1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti
Kursun məqsədi və sosial tətəfdaşlığın əhəmiyyəti
Download 83.57 Kb.
|
şk tərəfdaşlıq.
10.Kursun məqsədi və sosial tətəfdaşlığın əhəmiyyəti
Sosial tərəfdaşlıq işçilərin, işəgötürənlərin, sahibkarların, müxtəlif sosial qrupların, təbəqələrin, onların ictimai birliklərinin, dövlət hakimiyyəti və yerli özünidarəetmə orqanlarının müqavilə və sosial-iqtisadi və siyasi inkişafın mühüm istiqamətləri üzrə konsensus əldə edilməsi əsasında onların maraqlarının uzlaş¬dırılmasını və müdafiəsini təmin edən sivil ictimai münasibətlər sistemidir. Sosial tərəfdaşlığın konstruktiv sivil münasibətləri müxtəlif sosial qrupların, təbəqələrin maraqlarını, onların uzlaşdırılmasının maksimal nəzərə alınmasını və tam reallaşmasını tələb edir. Əks halda onlar sabit sosial-iqtisadi inkişafın, siyasi sabitliyin formalaşmasına, cəmiyyətdə razılığın bərqərar olunmasına səmərəli yardım göstərə bilməz. Sosial tərəfdaşlıq öz mahiyyəti etibarı ilə cəmiyyətdə konsensus, vətəndaş sülhünün formalaşmasına, müxtəlif qruplar və təbəqələr arasında qarşılıqlı münasibətlərdə gərginliyin azalmasına, bütün səviyyələrdə hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının siyasi birliyinə doğru yönələn istiqamət götürmüşdür. İkincisi, bir çox sosial problemlərin həlli bəzən müqavilə əsasında həyata keçirilir. Gələcəkdə bu cür təcrübə nəzərdən keçirilən məsələlər dairəsini genişləndirərək, bu prosesin iştirakçılarının qarşılıqlı əlaqələrini mürəkkəbləşdirib dərinləşdirməklə sosial tərəfdaşlığın bütün səviyyələrdə iştirakçılarının qarşılıqlı məsuliyyətləri və qarşılıqlı təsiri haqqında həmin məsələni aktuallaşdıraraq inkişaf edəcəkdir. Sosial tərəfdaşlıq nəzəriyyəsi bu modeli, həmçinin ölkədə baş verə biləcək böhranlı hadisələrin neqativ nəticələrinin qarşısını almağa səbəb olan tədbirlər sistemini işləyib hazırlamağa imkan verir. Sosial tərəfdaşlıq – sosial problemlərin həlli üçün resursların, ehtiyatların yalnız yenidən bölüşdürülməsi deyildir. Ümumi məsuliyyətin obyekti yalnız öz-özlüyündə sosial problemlər deyildir, həmçinin onların həlli üsullarıdır. Sosial tərəfdaşlığın aşağıdakı əsas məqamlarını göstərmək olar: Sosial problem; Tərəfdaşların maraqları; Tərəfdaşların hüquqi əsaslandırılması; Tərəfdaşların imkanları və güclü tərəfləri; Qarşılıqlı təsir və qarşılıqlı nəzarət qaydaları; İnformasiya sahəsinin mövculuğu; Tərəflərin birgə təşkili üsulu kimi layihənin mövcudluğu; Sosial tərəfdaşlığın daimiliyi və stabilliyi; Sosial problemlərin innovasion həlli yolları Download 83.57 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling