiyyətli sosial-əmək münasibətlərinin təşəkkülü prosesinin ictimai tənzimləməsi hər şeydən əvvəl özündə aşağıdakıları birləşdirməlidir: Sosial-əmək münasibətlərinin bütün subyektlərinin formalaşması və istifadə edilməsində qarşılıqlı anlaşma məqsədilə vahid anlaşma sisteminin mənimsənilməsi; Tərəflərin maraqları nöqteyi-nəzərindən sosial-iqtisadi proseslərin eyniləşdirilməsi; Sosial-əmək münasibətlərinin qarşılıqlı fəaliyyət proseslərini əks etdirən, müvafiq olaraq məlumat mənbələrini müəyyən edən göstəricilər sisteminin formalaşması; Bu sahədə digər ölkələrin uğurlarının tədqiqi, səmərəli, neqativ, problem mahiyyətli təcrübənin ümumləşdirilməsi və qiymətləndirilməsi. Sosial-əmək münasibətlərinin yeni sisteminin sosial mədəni, tarixi konteksdə formalaşması baxımından xüsusi əhəmiyyəti var. Sosial tərafdaşlığın əsas prinsipləri hamı üçün ümumidir, konkret fəaliyyət, tədbirlər, formalar, sosial həmrəyliyin əldə olunması yolları çox müxtəlif ola bilər. Bu müəyyən olkədə sosial tərəfdaşlığın formalaşması xüsusiyyələrindən xeyli asılıdır: tarixi, sosial-mədəni, siyasi və i.a. Bu sahədə digər ölkələrin nailiyyətləri maxaniki olaraq Azərbaycandakı həqiqətlərə proyeksiya olunmalıdır, onlar milli ənənələrə,əmək etikası və əxlaq normalarına uyğunlaşdırılmalıdır, bununla birlikdə, yeni formalı sosial-əmək münasibətlərinin təşəkkülünü keçmiş sosialist ölkələrindəki təcrübəsinin şübhəsiz əhəmiyyəti var. Beləliklə, demək olar ki, sosial tərəfdaşlıq-müxtəlif sosial qrupların, birinci növbədə işçilərin və işəgötürənlərin əsas sosial maraqlarını reallaşdırılmasının ehtimal balansını təmin edən, bazar cəmiyyətinə məxsus sosial-əmək münasibətlərinin xüsusi formasıdır. Dövlət sosial tərəfdaşlığın subyekti kimi mülkiyyətin sahibi və işəgötürən (əgər bu dövlət müəssəsinə aiddirsə) kimi çıxış edir. Bazar strukturları inkişaf etdikcə, əmək münasibətləri sahəsində onun funksiyalarının bir hissəsi ciddi dəyişir: sosial tərəfdaşlıq sistemində dövlət keçid dövrü şəraitində əmək münasibətlərinin tənzimlənməsinin koordinatoru və təşkilatçısı, nəzərətçisi, arbitri kimi çıxış edir. Onun ən mühüm funksiyalarından biri sosial tərəfdaşlığın hüquqi əsası və təşkilatı formalarının təkmilləşməsi mexanizminin işlənib hazırlanması, tərəflərin qarşılıqlı fəaliyyətinin qayda və mexanizminin, əsaslandırılmış miqyasının müyyən olunması və tərəflər arasında danışıqları stimullaşdıran minimum sosial-əmək standartlarının (məşğulluq səviyyəsi, minimum əmək haqqı, sosial güzəşt və təminat və b.)təyin olunma qaydasıdır. Sosial tərəfdaşlığın obyekti bütövlükdə respublika üzrə, eləcə də rayonlar, şəhərlər və müəssisələrdə həyat səviyyəsi və göstəricilərin qiymətləndirilməsi baxımından dövlətin sosial-əmək siyasətinin əsas istiqamətləridir. Tərəfdaşlıq münasibətlərinin təcrübəsi onların reallaşdırılmasının kollektiv müqavilə və sazişlər, sosial və əmək siyasətinin həyata keçirilməsi üzrə məsləhətlər və danışıqlar, tərəflərin maraqlarını, o cümlədən mövcud qanunvericiliyin yerinə yetirilməsini təmin edən prizmadan birgə nəzarətə yönəlmiş fəaliyyətin razılaşdırılması kimi formalarını yaratmışdır. Təəssüflə etiraf etməli oluruq ki, hal-hazırda sosial tərəfdaşlıq prinsiplərinin tam həcmdə reallaşdırılması mümkünsüz təsəvvür edilir. Ancaq bu o demək deyil ki, heç bir iş görməyib oturmaq lazımdır. Fəal sürətdə lazımi şərait yaradılmalıdır. Müasir mərhələdə artıq bir çox baxışlar realist görünür. Sosial münasibətlərin özünün əsası dəyişir, qarşılıqlı razılaşmalar əssında sosial münaqişələrin həlli üçün şərait yaranır. Həmkarlar ittifaqları bazar iqtisadiyyatında sosial tənzimləyici rolunu real oynamağa başlayır. Məşğulluq probleminin həllində üçtərəfli nümayəndəlik sistemi daha real olur. Respublikamızda ilk dəfə olaraq bu sistemin 2001-2002-ci illər üçün birgə bağladığı Baş Kollektiv Saziş buna misaldır. . Download 100 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling