1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Sosial tərəfdaşlıqda sosial qarşılıqlı təsir


Download 83.57 Kb.
bet7/22
Sana04.04.2023
Hajmi83.57 Kb.
#1326137
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Bog'liq
şk tərəfdaşlıq.

11.Sosial tərəfdaşlıqda sosial qarşılıqlı təsir
Sosial qarşılıqlı təsir – fərdin, fərdlər qrupunun davranışıdır. “Sosial qarşılıqlı təsir” anlayışı insanlar və sosial qruplar arasında müxtəlif fəaliyyət növlərinin daimi daşıyıcısı kimi, daha doğrusu öz sosial mövqelərinə (statuslarına) və rollarına (funksiyalarına) görə fərqlənən münasibətlərin xarakter və məzmununu ifadə edir. Sosial qarşılıq obyektiv və subyektiv tərəflərə malikdir. Qarşılıqlı təsirin obyektiv tərəfi ayrı-ayrı şəxsiyyətlərdən asılı olmayan, lakin onların qarşılıqlı təsirinin məzmun və xarakterini birləşdirən və nəzarət edən əlaqələrdir. Subyektiv tərəf – uyğun davranışların qarşılıqlı gözləməsinə əsaslanan fərdlərin bir-birinə şüurlu münasibətidir.
Sosial qarşılıqlı təsir dedikdə fərdlər, sosial qruplar, sosial təsisatlar və s. Arasında fəaliyyət mübadiləsi prosesi başa düşülür. Dövlətdə bu qanunverici, icraedici, məhkəmə hakimiyyəti və s. İnstitutlarıdır. Vətəndaş cəmiyyətində – bu, daim fəaliyyət göstərən, uzunmüddətli əsasa malik, eləcə də məhdud zaman miqyasında təsadüfdən – təsadüfə fəaliyyət göstərən assosiasiyalardır.
Cəmiyyətdə sosial təsirlər müxtəlif stabilləşdirici, birləşdirici və dağıdıcı (destruktuv) funksiyaları yerinə yetirir. İnkişaf etmiş demokratik ölkələrinin ictimai təcrübəsinin təhlili göstərir ki, ictimai orqanizmin uğurlu fəaliyyəti müstəsna olaraq dinamik və stabilləşdirici başlanğıcların üzvi qarşılıqlı nüfuz etməsi zamanı mümkündür.
Sosial qarşılıqlı təsirin məhz stabilləşdirici funksiyası bütövlükdə demokratik cəmiyyətin və onun ayrı-ayrı sferalarının ahəngdar inkişafını təmin edən mexanizmdir.
Sosial qarşılıqlı təsirə informasiyanın ötürülməsi, onun əldə edilməsi, ona reaksiya verilməsi, hazırlanmış informasiyanın göndərilməsi, qarşılıqlı təsirin digər iştirakçısının onu əldə etməsi və ona reaksiya verməsi kimi aspektlər daxildir.
Sosial tərəfdaşlıq artıq sosial qarşılıqlı təsirdir Sosial qarşılıqlı təsirin formalarından biri olaraq sosial tərəfdaşlıq ictimai əlaqələr məcmusunda geniş miqyaslı xarakter daşıyır və buna görə də ictimai həyatın müxtəlif sferalarında qarşılıqlı təsirinin prioritet forması ola bilər.

Download 83.57 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling